[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
9 hazırlıq iclası keçirən hakim işi baxışa təyin edə bilmir - VƏKİL


“Abşeron Rayon Məhkəməsində bir işim var. Mən iddiaçı tərəfəm. İş 01 mart 2023-cü il tarixində məhkəməyə daxil olub. Lakin işə sədrlik edən hakim 9 hazırlıq iclası keçirib, amma hələ də işi baxışa təyin edə bilmir.”

DİA.AZ bildiir ki, bunu Gununsesi.info-ya açıqlamasında vəkil Abbas Quliyev deyib.

Onun sözlərinə görə, 5-ci ya da 6-cı hazırlıq iclasında cavabdehin yadına düşüb ki, bu işə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır: “Məhkəmə aidiyyət barədə vəsatəti rədd etdi. Amma qərardadı 1 aya yazdı. (Bu müddətdə boş-boşuna hazırlıq iclasları təyin edildi)

Sonra cavabdeh qərardaddan şikayət verdi, amma bu dəfə də tərəf e-poçt adresini və telefon nömrəsini şikayətdə qeyd etmədiyi üçün məhkəmə şikayəti geri qaytardı. Cavabdeh geri qaytarma barədə qərardaddan da şikayət verdi. Məhkəmə şikayəti qismən təmin edib, hər iki şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdi. Apellyasiyada şikayətə baxıldı, cavabdehin şikayəti qismən təmin edildi və cavabdehin vəsatətinə təkrar baxılması üçün məhkəməyə qaytarıldı.

Məsələ burasındadır ki, cavabdehin vəsatəti əsaslı olduğu üçün şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin peşəkarlıqdan uzaq yanaşmasına görə qərardadlar ləğv edilib. İki səhifəlik protokolu düz yaza bilmirsiniz deyə vətəndaş niyə məndən narazı olmalıdır. Niyə deməlidir bizim işimiz uzanır. Apellyasiya Məhkəməsinin qəbul etdiyi aktın əsaslandırma hissəsini olduğu kimi yazıram:

Şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21iyun 2023-cü il tarixli və 25 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli, cavabdehin aidiyyət üzrə göndərilmə barədə ərizəsi aşağıdakı əsaslara görə yenidən müzakirə olunması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 271.1. maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 270 və 271-ci maddələrinin mənasına görə protokolda işin mahiyyəti üzrə həll edilməsi üçün əsas olan sübutlar və onların tədqiqi üsulları haqqında bütün məlumatlar öz əksini tapır.

Sədrlik edənin bütün prosessual hərəkətləri, məhkəmə baxışı başlayandan məhkəmə aktı çıxarılana qədər həyata keçirildiyi ardıcıllıqla protokola qeyd edilməlidir. Çünki məhkəmə işlə bağlı çıxardığı qərarlar yalnız protokolda yazılmış bilgilərə söykənir. Protokolda prosessual hərəkətlərin gedişində atılan bütün addımlar, çıxarılan və gerçəkləşdirilən bütün qərarlar tam, dəqiq, prosesin keçdiyi ardıcıllıqla göstərilməlidir.

İşdən görünür ki, birinci instansiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınsa da, həmin tarixli məhkəmə iclas protokolunda vəsatətin təmin edilməsi qənaətinə gəldiyi öz əksini tapmışdır. Lakin mövcud işdə birinci instansiya məhkəməsinin qərardadında göstərilən nəticə məhkəmə iclas protokolundakı nəticə ilə uzlaşmır.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli və 25 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli və cavabdehin ərizəsi yenidən müzakirə olunması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Beləliklə, çox sadə bir iş birinci instansiya məhkəməsinin “peşəkar” hakimi tərəfindən baxıla bilmir deyə uzandıqca uzanır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsdə olan general dövlətə 18 milyon ziyan vurub - Bu qədər ödəyib...


Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və onunla birgə ittiham olunan polkovniklər hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin şəxsiyyətini təsdiq edən məlumatlar dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

İş üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb. Zərərçəkmiş tərəf indiki mərhələdə hər hansı vəsatətin olmadığını, işin baxışa təyin edilməsinin uyğun görüldüyünü deyib.

Prosesin davamında general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatət qaldıraraq müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib: “Hesab edirəm ki, Nizami Məmmədovun həbsdə qalması üçün əsas yoxdur. Şəxsin bəlli bir yaşayış yeri var, istintaqın gedişinə maneə yaratmaq fikri yoxdur. Bundan başqa müvəkkilim xəstəlikdən əziyyət çəkir və xeyli müddətdir müalicə müəssisəsində saxlanılır. Müəyyən edilib ki, Nizami Məmmədov dövlətə 18 milyon manat ziyan vurub. Həmin məbləğin də 12 milyondan bir qədər çox hissəsi ödənilib. Bu da 70 faizdən çox deməkdir. Həm ziyanın ödənilməsi həm işin sürətlənməsi üçün müvəkkilimin ev dustaqlığına buraxılmasını xahiş edirəm”.

Eyni iş üzrə təqsirləndirilən Bayram Bayramov, Cəlal Kazımov və Vüsal Əlizadənin vəkilləri də həbs qətimkan tədbirlərinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər. Müdafiə tərəfi vəsatətlərini dəymiş ziyanın ödənilməsi ilə əsaslandırıblar.

Dövlət ittihamçısı hazırkı mərhələdə qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmadığını deyərək, vəsatətlərin təmin edilməməsini istəyib. Prokuror istintaq orqanı tərəfindən kobud qanun pozuntularına yol verilmədiyi səbəbindən işin baxışa təyin edilməsini uyğun görüb.
Məhkəmə müşavirənin ardından vəsatətlərin rədd edildiyini elan edərək, təqsirləndirilən şəxslərin həbsinin davamına qərar verib.

İş üzrə baxış iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində nazirliyin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.
Təqsirləndirilən şəxslər hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

İş üzrə dövlətə dəymiş ziyan 100 milyon manata yaxındır.

İbtidai istintaq müddətində iş üzrə ümumilikdə dəymiş ziyanın 40 milyon manat təşkil edən hissəsi ödənilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 Kliniki Tibbi Mərkəz: AD DƏYİŞİB... amma elə KÖHNƏ BAZARDIR... - ''Çıxanda da həkimə 10 manat verdim"


"Dünən yolumuz Kliniki Tibbi Mərkəzə düşdü. Ad dəyişilsə də, qalan hər şey yerli yerindədir. Həyatımda ilk dəfə təcili yardımdan xəstənin qaçdığını orada gördüm. Adam içəridə hansı münasibəti görmüşdüsə, halsız vəziyyətdə olsa da özünü qapıdan çölə atdı. Sonra həkimlər çıxıb xəstəni axtarmağa başladılar..." DİA.AZ bildirir ki, bunu öz "facebook" səhifəsində tanınmış jurnalist Çingiz Səfərli qeyd edib.

Jurnalist keçmiş "Semaşko"nun hazırki halının təsvirnə belə davam edir: "İkinci bir məsələ açıq bazarın hələ də qalmasıdır. Deməli, təcili yardıma xəstə gəlir. Xəstəni müayinə edirlər, ardınca birinci tibb bacısı gəlir və "hörmət" istəyir. 5 manat verib yola salırsan və deyir ki, bir azdan da həkim gələcək. Normalda belə pul istəyənləri acılayıram, amma düz kameranın altında istədi və kameraların çəkdiyini deməyimə baxmayaq," fərqi yoxdur" deyə cavab verdiyi üçün ovcuna 5 manat basdım. Çıxanda da həkimə 10 manat verdim. Vəziyyət belədir. Buna rəğmən də hər gün "səhiyyəmiz inkişaf edir, ay mütəxəssislərimiz elədir, belədir" tipli açıqlama verirlər. Bu da TƏBİB və onun xəstəxanalarda yaratdığı şərait. Kliniki Tibbi Mərkəz hələ bunların ən yaxşısıdır guya... Təcili yardıma xəstə gəlir, birinci xəstə ilə maraqlanmaqdansa, deyirlər ki, əvvəlcə gedib adını qeydiyyata salın, sonra gəlin. Belə xidmət olar?"

İddia olunanlarla bağlı dia.az olaraq əlaqədar qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş deputatın qardaşı MEYDAN SULAYIR - NARAZILIQ VAR!

Alqı-satqı ilə məşğul olan Mehriban Məmmədxanova 20 ildir Nəsimi rayonunda yaşayır.

“Vialon” MMC adlı şirkətin əməkdaşları kimi özlərini təqdim edən bir qrup insan keçmiş “Hicaz” kafesini alıb ofis kimi fəaliyyət göstərirlər.

Əmlakçının sözlərinə görə, ərazidə məskunlaşanlara hədə-qorxu ilə 2 min manat məbləğində evlərini boşaltmaları tələb olunur.

//Toplum TV//

Daha ətraflı aşağıdakı videoda:

Barəsində danışılan “Vialon” MMC keçmiş deputat Əsabil Qasımovun qardaşına məxsusdur.

Məsələ ilə bağlı olaraq qarşım tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakimin AVTOMÜHƏRRİK BİZNESİ: - Şəmsəddin Abbasov vəzifə səlahiyyətlərindən necə sui-istifadə edir?


Azərbaycanda bir çox dövlət məmurlarının vəzifə səlahiyyətlərindən öz şəxsi mənafeləri üçün istifadə etmələrinə dair media və sosial şəbəkələrdə çoxsaylı materiallar yayımlanıb. Vəzifəli şəxslər tutduqları postun imkanlarından yararlanaraq şəxsi bzineslərini çiçəkləndirmək uğrunda sanki yarışa giriblər.

DİA.AZ-ın Yenicag.az-a istinadən əldə etdiyi məlumatda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun da həmin məmurların sırasında özünə möhkəm yer tutduğu iddia edilir. Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adının biznesdə hallanması yeni söhbət deyil.

Belə ki, bir neçə il öncə “Xudat Balıq” ASC-nin sabiq direktoru, iş adamı Güləhməd Güləhmədov mətbuat vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubda bildirirdi ki, Abbasov Şəmsəddin Rizalı oğlu 01 mart 2006-cı il tarixdən bu günə qədər (2020-ci il) sözügedən Səhmdar Cəmiyyətin Direktorlar Şurasının üzvüdür. İş adamı ədliyə nazirinə belə bir müraciət ünvanlamasının səbəbini isə Şəmsəddin Abbasovun ona məxsus təsərrüfatın qeyri-qanuni yollarla başqaları tərəfindən əlindən alınması prosesində birbaşa iştirak etməsi ilə əlaqələndirmişdi (link: https://azpolitika.info/?p=128132).

Bundan başqa, ölkə mətbuatında yayımlanan digər məlumatda Şəmsəddin Abbasovun bizneslə məşğul olan qardaşının tez-tez İrana gedib-gəldiyi və bu ölkə ilə sıx əlaqədə olduğu vurğulanır (link: https://azfakt.com/sumqay_t_apellyasiya_mehkemesinin_hakimi_yeni_biznese_girişib).

Redaksiyamıza daxil olan məlumata əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov vəzifəsindən sui-istifadə edərək avtomobil mühərriklərinin ehtiyat hissələrinin təmiri sahəsində inhisarçı mövqeyə sahiblənib. Haşiyə olaraq qeyd edək ki, avtomobil mühərriklərinin təmiri işi kənardan kiçik biznes təəssüratı yaratsa da, əslində, çox gəlirli bir sahədir. Azərbaycanda hər il dövlət və özəl şirkətlər balanslarında olan avtomobillərin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər.

İddialara görə, bu biznesdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqə quraraq onların təmir işləri üzrə sifarişlərinin bacısı oğlu Fətiyev Arif Əminağa oğlunun adına yaratdığı MMC-yə verilməsini təşkil etdirir.

Əldə etdiyimiz məlumata görə, Arif Fətiyevin adına yaradılan avtomobillərin təmir sexi hazırda Abşeron rayon Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində fəaliyyət göstərir. Göstərilən ünvanda yeni inşa edilən avtomobil mühərriklərinin təmir sexininin heç bir tikinti sənədinin olmadığı da bu informasiyanın mühüm elementidir.

Eyni zamanda, ölkə mətbuatında dərc edilən xəbərlərdə Arif Fətiyevin avtomobil mühərriklərinin təmiri işi ilə yanaşı, həm də Masazır qəsəbəsi ərazisində həyət evlərinin qanunsuz tikintisi ilə məşğul olduğu da deyilir. Həmin məlumatlarda Arif Fətiyevin dayısı Şəmsəddin Abbasovun dəstəyi və himayəsi altında Masazır qəsəbəsində Qaçaq Nəbi küçəsi və digər ərazilərdə torpaq sahələri alaraq, heç bir müvafiq sənədləşmə işləri aparmadan fərdi evlər tikərək satışını həyata keçirdiyi qeyd olunur.

Hakim Şəmsəddin Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə Məhkəmə-Hüquq Şurası hələ ki, qiymət verməyə tələsmir. Məlumat üçün xatırladaq ki, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, zərurət olduqda intizam məsuliyyətinə cəlb edilməsi, habelə hakimlərlə bağlı korrupsiyaya şərait yaradan digər məsələləri öz səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. Məhkəmə-Hüquq Şurasının Şəmsəddin Abbasovla bağlı bu günə qədər tədbir görməməsinin və xidməti araşdırmalar aparmamasının səbəbləri müəmmalıdır.

Lakin adıçəkilən hakimin biznes fəaliyyətinin ictimailəşməsindən sonra Məhkəmə-Hüquq Şurasının hansı addımı atacağı ictimaiyyət üçün də maraqlıdır. Hesab edirik ki, Şəmsəddin Abbasovun iştirakı ilə həyata keçirilən hüquqazidd fəaliyyəti ifşa etmək çox da çətin deyil. Ona görə də, Məhkəmə-Hüquq Şurası xidməti araşdırma başlamalı və müvafiq sorğular əsasında həmin avtoservisin hansı şirkətlərə xidmət göstərdiyini aydınlaşdırmalıdır. Təbii ki, bundan sonra xidmət göstərilən şirkətlərin məhkəmə işlərinə Şəmsəddin Abbasovun hansı tarixlərdə baxdığını və hansı qərarlar qəbul etdiyini, həmin qərarların qanuna uyğun olub-olmadığını müəyyən etmək asanlaşacaq.

Mövzunu diqqətdə saxlayacağıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aqrar Universitet nədən AYAĞA QALXA BİLMƏYƏCƏK... - FAKTLAR AÇIQLANIR...


"Zəfər Qurbanovun rektor təsdiq olması göstərdi ki İnam Kərimov hələ də aqrar sahəni idarə edir. Nazir Məcnun Məmmədov bölgələrdə vətəndaş qəbulunda sabiq nazir və onun yarıtmaz kadrlarının aqrar sahədə etdikləri rüşvət və özbaşınalıqlar və haqsızlıqları, şikayətləri görsə də, İnam Kərimovun bir kadrını belə nə cəzalandırıb, nə də dəyişdirib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə iddia olunur.

Məqalə müəllifi daha sonra bildirir: "Elə bu kadrlardan biri də Zəfər Qurbanovdur ki, İnam Kərimov Zəfər Qurbanovu rektor vəzifəsinə "müvəqqəti əvəz edən" kimi təyin etdi və Məcnun Məmmədov rektorluq təsdiqini etdirdi. Sabiq rektor İbrahim Cəfərov vəzifəsindən azad edilib yerinə Zəfər Qurbanovun təyinatından bu yana prorektor təyin edilənlər belə aqrar sahədən kənar şəxslərdi.

Zəfər Qurbanov Aqrar Universitetə təyinat aldığı gündən bəri haqsızlıq və özbaşınalıq höküm sürür. Elə Zəfər Qurbanovun rektor vəzifəsini icar edən dövrdə dekan Famil Nəsibovu təkrar korrupsiya əməlinə görə həbs olunması çox ciddi mətləblərdən xəbər verməkdədir. Famil Nəsibov Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda direktor işləyən dövrdə korrupsiya əməlinə görə sabiq nazir Heydər Əsədov araşdırılması üzrə adiyyəti qurumlara araşdırılması və cəzalandırılması üçün tapşırıq vermişdi. Famil Nəsibov qohumları sayəsində həbsdən yaxasın qurtarmışdı. İnam Kərimov nazir təyinatından sonra Famil Nəsibov rüşvət əməllərinə baxmayaraq dekan vəzifəsinə təyin edildi. Hal hazırda təkrar rüşvət almaya görə işi məhkəmədə olan və məhkəmə qərarı ilə tutdurduğu dekan vəzifəsindən azad edilən Famil Nəsibova Zəfər Qurbanov rektor təyin olunan kimi müəllim kimi "Terapiya, mamalıq və cərrahiyyə kafedrasının müdürü Gənciyev İlqar Famil Nəsibovun adına 1.5 ştat vahidi dərs yükü ayrılıb. Hələ məhkəməsi 29 sentyabrda təkrar rüşvət alam faktları ilə məhkəməyə çıxan Famil Nəsibov Gəncə Ağır Cinayətlər Məhkəməsindən bərat alacağını və azadlığa çıxacağını bildirim.

Görünəni odur ki Ali Məhkəmənin sədri təyin edilən İnam Kərimov yenə də Famil Nəsibovun dadına çatıb və tapşırıq verərək həm müəllimlik peşəsinə və təkrar rüşvət alma ittihamından yaxasın qurtarmasına dəstək olacaq..."

DAVAMI VAR...

Bütün iddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Düyərli Bələdiyyəsi örüş yerlərini satıb... - İTTİHAM VAR!


Şəmkir rayonu, Düyərli kənd sakini Şəmmədov Yusif Şəmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Prezident Aparatının rəhbəri Samir Nuriyevə, Baş prokuror Kamran Əliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, ƏMDX-nin direktoru Ehtiram Eyvazova, Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsinin rəisi Zahir Hümbətova, Şəmkir rayon İcra Hakimiyyatinin başçısı Rəşad Tağıyevə müraciət edib:

“Hörmətli cənablar!

Yazıb sizə bildirirəm ki, Şəmkir rayonunun Düyərli kənd bəladiyyəsinin sədri İsgəndərov Samir Murğuz oğlu qanunsuz olaraq hörmətli Prezidentimizin sərəncamının əksinə hərəkət edərək. Belə ki, o, örüş yerlərini satmaqla məşğuldur.

Kənd camaatı öz heyvanlarını otarmağa yer tapmır.

Samir İsgəndərov Şəmkir rayonunun Düyərli kənd sakini Məmmədov Elçin Məhəmməd oğluna Bakı-Qazax magistral yolunun 410-cü (şəhidlər üçün yaradılan abidənin sağ tərəfində) kilometrliyində, kənd camaatının heyvanları üçün ayrılmış iki hektara yaxın örüş yerini qanunsuz olaraq satmışdır. Həmin örüş yerində Elçin Məmmədov tikinti işləri aparmış, orada sahibkarlıq məqsəd ilə bir neçə "domik"lər tikmiş və hazırda yeməkxana, çayxana kimi işlədir. Orada yemək yeyənlər sərxoşluq edirlər, səs-küylə məşğuldurlar. Bu da kənd camaatının haqlı narazılığına səbəb olmuşdur.

Dəfələrlə müxtəlif orqanlara bələdiyyə sədrindən şikayət etsək də, bu günə kimi örüş yerinin azad olunması barədə heç bir tədbir görülməmişdir.

Şəmkir rayonunun Düyərli kənd bələdiyyəsinin sədri Samir İsgəndərov Şəmkir rayon Maliyyə İdarəsinin sabiq müdiri Nazim Məlikov və Azərbaycan Respublikası ƏMDX-nin yanında torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Eldəniz Qafarovun köməkliyi ilə qanunsuz tikinti aparır, orada kafe, çayxana, “moyka”, təndir-çörək sexi, maşın yüklənməsi anqarı və daş kərxanası fəaliyyəti ilə məşğul olur. Biz ona bildirəndə ki, örüş yerlərində tikinti aparmaq, cinayətdir, əhəmiyyət vermədi.

Düyərli Bələdiyyəsi də bu işlərə göz yumur, tikintinin örüş yerindən sökülməsi barədə heç bir tədbir görülməmişdir. Əksinə, Bələdiyyə sədri örüş yerini satdığı şəxsi yanına salıb, bütün təşkilatlardan xahiş edir ki, ona sənəd versinlər.

Hörmətli cənablar!

Sizdən xahiş edirəm ki, Şəmkir rayonunu, Düyərli Bələdiyyəsinin sədri İsgəndərov Samir Murğuz oğlunun barəsində, eləcə də Düyərli kəndinin adı çəkilən örüş yerinin azad olunması və oradakı qeyri-qanuni tikintilərin sökülməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz”.

Redaksiyadan: Yazıda adlarıq eyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cənab Zeynalovun işçiləri yenə də narazılıq yaradır... - Bu dəfə vətəndaş yazır ki...

Oğuz şəhəri, H.Əliyev pros. Ev 16 da yaşayan Xalid Seyidov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə narazı vətəndaş DYP -nın Şəki Regional MERO nun mənə məxsus avtomobilin texniki baxışdan keçirilməsinə icazə verməməsindən giley edir. Müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli Prezident! Bu gün sentyabrın 14-də mən şəxsi VAZ 2101 markalı, 48BF288 nömrəli avtomobilimlə növbəti müddət üçün texniki baxışdan keçmək üçün DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 8 saylı İmtahan -qeydiyyat şöbəsinə gəlmişdim. Xatırladım ki, 8 ay əvvəl mənə məxsus avtomobilin dam örtüyünün ağ, kuzov hissəsinin isə göy rəngdə olmasına görə texniki pasportda DYP-da belə də qeydiyyat aparılmışdır.

Bu gün isə mənim avtomobilimin qəti surətdə texniki baxışdan keçirilməsindən imtina etdilər. Səbəbini də dam örtüyünün fərqli rəgdə olmasıilə əlaqələndirdilər. O zaman niyə 8 ay əvvəl həmin idarə mənə texniki pasport verirdi? İndi də deyirlər ki, get damı rənglət sonra gələrsən baxarıq.
Mən fiziki şəxsəm. Əgər belə qanun mövcuddursa zəhmət çəkib təqdim etsinlər. Edə bilmirlərsə, mən fiziki şəxsin bu məsləyə görə heç bir təqsiri və məsuliyyəti ola bilməz.

Hesab edirəm ki, DYP sistemində belə özbaşnalıqlara son qoymağın vaxtıdır. Heç bir sübutedici sənəd təqdim etmədən kefləri istəyən sürücünün avtomobilini belə bəhanələrlə cəzalandırmazlar. Belə bazarın aradan qaldırılması vaxtı çoxdan çatıb.

Odur ki, cənab Prezident və DİN rəhbəri cənab Vilayət Eyvazov! Sizdən çox xahiş edirəm ki, Şəki DYP əməkdaşlarının mənim qarşımda qoyduqları süni tələbin əsassız olmasına görə məni süründürməçilikdən və vaxt itkisinə yol verməməyim və əlavə maddi ziyana düşməməyim üçün məslənin DİN-nin BDYP İdarəsi səviyyəsində arayış təqdim edilməsinə göstəriş verəsiniz".

Məsələ ilə bağllı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göyçay sakini ÇƏTİN DURUMDA - MÜRACİƏT


Göyçay rayonun sakini Aydın Həsənov bildirir ki, o, aztəminatlı ailədir və həyat yoldaşı isə xəstədir. DİA.AZ bildirir ki, maddi gəlirləri az olduğundan üç ildir ki, dövlət məşğul agentliyinin mərkəzi Aran regional filialına müraciət edib və özünə məşğulluq proqramı çərçivəsində xırda buynuzlu mal-qara almaq üçün qeydiyyata düşsədə, indiyənədək o, özünə məşğulluğa cəlb edilməyib.
Çətin şəraitdə yaşayan vətəndaş son çarə olaraq ölkə başçısı İlham Əliyevə müraciət edərək köməklik göstərilməsini xahiş edir.

Məsələ ilə bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq..

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO