[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xüsusi əməliyyat keçirilən Ekologiya idarəsində gərginlik... - Direktor işçiləri hədələdi
Polisin xüsusi əməliyyat keçirdiyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Nəsimi Nəsibov son baş verənlərdə işçilərini günahlandırır.

AzToday.az-a daxil olan məlumata görə, Bakıdan qayıdan Nəsimi Nəsibov dünən günahkar işçilərin hüquq-mühafizə orqanları vasitəsi ilə müəyyənləşdirib, həbs etdirəcəyini deyib. Artıq bununla bağlı hüquq-mühafizə orqanlarına sifariş verdiyini də deməyi unutmayıb.

Özünü biznesmen, xeyli sayda biznes obyektinin sahibi kimi təqdim edən Nəsimi Nəsibov 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazindəki qanunsuzluqların hamısını imkanları hesabına ört-basdır edəcəyini də sözlərinə əlavə edib. “Yuxarılarda adamı”nın olduğunu və Masallıya təsadüfən direktor gəlmədiyini bildirən Nəsimi Nəsibov yaxın zamanlarda idarədə “təmizlik” işlərinə başlayacağını, yəni xoşuna gəlməyən işçiləri işdən çıxaracağını deyib.

Qeyd edək ki, meşəçiliklə bağlı heç bir ixtisas təhsili olmayan və direktor olana qədər bu sahədə bir gün belə işləməyən Nəsimi Nəsibovun 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəhbər qoyulması Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr təyinatlarında ciddi korrupsiya elementlərinin olmasını deməyə əsas verir.

Yeri gəlmişkən onu da bildirək ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində meşələrin kütləvi şəkildə qırılması, meşə ərazilərinin satılması və biznes məqsədləri üçün qanunsuz istismarı halları adi hala çevrilib… //AzToday.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hara baxır bunlar?" - ETİRAZ


"Bu yay da çıxdı, artıq payız fəslinin gəlişinə saylı günlər qalıb, amma yaşadığımız Nizami rayonu, Şirin Mirzəyev 70 və 72-ci binalar nə təmir edildi, nə də ki, həyətləri abadlaşdırıldı.

Ərazidə bütün binalar təmir olundu, həyətlərə asfalt örtük vuruldu, yaşadığımız bina təmirsiz buraxıldı".

Bu sözləri Nizami rayonu, Şirin Mirzəyev 72-ci binanın sakini Əzimova Nazilə Şaban qızı Faktinfo.az saytına göndərdiyi məktubda bildirir. Daha sonra Nazilə Əzimova qeyd edir. " Yazıb bildiririk ki, yaşadığımız binaların zirzəmisində möhkəmləndirmə işləri aparılsın, nədən bunu etmirlər. Necə olur ki, zamanla binanın dörd bir tərəfindən qapı açılmasına icazə veriblər, indi də zəhmət çəkib binanın təməlində möhkəmləndirmə işləri aparsınlar ki, təhlükəsizliyimizi təminata alaq.Umumiyyətlə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti nəyi gözləyir? Hara baxır bunlar? Niyə dəyişmirlər blokların qapılarını, nədən dəyişmirlər bloklardakı pəncərələri? Elə blok var, qapısı yoxdur, hər yer təmirsiz vəziyyətdədir. Qurumuş ağacları kəsən yoxdur, binanın həyətində bir-birinə bitişik şam ağacı var, onu 5-6 metr kənara köçürən yoxdur. Binanın "demaxod" ları dağılmış vəziyyətdədir. Hər yerdə binaların üstü metal örtüklərlə örtülüb, Nizami rayonu, Şirin Mirzəyev 72-ci binasının 5 mərtəbəsində ot bitib. Binanın həyətində 5 adam oturur, 6-cı adam yer yoxdur. Belə iş olar? Yeniyetmə uşaqların idman etməsi üçün normal bir idman qurğusu yoxdur. Həyətimiz də zülmət qaranlıq. Şirin Mirzəyev 70 və 72 binalarının bir süpürgəçisi vardı, deyirlər onu da DOST xidməti işdən çıxarıb".

Nazilə Əzimova onu da qeyd edir ki, 23.02.2023-cü il tarixində Şirin Mirzəyev 70 və 72 binalarının 14 nəfər sakininin imzası ilə Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban Əliyevaya məktub ünvanlayıb. Ünvanladığı məktuba 15 mart 2023-cü il tarixində 516/1-/-35-109/23 saylı məktubla cavab verilib ki, müraciətiniz Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri cənab Rəfail Mehralıyevə ünvanlanıb. Həmin tarixdən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentindən də bir xəbər yoxdur.

Artıq bina sakinləri qərara gəlmişik ki, yığışıb Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənabının qəbuluna gedək. O, da bizi qəbul etməsə, başqa gedəcəyimiz ünvanlar var. //Faktinfo.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
48 saylı Notariusda dövlət qanunları niyə işdəmir?

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan müəsisə və təşkilatlatlarda kifəyət qədər neqotiv hallara yol verilməsi barədə dövrü mətbuatda və elektron mediada kifayət qədər kəskin materiallar dərc olunub, informasiyalar yayilib.Ədliyyə Nazirliyinin tabeliyində olan və ən çox tənqid olunan sahələrdən biri də Notariat ofisləridir.Əyalətmedia.az bildirir ki,dövri mətbuatda bəzi Notariat ofislərində qanunların işləmədiyinə,özbaşınalıqların hökm sürdiyinə tez -tez rast gəlinir. Qanun kağız üzərində qalırsa, işləmirsə, obrazlı desək, “ölü qanun”dursa, nə fərqi, yaxşı, ya da pis qanundur. Əsas odur ki, qanun işləsin və ən əsası hamıya şamil olunsun.
Notariusların hüquq və vəzifələri haqqında qanunda göstərilir ki, Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir. Həmçinin hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir.Notariat haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməsi, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatların gizli saxlamalıdır.Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. İndi görək, bu qanun ölkəmizdə işləyirmi yaxud da bütün Notariuslara eyni dərəcədə şamil olunurmu?
Əyalətmedia.az-ın İnternet üzərindən apardığı araşdırmaya əsasən deyə bilərik ki,48 saylı notarius Bakı şəhərində fərqli üç ünvanda fəaliyyət göstərir.Belə ki, 48 saylı notariat Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində , bundan başqa “Meyvəli” deyilən yerdə Baş Dövlət Yol Polisi İdarəsinin Qİİ-nin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərir.Sual olunur:Eyni zamanda üç ayrı məkanda notariat əməliyyatı Səadət Hüseynov tərəfindən necə həyata keçrilir?Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli olduğu halda, Səadət Hüseynov fiziki və hüquqi nöqteyi nəzərdən bu izah işlərini ayrı-ayrı məkanlarda necə çatdırır?Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır.Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?
Ardı var...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏBİB rəhbərliyinin ARXA BAĞÇASI... - Və yaxud işsiz qohumların işlədiyi məkan...

"İstəyirik biləsiniz ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıqovanın həyata keçirdiyi “kadr islahatları” yüzlərlə sumqayıtlını işsiz qoyub. Illərdir Sumqayıtdakı tibb müəssisələrində çalışan, böyük təcrübəyə malik olan mütəxəssislər Səkinə Sadıqova tərəfindən işdən çıxarılıb, onların ailəsi aclığa və səfalətə məhkum edilib. Bu mütəxəssislərin Səkinə Sadıqova tərəfindən işdən çıxarılmasına səbəb isə Sumqayıt Tibb Mərkəzi direktorunun qanun və ədaləti deyil, öz şəxsi ambisiyalarını rəhbər tutmasıdır. Belə ki, “təmizləmə əməliyyatı”na ilk növbədə Sumqayıt Tibb Mərkəzindən başlayan Səkinə Sadıqova, Mərkəzdə kadrlar şöbəsinin rəhbəri də daxil olmaqla, xeyli sayda insanı işdən uzaqlaşdırıb. Onların yerinə Qobustan, Şamaxı və digər uzaq rayonlardan olan tanışlarını, yaxınlarını yerləşdirən Səkinə Sadıqova, TƏBİB rəhbərliyində təmsil olunan şəxslərin həyat yoldaşlarını, yaxın qohumlarını rəhbər vəzifələrə təyin etməklə öz kreslosunu daha da möhkəmləndirib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra qeyd edir: "Bu gün Səkinə Sadıqovanın müavinləri də daxil olmaqla rəhbər vəzifələrə qoyduğu şəxslərin bir neçəsinin ailə üzvü TƏBİB-də müxtəlif vəzifələrdə çalışır. Sumqayıtlıları işsiz qoymaq hesabına TƏBİB rəhbərliyindəki şəxslərə yarınan Səkinə Sadıqova bu gün Sumqayıtda sözün həqiqi mənasında ona tabe müəssisə və tibb işçilərindən ibarət nəhəng imperiya formalaşdırmağa nail olub. Son bir il içində Sumqayıtın tibb müəssisələrində çalşan 500-dən çox şəxs Səkinə Sadıqova tərfindəın işdən çıxarılaraq “yeni kadrlar”la əvəz olunub. Hansı ki, araşdırılma aparılsa, o zaman həmin şəxslərin tamamilə qanunsuz şəkildə işdən uzaqlaşdırıldığı, onların yerinə təyinat alıan şəxslərin böyük əksəriyyətinin bu vəzifələrə yaramadığı aydın olar.

Səkinə Sadıqovanın yol verdiyi qanunsuzluqlar bununla bitmir. Sumqayıt səhiyyəsini öz dədə-baba mülkü hesab edən, bütün tibb işçiləri ilə kobud şəkildə davranan, onları kollektiv qarşısında təhqir etməkdən həzz alan Səkinə Sadıqova, xoşuna gəlməyən şəxsləri maaşlarını kəsəcəyi ilə hədələyir. Sumqayıt Tibb Mərkəzinin direktoru “unudur” ki, tibb işçilərinə maaşları o deyil, dövlət ödəyir və dövlət heç kimə, o cümlədən Səkinə Sadıqovaya kimisə təhqir etmək, kimisə işindən qanunsuz şəkildə azad etməyə icazə verməyib".

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buralarda dövlətin puluna QƏNİM KƏSİLİBLƏR... - İTTİHAM


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu cari ilin sentyabr ayının 5-də “Reaktivlərin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın smetası 31.619 manat, qalibi isə “DORUK BIOTECHNOLOGY” (VÖEN: 2305776691) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə şifrəli MMC-lərin “işbirliyi” –

“DORUK BIOTECHNOLOGY” MMC Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Reaktivlərin satın alınması” lotu üzrə etdiyi elandan 1 ay əvvəl – 2023-cü ilin iyul ayının 14-dədövlət qeydiyyatına alınıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev ev 51, qanuni təmsilçisi isə Məmmədov Mirhəmid Mirməhəmməd oğludur.

“DORUK BIOTECHNOLOGY” MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları, maddi-texniki bazası, faktiki ünvanı barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Xüsusi şifrəli MMC-lərlə “işbirliyi”

Qlobal.az-ın əldə etdiyi məlumata görə “DORUK BIOTECHNOLOGY” MMC-nin qanuni təmsilçisi Məmmədov Mirhəmid Mirməhəmməd oğlu “proxy” şəxsdir. Onun adına təsis edilən bir çox MMC-lərin dövlət satınalmalarında şübhəli əməliyyatlarda istifadə edildiyi iddia edilir.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2022-ci ildə keçirdiyi bəzi satınalmalarda da şübhəli məqamlar var. Belə ki, İnstitut 2022-ci ilin noyabr ayının 2-də “Abadlaşdırma xidmətinin satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 9.897 manat, qalibi isə “DELTA 10 LT” (VÖEN: 1102638281) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Buralarda dövlətin puluna QƏNİM KƏSİLİBLƏR... - İTTİHAM

“DELTA 10 LT” MMC 2022-ci ilin iyun ayının 22-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8, qanuni təmsilçisi isə Sultanova Vüsalə Vaqif qızıdır.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2022-ci ildə abadlıq işləri görən “DELTA 10 LT” MMC-nin də fəaliyyət profili, müvafiq lisenziyaları, maddi-texniki bazası, faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2022-ci ilin dekabr ayının 12-də “tikili və avadanlıqların cari təmiri” lotu üzrə daha bir satınalmaya yekun vurub.
Buralarda dövlətin puluna QƏNİM KƏSİLİBLƏR... - İTTİHAM

Bu satınalmanın məbləği 49.441 manat, qalibi isə “YAŞAM 88 LT” (VÖEN: 1102638301) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“YAŞAM 88 LT” MMC Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 20 gün əvvəl “Abadlaşdırma xidmətinin satınalınması” lotu üzrə yekun vurduğu satınalmada qalib elan edilən “DELTA 10 LT” MMC ilə eyni tarixdə – 2022-ci ilin iyun ayının 22-də dövlət qeydiyyatına alınıb.

İnstitutun 20 gün aralığında qalib elan etdiyi “DELTA 10 LT” və “YAŞAM 88 LT” MMC-lərin hüquqi ünvanları da eynidir- QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, KEÇİD 1594 (LÖKBATAN), ev 30, m. 8.

Daha ilginc məqam isə hər iki təşkilatın qanuni təmsilçilərinin də eyni şəxs olmasıdır – Sultanova Vüsalə Vaqif qızı.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun tikili və avadanlıqları təmir edəcək “YAŞAM 88 LT” MMC-nin də maddi texniki bazası, işçi qüvvəsi, fəaliyyət profili, faktiki ünvanı barədə məlumat yoxdur.

Qlobal.az-ın əldə etdiyi məlumata görə isə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutun qalib elan etdiyi “DELTA 10 LT” və “YAŞAM 88 LT” MMC-lər dövlət satınalmalarında “otkad” məqsədi ilə istifadə olunduğu, bu təşkilatlarla bağlanan satınalma müqavilələri üzrə büdcədən köçürlən vəsaitlərin mühüm hissəsi sonradan sifarişçi olan təşkilatın rəhbərliyinə qaytarıldığı iddia edilir.

Qlobal.az iddialarla bağlı Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan mövqe öyrənib.
Buralarda dövlətin puluna QƏNİM KƏSİLİBLƏR... - İTTİHAM

Ələmdar Məmmədov

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru və Tender komissiyasının sədri Ələmdar Məmmədovun açıqlamasında deyilir:

“Sentyabr ayının 5-də “Reaktivlərin satın alınması” lotu üzrə aparılan kotirovkada qalib seçilən “DORUK BIOTECHNOLOGY” Məhdud Məsuliyyətli Cəmiyyəti ən aşağı qiymət təklifi verən iddiaçıdır. Biz illərdir əməkdaşlıq etdiyimiz və yaxşı tanıdığımız digər şirkətlərin daha yüksək təkliflərini rədd edərək, ehtimal qiymətindən əhəmiyyətli dərəcədə aşağı təklif verən iddiaçının iştirakı portal tərəfindən kənarlaşdırılmadığından və həmin şirkətin tələb olunan sənədləri qaydasında olduğu üçün qalib seçmişik”.

Tender komissiyasının sədri Ələmdar Məmmədov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun 2022-ci ildə yuxarıda qeyd edilən satınalmalarına da münasbət bildirib:

“Bütün müsabiqələrdə iştirak edən iddiaçılar arasından həmişə ən aşağı qiymət təklifi verən iddiaçı qalib olaraq seçilib və İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bütün müsabiqə prosesi yoxlanılaraq icazə veriləndən sonra qalib firma ilə müqavilə bağlanmışdır. O cümlədən, qeyd etdiyiniz “DELTA 10 LT” və “YAŞAM 88 LT” MMC-lər ilə də yalnız İqtisadiyyat Nazirliyi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icazə veriləndən sonra müqavilə bağlanmış və iş həcmləri cədvəlində göstərilən bütün mallar alınmış və işlər görüləndən sonra təhvil-təslim aktı bağlanmışdır”.
Buralarda dövlətin puluna QƏNİM KƏSİLİBLƏR... - İTTİHAM

İradə Hüseynova
Xatırladaq ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynovadır. İ.Hüseynova 2016-cı ildən İnstituta rəhbərlik edir. //Qlobal.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ... - NARAZILIQ VAR!

"DƏDKR-nin 15 saylı Ərazi İdarəsinə də ƏMDX-nin Qazax Ərazi Şöbəsi qanun pozuntusu faktını aşkar etmək istəmədilər".
Bu fikirlər 2-ci Qarabağ müharibəsi veteranı İsgəndərli Fərhad Məhəmməd oğlu tərəfindən Faktinfo.az saytına göndərilən növbəti məqalədəndir. İsgəndərli Fərhad qeyd edir ki, 24.04.2023-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov cənabına Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" deyilən ərazisində örüş yeri kimi istifadəsində olan icarə torpağının 1,8 hektarının zəbt edilib, qanunsuz əkin sahəsi kimi istifadə edilməsi ilə bağlı müraciət məktubu (SS843221964AZ) ünvanlayıb. Bundan sonra məsələyə səthi yanaşılıb və ona Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 31.05.2023-cü il tarixində, № 3-21-3-02/2-İ-0329-8/2023 saylı məktub göndərilib ki, məhkəməyə müraciət edin.

Yəni, DƏDKR-nin 15 saylı Ərazi İdarəsi, nə də ƏMDX-nin Qazax Ərazi Şöbəsi 1,8 hektar ərazinin kimin istifadəsində olduğunu bilərəkdən tədqiq edib baş idarəyə düzgün məlumat vermədiklərindən, ona məhkəməyə müraciət etməsi məsləhət bilinib. Təkrar edirəm ki, idarələrin göndərdiyi sənədləri əsas götürən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində zəbt olunmuş 1,8 hektar icarə torpağı ilə bağlı məhkəməyə müraciət etməyimi məqsədəuyğun bilib. Sual oluna bilər, niyə belə qənaətə gəlinib?

Böyük ehtimal ilə, ƏMDX-nin Qazax Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi - müfəttiş Həsənov Elnur, sektorun müdiri Şahbazov Xançoban, özəlləşdirmə sektorunun məsləhətçisi Həsənli Vüsalın iştirakı ilə akt tərtib oluna bilərdi. Akta da yazıla bilərdi ki, fakt üzrə araşdırma (monitorinq) aparılıb, mövcud 1,8 hektar əkin sahəsinin Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini Tatarov Əsgər Hüseyn oğluna Qıraq Kəsəmən kənd bələdiyyəsinin 01.09.2007-ci il tarixli qərarı ilə icarəyə verilmiş 10 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində aparıldığı məlum olub. Tatarov Əsgər Hüseyn oğluna verilmiş torpaq sahəsinin də təhvil aktı və ya yerqurluşu planı tərəfimizdən əldə edilib.

Yəni, demək istəyə bilərdilər ki,şikayət edilən 1,8 hektar torpaq sahəsi Tatarov Əsgər Hüseyn oğluna icarəyə verilən 10 hektar torpağın tərkib hissəsidir,1,8 hektar örüş yeri olan icarə torpağının İsgəndərli Fərhad Məhəmməd oğluna aidiyyatı yoxdur.Bu da ola bilərdi onların monitorinq araşdırması.Akta da qeyd edə bilərdilər ki,burada pozuntu halı Tatarov Əsgər Hüseyn oğlu tərəfindən örüş yerinin 1,8 hektarının əkin sahəsi kimi istifadə edilməsindədir ki, bununla bağlı şəxsə xəbərdarlıq edilib. Aktın da doğruluğunu imzamızla təsdiq edirik. Vəssalam,cüttamam!

Məsələyə İqtisadiyyat Naziri MİKAYIL CABBAROV cənabının diqqətini çəkmək istəyirəm. Bu şəxslərə sual verilsin.

1. Sizlər - ƏMDX-nin Qazax Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi-müfəttiş Həsənov Elnur, sektorun müdiri Şahbazov Xançoban, özəlləşdirmə sektorunun məsləhətçisi Həsənli Vüsal, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində monitorinq aparan zaman əraziyə baxdınızmı ki, orada Tatarov Əsgər Hüseyn oğlunun adına 10 hektar icarə torpağının olub-olmadığını biləsiniz.Yaxşı, 10 hektarın 8,2 hektarı haranı əhatə edir? Bu 8,2 hektar ərazi qorunan sahə olmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan torpaq sahəsi deyil ki?!

2. Ümumiyyətlə, "sənədlərdən", 1,8 hektar ərazidən kənar 8,2 hektar ərazinin sərhədləri hansı torpaqları kəsir və yaxud Ağstafa rayonu Qıraq Kəsəmən kənd bələdiyyəsinin 01.09.2007-ci il tarixli qərarı ilə Tatarov Əsgər Hüseyn oğluna icarəyə verilmiş 10 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏSİ varmı?!

Varsa, Tatarov Əsgər Hüseyn oğlun adına 10 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin istifadəsinə dair TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏ olmalıdır. Elə deyilmi? Bəli fikri yetərsaydı! Elə isə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi və digər dövlət orqanları üçün ehtimal etdiyim AKTI tərtib edən şəxslər niyə tələb etmədilər bu sənədi?! Maraqlıdır, deyilmi?!

Və yaxud, TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏ ikinci tərəf - İsgəndərli Fərhad Məhəmməd oğlunun iddia etdiyi torpağa dair 14 iyul 2003-cü ildən 2018-ci ilə qədər 15 hektar torpaq sahəsi götürmüş, (Şəhədətnamə -JN-3348 ; Kod - 50207018) Kərimov Kərim Murtuz oğlunun adına varsa, demək ki, Ağstafa rayonu Qıraq Kəsəmən kənd bələdiyyəsinin 01.09.2007-ci il tarixli qərarı ilə Tatarov Əsgər Hüseyn oğlunun adına verilən 10 hektar icarə torpağı saxtadır. Yəni, torpağın birinci və 2003-cü ildən adına icarədə olan sahibinin kimliyini ƏMDX-nin Qazax Ərazi Şöbəsi tədqiq edə bilməyib və bunu etmək istəməyib. Bəli, bəli! Bu fakt faktlığında qalır və ƏMDX-nin Qazax Ərazi Şöbəsinin manitorinqinin nəticəsi bağça uşağına əxlaq dərsi keçmək qədər absurd görünür.

3. Buradan dövlət sənədlərinin saxtalaşdırılmasının "iyi" gəlir, o, Tatarov Əsgər Hüseyn oğlu 1,8 hektar örüş ərazisini zəbt edib, ona bu işdə şərait yaradılıb, onun zəbt etdiyi ərazini legetimləşdirmək üçün "sənədlər üzərindən" də adında 8,2 hektar örüş təyinatlı torpaq sahəsinin olduğuna dair əsas uydurulub. Əks təqdirdə, bu şəxsin 1,8 hektar ərazini zəbt etməsinə "don geyindirmək" mümkünsüz görünərdi.

4. Ağstafa rayonu Qıraq Kəsəmən kənd bələdiyyəsinin 01.09.2007-ci il tarixli qərarı ilə Tatarov Əsgər Hüseyn oğlunun adına verilən 10 hektar icarə torpağının 1,8 hektarının qanuni əsası varsa, nədən Ağstafa rayonunun Qıraq Kəsəmən kənd bələdiyyəsinin sədri Balabəyim Yaqubəliyevanın ərazinin yenidən ölçülməsi üçün DƏDKR-nin 15 saylı Ərazi İdarəsinə etdiyi müraciət zamanı, DƏDKR-nin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi V.T. Mustafayev ölçü işlərini həyata keçirərkən, ərazi 2007-2021-ci il tarixləri üçün Tatarov Əsgər Hüseyn oğlunun adına tədqiq edilməyib. Əvvəllər də onun adına olmayıb. Bu təqdirdə, Tatarov Əsgər Hüseyn oğlu istifadəsində olan 10 hektar örüş torpağına dair 2007-2021-ci illəri əhatə edən tarixlərdə banka ödədiyi vəsaitə dair bir ödəniş qəbzi təqdim edə bilərmi? Ərazidə monitorinq aparan ƏMDX-nin Qazax Ərazi Şöbəsi bu barədə nə deyə bilər?! Bu idarənin "aktın doğruluğunu imzamızla təsdiq edirik" yazdığını ehtimal etdiyim əməkdaşları ortalığa bir sənəd qoya bilərlərmi?! Qoya bilməzlər, çünki Babam Kərimov Kərim Murtuz oğlu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində 1764 kvadrat metr ərazidə maldarlıq ferması tikib. Tikilinin reyestr nömrəsi - 502011005064-12301 İnventar nömrəsi 502-58/98-dir.

Ət istehsalı məqsədilə tikilən fermada saxlanılan iri buynuzlu heyvanların örüş sahəsi üçün babam Kərimov Kərim Murtuz oğlu Qıraq Kəsəmən kənd bələdiyyəsinin "ada" deyilən ərazisindəki, balansda olan örüş təyinatlı torpaqdan icarə müqaviləsi əsasında 14 iyul 2003-cü ildən 2018-ci ilə qədər 15 hektar torpaq sahəsi götürüb (şəhədətnamə -JN-3348 ; Kod - 50207018). O dövrdə ödənilən bütün ödəniş qəbzləri onun adınadır.

5. Babam Kərimov Kərim Murtuz oğlu dünyasını dəyişməmişdən əvvəl - 15.09.2017-ci il tarixində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində "ada" deyilən ərazidə 1764 kvadrat metr maldarlıq fermasını natorial qaydada mənim adıma (İsgəndərli Fərhad Məhəmməd oğlu nəzərdə tutulur) keçirib. Reyestr nömrəsi 502011005064-12301-dir.

Fəaliyyət istiqaməti üzrə məşğul olduğum 2017-2021-ci illərdə Ağstafa rayonunun Qıraq Kəsəmən kənd bələdiyyəsi ilə bağladığım icarə müqaviləsi əsasında sözü gedən 15 hektar örüş ərazisinin banka ödənişlərini özüm etmişəm. Hazırda, Tatarov Əsgər Hüseyn oğlu tərəfindən 1,8 hektar ərazi qanunsuz zəbt edilib, əkin sahəsi kimi istifadə edilən məlum torpaq sahəsi də 14 iyul 2003-cü ildən-2018-ci ilə qədər Ağstafa rayonunun Qıraq Kəsəmən kənd bələdiyyəsi ilə icarə müqaviləsi əsasında bağlanmış və 2019-2021-ci ildə də istifadəmdə olan 15 hektar əraziyə aiddir. Mən hazırda istifadəmizdə olan ƏMDX-nin Qazax Ərazi Şöbəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə göndərilməyən, bu barədə bəhs edilməyən TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏni təqdim edirəm. Aydınlaşsın və kimlərinsə nə qədar xəta işlədiyinin fərqinə varılsın. 2023-cü ildə DƏDKR-nin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi V.T.Mustafayev ölçü işlərini həyata keçirərkən, ərazinin boş olduğunu tədqiq etdikdən sonra da, ƏMDX-nin Qazax Ərazi Şöbəsinin məsləhətçisi-müfəttiş Elnur Həsənovun ərazini nə səbəbdən tanımayıb, məsələni bu səviyyəyə nə səbəbdən gətirməsinə dair tabeçiliyi olduğu baş idarə səviyyəsində aydınlıq gətirilsin. Dövlət sənədinin zamanla saxtalaşdırılması kimlər tərəfindən həyata keçirilibsə,məsuliyyəti müəyyənləşsin.

6. Və ən nəhayət qeyd edim ki,etdiyim şikayətdən sonra aparılan monitorinq zamanı mənim sənədlərimlə qarşı tərəfin sənədləri tutuşdurulmalı idi.Ehtimal etdiyim akta hər iki tərəfin sənədlərinə dair müfəssəl məlumatlar yazılmalı idi.Bununla da 2003-cü ildən, 2018-ci ilə qədər Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində kənd bələdiyyəsindən örüş sahəsi kimi icarəyə götürülən 15 hektar torpaq sahəsinin 1,8 hektarının TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏ əsasında babam Kərimov Kərim Murtuz oğlunun, 2017-2021-ci illərdə isə İsgəndərli Fərhad Məhəmməd oğlunun, yoxsa 2007-ci ildən bu yana TORPAQDAN MÜVƏQQƏTİ İSTİFADƏ HÜQUQUNA DAİR ŞƏHADƏTNAMƏsi olmayan Tatarov Əsgər Hüseyn oğlunun adına olub-olmadığı müəyyənləşdirilməli idi.Sənədlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə düzgün göndərilsə idi,inanıram İsgəndərli Fərhad Məhəmməd oğluna(mənə) məhkəməyə müraciət etməyim məsləhət bilinməzdi.Amma fakt odur ki, sənədlərin təftişi proseduru düzgün həyata keçirilməyib.

QEYD: Qarabağ müharibəsi veteranı İsgəndərli Fərhad Məhəmməd oğlu tərəfindən göndərilən məqalə tanışlıq üçün İqtisadiyyat Naziri Mikayıl Cabbarov üçün də nəzərdə tutulub.

Faktinfo.az saytına göndərilən Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməni, maldarlıq fermasının tikintisinə razılıq alınan dövlət orqanlarının siyahısını,sənədi imza edən şəxslərin kimliyini aşağıda foto-qalareyadan təqdim edirik. İnanırıq ki, bu sənədlər DƏDKR-nin 15 saylı Ərazi İdarəsi və ƏMDX-nin Qazax Ərazi Şöbəsi üçün müəyyən suallar doğuracaq ,təhlil imkanları yaradacaq. //Faktinfo.az//
Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ... - NARAZILIQ VAR!
Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ... - NARAZILIQ VAR!
Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ... - NARAZILIQ VAR!
Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ... - NARAZILIQ VAR!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu


Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - deyə MN-dan bildirilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Şahin Bağırov gələndə dedilər ki, ərizənizlə işdən çıxın, sonra qayıdacaqsız” - GİLEY


"Azərreyl” klubunun sabiq mətbuat katibi Təranə Cəfərova işdən çıxarılmasından narazıdır.

DİA.AZ bildirir ki, "Qafqazinfo”ya danışan keçmiş klub rəsmisi haqsız yerə komandadan göndərildiyini deyir.

O, şikayətində vəzifəsindən getməsi ilə bağlı ərizəni məcburi şəkildə yazdığını bildirib: "2017-ci ildən "Azərreyl Voleybol Klubu” MMC-də mətbuat katibi vəzifəsində çalışırdım. Bu ilin aprel ayında Azərbaycan Voleybol Federasiyasında (AVF) dəyişiklik oldu və prezident postuna Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov gəldi. Həmin vaxt klubun keçmiş prezidenti Dağıstan Hüseynov bizə bildirdi ki, federasiyanın rəhbəri göstəriş verib ki, bütün klublar sıfırlansın və işçilər hamısı işdən çıxarılsın. O həmçinin dedi ki, öz ərizəsi ilə işdən çıxanlar daha sonra yerinə qaytarılacaq. Kimsə çıxmasa, qalan əməkhaqqını ala bilməyəcək və işə qayıtmaq şansını itirəcək. Hamımız ərizə yazdıq. Amma biz işdən çıxanda klubun mühasibi, insan resursları üzrə mütəxəssis və komandanın meneceri yerində qaldı. Biz ayrıldıqdan sonra məsələ uzandı və heç bir dəvət yox idi ki, qayıdın bura. Bu səbəbdən iyunun 6-da AVF-nin baş katibi Faiq Orucovla görüşdüm. O da mənə bildirdi ki, məsələdən xəbərdardır, amma 1-2 ay işimə qayıda bilməyəcəm. Bundan 1 ay sonra "Azərreyl”in yeni rəhbəri Orxan Kərimovla görüşdüm. Klub prezidenti bildirdi ki, mən hələ komanda yığıram, inzibati heyətə ehtiyacım yoxdur. Maraqlısı odur ki, inzibati heyət lazım olmayan komandada mühasib və insan resursları üzrə mütəxəssis niyə saxlanılır? Orxan Kərimovdan bunu soruşdum və həmin şəxsləri onun işdə saxlamadığını bildirdi”.

T.Cəfərova daha sonra AVF prezidenti, DGK rəhbəri Şahin Bağırovun qəbulunda olduğunu əlavə edib: "Federasiya rəhbəri klubların sıfırlanması ilə bağlı göstəriş vermədiyini və məsələdən xəbərinin olmadığını bildirdi. Təəccüblü məqam odur ki, onun xəbəri olmadan, adından istifadə edərək kütləvi şəkildə insanları işdən azad edirlər. Heç bir səbəb olmadan, təzminat belə ödənilmədən, qanunsuz olaraq işdən çıxarılmağımdan, eyni zamanda artıq 3 aydır ki, yerinə yetirilməyən vədlərlə işə bərpa olmamağım haqqında məlumatları verdikdən sonra Şahin Bağırov AVF-nin Baş katibi Faiq Orucova məsələ ilə bağlı göstəriş verəcəyini dedi. Qəbuldan 10 gün sonra baş katiblə prosesin hansı mərhələdə olduğu ilə bağlı əlaqə saxlamağa çalışdım, lakin bu, mümkün olmadı. Daha sonra AVF-nin vitse-prezidenti Faiq Qarayevlə görüşmək üçün qurumun mətbuat katibi Şəfəq Kərimova ilə görüşdüm. Məsələni olduğu kimi çatdırıb Faiq Qarayevlə danışmaq istədiyimi bildirdim. Amma qəbula çağırılmadım. Şahin Bağırovun qəbulunda olmağımdan artıq 1 aydan çox vaxt keçib və hələ də məsələ öz həllini tapmayıb”.

Şikayətlə əlaqədar "Azərreyl”in prezidenti Orxan Kərimov bildirib ki, vəzifəyə Təranə Cəfərova işdən çıxarıldıqdan sonra gəlib: "Mən iyunun sonlarında işə başlamışam, Təranə xanım isə aprel ayında işdən çıxarılıb. Ona görə də bir şərh verə bilmərəm. Həmin xanımla görüşmüşəm və bildirmişəm ki, komandanı yeni qurmağa başlayırıq. Klubda bu vəzifə isə hazırda boşdur”.

Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov isə =deyib ki, məsələ klubun daxili işidir: "Biz onlara müdaxilə etmirik. Federasiyadan maliyyələşən klublar var. Hər mövsümün sonunda klubda fəaliyyət göstərən hər kəslə müqavilə sona çatdırılır və növbəti mövsüm yenisi bağlanır. Artıq "Azərreyl”də yeni rəhbər var. Heyəti o müəyyənləşdirəcək. Təranə xanım AVF prezidenti Şahin Bağırovun qəbulunda olub. Şahin müəllim də ona bildirib ki, məsələ araşdırılacaq. Araşdırıb məlumat vermişik. Yenə deyirəm ki, peşəkar olaraq klubların daxili işlərinə qarışa bilmirik. Klub rəhbərliyi özü hər kəslə görüşəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın yardımı niyə iki gündür Xankəndiyə çatdırılmır? - Bərdədə gözləyən yük...


Rusiyanın Xankəndidəki ermənilər üçün göndərdiyi humanitar yardım hələ də yolda gözləyir.

Artıq ikinci gündür ki, Bərdə şəhərində gözləyən ərzaq dolu yük avtomobili ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi. Keçidinin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Onlar nə Rusiyanın, nə də Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımını qəbul edirlər. Digər məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.

Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə bir TIR ərzaq yükü göndərilib.

Nə baş verir? Yardım nə üçün ünvana çatmır?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Rusiya tərəfindən göndərilən yükləri separatçılar tərəfindən qəbul edilməməsi və Beynəlxalq Qızıl Xaç Komitəsinin regional proseslərə müdaxiləsi yeni çağrışıları formalaşdırır:

“Beynəlxalq Qızıl Xaç Komitəsi son illər ərzində xüsusilə reinteqrasiya proseslərinə də müdaxilə edir və bunun qarşısını alır. Həmçinin, qaçaqmalçılıq cəhdləri müəyyən olunur. Üstəlik, Beynəlxalq Qızıl Xaç Komitəsi Qərbin sifarişlərini yerinə yetirən bir humanitar təşkilat kimi özünü göstərir. Bu, tamamilə yolverilməzdir və Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilər. Digər tərəfdən, Qərbin Rusiyaya etdiyi təzyiqlərdə də Beynəlxalq Qızıl Xaç Komitəsini görməkdəyik. Bu isə Rusiya-Ukrayna müharibəsi fonunda baş verən proseslər kimi dəyərləndirilə bilər”.

Politoloq vurğulayıb ki, istənilən halda Azərbaycan daxili yollarında öz yurisdiksiyasında sərbəst qərar vermək üstünlüyünə malikdir:

“Məhz Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə yüklərin göndərilməsi Azərbaycanın siyasi iradəsinə söykənir. Bu, rəsmi Bakının prinsipial mövqeyidir. Burada hansısa təşviqedici fəaliyyət və məhdudlaşdırıcı tədbirlər də yolverilməzdir. Əlbəttə ki, bütün bunlar təhdid kimi qiymətləndirilir. Çox adekvat sürətdə onların aradan qaldırılmasına ehtiyac var. Xüsusilə Beynəlxalq Qızıl Xaç Komitəsinin destruktiv fəaliyyətinə son qoyulmalıdır. Eyni zamanda, Qərbin dəstəyinə arxalanan Ermənistan da Azərbaycanın daxili işlərinə qarışmamalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa..." - MÜƏMMA


"Əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa , mədən müdiri və onunla oğurluqda əlbir olanlar niyə cinayət məsuliyyətinə cəlb olunmur?" DİA.AZ bildirir ki, bu sualı əlaqədar qurum və təşkilatlara ünvanlayan Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı "yenə bir çox Əməliyyat Şirkətlərinin fəaliyyətində "podratçı" qurum olan İlkin MMC, Hacı Qurban..." deyərək növbəti qanun pozuntusu faktını açıqlayıb.

Hüquq müdafiəçisi Şirvan OYL LTD şirkətinin 3 saylı mədənində çalışan neft hasilatı ustası, müharibə veteranı Canalıyev Rasimin şikayətini icttaimailəşdirib. DİA.AZ olaraq M.Qəhrəmanlıya ictinadən həmin şikayəti təqdim edirik:
"Əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa..." - MÜƏMMA

"06 iyul 2023 cü il təxminən saat 18 radələrində ,mənim gündüz növbəsində olduğum zaman mədən müdirinin göstərişi ilə ✅İLKİN MMC-nin daşınma maşınları ilə 52 ədəd 2,5 həcmində borular mədən ərazisindən naməlum istiqamətə aparılmışdır. Onu da qeyd edim ki, daşınma briqadasının işçiləri həmin vaxt boruların yüklənməsində iştirak etməyiblər. Mən bu barədə şirkətin rəhbərliyinə yazılı məlumat vermişəm və təlləb etmişəmki ,əgər əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa ,bu halda mədən müdiri və onunla oğurluqda əlbir olanlar da işdən azad olunmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar! .Araşdırılma aparılmış ancaq idarənin məsul işçiləri nədənsə boruların oğurlanmasına biganə yanaşırlar. Niyə? Əlavə olaraq bildirirəm ki, hər hansı yolla məni şantaj edirlər, şər, böhtan atırlar,polis şöbəsinə məndən şikayət edirlər. Şər,böhtan İlkin MMC-nin rəhbəri Hacı Qurbanın (???!!) , yaxud onun nəqliyyat rəisi Hüseynin əli ilə atılır.Hamısından da alnı açıq ,üzü ağ çıxmışam.Özüm müharibə veteranı, həyat yoldaşım isə 1-ci qrup gözdən ömürlük əlildir. Mən daha bunların şər böhtanına dözə bilmirəm.
Sizdən artıq dərəcədə xahiş edirəm yazdıqlarımı nəzərə alıb mənə öz köməkliyinizi göstərəsiniz. Boruların oğurlanmasında əli olan sex rəisi Vüsal Qurbanov, baş usta İlham Babayev haqda cinayət işi açılması üçün , problemin işıqlandırılmasında mənə öz köməkliyinizi göstərəsiniz..."

Qeyd edək ki, Şirvan OYL Əməliyyat Şirkəti 3 fevral 2009-cu ildə imzalanmış, 22 may 2009-cu ildə Parlament tərəfindən təsdiqlənmiş hasilatın pay bölgüsü sazişi əsasında “Kürovdağ” yatağının istismarı ilə məşğuldur. Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət olan Global Energy Azerbaijan Groupun (“GEA”) operatoru olduğu 5 Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) iştirakçısıdır. Rəhbəri Aleksandr Alekseeviç Anoxindir...

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO