[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Humanitar yardım aparan Türkiyə təyyarələri Ukraynada gözləyir
Türkiyənin Ukrayna ərazisində qalan 2 təyyarəsi təhlükəsiz uçuş şəraiti olana qədər orada qalacaq.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, bu barədə həm Ukrayna, həm də Rusiya tərəfi ilə razılıq əldə olunub. Nazir içində fevralın 23-də humanitar yardım aparan 2 türk təyyarəsi Ukraynaya uçub. Müharibə başlayandan sonra Ukraynanın hava məkanı bağlandığı üçün təyyarələr geri qayıda bilməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdamda buldozer minaya düşdü - YENİLƏNİB
Azərbaycanın Baş Prokurorluğu Ağdamda minaya düşən buldozerlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Hazırda faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Ağdamda körpü-bina tikinti texnikası minaya düşüb.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə yeni inşa edilməkdə olan Ağdam-Füzuli yolunun Ağdam rayonunun işğaldan azad olunmuş Yusifcanlı kənd ərazisindən keçən hissəsində baş verib.

Kürdəmir rayon sakini 31 yaşlı Məmmədov Xalid Asif oğlunun idarə etdiyi "LiuGong" markalı buldozer erməni hərbi birləşmələri tərəfindən basdırılmış minaya düşüb. Buldozer yararsız hala düşsə də, sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu ölkədə Rusiyadan olan sahibkarların kapitalı donduruldu
Çexiya hakimiyyəti sanksiya siyasəti çərçivəsində rusiyalı iş adamlarının milyonlarla avroluq əmlakını dondurub.

Zamantv.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu Çexiyanın baş naziri Petr Fiala deyib.

Biz Rusiyaya qarşı sanksiyaların tətbiqində Avropada aparıcı rollardan birini oynayırıq. Biz yüz milyonlarla kron (təqribən milyonlarla avro – red.) rusiyalı oliqarxların əmlakını dondurduq”, - çexiyalı baş nazir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Praqa Rusiyadan sanksiyaya məruz qalan sahibkarlarla əlaqəli şirkətlərə dəstək verəcək.

Siyasətçinin sözlərinə görə, insanlar maaşlarını və iş yerlərini saxlamalıdırlar. Eyni zamanda, Çexiya hakimiyyəti Rusiya iş adamlarının kapitalını milliləşdirməyi planlaşdırmır. Fiala qeyd edib ki, bu yanaşma Çexiyanın demokratik prinsiplərinə ziddir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada dünya çempionu müharibədə öldü
Ukrayna Rusiya ilə müharibədə idmançılarını itirməkdə davam edir.

Zamantv.az Ukrayna mediasına istinadla bildirir ki, bu gün faciəvi xəbəri İrpin şəhərinin meri Aleksandr Markuşin açıqlayıb.

İqor Suxix şəhər uğrunda gedən döyüşdə həlak olub.
“Gözümün qabağında öldü. Bu, bütün cəmiyyətimiz üçün böyük faciədir, çünki burada İqorun çoxlu dostları və yoldaşları var idi. Bu, onun ailəsi üçün daha böyük faciədir: valideynləri oğlunu, arvadı sevimli ərini, iki uşaq isə atasını itirdi”, - Markuşin özünün “Facebook” səhifəsində yazıb.

Suxıx hərbi idmanın çoxnövçülük və əlbəyaxa döyüş növləri üzrə beynəlxalq dərəcəli idman ustası, Ukrayna, Avropa və dünya çempionu olub. "ATO-Irpen" futbol komandasında oynayıb.

İki həftə əvvəl “Facebook”da İqor İrpində iki yaralı mülki vətəndaşı necə xilas etdiyini yazıb. Və sonra o, 20-dən çox insanı şəhərdən təxliyə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın bu saytları Rusiyada bloklandı
Azərbaycanın daha bir media qurumuna Rusiyada blok qoyulub.
Zamantv.az xəbər verir ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) oxu.az saytını ölkə ərazisində bloklayıb.
Oxu.az saytının bununla bağlı açıqlamasında saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur, “Roskomnadzor”un bu addımının qərəzli və qanunsuz olduğu vurğulanır.
Qeyd edək ki, bundan əvvəl Haqqin.az və Minval.az saytları da Rusiya ərazisində bloklanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Trampdan Baydenə İTTİHAM: “Amerika arzusunu məhv etdi”
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydeni tənqid edərək, onun administrasiyasını Ukrayna ətrafındakı vəziyyətə görə günahlandırıb.

Zamantv.az-ın xarici mediaya istinadla məlumatına görə, Tramp onu Amerika arzusunu məhv etməkdə də ittiham edib.

“Amerika tarixinin ən pis beş prezidentini götürsəniz və onları bir yerə toplasanız, məlum olur ki, onların hamısı Co Baydenin cəmi 15 ayda etdiyi zərəri etməmişdir. Bir ildən bir qədər çox müddət ərzində o, Amerika arzusunu sözün əsl mənasında öldürməyi bacardı”, - Tramp Corciya ştatının Kommers şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.
Eks-prezident qeyd edib ki, əgər indi ABŞ-a rəhbərlik etsəydi, Ukraynada vəziyyət indiki kimi inkişaf etməzdi və Rusiyanın xüsusi əməliyyatının qarşısını almaq olardı.

Tramp hesab edir ki, ABŞ-ın hazırda NATO ilə problemləri var, çünki onlar “Amerika təmsilçiliyinə inanmırlar”.

Bundan əlavə, Ağ Evin keçmiş rəhbərinin fikrincə, Çin prezidenti Si Tsinpin də indiki Amerika hakimiyyətinin zəifliyini görməməyə bilməz.

Daha əvvəl Respublikaçılar Partiyasının 2024-cü ildə keçiriləcək prezident seçkilərindən sonra ABŞ-da yenidən hakimiyyəti ələ alacağını iddia edən Tramp deyib: “Tayvan növbəti olacaq, çünki Çinin lideri baş verənləri, zəif rəhbərliyimizi görür”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gürcüstan üçün Rusiya təhlükəsi və ya reallaşması çətin planlar: - Kreml separatçıları itirir
Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili bildirib ki, Rusiya xüsusi xidmət orqanları ölkəyə qarşı “çox böyük təxribat” hazırlayır. “Sova.news” xəbər verir ki, bunu sabiq dövlət başçısı onun sərhədi qanunsuz keçməsi ilə bağlı işə baxılan məhkəmə iclasında deyib.

“Söhbət işğal olunmuş ərazilərimizin daxilində və təmas xəttinin yaxınlığında təxribat hazırlandığı və bundan sonra Gürcüstandakı müxalifət qruplarının bu təxribata görə günahlandırılacağı plandan gedir. O zaman Rusiya hökuməti Gürcüstan hökumətindən dərhal neytrallıq elan etməsini tələb edəcək və Gürcüstan hökuməti buna hazır olacaq, eyni zamanda, Gürcüstanda müxalifətin fəaliyyətini darmadağın edəcək və praktiki olaraq neytrallaşdıracaq ki, bu, gürcü dövlətçiliyinin ləğvinə bərabər olardı”, - deyə siyasətçi əlavə edib.

Saakaşvilinin sözlərinə görə, o, gözlənilən təxribat barədə müxtəlif ölkələrin diplomatik xidmətlərindən, o cümlədən “ciddi ölkənin xüsusi xidmət orqanlarından birindən” məlumat alıb:

“Xüsusi videoçarx hazırlanıb, orada hansısa təxribatçı qrup çıxıb deyir ki, (rus hərbçiləri) Sxinvali və Abxaziyanı tərk edib, gedib onları tutacağıq. Bunu FSB hazırlayır”.

Siyasətçinin qeyd etdiyi kimi, Gürcüstanda müxalifət təşkilatı olan Vahid Milli Hərəkat Partiyasının müharibə partiyasının olması ilə bağlı yayılan xəbərlər reallığa uyğun gəlmir. Müharibə partiyası varsa, o, hakim “Gürcü Arzusu”dur, sabiq Prezident əmindir.

“Müharibədən iyrənirəm”, - deyən Saakaşvili ölkənin müharibəyə cəlb olunma riskindən yalnız hökumət rəsmilərinin danışdığına işarə edib.

Saakaşvili bildirib ki, Rusiya Ukraynada fəlakətli şəkildə uduzur, və Moskva diqqətini başqa yerə yönəltməlidir və ən zəif halqa Gürcüstandır.

“Gürcüstan ərazisində müharibə heç bir halda olmamalıdır. Bunu ancaq düşmən istəyir” deyən Saakaşvili abxaz və osetin qardaşlarına da müraciət edərək deyib: “Orada müharibə yox, sülh, rifah, yoxsulluq və dözülməz şərait var”. Siyasətçi söz verib ki, yaxın aylarda Suxumi və Sxinvalinin Gürcüstana reinteqrasiyası prosesi mütləq başlayacaq. Amma bundan əvvəl ölkədə demokratik, azad və qərbyönlü hökümət hakimiyyətə gəlməlidir.

Saakaşvili Gürcüstanda kütləvi şəkildə mənzil alan ruslara da müraciət edib. O, onların əmlakını müsadirə edəcəyini və əldə olunan gəliri təzminat kimi Ukraynaya göndərəcəyini vəd edib.

“Bizə burada rus etnik azlığı lazım deyil! Yaxşı ki, bizdə rus azlığı yoxdur. Hər hansı bir ölkəni işğal etmək üçün həmişə ilk səbəb bu olur. İndi bizim üçün 100 minlik rus azlığı yaradıblar. Amma belə bir səbəb verməməliyik. Qoy bu ruslar turist kimi gəlsinlər. Həmin mənzillər onlardan alınacaq. Gürcüstan dövləti onları müsadirə edib auksionda satacaq, çünki bu pullar qara pullardır, Avropanın heç bir yerində belə pula heç nə almaq olmaz”, - Saakaşvili bildirib.

Saakaşvilinin müəyyən etdiyi risklərin aktuallığını necə qiymətləndirmək olar? Zamantv.az xəbər verir ki, AYNA-nın bu suallarını tanınmış politoloqlar cavablandırıb:

Amiran Xevtsuriani, konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru:

- Təbii ki, Rusiya tərəfinin təxribat xarakterli addımlar atma ehtimalı həmişə var və burada gözlənilməz heç nə yoxdur. Xüsusilə də Kremlin Ukraynadakı hərbi kampaniyası açıq-aşkar fəlakətli olduqda: onların A planı iflasa uğradı və B planı isə ortada görünmür. Bu ssenaridə üçüncü Prezidentin bəyanatı tamamilə məntiqli görünür.

Bununla belə, bu nəzəriyyənin iki əsas cəhəti var:

1) Belə bir planı həyata keçirmək üçün Gürcüstanda Kreml üçün nə dərəcədə möhkəm dayaq tapılacaq?

2) Gürcüstan hökuməti hadisələrin bu cür inkişafına nə dərəcədə hazırdır və ölkə daxilində bu cür dağıdıcı elementləri nə qədər tez zərərsizləşdirə bilir?

Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə gəlincə, onlar çox çətin vəziyyətə düşdülər, çünki Rusiya birbaşa olaraq Suxumi və Sxinvalidəki marionet “hakimiyyətlərə” Rusiyanın hesabına “şirin həyat” dövrünün keçdiyini bəyan etdi. Onlar üçün bu, ölüm hökmünə bərabərdir, çünki özlərini qorumaq üçün müstəqil mənbəyə malik deyillər və tamamilə Moskvaya bağlıdırlar. Düşünürəm ki, onlar artıq pərdə arxasında öz gələcəklərini düşünürlər və istisna etmirəm ki, bu fikirlər arasında Gürcüstanla münasibətlərin normallaşması da yer alacaq.

Gela Vasadze, Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti:

- Fevralın 24-dən sonra hər şey mümkündür və təbii ki, heç nə məni təəccübləndirməyəcək. Digər tərəfdən, Ukrayna xalqının qəhrəmanlığı sayəsində indiki məqamda Rusiya Federasiyası elə bir zərbə alır ki, ondan nə vaxtsa sağalması mümkün deyil.

Deməli, ola bilsin ki, onların Gürcüstanla bağlı planları var idi, lakin onları reallaşdırmaq mümkün deyil. Bəli, təbii ki, cəhənnəmə gedənlər həmişə yol yoldaşları axtarır, lakin hətta bizim hökumətin belə bu səviyyəli alternativ istedada malik olmasına inanmaqda çətinlik çəkirəm. Deməli, “hər şey yaxşı olacaq, hər şey Ukrayna deyən kimi olacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq icra başçısının iki yaxın adamı vəzifəsindən istefa verdi - ADLAR
Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadəyə yaxınlığı ilə tanınan məmur vəzifəsindən ayrılıb. Zamantv.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Göyçay royon İcra Hakimiyyətinin sektor müdiri - baş mühasib Kamran Kərimov Mehdi Səlimzadə vəzifəsindən azad edilən gün ərizəsini yazaraq onunla bərabər işdən gedib.

Kamran Kərimov Qaynarinfo-ya açıqlamasında xəbəri təsdiq edib. Bildirib ki, vəzifəsindən azad olunması üçün ərziəsini yazıb. İşdən çıxması ilə bağlı hələlik rəsmi əmr verilməyib.

Əldə etdiyimiz digər məlumata görə, Mehdi Səlimzadəyə yaxınlığı ilə tanınan və 2017-ci ildə başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunan Zivər Zeynalova da vəzifəsindən azad olunması üçün ərizə yazıb.

Qeyd edək ki, Kamran Kərimov Rusiyada yaşayan azərbaycanlı milyarder, Göyçayda fəaliyyət göstərən "AzNar” QSC-nin sahibi Fərhad Əhmədov tərəfindən rayonda keçirilən Nar festivalında xərclənən 300 min manatla gündəmə gəlmişdi. Həmin vaxt "AzNar” bu vəsaitin şirkət tərəfindən ödənildiyini açıqlasa da, Kamran Kərimov pulun RİH tərəfindən xərcləndiyini iddia etmişdi.

Həmçinin Kamran Kərimovun Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinin keçmiş rəisi Loğman Əliyevin pulunu ödəməməsi ilə bağlı da mətbuatda məlumatlar dərc edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Paşinyan Əliyevin təklif etdiyi sülh müqaviləsini imzalayacaq” - Ermənistan KİV
“Son günlər Ermənistan hökumətində anti-Rusiya əhval-ruhiyyəsi yaranıb”. Zamantv.az KONKRET.az-a istinadən xəbər verir ki, bu fikirlər Haraparak-da dərc edilən məqalədə vurğulanır.

Nəşr yazır ki, Rusiya Qarabağın ermənilər yaşayan kəndlərinə artıq humanitar yardımlarını saxlayıb. Məqalədə vurğulanır ki, “Rus sülhməramlıları ermənilərin təhlükəsizlik məsələləri ilə də məşğul olmur. Ona görə də Rusiya sülhməramlılarından vəziyyəti gərginləşdirdiyinə görə cavab tələb olunur. Belə təəssürat yaranır ki, 9 noyabr bəyanatını ruslar və azərbaycanlılar imzalayıb”.

Hraparak daha sonra sensasion iddia ilə çıxış edib. Qəzet yazır: “Qarabağdakı mənbələrimiz deyirlər ki, Qərbin himayəsi altında Ermənistan-Azərbaycan kölgə razılaşmasının əldə olunduğu istisna edilmir və indi hər iki tərəf sülhməramlıların missiyasını və təhlükəsizliyi təmin etmək istəyini şübhə altına almaq istəyir. Nəticədə ya Paşinyan Əliyevin təklif etdiyi sülh müqaviləsini imzalayacaq, ya da Qarabağ Suriyaya çevriləcək. Hər iki halda bu, ruslar üçün əlverişli deyil. Sirr deyil ki, Rusiya Ukrayna münaqişəsinə görə Qarabağda əvvəlki təsirini itirib.

Maraqlıdır ki, dünən Paşinyanın göstərişi ilə Xarici Əlaqələr Komitəsinin sədri Eduard Ağacanyan parlamentdə təcili mətbuat konfransı keçirib. O, baş verənlərə görə bütün məsuliyyəti Rusiyanın üzərinə atıb. Sonra nədənsə Ağacanyan mətbuat konfransını yarımçıq kəsərək zalı tərk edib. Artıq geri qayıdanda onun mövqeyi yumşalmışdı. Əldə etdiyimiz məlumata görə, Həmin ərəfədə Nikol Paşinyanla Putin arasında telefon zəngi olmuşdu. Təşəbbüs isə Nikol Paşinyandan gəlmişdi”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bir məmuru tənqid etmək və adını çəkmək... təhlükəlidir” - deputatdan ilginc açıqlamalar
Zamantv.az xəbər verir ki, deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Musavat.com-a geniş müsahibə verib. Deputat-məmur münasibətləri, parlamentdəki boş yerlərin taleyi, Rusiya-Ukrayna müharibəsi, Qarabağda baş verənlər və sair aktual məsələlərlə söhbətimizi dəyərli oxucularımıza təqdim edirik:

- Razi bəy, parlamentin ötən iclaslarında yenə də deputatlar məmurlardan şikayətləndilər. Sizcə, bu şikayətlərə niyə son verilmir? Təkcə nazirlərdirmi günahkar, bəlkə büdcə müzakirələrində və hökumətin hesabatında Milli Məclisin təmsilçisi olmaqdan çox, hökumət təmsilçisi kimi mövqe sərgiləməyin məntiqi nəticəsidir, parlamentarlara biganəliyin səbəbi. Razılaşırsınız?

- Birincisi, deputatların məmurlardan şikayətlənməsinin səbəbi seçiciləri qarşısında daşıdıqları məsuliyyətdir. Əgər seçicinin problemini həll edə bilmirsənsə, çox pis vəziyyətdə qalmalı olursan. Heç olmazsa, ayda bir neçə nəfərin problemini həll edə bilməlisən ki, sabah da deputat seçkilərində iştirak etməyə üzün gəlsin. Deputatın isə problemi həll etmək üçün nə birbaşa səlahiyyəti, nə də büdcəsi var. Hər ikisi üçün məmurun qapısını döyməlisən. Məmur da kömək etməyəndə, məcbur olub məsələni ictimailəşdirməli olursan.

Açığını deyim ki, bir məmuru tənqid etmək və adını çəkərək tribunadan səsləndirmək həm mənəvi cəhətdən, həm də digər səbəblərdən təhlükəlidir. Bu həmin məmurun vəzifəsini itirməklə nəticələnə, səni də ömür boyu vicdan əzabı ilə yaşamağa məcbur edər. Lakin elə məsələlər var ki, güzəşt etmək olmur. Qeyd edim ki, parlamentdə səsləndirilən çıxışlar ehtiyatla və çox dəqiqliklə lazimi kabinetlərdə dəyərləndirilir və həmin an olmasa da tənqid olunan ciddi cəzalandırılır və ya yaxud vəzifədən alınır.

Təbii ki, deputatalar da toxunulmaz şəxs deyil və hər bir kəs gərək hərəkətinə və danışığına görə həm dövlətçilik, həm də seçiciləri qarşısında məsuliyyət danşısın. Bəzən hökumətin hesabatlarında elə çıxışlar eşidirsən ki, az qalırsan ki, qulaqlarını tutasan. Tərifin də çərçivəsi var, aşırı və məqsədli tərif pis haldır. Elə təriflər eşidirsən ki, heç cənab Baş nazirin özü öz hesabatına o qədər müsbət yanaşmır, çatışmazlıqlar və problemlər haqqında da danışır. Cənab baş nazirin bu xüsusiyyətini bəyənirəm. Parlament tərif demək, ört-basdır etmək və məqsədli çıxışlar üçün bir məkan ola bilməz.

- Plenar iclaslarda bir qayda olaraq problemlərdən bəhs edirsiniz, çağırışlarınız olur. Səsiniz eşidilirmi, problemlərin həllinə nail ola bilirsinizmi?

- Əlbəttə, problemlərin həllinə nail ola bilirik. Dövlət orqanlarının köməkliyi ilə həll etdiyimiz problemlərin sayını köməkçim daha dəqiq deyə bilər, amma sayı mindən çoxdur. Iş adamlarının köməkliyi ilə də onlarla problemlər həll edilib. Əlavə olaraq deyim ki, yüzlərlə kollektivi olan müəssisələrin də prolemlərini həll edə bilmişik. Müvafiq dövlət orqanının dəstəyi ilə yüz nəfərdən çox insana əlil arabaları verilib, yüzlərlə vətəndaşın pensiyasının bərpa edilməsinə vəsilə olmuşuq, onlarla xəstəni cərrahi əməliyyat etdirib ölümün pəncəsindən qurtarmışıq.

Çox məsələləri ictimailəşdirmirik, paylaşmırıq, çünki, o zaman gələn şikayətlərin və müraciətlərin önündə dayanmaq mümkün olmur. Qeyd edim ki, onlarla müharibə iştirakçısına medal verilməsinə kömək edə bilmişik, onlarla əlili bərpa mərkəzlərinə yerləşdirmişik. Bütün bunları dövlət orqanları ilə əməkdşalıq olmadan etmək olmazdı.

Açığını deyim ki, müraciətlərimizə münasibətdən narazı deyilik. Narazı olduğumuz məqamlar da çoxdur, amma bunları da yoluna qoymağa çalışırıq. Əgər alınmasa, o zaman bizdən inciməsinlər, biz xalqın istəyini və problemini deməliyik və nəticə də olmalıdır. Olmayacaqsa, bizim də reaksiyamız adekvat olacaq. Başqa yolumuz da yoxdur axı...

- Son təyinatdan sonra Milli Məclisdə boş yerlərin sayı 7-yə çatdı. Necə hesab edirsiniz, üst-üstə 300 minədək seçicinin deputatsız qalması normaldırmı?

- Boş qalan yerlərə seçkilərin keçirilməməsi məni çox məyus edir. Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası 3 dəfə seçkinin keçirilməsi ilə bağlı münasibətini ortaya qoyub. Mənim də deputatı olduğum İmişlidə bir deputat yeri boşdur. Bilirsiniz oradan nə qədər müraciət alıram? Ümumilikdə 100 min seçici var üzərimdə. Bütün Azərbaycan üzrə 300 min seçicinin hüquqları pozulur, onlar muraciət etməyə ünvan tapmırlar. Mən boş qalan yerlərə seçkilərin keçirilməsini istəyirəm və rəhbərlik etdiyim partiya da bu mövqeyi dəstəkləyir.

- Bu arada növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruriliyindən də danışılır. Siz bu ehtimalı real sayırsınızmı?

- Nə bilim, vallah... Hazırda birbaşa qərarla yeni parlament seckisinin keçirilməsində zərurət yoxdur. Niyə durduğumuz yerdə yeni seçki keçirək? Bu, o zaman mümkün olar ki, referendum olsun, idarəçilik qaydası dəyişsin və yaxud hansısa digər bir təxirəsalınmaz məsələ ortaya çıxsın. Yeni parlament seçkisi keçiriləndə nə dəyişəcək? Düzdür, o qədər çağırışlar var ki. Lakin səbəbi məlum deyil. Xalq deyir ki, bu deputatlar xalqın gözləntisini doğrultmadı. Təzə seçki olanda başqaları gəlib nə edəcək ki? Danışmaq asandır, nəsə etmək çətindir. Qışqır-bağır salmaqla nəyəsə nail olmaq mümkün deyil. Gərək həm əməkdaşlıq edəsən, həm dostluq yaradasan, həm də dəyişikliklər üçün səylər edəsən. Yoxsa, otur qışqır-bağır və de ki, hamı pisdir, mən yaxşıyam, mən olsaydım, indi başqa cür olacaqdı. Mən gördüyüm işlərin kiçik bir hissəsini sadaladım, bəziləri heç onu da edə bilməz. Çünki, gərək insanı qəbul da etsinlər, onu dinləsinlər, ona qapı açsınlar. Hər müxalifətlə də oturub dövlət işlərini müzakirə etməyə hər kəsdə həvəs yoxdu. Bunun üçün də siyasi və mənəvi çəkin gərək üstn olsun.

- Razi bəy, Rusiya-Ukrayna müharibəsi getdikcə şiddətlənir. Siz bu savaşın sonunu necə görürsünüz? Bir çoxlarının iddia etdiyi kimi, nüvə müharibəsi baş verəcək, Rusiya Ukraynaya hakim ola biləcək, yoxsa özü parçalanacaq?

- Rusiya böyük dövlətdir. Nə qədər yazsalar da ki, resursları, silahları bitir, doğru deyil. Qurtaracaq, yenisini istehsal edəcək. Əsgər resursu da çoxdur. Sadəcə, çökməmək üçün Rusiya müəyyən zamanda dayanıb, itkilərini saymalı olacaq. Amma, müharibədən tam qələbə ilə çıxması üçün bütün Ukraynanı işğal edib, öz adamını orada oturtmalıdır. Görünür ki, əvvəlcədən düzgün kəşfiyyat məlumatlarına malik ola bilməyib və Ukrayna xalqının müqavimətini dəyənləndirməkə yanlışlığa yol verib. Ukraynanaı az qala bütün dünya silahlandırır ki, Rusiyanı zəif salsınlar və təbii ki, müharibə uzandıqca Rusiyada inqilab təhlükəsi ola bilər.

Amma, parçalanma hələ tezdir. Bu, baş verəcək, amma, on il müddətində. Məqsəd də budur ki, Rusiyada inqilabi mühit yetişsin və yetişməkdədir. Cənab Putin bunun bilir və çalışacaq ki, müharibəni tez dayandırsın. Dayandıracaq və məqsədinə nail olduğunu deyəcək. Lakin, bütün dünya bilir ki, Ukraynanı tam işğal etsə belə, bu qələbə sayıla bilməz. Sanksiyalar Rusiyanı çökdürür və çökdürməkdə davam edəcək.

- Rəsmi Bakı növbəti dəfə Qarabağdakı silahlı quldurların çıxarılması tələbini irəli sürüb, ancaq Ermənistan və Qarabağ separatçıları bu tələbə əməl etmək niyyətində deyil. Sizcə, hansı addımlar atılmalıdır, Şuşa Bəyannaməsi işə salınmalı, antiterror əməliyyatlarına başladılmalıdır, yoxsa…

- Gördüyüm budur ki, ordumuz bununla bağlı nələrsə etmək istəyir. Amma, gərək doğru zamanı seçək ki, ölkəmizin üzərinə basqı gətirməyək. Çətin bir dövrdə yaşayırırq və onun üçün də səhv etmək olmaz. Əminəm ki, doğru məqam yetişən zaman bir də görəcəyik ki, artıq verdiyiniz sualdan doğan hərəkətlər yerinə yetirilir. Orada yaşayan ermənilərin ipə-sapa yatması üçün addımlar atılır və onlar başa düşəcəklər ki, seperatçılıq hərəkətləri ilə orada yaşamaq onlara haram olacaq. Ya çıxəb gedəcəklər, ya da bizi qəbul edib yaşayacaqlar. Onların probleməri artan xətt üzrə gedəcəkə və bunun üçün də biz əlimizdən gələni edəcəyik. Öz torpağımızda separatçılara və düşmən ölkənin əsgərlərinin ayaq səsini eşitməyə inanın ki, heç birimizin səbri qalmayıb.

- Rusiya-Ukrayna müharibəsi, Qərb-Rusiya qarşıdurması fonunda ölkəmizin qlobal təsirlərdən qorunması, maksimum az zərər çəkməsi üçün hansı addımların atılmasının zəruriliyini düşünürsünüz?

- Quru sərhədlərini tam açmalı və nəzarəti gücləndirməliyik. İndi Rusiyadan, Belarusdan, Ukraynadan, hətta orta Asiya ölkələrindən belə, getmək istəyənlər var. Mütəxəssisləri, ekspertləri, şirkətləri, xüsusən informasiya texnologiyaları, start-up-lar sahəsində çalışanları ölkəyə dəvət etməli və yüksək şərait yaratmalıyıq. Onsuz da çıxıb gedəcək və başqa ölkələrə xeyir verəcəklər. Onlar üçün ucuz kirayə, pulsuz ofis, yatırım etmək üçün sıfır vergi tətbiq etməliyik ki, bu böyük resurs əlimizdən çıxmasın. Qoy burada işləsinlər və Azərbaycna onlar üçün dünyaya açılan pəncərə ola bilər. Bu şansı qaçırsaq, xeyrimizə olmaz. İndi bütün ölkələr qaçan mütəxəssislər üçün hüqiqi mənada “ov” elan edib.

Siyasi və geopolitik sahədə isə hazırda Prezident İlham Əliyevn apardığı siyasəti həqiqətən doğru hesab edirəm və bu şəkildə getməsi elə bizi zərərlərdən qoruya biləcək. Azərbaycan doğru addım atır ki, balansı gözləyir. Yoxsa, Milli Şura kimi? Ayıbdır e, vallah! Ukraynaya dəstək mitinqi keçirib dövlətimizi biabır etmək istəyir. Əgər onlar səmimi mitinq keçirib, orada dövləti hədəfə almasalar, hökumət Ukraynanı satdı, nə bilim, Ukrayna xalqına xəyanət etdi kimi, fikrirlər səsləndirməsələr, normaldır. Amma, onlar hər gün bu sahədə dövləti hədəf aldığına görə, bu, yolverilməzdir. Azərbaycan Ukrayanaya heç kimin etmədiyi köməkliyi edir və Ukrayna da bunu qiymətləndirir. Biz niyə timsahın boğazına əlimizi salmalıyıq? Əgər onlar hakimiyyətə gəlib belə siyasət aparmaq istəyirlərsə, bilsinlər ki, nəinki hakimiyyətə gələ, heç onun kəndarına da yaxınlaşa bilməzlər, necə ki, 30 ildir yaxınlaşa bilmirlər.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO