[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada hərbi vəziyyət 30 sutka uzadıldı
Ukrayna Prezidenti Volodimir Zelenski martın 26-dan etibarən ölkədə hərbi vəziyyətin 30 sutka uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.

Bu barədə məlumat Ukrayna Ali Radasının saytında dərc olunub.

Söhbət Ukrayna prezidentinin “Ukraynada hərbi vəziyyətin müddətinin uzadılması haqqında” fərmanının təsdiq edilməsi haqqında qanundan gedir.

“Bu qanun 26 mart 2022-ci il saat 05:30-dan etibarən Ukraynada hərbi vəziyyəti 30 sutka müddətinə uzadılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hava şəraitinin pisləşməsi ilə bağlı fermerlərə MÜRACİƏT
Azərbaycanda son günlər hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Ölkənin demək olar ki, bütün bölgələrində temperaturun aşağı düşməsi, qar və sulu qar yağması güclü külək və sel-subasma ilə müşayiət olunur.

Bəzi bölgələrdə qarın qalındığı 40-74 santimetrə, küləyin sürəti 20-28 metr/saniyə arasında dəyişir. Artıq belə hava şəraiti bir sıra bölgələrdə qar, külək və subasma fərdi evlərə və təsərrüfatlara ziyan vurub.

Bu halların, eləcə də temperaturun kəskin aşağı düşməsinın əkinlərə də mənfi təsir göstərəcəyi istina edilmir. Xüsusilə temperaturun kəskin aşağı düşməsi nəticəsində artıq çiçəkləməkdə olan meyvə bağlarını donvurma riski yüksəkdir.

Aqrar Sığorta Fondu (ASF) bildirir ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən güzəştli aqrar sığorta mexanizmi heyvandarlıq təsərrüfatlarını və əkin sahələrini yuxarıda sadalanan bütün hallardan qoruyur.

Dolu, donvurma (şaxtavurma), normadan artıq qar yağıntıları, sel-subasma, leysan yağışları və sair risklər aqrar sığorta tərəfindən qarşılanır.

ASF təsərrüfatlarını sığota edən fermerləri baş verən sığorta hadisələri barədə Fonda vaxtında məlumat verməyə çağırır.

Fond bildirir ki, hava şəraitinin piləşməsi və sığorta hadisələri nəticəsində sığortalı təsərrüfatlara dəyən zərər qarşılanacaq. Bunun üçün təsərrüfatlara və əkin sahələrinə baxış keçirmək, hadisə baş verdiyi təqdirdə, fondu məlumat vermək tələb olunur.

Aqrar Sığorta Fondu indiyədək təsərrüfatlarını sığorta etməyən fermerlərini isə belə halları nəzərə almağa və aqrar sığorta vasitəsilə təsərrüfatlarını sığortalamağa çağırır.

Proqnozlara görə, oxşar hava şəraiti qarşıdakı təqribən 1 həftə ərzində davam edəcək.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayden Prezident İlham Əliyevi təbrik edib
ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzulayıram. Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır.

Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik.

Birləşmiş Ştatlar hökuməti adından Sizə və Azərbaycan xalqına ən xoş arzularımı yetirirəm".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ABŞ prezidentindən Novruz bayramı ilə bağlı paylaşım
ABŞ Prezidenti Cozef Bayden özünün "Twitter" hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

O, paylaşımında özü və həyat yoldaşı adından Novruzu qeyd edənlərə xoş arzularını çatdırıb.

“Jill və mən bütün dünyada Novruzu qeyd edənlərə ən xoş arzularımızı çatdırmaq istəyirik. Novruz bayramı sevdiklərinizə şükür etmək, nemətlərini düşünmək və yeni mövsümün bütün imkanlarını qarşılamaq üçün Novruz süfrəsi arxasında toplaşmaq deməkdir. Novruz bayramınız mübarək!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin köməkçisi: “Bayram sevincini Qarabağla bir yaşamağın dadı başqadır”
“Doğma Azərbaycanımızın milli ənənələrini yaşadan Novruz bayramını Ağdamda qeyd etməyin qürurunu yaşayırıq”.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında yazıb.

“Bayram sevincini Qarabağla bir yaşamağın dadı başqadır. Novruz bayramımız mübarək olsun!”, - Emin Hüseynov əlavə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski “Danışıqlar uğursuz olarsa, bu, üçüncü dünya müharibəsi demək olacaq”
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.

O, əlavə edib ki, söhbət alınmazsa bu, üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər.

Bunu dövlət başçısı CNN-ə verdiyi müsahibdə deyib.

Zelenski əmindir ki, Ukraynada müharibəni yalnız danışıqlar bitirə bilər.

“Mən danışıqlara hazıram. Son iki ildə hazıram. Və danışıqlar olmadan bu müharibəni bitirə bilmərik”, - Zelenski bəyan edib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna və Rusiya arasında danışıqlar davam etdiriləcək. Belə ki, bu, mülki əhalinin ölümünün qarşısını almaq üçün bir şansdır.

Bununla belə, o vurğulayıb ki, Ukrayna müharibəni bitirmək üçün bütün imkanlardan istifadə etməlidir. Əks halda bu, daha böyük münaqişəyə çevrilə bilər.

Mənbə: rbc.ua
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın şərti, Ermənistanın vurnuxması – TƏHLİL
Azərbaycanın təqdim etdiyi 5 maddəlik tələb Ermənistana diktə edir ki, mövcud problemlərin həll olunması üçün danışıqlar masasına otursun. Ermənistanın Rusiya və Qərb arasında vərdiş etdiyi manevr imkanları tükənir.

Vətən müharibəsindən sonra Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində bir sıra addımlar atıb. Rəsmi Bakı sülh müqaviləsi imzalamağa hazır olmasına dair ən yüksək səviyyədə bəyanatlar verib. Lakin ötən müddət ərzində Ermənistan tərəfi buna qarşılıq verməyib. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün növbəti dəfə rəsmi İrəvana təkliflər təqdim edib.

Mövzu ilə bağlı Kaspi qəzetinin təhlilini təqdim edirik:

İkitərəfli sülh sazişi üçün baza prinsipləri

Vasitəçilər tərəfindən Ermənistana çatdırılan bu təkliflər 5 baza prinsipindən ibarətdir. Təklif olunub ki, münasibətlərin normallaşması üçün dövlətlər bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanısın. Dövlətlər bir-birlərinə qarşı ərazi iddialarının olmadığını qarşılıqlı şəkildə təsdiq etsin və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəlik götürsün. Hər iki tərəf dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinsin. Dövlət sərhədinin delimitasiyası və demarkasiyasına başlanılsın, diplomatik münasibətlər qurulsun. Ən nəhayət, nəqliyyat və kommunikasiyalar açılsın, digər müvafiq kommunikasiyalar qurulsun, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa başlanılsın. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönələn danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.
Azərbaycanın şərti, Ermənistanın vurnuxması – TƏHLİL
Ermənistanın Rusiya ilə Qərb arasında vurnuxması

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin təqdim etdiyi təkliflər gündəmdə olduğu ərəfədə Fransada səfərdə olub. Rəsmi İrəvan bu təkliflərə cavabını ATƏT-in Minsk qrupuna təqdim edib. Ardınca ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan liderlərinə zəng edib. Blinken Prezident İlham Əliyevlə söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıb. Eyni zamanda regional təhlükəsizlik məsələləri müzakirə olunub. Belə bir fonda Ermənistan parlamentinin spikeri Türkiyə ilə sərhədləri açmağa hazır olduqlarını bəyan edib. Maraqlıdır, Ermənistanın Azərbaycanın sülh müqaviləsi təklifinə konstruktiv yanaşması realdırmı? Ermənistan prosesə ABŞ və Fransanı da qoşmaqla nəyi hədəfləyir? Rəsmi Yerevanın bu vurnuxmalarına Rusiyanın reaksiyası necə olacaq?

Paşinyan acınacaqlı vəziyyətə düşməkdən qorxur

Politoloq Əlimusa İbrahimov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan tərəfi ciddi çaşqınlıq içindədir. Onun sözlərinə görə, rəsmi İrəvan həm dünya dövlətlərinin Rusiyaya qarşı getdikcə güclənən nifrəti fonunda Avropada olan himayədarların vasitəçiliyindən yararlanaraq Azərbaycan və Türkiyə ilə münasibətləri inkişaf etdirmək istəyir, həm də indiki vəziyyətdə Rusiyanı narazı sala biləcək addımlar atmaqdan ehtiyatlanır, tərəddüd edir: "Rusiya-Ukrayna münaqişəsinin Türkiyə və Azərbaycanın regionda, dünyada mövqeyinin möhkəmlənməsinə xidmət etdiyini anlayan Ermənistan acınacaqlı vəziyyətə düşməkdən qorxur. Amma Azərbaycanın israrlı şəkildə mövcud problemləri həll edərək son nəticəyə can atması qarşısında davam gətirə bilməyəcəyini də başa düşür. Baş nazir Nikol Paşinyan qarşısına qoyulan çağırışlara cavab vermək məcburiyyətində olduğunun da fərqindədir”.
Azərbaycanın şərti, Ermənistanın vurnuxması – TƏHLİL
Türkiyə və Azərbaycanın artan beynəlxalq nüfuzu

Politoloqun qənaətincə, Azərbaycanın təqdim etdiyi 5 maddəlik tələb Ermənistana diktə edir ki, mövcud problemlərin tezliklə həll olunması üçün danışıqlar masasına otursun: “Ermənistan Rusiya-Ukrayna müharibəsi kölgəsində gizlənə bilməyəcək. Rusiyanın məsləhətlərindən məhrum olan Paşinyan hökuməti Azərbaycanın tələbləri qarşısında çıxış yolu tapmayaraq, Avropadakı havadarlarına üz tutub. Paşinyan Fransaya səfər edir, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın təqdim etdiyi 5 tələbin cavabını ATƏT-ə verir. Digər tərəfdən, Paşinyan Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə etmək üçün ona zəng edən Entoni Blinkenlə Azərbaycanla Ermənistan arasındakı münaqişəni müzakirə etməyə cəhd edir. Bütün bunlar ermənilərin Rusiya-Ukrayna müharibəsi nəticəsində regionda yaranmaqda olan yeni reallıqlar qarşısında qorxuya düşdüklərindən xəbər verir. Türkiyə və Azərbaycanın beynəlxalq nüfuzunun hər keçən gün artması, regionda baş verən münaqişələrin həll olunmasında Azərbaycanın ciddi oyunçu kimi ortaya çıxması erməni strateqlərini ciddi narahat edir”.

Azərbaycanın şərti, Ermənistanın vurnuxması – TƏHLİL
Ermənilər daha çətin şəraitlə üzləşəcəklər

Ə.İbrahimov söyləyib ki, Ermənistan Azərbaycanın sülhə doğru atdığı addımları konstruktiv qiymətləndirmək arzusunda deyil. Onun qənaətincə, Ermənistan siyasi rəhbərliyi yenə də ATƏT və ABŞ kimi ənənəvi havadarlarının yardımına bel bağlamaq istəyir: “Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra qeyd etdiyi kimi, regionda və dünyada gedən geosiyasi proseslər yeni reallıqlar ortaya çıxarmaqdadır. Ermənilər öz istəklərindən asılı olmayaraq, bu reallıqlarla barışmaq məcburiyyətindədirlər. Onların artıq start götürmüş proseslərin istiqamətini dəyişmək cəhdləri nəticə verməyəcək. Ermənilərin Rusiya və Qərb arasında vərdiş etdiyi manevr imkanları tükənir. Əgər Ermənistan bu gün Azərbaycanın tələblərinə cavab verməsə, sabah daha çətin şəraitlə üzləşəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çökən Rusiyanın altında KİM QALACAQ? - NƏ ETMƏLİ?
Zamantv.az - Rusiyanın Ukraynaya hücumunun davam etdiyi bir zamanda Qərb davamlı olaraq Rusiyaya sanksiyalar tətbiq edir. Hər iki ölkənin Azərbaycanla sıx ticari-iqtisadi əlaqələrinin olduğunu nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.

Rusiya Hökumətinin sədri Mixail Mişustin inkar etsə də, təkcə xarici şirkətlərin ölkəni tərk etməsi səbəbindən artıq yüz minlərlə iş yeri bağlanıb. Rusiyada ərzaq almaq üçün uzun növbələr yaranmağa başlayıb. Həmçinin əmək haqları, gəlirlər sürətlə azalır. Ölkə iqtisadiyyatı kiçilir. Rubl dəyərdən düşür. Demək, bir azdan oradakı azərbaycanlılara işləmək sərf etməyəcək, Azərbaycana pul göndərişləri azalacaq. Soydaşlarımızın ölkəyə geri dönüşü başlaya bilər.

Rusiyadakı soydaşlarımızın kütləvi qayıdışı mümkündürmü? Azərbaycanın əmək bazarı bu köçə nə dərəcədə hazırdır? Dövlət səviyyəsində hansısa ön tədbirlər görülürmü və bu tədbirlər nəyi nəzərdə tutmalıdır?

Rusiyanın ilk ciddi sanksiyalarla üzləşməsi 2014-cü ildə də baş vermişdi. Krımın ilhaqından sonra rubl kəskin ucuzlaşmış, rubl iki dəfədən çox dəyərdən düşmüşdü.

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, 2014-cü ildə Rusiya sanksiyalara məruz qaldıqda azərbaycanlıların əksəriyyəti Vətənə qayıtmağa tələsmədilər: “Rusiya çox ağır vəziyyətlə üz-üzə qalmışdı. Ümumi daxili məhsul 5%-ə düşmüşdü. İqtisadi çətinliklər yaşandı. Bir müddət sonra isə vəziyyət düzəldi. İndiki durumda da kimin imkanı yaxud ehtiyat pulu varsa, gözləmə mövqeyi tutacaqlar. Azərbaycana gəlib işsiz qalmaqdansa, səbirli olmaq daha məntiqlidir. Proses uzun çəksə, problemlər dərinləşsə, böhran dalğalarının ard-arda olması ehtimalını nəzərə alsaq, on minlərlə soydaşımız Azərbaycana dönməklə bağlı qərar verə bilər. Ölkə iqtisadiyyatı və əmək bazarı buna hazır deyil.

Zatən ölkədə işsizliklə bağlı problemlər var. İşsizlik dalğası yarana, sosial problemlər arta bilər. Bunları nəzərə alaraq, fevralın 24-dən Nazirlər Kabineti yanında böhran masasının qurulması ilə bağlı təklif verdik ki, həm Ukrayna, həm də Rusiyanı tərk edən və Azərbaycana gəlmək istəyən soydaşlarımızın problemlərinin həlli ilə bağlı yeni təklif proqramları, yeni biznes imkanlarının yaradılmasını ehtiva edən bir proqram hazırlanmalıdır. Təəssüf ki, bununla bağlı ən azı hökumət tərəfindən ciddi müzakirənin, addımların olduğunu görmürük. Biz qəfil yaxalana bilərik. Xəbər gələ bilər ki, 10 minlərlə, 100 minlərlə soydaşımız Azərbaycana gəlmək istəyir, sərhəddə toplaşıb, lakin ölkə buna hazır deyil. Bu masa sürətlə qurulmalıdır, əlaqədar qurumlar koordinasiyalı şəkildə problemlərin həlli ilə bağlı müvafiq istiqamətlər müəyyənləşdirməlidirlər. İmkanı olan soydaşlarımız ən azı ilin sonuna qədər gözləyəcəklər".

Ekspertin fikrincə, azərbaycanlıların üz tutduğu ölkələr arasında Qazaxıstan ön sıradadır: “Əvvəl Belarusa köçürdülər, indi Belarus da sanksiyalarla üzləşib. Qazaxıstanda isə biznes şəraiti bizdən yaxşıdır. Azərbaycanda orta və kiçik sahibkarlığın inkişafı ilə bağlı xüsusi yanaşma tətbiq etməliyik. Qazaxıstanda ölkənin ərazisi çox genişdir, ərazisinə görə dünyanın 9-cu ölkəsidir. Şəhərlərdə sıxlıq bizdəki kimi deyil, iş yeri tapmaq şansı bizdən daha yaxşıdır. Bazar dinamik inkişaf edir. Çin ilə sərhəd olduğu üçün birbaşa biznes əlaqələri qurmaq daha asandır.

Fevralın 21-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış ölkələrarası bəyannamənin 43 bəndindən 12-si iqtisadi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq məsələlərini əhatə edir. İki ölkə arasında ticarət dövriyyəsinin təxminən 3 milyard olduğunu nəzərə alsaq, mövcud durumda iqtisadi münasibətlər üçün hər hansı risk yaranması ehtimalı mümkündür".

Natiq Cəfərli hesab edir ki, bəyannaməyə uyğun olaraq müqavilələrin bağlanması yaxın zamanda mümkün görünmür: “Sanksiyalardan əlavə, Rusiya hökuməti ərzaq məhsullarının ixracı ilə bağlı Gömrük İttifaqı və Avrasiya İttifaqına daxil olan ölkələrə belə məhdudiyyətlər tətbiq etdi. Buna görə də müqavilələr bağlanmış olsa belə, bu məhdudiyyətlərə görə Rusiyadan ticarət dövriyyəsi xeyli zəifləyəcək. Builki ticarət dövriyyəmiz keçən ilkinə nisbətən xeyli aşağı düşəcək. Hətta düşünürəm ki, iki dəfə azalması ehtimalı var”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI
“Ukrayna Silahlı Qüvvələri düşmənin işğal etdiyi ərazilərdəki qoşunlarına zərbə endirib”.

"Zamantv.az" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.

Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib:

“Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir neçə texnika karvanını məhv edib, düşmənin itkiləri dəqiqləşdirilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tibb Universitetində NƏLƏR BAŞ VERİR?
Zamantv.az: - Səhiyyəmizin biabırçı durumu ilə bağlı uzun-uzadı yazmağa ehtiyac yoxdur.
Düzdür, dövlət tərəfindən kifayət qədər maliyyə vəsaiti ayrılır, təzə xəstəxanalar tikilir, müasir tibbi avadanlıqlar alınır və s amma...
Əmması odur ki, sabiq səhiyyə nazirləri Əli İnsanovun, Oqtay Şirəliyevin dövründə savadlı tibb alimləri, həkimlər vəzifələrindən uzaqlaşdırılıb və üstəlik...
Bəli, neçə il öncə media hay salmışdı ki, Məleykə Abbaszadənin Tələbə İmtahan Komissiyası 12 bal toplamış məzunun balını artırıb 6-12 edərək Tibb Universitetinə qəbul etdirir.
İndi başa düşdünüzmü, 12 bal toplayan abituriyent ATU-nun tələbəsi olur. Siz bu tələbədən nə gözləyə bilərsiniz ?
Bax, bu gün 12 bal toplayan məzunlar həkim olub, vətəndaşlarımızı “müalicə” edirlər.
Çünki Azərbaycanda “həkim” istehsal edən yeganə ali məktəb ATU-dur.
Bütün bu problemləri nəzərə alan cənab Prezident 2006-cı ildə Gəraybəyli Gəray Çingiz oğlunu Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin etdi.
Hamı düşünürdü ki, gənc professor olan Gəray Gəraybəyli qısa müddətdə ATU-da müsbət dönüş yaradacaq. Amma...
Əmması odur ki, təzə rektor olub-qalan təcrübəli alimləri də vəzifədən qovub öz qohumlarını ATU-ya doldurdu.
Ən dəhşətlisi odur ki, gənc rektoru təhsilin səviyyəsi deyil, konkret qohum-əqrəbanı işlə təmin etmək maraqlandırırdı.
Ona görə də maliyyə, təchizat, mühasibatlıq məsələlərinə baxan şəxsləri vəzifəsindən uzaqlaşdırıb qohumlarını bu vəzifələrə təyin etdi ki, onun qara əməllərindən kənar adamların xəbəri olmasın.
Bəli, Gəraybəyli ilk öncə ATU-da təsərrüfat və təchizat şöbəsinin müdiri vəzifəsinə bacısının həyat yoldaşı Elçin Əlizadəni təyin edərək cari və əsaslı təmir adı altında dövlətin ayırdığı vəsaiti mənimsəməyə başladı.
Rektor ATU-nun baş mühasibini işdən çıxardıb öz dostunu təyin etdi ki, qara mühasibatlıqdan heç kimin xəbəri olmasın.
Sonra ATU-nun nəzdində olan klinikaları özünün şəxsi obyekti kimi işlətməyə başladı.
Belə ki, rektor tədris klinikalarının hamısını öz yaxınlarına tapşırıb.
Məlumat üçün qeyd edək ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezdentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib.
Yəni bütün şəraiti dövlət yaradıb.
Bu klinikalarda təkcə həkim məsləhətinə görə dövlət xəzinəsinə 50 manat ödənilir. Amma vətəndaşlara verilən qəbzlər isə sadəcə printerdən çıxıb. Kassada çalışanların heç biri rəsmi ştatda oturmayıb, hamısı maaşı qeyri-rəsmi alır.
Hətta xəstələrin köçürdüyü xeyli miqdarda pullar da saxta qəbzlərlə verilir və milyonlarla pul dövlət büdcəsindən yayındırılır.
ATU-nun klinikalarında xəstələrə rəsmi mədaxil qəbzi deyil, saxta qəbzlər verilir...
Bütün bunları Hesablama Palatası aşkarlamışdı.
Bəli, Hesablama Palatası müəyyən etmişdi ki, xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş nömrəli ciddi hesabat blankı, mədaxil qəbzi deyil, printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir.
Gəray Gəraybəylinin rektoru olduğu Azərbaycan Tibb Universitetində 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ortaya ciddi faktlar çıxıb.
Hesablama Palatasının kollegiyası öz qərarını Səhiyyə Nazirliyinə və Milli Məclisə göndərib.
Sözün qısası, Hesablama Palatası gəldi-getdi, yazdı-pozdu, Milli Məclisə göndərdi. Amma ortada nəticə olmadı.
Yəni dairə qapandı.
Bizdən yazmaq, qalanı bizlik deyil və xatırladaq ki, yazıda müxtəlif saytların məlumatlarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO