[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vaşinqtonun “erməni sevgisi”: - “Bunun kökündə türk dünyasına nifrət dayanır”
ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib.

Belə ki, 25 mart 2022-ci il tarixində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı fikirlər qərəzli fikirlər səsləndirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin də ABŞ Dövlət Departamentinə cavabı gecikməyib:

"ABŞ Dövlət Departamentinin rəsmisinin diqqətinə çatdırırıq ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən təəssüf ki, heç bir effektiv addım atılmayıb. Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib. Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur. Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan Respublikası öz suveren ərazilərində fəaliyyət göstərir".

Qeyd edək ki, ABŞ-ın bu mövqeyi başa düşülən deyil. Çünki dünyanın qarışdığı və ABŞ Dövlət Departamentinin Ukrayna-Rusiya məsələsi ilə məşğul olmalı olduğu bir zamanda belə açıqlama verilir. Bu isə təbii ki, bir daha ABŞ-ın "erməni sevgisini" ortaya qoyur. Ümumiyyətlə, Azərbaycanın öz suveren ərazisində hər hansısa yerdəyişmə etməsi və ya dislokasiya aparması ABŞ Dövlət Departamentini narahat etməməlidir. Əslində, bu məsələnin onlara heç bir dəxli də yoxdur. Lakin guya dünyaya demokratiya dərsi keçməyə çalışan ABŞ özü işğalçılara dəstək verməkdən geri qalmır.

Maraqlıdır, rəsmi Vaşinqtonun “erməni sevgisi”nin səbəbi nədir? Dia.az-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya bildirib ki, artıq uzun illərdir ABŞ rəsmilərinin və bəzi Qərb dövlətlərinin Azərbaycana qarşı münasibətlərində ikili mövqeyini görürük:

"Həmçinin, ölkəmizə qarşı qərəzli münasibətin də şahidi olmuşuq. ABŞ Dövlət Departamenti rəsmisinin Azərbaycan hərbçilərinin Qarabağdakı yerdəyişməsindən narahatlığını ifadə etməsi ölkəmizin suverenliyinə qarşı atılmış addım və təhdiddir.

ABŞ özündən minlərlə kilometr uzaq ərazilərdə - Suriya, İraq, Liviya və digər dövlətlərdə hərbçilərini yerləşdirərək işğalçı siyasət yeridərək, həmin ölkələri viran qoyanda narahat olmalı idi. Onlar ölkədən kənarda olan hərbçilərinin hansı vəhşilikləri törətdiklərini düşünməlidirlər. Azərbaycanın suveren ərazilərində öz hərbi qüvvələrini yerdəyişmə etməsindən ABŞ-ın narahat olması heç nə ilə izah oluna bilməz. Hətta bu, “erməni sevgisi”ndən belə artıq məsələdir. Düşünürəm ki, bunun cavabı verilməlidir və ABŞ öz işi ilə məşğul olmalıdır".

Partiya sədri əlavə edib ki, Ukraynada baş verən hadisələr fonunda Qarabağda yaşayan separatçı ermənilərin Rusiyaya dəstək verdiyi bir zamanda Azərbaycan Ukraynanı dəstəklədi:

"Buna baxmayaraq, rəsmi Vaşinqtonun Rusiyaya dəstək verən erməni toplumuna bu cür sevgi nümayiş etdirməsi cəfəngiyatdır. Bunun kökündə birmənalı olaraq, xristian tərəfkeşliyi və türk dünyasına nifrət dayanır. Artıq bunu başqa heç nə ilə izah etmək mümkün deyil".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Çeçenlərlə “kadırovçular”ı səhv salmayın” - Ukrayna Prezident Ofisi


“Çeçenlərlə “kadırovçular”ı səhv salmayın” - Ukrayna Prezident Ofisi
Tarix: Dünən, 17:26 | Çap et
“Çeçenlərlə “kadırovçular”ı səhv salmayın”
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç vətəndaşları Çeçenistan rəhbəri Ramzan Kadırovun dəstəsinin Ukrayna ərazisində döyüşməsi fonunda çeçenləri və ümumiyyətlə müsəlmanları təhqir etməməyə çağırıb.

Zamantv.az “Report”a istinadla xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi videomüraciət ünvanlayıb.

“Siz bununla bütün dünya müsəlmanlarını incidirsiniz, birincisi, bura bizə kömək edən bir çox ölkə və dövlətlər daxildir. İkincisi, siz öz silahdaşlarınızı - Ukrayna müsəlmanlarını və dünyanın başqa ölkələrindən sizinlə döyüş sıralarında iştirak edən müsəlmanları, o cümlədən çeçenləri incitmiş olursunuz. Ona görə də gəlin çeçenlərlə “kadırovçular” arasında fərq qoyaq və müsəlmanları dini zəmində və onlar üçün son dərəcə vacib olan dəyərlərə görə incitməyək”, - O.Arestoviç bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada ovçulardan ibarət partizan dəstəsi yaradıldı
“Ukraynada hərbçilərdən və ovçulardan ibarət partizan dəstəsi yaradılıb”. Zamantv.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, partizan dəstəsi düşmənin arxa cəbhəsində rus işğalçılarının işğal etdiyi ərazilərdə fəaliyyət göstərə bilər.

Budanov bölmə haqqında təfərrüatları açıqlamayıb, sadəcə bildirib ki, onun çox sayda üzvü var. Hərbi kəşfiyyatçı əlavə edib ki, bu, Əfqanıstan və ya Vyetnamdakı kimi üsyançı hərəkat ehtimalını artırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərbaycan Ordusu Xramortdan Xaçenagetə qədər mövqelərdə yerləşib” - Ermənistan KİV
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu mart ayının-dən etibarən Qarabağda mövqe və dislokasiya yerlərinin dəqiqləşdirilməsi prosesinə start verib. JAMAZ.İNFO Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ordumuz bir neçə mövqedə möhkəmlənərək, dəqiqləşdirmə prosesini silah işlətmədən davam etdirir.

Hazırda Azərbaycan Ordusuna qarşı erməni tərəfinin davamlı olaraq təxribatlar törətdiyi də məlum olub. Nazirlikdən bildiriblər ki, bu gün səhər saatlarında Qarabağdakı terroçu dəstələrin üzvləri havanın dumanlı olmasından istifadə edərək, Ordumuzun mövqelərinə soxulmağa və təxribat törətməyə cəhd göstərib. Lakin hərbçilərimiz sayıqlıq göstərərək, təxribatçı qrupu ərazidən uzaqlaşdırıb.

Bu açıqlamadan sonra xəbər yayılıb ki, sözügedən təxribat zamanı Azərbaycanın Xüsusi Təyinatlı Qrupu ermənilərin 2 əsgərini öldürüb, 2-ni isə yaralayıb. Qalanları isə aradan çıxıblar. Lakin itkilərin bununla yekunlaşdığı təsdiqlənmir, erməniləri itkilərinin sayının daha çox ola biləcəyi vurğulanır.

Gün ərzində bölgədə vəziyyətin necə olduğu barədə rəsmi Bakı hər hansı açıqlama verməsə də, erməni tərəfi durumlarının ağır olduqlarını bildirir. JAMAZ.İNFO “Hraparak” qəzetinə istinadən xəbər verir ki, hal hazırda Azərbaycan Ordusu martda dislokasiya yerini dəyişdirdiyi və bu səbəbdən də Fərrux kəndində qəralaşıb.

Qəzet yazır ki, proses bununla yekunlaşmayıb. Belə ki, günorta saatlarından etibarən durum daha da ağırlaşıb. Buna səbəb Azərbaycan Ordusunun Qaraqlux yüksəkliyini, Fərrux dağının önəmli yerlərini və Daşbaşı yüksəkliyində mövqe tutmasıdır. “Hazırda vəziyyət çox gərgindir. Belə ki, Pirlər (Xramort) kəndindən Xaçenagetə qədər olan ərazilərdə şiddətli döyüşlər gedir. Qarabağ “müdafiə ordusu” həmin bölgədə yerləşmiş Azərbaycan Ordusunun əlindən geri qaytarmağa çalışır. Vəziyyət o qədər gərgindir ki, Arayik Harutyunyan “təhlükəsizlik şurası”nın iclasını çağırıb və üzvlər onun yanındadır”.

Qarabağda siyasi fəallardan sayılan Tat-Artsax isə “Fakt” qəzetinə bildirib ki, Xankəndidən göndərilən dəstələr Pirlər və Fərrux kəndləri uğrunda döyüşlərə başlayıb. “Bildiyim qədərincə döyüşlərdə zərərçəkənlər var. Lakin onların neçəsinin yaralı, neçəsinin öldüyü barədə dəqiq məlumatımız yoxdur”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi hələ ki, erməni tərəfinin iddiası ilə bağlı hər hansı açıqlama yaymayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO-nun Ukraynaya yetərli dəstək göstərməməsinin əsas səbəbi budur - AÇIQLAMA
ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Rusiya-Ukrayna müharibəsinin hər an dayana biləcəyini istisna etmir. Onun fikrincə, qərarı Rusiya prezidenti Vladimir Putin verəcək. Zamantv.az xəbər verir ki, hərbi əməliyyatların 30-cu günündə Bizim.Media-nın suallarını cavablandıran Metyu Brayza NATO-nun Ukraynaya gözlənilən dəstəyi göstərməməsini üçüncü dünya müharibəsini başlatmaq istəmədikləri ilə əlaqələndirib.

Bu gün Ukrayna torpaqlarında 30-cu gündür ki, müharibə davam edir. Rusiya Prezidenti cənab Putini yaxından tanıyan bir diplomat olaraq soruşmaq istərdik ki, bu müharibə hansı halda dayana bilər?

- Rusiya Ukraynanın işğalını istədiyi vaxt dayandıra bilər, çünki müharibəni qızışdıran və Ukraynanı işğal edən Rusiyadır. Ukrayna Rusiya üçün heç bir təhlükə yaratmırdı. Beləliklə, müharibəni nə vaxt dayandırmaq tamamilə prezident Putinin qərarlarından asılıdır. Yeri gəlmişkən, bu, ən azından hələlik Rusiyanın qətiyyən qazanmadığı və əksinə uduzduğu müharibədir.

- Cənab Brayza, NATO-nun Ukraynaya birbaşa dəstəyini hiss etmirik. Düzdür dolayı yollarla yardımlar edilir. Ötən gün reallaşan sammitdə də bunu gördük. Və ən önəmli sual, biz həqiqətən 3-cü dünya müharibəsini yaşayırıq?

- Prezident Putin NATO ərazisinə hücum etmək qərarına gələrsə, müharibə NATO ərazisinə yayıla və bəzi insanların dünya müharibəsi adlandırdığı müharibəyə çevrilə bilər. O, son bir neçə gündə Polşaya qarşı təhdidlər səsləndirib. NATO-nun cavabı isə tamamilə aydın oldu ki, NATO öz ərazisinin hər kvadratmetrini müdafiə edəcək. Bu da o deməkdir ki, təşkilat üzvü olan istənilən dövlətə hücum edən hər hansı Rusiya qüvvələri ilə döyüşəcək və onları məhv edəcək. Amma hələlik, sizin dediyiniz kimi, NATO-nun Ukraynaya dəstəyi birbaşa deyil. Bu dəstək həm xeyli sayda rus helikopterini sıradan çıxaran portativ hava hücumundan müdafiə sistemlərini, həm də ABŞ və Böyük Britaniya tərəfindən təmin edilən tank əleyhinə raket sistemləri kimi döyüş meydanında çox faydalı silahların təmin edilməsini əhatə edir. Hətta indi Almaniya da Ukraynaya bu cür yardım edir. Bu, tarixi bir dəyişiklikdir, çünki Almaniya heç vaxt öz ərazisindən kənardakı heç bir dövlətə hərbi yardım etməyib.

- Sizcə də ümidi NATO-ya olan bir ölkə üçün (Ukrayna – Red) qurum başqa addım ata bilməz?

-NATO Rusiyaya ən yaxın olan üzv ölkələrdə, yəni üç Baltikyanı dövlətdə, eləcə də Polşada daha çox NATO qüvvələri yerləşdirməklə Ukraynanı dəstəkləyir. Və dünən də elan edildiyi kimi, Rumıniya, Macarıstan Slovakiya və Bolqarıstanda yerləşdiriləcək dörd yeni döyüş qrupu yaradılacaq. Bununla da NATO təşkilatın Şərqi Avropadakı mövcudluğundan narahat olduğu üçün bu müharibəni başlatdığı iddia edilən Putinə böyük strateji zərbə vurur. Bu müharibə nə qədər uzun olsa, Putin NATO-nun hərbi mövcudluğunu getdikcə daha çox hiss edəcək. Lakin hələlik NATO açıq şəkildə bildirib ki, Ukraynada öz qoşunlarını yerləşdirmək istəmir, əksinə, Rusiya ilə birbaşa hərbi münaqişədən qaçmaq istəyir.

- Polşanın NATO sammitində sülhməramlılarla bağlı açıq təklifi var idi. NATO bunu edəcək?

- Bəli, NATO-nun Brüsseldə keçirilən sammitində Polşa tərəfi təklif edib ki, NATO və ya ən azı NATO-ya üzv dövlətlər Ukrayna daxilində sülhməramlı missiyada öz əsgərlərindən bir neçəsini yerləşdirsinlər. NATO-nun bunu təsdiqləyəcəyini düşünmürəm. Bu, Ukrayna prezidenti Zelenskinin davamlı olaraq irəli sürdüyü təklifə bənzəyən yeni bir təklifdir ki, bu da NATO-nun Ukrayna üzərində uçuşa qadağa zonası yaratması deməkdir, lakin hər iki halda, istər sülhməramlı qüvvə olsun, istərsə də uçuşa qadağa zonası, NATO və ya təşkilata üzv dövlətlər məsələyə qarışarsa, NATO-nu Rusiya ilə müharibədə görəcəyik. Bu isə bizi bunun Dünya Müharibəsinə səbəb olub-olmayacağı ilə bağlı sualınıza qaytarır.

- Ən önəmli məqam, Rusiyanın dünyanı hədələdiyi kimyəvi silah. Bu baş tuta bilər?

- Əgər prezident Putin özünün dediyi kimi "ənənəvi hərbi münaqişənin gərginliyini azaltmaq, qarşı tərəfi döyüşü dayandırmağa məcbur etmək" üçün Rusiyanın hərbi doktrinasının bir hissəsi kimi kimyəvi və ya nüvə silahlarından istifadə edərsə, məncə, biz NATO-nun baş katibi Stoltenberqin də dünən dediyi kimi tamamilə fərqli mənzərənin şahidi ola bilərik. Və bu, Rusiya üçün çox ciddi hərbi zərərə səbəb ola bilər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvanda güllə səsləri... - Ermənistanda nə baş verir?
İrəvanın mərkəzində güllə səsləri eşidilib.

Zamantv.az APA TV-yə istinadən xəbər verir ki, Ermənistan mediasının yazdığına görə, hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları 50-dən çox güllə və giliz, həmçinin avtomat silah tapıblar.

Yayılan məlumata görə, 31 yaşlı şübhəli saxlanılıb.
Qeyd edək ki, İkinci Qarabağ savaşı zamanı Ermənistan “könüllülərə” heç bir siyahı aparmadan, kor-koranə olaraq külli miqdarda silah paylamışdı. Bu silahları alanların bir çoxu Azərbaycan ərazisində döyüşməyə gəlməmişdi, digərləri isə Qarabağdan qaçarkən silahları da özləri ilə aparmışdı.

Ermənistan hakimiyyəti əhaliyə silahların qaytarılması ilə bağlı dəfələrlə çağırış etsə də, heç bir nəticəsi olmayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin YENİ QANUN imzaladı: Pozanlara 15 İL HƏBS
Rusiyanın xaricdə fəaliyyət göstərən dövlət qurumlarını ictimai nüfuzdan salan və yalan məlumatlar yayanlar cinayət məsuliyyətinə cəlb ediləcək.

Zamantv.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qanunu təsdiq edib.

Qanundan irəli gələn müddəaları pozanları 15 ilə qədər həbs gözləyir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada Rusiyanın tank alayının komandiri özünü güllələdi - İDDİA
Rusiya ordusunun hərbi texnikasının çox hissəsini Ukrayna Silahlı Qüvvələri məhv edib, yardım və yerdəyişməni gözləmək üçün heç bir yer yoxdur.

Zamantv.az-ın Ukrayna KİV-nə istinadla məlumatına görə, Rusiya hərbçiləri Bryansk vilayətindəki təmir-bərpa bazasına getməyə qərar veriblər, lakin məlum olub ki, anbarlarda olan bütün avadanlıqlar oğurlanıb və ya praktiki olaraq sıradan çıxıb.

İddiaya görə, Rusiyada repressiya ilə üzləşəcəyindən çəkinən Rusiyanın 4-cü tank diviziyasının 13-cü tank alayının komandiri özünü güllələyib.
“Rusiyanın 4-cü tank diviziyasında 10 "yenidən işə salınan" tankdan yalnız birinin az və ya çox işlək vəziyyətdə olduğunu müəyyən ediblər. Qalanlar-tamamilə komplektləşdirilib. Bəzilərinin hətta mühərriki yoxdur. Bu texnikaların vəziyyəti əsasən son dərəcə qeyri-qənaətbəxşdir, bu da ondan tam istifadəni qeyri-mümkün edir”, - məlumatda bildirilir.

Kəşfiyyat məlumatlarına görə, döyüş maşınlarından tərkibində qiymətli metallar olan optik alətlər və elektronika tamamilə oğurlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya ordusunun Ukraynadakı hərbi itkiləri - SİYAHI
Ukrayna Rusiya ordusunun hərbi itkilərini açıqlayıb.

Zamantv.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Fevralın 24-dən bu gün səhər saatlarına olan məlumat aşağıdakı kimidir:
Canlı qüvvə - 16400;

Tankı - 575;

Zirehli döyüş maşını - 1640;

Artilleriya sistemi - 293;

Reaktiv yaylım atəş sistemi - 91;

Hava hücumundan müdafiə sistemi - 51;

Hərbi təyyarə - 117;

Helikopter - 127 ;

Avtomobil texnikası - 1131;

Gəmi/kater - 7;

Yanacaq çəni - 73;

PUA - 56;

OTRK / TRK / mobil SRBM sistemi - 2;

Xüsusi texnika - 19.

Rusiya ordusunun Ukraynadakı hərbi itkiləri - SİYAHI
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəsmi Kiyev: "Rusiya azərbaycanlıları Krıma deportasiya etmək istəyir"
Xersonda Rusiya işğalçıları azərbaycanlıları və Axısqa türklərini zorla deportasiya etməyə hazırlaşır. Onları Krıma köçürmək niyyətindədirlər.

Zamantv.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk brifinqdə söyləyib.

“Əldə olan məlumata görə, işğalçılar nümayiş aksiyası planlaşdırıblar. Onlar Xersondan etnik erməniləri, azərbaycanlıları və Axısqa türklərini zorla Ukraynanın işğal olunmuş Krıma sürgün etməyə hazırlaşırlar”.

Kiyev rəsmisinin sözlərinə görə, bu addımlar cinayətdir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO