[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın şirkəti... PROBLEM YARADIR! - AXI NİYƏ?!


“Kontakt Home” şirkət rəhbərliyi Gəncə də daxil əksər bölgələrdəki əməkdaşlarını Bakıda işləməyə “dəvət edir”. Rəhbərlik bununla bölgə işçilərini mədəni şəkildə ixtisar edir.

Tribunainfo.az xəbər verir ki, mağazalar şəbəkəsinin bir qrup əməkdaşının üzləşdiyi problemi siyasi fəal İlkin Rüstəmzadə işıqlandırıb. O bildirib ki, “Kontakt Home”un bölkə əməkdaşları öz evlərindən 350 kilometr uzaqda işləmək istəmirlər və buna görə işdən çıxmalı olurlar:

“Son aylarda “Kontakt Home”un işçilərə qarşı qəbul etdiyi bir sıra istismarçı qərarlar var. Şirkət əməkdaşları yazır ki, əmək haqqı və bonuslar azaldılıb, raftar pisləşib, həftədə 2 dəfə olan istirahət günü 1 dəfəyə endirilib, yalnız işçilərin etirazından sonra 1 gün yarı qrafiklə iş vermək məcburiyyətində qalıblar; dəyəri 3 qəpik olan plastik stəkanlardan su içməyə belə qadağa qoyulub işçilərə.

“Kontakt Home” mağazalar şəbəkəsinin rəhbərliyini, yuxarıda sadaladığım halları araşdırmağa və işçilərin pozulmuş hüquqlarını bərpa etməyə çağırıram”.

Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR? - Mingəçevir MŞX-nin direktoru özbaşına qalıb?

İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu gün "yuxarılarda" böyük etimadının olması danılmaz bir faktdır. Amma deyəsən, bundan sui-istifadə edənlər peyda olub. Hər halda görünəni budur. Və ən maraqlısı da odur ki, ortalıqdakı sui-iztifadəçilər hətta yuxarı vəzifə sahiblərini belə təhdid edirlər.

DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyadan aydın olur ki, hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru postunu tutan Faiq Arif oğlu Abdullayev qeyd etdiyimiz kimi - Mikayıl Cabbarovun ADAMI olduğunu qabardaraq həm öz "işlərini aşırdır", həm də onun qanunsuz əməllərinin qarşısını almağa çalışanlara təzyiqlər edir.
Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR? - Mingəçevir MŞX-nin direktoru özbaşına qalıb?

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, Faiq Abdullayev hazırki vəzifəsində yenidir: "Keçən ilin dekabrında təyin olunub bu vəzifəyə. Amma buna rəğmən artıq adı bir neçə dəfə qalmaqalda hallanıb və hətta işini prokurorluq belə araşdırıb. Doğrudur, hələlik bu "problemlərini" yoluna qoya bilib və mümkündür ki, bu zaman da Mikayıl Cabbarovun adından istifadə etsin.

Amma daha dəqiqi odur ki, hal-hazırda aşkar şəkildə TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi rəhbərliyini təhdid edən Faiq Abdullayev onları özünün qanunsuz əməllərinə və özbaşınalıqlarına göz yummağa, edilən şikayətləri ört-basdır etmələrinə vadar edə bilir".

Onu da bildirək ki, redaksiyamıza F.Abdullayevin nəinki məmur, heç normal insan adına yaraşmayan davranışları haqqında da məlumatlar daxil olub. Bu barədə növbəti yazımızda...

P.S. Güman etmirik ki, Faiq Abdullayev sona qədər "Mikayıl Cabbarov" adlı çətirdən istifadə edə bilsin. Çünki dərəbəylik zəmanəsi deyil və Azərbaycan hüquqi dövlətdir...

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsi hər sahibkara 11 min dollar zərər vurur - Prezidentə faktlar açıqlandı

Prezident İlham Əliyevə müraciət edən bir qrup kənd təsərrüfat məhsulları ixracatçıları Dövlət Gömrük Komitəsindən şikayətləniblər. Onlar dəfələrlə komitə sədri Şahin Bağırova gömrükdəki vəziyyətlə bağlı məlumat versələr də, nəticəsi yoxdur. Anaxeber.info bildirir ki, gömrük məmurlarının ucbatından büdcəyə getməli olan xeyir sanksiyalar altında olan Rusiyanın dövlət büdcəsinə mənfəət qazandırır. Prezidentə müraciət edən sahibkarların sözlərinə görə, fındıq ixracında invoys qiymətini mənasız şəkildə Gömrük Komitəsinin qaldırması hər bir Azərbaycan sahibkarına 11 min dollar artıq ödənməsi ilə başa gəlir. "Bizi Gömrük Komitəsində qiymətləndirmə ilə bağlı qəbul edərkən Vüqar müəllim və Ülvi müəllimin qəbulunda olduq. Bizə "rəhbərlik belə istəyib" cavabını verdilər. Cənab Prezident, bu gün bizim iki fındıq maşınımız Rusiyada qiymətlə bağlı geri qaytarılıb. Niyə biz sahibkarlar hər fındıq maşınına görə Rusiya büdcəsinə 11 min dollar artıq rüsum ödəməliyik?
Cənab Prezident, sizə bir sahibkar olaraq olaraq müraciət edirik, gömrük bizə fındığın qiymətin 4.5 ABŞ dolları dəyərində qiymətləndirdiyi halda, Bakı ərazisindən 2 ABŞ dollarına icazə verilməsinin səbəbi nədir?
Cənab Prezident sizdən xahiş edirik, aidiyyatı qurumlara Gömrük Komitəsindəki bu vəziyyətlə bağlı araşdırma aparılsın .
Sizə məlumat üçün bildiririk ki, belə hal, yəni hər hansı fındıq ixracatçısına 1.5 və yaxud 2 ABŞ dolları yazılmasına icazə verilməsi, bəzilərinə isə 4.5 ABŞ dolları icazə verilməsinin səbəbi olmalıdır. Səbəb nədir ? //Anaxeber.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıq-aşkar QƏSDİ-QƏRƏZLİLİYİ... - BU DA FAKT!!!


Abşeron - Xızı Regional Təhsil İdarəsi (RTİ) bu günlərdə-ya göndərdiyi yazılı açıqlamada rusdilli uşaq Babaxanov Əlixan Babaxan oğlununun niyə rus bölməsinə qəbul edilməməsini əsaslandırmağa çalışmışdı. Rəsmi izahda qeyd olunurdu ki, guya uşaq qabiliyyət imtahanından kəsilib və rus sektorunda təhsil almaq hüququndan da buna görə məhrum edilib. Əlbəttə ki, verilən cavabın gülünc tərəfi rusdilli uşağın rus dili bölməsinə necə qəbul edilməməsi idi. Başqa bir tərəfdən, Abşeron ərazisindəki məktəblərdə rus bölmələrinə qəbul edilmiş şagirdlər arasında xeyli nümunə tapmaq olar ki, onlar rus dilini primitiv səviyyədə belə bilmirlər. Ancaq nə kəramətdirsə, Abşeron-Xızı RTİ onları qabiliyyətli "görüb" imtahandan keçirib. Lakin Əlixan tam rusdilli, Azərbaycan dilində demək olar bilmədiyi halda uşaq rus sektorunda oxuya bilmir. Hələ bu da ayrı qanun pozuntusudur ki, uşaq təhsil almaq hüququndan məhrum edilib. Bütün bu özbaşınalıqlara və regional təhsil idarəsinin verdiyi rəsmi açıqlamaya cavan olaraq, Babaxanovlar ailəsi Əlixanın rus dilini hansı səviyyədə bildiyini əks etdirən video material yayıblar. Youtube sosial platformasında yerləşdirilən həmin videoda balaca Əlixanla rus dilində sorğu-sual edilir. O da suallara yaşına uyğun olaraq yaxşı cavab verir. Yəni həmin video material da sübut edir ki, Əlixan rusdillidir, qabiliyyət imtahanından keçmək gücü də var, sadəcə Abşeron-Xızı RTİ və onun rəhbəri İlhamə Abdullayeva bu faktı görməzdən gəlir. Hələ bu hadisəyə don geyindirmək üçün rəsmi izah da verməyə cəhd ediblər. Təhsil İdarəsi rəhbərliyi yaxşı olar ki, Abşeron ərazisində imtahanın necə və kimlər tərəfindən götürüldüyünü araşdırsın. Bu təftiş bir çox qanunsuz halları aşkarlayacaq. Eyni zamanda, rus bölmələrində olan uşaqların Əlixandan nədə fərqləndiklərini sübut etsinlər ki, bu vəziyyətlə razılaşmaq olsun. Görünür ki, Abşeron RTİ haqsız bir addım atdığını anlayıb, indi problemi düzəltməyi bilmir. Amma həmin video materiala baxanda əsl reallıqla tanış ola biləcəklər. //anaxeber.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçmazın başçısı da BU YOLLA ÜSYAN ÇIXARIR... - Sahibkarlara "RACON KƏSİB"...


Xaçmazda yeni rəhbərlik gəldiyi ilk günlərdən narazılıq yaratmağa başlayıb. Bu barədə DİA.AZ-a edilən müraciətlərdən anlaşılır. Belə ki, redaksiyamıza yazan sakinlərin iddialarından belə aydın olur ki, yeni başçının hətta TÖYCÜ TOPLAYANI da var ki, o da yerli sahibkarlara "racon kəsməyindən" belə qalmır.

Sakinlər dia.az-a yazır:

"Sizi Xaçmazdan narahat edirik. İcra başçısı Elnur Rzayev və onunözü ilə gətirdiyi Vüqar Nağıyev adlı şəxs sakinləri, əsasən də sahibkarları boğazayığıb. Kim nəsə iş görmək istəyirsə, gəlib başının üstünü kəsdirir. 3-5 dən almasalar, hər cür əngəllər törədirlər. "3-5" dediyim məcazi mənadadır. Bunlar harınlayıb... harasa deməyə də qorxur adam...

Biz də halal yolla çörək pulu qazanmaq istəyirik. Elnur Rzayevin rayondan xəbəri yoxdur.... Yollar bərbad, işıq yox, su yox, ancaq məqsədrləri odur ki, Vvüqarla əl-ələ verib pul qazansınlar.

Təsəvvür edin ki, Nərimanov küçəsinin səkilərini təmir edirlər... bizim və başqa sahibkarlara məxsus kimin obyekti varsa, öz pulumuza yerə daş düzdürürlər. Adı da o olur ki, Xaçmaz icra hakimiyyəti iş gördü..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Coşqun Cəbrayılovun ÖZÜ PROBLEMƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!


Bakının Nizami rayon sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçilik və fəaliyyətsizliyindən şikayət edirlər.
Onlar deyirlər ki, Nizami rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur.
Yeni icra başçısı Coşqun Cəbrayılov isə bir ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşə və ünsiyyətə nail ola bilməyiblər.

Məsələn, rayonun Bəhruz Nuriyev küçəsi, 1/77 ünvanda yerləşən binanın sakinləri 2 ildən çoxdur ki, problemlərini həll edə bilmirlər.
Onların sözlərinə görə, bina cari və əsaslı təmir edilmədiyindən yağmurlu havalarda binanın damından mənzillərə su sızır, yaşamaq problemə çevrilir.
Sakinlər ötən qışda problemi 76 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi (Az 1119, Çobanzadə küçəsi 57) Tofiq Hacıyevə bildirsələr də, o MKİS-in balansında təir üçün vəsaitin olmadığını deyib.
Rayon icra hakimiyyətinin təsərrüfatı şöbəsinin baş məsləhətçi Eldar Məmmədov da sakinlərə və binada yaşayan Qarabağ qazilərinə konkret cavab verməyib.

Bina sakini, müharibə iştirakçısı Şahin Amanovun icra başçısına etdiyi rəsmi müraciətə isə başçının birinci müavini Qərib Məmmədov cavab verib.
O, sakinin şikayətini Nizami Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Firdovsi Cəbrayılova yönləndirib, məktubun nüsxəsini də Şahin Amanova göndərib.
Cavab məktubunda bildirilir ki, sakinlərin müraciətinə əsasən onlara köməklik göstərilməlidir.
Bakı Şəhər İcra Hakimiyyətinə edilən müraciətə isə tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev cavab verib.
O qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti üzrə müraciət edilib. Amma yenə də nəticə olmayıb və sakinlər problemin dərinləşdiyini bildirirlər.

Sakimlər deyirlər ki, bu, süni süründürməçilikdir və yenidən yağmurlu havalarda eyni problemlə üzləşəcəklər. Onlar bürokratik sistemin problemi qəsdən uzatdığını iddia edirlər.
İcra başçısı Coşqun Cəbrayılovla görüşmək isə müşkülə çevrilib. Binanın həyətində toplaşan sakinlər deyirlər ki, Cəbrayılov sələflərindən geri qalmır.
Coşqun Adil oğlu Cəbrayılov 2022-ci ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O, bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub.
Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.
O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.
“Görünür, Cəbrayılovun məmur kimi işi vəzifələri gəzməkdir, rayonu deyil, əgər rayonu gəzsəydi, nə qədər problemlərin şahidi olacaqdı. Faktiki bu rayon başsız qalıb, dərdlərimizə baxan yoxdur”, – deyə sakinlər qeyd ediblər.
Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Bayram adlı şəxs və MKİS rəisi Tofiq Hacıyev “Arqument.az”a deyib ki, binanın əsaslı təmiri üçün müraciət edilib, amma nə vaxt təmir olunacağı bəlli deyil.
Gün ərzində icra başçısı Coşqun Cəbrayılovla əlaqə saxlamaq olmayıb.
Heç Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Firdovsi edilən zənglərə də cavab verməyib. //arqument.az//
Coşqun Cəbrayılovun ÖZÜ PROBLEMƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!
Coşqun Cəbrayılovun ÖZÜ PROBLEMƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!
Coşqun Cəbrayılovun ÖZÜ PROBLEMƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!
Coşqun Cəbrayılovun ÖZÜ PROBLEMƏ ÇEVRİLİB... - NARAZILIQ VAR!

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mustafa Babanlının adı ilginc qalmaqalda hallandırılır... - İDDİA


Son illər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçirdiyi tenderlərin qalibi olmuş "Tikinti Bərpa Firması" MMC-nin hazırda ADNSU tərəfindən məhkəməyə verilməsi universitet kollektivi tərəfindən maraqla qarşılanıb.
Mövzunu Faktinfo.az-a izah edən mənbənin bildirdiyinə görə, keçmiş rektor Mustafa Babanlı vəzifədə qalsaydı "Tikinti Bərpa Firması" MMC ilə hər hansı alqı-satqı müqavilələrinə görə mübahisə yaşanmaz,universitet rəhbərliyi şirkətlə bağlı məhkəməyə müraciət etməzdi.Yəni universitet görülən işlərdən heç vaxt narazı qalmazdı.Bu bir mənalıdı.Bunun cavabını keçmiş rektor Mustafa Babanlı daha yaxşı bilir.

Qeyd edək ki,Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə "Tikinti Bərpa Firması"MMC arasında yaşanan mübahisədən dolayı universitet şirkəti məhkəməyə verib.İddia Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həlimə Alıyevanın icraatındadır.İş üzrə 3 dəfə məhkəmə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı iclası zamanı isə icraat dayandırılıb. Səbəb məhkəmənin ekspertiza təyin etməsi ilə bağlı olub.

Məhkəmə çəkişməsinin kökündə universitetdə görülən işlərin keyfiyyətli həyata keçirilməməsi dayanır.Ona görə də, məhkəmə ekspertiza təyin edib, işlərin dəyərləndirilməsini istəyib.

Onu da qeyd edək ki,"Tikinti Bərpa Firması"MMC 2020-ci ildə ADNSU-dan iri məbləğdə sifariş alıb. Bunlardan biri cari təmir işləri ilə bağlı olub ki, satınalma müqaviləsinin maliyyə dəyəri 2 515 152,79 AZN təşkil edib. Digər sifariş isə abadlıq işləri ilə əlaqədar olub və şirkətlə universitet arasında 545 019,2 AZN dəyərində satınalma müqaviləsi imzalanıb.

Faktinfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mənim 4 körpəmə kim baxacaqdı..." - AÇIQ TƏHLÜKƏ!


Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı bu gün dənizdə çalışan neftçilər üçün həyati əhəmiyyətli olan bir problemə diqqət ayırıb. DİA.AZ qeyd edir ki, narazı neftçilərdən birinin gileyini paylaşan M.Qəhrəmanlı məsələ ilə bağlı əlaqədar qurum və şəxslərə xitab edərək çağırışda bulunub.

NHMT sədri "Yenə? Deyəsən artıq İnsan,işçi faktoru lap sona çəkilib ! May ayından bəri, hələ mənim bildiyim 6-cı hadisədir!" deyərək neftçilərdən birinin şikayətini diqqətlərə çatdırıb:

"Uzun illərdir ki, SOCAR NQTT -nin Günəşli bölümündə qaynaqçı vəzifəsində çalışıram. İndiyədək bizi işə aparıb gətirən vertalyotların belə bərbad vəziyyətdə olduğunu görməmişdim.

Bu gün növbə dəyişmək üçün Zabratdan "DDÖ-8"-ə gedirdik. Bizi müasir tipli balaca vertalyota mindirdilər. Qalxmağa hazırlaşan vertalyot qəfil xarab oldu.

Xoşbəxtlikdən nasazlıq havada baş vermədi. Bu halda mənim 4 körpəmə kim baxacaqdı. Uzaqbaşı 90 AZN yetim pulu veriləcəkdi..."

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllı-Lahıc avtomobil yolu BAĞLANDI


Bu gün səhər saatlarında İsmayıllı rayonuna və dağlıq ərazilərə leysan yağıb.

Dağlardan gələn sel suları nəticəsində rayon ərazisindən keçən Girdiman, Göyçay və Cülyan çaylarında su həddindən çox artırıb.

İsmayıllı rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahmud Süleymanovun verdiyi məlumata görə, sel səbəbindən rayon ərazisində elektrik və rabitə dirəkləri, həmçinin naqillər qəzalı vəziyyətə düşüb. Bu səbəbdən şəhər mərkəzi də daxil olmaqla, bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

Səhər saatlarından etibarən fəsadların aradan qaldırılması üçün əraziyə xüsusi briqadalar cəlb edilib. Artıq şəhər mərkəzində elektrik verilişi və rabitə əlaqəsi bərpa edilib, hazırda bu istiqamətdə kəndlərdə işlər davam edir.

Bundan əlavə, sel səbəbindən İsmayıllı-Lahıc avtomobil yolu bağlanıb. Dağlardan gələn lil qatı və qaya parçaları yolu keçilməz edib, həmçinin, bəzi yerlərdə asfalt qatı yuyulub.

Hazırda yolun təmizlənməsi, həmçinin bərpası istiqamətində yol idarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllda İvanovkada əhali ayağa qalxdı... - İcra başçısının adı qalmaqalda hallanır


İvanovkada əhali ayağa qalxdı.Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun adı hallanır.

Mənbənin bildirdiyinə görə bu il İvanovkada taxıl çox zəif olub və buna görə hazırkı kolxoz sədri rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun tələb etdiyi hesabı verməkdən imtina edib.
İcra başçısı bundan sonra sədrin vurulması üçün ən müxtəlif variantlara əl atıb və nəhayətdə onu postu təhvil verməyə məcbur edib.
Bundan xəbər tutan İvanovka əhalisi sədrin müdafiəsinə qalxıb və gərginlik yaşanıb.

Mənbə bildirir k, yaxın günlərdə daha geniş bilgi verəcək

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //azerinfo.info//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO