[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Saxta “Qarabağ rus icması”ndan Bakıya qarşı növbəti təxribat - Moskva Bəyannaməsini oxuyublarmı?
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazimizdə erməni-separatçı ünsürlərin əli ilə Azərbaycan əleyhinə təxribatlar və hoqqabazlıqlar davam edir. Onlardan biri də az öncə Rusiyanın “dobro”su ilə, süni şəkildə yaradılmış və Qarabağdakı çoxəsrlik demoqrafik reallığa heç bir dəxli olmayan qondarma “rus icması” ilə bağlıdır.

Bu haqda indiyədək bir neçə dəfə yazmış, SOS siqnalı vermişik. Təbii ki, bu uydurma təsisat heç də ölkəmizə münasibətdə xoş məramdan qaynaqlanmır və daha çox gələcəkdə Bakıya hansısa əlavə təzyiq rıçaqı yaratmaq niyyəti güdür. Bəlli olduğu kimi, həmin “icma”nın rəhbəri Rusiya xüsusi xidmət orqanlarına bağlı olan, rus soyadlı, lakin erməni kökənli Aleksandr Bordovdur. Onun özü Rusiyada yaşayır.

Erməni mediasının yazdığına görə, Bordov bu günlərdə təzədən Xankəndində peyda olub və onun “təşəbbüsü” ilə martın 15-də “Dağlıq Qarabağda xristian ruhaniləri ilə islam dini nümayəndəsinin görüşü olub”. Tədbirə Rusiya sülhməramlı kontingentin tərkibində xidmət edən və müxtəlif dini konfessiyaların, o cümlədən islam inancına malik hərbçilərin də qatıldığı deyilir.

Məlumatda daha sonra bildirilir ki, Bordov öz çıxışında tarixi rus-erməni dostluğundan və pravoslav-müsəlman birliyindən (?!) dəm vurub.

Absurddur, deyilmi? Əlbəttə ki, köklü müsəlman-türk əhalinin qovulduğu, 1992-ci ildən bu yana bircə müsəlmanın yaşamadığı Azərbaycanın bu qədim torpağında belə bir üzdəniraq, təxribatçı, eyni zamanda karikatur tədbirin keçirilməsi dinə, imana, İslama, dinlərarası münasibətlərə, insaniyyətə təhqirdir. Aydındır ki, geydirmə tədbir sırf siyasi məram güdür. Anklavdakı kriminal xunta rejimini ayaqda saxlamağa, orada guya dini tolerantlığın hökm sürdüyü barədə görüntü yaratmağa xidmət edir.

Bu eyni zamanda, Rusiyanın ölkəmizə qarşı ikili və təzyiq siyasətinin yeni təzahürüdür. Olayın Ukraynadakı müharibə fonunda baş verməsi də diqqət çəkməyə bilməz. Halbuki Rusiya və Azərbaycan liderləri ötən ay Moskva Bəyannaməsi imzalayıblar. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, separatçılığa, digər təhlükələrə qarşı birgə mübarizə haqda konkret bəndlər də var.

Altında prezident Putinin də imzası duran həmin sənədin müvafiq bəndlərini bir daha Rusiya sülhməramlı kontingentin rəhbərliyinin yadına salırıq:

Bənd 1. “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bənd 18: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.

Sual yaranır: görəsən, Qarabağdakı sülhməramlı kontingentin komandanlığı Moskva Bəyannaməsini heç olmasa, bir dəfə oxuyubmu? Oxuyubsa, niyə əməl eləmir? Oxumayıbsa, daha pis, demək, öz dövlətinin rəsmi mövqeyindən bixəbərdir. Əslində isə “rus icması”nın sülhməramlı kontingent təmsilçilərini də cəlb eləməklə düzənlədiyi bu üzdəniraq tədbir bir daha Moskvanın iki xalq arasında barışıqda nə dərəcədə maraqlı olmadığını göstərir...

Üzdəniraq “dini tolerantlıq tədbiri”ndə erməni qaynağının “müsəlman din xadimi” kimi təqdim elədiyi Umaxan Saygitov ad-soyadlı bir tipin də iştirak və çıxış elədiyi bildirilir (Yəqin o da dostu Bordov kimi Rusiya xüsusi xidmətinə bağlıdır və hətta gizli hərbi rütbəsi də var).

Sitat: “Öz növbəsində İslam ruhani din xadimi, imam Umaxan Saygitov çıxışı zamanı qeyd edib: ”Mən bu lazımlı və faydalı görüşə görə, müsəlmanlara qarşı xeyirxah münasibətinə (?! - red.) görə rus icmasının rəhbərinə minnətdaram. Biz gerçəkdən də tarixən çox yaxınıq. Əzabkeş Qarabağ torpağında davamlı sülh üçün hər şeyi etmək lazımdır".

Bəs bu “imam” Umaxan Saygitov kimdir və onun Qarabağda nə iti azıb? O necə müsəlman din xadimidir ki, müsəlman-azərbaycanlıların axırıncı nəfərinədək erməni faşist-dinsizlər tərəfindən qovulduğu, etnik təmizlənməyə və soyqırımına məruz qaldığı, məscidlərin yerlə-yeksan edildiyi bir bölgəyə gəlir və bu barədə bircə kəlmə danışmır. Əksinə, separatçı elementlərlə şəkil çəkdirir, onların şəninə tərif deyir, müsəlman-türklər əleyhinə məkrli, iyrənc oyunlarında yer alır? Allahdan qorxmurmu?..

Təbii ki, heç kim çörəyi qulağına yemir. Azərbaycana qarşı belə çirkin oyunlar və təxribatlar keçməz. Bura nə Ukraynanın Donbasıdır, nə də Gürcüstanın Abxaziya və Cənubi Osetiyası. Bura - Azərbaycandır. Aranlı, dağlı Qarabağı ilə birgə! Yanında qardaş Türkiyəsi ilə birgə! Şuşa Bəyannaməsi ilə birgə! Odur ki, Bakının səbrini təzədən sınağa çəkməyi kimsəyə məsləhət görməzdik. “Dəmir yumruq” heç yerə getməyib, lap yaxındadır. Cəmi bir neçə kilometrlikdə...
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyadan taxıl idxalına məhdudiyyət - UN İSTEHSALÇISI ƏSABİL QASIMOV DANIŞIR
Rusiya Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə taxıl idxalına məhdudiyyət qoyub. Əsasən Rusiyadan taxıl alan Azərbaycan bu qurumun üzvü olmadığı üçün birbaşa idxal məhdudiyyəti ilə üzləşməyib. Ancaq bəzi təhlilçilər Rusiyaya tətbiq olunan genişmiqyaslı sanksiyalardan sonra bunun belə davam edəcəyini şübhə altına alırlar.

Rusiya Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstana taxıl ixracı məhdudiyyətini “daxili bazarı məhdudiyyətlər şəraitində qorumaq” istəməsilə izah edib.

Azərbaycanın Baş naziri Əli Əsədov 2021-ci ilin yekunlarına dair çıxışında yerli istehsalın önəmindən bəhs edərək, “idxaldan asılılığın azaldılmasına nail olmalıyıq” deyib və vurğulayıb ki, bunun üçün aqrar sektorun inkişafında “əsaslı dönüş” yaradılmalıdır .

Zamantv.az xəbər verir ki, Azərbaycanda un və un məmulatları istehsal edən iri şirkətlərdən birinin rəhbəri olan sabiq deputat Əsabil Qasımov Gununsesi.info-ya açıqlamasında narahatçılığa əsas olmadığını deyib: “Birincisi Azərbaycanı belə bir təhlükə gözləmir. İkincisi, bizim ölkənin azı 5 ay taxı ehtiyyatı var. Sonra isə yeni məhsul yığımı olacaq. Hətta ola bilsin ki, qiymətlərdə də endirim olsun. Bəzi ekspertlərin şərhlərini oxuyuram. Təəssüflər olsun ki, cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Azərbaycanı belə bir təhlükə gözləmir”.

Əsabil Qasımpv deyir ki, ölkədə ərzaq təhlükəsizliyi hökumətin də əsas prioritetlrindən biridir: “Azərbaycan hökumətinin bu məsələdə ciddi fəaliyyəti var. Ona görə də hesab edirəm ki, heç bir narahatçılığa əsas yoxdur. Konkret taxıl ehtiyatları ilə yanaşı, vətəndaşların ay ərzində taxıl istehlakı da hesablanıb və buna uyğun ehtiyat yaradılıb”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Stoltenberq: “Zelenskinin NATO-ya dair məyusluğunu başa düşürük, amma...”
NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenskinin NATO-ya dair məyusluğunu başa düşdüklərini etiraf edib.

Bununla belə, Yens Stoltenberq bir daha təkrar edib ki, Alyans münaqişənin Ukrayna sərhədlərindən kənara çıxmasını istəmir.

O əlavə edib ki, NATO Ukraynaya maliyyə dəstəyi verməkdə davam edəcək:

“Biz hərbi və maliyyə dəstəyimizi artırmaqda davam edirik”.

NATO-nun baş katibi əlavə edib ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra Alyansın müttəfiqləri Ukrayna hərbçilərinə yüksək səviyyəli təlimlər keçib və bütün bunların nəticəsi olaraq hazırda Ukrayna ordusu Rusiya qoşunlarına qarşı uğurlu müqavimət göstərir.

Mənbə: Tagesschau.de
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski: “Rusiya son 25 ildəki nailiyyətlərini məhv edəcək və 90-cı illərə qayıdacaq”
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynaya hücum etməklə son 25 ildə əldə etdiyi hər şeyi məhv edəcək və ötən əsrin 90-cı illərinə qayıdacaq.

“Ukraynaya qarşı müharibənin Rusiya üçün qarşılığı belə olacaq”, - deyə Zelenski videomüraciətində bəyan edib.

O vurğulayıb ki, ədalətsiz və aqressiv müharibənin həmişə yüksək bədəli olur.

“Amma onların başına nə gəlsə də, bu, bizə təsəlli verə bilməz. Ölülərimizi diriltməyəcək, şəhərlərimizi bərpa etməyəcək, əbədi olaraq bizimlə qalacaq mənəvi yaraları sağaltmayacaq”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Mənbə: “İnterfaks”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirlər Kabinetindən ərzaq məhsulları ilə bağlı QƏRAR
Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar imzalayıb.

Qərara əsasən müəyyən edilib ki, siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.

Bu Qərara əlavə edilən siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs “İnzibati icraat haqqında” qanuna uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” qanuna uyğun olaraq İqtisadiyyat Nazirliyinə təqdim edəcək.

İqtisadiyyat Nazirliyi siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxacaq. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim ediləcək. İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim ediləcək.

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarın, yağışın altındayıq, millət qırılır..." - Sərhəddə qalan azərbaycanlılar
Xəbər verdiyimiz kimi, quru sərhədləri bağlı olduğundan Rusiyanın müxtəlif vilayətlərindən olan azərbaycanlılar öz vətənlərinə qayıda bilmədiklərindən sərhəddə qalıblar.
Zamantv.az xəbər verir ki, E. Seyfullayev hadisə yerindən lentə aldığı və Yeniavaz.com-un redaksiyasına göndərdiyi kadrlarda acınacaql vəziyyəti əks etdirib.
O mürciətində bildirir ki, insanların vəziyyəti heç də ürəkaçan deyil:
“Millət burda qırılır, millət burda it günündədir, millətə burda yiyə duran yoxdur. Neçə yerə müraciət etmişik, heç bir xeyri yoxdur. Kimə də deyirik, bizə yiyə duran yoxdur. Səfirlik də bilir, Nazirlik də bilir, hamısı bilirlər. Camaat gecə burda yatır”.
E. Seyfullayev göndərdiyi videoda Prezidentə müraciət ünvanlayıb:
“Üzümüzü tuturuq bizim cənab Prezidentə. Bəlkə, bizə yazığı gələ, buraxa bizi vətənimizə. Yoxdur, bizə yiyə duran, yoxdur. Camaat elə gecə burda yatıb, burda da durur. Qarın, yağışın altındayıq. Millət qırılır burda. Neçəsini xəstəxanaya aparıblar. İt günündədir camaat”.
Xatırladaq ki, quru sərhədlərinin açılması və sözügedən problemin həlli ilə bağlı daha əvvəl Azərbaycan Nazirlər Kabinetinə müraciət etmişdik. NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məsələ ilə ilə bağlı Yeniavaz.com-a bildirib ki, “müraciətlər dəqiqləşdirilir, məlumat veriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kür quruyursa, Bakıda da kimsə qalmayacaq... - Ekspert danışır
"Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq".

Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

O bildirib ki, insan təbiətin bir hissəsidir və o özünü nə qədər güclü hesab etsə də təbiətdən – təbii şəraitdən, təbii ehtiyatlardan asılıdır:

"Ona görə də təbii sərvətlərdən düşünülmüş şəkildə istifadə edilməlidir. İnsanların planlaşdırılmamış təsərrüfat fəaliyyəti nəticəsində təbiətə ağır zərbə vurulur, ekoloji disbalans yaranır. Mal-qaranın kütləvi şəkildə meşələrdə otarılması torpaq örtüyünün deqradasiyasına səbəb olur. 30-40 il əvvəl Kür ətrafında olan meşələrdən indi əsər-əlamət qalmayıb, Kiçik Qafqaz meşələri təhlükə qarşısındadır. Cəmi 30 il əvvəl Kürün suyu o qədər idi ki, demək olar, onun bir sahilindən o biri sahili görünmürdü. İndi isə həmin ərazilərin sakinləri susuzluqdan əziyyət çəkir. Belə getsə, Neftçala, Salyan rayonlarının 250 minlik əhalisi köçmək məcburiyyətində qalacaq”, - deyə alim xəbərdarlıq edib.

Su ehtiyatlarının qiymətləndirilməsi məsələsinə toxunan Zakir Eminov bu işin sonuncu dəfə 50 il qabaq aparıldığını diqqətə çatdırıb.

O qeyd edib ki, artan əhalinin suya olan tələbatını təyin etmək üçün bu çox vacibdir:

“Təbii sərvətlərdən istifadəyə münasibət köklü şəkildə dəyişilməlidir, kompleks tədbirlər planı işlənilməli, təbii ehtiyatlardan istifadəyə dövlət nəzarəti gücləndirilməlidir. Əks təqdirdə, bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qala bilər. Hər şey bizim özümüzdən asılıdır”.

Qeyd edək ki, son günlər mütəxəssislər tərəfindən Kürün quruması və bunun da təhlükəli hal alması barədə xəbərdarlıqlar səslənir.

Xatırladaq ki, bir neçə il öncə Kürün daşması səbəbindən baş verən təbii fəlakət nəticəsində bəzi rayonlara ciddi ziyan dəymişdi. Hazırda isə əksinə, Kürdə suyun azalması müşahidə edilir. Bu günlərdə Baş nazir Əli Əsədov “Kür çayının aşağı axarında suyun axınının tənzimlənməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb ki, burada mövcud problemlərlə bağlı tapşırıqlar yer alıb.

Kürün quruması və ümumiyyətlə, həmin ərazidə yaranmış problemlərlə bağlı Kür ətrafı rayonların əhalisinin köçürülməsi mümkündürmü? Dia.az xəbər verir ki, memar Cahid Həsənov Cebhe.info-ya açıqlamasında bildirdi ki, əhalinin Kürlə bağlı orada yaranacaq hər hansı problemin dəqiq hansı formada olması, əlaqədar qurumların işidir və rəsmi açıqlama ilə bilinə:

“Belə hal olarsa, dünya memarlığında şəhərsalma ilə bağlı təbii hadisələr olan yerlərdə əhalinin digər ərazilərə köçürülməsi mərhələsi başlanır.

Ola bilər ki, bu müvəqqəti xarakter daşısın, yaxud daimi ola bilər. Ümumiyyətlə, hər hansı çayın, dəryanın daşıb, boşaldığı, silsilə şəklində problemlərin olduğu ərazilərdə əhalinin belə ərazilərdə yaşaması qadağan olunur. Yəni bu bölgədə fəsadlar olursa, yaxud az olursa, təbii olaraq əhalinin orada sıx yaşaması əvvəldən planlaşdırılmır, yaxud sonradan köçürülürlər. Heç bir ərazi, o cümlədən Kürətrafı ərazi də təbii fəlakətlərdən sığorta olunmayıb.

Belə vəziyyət yarandıqda əhalinin köçürülməsi mərhələ-mərhələ təmin olunur. Müəyyən bir ərazidə müvəqqəti yaşayış xarakterli ola bilər, yaxud ümumi bir boşluq sahə götürülüb 300-500 ailənin tam köçürülməsi planlaşdırıla bilər. Ancaq yaxşı olardı ki, belə hallarda, fəsadlar çox olandan sonra addımlar atılmasın. O bölgədə, ərazidə sıxlığın qarşısı tam alınır, yaşayış massivinin çoxalması, əhaliyə orada rəsmi şəkildə tikintiyə icazə verilməsi qadağan olunur, başqa ərazilərdə boşalma mərhələsi gedir. Ancaq Kürlə bağlı rəsmi şəkildə açıqlama olarsa, əhalinin köçürməsi tam şəkildə sürətlə başlanmalıdır”.

Ekspert deyir ki, həmin ərazidə daimi məskunlaşmaq məqsədəuyğun deyil:

“Təbii fəlakət baş alıb gedə, insan tələfatına səbəb ola bilər. Ona görə də sığortası olmayan, çayboyu zolaqlarda əhalinin məskunlaşması qeyri-qənaətbəxşdir. Bu ərazilərdə icra orqanları tərəfindən sərəncamların verilməsi və fərdi yaşayış evlərinin tikilməsi, hər hansı iaşə obyektinin tikilməsi məqsədəuyğun deyil.

Ümumiyyətlə, həm texniki, həm də vizual, memarlıq və şəhərsalma qaydaları baxımından yaşayış binalarının, ticarət obyektlərinin çayın sahilində olması məqsədəuyğun deyil. Bu şəhərin estetik tərtibatı baxımından da uyğun deyil. Çünki gələn turistlər çayın qırağında dincəlmək istəyir. Təəssüf ki, belə ərazilərdə tikililərin olması turistlərin gəlməsinin də qarşısını alır. Bu, süni şəkildə yaranmır. Burada təbii fəlakət olmasa belə, vizual görünüşünün genişmiqyaslı olması şəhərin tərtibatı, turistlərin gəlməsi, ümumiyyətlə, memarlıq mədəni-irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımında ardıcıllıqla tikililərə izacə verilməsi qəti yolverilməzdir. Təəssüf ki, belə hallarla üzləşirik”.

Ekspert Kürətrafı ərazilərdən əhalinin paytaxta köçürülməsi fikri ilə razılaşmadığını deyir:

“Onsuz da Bakıda sıxlıq var, getdikcə də çoxalır. Mütləq deyil ki, Bakıya köçürülsünlər. Həmin rayonun ərazisində başqa bir məhəlləyə köçürülə bilərlər. Regionlarda o qədər boşluqlar var ki, hətta qonşu rayona köçürülə bilər. Bakıda ümumiyyətlə, tikilən bina sıxlığı çoxdur və gəlin, regionlardan gələnlərlə, bina sıxlığı ilə onun dinamikasını, potensialını, simvolunu öldürməyək. Sıxlıq partlayışı olarsa, artıq turist axınının qarşısı da alına bilər. Belə bir problemin olmaması üçün Bakının özü boşaldılmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan Çanaqqala şəhidlərini anarkən azərbaycanlıları da unutmadı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 mart tarixində Çanaqqala Zəfərinin 107-ci ildönümü münasibətilə anım mərasimində çıxış edib.

Türkiyənin Azərbaycandakı səfirliyi R.T.Ərdoğanın çıxışından görüntülər paylaşıb.

“Burada təkcə Türkiyənin hər bölgəsindən, hər rayonundan, hər kəndindən qəhrəmanların qəbirləri yoxdur. Eyni zamanda könül coğrafiyamızın dörd bir guşəsindən gəlib burada torpağa düşən şəhidlərin məzarları da var. Sarayevonun, Skopyenin, Komotininin, Bakının, Batuminin, Hələbin, Qəzzənin, Qüdsün uşaqları ilə İstanbulun, Ankaranın, Çorumun, Antepin, Mardinin, Ədirnənin övladları düz 107 ildir ki, bu müqəddəs torpaqlarda bərabər şəkildə qucaq-qucağa yatırlar”, - deyə R.T.Ərdoğan bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Prezident.az xəbər verir ki, təbrikdə deyilir:

“Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.

Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli özünüdərkin təşəkkülünə töhfələr vermiş, ali dəyərlərin daşıyıcısına çevrilərək insanlarımızı vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.

Tariximizin taleyüklü anlarında gələcəyə inamımızı biz, eyni zamanda, Bahar bayramının bəxş etdiyi mənəvi güc sayəsində qoruyub saxlamışıq. Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir.

Məhz parlaq Zəfərimizin qat-qat gücləndirdiyi xoş bahar ovqatı içində, artıq ikinci ildir ki, azadlığına qovuşmuş torpaqlarımızda hazırda yüksək sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılmaqdadır. Yaz ətirli bayramımız bizi daha şövqlə çalışıb indi rahat nəfəs alan bu doğma yurd yerlərini qısa müddətdə abadlaşdırmağa və öz əvvəlki dinc həyatına qaytarmağa ruhlandırır.

Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm.

Əminəm ki, xaricdəki soydaşlarımızın bizimlə birgə azərbaycançılıq məfkurəsi işığında baharı qarşılamaları onların qəlbində yurdumuza bağlılıq hisslərini daha da möhkəmləndirəcəkdir.

İrəlidə bizi ümumxalq əhəmiyyətli mühüm vəzifələrin həlli gözləyir. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmi nümayiş etdirəcək, Qarabağa böyük qayıdış planımızı uğurla gerçəkləşdirəcəyik.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu əziz bayram hər evə, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin köməkçisi: “Azərbaycan qlobal təhlükəsizlik və yardım missiyasına töhfə verir”
“Azərbaycan 1990-cı illərin əvvəllərində BMT-yə üzv olanda təhlükəsizlik və humanitar yardıma ehtiyacı var idi”.

Zamantv.az -ın məlumatına əsasən, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

“30 ildən sonra isə Azərbaycan qlobal təhlükəsizlik və yardım missiyasına töhfə verir”, - deyə Hikmət Hacıyev əlavə edib.

Prezidentin köməkçisi: “Azərbaycan qlobal təhlükəsizlik və yardım missiyasına töhfə verir”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO