[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kapital Bankda fiksiya və ya Mərkəzi Bank sədri Taleh Kazımovun imzaladığı qaydalara istinad

Kapital Bankın onlayn hesab açmaq xidməti var. Tez-tez də reklam edirlər .
Düşündüm ki , həm test edim və həm də hesablar açım.
Sadəcə biabırçılıqmış. Başqa adı yoxdur.
Nələr baş verdi :
1. Sənədlərin scan versiyaları yükləndikdə rədd cavabı gəldi. Kapital Bank tələb etdi ki, Ədliyyə Nazirliyinin orijinal sənədlərinin scanı yox, orijinal sənədin notarial təsdiqinin scanı olmalıdır. Bir qədər dirəşsəm də ki, bu onlayn hesab xidməti üçün məntiqli deyil, xeyri olmadı.
Yəni, görünür ki, qurum mövcud bürokratik prosesi sadələşdrimədən elektrona çevirdiyindən, oflayn mühitdə nə tələb olunursa elə onu da onlaynda tələb edirlər. Yəni, daha pis mühit, elektron –bürokratik mühit yaradıblar. Amma prosesi bitirmək üçün razılaşdım. Görünür ki , bankda İT güclüdür, amma biznes analitika, data analitika zəifdir.
2. Onlayn hesab üçün yenidən oflayn addım atdım, sənədləri notarial tesdiqlədim, yenidən Kapital Bank sisteminə yuklədim. Yenə rədd cavabı gəldi. Bu dəfə də poçt indeksini faktiki olanı deyil, VÖEN-də olanı yazmağı tələb etdilər. Məntiqsiz olsa da, yenə də razılaşdım.
3. Yenidən yüklədim və düzəliş etdim. Bu dəfə isə heyrətləndirici olsa da, AĞLASIĞMAZ bir tələblə üzləşdim, sənədlərin surətini Banka gətirməyimi tələb etdilər. Bir neçə dəfə soruşdum və dirəşdim ki , buna əminsinizmi, doğurdanmı xidmətin adı onalyn da olsa mən yenidən sənədləri banka gətirməliyəm?
Qayıtdılar ki, Mərkəzi Bankın yeni Qaydaları var və bizdən belə tələb edilir. İnanmadım, dirəşdim ki, mən bunu ictimailəşdirəcəyəm. Dedilər ki , qaydalar belədir və okeydir
Mənə göndərdikləri video müsahibə linkini də aktivləşdirmədilər ki, ilk öncə kağız sənədlər banka verilməlidir.
İzah edə bilmədim ki, əgər banka gedirəmsə elə orada hesab aça bilərdim.
Maraqlıdır ki, kağız formada sənədlərin göndərilməsi ilə bağlı tələbi mənə email ilə göndərməkdən də imtina etdilər. Şübhələnmək üçün əsaslarım yarandı ki, bəlkə də heç belə qaydalar yoxdur.
4. Mərkəzi Bankın sədri Taleh Kazımov və elektron hökumət quruculuğuna cavabdeh olan İRİA-nın rəhbəri İnarə Vəliyeva, Banklar Assosiasiyasının rəsmiləri !
Məlumatınız olsun ki, rəqəmsal bankçılıq, elektron xidmətlər, onlayn hesab xidmətləri ən azı ölkənin əsas bankı -Kapital Bank üçün əslində fiksiyadır.
Amma dərhal qeyd edim ki, xeyli öncə mən Paşa Bankda olayn hesab aça bilmişdim.
Görünür ki, Mərkəzi Bank rəhbərliyinin təşəbbüsü ilə hətta son dövrlərdə qanunverici mühit təkmilləşsə də, real vəziyyət geriyə doğru gedib.
Çox təəssüfləndirici bir vəziyyətdir.
İndi mən adı çəkilən hörmətli qərar qəbul edənlərimizdən soruşuram:
Kapital Bankın hansısa filialına yaxınlaşıb onlayn göndərdiyim sənədlərin surətlərini də kağız formada təqdim etməliyəmmi ?
Osman Gunduz
Teref.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Düşmən Gədəbəyi atəşə tutdu

Sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bundan başqa, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Memarlıq və İnşaat Universitetinin müəllimi Elxan Dadaşov qısa vaxtda necə milyonçuya, TİKİNTİ MAQNATINA çevrildi..?

Elxan Dadaşov 100-ə yaxın mənzili tələbələrə kirayə verib...
Haqqında bəhs edəcəyimiz Dadaşov Elxan Rəsul oğlu texnika elmləri namizədidir və Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimidir.
Təsəvvür edirsiniz, bir müddət əvvəl köhnə Jiquli ilə Bakıya gələn, Universitetin sıravi müəllimi olan Elxan Dadaşov az vaxtda milyonçuya, oliqarxa çevrildi.
Dünyada milyonçular, hətta milyarderlər var, onlar uzun illərin biznes çalışmasından sonra milyonçuya çevriliblər.
Amma adi, sıravi Universitet müəlliminin qısa vaxtda milyonçuya çevrilməsi analoqu olmayan haldır.
Sözün qısası, adi Universitet müəllimi qısa bir zamanda TİKİNTİ MAQNATINA çevrilib.
Əslən Qəbələ rayonunun Qaradeyin( Qəmərvan) kəndində anadan olan Elxan Dadaşovu yaxından tanıyanlar da bilir ki, alim kimi də bir dərin alim deyil, yəni onun üçün Universitet də bir biznes sahəsidir. Yəni bu adam təhsilə də ticarət, biznes kimi baxıb.
Sözün qısası, yazını qələmə alarkən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla biznes ortağı olan Elxan Dadaşovun təkcə Azərbaycan Tibb Universitetinin Müalicə korpusunun tikintisindən 6 milyon manat mənimsədiyini eşidəndə dəhşətə gəldim. İcra başçısı hara, gizlincə şəriklik hara? Artıq hamı danışır ki, Elxan Dadaşova bütün işlərində Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəstək olur.
Belə ki, ATU-nun Müalicə korpusunun smetası 35 milyon manat dəyərində olub. Və tikintinin tenderini Elxan Dadaşov Asif Əsgərovun əli ilə udub. Bu işdə həqiqətən də ona Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəstək olub. Son nəticədə Asif Əsgərovla Elxan Dadaşov 6 milyonu mənimsəyiblər.
Fikir verdinizmi, təkcə bir binanın tikintisində dövlətin ayırdığı 6 milyon şəxsi ciblərə gedib.
Bu Elxan Dadaşovun oğurladığı yüz milyonların bir hissəsidir.
Bu cinayət əməllərində Elxan Dadaşovun ortaqlarından biri də əslən İmişlidən olan Şükürov Əvəzdir. Tender məsələlərində Əvəz Şükürovun əli çox yerlərə çatır.
Bəli, çox qısa müddətdə tikinti maqnatına çevrilən Elxan Dadaşov köhnə JİQULİ-dən düşüb ən bahalı S-KLAS avtomobillərə sahib olub.
Bu gün Elxan Dadaşov şəhərdə mühafizəçilərlə gəzir, sürücüləri və daha nələri...
Təkcə onu qeyd edək ki, Elxan Dadaşov bu il Antaliyada ailəsi ilə istirahətinə 40 min dollar xərcləyib.
Onu da qeyd edək ki, Elxan Dadaşovun bacısı vaxtilə Nazirlər Kabinetində şöbə müdiri işləyib və hazırda təqaüddədir.
Elxan Dadaşov həm də Bakıda kirayə mənzillər kralı kimi tanınır.
Belə ki, Elxan Dadaşov müxtəlif binalarda 100-ə yaxın mənzili alaraq tələbələrə kirayə verib. Və hər ay öz tələbələrindən kirayə haqqı alır.
Beləsinin müəllim olmağa mənəvi haqqı varmı..?
Onu da qeyd edək ki, Elxan Dadaşov kirayə verdiyi mənzillərdən hər ay icarə haqqını almaq üçün ayrıca ofis açıb və orada 4 nəfər işçi çalışır.
Onların əsas işi hər ay icarəyə verilən obyektlərdən, mənzillərdən aylıq pulu alıb Elxan Dadaşova çatdırmaqdır.
Ən dəhşətlisi odur ki, bu pullardan 1 manat da dövlətə vergi ödənilmir.
Elxan Dadaşovun tikdiyi binalar əsasən 3-cü mkr dairəsinə yaxın ərazidə, Bakının Nəsimi, Xətai və digər rayonlarındadır.
Elxan Dadaşovun təkcə mülklərinin dəyəri 200 milyondan çoxdur...
Elxan Dadaşov əvvəllər Sumqayıtda yaşayırdı. İndi Sumqayıtdakı tikintiləri qardaşı Səyyaf Dadaşova həvalə edib.
Elxan Dadaşovun Novxanıdakı bağının dəyəri neçə milyondur.
Bir sözlə, adi Universitet müəlliminin qısa vaxtda 100 milyonlara sahib olması əsl KORRUPSİYA möcüzəsidir.
Yəqin ki, Baş prokurorluq yanında Korrupsiya İdarəsi Elxan Dadaşovun bu əməllərini araşdırmalı olacaq.
Araşdırmamız davam edir, bizi izləyin.
gundelik baki.com
Millitv.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfidə dinləməyə hazırıq!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
44 gün savaşdı... SAVAŞI HƏLƏ BİTMƏYİB... - GİLEY


Gəncə şəhərinin sakini Məmmədov Anar Əli oğlu tərəfindən Hürriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İkinci Qarabağ iştirakçısı olduğunu deyən şikayətçi iddia edir ki, hələ də veteran statusu ala bilmir:

“Mən, Məmmədov Anar Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişəm və medalla təltif olunmuşam. Amma indiyədək veteranlıq verilmir.

Hərbi hospitaldan aldığım sənədləri də təqdim etmişəm, amma mənə veteranlıq verilmir. Xahiş edirəm, mənə veteran statusu almaqda köməklik göstərəsiniz”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda ŞOK: Məşhur həkimin icarəyə verdiyi hotel əxlaqsızlıq yuvası imiş - FOTO

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən "Santafe Beach" hoteldə əməliyyat keçirib.

DİA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, "Santafe Beach" hotelinin icarədarı, 1977-ci ildə Göyçay rayonunda doğulmuş Gürcüstan Respublikası vətəndaşı Fəqan Salmanov saxlanılıb.

Aparılan araşdırma zamanı Fəqan Salmanovun 19 iyul 2018-ci il tarixdə icarəyə götürdüyü hoteldə otaqları çarpayı və yataq dəsti ilə təchiz edib, bundan sonra şəxsiyyəti istintaqa məlum olan və olmayan qadınların burda fahişəliklə məşğul olmasına şərait yaradıb. Bunun müqabilində hər müştəridən 20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib.

Fəqan Salmanov məhkəmədə ifadəsində bildrib ki, hoteli Kənan Əhmədovdan icarəyə götürüb. O, həmçinin deyib ki, Kənan Əhmədovun sahibi olduğu digər obyekti - otelin altında yerləşən "Texas” gecə klubunu da icarəyə götürərək işlədib.

Təqsirləndirilən şəxs "Texas”ı icarəyə götürdükdən sonra qərara gəlib ki, klubda tanış olan kişi və qadınlara oteldə cinsi əlaqədə olmaları üçün şərait yaradıb. Bu yolla yaxşı qazanc əldə edə biləcəyini düşünüb. Gecə klubundan kənar müştərilər də otelə gəlib, onlara da "xidmət" göstərilib. O, 2018-ci ilin iyul ayından 2023-cü ilin fevral ayına kimi otelin otaqlarını müştərilərə 3-4 saat üçün 20 manata icarəyə verib.

Elnarə adlı qadın ifadə verərək bildirib ki, Fəqan Salmanovu təxminən 2023-cü ilin yanvar ayından tanıyıb. Yanvar ayının əvvəllərində hazırda tanımadığı tanışları ilə birlikdə olduğu zaman həmin şəxslər bildirib ki, Türkan qəsəbəsində "Texas” adlı gecə klubu var və oraya yaxşı, imkanlı müştərilər gəlir. Həmçinin elə gecə klubun üzərində də "Santafe Beach” adlı otel vardır. Otelin sahibi həmin klubda tanış olan qadın və kişilərə oteldə cinsi əlaqədə olmaları üçün yaxşı şərait yaradır. Bundan sonra o, qərara gəlib ki, həmin kluba gedib orada tanış olduğu müştərilərlə elə həmin oteldə görüşsün. O, həmin klubda Türkan adlı qadınla tanış olub və aralarında yaxşı münasibət yaranıb. Türkan da onun kimi fahişəliklə məşğul olub. Məhkəmədə fahişəliklə məşğul olan digər qadınlar da oxşar ifadələr veriblər.

Məhkəmənin qərarı ilə Fəqan Salmanov Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə ictimai və iaşə obyektlərinin fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3500 manat miqdarında cərimə olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2016-cı ildə də sözügedən oteldə əməliyyat keçirilib. Hotelin sahibi Kənan Əhmədovun Bakı və Abşeronda da digər bu kimi obyektləri var. Həkim-uroloq kimi tanınan Kənan Əhmədov həmçinin "Cahargah" hotelin də sahibidir.
Bakıda ŞOK: Məşhur həkimin icarəyə verdiyi hotel əxlaqsızlıq yuvası imiş - FOTO

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bizim Ev” MTK-nın zəbt etdiyi “stadion qalmaqalı”... DAVAM EDİR

“Bizim Ev” MTK-nın tikdiyi qanunsuz binalar sökülməlidir...
Bir neçə gün öncə oxuduğumuz xəbər bizdə xeyli maraq doğurdu.
Çünki “Gündəlik Bakı” olaraq 1 ildən çoxdur ki, bu mövzuda araşdırma yazıları dərc edirik. İlk olaraq yayılan xəbərlə bağlı...
"Qaynarinfo" saytının yaydığı xəbərdən bəlli olur ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyev adının hallandığı “stadion qalmaqalı” ilə bağlı növbəti məhkəmə prosesinə çağrılır. Bu məsələ ilə bağlı sonuncu məhkəmə prosesi iyunun 21-də baş tutub. Zərərçəkənlər və təqsirləndirilən şəxslər Səttar Möhbalıyevin dindirilməsini istəyib. Bununla bağlı vəsatət də qaldırılıb. Daxil olan məlumata görə, növbəti prosesdə bu məsələyə baxılması gözlənilir. Ümid edilir ki, zərərçəkənlərin və təqsirləndirilən şəxslərin İSRARLI TƏLƏBLƏRİ nəzərə alınacaq və Möhbalıyev məhkəməyə gələcək.
Məlumat üçün qeyd edək ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İş üzrə iki təqsirləndirilən şəxs var. Onlardan biri Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev, digəri isə “Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovdur. Həmin satılan ərazidə, dövlətdən oğurlanaraq gizli şəkildə satılan, torpaq sahəsinin üzərində 2 ədəd qanunsuz hündür mərtəbəli bina tikilir. Hansıki, qəpik-quruşa alınan torpaq sahəsinin üzərində tikilən binalarda olan mənzillərin kvadrat metri 3000 manata yaxındır. Dövlətdən oğurlanaraq gizli şəkildə satılan torpağın üzərində qanunsuz tikilən 2 ədəd binada bilirsiniz nə qədər mənfəət var? Baxın, bu qanunsuz tikilən binalardan gələn gəlir 50 milyona yaxındır. Alan bəlli, satan bəlli. Satanı həbs edirlər, Dövlətdən gizlədilərək, alınan oğurluq torpaq sahəsində 2 ədəd qeyri-qanuni bina tikən işbazlar isə öz qanunsuz əməllərini davam etdirirlər. Kimdir bunların arxasında dayananlar? Kimdir bunların qanunsuz tikililərdən əldə etdikləri gəlirə şərik olanlar? Bu ərazidə Dövlət əhəmiyyətli hansısa bir neçə layihə həyata keçitrmək olmazdırmı? Görəsən, çox vacib idiki bu torpaq sahəsi Dövlətdən gizlədilərək hansısa işbaza satılaydı? Bax budur, Dövlətin maraqlarını öz maraqlarından üstün tutan məmurların iç üzləri. İndi isə qayıdaq yazımızın məhkəmədə həbs olunmuş şəxslər haqqındakı bölməsinə.
Bəli, yuxarıda qeyd etdiyimiz kimi, torpaq oğurluğunda 2 nəfər vəzifəli şəxs həbs olunub.
Hər iki şəxs Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə təqsirləndirilir.
İndi usə əsas mövzuya keçə bilərik. Deməli, 1 ildən çoxdur ki, “Bizim Ev” MTK-nın “Məhsul” stadionunun ərazisini, hətta stadionun soyunub-geyinmə otağını zəbt edərək orada yüksəkmərtəbəli bina tikdiyi barədə yazırıq.
Yeri gəlmişkən, “Bizim Ev” MTK həmin ərazidə Mədəniyyət Nazirliyinə məxsus fabrikin ərazisini də zəbt edərək bina tikir. Çox təəssüf ki, bu barədə yazılan xəbərlərdən cənab Möhbalıyev dəfələrlə xəbərsiz olduğunu bildirib. Cənab Möhbalıyevə dəfələrlə şifahi sorğu ünvanlamışıq ki, sizin sədr olduğunuz qurumun balansında olan stadionun zəbt olunamsından və orada bina tikilməsindən necə xəbərsiz ola bilərsiniz...?
Hətta yazmışıq ki, cənab millət vəkili, söhbət iynə axtarmaqdan getmir ee....stadiondan gedir. Nə isə bizim sorğularımız cavabsız qalıb. Amma bizə daxil olan məlumatlardan bəlli olur ki, söhbət 5 milyon civarında rüşvətdən gedir. Və MTK rəhbərliyi bu “summa”nın Həmkarlar Konfederasiyasının rəhbərliyinə çatdığını bildirir. Hətta bu barədə məhkəmədə vəsatət də qaldırılıb, Möhbalıyevin məhkəməyə çağırılması tələb olunub. Amma Möhbalıyev məhkəməyə getməyib. Biz Səttar Möhbalıyevi başa düşürük. O, Millət vəkilidir. Ölkədə kifayət qədər nüfuzu olan böyük bir Konfederasiyanın sədridir, ağsaqqaldır. Amma heç kimə haqq verilmir ki, Dövlətdən oğurlanaraq, gizli şəkildə satılmış ərazilərin aşkarlanaraq geri qaytarılmasını təmin edən məhkəmədə iştirak etməsin. Əgər Səttar Möhbalıyev bu məsələdə öz mövqeyini açıq şəkildə ortaya qoysa, Dövlətin maraqlarını güclü şəkildə müdafiə etsə, həmin 2 bina sökülərək yerində gözəl bir park salınar. Amma indi deyəsən məsələ qəlizləşib. Gözləntilərimiz özünü doğrultmağa doğru gedir. Yəqin ki, yaxın zamanda Möhbalıyev də məhkəmədə ifadə verməli olacaq. Bütün bunlar öz yerində. Problemin digər dəhşətli tərəfi odur ki, “Bizim Ev” MTK ərazidəki sakinlər üçün ciddi problemlər yaradır. Dəfələrlə sakinlər ölkə rəhbərliyinə, FHN rəhbərliyinə müraciət etsələr də faydası olmayıb.
Birincisi, ondan başlayaq ki, MTK ətrafdakı yaşıllıqları, ağacları məhv edir, həm də ətrafda yaşayan sakinlər üçün dözülməz mühit yaradırlar. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev dəfələrlə göstəriş verib ki, məhəllə daxili ərazilərdə tikinti aparmayın. Prezidentin tapşırığına baxmayaraq MTK sahibləri məhəllədaxili ərazilərdə tikinti aparır, az qala sakinlərin ağzının içinə girirlər. Həmin tikintilər məhəllə sakinləri və ərazidə oynayan uşaqlar üçün ciddi təhlükə yaradırlar. Bütün bunlar azmış kimi binaların tikintisi zamanı səs-küydən sakinlər öz evlərində rahat otura bilmirlər. Bizim Ev MTK təkcə stadionun ərazisini deyil ee, ətraf əraziləri tikinti poliqonuna çevrilib.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK küləkli havada sakinlərin başına beton, qum, çınqıl ələyir, sakinlər SƏS-KÜYDƏN nevroz həddinə çatıblar… Görəsən, FHN, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti bu boyda qanunsuzluqları görmür..?
Sakinlər son ümid yeri kimi cənab Prezidentdən kömək istəyirlər. Bütün bunlar öz yerində. Bəs, bu ölkənin Ekologiya Nazirliyi, FHN, Bakı ŞİH, Yasamal RİH, Şəhərsalma və Arxitektura Komitəsi, Hüquq Mühafizə Orqanları hara baxır ? Bəs nəyə nəzarət edirsiniz, cənablar..?
Sözün qısası, Səttar Möhbalıyevin məhkəmədə verəcəyi ifadəni gözləyək, bu ifadə çox şeyi dəyişə bilər. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Uşağıma əməliyyat pulu ayırmamaq üçün diaqnozu səhv qoyurlar" - AXI NİYƏ?!


Əfsanə Qasımova 5 uşaq anasıdır. 3 uşağı üçəm olaraq dünyaya gəlib. Onlardan biri 8 aydır ki, eşitmə qabiliyyətini itirib. Ananın sözlərinə görə, uşağı dünyaya gələndə vurulan antibiotiklər oğlunda eşitmə ilə bağlı problem yaradır.

Əməliyyat üçün "35 min" lazımdır. İmkanı olmadığını deyən ana İcbari Tibbi Sığortaya müraciət edir. Bura da onu ancaq "Lor Hospital"a göndərir. Ana iddia edir ki, onun uşağı "dördüncü dərəcəli" eşitmə əngəlli olsa da, həmin xəstəxana "üçüncü dərəcəli" adıyla əməliyyatdan imtina edir.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Naxçıvanbank”ın ay ərzində məhkəməyə vermədiyi müştərisi qalmadı - NƏ BAŞ VERİR?


“Naxçıvanbank”ın ay ərzində məhkəməyə vermədiyi müştərisi qalmadı.

DİA.AZ Tribunainfo.az-a istinadla xəbər verir ki, sözügedən bankın ay ərzində baş tutacaq bütün məhkəmə işlərində iddiaçı özüdür. Bankın qarşıdakı 30 gün ərzində 54 məhkəmə çəkişməsi var. onlardan hər biri bankın müşatərilərinə qarşı qaldırdığı iddialardır. Bütün məhkəmə çəkişmələrinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr.
“Naxçıvanbank” hətta Naxçıvan Şəhəri Polis İdarəsini də məhkəməyə verib. Naxçıvan İnzibati Məhkəməsində baxılacaq işə hakim Elnur Hüseynov sərdlik edəcək. Bankın qaldırdığı iddiaya 21 sentyabr tarixində bxacaqlar.

Bank ekspertlərinin fikrincə, bir bankın kredit problemi səbəbindən müştərilərini bu cür məhkəməyə verməsi bankın qeyri-peşəkar fəaliyyətindən xəbər verir. Ekspertlər bildirir ki, bank mütəxəssisləri vətəndaşın gəlirlərini, işinin daimiliyini nəzərə almadan kredit müqaviləsi imzalayır. Ekspertlər bildirir ki, bu qeyri-peşəkar banklara xas xüsusiyyətdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Binəqədidə ÇAĞIRIŞ BİZNESİ - İTTİHAM VAR!


El arasında “voyenkomat” deyilən hərbi komissarlıq hələ sovet dövründə rüşvət və cinayət yuvası olub. Müstəqillik dönəmində isə bu qurum, ümumiyyətlə, rüşvəti az qala leqallaşdırdı, “summa”lar 10-15 dəfə artdı. Bunun səbəbləri var idi.
Məlumdur ki, 1988-ci ildən başlayaraq Ermənistan və Azərbaycan arasında müharibə gedirdi və bu gün də bu müharibə davam edir. Və məhz bu amil çoxlarını öz övladlarını müharibədən, hərbi xidmətdən yayındırmağa sövq edirdi. Bunun yeganə yolu isə “voyenkomat”lar, hərbi komissarlar idi. Bu illərdə hərbi komissarlar bəlkə də 10 minlərlə, 100 minlərlə gəncə hərbi xidmətə yararsız, yəni “neqodnı” vəsiqəsi veriblər. Bu rəqəmi 5-10 minə vuranda ortaya 100 milyonlar çıxır.
Məlumat üçün qeyd edək ki, 2012-ci ildə bu sahədə islahat aparıldı, qurumun adı dəyişərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ( SHXÇDX) oldu, yəni Müdafiə Nazirliyindən asılı olmadı.
Təkcə onu qeyd edək ki, bu Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə 22 polkovnik, 38 polkovnik-leytenant, 14 mayor rəhbərlik edir. Yəni bu qurumda 66 kənd rayonu, 12 şəhər rayonu, 11 respublika tabeli şəhərlərin hərbi komissarları var. Və ildə 4 dəfə hərbi xidmətə çağırış, hər dəfə 10 minlərlə çağırışçı, üstəgəl ölkədə qanlı müharibə və s. Bu saydıqlarımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üçün milyonlarla dövriyyəsi olan biznes demək idi. Yüz minlərlə insan, o cümlədən varlı, imkanlı məmurlar öz övladlarını hərbi xidmətdən yayındırmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbər vəzifədə çalışan şəxslərinin qəbuluna düşmək üçün növbəyə durublar, hamısı da 15-20 minlərlə pul ilə. Biz hələ sağlam çağırışçıların hərbi xidmətə yararsız, “neqodnu” olması üçün rayon hərbi komissarları ilə baş həkimlərin alverini, sövdələşməsini demirik.
Təsəvvür edin ki, hər çağırışdan sonra rayonların hərbi komissarları bir “çemodan” pulla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərlərinin qəbuluna gəlirdilər. Biz hələ rayon hərbi komissarlığı binalarının təmiri, tikintisi, avadanlıqların alınması, uniformaların satılması və daha nələr üçün dövlətin ayırdığı yüz minlərlə dövlət vəsaitinin mənimsənilməsini demirik.
Sözümüzün canı odur ki, kimlərinsə əlinin altında böyük bir cinayətkar, rüşvətxor şəbəkə fəaliyyət göstərib. Yəni mütəşəkkil cinayətkar dəstə. Bu cinayətkar dəstənin ən fəal üzvlərindən bir neçəsini, bəlkə də birincilərini az müddət öncə, həbs etdilər. Qalanları isə hələ də öz əməllərini davam etdirirlər. Amma Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon idarələrində elə rayon rəisləri var ki, onların cinayət yolu ilə qazandıqları pulun miqyasını ancaq kvadrat metrlərlə ölçmək olar. Belə rayonlardan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsidir.
Məlumat üçün qeyd edək ki, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi, Həsənov Nicat Zəfər oğludur. Məlumdur ki, zaman-zaman Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayon idarələrində əməliyyatlar keçirib və hərbi komissarlar rüşvətə görə, həbs olunublar. Hər dəfə belə məqamda növbənin Binəqədinin hərbi kommissarı Nicat Həsənova çatdığı düşünülüb. Çünki həbs olunan rayon hərbi komissarları ilə müqayisədə Nicat Həsənov daha dəhşətli əməllərin sahibi olub. Amma hansısa qüvvə Nicat Həsənovu qoruya bilib. Bu adam müharibənin qızğın vaxtında öz əməkdaşlarına göstəriş vermişdi ki, bütün ünvanlara zəng vurub çağırışçıları və ehtiyyatda olan zabitləri komissarlığa dəvət edin, hətta yaşı 17 olmayanları da. Həm müharibə dövründə, müharibəyə indi isə, həmin şəxsləri təlim adı ilə orduya aparmaqla çağıraraq külli miqdarda pul qazanırlar. Təsəvvür edirsiniz, xalq nə hayda, Nicat Həsənov isə PUL hayında...
Amma redaksiyamıza daxil olan son məlumatlardan belə başa düşmək olur ki, artıq Nicat Həsənov bu dəfə həbsdən canını qurtara bilməyəcək. Belə ki, məlumdur ki, son günlər Ermənistan və Azərbaycan arasında bir gərginlik yaşanır, müharibə ehtimalı var, hər an vəziyyət dəyişə bilər. Bunu heç kim gizlətmir. Amma Nicat Həsənov kimi hərbi komissarlar bu gərginlikdən istifadə edərək yenə ÇAĞIRIŞ BİZNESİ qurublar. Və Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşları rəisləri Nicat Həsənovun göstərişi ilə gün boyu telefonla ehtiyyatda olan zabitlərin, sabiq gizirlərin, hərbi qulluqçuların, çağırış yaşı çatanların, hətta çatmayanların evlərinə zəng edərək guya hərbi təlimlərə çağırırlar. İnsanlarda vahimə, qorxu yaradaraq pul yığırlar. Biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisi, hörmətli Mürsəl İbrahimovdan xahiş edirik ki, Nicat Həsənovun bu əməlləri ciddi nəzarətə götürülsün. Düşünürük ki, bu dəfə Nicat Həsənovun həbsi qaçılmaz olacaq. Bəs görəsən həmişə şəxsiyyətinə hörmətlə yanaşdığımız Xanlar Vəliyev bu işlərə nə üçün laqeyd yanaşır? //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
16 min manata görə BNA-nın işçiləri həbs edildi – Bəs, Vüsal Kərimlinin taladığı 30 milyon nə vaxt araşdırılacaq?


Və yaxud, Korrupsiya İdarəsinin BNA “şefi”nə gücü çatacaqmı?

Düz, ay yarım əvvəl ölkə mediası Bakı Nəqliyyat Agentliyində (BNA) Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirildiyi bildirilmişdir.Və təbii ki, əməliyyatların korrupsiya ilə bağlı olduğu məlumdur. Keçirilən əməliyyatın konkret səbəbi, kimlərin məsuliyyətə cəlb edilməsi məlumatda bildirildi ki, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Bəli, mənimsənilən məbləğ də çox azdır. 16 min 500 manat belə korrupsiyaya açıq qurumlarda “tum pulu” hesab edilir. Amma BNA-da belə bir möhtəşəm əməliyyatın keçirilməsi faktı çox ilgincdir.

Xatırladaq ki, indiyədək bir neçə qurumda analoji əməliyyatlar aparılıb. Və nəticələr də ictimaiyyətimizə bəllidir. Yəni, sonda rəhbərlər işdən çıxarılmışdır.
Hazırda ölkə ictimaiyyətinə maraqlıdır ki, bu təcrübələr Vüsal Kərimliyə də tətbiq ediləcəkmi? Yox –yox, biz kimsənin pis gününü heç zaman arzulamırıq. Sadəcə qanun necə tələb edir, ona uyğun qaydada tədbirlər görülməsinin tərəfdarıyıq.

Aradan xeyli vaxt keçməsinə baxmayaraq BNA-da ciddi yeyinti, korrupsiya faktları araşdırlsa da, bu faktlara rəğmən cənab Vüsal Kərimli haqqında nədənsə indiyədək istintaq başlanmamışdır. Qoy o zaman istintaq öz araşdırmalarını davam etdirsin. Biz də media olaraq bu dövlət qurumunda baş verən milyonluq korrupsiya və yeyinti faktı barəsində araşdırmamızı ortalığa qoyaq ki, dövlətin milyonlarla pullarını “tender oyunbazlığı” adı altında mənimsəyib xarici ölkələrdə istirahətlərini tükləri belə tərpənmədən necə davam etdirmək olar?
Beləliklə, söhbət BNA ilə “Yol xətt” MMC arasında son dörd il ərzində ( Vüsal Kərimlinin qılıncının dalı və qabağı kəsdiyi “qızıl dövrdə”) Bakı və Bakıətrafı qəsəbə və kəndlərdə yolların nişanlanması, rənglənməsilə bağlı ayrı ayrı vaxtlarda qazanılan tenderlərin icrası zamanı mənimsənilən təxminən 30 milyon manatın necə mənimsənilməsindən gedir.
16 min manata görə BNA-nın işçiləri həbs edildi – Bəs, Vüsal Kərimlinin taladığı 30 milyon nə vaxt araşdırılacaq?

Azərbaycanda dövlət tenderlərindən say etibarilə böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib. Fed.az xəbər verir ki, bu – «Yol Xətt» MMC-dir (VÖEN: 1700233481).

Sözügedən şirkət 2017-ci ildən indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 30 milyon 87 min 993 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 9 tenderlə əldə edib – bir tenderin orta qiyməti 3.2 milyon manatdır.
«Yol Xətt» MMC-nin əsas və daimi «müştərisi» Bakı Nəqliyyat Agentliyi olub. Məslən 2019-2020-ci illər ərzində Şirkət 5 tenderdən 4-nü bu qurumdan udub – 16 milyon 62 min 187 manat. Bu isə ümumi tenderlərin 99 faizi deməkdir.
Qeyd edək ki, şirkətin gördüyü işlər üzrə əsas predmeti yolların xətlənməsi, yol nişanları, dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin alınması və quraşdırılması xidmətidir.
Xatırladaq ki, «Yol xətt» MMC 2006-cı ildə yaradılıb, 200 manat kapitalı var. Hüquqi ünvanı Bakının Binəqədə rayonunda 11-ci Dağlıq 3105-ci məhəllə ünvanında yerləşir. Qanuni təmsilçisi Zaur Həsənov, Mail oğludur.

Bakı Nəqliyyat Agentliyi 2017-ci ildə ümumi məbləği 4.842 923 manat olmaqla 2 tenderin qalibi olmuş,
2018-ci ilin sentyabrında isə yol xəttlərinin çəkilməsi üçün 6.245.674 manatlıq tenderin qalibi olmuşdur.
17 may və 26 dekabr 2019-cu ildə “Bakubus” MMC- ilə 25.806 manat və BNA ilə 48.597 manatlıq tenderi qazanmışdır.
19 may 2020-ci ildə BNA-nın sifarişi ilə Bakı şəhərində yol nişanlarının və dirəklərinin quraşdırılması üçün 4.779.364 manat, və yenə həmin ilin 10.06.2020-də yol xəttlərinin çəkilməsi üçün 5.556976 manatlıq tenderin qalibi olmuşdur.
Bakı Nəqliyyat Agentliyi 2022-ci ilin iyun ayının 30-da “Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) “Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri”nin satınalınması” (TƏKRAR ELAN) lotu üzrə sifarişçi olduğu daha bir tenderə yekun vurub.Bu tenderin də məbləği 5.677.250 manat, qalibi isə yenə həmişəki kimi “Yol Xətt” Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC).
2023-cü ildə yenə də BNA tərəfindən Bakı-Aeroprt yolunun xəttlərinin ağ və sarı rəglə rəglənməsi üçün təxminən 3 milyon manatlıq tenderin qalibini “Yol-xətt” MMC-ni etmişdir. Bir daha xatırlatmaq yerinə düşər ki, “Yol Xətt” MMC Bakı Nəqliyyat Agentliyinə heç də yad olan təşkilat deyil. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi uzun illərdir BNA-nın sifarişçi olduğu smetası miyonlarla ölçülən tenderlərdə “Yol Xətt” MMC qalib elan edilməkdədir:
16 min manata görə BNA-nın işçiləri həbs edildi – Bəs, Vüsal Kərimlinin taladığı 30 milyon nə vaxt araşdırılacaq?

Son 6 ildə Agentlik ilə “Yol Xətt” MMC-nin arasında imzalanan 8 tenderin ümumi məbləği 30 milyon manatdan artıqdır.

Bəs İstifadə olunan boyaların keyfiyyəti haqqında nə demək olar?

Bakı şəhərinin küçələrinə çəkilən rənglərin tez silinməsi barədə mediada dəfələrlə yazılar dərc edilib. Lakin bu vaxtadək heç bir aidiyyatı qurum, o cümlədən BNA rəhbərliyi yollara vurulan rənglərin nə üçün tez solduğu, silindiyi barədə olan suallara aydınlıq gətirməyib.

Gecələr yollardakı xətlərin avtomobil işıqlarında əks olunmaması və yağışdan sonra çürüməsi yollarda istifadə olunan boyaların normativlərə cavab verməməsi barədə iddialar yaradır. Yəni, Bakı şəhəri ərazisində küçələrin rənglənməsinin ömrü faktiki olaraq 60-80 gün davam edir. Bundan fərqli olaraq Avropa ölkələrində, qonşu Gürcüstan, Rusiya və İranda son zamanlar yolların rənglənməsində daha çox fosforlu boyalardan istifadə edirlər. Ki, belə boyalar 2-4 il yollarda keyfiyyətini normativlərə görə qoruyub saxlaya bilir.

Elə ona görə də Bakı Nəqliyyat Agentliyi və “Yol Xətt” MMC ictimaiyyətə indiyədək paytaxt yollarına vurulan boyaların markası, tərkibi, keyfiyyət göstərici və rənglənən xətlərin ümumi hesabatını təqdim etməyib və etməyəcəkdir.
16 min manata görə BNA-nın işçiləri həbs edildi – Bəs, Vüsal Kərimlinin taladığı 30 milyon nə vaxt araşdırılacaq?
16 min manata görə BNA-nın işçiləri həbs edildi – Bəs, Vüsal Kərimlinin taladığı 30 milyon nə vaxt araşdırılacaq?

YOL XƏTTLƏRİNİN KEYFİYYƏTSİZ RƏNGLƏNMƏSİ NƏTİCƏSİNDƏ PİYADALARLA BAĞLI AVTOQƏZALARIN SAYI KƏSKİN ARTIR

Azərbaycanda son zamanlar yol-nəqliyyat hadisələri, xüsusən də piyadaların vurulması və ölümü ilə nəticələnən qəzaların sayı artıb və artmaqdadır.
2016-cı ildə bu qəzaların sayı 62 faiz, 2017 və 2018-ci illərdə isə 67-69 faiz faiz, 2021-ci ildə isə 73 faiz olub. İl ərzində baş verən qəzaların xronologiyasına diqqət etdikdə bu il faiz dərəcələrinin daha yüksək olacağı ehtimal edilir.
Bəs nəyə görə Bakı şəhərində inşa edilən yeraltı və yerüstü keçidlər də yol qəzalarının sayını azalda bilmir, əksinə, bu neqativ hal artan templə davam etməkdədir?Bakı şəhərində avtomobil qəzalarının artması, xüsusən də bu qəzaların daha çox gecə saatlarında baş verməsi digər bir məqamı gündəmə gətirirb. Səslənən iddialara görə yollarda gecə saatlarında avtomobil qəzalarının artmasının əsas səbəblərindən biri yol xətlərinin düzgün və keyfiyyətli olmamasıdır.
Əldə etdiyimiz məlumata görə Bakı şəhərində yollara vurulan boyalar qısa zaman ərzində keyfiyyətini itirir. Normal hallarda yenilənmiş xətlər asfalt üzərində minimum 400 gün qalmalı olduğu halda Azərbaycanda bu xəttlərin ömrü 60-80 gün olur.
Bir d aha xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi yolların nişanlanması üzrə işlərin podratçısı qismində cəlb etdiyi “Yol Xətt” MMC ilə 2017-ci ildən indiyədək təxminən 30 milyon manatlıq iş icra etdiyi bildirilir.
“Yol Xətt” MMC rəsmi saytında Bakı şəhərinin yollarında istifadə olunan boyaların markası, haradan alınması, tərkibi və keyfiyyəti barədə heç bir informasiya yoxdur.Və hər iki qurum il ərzində Bakı şəhərinin yollarına nə qədər boya işlətməsi və nə qədər xəttin çəkilməsi ilə bağlı hesabat vermir. Lakin bütün yazılanların fonunda qəti nəticəyə gəlirik ki, təkcə son 5-6 ildə Bakının inzibati ərazisində yollardakı xəttlərin rəglənməsinə 30 milyon manatdan çox vəsait ayrılsa da görülən keyfiyyətsiz işin nəticəsi olaraq sürücülər əlaxsus axşam vaxtları asfaltın üzərindəki piyada keçid xəttlərini, yol kənarı və ortasında olan xəttləri aydın görə bilmədiklərindən piyadaların vurulması və ölümü ilə nəticələnən ağır avtoqəzalar baş verir. Hesab edirik ki, faciələrin səbəbkarları BNA və “Yol-xətt” MMC rəhbərliyidir Və onlar baş vermiş avtoqəzalar zamanı birbaşa məsuliyyət daşıyırlar. Nəticəyə gəliik ki, vətəndaşlarımızın yollarda təhlükəsiz hərəkət etməsi üçün dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitlər iki qurumun gizli sövdələşməsi nəticəsində mənimsənildiyinə görə, digər ölkə paytaxtlarından fərqli olaraq piyada ölümlərinin sayına görə hətta MDB məkanında “liderlik” edirik.

16 min manata görə BNA-nın işçiləri həbs edildi – Bəs, Vüsal Kərimlinin taladığı 30 milyon nə vaxt araşdırılacaq?
Bakı, Xətai rayonu, Vunqtau küçəsindəki piyada zolağı

Yuxarıda qeyd etdiyimiz kimi, hələlik saxlanılanları “cırtdan” korrupsionerlər adlandırmaq olar. Onların milyonları mənimsəyən əsas rəhbərləri azadlıqda və vəzifədə qalırsa, bu cür antikorrupsiya tədbirləri sonda ictimai dəstək qazanmadığı kimi, dövlət və cəmiyyət üçün də heç bir effekti olmayacaqdır. İnanırıq jki, dövlət ( Korrupsiya İdarəi) növbəti dəfə daxili orqanlarında baş qaldıran “yaralar”ı təmizləmək üçün milyonları gizli sövdələşmələr nəticəsində mənimsəmiş Vüsal Kərimli kimi məmurlar barəsində qanunamüvafiq olaraq daha ciddi tədbirlərə start verəcək. Necə deyərlər, yaşayırq görərik.
Bizi izləyin.
P.S. 30 milyon manatlıq korrupsiya faktı təkcə BNA-da baş vermiş 1 epizod üzrə araşdırmanın nəticəsidir

Aktualinfo.org-un araşdırma qrupu

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO