[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ ermənilərini İrəvanın girovluğundan xilas etmək vaxtı - onda qaz da olacaq, yaz da...
Ermənistan yenə başladı dünya ölkələrinin zəhləsini tökməyə. Döymədikləri qapı, yığmadıqları telefon nömrəsi qalmayıb, 2020-ci ilin 44 günlük savaşında olduğu kimi...Neçə gündür hamı Rusiyanın müdafiə naziri Şoyqunu axtarırdı, Ermənistanın müdafiə naziri Papikyan tapdı və çox güman ki, kömək istədi. Təsəvvür edin, Rusiya Ukrayna bataqlığında batmış tanklarını çıxartmaq üçün Qarabağdakı sülhməramlılarını da aparmaq ərəfəsindədir, erməni deyir mənə kömək elə, həyasızlıq bu qədər!

İndi aydın olur ki, neçə gündür İrəvandakılar niyə yaxalarını cırıb-dağıdır, şou göstərirmişlər. Ukraynaya qarşı döyüşmək istədikləri görüntüsünü yaratmaqla Rusiyadan dəstək qazanacaqlarını zənn edirmişlər. Amma Rusiya artıq bunları “dişinə vurdu”. “Sorosun uşaqları”na inam, etibar qalmayıb. Diqqət edin, sanksiyalar səbəbindən Rusiyanın həbs edilən 78 təyyarəsindən azı biri Ermənistanın payına düşür. Üstəlik, İrəvan bəyan etdi ki, Rusiya sanksiyalara məruz qaldığı üçün Moskvaya uçuşları dayandırmağa qərar verib. Sən Rusiyanın təyyarəsini həbs elə, hava əlaqəsini kəs, imkan düşən kimi, Avropadakı himayədarlarının dizinin üstündə otur, “quyruğun qapı arasında qalanda” da Rusiyadan hərbi kömək istə! Ölkənin neçə sifəti olarmış! Bunlar bacarır da. Amma Rusiya öz hayında, harayındadır.

Diqqət edirsinizsə, daha Rusiyanın Qarabağdakı sülhməramlılarının Xankəndi ermənilərinə “humanitar yük” daşıması barədə xəbərləri oxuya bilmirik. Çünki hazırda Rusiyanın özünə lazımdır elə yüklər. Necə ki, martın əvvəllərində Qarabağdan 14 tonluq humanitar yük göndərildi Ukraynadakı separatçılara və Rusiya ordusuna. Təsəvvür edin, 15 ay Qarabağ ermənilərinə yardım daşıyan Rusiya sonda Qarabağdakı separatçılardan “yük” gözləyəsi oldu. Erməni separatçıları üçün fəlakətlər davam edəcək, daşı ətəkdən tökməsələr!

Martın 8-dən, elə Xankəndidə əllərində Rusiya bayrağı Donbas və Luqansk separatçılarına dəstək aksiyası keçirəndən, Ukrayna separatçılarına yardım göndərəndən sonra qara günə qalıblar. Qaz yox, işığın olmasındansa, olmaması daha yaxşı, dediklərinə görə. Üstəlik, Allahın qəzəbinə gəlmiş erməni qaniçənlərinin Laçın yolu da kəsilib, qar səbəbindən. O tərəfdən Ermənistana aparan Lars yolu, bu tərəfdən Xankəndiyə gətirən Laçın dəhlizi, hər ikisi bağlı.

Belə durumda çıxış yolları var, istəsələr: bəyan edirlər ki, bir elədik, bir də eləmərik, nəsil-nəcabətimizə dərs olsun! Diqqət edin, Ukrayna ərazisində yaşayan yüz minlərlə rus Rusiyanın işğalına qarşıdır, döyüşürlər, Xarkovda, Mariupolda, Xersonda keçələrə çıxıb, rus ordusuna “rədd olun”, deyirlər, humanitra dəhlizlər yaradılsa da, Ukraynanı vətən bilib, heç yerə getmirlər, ölsələr belə! Hətta Rusiyaya köçmək təklifini rədd edirlər, Rusiyanın işğalını lənətləyirlər!

Ermənilər üçün ibrət olası faktdır. Əgər Qarabağda yaşamaq istəyən erməni əhali fəlakətlərdən xilas olmaq, işıqlı, qazlı günlərə çıxmaq, iş-güc sahibi olmaq istəyirsə, çıxsın Xankəndinin, Xocavəndin, Xocalının, Ağdərənin... mərkəzinə, bölgədəki erməni terrorçu dəstələrə “rədd olun Azərbaycandan, imkan verin rahat yaşayaq”, tələbini irəli sürsünlər! Anlasınlar ki, bu gün Pirlər, Fərrux istiqamətində erməni silahlı dəstələrinə xəbərdarlıq edən Azərbaycan əsgəri həm də onları – Qarabağda dinc, təhlükəsiz yaşamaq istəyən erməni əhalini girovluqdan xilas etmək istəyir! Erməni əhaliyə “Kalaşnikov” paylamaqla terrorçu-separatçı dəstələr hamını öz cinayətlərinə şərik etmək istəyirlər. Bununla da Qarabağı ermənisiz qoymaq, bütün ermənilərin bölgədən çıxarılmasına nail olmaq niyyətindədirlər. Onların bir məqsədi var: bütün dünyada bar-bar bağırsınlar ki, baxın, Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirdi! Azərbaycan bunu istəsəydi, 2020-ci ilin noyabrında, Xankəndinin bir addımlığından geri dönməzdi, işi bitirərdi. Amma Azərbaycan dövləti ərazisində bircə türkün yaşamadığı Ermənistanın tayı deyil və niyyəti bu deyil. Ona görə də Azərbaycan əsgəri maksimum ehtiyatla, dinc ermənilərə ziyan vurmadan terrorçu və separatçıların sonuna çıxmaqda qərarlıdır, erməni əhali bunun fərqində olmalıdır. Odur ki, elə bu gün Azərbaycan bayrağını qaldırıb, “Azərbaycan əsgəri, gəlin bizi xilas edin”, müraciətini ünvanlamalıdırlar, əgər terrorçulardan xilas olmaq istəyirlərsə! Onsuz da Azərbaycan bu işi sona çatdıracaq, 4 BMT qətnaməsini təkbaşına yerinə yetirən ordu üçün üçtərəfli bəyannaməni icra etmək çətin deyil.

Ermənistan rəhbərliyi ABŞ hakimiyyətini də bezdirəndən sonra okeanın o tayından reaksiya verilib. “ABŞ qazın kəsilməsindən və Azərbaycan qoşunlarının hərəkətindən dərin narahatdır”. Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu “Twitter” səhifəsində məlumat yayıb. “Ermənistan və Azərbaycan gərginliyin dərhal aradan qaldırılması üçün birbaşa əlaqə kanallarından istifadə etməlidirlər”, - bəyanatda deyilir. O da bildirilir ki, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb. “Ermənistan və Azərbaycan gərginliyin dərhal azaldılması üçün birbaşa əlaqə kanallarından istifadə etməlidir”, - açıqlamada deyilir.

ABŞ-ın da “işi başından aşır” bu günlərdə, Rusiyanı durdurmaq üçün gecə-gündüz çalışır. Rusiyanın tərəfində döyüşmək istəyən, Donbas və Luqansk separatçılarına ortaqlıq edən Qarabağ separatçıları isə Vaşinqtondan nicat gözləyir, absurd da olsa.

Azərbaycan dövlətinin deməyə kifayət qədər sözü var. Ermənilər üçün qaz istəyən ABŞ və digər ölkələr əslində Azərbaycana təşəkkür etməlidir: Bakı Qarabağ ermənilərini girovluqdan xilasetmə əməliyyatı aparır. Dinc ermənilər əzab çəkir orda, silahlıların girovluğunda. Dünən erməni uşaqlarına plakatlar verib aksiyaya çıxartmışdı Araikin cinayətkar dəstəsi, beynəlxalq hüquq pozulur, uşaqlara aid konvensiya tapdanır, erməni ailələrin hüquqlarını kim qorumalıdır, əlbəttə, Azərbaycan dövləti! Bizə dəstək verməyən beynəlxalq dairələr əl-ayağımıza dolaşmasınlar! İndi Qarabağ ermənilərini girovluqdan xilas etmək vaxtıdır, əməliyyat vaxtı isə qaz vintilini açıq qoymaq təhlükəlidir, insanlar zərər çəkə bilər. Məsələlər bitsin, ondan sonra qaz da olacaq, üstəlik yaz da...

Digər bir nüans: ermənilər doğrudanmı reallıq hissini bu qədər itiriblər? Azərbaycanın Rusiya ilə imzaladığı müttəfiqlik sazişində ərazi bütövlüyü öndə gəlir, separatçılığa qarşı mübarizə də həmçinin. Bunun ardınca dövlət başçımız Ermənistanın qanunsuz silahlı birləşmələrini Qarabağdan çıxarmağa çağırdı, Xarici İşlər Nazirliyi xəbərdarlıq etdi, Müdafiə Nazirliyi sözünü dedi və iki gün əvvəl Rusiya quru qoşunların komandanlığı ilə Qarabağdakı qanunsuz silahlılar müzakirə mövzusu oldu. Mənzərə aydın deyilmi? Bu prosesdə Azərbaycan dövlətinə dəstək verənlər udacaq, elə Qarabağdakı mülki ermənilərin də belə şansı var. Gerisayım başlayıb. Yanvarda prezident Əliyev əbəs yerə 6 aylıq müddətdən bəhs etməmişdi. Neçə ay qalır?..
Elşad PAŞASOY //musavat.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tramp Hillari Klintonu məhkəməyə verdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Hillari Klintonu və Demokratlar Partiyasının rəhbərliyini onun Rusiya ilə sövdələşməsi ilə bağlı yalan məlumat yaymaqla 2016-cı il seçkilərinin nəticələrinə təsir göstərmək cəhdində ittiham edərək məhkəməyə verib.

İddiaçı bildirib ki, cavabdehlərin yeganə məqsədi Trampı ləkələmək və onun seçki şanslarını sarsıtmaq olub.

İddia ABŞ-ın Florida ştatının Şərq dairəsi üzrə federal məhkəməsində qaldırılıb.

Mənbə: “RİA Novosti”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin NATO-nu parçalamaq istəyir - AÇIQLAMA
"Vladimir Putin NATO-nu parçalamağa çalışır".

Zamantv.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

Amerikalı lider onun belə bir planının əvvəldən olduğunu bildirib.
"Vladimir Putinin əvvəldən etməyə çalışdığı şey NATO-nu parçalamaqdır. Mən bunu ABŞ-ın vitse-prezidenti olduğum günlərdən bəri deyirəm" ,- deyə Co Bayden bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan” pavilyonuna bomba qoyuldu?
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Zamantv.az-ın TASS-a istinadən verdiyi məlumata görə, "Azərbaycan" pavilyonuna bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub.

“Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, - deyə fövqəladə hallar nazirliyinindəki orqanlarındakı mənbə TASS-a bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gələcək astronavtların Marsdakı PROBLEMİ
Alimlər Mars planetinin səthində olan Perseverance aparatı tərəfindən yazılmış səsləri analiz edərək planetdəki səsin yayılma sürətini təyin ediblər. Məlum olub ki, Marsda səsin yayılma sürəti Yer kürəsində səsin yayılma sürəti ilə müqayisədə daha aşağıdır.

Zamantv.az technote saytına istinadən xəbər verir ki, bununla belə alimlər maraqlı bir faktı təyin ediblər. Belə ki, müxtəlif səs tezlikləri Marsda fərqli sürətlə hərəkət edirlər. Nəticə etibarilə gələcək astronavtlar Mars səthində ünsiyyət baxımından çətinliklər ilə qarşılaşacaqlar. NASA-nın Perseverance aparatı keçən ilin fevral ayında Marsın Jezero adlı kraterinə eniş etmişdi.

Həmin vaxtdan sözügedən aparat planetin müşahidəsi ilə məşğuldur. Aparatın sahib olduğu alətlər arasında 2 ədəd mikrofon da mövcuddur. Buna görə də istənilən şəxs NASA-nın saytında Marsda yayılan səslərə qulaq asa bilər. Alimlər isə öz növblərində aparat tərəfindən yığılmış audio məlumatları analiz edərək Marsda səs sürətini təyin edə biliblər. Aparatın sahib olduğu xüsusi lazer tərəfindən Mars süxuruna açılmış atəş səslərini analiz edərək alimlər lazerin süxurlara dəyməsi nəticəsində çıxan səsin aparat mikrofonuna kimi çatma sürətini öyrəniblər.
Nəticədə məlum olub ki, Marsda səs saniyədə 240 metr sürətlə yayılır. Yer kürəsində isə səs hava daxilində saniyədə 335 metr sürətlə yayılır. Bundan əlavə olaraq alimlər təyin ediblər ki, Marsda müxtəlif səs tezlikləri fərqli sürətlə hərəkət edirlər. Belə ki, 400 Hz-dən yuxarı göstəricidə sürət təqribi olaraq saniyədə 10 metr daha yüksək olur. Bu isə o deməkdir ki, Marsda danışmaq heç də asan məsələ olmayacaq. Belə ki, ayrı-ayrı nitq səsləri qulaq asan şəxsin qulaqlarına fərqli vaxtlarda gəlib çatacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayden: “Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, ABŞ cavab verəcək”
"Rusiya Ukraynada kimyəvi silahlardan istifadə etsə, lazımi cavablar veriləcək. Bizim cavabımız hücum xarakterindən asılı olacaq”.

Bunu ABŞ Prezidenti Co Bayden NATO liderləri sammitindən sonra keçirilən brifinqdə bildirib.

O, Ukraynadakı müharibənin ərzaq böhranına səbəb ola biləcəyini qeyd edib.

Bayden, həmçinin Rusiyanın G20-dən çıxarılması və onun yerinə Ukraynanın təşkilatın iclaslarında mütəmadi iştirak etməsini təklif edib.

ABŞ lideri bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin NATO-nu parçalamağa çalışır.

Mənbə: “RİA Novosti”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Brüsseldəki qərarlar: NATO-nun Rusiya ilə açıq müharibəyə girməməsinin səbəbləri – TƏHLİL
Brüsseldə NATO ölkələri liderlərinin sammitində Rusiya - Ukrayna müharibəsinə dair qəbul edilən qərarlar münaqişənin miqyasını daha da genişləndirəcək.

Əslində NATO-nun münaqişəyə girmədən Ukraynaya hərbi dəstəyi ağıllı və soyuq qərardır, çünki NATO-nun birbaşa münaqişə tərəfi olması əzəli qüdrətlərin baş-başa gəlməsi deməkdir ki, bunun da sonunu xaraba mənzərələrsiz təsəvvür etmək çətindir.

NATO dövlətləri baş bilənlərinin bugünkü qərarı da ehtiyatlı, ancaq Ukrayna ordusuna əhəmiyyətli dəstək baxımından önəmlidir.

Qərarda 3 ana xətt gözə çarpır:

1. NATO Ukraynanı silahlandırmağa davam edəcək

2. NATO Ukraynaya kiber təhlükəsizlik dəstəyi verəcək

3. Rusiyaya qarşı daha ağır sanksiyaların tətbiqi reallaşacaq.

Təbii ki, Avropa teatrında istər siyasi, istərsə də coğrafi mənada tektonik çatlar yaratmaq Rusiyanın planlarına daxildir, bu planın isə konkretliyinə dair hələ kəşfiyyat məlumatları mövcud deyil.

İqtisadi sferada süni manipulyasiyalar yaratmaq qabiliyyətindən məhrum olan Rusiyanın adekvat cavabı yalnız hərbi tədbirlər olacaq ki, bu da NATO-nu başqa cür sınağa çəkəcək. Yəni Ukraynadakı alovların üzərinə benzin tökülməsi Rusiyanı da, NATO-nu da imtahana çəkir, bu imtahanın ağırlığı altında isə Ukrayna əzilir.

Qərb-Rusiya hibrid müharibəsinin Ukraynaya vurduğu dözülməz ağrıları təsəvvürə gətirmək özü belə adamı dəhşətə salır, ancaq böyük strategiyalar öz mövcudiyyət və hegemonluğunu sübut edərkən belə sentimental hisslərə qapılmırlar.

NATO bu dəfə də Ukrayna səmasını Rusiya üçün qapalı elan etmədi, çünki bu, NATO-nun strateji mövqelərini legitim hədəfə gətirir. Ağıllı davranan Şimali Atlantik Müqaviləsi Təşkilatı ehtiyatını əldən vermir. Bu strateji qamət NATO-nun strateji vicdanından irəli gəlir, çünki Alyans üzv ölkələri təhlükə altına qoymaq niyyətindən xeyli uzaqdır.

Bu məsələni daha geniş şərh etmək lazımdır ki, beyinlərdəki sual işarələri götürülsün.

Fərz edək ki, NATO Ukrayna hava məkanını Rusiya üçün qapatdı, bu, o deməkdir ki, Rusiyanın reaktiv qırıcıları və hava hücumundan müdafiə sistemlərinin məhvinə fitva verilir. Bu ssenaridə qarşılıq da var, Rusiya da analoji addımlara gedər.

İkinci, bu ssenari Avropanın NATO-nun həsrətini çəkən ölkələri üçün də təhlükədir, söhbət İsveç və Finlandiyadan gedir. Nə İsveç, nə də Finlandiya NATO-nun Rusiya ilə müharibəyə girişməsini istəyir, çünki bu hal Rusiyadan onlara qarşı aqressiv addımları şərtləndirə bilər.

Üçüncü, NATO-nun Moskva ilə kəllə-kəlləyə gəlməsi digər regionlar üçün də təhlükə vəd edir, çünki Ukraynada tərəflərdən biri kozırı itirirsə, bu, digər regionlardakı “bombalar” partlaması üçün düymənin basılmasıdır.

Dördüncü, NATO-ya üzv olan ölkələrin xalqları müharibə ovqatında deyil, onlar 10 minlərlə hərbçinin ölümünü həzm edə bilməyəcəklər və Qərbə qarşı etirazlar dalğası başlayacaq.

Beşinci, NATO hələ Çinin Ukrayna müharibəsinə münasibətdə dəqiqliklə hansı nöqtədə dayandığını dəqiq bilmir, çünki Pekin sürüşkən siyasət yürüdür. Rusiya ilə müharibə həm də bu baxımdan təhlükəlidir.

Altıncı, Rusiyanın hansı halda nüvə silahından istifadə edəcəyi də NATO üçün qeyri-müəyyən olaraq qalır, çünki Rusiya ilə NATO-nun təhlükəsizlik anlayışları fərqlidir.

NATO-nun hazırdakı qlobal missiyası Ukraynanı silahlandırmaqla Rusiyanın gücünü tükəndirmək, itkilərini çoxaltmaq və Rusiyanın mövcud hakimiyyətinin devrilməsinə daxili zəmin hazırlamaqdan ibarətdir. Ancaq hələ ki, NATO-nun bu strateji xəttinin inkişafı döl halındadır, həmin dölün hansı formada inkişaf edəcəyi isə gedişatlardan asılıdır.

Qlobal sabitlik və təhlükəsiziliyə dair nəzəri baxışlarla reallıq arasındakı dərin uçurum Qərb strateqlərini cilovlanmış siyasətə vadar edir, amma Rusiyanın məsələyə baxışı həmin çərçivələri aşır.

Ukraynadakı müharibənin nəticələrindən asılı olmayaraq Rusiyanın ərazi ekspansiyalarına marağını azaltmayacaq.

Ona görə də, Qərb elə bir xətt tutur ki, Rusiya ictimaiyyətində tarixdən süzülüb gələn imperiya düşüncələrini zəiflətsin, Qərbin planlarında Rusiyanı parçalamaq yox, onu hərbi cəhətdən sarsıdıb öz orbitinə sıxmaq dayanır.

NƏTİCƏ: NATO üzvlərindən birinə hücum olmayacağı təqdirdə, münaqişəyə qoşulmayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada yardım növbəsinə duranlar atəşə tutuldu: Ölənlər var
Martın 24-də Xarkovda humanitar yardım üçün növbəyə duran insanlar atəşə tutulub.

Zamantv.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

Hadisə akademik Pavlov küçəsində qeydə alınıb.

"Ruslar Xarkov sakinlərinin humanitar yardım aldığı Yeni poçt məntəqəsini uzaqmənzilli silahlardan atəşə tutublar. İlkin məlumatlara görə, 6 dinc sakin həlak olub, daha 15 nəfər yaralanıb”, - Sinequbov bildirib.
Yaralılar xəstəxanalara yerləşdirilib. Ölənlərin sayı dəqiqləşdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynaya 6000 raket göndəriləcək - AÇIQLAMA
Böyük Britaniyanın Baş naziri Boris Conson bugünkü NATO sammiti və G7 toplantısından sonra mətbuat konfransı keçirib.

Zamantv.az APA-nın Britaniya bürosuna istinadən xəbər verir ki, Boris Conson bildirib ki, Böyük Britaniya Ukraynaya yardımı artırmaq üçün müttəfiqləri ilə işləyəcək.

Baş nazirin sözlərinə görə, Britaniya Ukraynaya göstərdiyi yardımı ikiqat artıracaq. O, həmçinin Ukraynaya əlavə 6 min raketin göndəriləcəyini deyib.

“Biz uzunmüddətli perspektivdə azad və demokratik Ukraynanı dəstəkləməliyik”,- deyə Boris Conson açıqlamasında bildirib.

O, qeyd edib ki, Ukrayna tək deyil və Britaniya Kiyev, Mariupol, Lvov və Donetsk xalqının yanındadır.

Böyük Britaniyanın Baş naziri Ukraynanın hava məkanının bağlanmasının mümkün olmayacağını deyib.

Baş Nazir bildirib ki, bu Hərbi Hava Qüvvələrinin Rusiyanın sürətli təyyarələrini vurması deməkdir. O, NATO-da heç bir ölkənin bunu etməyəcəyini bildirib.

Boris Conson qeyd edib ki, NATO Ukraynanı havadan müdafiə etmək üçün raketlərlə təmin etmək fikrindədir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO