Avropa İttifaqı liderləri Ukraynada vəziyyətin daha da ağırlaşacağı təqdirdə Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə ediblər.
Zamantv.az-ın xəbərinə görə, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən zirvə görüşünə dair mətbuat konfransında bildirib.
“Biz əlavə sanksiyalara hazırlıqlara başladıq. Biz vacib və koordinasiyalı iş gördük.Vəziyyət daha da pisləşəcəyi tədqdirdə sanksiyalar da hazır olacaq” - deyə Makron vurğulayıb.
Fransa lideri eyni zamanda Moskva ilə dialoq kanallarının açıq olmasının da vacibliyini qeyd edib.
Zamantv.az