[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyalı polkovnik-leytenant Ukraynada əsir düşüb
Ukraynada Zakarpat Briqadasının əsgərləri rusiyalı polkovnik-leytenant Aleksandr Koşeli əsir götürüblər.

O, Rusiya Federasiyasının 58-ci Ordusunun komandanı, general-leytenant Mixail Zusk ilə birbaşa əlaqə saxlayırdı və şəxsən gündəlik hesabatlar verirdi.

Bu barədə 128-ci Əlahiddə Dağ-Hücum Zakarpat Briqadasının hərbçisi Yaroslav Qalas “Facebook”da məlumat verib.

Onun sözlərinə görə, Koşeli ələ keçirildikdən dərhal sonra ruslar onu azad etmək üçün xeyli qüvvə göndəriblər. Eyni zamanda, əməliyyatlara aviasiya da cəlb edilib.

Əsir götürülən şəxs arxa cəbhədə təhlükəsiz yerə aparılıb.

Mənbə: RBC-Ukraina
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ötən aya nisbətən banklar daha əliaçıq olub: Əhaliyə verilən kreditlərdə ciddi ARTIM VAR
Azərbaycanda bu ilin mart ayının 1-nə olan məlumata görə, banklar tərəfindən müştərilərə 17 126 milyon manat kredit verilib.

Mərkəzi Bankdan verilən məlumata görə, bu göstərici cari ilin yanvar ayı ilə müqayisədə 48,6 % çoxdur.

Qeyd edək ki, Azərbaycanda 26 bank fəaliyyət göstərir. Onlardan 24-ü özəl, 2-si isə dövlət banklarıdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenskiyə üç gün ərzində Ukraynanı tərk etmək tövsiyə olunub
Ukrayna Prezidenti Volodimir Zelenskiyə fevralın 24-də tövsiyə olunub ki, üç gün ərzində ölkəni tərk etsin.

Bu barədə dövlət başçısı Çex Respublikasının “ČT24” telekanalına müsahibəsində danışıb.

“Hamı mənə dedi ki, mən dərhal getməliyəm. Hamı. Həm dövlətimiz daxilindəki xüsusi xidmət orqanları, həm də tərəfdaşlarımız. Onlar başqa ölkələrdən siqnallar alıblar və üç gün ərzində Ukraynanı tərk etməyimi tövsiyə ediblər”, - o deyib.

Zelenskinin sözlərinə görə, hər on dəqiqədən bir ona zəng edib ölkədən çıxmağı məsləhət görürdülər.

Ukrayna lideri səhhəti ilə bağlı suala cavab verib ki, o, sağlamdır və “olduqca sakit” qərarlar verir.

“Mən yaxşı yatıram. Heç vaxt çox yatmamışam, amma həmişə yaxşı yatmışam. İndi işə daha çox diqqət yetirirəm, etdiyim və dediklərim daha çox konsentrasiya tələb edir. Mən insanlara yalnız müsbət məlumat vermək, sadəcə onlara gülümsəmək istəmirəm, həm də istəyirəm ki, mesajın pozitiv görünməsini təmin edim”, - deyə o vurğulayıb.

Eyni zamanda, prezident etiraf edib ki, dincəlmək və məsələn, kitab oxumaq hazırkı vəziyyətdə çətindir.

Mənbə: RBC
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baku TV avarçəkənlərin Suqovuşandakı məşqindən reportaj hazırladı
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təlim-məşq toplanışı keçirilir.

Qeyd edək ki, bu, Qarabağda keçirilən ilk idman toplanışıdır.

Ölkəmizdə bu idman növünün inkişafı üçün görülən işlərdə əsas məqsəd avarçəkmənin coğrafiyasını genişləndirmək və gənclərdə bu idman növünə olan marağı artırmaqdır.

Qeyd edək ki, avarçəkmə idman növü üzrə yarışlara 1930-cu illərin sonlarından başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib.

Baku TV həmin təlim-məşq toplanışından reportaj hazırlayıb.

Həmin süjeti təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kərim Vəliyev rusiyalı generalla qanunsuz erməni silahlılarının ərazilərimizdən çıxarılması barədə DANIŞDI
Martın 22-də Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini general-polkovnik Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin Bəyanatının müddəalarının icrası məsələləri, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan əraziləri boyunca əməliyyat şəraiti müzakirə olunub.

Tərəflər 10 noyabr 2020-ci il tarixli Bəyanatın 4-cü bəndinə müvafiq olaraq qanunsuz erməni silahlı qruplaşmalarının Azərbaycan ərazilərindən çıxarılması prosesi və bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Peskovdan Ukrayna ilə danışıqlarla bağlı AÇIQLAMA
"Biz Ukrayna ilə daha fəal və səmərəli danışıqlar aparmaq istərdik".

"Zamantv.az" “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Düzdür, müəyyən proseslər gedir. Lakin biz daha məzmunlu danışıqlar arzulayırıq”, - o bildirib.

D.Peskov, həmçinin iddia edir ki, jazırda dünyada rusafobiya yayılıb. “Bunun qarşısını almaqdan ötrü çox az tədbir var. Çünki beynəlxalq hüquq faktiki olaraq işləmir”, - o söyləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna XİN-dən NATO-ya ÇAĞIRIŞ
Ukrayna Xarici İşlər Nazirliyi növbəti dəfə NATO-ya müraciət edib.

"Zamantv.az" xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində bildirilib.

“Putin göstərdi ki, o, regional və qlobal təhlükəsizliyi təhdid etməyə hazırdır. Onun yaratdığı risk heç bir məhdudiyyət tanımır. Dayanmasa, növbəti zərbəni hara vuracağı bilinmir. Biz NATO ölkələrindən səmanı bağlamağa kömək etmələrini xahiş edirik”, - nazirlikdən qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahil Babayev sabiq icra başçısının oğluna yüksək VƏZİFƏ VERDİ
Yeni yaradılan Abşeron-Xızı Regional Məşğulluq İdarəsinə müdir təyin olunub.

"Zamantv.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Sənan Məmmədov təyinat alıb. Qeyd edək ki, o, Ağdamın sabiq icra başçısı Raqub Məmmədovun oğludur.
Sahil Babayev sabiq icra başçısının oğluna yüksək VƏZİFƏ VERDİ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pakistanın baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri cənab İmran Xan arasında görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil olmaqla bütün səviyyələrdə dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

Sonda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO