[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milyarder Abramoviç Zelenskinin şərtlərini Putinə çatdırdı
Milyarder Roman Abramoviç Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiyanın lideri Vladimir Putinə məktub gətirib.

Zamantv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Times” jurnalı məlumat yayıb.

Məlumata görə, Roman Abramoviç Zelenskinin şərtlərini Putinə çatdırıb. Bundan sonra Putinlə görüşən Abramoviç Moskvanı tərk edərək İstanbula qayıdıb.
Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndələrinin görüşü bu gün İstanbulda baş tutacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Jurnalistlər İttifaqından Mətbuat Şurasına CAVAB
Rusiya Jurnalistlər İttifaqı Azərbaycan Mətbuat Şurasına cavab məktubu ünvanlayıb.

Bunu Zamantv.az-a Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, Rusiya Jurnalistlər İttifaqı Azərbaycan Mətbuat Şurasının Azərbaycanın kütləvi informasiya vasitələrinin Rusiya ərazisində yayımının bloklanması ilə əlaqədar bəyanatına reaksiya verib.

Bununla bağlı Əflatun Amaşova ittifaqın sədri Vladimir Solovyovun imzası ilə məktub göndərilib.Məktubda bildirilib ki, Rusiya Jurnalistlər İttifaqı Azərbaycan Mətbuat Şurasının məlum bəyanatı ilə tanış olub. Sənəddə müxtəlif fikir, düşüncə və baxışların konstruktiv dialoqa və qarşılıqlı hörmət prinsipinə xələl gətirməməsinin vacibliyinin ittifaqa üzv təşkilatlar, Rusiyanın müxtəlif bölgələrindən olan jurnalistlər tərəfindən dəstəkləndiyi vurğulanıb və İttifaqın Şura ilə mövcud istiqamətdə dialoqa hazır olduğu önə çəkilib.

RJI eyni zamanda hadisə və proseslərin obyektiv işıqlandırılmasının ölkələrdə, regionlarda əhalinin vəziyyətinin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Qurum bu prinsipə söykənərək Azərbaycan əhalisinin Ukraynada baş verən proseslərdən obyektiv şəkildə məlumatlandırılmasının vacibliyindən söz açıb. Buna görə sənəddə Azərbaycan Mətbuat Şurasının Azərbaycan media məkanının Rusiya tərəfindən irəli sürülən baxışlarla tanışlığına kömək göstərməsinin, beləliklə Azərbaycan auditoriyası üçün tam mənzərənin formalaşmasına dəstəyin zəruriliyi üzərində dayanılıb.

Rusiya Jurnalistlər İttifaqının məktubunda həmçinin qurum tərəfindən ən qısa zamanda Bakıya səfər təşkil etməyə, Rusiya Jurnalistlər İttifaqının üzvləri və rusiyalı ekspertlər tərəfindən vəziyyəti dəyərləndirmək üçün müzakirələr aparmağa hazırlıq ifadə olunub. "Əminik ki, biz birlikdə yaranmış müvəqqəti çətinlikləri aradan qaldıra, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrini davam etdirə biləcəyik", - məktubda vurğulanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Selta"nın hücumçusuna zorlama İTTİHAMI
İspaniyanın "Selta" klubunun hücumçusu Santi Mina ciddi xoşagəlməzliklə üzləşib.

Zamantv.az-ın xarici mediaya istinadla məlumatına görə, polis futbolçunu zorlamada şübhəli bilir və ona 8 ilə qədər həbs cəzası tələb edir.

Məlumata görə, hadisə 2017-ci il iyunun 16-da baş verib. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, Mina dostunun avtomobilində bir qızla onun iradəsinə zidd olaraq cinsi əlaqəyə girib.
"Selta"nın hücumçusuna zorlama İTTİHAMI
Nəticədə qızda ağır depressiv əlamətlər və onun həyatına təsir edən xroniki posttravmatik pozğunluq yaranıb.

İndi 26 yaşlı ispaniyalı məhkəməyə çağırılıb. İş üzrə dinləmələr martın 28, 29 və 31-də Almeriyada keçiriləcək. Həbsdən əlavə, prokurorluq məhkəmədən oyunçuya qıza 500 metrdən az məsafədə yaxınlaşmağı tələb edir.

Qeyd edək ki, Mina bu mövsüm İspaniya çempionatında "Sevilya"nın heyətində 28 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tərəfə çevrilən sülhməramlılar - ŞƏRH
Rus sülhməramlıları fəaliyyətlərinin ilkin mərhələsində öz vəzifələrini yerinə yetirsələr də, təəssüf ki, hazırda biz bunu görə bilmədik. Qarabağda separatçıların tör-töküntüləri hələ də qalmaqdadır, ora qanunsuz yüklərin və erməni silahlı birləşmələrinin gətirilməsinə, müxtəlif Ermənistan rəsmilərinin qanunsuz səfərlərinə göz yumulur.

Zamantv.az xəbər verir ki, əslində, Rusiya sülhməramlılarının hazırkı mandatı qeyri-müəyyəndir.

Bundan başqa, onlar 10 noyabr razılaşmasının müddəalarına əməl etmirlər. Çünki üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, qanunsuz erməni birləşmələri çoxdan ərazidən çıxarılmalı idi.
Rusiya sülhməramlılarının davranışı, eləcə də ölkələrinin mediasının hələ də terrorçuları "respublika" kimi təqdim etməsi, rəsmi medianın terrorçu Araikin "sərəncamlarını" tirajlaması 22 fevralda imzalanmış müttəfiqlik münasibətləri haqda bəyanata da zidd hərəkətlərdir. Son günlərdə Fərrux kəndinin ordumuzun nəzarəti altına keçməsi Azərbaycanın növbəti zəfəridir. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi. Üç tərəfli bəyanatın 4 cü bəndinə əsasən, qanunsuz erməni birləşmələri Azərbaycan ərazilərindən çıxarılmalı idi, Amma əfsuslar olsun ki, Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının müddəalarına əməl etmirlər, qanunsuz erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə onları bəsləməkdə davam edirlər.

Amma unudulmamalıdır ki, Azərbaycan 3 tərəfli bəyanatın bütün müddəalarının yerinə yetirilməsinə nail olacaq. Bütün qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxarılacaq.

Bir müddət əvvəl Azərbaycan ərazisində həmin sülhməramlıların yardımı ilə ermənilərin hərbi təlim keçməsinə dair xəbərlər də yayılmışdı. Bu da Rusiya hakimiyyətinin üzərinə götürdüyü öhdəliyə əməl etməməsinin göstəricisidir. Ən pisi isə odur ki, Qarabağdakı sülhməramlılar tərəfə çevrilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski: “İşğalçılar tərəfindən oğurlanan merlərdən bəziləri ölü tapılıb”
Rusiya hərbçiləri bir sıra Ukrayna merlərini oğurlayıblar. Onlardan bəziləri qətlə yetirilib, artıq bir neçəsinin meyiti tapılıb.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Economist”ə müsahibəsində bildirib.

Dövlət başçısının sözlərinə görə, bəzi şəhər rəhbərləri isə itkin düşüb.

“Onlar bizim şəhərlərin merlərini oğurlayırlar... Bəzilərini tapa bilmirik. Ancaq bəziləri ölmüş halda tapılıb”, - deyə prezident bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya ordusu işğal olunmuş ərazilərdə 2014-cü ildə Donbasda istifadə edilən üsullardan istifadə edir.

Mənbə: Ukrainskaya Pravda
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin qaz ödənişlərinə görə hökumətə vaxt qoydu
Rusiya Prezidenti Vladimir Putin hökumətə, Rusiya Bankına və “Qazprom”a martın 31-dək dost olmayan ölkələrlə təbii qazın tədarükünə görə ödənişlərin rubla köçürülməsi üçün tədbirlər görməyi tapşırıb.

Bu barədə Kremlin mətbuat xidməti xəbər verir.

Hökumətə təchizatın həcmini, qiymətləri və qiymətqoyma prinsiplərini saxlamaqla mövcud müqavilələrə dəyişiklik etmək tapşırılıb. Həmçinin Nazirlər Kabinetinə və Mərkəzi Banka ödənişlərin həyata keçirilməsi, o cümlədən təbii qaz alıcılarının daxili valyuta bazarında Rusiya rublunun alınması imkanlarını təmin etmək tapşırılıb.

Prezidentin sərəncamının icrasına cavabdeh kimi Baş nazir Mixail Mişustin, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və “Qazprom”un rəhbəri Aleksey Miller təyin ediliblər.

Mənbə: Gazeta.ru
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbçilərimiz şərti hava hədəflərini məhv etdilər
Hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kim Çen In daha güclü silahlar hazırlamağa söz verib
Şimali Koreya lideri Kim Çen In sülhü qorumaq və təhdidlərə qarşı çıxmaq üçün müdafiə sektorunu inkişaf etdirməyin zəruri olduğunu açıqlayıb.

O, yalnız təsirli hücum imkanlarının həqiqi müdafiəni təmin edə biləcəyini vurğulayıb. Şimali Koreya lideri hücum silahlarını daha da inkişaf etdirməyə, daha güclü silahlar hazırlamağa və ordunu onlarla təchiz etməyə söz verib.

Kim Çen In yeni “Hwasong-17” qitələrarası ballistik raketinin buraxılışında iştirak edən müdafiə sənayesi mütəxəssisləri, alimlər, mühəndislər və digər işçilərlə görüşüb.

Martın 25-də Şimali Koreya ölkə liderinin şəxsi rəhbərliyi altında uğurlu sınaqlar keçirdiyini elan edib. Raket Pxenyan beynəlxalq hava limanından buraxılıb. Onun maksimal uçuş hündürlüyü 6248,5 km, uçuş məsafəsi 1090 km olub.

Yanvarın sonunda Pxenyan ballistik raketin buraxılmasını təsdiqlədi - o zaman bu, ortamənzilli “Hwasong-12” raketi idi. Yanvarın əvvəlində bir sıra yeni raket buraxılışlarından sonra Birləşmiş Ştatlar BMT-nin KXDR-ə qarşı yeni sanksiyalar tətbiq etməsini təklif edib. Vaşinqton, Tokio və Seul Şimali Koreyanın raket buraxılışlarının Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu vurğulayır.

Mənbə: RBC
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya-Ukrayna müharibəsi: Moskva yeni hücuma hazırlaşır – ŞƏRH + XƏRİTƏ
Zaman Rusiya-Ukrayna müharibəsinin cari mənzərəsində Rusiyanın bir neçə istiqamətdə geri oturdulmasına şahidlik edir.

Birinci: mart ayının 10-dan sonrakı gedişatda Ukrayna Kiyev ətrafındakı mühasirəni əsasən şərq və qərb istiqamətdən qismən yara bilib. Xarkovda döyüşlər davam edir, lakin vəziyyət heç də Ukraynanın xeyrinə deyil.
Rusiya-Ukrayna müharibəsi: Moskva yeni hücuma hazırlaşır – ŞƏRH + XƏRİTƏ
İkinci: Ukrayna Xerson və Mariupola açılan pəncərələrdə yeni cəbhə yarada bilib, yəni Rusiya ordusunu geri oturdub, amma hələ ki, Xerson və Mariupolun mərkəzi Rusiyanın nəzarətindədir.

Rusiya Mariupolu əldən vermək istəmir, resurslarını səfərbər edərək burada möhkəmlənir, çünki Mariupol Azov dənizinə çıxış deməkdir, Rusiya da bu dənizdən Ukraynanın əlini üzmək niyyətindədir.

Xersona gəlincə, Ukrayna qüvvələri Rusiyanın dənizdən bu əraziyə əlavə qüvvələr cəmləməməsi üçün döyüşür.

Sumıdan Kiyevə də işğal cığırı açılıb və Ukraynanın bu ərazisi dörd tərəfdən mühasirədə qalır.

Ümumilikdə Rusiya Ukraynanın şimal-şərq, şərq və cənub-şərq istiqamətindəki əsas ərazilərini əlinə keçirib və işğal üçbucağı yaradıb.

İndi Rusiya rəhbərliyi necə olursa-olsun Ukraynadan strateji fəxarət hissi ilə çıxmaq istəyir. Bu məsələdə iki versiyanın üzərinə işıq tuta bilərik:
Rusiya-Ukrayna müharibəsi: Moskva yeni hücuma hazırlaşır – ŞƏRH + XƏRİTƏ
1. Ehtimal etmək olar ki, Rusiya öz qoşunlarını komplektləşdirmək, itki sayını kompensasiya etmək üçün hərbi-strateji dincliyə çəkilib və Kiyevə yeni hücuma hazırlaşır.

Çünki Rusiyanın Kiyevi qərbdən mühasirəyə almaq əməliyyatlarına yenidən başlayacağına dair həyəcanlı məlumatlar var, amma Rusiyanın qüvvələrini birləşdirə biləcəyi sual altındadır.

2. Rusiya əlindəki ərazilərlə kifayətlənib bunların ilhaq edilməsi ilə kifayətlənə bilər. Ona görə də Rusiya Ukraynanın müqavimət gücünü hesablayıb, ən azından, hazırkı təcavüz xəritəsi ilə kifayətlənə bilər.

İki versiyadan isə ağrılı nəticə hasil olur ki, bu da Ukraynanın yekunda bölüşdürülməsi təhlükəsidir.

QEYD: Xəritələr ABŞ Müharibə Tədqiqatları İnstitutuna məxsusdur.

Aqşin Kərimov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna və Rusiya arasında növbəti danışıqlar Türkiyədə olacaq - RƏSMİ
Ukrayna və Rusiya arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqların növbəti mərhələsi martın 28-30-da Türkiyədə keçiriləcək.

Zamantv.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri, danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya “Facebook”da məlumat verib.

"Bu gün video danışıqların növbəti raundunda iki nümayəndə heyəti ilə növbəti canlı raundun martın 28-30-da Türkiyədə keçirilməsi qərara alınıb. Təfərrüatlar daha sonra olacaq", - Araxamiya yazıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO