[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda hosteldə müəmmalı ölüm
Bakıda hosteldə ölüm hadisəsi olub.

Zamantv.az lent.az-a istinadən xəbər verir ki, hadisə martın 23-ü paytaxtın Nizami rayonu ərazisindəki hostellərin birində qeydə alınıb.

46 yaşlı Kərimov Nail Hayqaz oğlu qəflətən dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya səfirliyi bu qəzeti məhkəməyə verdi -SƏBƏB
Rusiyanın İtaliyadakı səfirliyi “La Stampa” qəzetini məhkəməyə verib.

Zamantv.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, buna səbəb hərbi jurnalist Domeniko Kuirikonun Rusiya prezidenti ilə bağlı məqaləsi olub.

Ukraynadan söhbət açan məqalə müəllifi qeyd edib ki, hərbi müdaxilə istisnadır, diplomatik cəhdlər səmərəsizdir: "Çıxış yolu Çarı öz yaxınlarının əli ilə öldürməkdir. Bayden, NATO və Avropanın bir nömrəli planı budur: Moskvada kimsə Putini öldürsün və canımız bu ağır yükdən qurtarsın”.
Səfir Sergey Razov məqalənin jurnalistika prinsiplərindən uzaq olduğunu iddia edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyalı politoloq Putini kimin devirə biləcəyini AÇIQLADI: “Oliqarxlar acizdir” - VİDEO
Hərbçilərdən Rusiyada siyasi mənzərənin dəyişməsini gözləmək lazımdır. Oliqarxlara güvənməyin.

Zamantv.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə rusiyalı politoloq Andrey Piontkovski “Ukrayna 24” telekanalına danışıb.

“Mən hələ çevriliş əlamətləri görmürəm. Amma istənilən hərbi məğlubiyyət hər zaman hərbi çevriliş üçün ilkin şərtdir. Buna görə də son günlər Ukrayna ordusundan gördüyümüz ilk əks-uğurlar, əlbəttə ki, Moskvadakı hərbçilərin bir-birinə verdiyi sualların sayını artırır və bunu edə bilənlər. Əlbəttə ki, Ali Baş komanandan da soruşurlar. Axı biz yaxşı bilirik ki, Baş Qərargahın hərbi komandanlığı genişmiqyaslı hücuma qarşı idi. Ona görə də hərbçilərin “Biz sizə xəbərdarlıq etdik” arqumenti getdikcə daha inandırıcı səslənə bilər.
Ukrayna ordusunun hər yeni uğuru ilə belə bir çıxışın mümkünlüyü artır. Rusiya elitasında daxili dəyişiklikləri ancaq hərbçilər edə bilər.

Oliqarxlarla bağlı bütün axmaq hesablamalar tamamilə aciz insanlarındır. Bəziləri indi qaçır, qalanları tələsir”, - Piontkovski söyləyib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan Rusiyaya bu tarixdə gedəcək – SƏFƏRİN SƏBƏBİ
Ermənistanın Baş naziri Nikol Paşinyanın diplomatik münasibətlərin 30 illiyi münasibəti ilə Rusiyaya rəsmi səfəri aprelin ikinci ongünlüyünə planlaşdırılıb.

Zamantv.az-ın TASS-a istinadla xəbərinə görə, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

Paşinyandan əvvəl Moskvaya Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səfər edəcək.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri aprelin ikinci ongünlüyünə, xarici işlər naziri Ararat Mirzoyan işçi səfəri isə aprelin 8-nə nəzərdə tutulub” – deyə Zaxarova bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnterpol Moldovaya xüsusi missiya göndərdi
Ukraynadan gələn qaçqın axını səbəbindən İnterpol Moldovaya əməliyyat dəstəyi qrupu göndərib.
Zamantv.az-ın İnterpolun rəsmi saytına istinadla xəbərinə görə, dəstək qrupu paytaxt Kişinyovda və qaçqın düşərgələrində fəaliyyət göstərəcək.

Qrupun məqsədi Moldova polisinə və humanitar təşkilatlara dəstək verməkdir. Qrup üzvləri yerlərdə vəziyyəti qiymətləndirəcək, hazırlıq, təhlil və əməliyyat dəstəyi sahəsində ehtiyacları müəyyən edəcəklər. İnterpol bildirib ki, son həftələrdə Ukrayna sərhədlərinin qanunsuz keçilməsi və insan alveri ilə bağlı çox sayda məlumat daxil olub.
İnterpol Moldovaya xüsusi missiya göndərdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyaya qarşı əlavə sanksiyalar ola bilər
Avropa İttifaqı liderləri Ukraynada vəziyyətin daha da ağırlaşacağı təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə ediblər.

Zamantv.az-ın xəbərinə görə, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən zirvə görüşünə dair mətbuat konfransında bildirib.

“Biz əlavə sanksiyalara hazırlıqlara başladıq. Biz vacib və koordinasiyalı iş gördük.Vəziyyət daha da pisləşəcəyi tədqdirdə sanksiyalar da hazır olacaq” - deyə Makron vurğulayıb.
Fransa lideri eyni zamanda Moskva ilə dialoq kanallarının açıq olmasının da vacibliyini qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 Beton mikseri çaya aşdı
Parisdə bu şəhər üçün spesifik olmayan qəza baş verib.

Zamantv.az-ın xəbərinə görə, körpünün üzərində manevr edən betonqarışdıran avtomobil Sena çayına düşüb.

Xilasedicilər 2 nəfəri sudan çıxara biliblər. Onlar xəstəxanaya yerləşdirilib. Avtomobili çıxarılması isə 5 saat vaxt aparıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Almaniya Ukraynaya silah yolladı
Almaniyadan Ukraynaya 1500 “Strela” raketi, 100 MG3 pulemyotu və 8 milyon tapança gülləsi gətirilib.

Zamantv.az-ın xəbərinə görə, bu barədə DPA agentliyi Ukraynadakı mənbəyə istinadla məlumat yayıb.

Bundan başqa, Ukraynaya 350 min quru ərzaq payı və 50 nəqliyyat vasitəsi göndərilib.
Bir müddət əvvəl Almaniya vaxtilə ADR-in ordusunun inventarında olan 500 ədəd “Strela” raketini Ukraynaya vermişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Makron rublla ödənişə qarşı çıxdı
Fransa Prezidenti Emmanuel Makron Rusiyadan idxal edilən qazın dəyərinin dollarla ödənilməsinə qarşı çıxıb.

Zamantv.az-ın xəbərinə görə, Fransa lideri bildirib ki, bu yanaşma müqaviləyə ziddir.

“Rusiya qazının dəyəri müqavilədə göstərilmiş valyuta ilə ödənilməlidir. Söhbət avrodan gedir” – deyə Makron qeyd edib.
Dövlət başçısı eyni zamanda təbii qazın qiymətinin aşağı salınmasınında prioritet olduğunu vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu ölkədə koronavirusa yoluxmalar kəskin artdı - SƏBƏB
Böyük Britaniyada yeni növ koronavirusa yoluxma sayında sıçrayışla artım qeydə alınıb.

Zamantv.az-ın Britaniyanın Milli Statistika Bürosuna istinadla məlumatına görə, həftə ərzində 4,3 milyon yoluxma qeydə alınıb. Halbuki, ilin ilk həftəsində yoluxma göstəricisi daha aşağı olub.

Ölkədə hər 16 nəfərdən birinin koronavirus yoluxduğu bildirilir. Sürətli yayılma Omikron ştamı ilə izah edilir. Bununla belə, ağırlaşma göstəricisi çox aşağıdır.
Ekspertlər məhdudiyyətlərin çox tez aradan qaldırılmasının da yoluxmaya təsir etdiyi qənaətindədirlər. Ümumdünya Səhiyyə Təşkilatı da Britaniyanı məhdudiyyət tədbirlərini kəskin şəkildə ləğv etdiyi üçün tənqid edib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO