[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ATƏT-in sədri Azərbaycana gələcək: Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüş baş tutacaq
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau yüksək səviyyəli rəsmilərlə görüşlər keçirmək üçün martın 29-dan aprelin 1-dək Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

Qurumdan verilən məlumata görə, Z. Rau Gürcüstanda prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani və parlament sədrinin birinci müavini Giorgi Volski ilə görüşəcək.

O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Ermənistanda Rau prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Səfər Cənubi Qafqaz regionunda dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqinə yönələcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədən sonra Rumıniya sahillərində mina HƏYACANI
Martın 28-də səhər saatlarında Rumıniya sahillərində dəniz minası aşkar edilib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Vitse-admiral Konstantin Balesku” minaaxtaran gəmisi Korbu və Nevodare şəhərləri yaxınlığında sahildən 70-72 km aralıda axtarışlara başlayıb.

Minanı səhər saatlarında Capu Midia rayonu ərazisində Rumıniyanın “Olimpus-1” balıqçı gəmisinin dənizçiləri görüblər.

Xatırladılır ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna minalarının fırtınadan sonra lövbərləri qıraraq Qara dənizdə dreyf edə biləcəyini bəyan edib, lakin Ukrayna bu xəbərləri təkzib edərək Rusiya tərəfinin dezinformasiyası yaydığını deyib.

Türkiyə Müdafiə Nazirliyi də Qara dənizdə Bolqarıstanla sərhədə yaxın ərazidə mina aşkarlandığını, artıq zərərsizləşdirildiyini açıqlayıb.

Mənbə: Ukrainskaya Pravda
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Məclisin sədri: “Ermənistan ordusunun qalıqları Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır”
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Almatı şəhərində bu ölkə Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata əsasən, sədri salamlayan Maulen Aşımbayev ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, qeyd edib ki, Azərbaycan Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaşdır.

O, xalqlarımızın oxşar tarixə malik olduğunu, müstəqillik illərində münasibətlərin böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.

Maulen Aşımbayev iki ölkə arasında münasibətlərin inkişafına qanunverici orqanların özünəməxsus töhfələr verdiyini söyləyib. Onun sözlərinə görə, parlamentlər arasında əlaqələrin inkişafı qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir.

Parlament Senatının sədri Azərbaycanın Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Vətən müharibəsində əldə etdiyi şanlı qələbə və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə bir daha təbriklərini ifadə edərək, bu qələbənin bütün Türk dünyasının qələbəsi olduğunu bildirib. Senatın sədri həmçinin işğaldan azad olunmuş ərazilərin bərpası məsələsində Qazaxıstanın istənilən dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.

Görüşdə Maulen Aşımbayev cari ilin yanvar ayında ölkəsində baş vermiş faciəvi hadisələr barədə məlumat verərək, göstərilən dəstəyə görə, Azərbaycan xalqına minnətdarlığını ifadə edib.

Göstərilən qonaqpərvərliyə görə öz təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikası Parlamenti Senatının sədri ilə bundan əvvəl keçirdiyi görüşləri xatırladaraq, aparılan danışıqların qanunverici orqanlarımız arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib. O, parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edərək, qanunverici orqanlarımız arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Spiker Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük imkanlar yaradan TürkPA çərçivəsində qarşılıqlı fəaliyyəti xüsusilə qeyd edib.

Milli Məclisin sədri deyib ki, xalqlarımızı ortaq tarix, mədəni və mənəvi dəyərlər birləşdirir. Müstəqillik illərində isə ölkələrimiz arasında münasibətlər daha da dərinləşib. Onun sözlərinə görə, hazırda münasibətlərin hərtərəfli inkişafına dair möhkəm hüquqi baza mövcuddur.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək, bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğala son qoyub. Artıq Ermənistanla Azərbaycan arasında münaqişə mövcud deyil. Ölkəmiz hazırda işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir.

Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir. Ölkəmiz bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir.

Sahibə Qafarova deyib ki, Ermənistan yenə də təxribatlarını davam etdirir. Spikerin sözlərinə görə, Üçtərəfli Bəyanatın dördüncü bəndinə əsasən, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır. Lakin təəssüf ki, onlar bu günə qədər bu öhdəliklərini yerinə yetirməyiblər. Əksinə, son dövrlərdə qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatları daha da artırıb. Milli Məclisin sədri deyib ki, Ermənistan regionda yeni reallığı düzgün qiymətləndirməli, sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.

Sahibə Qafarova xatırladıb ki, cari ilin yanvar ayında Qazaxıstanda baş verən faciəvi hadisələr Azərbaycanda da narahatlıqla izlənilib və o, artıq həmin hadisələrin geridə qaldığını, qazax xalqının bütün çətinliklərin öhdəsindən gələcəyinə inamını ifadə edib.

Görüşdə qarşılıqlı maraq doöuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri: “Ermənistan ordusunun qalıqları Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır”Milli Məclisin sədri: “Ermənistan ordusunun qalıqları Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır”Milli Məclisin sədri: “Ermənistan ordusunun qalıqları Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya gəmiləri Qara dənizin qapalı ərazilərinə daxil olub - Ukrayna üçün növbəti raket təhlükəsi
Rusiya Silahlı Qüvvələrinin gəmiləri Qara dənizin qapalı ərazilərinə daxil olub. Çox güman ki, onlar Ukraynadakı hədəflərə raket zərbələri endirməyi planlaşdırır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbərdarlıq edir.

“Rusiya Qara Dəniz Donanmasının gəmi tərkibi Qara dəniz və Azov əməliyyat zonalarının müəyyən ərazilərində tapşırıqları yerinə yetirir. Ayrı-ayrı gəmilər, yəqin ki, Ukraynadakı hədəflərə raket zərbələri endirmək məqsədi ilə qapalı əraziyə daxil olub”, - məlumatda deyilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni TƏYİNAT
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni kadr təyinatı olub.

Zamantv.az xəbər verir ki, Anar Səmədov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinata qədər Xətai rayon icra başçısının birinci müavini vəzifəsində çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Volodimir Zelenski ilə telefonla danışıb
Martın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Söhbət zamanı Prezident Volodimir Zelenski dövlətimizin başçısını Ukraynadakı vəziyyət barədə məlumatlandırıb.

Prezidentlər humanitar dəhlizlərin yaradılması və sülh danışıqlarının davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Telefon danışığı əsnasında Prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan daim humanitar məsələlərə böyük önəm verir və xüsusi diqqətlə yanaşır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı - Sumqayıt yolunda “Prius” qəza törətdi
Bakı - Sumqayıt yolunun Xırdalan şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Zamantv.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, “Toyota Prius” markalı avtomobil qəza törədib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 35 yaşlı kişinin evdə asılmış meyiti tapıldı
Bakıda intihar hadisəsi olub.

Zamantv.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 35 yaşlı Balaxan Elman oğlu Dəmirov yaşadığı evdə özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda narkotik çəkənlər polisə müqavimət göstərdi
Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü və sərnişin müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə. Hövsan qəsəbəsində Abşeron rayon sakini Şəmistan Mirişlinin idarə etdiyi “Chevrolet” maraklı avtomobil manevr qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. Amma sürücü polislərə tabesizlik gösdərərək hərəkətini davam etdirib.

Yol polislərinin gördüyü tədbir nəticəsində sürücü saxlanılıb. Sonra sürücü və onun yanında olan sərnişin, İmişli rayon sakini Elnur Novruzlu polis əməkdaşlarına müqavimət göstərərək hadisə yerindən yayınmağa çalışıblar. Hər iki şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin sorğu zamanı sürücü və sərnişin narkotik vasitə qəbul etdiklərini bildiriblər. Təyin olunan ekspertizanın nəticəsində Şəmistan Mirişli və Elnur Novruzlunun narkotik vasitənin təsiri altında olduqları məlum olub.
Araşdırma zamanı Şəmistan Mirişlinin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi də müəyyən edilib. Sürücü və sərnişin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Onların törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Bakıda narkotik çəkənlər polisə müqavimət göstərdi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəsmi Bakıdan Ermənistan XİN-ə SƏRT CAVAB
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı tamamilə həqiqətdən uzaq və iftira xarakterli bəyanatını qətiyyətlə rədd edirik.

Zamantv.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

İlk növbədə, Ermənistan tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanın suveren əraziləri ilə bağlı edilən şərhlər bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir və beynəlxalq hüquq pozuntusudur. 30 ilə yaxın güc tətbiq etməklə, Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan, bir milyondan çox Azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq öz evlərində yaşamaq hüququndan məhrum edən Ermənistan, görünür beynəlxalq hüquq pozuntusunu bir vərdiş halına gətirib.
Azərbaycanı 2020-ci ilin 9/10 noyabr tarixli üçtərəfli bəyanatı yerinə yetirməməkdə ittiham edən Ermənistan, münaqişənin bitməsi ilə bölgədə yaranan əməkdaşlıq imkanlarına rəğmən, imzalanmış birgə bəyanatın müddəalarını pozmaqla iki ölkə arasında normallaşma prosesinə zərbə vuran tərəfdir.



Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir. Məhz Ermənistan, üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin qalıqlarını hələ də bölgədən çıxarmır. Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb.



Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycanın tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir.



30 ilə yaxın Azərbaycanın Naxçıvan Muxtar Respublikasını qaz blokadasında saxlayan, Azərbaycanın Qarabağ bölgəsində ekosid və kultursid törədən və bu ərazilərə beynəlxalq missiyaların səfərlərinin qarşısını alan Ermənistan indi hansı əsaslarla beynəlxalq ictimaiyyətə çağırış edir?!



Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır. Ermənistanın birgə bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneə olacaq.



O ki, qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO