[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TƏCİLİ! Rusiyaya böyük zərbə VURULDU – 48 saat ərzində 35 mindən çox…
Zamantv.az xəbər verir ki, bu barədə haker qrupu öz Twitter hesabından bildiriş yayıb.

Bildirişdə deyilir:

“”Anonymous” komandası Rusiya Mərkəzi Bankını “sındırdı”. İçində gizli razılaşmalar olan 35 mindən çox fayl 48 saat ərzində ictimaiyyətə açıqlanacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın iri desant gəmisi Azov dənizində sıradan ÇIXARILDI
Ukrayna ordusu Azov dənizinin Berdyansk şəhəri sahillərində Rusiyanın “Orsk” adlı iri desant gəmisini məhv edib.

Zamantv.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Rusiya gəmisinin partladıldığını və yandığını əks etdirən video da yayımlanıb.

Qeyd edək ki, Rusiya qoşunları Berdyanska müharibənin ilk günlərində daxil olublar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan Silahlı Qüvvələridir” – Prezident
Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.

Zamantv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində deyib.

“Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir”, – dövlət başçısı bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Toyda "ŞABAŞI" özü yığan GƏLİN uşaqları döydü
Türkiyədə baş tutan toylardan birində qəribə hadisə yaşanıb.

Zamantv.az yerli mətbuata istinadən xəbər verir ki, toyda havaya səpələnən pulları yığmaq üçün qaçan uşaqlar gəlinin qəzəbinə tuş gəlib.

Belə ki, gəlin onları döyərək pulları yığmaqlarının qarşısını alıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bakı ilə sülh danışıqları dərhal başlamalıdır” - Paşinyan AĞILLANIR...
Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması üçün Azərbaycanla təcili danışıqlara başlamağın vacibliyini açıqlayıb.

“Dünyada və regionda vəziyyət gərgindir, biz gərginliyin səviyyəsinin azaldılması və fundamental həll yollarının tapılmasında özümüzü məsul hesab edirik. Düşünürük ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”, - Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması üzrə tədbirlərlə paralel olaraq sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan ordusunun taktikası dünya hərb tarixini dəyişdi: - PUA-lar tanklar erasını geridə qoyur?
44 günlük müharibə Cənubi Qafqazda siyasi reallıqları əsaslı surətdə dəyişdiyi kimi, dünya hərb tarixində də yeni bir rönesans çağının əsasını qoydu.

Məsələ ondadır ki, Azərbaycan silahlı qüvvələri dünya hərb tarixində bir ilkə imza ataraq Ermənistan silahlı qüvvələrinə qarşı müharibədə aktiv şəkildə kamikadze və zərbə tipli PUA-lardan istifadə edərək qələbə qazandı.

Düzdür, müharibəyə qədər bir çox ölkənin arsenalında müxtəlif tipli PUA-lar mövcud idi. Lakin 44 günlük savaş ilk müharibə idi ki, bir ölkə silahlı qüvvələri rəqibinə qarşı aktiv şəkildə PUA-lardan istifadə edirdi.

Bu dünya hərb tarixində yenilik idi. Bu hadisəni orta əsrlərin sonlarında topların hərb meydanlarına gəlişi və dövlətlərin müharibələrdə toplardan aktiv şəkildə istifadəsi ilə müqayisə etmək olar. Topların aktiv şəkildə müharibələrdə istifadə edilməsi hərb tarixində yeni bir eranın başlamasına səbəb olduğu kimi, 44 günlük müharibəsində Azərbaycan Ermənistana qarşı PUA-lardan istifadə etməklə hərb tarixində yeni bir səhifəni araladı. Təsadüfi deyil ki, bu gün Rusiya-Ukrayna savaşında 44 günlük müharibədə olduğu kimi aktiv şəkildə zərbə və kamikadze PUA-larından istifadə edilir. Müharibə öncəsi heç kəs Ukrayna ordusunun Rusiya qarşısında bu qədər müqavimət göstərəcəyini düşünmürdü. Rəsmi Kiyev isə 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi qələbədən həvəslənmiş qələbənin açarı hesab edilən Türkiyə istehsalı "Bayraqdar”ı öz arsenalına daxil etmişdi. Bu gün Ukrayna ordusu həmin "Bayraqdar” ilə Rusiya ordusuna ağır itkilər verdirir.

Bu gün ABŞ-ın nüfuzlu "Washington Post” saytından tutmuş, müxtəlif hərbi nəşrlərində Rusiya-Ukrayna müharibəsi haqda yazılar yazılır. Həmin yazılarda Ukrayna ordusunun qələbəsi ilə yanaşı, Azərbaycan ordusunun Vətən müharibəsində "Bayraqdar TB2” pilotsuz zərbə aparatları ilə keçirilən hava-hücum əməliyyatları barədə də faktlar qeyd edilir.

Misal üçün, "Washington Post” saytında yayılan son məqalədə bildirilib: "Birləşmiş Ştatlar ukraynalıları yalnızca Javelirlə təmin etmir, həm də texniki olaraq döyüş silah-sursatları kimi tanınan 100 Kamikadze pilotsuz uçuş aparatı ilə təmin edir. Hansı ki, həmin uçuş aparatları rusların daha ağır itkilərə məruz qalması ehtimalını yüksəldir”.

Maraqlıdır ki, həmin yazıda ABŞ-ın Ukraynaya Javelirlər ilə yanaşı, həm də 100 Kamikadze pilotsuz uçuş aparatı ilə təmin etməsi xüsusi vurğulanır. Yəni Vaşinqton qələbənin əldə edilməsini Ukraynaya verdiyi 100 Kamikadze pilotsuz uçuş aparatında görür. Yazıda ABŞ-ın bu yardımını 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi zəfər ilə müqayisə edilir. Yəni rəsmi Bakı müharibədə Türkiyə istehsalı "Bayraqdar TB2" və İsrail istehsalı Haroplar ilə qələbə qazandığı kimi, Ukrayna da ABŞ-ın verdiyi Kamikadze pilotsuz uçuş aparatları ilə qələbə qazana bilər. Maraqlıdır ki, həmin yazıda həm də Azərbaycanın PUA-lar vasitəsilə Ermənistan silahlı qüvvələrinə məxsus döyüş maşınlarının 47 faizini zərərsizləşdirdiyi qeyd edilib.

Başqa bir nəşr olan "Army Times” yazır ki, Ermənistan-Azərbaycan müharibəsi zirehli texnika tərəfdarları və əlehdarları arasında ciddi mübahisəyə səbəb olub.

Prinsip etibarilə bu mübahisələr əvvəldən var idi. Bir sıra ekspertlər hesab edir ki, tank və bu qəbildən olan bir sıra döyüş texnikasının artıq dövrü bitib. Aviasiyanın inkişafı tankları açıq hədəf halına gətirir. 44 günlük müharibə zamanı Azərbaycanın Ermənistana məxsus zirehli texnikaları açıq hədəf kimi məhv etməsi də bu iddiaların nə dərəcədə düz olduğunu sübut etdi.

Nəticə etibarilə demək olar ki, orta əsrlərin sonlarında topların döyüş meydanlarında aktiv şəkildə istifadə edilməsi qalalar erasını geridə qoyduğu kimi, 44 günlük müharibədə Azərbaycanın PUA-lardan aktiv şəkildə istifadə etməsi də tanklar, zirehli texnikalar erasını geridə qoya bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO Liderlər Sammiti Çin və Belarusa xəbərdarlıqla yekunlaşdı - YENİLƏNİB
Brüsseldə keçirilən NATO Liderlər Sammiti yekunlaşıb.

Tədbirin yekun bəyanatında liderlər Rusiyanı konkret nəticələrə nail olmaq üçün Ukrayna ilə konstruktiv dialoqa çağırıb. Sənəddə bildirilib ki, atəşkəsin ardınca Rusiya qoşunları Ukrayna ərazisindən çıxarılmalıdır.

Bəyanata görə, NATO liderləri Şərqi Avropada dörd döyüş qrupu yerləşdirmək barədə razılığa gəliblər.

“Biz Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada dörd əlavə çoxmillətli döyüş qrupu yaradırıq”, - deyə sənəddə qeyd olunub.

Həmçinin, NATO liderlərinin Ukrayna böhranı fonunda müdafiə xərclərini artırmaq barədə razılıq əldə etməsi də bəyanatda öz əksini tapıb.

Bununla yanaşı, alyans Çin, Belarus və digər ölkələrə də xəbərdarlıq edərək, onları Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləməkdən çəkinməyə çağırıb.

13:48

Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası başlayıb.

Sammit Alyansın mənzil-qərargahında keçirilir.

Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər.

Liderlər iclasdan əvvəl foto çəkdiriblər.

Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub.

Bizimlə əlaqə saxlayın
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sərfəli" qiymətə təmir tullantıları... - FOTO
"DogruXeber.az" xəbər verir ki, Facebook sosial şəbəkəsində "müştəriyəm şikayətim var" qrupunda vətəndaş "Sərfəli" günəbaxan tumlarından şikayət edir:

Facebook istifadəçisi Elşən Zakirli yazır:

"Siz bunun içindən çıxana baxın. Üzərində olan telefon nömrəsinə zəng eləmişik. Xanım deyir ki, "hal-hazırda təmir gedir sexdə, ona görə normal şeydir". Yəni bu belə də olmalıdır da. İçindən nə desəz çıxa bilər. Deyirəm, "xanım bu məsələni ictimailəşdirəcəm". Deyir, "problem
yoxdur nə istəsəz eliyə bilərsiz".
"Sərfəli" qiymətə təmir tullantıları... - FOTO
Natəmizliyə "təmir" donu geyindirmək azmış kimi, hələ özlərindən razı halda verdikləri cavaba baxın. "Problem yoxdur. Nə istəsəz, eliyə bilərsiz". Bu da o deməkdir ki, "Biz kimsəni saymırıq". Görünür, bizim pulumuz ilə bizə xəstəlik, bakteriya satan qida şirkətinin məhsulu keyfiyyətsiz olduğu qədər, vətəndaşa bu cavabı verən operatoru başda olmaqla bir çox əməkdaşları da məsuliyyətsizdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az
"Sərfəli" qiymətə təmir tullantıları... - FOTO"Sərfəli" qiymətə təmir tullantıları... - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Araz" supermarketlər şəbəkəsi müştərilərin "cibinə girir"... - FOTO
"DogruXeber.az" xəbər verir ki, Facebook istifadəçisi Roman Yasinov şikayət qruplarından birində Araz supermarketlər şəbəkəsindən şikayətlənib.

Roman Yasinov yazır:
""Araz" Supermarketdə deyirəm, "vitrində 4.49 yazılıb, kassada niyə 4.95 çıxırsız?"
Deyir, "olan şeydir". Deyirəm, "mən baxdım. Baxmayan yazıq artıq verib gedəcək? Olmaz axı insanların haqqına girmək." Mənə tərs-tərs baxır."
"Araz" supermarketlər şəbəkəsi müştərilərin "cibinə girir"... - FOTO
Əslində, Roman Yasinovun şikayətləndiyi mövzu şəbəkə supermarketlər Azerbaycanda fəaliyyətə başlayandan mövcuddur. Yəni, bu üsul əksər şəbəkə marketlərin kobud desək, "köhnə fırıldağı"dır. Ona görə də, artıq çox rahat şəkildə, "olan şeydir" - deyib, üzərindən keçə bilirlər.

Qaldı ki, "Araz" supermarketlər şəbəkəsinə, "vaxtı çıxmış məhsulların satışı" ilə gündəm olan bu şəbəkənin deyəsən hələ çox "bacarıqları"nın şahidi olacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Ulu öndər Heydər Əliyev çıxışlarından birində ağacın ekologiya üçün, insanların sağlamlığı üçün faydalarından danışaraq, "Ağac kəsiləndə, elə bilirəm sağ qolumu kəsirlər" - deyə vurğulamışdı.

DogruXeber.az: - İndi görün bizim sırf bu işlər üçün - yəni ekologiyamızı qorumalı, bunun üçün faydalı işlər görməli, yaşıllıqları, meşələri mühafizə etməli və daha da inkişaf etdirilməli olan və dövlətdən maliyyələşən dövlət qurumu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) səlahiyyətli əməkdaşları nə işlər görürlər?!...

Bunları bir-bir sadalamağa əslində ehtiyac yoxdur. Çünki, dəfələrlə bu barədə həm ictimaiyyətə, həm nazirliyin özünə, həm də Baş Prokurorluğa məlumat vermişik. Bütün bunlara baxmayaraq, hələ də Daşkəsən rayon Çanaqçı kəndinin yaxınlığında, çayın məcrasında tikilmiş villa və çayın axın istiqamətinin süni şəkildə dəyişdirilməsi barəsində rəsmi sənədlərə əsaslanan bir açıqlama yoxdur. Bundan əlavə Bakının Nəsimi rayonu 20 yanvar küçəsi, "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən, "köhnə hamam" deyilən ərazinin "ağaclardan təmizlənməsi" və yerində özəl şirkət tərəfindən iaşə obyektinin inşasına başlanması, Samux rayon Nabiağalı qəsəbəsində meşə zolağının ümumiyyətlə məhv edilməsi və ərazisinin "pay torpağı" kimi təsərrüfat məqsədli istifadə edilməsi, Oğuz meşələrində ağacların kəsilməsi və elə meşənin içindəcə kömür hazırlanması və sair bütün bunlar hamısı Ekologiya Nazirliyinin bilə-bilə "göz yumduğu" ekoloji ziyanların cüzi bir hissəsidir. Hələ bu harasıdır?! 2020-ci ilin sonlarında "DogruXeber.az" informasiya portalında Cəlilabad rayonunun Göytəpə qəsəbəsində, Qurtuluş küçəsindəki istirahət parkının ləğv edilməsi və çoxillik yaşıllıq ağaclarının kökünə mazut tərkibli maddələr tökülməklə məhv edilməsi barəsində məlumat yayımlamışdıq.

İnzibati binanın önündə cinayət xarakterli əməl

Hansı ki, o zamanlar biz 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə də bu barədə məlumat vermişdik. İdarədən bizə cavab olaraq, ağacların köklərindən nümunələrin götürülüb, ekspertizaya göndərildiyini və ekspertizanın da faktı təsdiqlədiyini bildirmişdilər. Eyni zamanda bütün baş verənlər cinayət tərkibi yaratdığında, idarə tərəfindən güya hüquq-mühafizə orqanlarına da artıq müraciət edildiyini vurğulamışdılar. Sən demə bu sadəcə bizi susdurmaq üçün uydurulmuş bir yalan imiş. Heç bir quruma, heç bir məlumat verilməyibmiş.
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Üç həmyerlinin cinayət tərkibli əməlində...Üç həmyerlinin cinayət tərkibli əməlində...
Gələk bu arxayınçılığın səbəbinə !

Demək, ağacların köklərinə yandırıcı maddələr töküldüyü ərəfədə 1 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri vəzifəsində Rafael adlı şəxs çalışırdı. Rafael vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, onu müvəqqəti olaraq, müavini Əlizamin adlı şəxs əvəz edib. Müdir vəzifəsini əvəzedici olaraq, Elizaminin icra etdiyi ərəfədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çoxsaylı şikayətlər daxil olduğu üçün sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ərazini Mühafizə Xidmətinin səlahiyyətli şəxsləri tərəfindən yoxlamalar aparılıb və aşkar olunan ciddi nöqsanlara görə Əlizamin də tutduğu vəzifədən azad edilib. Bundan sonra, 25.08.2021-ci il tarixində Şakir Quliyev adlı şəxs 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Hazırda da həmin vəzifəni Şakir Quliyev icra edir.
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Cərəyan edən prosesləri yaxından izləyən yerli sakinlərin redaksiyamıza verdiyi məlumata görə, Şakir Quliyev və ərazidə iaşə obyekti tikmək üçün bütün çoxillik ağacları "qətlə yetirən" sahibkar Rafiq Abışov həmyerlidir. Yəni hər ikisi əslən Yardımlı rayonundandır və çox yaxın münasibətləri var. Yeri gəlmişkən onlar iki nəfər deyil, əslində "trio" (üçlük) olduqları vurğulanır. "Üçlüy"ün əsas tərkib hissəsini təşkil edən şəxs isə onların digər həmyerlisi, eyni zamanda Şakir Quliyevin qohumu olduğu deyilən Mirsalam Qəmbərovdur.
Üç həmyerlinin cinayət tərkibli əməlində...
Mirsalam Qəmbərov isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisidir.
Bildiyimiz kimi mal və materialların idxalı və ixracı ekspertizanın rəyi əsasında həyata keçirilir. Yəni, ağacların kəsilməsi, yaxud köçürülməsi də məhz Şakir Quliyevin "mehriban qohum"u Mirsalam Qəmbərovun birbaşa səlahiyyətləri çərçivəsindədir.

Qeyd edək ki, Nəsimi rayonunda, 20 yanvar küçəsindəki ağacların kəsilməsi də Mirsalam Qəmbərovun rəyi əsasında həyata keçirilib.
Maraqlıdır, bu rəy nəyə, hansı önəmli səbəblərə əsasən verilib?
Təbiət "qatilləri" iş başında.../VİDEO-FOTO

Ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır!

DogruXeber.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO