"Biz Ukrayna ilə daha fəal və səmərəli danışıqlar aparmaq istərdik".
"
Zamantv.az" “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Düzdür, müəyyən proseslər gedir. Lakin biz daha məzmunlu danışıqlar arzulayırıq”, - o bildirib.
D.Peskov, həmçinin iddia edir ki, jazırda dünyada rusafobiya yayılıb. “Bunun qarşısını almaqdan ötrü çox az tədbir var. Çünki beynəlxalq hüquq faktiki olaraq işləmir”, - o söyləyib.
Zamantv.az