[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prokuror sabiq icra başçısına 12 il həbs cəzası istədi
Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

"Zamantv.az" xəbər verir ki, Lənkəran Ağır Cinayətlət Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Quliyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Vilaym Hacıyev rayonun abadlaşdırılması adı ilə bizdən rüşvət alırdı" - ŞAHİDLƏR DANIŞIR...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Şahid Nofəl Atakişiyev qeyd edib ki, İmişli RİH-in baş mühasibi Cəmil Musayevə 5 min manat pul verib.

Daha sonra şahid qismində Aydın Xankişiyev dindirilib. O, əvvəllər dəmir yolunda rəhbər vəzifədə işlədiyini bildirib: “Rayonun abadlaşdırılması üçün İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində çalışan İbrahim Zahidova 1 000 manat pul verdim. O da pulu Cəmil Musayevə təqdim etdi”.

Şahid Malik Əzimov isə vurğulayıb ki, İmişli RİH-in baş mühasibi C.Musayevə 2 min manat pul verib.

Onun sözlərinə görə, əvvəllər rayonda bələdiyyə sədri olub: “Vilaym Hacıyev iclasda bildirdi ki, rayonun abadlaşdırılması üçün köməklik göstərilməlidir. Həyətimin qabağında mağaza tikmək üçün isə rayonun memarı Nazim müəllimə 1000 manat pul vermişəm".

Məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.

***
11.41
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Şıxalı Gülməmmədov bildirib ki, sahibkarlıqla məşğul olub.

O deyib ki, V.Hacıyevlə bağlı heç bir yaxınlığı olmayıb: "Rayon daxilində tikinti-quraşdırma işləri olanda köməklik edirdim. Qaralar kənd bələdiyyəsinin sədri olmuşam. Araz çayından qum çıxarırdım, sahibkarlıqla məşğul olurdum. Pulu İmişli Rayon İcra Hakimiyyətinin mühasibatlığına verirdim".

Daha sonra şahid qismində Namiq Xankişiyev dindirilib. O söyləyib ki, rayonun abadlaşdırılmasına görə, icra hakimiyyətinin əməkdaşı İbrahim Zaidova 1 300 manat pul verib.

Şahid Hümbət Həsənov isə sahibkarlıqla məşğul olduğunu deyib: "Yanacaqdoldurma məntəqəm var idi, onu böyütmək istəyirdim. İmişli Rayon İcra Hakimiyyətinin mühasibinə müraciət etdim. Dedi ki şəhərin abadlaşdırılması üçün 3 min manat verməliyəm".

Şahid İmran Bəkirov isə ifadəsində qeyd edib ki, əvvəl İmişli şəhərinin icra nümayəndəsi olub: "Hazırda İmişlidə bələdiyyə sədri işləyirəm. Vilyam Hacıyevlə çox yaxın olmuşam. Səadət Şahpələngova adlı əməkdaşımızın işdən çıxarılmaması üçün icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə 5 min manat pul vermişəm. Öz əmək müqaviləmin müddətinin artırılması üçün də ona 5 min manat vermişəm".

Məhkəmə davam edir.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. //report//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rubl məzənnədən düşür, xurmamız anbarlarda qalır - NARAZILIQ!
Azərbaycan xurmasının ən böyük idxalçılarından olan Rusiya və Ukrayna arasında gedən müharibə ölkəmizdə bu sahə ilə məşğul olanlara böyük zərər vurub. Azərbaycanda ildə 200 min tondan artıq xurma istehsal olunur ki,onun da təxminən 174 min tonu ixrac edilir.

Yeni bazarın olmaması bu sahədə ciddi problemlər yarada bilər. Baş verən hadisələr Azərbaycanın xurma ixracına birbaşa təsir göstərir.
Azərbaycanın xurması üçün əsas bazarı olan bu iki ölkəyə ixracı ümumiyətlə mümükün deyil, ya da Rusiya valyutasının dəyəri itirməsinə görə sahibkara sərf etmir. Məhz buna görə də məhsullar anbarlarda qalmaqdadır.

Göyçay rayonunda fəaliyyət göstərən sahibkar Coşqun Yusifov deyir ki, hazırda tonlarla məhsullarımız rayonun soyuducu anbarlarında qalıb tələf olur. Bu malı da yəqin ki, sahibkarlar Rusiya bazarına göndərə bilmədiyi üçün məhv etməli olacaqlar.
"Bu bizim sahibkarlar üçün maddi zərərdir, ötən ilin payızında bağlardan yığılaraq soyuducu anbarlara yerləşdirilən meyvə günü-gündən xarab olur. Bütün bunlar isə min bir əziyyətlə becərilən məhsulla bağlı külli miqdarda vəsaitin itirilməsi deməkdir. Hər il Rusiya pulunin məzənnəsi sabit olurdu, sahibkarlar da malını rahat satırdı. Hazırda iş adamları məhsulu Rusiya bazarına göndərə bilsə də, əldə olunan gəlir yol, soyuducu və digər xərcləri ödəmir. Sahibkara burda küllü miqdarda zərər dəydiyi üçün heç kim öz malını Rusiya bazarına göndərə bilmir.

Sahibkar deyir ki, xurmanı indiki vəziyyətdə Azərbaycan bazarında satmaq isə sahibkarlar üçün əlverişli deyil. Çünki yerli bazarda bu məhsuldan ən yaxşı halda belə ixracla müqayisədə qat-qat aşağı gəlir götürmək mümkündür:

"Faktiki olaraq Azərbaycanda soyuducu anbarlarda olan məhsullara heç bir alıcı yoxdur. Bu ilki, qarşıdan gələn altı-yeddi aydan sonrakı mövsüm üçün proqnozlarda xoşagələn heç nə yoxdur. Çünki Rusiya və Ukraynyadan başqa hələ ki, böyük miqdarda xurma satmaq üçün bizim bazarlarımız mövcud deyil. Bu bazarlar olmazsa, 2021-ci ilə görə əldə olunmuş 126 milyon dollar vəsaitin heç yüzdə əllisinin də gəlməsinə ümid edilmir".

Xatırladaq ki, ötən il Azərbaycandan 174 min ton xurma ixrac olunub və bu məhsulun satışından ölkəmizə 126 milyon dollara qədər vəsait daxil olub.
Ölkəmizə ən çox valyuta gətirən məhsullardan biri olan xurmanın yenə də gəlirli sahəyə çevrilməsi üçün yəqin ki, yerli bazarların da axtarışına ehtiyac yaranacaq. //sputnik.az/
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rus ordusu Ukraynada qədim şəhəri xəritədən sildi
Rusiyanın hücumu altında olan Mariupolun 90 faizi dağıdılıb. Zamantv.az "Ölkə.Az"a istinadla xəbər verir ki, bu barədə Mariopolun meri məlumat verib.

Yanacaqlarının tükənmək üzrə olduğunu bildirən şəhər merinin sözlərinə görə, şəhərdə fabriklərin tamamilə yararsız hala düşdüyünü açıqlayıb.

Rusiyanın bombardmanları altında olan Mariupol şəhərindəki dağıntıların çox böyük olduğu bildirilib.

Mariopol merinin müavini Sergey Orlov verdiyi açıqlamada isə deyib ki, polislərimizi güllələyirlər, yanacaq tükənir.

"Zavodlar işləmir, metal fabriki tamamilə dağılıb. Şəhərin 90 faizi ruslar tərəfindən dağıdılıb", - o qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusları qovan ukraynalı danışdı: - “10-15 piyada həyətə girdi...”
Nikolayev vilayətinin Voznesensk şəhərində rus hərbçilərini həyətlərindən qovaraq sosial şəbəkələrdə məşhurlaşan ailə hadisənin bir neçə təfərrüatını danışıb.
Zamantv.az yeniavaz.com-a istinadla xəbər verir ki, onlar bu barədə “Azadlıq Radiosu”nun Ukrayna xidmətinin reportajında bildirilib.
“Tankların üzərində Z hərfini gördüm, sonra 10-15 piyada gəldi, həyətə girdilər, kameralarda görürəm ki, ruslar içəri girir”, - həyətinə rus hərbçiləri girən şəxs deyib.
O bildirib ki, daha sonra arvadı ilə onları qarşılamağa çıxıb. Rus əsgərləri onları hədələyib atəş açıblar:
“Onları rusca nalayiq sözlərlə qarşıladıq. Fikirləşdik ki, “Yat!”, “Əllər yuxarı!” sözləri ilə bizi qorxudacaqlar. Biz yenidən onların rusca cavabını verdik. Sonra bir növ bizi qorxutmaq üçün havaya atəş açmağa başladılar. Biz onları yavaş-yavaş həyətimizdən qovduq, vəssalam”.
Qeyd edək ki, ötən gün ukraynalı ailənin onların həyətinə daxil olan rus silahlılarının qarşısına əliyalın çıxıb müqavimət göstərməsi videosu sosial şəbəkələrdə yayılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“RUSİYA ÖLƏN HƏRBÇİLƏRİN CƏSƏDLƏRİNİ İSTƏMİR... “ - Ukrayna baş nazirinin müavinindən açıqlama
“Ukraynada hərbi əməliyyatlar başlayandan sonra, 22 gün ərzində Rusiya hakimiyyəti Ukraynada ölən rusların qalıqlarının ekstradisiyasını tələb etməyib”.

Zamantv.az xəbər verir ki, bu barədə martın 17-də keçirdiyi brifinqdə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk danışıb.

“Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Mauerlə görüşüb. Bu görüş zamanı biz Rusiya Federasiyasının həlak olmuş hərbçilərinin cəsədlərinin toplanması və identifikasiyası işinin təşkilinin zəruriliyi barədə məsələ qaldırdıq. Biz “Qırmızı Xaç” Cəmiyyətinin diqqətini çəkdik ki, Rusiya hələ də sayı 14 mini ötmüş meyit və qalıqların ekstradisiyası üçün müraciət etməyib”, – Vereşçuk bildirib.

Onun sözlərinə görə, Ukrayna “Qırmızı Xaç” Cəmiyyətinin rəhbərinə müraciət edərək Rusiyaya ölən əsgərlərinə “hörmət göstərməyi” və onların cəsədlərinin Ukraynadan çıxarılması üçün danışıqlara başlamağı təklif edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş rəis ittihamlara cavab verdi - FOTO
Teref.az yazır ki, saytımızda gedən şikayət məktubuna qarşı tərəfdən cavab verilib. Şamaxı Regional Meşə Təsərüfatı idarəsinin keçmiş rəisi Əfqan Qəribov poçtumuza göndərdiyi cavab yazısında yazır:
"Gülməmmədov Novruz Şöhlət oğlu dövlət meşə fondunun 6 hektar ərazisini zəbt edərək"Şöhlətoğlu" adlı obyekt açmış və ərazidə kütləvi şəkildə ağacları kəsərək diblərini yandırmışdır. Şamaxı Regional Meşə Təsərüfatı əməkdaşları bunu aşkar etmişdilər.Bundan sonra Novruz mütəmadi unvanımıza şər böhtan atmaqdadır. Baxmayaraq ki,həmin ərazini boşaldaraq əvvəlki vəziyyətə gətirilməsi barədə məhkəmə qətnaməsi var.
Novruz ərazini boşaltmamış və həmin ərazidə bu gündə obyektin fəaliyyəti davam edir.
Hörmətlə Əfqan Qəribov"
Keçmiş rəis ittihamlara cavab verdi - FOTOKeçmiş rəis ittihamlara cavab verdi - FOTOKeçmiş rəis ittihamlara cavab verdi - FOTOKeçmiş rəis ittihamlara cavab verdi - FOTOKeçmiş rəis ittihamlara cavab verdi - FOTOKeçmiş rəis ittihamlara cavab verdi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın Vətən müharibəsindəki ləyaqəti: Koçaryanın, Sarkisyanın kürəyinə saplanan xəncər - ŞƏRH
Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən 44 günlük Vətən müharibəsindən danışıb.

Azərbaycan Ermənistanla müharibəyə uzun illərdir ki, hazırlıq görürdü, çünki Ermənistan zaman keçdikcə özünün ənənəvi yalanlarından və çirkin təxribatlarından əl çəkmirdi.

2016-cı il Aprel döyüşləri Vətən müharibəsindəki qələbənin təmin edilməsi üçün əlverişli cığır açdı, çünki Azərbaycan Ordusu apreldə xeyli strateji yüksəkliyi işğaldan azad etmişdi.

2020-ci ilin iyulunda isə Aprel döyüşlərindən sonrakı atəşkəs dövrünün ikinci irimiqyaslı eskalasiyası başlandı və özü də münaqişə zonasından tamamilə kənarda – Tovuzda.

Tovuz döyüşləri Azərbaycan xalqının vətənpərvərlik hisslərini alovlandırdı, bundan sonra müharibə əhval-ruhiyyəsi güclənərək Vətən müharibəsinin başlanmasını təmin etdi və 44 gün ərzində işğalda olan ərazilər düşmən tapdağından azad edildi.

İlham Əliyev idmançılarla görüşdə Vətən müharibəsinin gedişatında Azərbaycanın sırf hərbi qaydalarla, ləyaqətlə döyüşdüyünü bildirən tezisləri gənclərin diqqətinə çatdırıb.

Həqiqətən də, Azərbaycan Ordusu Ermənistanla döyüş meydanında yalnız hərbi obyektləri, hərbçiləri məhv etdi, hərçənd ki, Ermənistan mülki insanlardan qalxan kimi istifadə edərək rəşadətli ordumuzun onlara atəş açmasına nail olmağa çalışırdı.

İlham Əliyev idmançılara görüşdə deyib: “Biz mülki əhaliyə qarşı vuruşmamışıq, biz binaları bombalamamışıq, biz qəddarlıqla məşğul olmamışıq. Halbuki, xalqımızın ürəyində qisas hissi həmişə var idi. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır və qisas hissi mütləq olmalı idi. Ancaq mən demişdim ki, düşməndən intiqamı döyüş meydanında alacağıq”.

Bəs Ermənistan nə edirdi? Həmişəki kimi döyüş meydanında böyük qorxaqlıq və əlahiddə murdarlıq nümayiş etdirən Ermənistan bu dəfə də həmin təcrübəsinə müraciət etdi, Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən ərazilərini raketlərdən atəşə tutdu, əli günahsız insanların qanına batdı. Xocalıdakı kimi.

Amma bütün dünya, hərbi ekspertlər gördülər ki, Azərbaycan müharibəni böyük məharət və ustalıqla apardı, qısa müddət ərzində mülki erməni əhalisinə toxunmadan istədiyinə nail oldu. Bu, Azərbaycanın müharibə qanunlarına söykənərək döyüşləri ləyaqətlə apardığının göstəricisidir. Ermənilərdə mülki itkilərin səbəblərinə gəlincə, bu, yenə də onların silahlanıb Azərbaycan Ordusuna atəş açmasından irəli gəlirdi.

İlham Əliyev bu barədə danışarkən bildirib: “Düşmən tərəfində mülki əhali arasında itkilər 30-dan da az idi. O da məhz ona görə ki, o mülki vətəndaşlar döyüşlərdə iştirak edirdilər”.

Ermənistan isə müharibə zamanı bilərəkdən atəş nöqtələrini mülki əhali olan yerdə bərqərar edirdi ki, Azərbaycanın açdığı atəş mülkiləri də öldürsün. Bu təxribat onu göstərdi ki, Ermənistan üçün heç sadə ermənilərin taleyi də önəmli deyil.

Azərbaycan Xocalının qisasını aldı, döyüş meydanında, mərdi-mərdanə. Robert Koçaryanın, Serjik Sarkisyanın və onların ətrafında olan revanşistlərin kürəyinə elə bir xəncər, iliyinə elə bir iynə sapladı ki, bunun yaraları damğa kimi həyatlarının sonuna kimi üzərlərində qalacaq.

Mülki, əliyalın insanları qətl etməklə öyünən erməni millətçilər, Azərbaycan sizin də başınızı əzdi və bundan sonra o əzilmiş başınızla gəzməli olacaqsınız.

Aqşin Kərimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyənin bəzi kanalları Azərbaycan peyki üzərindən yayımlanacaq
“Azerspace-1” peyki üzərindən Türkiyənin bir neçə televiziya kanalı yayıma başlayıb.

Azərbaycan Kosmik Agentliyindən (“Azərkosmos”) "DogruXeber.az"a verilən məlumata görə, bu ilin mart ayından etibarən Türkiyənin “TMB TV”, “Akıllı TV”, “Nurs TV” və “EuroTrio TV” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.

“TMB TV” kanalında əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” televiziyalarında daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV” kanalının gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.

Kanalların yayım tezlikləri aşağıdakı kimidir:

“TMB TV”, “Akıllı TV” və “Nurs TV” kanallarının yayım tezliyi: 11024/H/16500;

“EuroTrio TV” kanalının yayım tezliyi: 11095/H/30000.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edib
Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edib

Azərbaycanda çox gözəl investisiya iqlimi var

Ölkələrarası xarici-iqtisadi əməkdaşlığın əsas formalarından biri investisiya əməkdaşlığıdır. İnvestisiya həm milli iqtisadiyyatın, həm də ayrı-ayrı firmaların inkişafında əsas rol oynayır. İnvestisiyanın keyfiyyət və kəmiyyət parametrləri ölkənin istehsal potensialını, innovasiya prosesini, istehsalın səmərəliliyini, milli iqtisadiyyatın strukturunu və iqtisadi artım tempini müəyyən edir.
Azərbaycan bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlayıb. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Digər vacib məsələ, müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə edilib.
Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir. Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir.Bu amil çox önəmlidir. Digər vacib amil ondan ibarətdir ki, Azərbaycan Prezidentinin sözü ilə əməli heç vaxt fərqlənmir. Yəni, nəyi deyirsə, onu da edir.Bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazanılan Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və gələcəyə olan inam, xarici sərmayədarları bu zonaya cəlb edəcək.
Ölkəmiz durmadan öz inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycan bugün nəinki regionun həmdə dünyanın əsas iqtsadi mərkəzinə çevrilməkdədir. Bu da bizləri ürəkdən sevindirir və ölkəmizlə, hər zaman qürur duyuruq.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri



Ölkənin energetika sahəsində əlamətdar tarix

Yaxın günlərdə təməli qoyulmuş “Qaradağ” Günəş Elektrik Stansiyasının inşası ölkə energetika sahəsində mühüm bir hadisədir. İnşasının tamamlanması bu ilin sonuna nəzərdə tutulan bu stansiyanın ümumi gücü 230 mVt/saat olacaq və istifadəyə verildikdən sonra ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi nəzərdə tutulur.
Layihənin icraçısı dünyada tanınmış, bir çox ölkələrdə uzun illər uğurlu fəaliyyət göstərən Masdar şirkətidir.Belə nüfuzlu, nəhəng şirkətin ölkəmizə sərmayə qoyması bir daha Azərbaycanın xarici sərmayə üçün güvənili və açıq ölkə olduğunun göstəricisidir.
Eyni zamanda layihə ölkəmizdə sosial təminatın güclənməsinə də öz töhfəsini verəcəkdir. Layihənin inşası dövründə yeni iş yerlərinin yaradilması nəzərdə tutulur. Bu da öz növbəsində əhalinin yeni iş yerləri ilə təmin edilməsinə köməklik göstərəcəkdir.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini



ÖLKƏNİN ENERGETİKA SAHƏSİNDƏ ƏLAMƏTDAR TARİX

Bu günlərdə ölkənin energetika sahəsində daha bir əlamətdar tarix yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.Məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir.Yeni təməli qoyulmuş “Qaradağ” Günəş Elektrik Stansiyasının inşası ölkə energetika sahəsində mühüm bir hadisədir.İnşasının tamamlanması bu ilin sonuna nəzərdə tutulan bu stansiyanın ümumi gücü 230 mVt/saat olacaq və istifadəyə verildikdən sonra ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi nəzərdə tutulur. Azərbaycan Respublikasının enerji təminatının yaxşılaşdırılması istiqamətində alternativ enerji sahəsində işlər daim davam etdirilmişdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika komplekslərinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirərək, bu sahədə misilsiz quruculuq işləri həyata keçirib.
Ümummili liderin 1993-cü ildə xalqın istək və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə əsaslı islahatların aparılmasına başlandı. Azərbaycanın enerji sektorunun inkişafına, enerji təhlükəsizliyinə böyük önəm verən ulu öndərin diqqət və qayğısı sayəsində respublikamızın, o cümlədən Bakı şəhərinin elektrik şəbəkəsinin genişləndirilməsi və yenidən qurulması prioritet məsələyə çevrildi. Bu səbəbdən də Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətin enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin adı ilə bağlıdır.Dahi şəxsiyyətin müəyyənləşdirdiyi strateji kursu bu gün uğurla həyata keçirən Prezidentimiz cənab İlham Əliyevin respublikamızın enerji təhlükəsizliyinin təminatındakı xidmətləri isə göz önündədir.
Təməlqoyma mərasimində çıxış edən Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, “Layihənin icraçısı dünyada tanınmış və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkəti bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir.Azərbaycanda çox gözəl investisiya iqlimi var. Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq”.
Bildiyimiz kimi, Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib.Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır. Azərbaycan elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir- təbii qaz, su, günəş və külək. Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdəki çıxışının sonunda bildirdi ki, Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur vardır – həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir. Güclü siyasi iradə vardır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.
Azərbaycan bu gün Avropanın ən etibarlı enerji təminatçısıdır. Bütün bunlar isə dövlət başçımız cənab İlham Əliyevin gərgin əməyi, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində reallaşıb.

KÖNÜL RƏHİMOVA-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru



BIRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ İLƏ AZƏRBAYCAN ARASINDA ƏLAQƏLƏRİN BÖYÜK PERSPEKTİVİ VAR

Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması ölkədə alternativ enerji mənbələrindən istifadə imkanlarını genişləndirəcək. Nəzərə alaq ki, dünya üzrə alternativ enerjinin payının 50 faizə qaldırılması qarşıya məqsəd qoyulub.
“Bütövlükdə Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərindən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaq”. Bunu Prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Birləşmiş Ərəb Əmirlikləri “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması neft-qaz sektorunda xarici şirkətlərlə imzalanmış irihəcmli enerji sazişlərindən sonra regionda sərmayə tutumuna və enerji istehsalı imkanlarına görə ən böyük qeyri-neft sazişlərindən biri kimi qiymətləndirilə bilər. Qaradağ Günəş Elektrik Stansiyası həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək. Azərbaycan elektrik enerjisinin ixrac edən ən təminatlı ölkələrdən biridir. Hazırda dörd qonşu ölkəyə enerji ixrac edən Azərbaycan İranla birgə yaradılan yeni Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra həm ixracı artıracaq, həm də digər dövlətlərin də enerji təminatında əsaslı rol oynayacaq. Bütün bunlar Azərbaycanda energetika sektorunun yeni inkişaf mərhələsinə daxil olduğunu və xarici iş adamlarının ekoloji cəhətdən təmiz enerji mənbələrinin istehsalında Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını təsdiqləyir.

Xanım İmanova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi



Azərbaycan xarici sərmayə üçün çox cəlbedici, açıq ölkədir

Bu gün dünya yenə çox ziddiyyətli, qarmaqarışıq bir dönəm yaşayır. Bütün baş verənlər hər birimizdən, hər bir dövlətdən olduqca ehtiyatlı, hazırlıqlı, soyuqqanlı, balanslı, rasional, realist və praqmatik olmağı tələb edir. Xoşbəxtliyimizdəndir ki, Prezident, qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev də müdrik, uzaqgörən, praqmatik, təmkinli siyasət kursu yürütməklə ölkəmizi öz axarı ilə bu təbəddülatlı dünyamızda inkişafa, tərəqqiyə doğru aparır.
Martın 15-də Azərbaycan həm iqtisadi, həm də enerji təhlükəsizliyimizin təmin edilməsi istiqamətində daha bir uğura imza atdı. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə önəmli mesajlar verildi, gələcəyimizə, inkişafımıza yönələn mühüm çağırışlar edildi.
Çıxışında “Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir. 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək. Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Qeyd etdiyim kimi, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir” deyən dövlətimizin başçısı bildirdi ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici haldır.
Çünki vurğulandığı kimi, bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici, açıq ölkədir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri



Ölkəmizdə bərpaolunan enerji növlərinin həddindən artıq böyük potensialı var

Azərbaycanda çox gözəl investisiya iqlimi var, ölkəmiz xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Böyük həcmdə xarici sərmayənin Azərbaycanda qeyri-neft sektoruna qoyulması əsas prioritetlərdən biridir”.
Dövlətimizin başçısı qeyd etdi ki, bu gün Azərbaycan xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminik ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması bizim ixrac imkanlarımızı da artırır.
Ümumiyyətlə, ölkəmizdə bərpaolunan enerji növlərinin həddindən artıq böyük potensialı var. Bu səbəbdən dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlığa böyük maraq göstərirlər. Bu baxımdan, əminik ki, yaxın gələcəkdə yeni layihələrin icrasına start veriləcək.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə böyük potensial mövcuddur. Aparılan dəqiq hesablamalarla məlum olub ki, günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər.
Artıq ilkin addımlar da atılır, bp şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir və ümid edirik ki, bu danışıqlar da uğurla nəticələnəcək.
Dövlətimizin başçısının da qeyd etdiyi kimi, xoşbəxtlikdən Azərbaycanda zəngin neft və qaz yataqları vardır və bu yataqların istismarı və işlənilməsi uğurla gedir. Müasir infrastruktur var-həm nəqliyyat, həm kommunikasiya, həm də elektrik xətləri ixrac bazarları ilə bizi birləşdirir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru



Azad olunmuş ərazilərdəki təbii sərvətlər ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir

İşğaldan azad olunmuş ərazilərin kifayət qədər böyük iqtisadi potensialı var. Nəzərə alaq ki, birinci mərhələdə ərazilərin minadan təmizlənməsi, daha sonra bərpası həyata keçiriləcək. Təbii ki, növbəti mərhələdə həmin ərazilərin iqtisadi töhfəsi özünü göstərəcək”. Bu ərazilərin təbii sərvətləri kifayət qədər boldur. Xüsusən də Zəngilan, Kəlbəcər və Laçın rayonlarını qeyd edə bilərəm. Qızıl ehtiyatlarına görə Kəlbəcər ilk, Zəngilan isə ikinci sıradadır. Bəzi qiymətləndirmələrə görə, yalnız Kəlbəcərdə Ermənistan şirkətləri 300 milyon dollarlıq qızıl hasil edərək dünya bazarına çıxarıblar. Bundan başqa, hər iki rayonda mis və dəmir ehtiyatları var. Demək olar ki, bütün azad edilmiş ərazilərimizdə inşaat materiallarının istehsalı üçün xammal mövcuddur. Bütün bunlar imkan verəcək ki, həmin təbii ehtiyatlardan xüsusilə sənaye müəssisələrinin qurulmasında istifadə olunsun. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də Azərbaycanda ümumidaxili məhsulun artımına təminat verəcək. Bunlar qeyri-neft sektorunda istehsalın artımı baxımından da vacibdir. İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, bir qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, bir soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, bir perlit, bir obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və sair) yataqları yerləşir. Bu ərazilər dəmir filizi daxil olmaqla, tikinti materialları ilə zəngindir. Təbii ki, bunlar məhz həmin bölgələrin iqtisadi baxımdan əhəmiyyətini göstərən faktorlardan biridir. Eyni zamanda, gələcəkdə işğaldan azad olunacaq ərazilər turizm potensialına malikdir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. Bu, imkan verəcək ki, turizim potensialını inkişaf etdirmək mümkün olsun”.
Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə ölkəmizin qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında əvvəllər nəzərdə tutulmayan nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm mühasirədən çıxarılır, həm də yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə Ermənistan da bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Bu, həm iqtisadi, həm də nəqliyyat əlaqəsinin yaradılması baxımından vacibdir. Nəzərə alsaq ki, Naxçıvanda bir çox məhsul istehsal olunur, bu, onların həm Azərbaycanın daxili bazarına, həm də dünya bazarlarına quru və eləcə də ucuz yolla çıxarılması, Azərbaycan üzərindən beynəlxalq yükdaşımanın həcminin artması və ölkəmizin bu sahədə də gəlir əldə etməsi deməkdir.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri



Bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı hüsablamalra görə 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə bu göstərici 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratmışdır. Bu sahədə görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Agentliyin Əsasnaməsi təsdiq edilmişdir.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru



Elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7542.2 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1304.5 MVt-dır ki, bu da ümumi gücün 17.3%-ni təşkil edir. 2021-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 27,8 milyard kVt·st təşkil edib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 5.8 %-ni təşkil edib. Bundan başqa, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində 8 ərazi seçilmişdir. Seçilmiş 3 ərazidə pilot layihələrin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür. Külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır.
Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilmişdir. Qanunun tətbiqi və icrasının təmin edilməsi məqsədilə alt qanunverici sənədlərin hazırlanması istiqamətdə müvafiq tədbirlərin icrası davam etdirilməkdədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır.

Aqil Xəlilov – Zərdab Elektrik Şəbəkəsinin əməkdaşı

.

Qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac vardır

Azərbaycan Respublikası Prezidenti cənab ilham Əliyevin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli 1209 nömrəli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə ölkədə bərpa olunan enerji sahəsində yeni istehsal güclərinin yaradılması və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi”nin hazırlanması üzrə əməkdaşlıq edilir. Bu istiqamətdə işlərin davamı olaraq Almaniya Enerji Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Almaniya Enerji Agentliyi arasında Azərbaycanın seçilmiş ərazilərində bərpa olunan enerji texnologiyalarının tətbiqi ilə mərkəzləşdirilməmiş enerji təchizatının təşviqi çərçivəsində Əməkdaşlıq” layihəsi həyata keçirilir.
22 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP şirkəti iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın region və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalayıblar. Bu memorandum Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi, BP-nin isə 2020-ci ildə “xalis sıfır emissiya” hədəflərini elan etməsi kontekstində imzalanıb. Bundan başqa 2021-ci ilin 3 iyun tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanmışdır. İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.

Ələmdar Abbasov-təqaüddə olan energetik



İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdirlər

3 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır. Sərəncamdan irəli gələn tapşırıqların icrası, həmçinin işğaldan azad olunmuş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar Konsepsiyanın və Baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi istiqamətində Energetika Nazirliyi ilə Yaponiyanın “TEPSCO” şirkəti arasında müqavilə imzalanmışdır. Müvafiq dövr ərzində müqavilə çərçivəsində nəzərdə tutulan tədbirlər həyata keçirilmiş və bunun nəticəsi olaraq “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə Konsepsiya sənədi hazırlanmışdır. “Yaşıl Enerji Zonası”nın yaradılmasına dair tapşırığın icrası istiqamətində işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə, habelə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının, həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşmışdır. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, işğaldan azad edilmiş ərazilərdə günəş, külək və digər enerjisi potensialı yüksək qiymətləndirilir. Aparılan ilkin tədqiqatlar üçün iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli təhlili əsasında günəş enerjisi Cəbrayıl və Zəngilan, külək enerjisi potensialının Laçın və Kəlbəcərin rayonlarının ərazisi məqsədəuyğun hesab edilmişdir.
Bundan başqa İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə müvafiq elmi araşdırmalar aparılmışdır. Geotermal enerjidən əsasən elektrik enerjisi istehsalı istilik enerjisi təminatı və turizm-balneoloji məqsədlər üçün istifadə edilir. İlkin təhlillər göstərir ki, Kiçik Qafqazın dağlıq hissəsində geotermal mənbələrin olması bu potensialdan müvafiq olaraq istilik təminatı və balneoloji məqsəd üçün istifadə daha məqsədəuyğun hesab edilmişdir.

Famil Abbasov –vətən müharibəsi iştirakçısı

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO