[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynanın azadlığının AZƏRBAYCANA DƏXLİ... - Ekspert danışır
“Krım və Donbas Ukrayna üçün həyati məsələlərdir. Qənaətimə görə, Kiyev güzəştə getməyəcək. Sadəcə olaraq, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamaq üçün beynəlxalq zəmanət istəyir. Yəni burada Finlandiya və ya İsveç modeli həyata keçirilə bilər. Ukrayna modelini isə bunlardan fərqləndirən məqamlar var. Bu modelə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla, 11 qarant ölkə hərbi müdaxilə olacağı təqdirdə, dərhal Ukraynaya hərbi yardım etməlidir”. Dia.az politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilmiş görüş haqda təəssüratlarınız necədir? Həm Kiyev, həm Ankara, həm də Moskvadan görüşlə bağlı müsbəq siqnallar verildi.

- Əvvəllər də demişdik ki, bu müharibənin bitməsində vasitəçilik edən ölkələr arasında ən inandırıcısı Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğandır. Türkiyə yeganə dövlətdir ki, sözün həqiqi mənasında bu müharibənin qarşısını almaq istəyir. Həm Rusiya, həm də Ukrayna Türkiyəyə inanır. Fikir verin ki, Türkiyə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmadı. Hətta buna görə Türkiyəni ittiham edənlər də tapıldı. Əgər Türkiyə sanksiyalara qoşulsaydı, tərəflər arasında bu səviyyədə vasitəçilik edə bilməzdi, ona inanmayacaqdılar. Vasitəçilik etmək üçün tərəflər arasında bərabər məsafə saxlamaq lazımdır. Türkiyənin etdiyi də budur. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanımaqla, Krım və Donbasın işğalını qəbul etməməklə yanaşı, Rusiya ilə strateji tərəfdaşlıq münsibətlərini də qoruyur.

Hesab edirəm ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilmiş görüş dünyada müharibənin bitəcəyi ilə bağlı ümid yaradıb. Eyni zamanda, görüş yerinin Belarusdan Türkiyəyə dəyişdirilməsi Ukraynanın böyük uğurudur. Çünki perspektivdə sülh müqaviləsi imzalanarsa, Ukraynanın təhlükəsizliyi ilə bağlı qarant ölkələrdən biri məhz Türkiyə olacaq.

- Bəs Türkiyənin vasitəçi olduğu proses müharibənin başa çatması və sülh müqaviləsinin imzalanması ilə sonlana bilərmi?

- Bəzi məqamlar var ki, hələlik bunlara aydınlıq gətirilməyib. Məsələ budur ki, Rusiya lideri hələ də özünün hərbi-siyasi hədəflərinə çata bilməyib. Artıq Rusiya “ildırımsürətli müharibə” planından imtina edərək, B variantına üstünlük verir. Bu o deməkdir ki, Kiyev və digər böyük vilayətlərin işğal edilməsi ehtimalı sıfıra yaxın olduğu üçün Rusiya B planına keçir, bununla da “müharibənin birinci mərhələsi”nin bitdiyini elan edir. Əslində, Rusiya “birinci mərhələ”də hədəflərinə nail ola bilmədi. Yəni Xerson istisna olunmaqla, heç bir böyük şəhəri işğal etməyi bacarmadılar. Ayrıca, perspektivdə paytaxt Kiyevin işğal edilməsi ehtimalının sıfıra bərabər olduğunu nəzərə alaraq, eyni zamanda, daha çox itkilərdən qaçmaq və gələcəkdə “Pirr qələbəsi”ni rus cəmiyyətinə sırımaq üçün Rusiyanın “uğur hekayəsi”nə ehtiyacı var.

- Bəs bu “uğur hekayəsi”ni necə yarada bilərlər?

- Hesab edirəm ki, bu, Donbasda hansısa bir qələbədən ibarət ola bilər. Bilirsiniz ki, Rusiya bir aydan çoxdur davam edən müharibədə Donetsk və Luqanskdakı separatçı rejimlərin inzibati sərhədlərinə çata bilməyib. Ən əsası da, strateji şəhər Mariupolu işğal edə bilmirlər. Mariupolun işğalı Donbasın inzibati sərhədlərinə çatmaq anlamına gələcək. Bu, eyni zamanda, Krımla Ukraynanın işğal edilmiş şərq vilayətləri arasında quru əlaqəsinin yaradılması deməkdir.

Rusiya savaşdan əvvəl də bəyan etmişdi ki, bu, müharibə yox, xüsusi hərbi əməliyyatdır, əsas məqsəd Donbasın inzibati sərhədlərinə çatmaqdan ibarətdir. Çünki Donetsk və Luqansk separatçıları öz müstəqilliklərini elan ediblər, artıq Rusiyaya birləşmək üçün müraciət olunub. Buna görə də, Rusiya çalışacaq ki, bütün Donbas bölgəsini işğal etsin. Bununla da, həmin ərazilərin sonradan Rusiyaya birləşdirilməsinə zəmin hazırlamaq istəyirlər. Rusiya hələlik bu hədəfinə də çata bilmir.

Düşünürəm ki, müharibədəki itkiləri və beynəlxalq sanksiyalar Rusiyanı ciddi şəkildə sarsıtdığı üçün Moskvada bu savaşın perspektivdə ölkə üçün hansı nəticələri verəcəyini görmürlər. Amma İstanbulda keçirilən son görüş göstərdi ki, Rusiya nümayəndə heyəti bu müharibədə uduzduqlarını anlamağa başlayıb. Artıq bu müharibədə dönüş nöqtəsi yaratmaq Rusiya üçün mümkünsüzdür. Buna görə də Rusiyanın “Pirr qələbəsi”nə ehtiyacı var. Bu baxımdan, B planı – Donbasın inzibati sərhədlərinə çatmaq variantı baş tutarsa, düşünürəm ki, müharibənin bitməsinə zəmin yaranacaq.

- Bəs Ukrayna bu işğalla barışacaqmı?

- Zənn etmirəm. Krım və Donbas Ukrayna üçün həyati məsələlərdir. Qənaətimə görə, Kiyev güzəştə getməyəcək. Sadəcə olaraq, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamaq üçün beynəlxalq zəmanət istəyir. Yəni burada Finlandiya və ya İsveç modeli həyata keçirilə bilər. Ukrayna modelini isə bunlardan fərqləndirən məqamlar var. Bu modelə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla, 11 qarant ölkə hərbi müdaxilə olacağı təqdirdə, dərhal Ukraynaya hərbi yardım etməlidir.

Artıq Avropa da özünün gələcək təhlükəsizliyi ilə bağlı hərəkətə keçib. Bu hərəkətlilikdə də avanqard ölkə məhz Ukraynadır. Hesab edirəm ki, Ukrayna modeli həyata keçsə, bu həm də Avropanın yeni təhlükəsizlik sisteminin qurulması anlamına gələcək. Qənaətimə görə, müharibənin bitməsi və sülh müqaviləsinin imzalanması üçün çox ciddi zəmin var. Bu zəmini də Türkiyə yaradıb. Bu baxımdan, yaxın gələcəkdə Türkiyədə Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Volodimir Zelenski arasında görüşün keçirilməsi mümkündür. Çünki sülh müqaviləsinin mətni hər iki dövlət tərəfindən işlənib və hüquqi cəhətdən hazırlanıb. İndi bu sənədlərin razılaşdırılması və imzalanması üçün iki ölkənin liderinin iradəsinə ehtiyac var.

Hiss olunur ki, artıq müharibənin sonuna yaxınlaşırlar. Rusiya rəhbərliyi reallığı qəbul etsə, müharibəyə son qoymaq mümkün olacaq. Müharibənin sülhlə bitməsində qardaş Türkiyənin əvəzolunmaz rolu olacaq ki, bu da Ankaranın bölgədəki rolu və nüfuzunu daha da artıracaq. Bu, Azərbaycanın mövqeyini də gücləndirəcək.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri də diqqət çəkdi. Bu səfər çərçivəsində iki ölkə arasında hərbi saziş imzalandı, Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti müzakirə olundu. Necə düşünürsünüz: Rusiyanın Ukraynada atdığı addımlar türk dövlətlərini sıx inteqrasiya məsələsində bir daha düşündürəcəkmi və Ərdoğandan bu yöndə fəal addımlar gözləmək olarmı?

- Türkiyənin dərhal hərəkətə keçməsi, yaranmış boşluğu doldurmaqdan ibarətdir. Çünki Ukraynaya hərbi müdaxilə Rusiyanın “hərb maşını”nı darmadağın etdi, yəni rus ordusunun təqdim edildiyi qədər güclü olmadığını üzə çıxardı. Eyni zamanda, Ukraynaya təcavüzdən sonra heç kimin Rusiyanın “təhlükəsizlik çətiri” altında özünü təhlükəsizlikdə hiss etmədiyi məsələsini gündəmə gətirdi. Bu baxımdan, Türkiyə də digər türk ölkələri ilə hərbi-siyasi inteqrasiyanı gücləndirmək istəyir. Söhbət həm də iqtisadi inteqrasiyadan gedəcək.

Hər halda Orta Asiyanın türk ölkələri reallıqları anladılar, onlar başa düşdülər ki, Rusiyanın “təhlükəsizlik çətiri” altında təhlükədədirlər. Hesab edirəm ki, Rusiyanın atdığı addım onun orbitində mərkəzdənqaçmanı sürətləndirəcək. Bu da Türkiyəni hərəkətə gətirir, bunun da nəticələrini görəcəyik.

- Bəs Ukrayna prosesi fonunda Türkiyə-Azərbaycan münasibətlərini nə gözləyir, əlaqələrin daha da dərinləşdirilməsi yönündə nə kimi gəlişmələr ola bilər?

- Bu prosesdən güclü çıxan tərəf Türkiyədir. Növbəti dəfə Türkiyənin geosiyasətinin nə qədər doğru olduğu bir daha bütün dünyaya bəyan oldu. Halbuki bura qədər NATO üzvü olan Avropa Birliyi dövlətləri və digər regional ölkələr Türkiyənin addımlarını tənqid edirdilər. Amma Türkiyə göstərdi ki, tərəflər arasında məsafə saxlamaqla müharibənin başa çatmasına nə boyda zəmin yaratdı. Bu, Türkiyənin region və dünyada mövqelərinin güclənməsi deməkdir.

Düşünürəm ki, Türkiyənin Ukrayna-Rusiya prosesindən daha da güclənərək çıxması Qarabağla qalan məsələlərin Azərbaycanın lehinə həll olunmasına da ideal zəmin yaradacaq. Baş verənlər iki qardaş ölkənin bir-birinə daha da yaxınlaşmasına şərait yaratmaqla bərabər, qlobal miqyasda Türkiyə və Azərbaycanın nə qədər strateji əhəmiyyətə malik olduğunu göstərdi. Bu da qlobal gücləri Türkiyə və Azərbaycanla daha yaxından işləməyə sövq edir. Baş verənlər bundan sonra Türkiyənin siyasətinin NATO və digər qlobal səviyyələrdə dəstəklənməsi zərurətini yaradıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ləğv edilmiş MTN-nin sabiq rəisi, general-mayorun cinayət işi ilə bağlı AÇIQLAMA
Bakı Apellyasiya Məhkəməsi ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Zamantv.az xəbər verir ki, məlumatda bildirilib ki, kassasiya qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş cinayət işi indiyədək Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmayıb.

Qeyd olunub ki, həmin işlə bağlı Bakı Apellyasiya Məhkəməsindən kütləvi informasiya vasitələrinə hər hansı məlumat verilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Ali Məhkəmə Akif Çovdarovun müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı kassasiya qərarını elan edib. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunaraq iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Almaniya Kansleri Rusiyanı imperializmdə günahlandırdı
Almaniya Kansleri Olaf Şolts Rusiyanı Ukraynanı ələ keçirməyə çalışmaqda ittiham edib.

Partiya iclasında çıxışı zamanı o, müharibənin başlanmasına əsas səbəb olaraq Kremlin “imperialist baxış”larını göstərib.

“Rusiya “ifrat imperialist baxış”ları rəhbər tutaraq Ukraynaya hücum edib. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi bu ölkənin ərazilərini tutmağa yönəlib”, - deyə O.Şolts bildirib.

Mənbə: Deutsche Welle
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mariupolda bombalanan, 300 insanın öldüyü dram teatrına səmadan baxış
Sosial şəbəkələrdə Rusiya qırıcıları tərəfindən hava hücumuna məruz qalan və 300-ə yaxın insanın həlak olduğu Mariupol Dram Teatrının səmadan görüntüsü paylaşılıb. Kadrlar drondan çəkilib.

Videoda bir zamanlar insanların sığınacağı kimi istifadə olunan binanın yanında iri hərflərlə “Uşaqlar” yazıldığı da görünür.
Xatırladaq ki, faciəvi hadisə martın 16-da baş vermişdi. Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bombardman zamanı binanın zirzəmisində 1300-dən çox adamın qaldığını bildirmişdi.

Drondan çəkilmiş kadrlarda həmçinin Rusiya ordusunun əməliyyatları nəticəsində acınacaqlı vəziyyətə düşmüş Ukraynanın liman şəhərinin başqa binaları da əks olunub.

Mövzu ilə əlaqədar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Podolyak Abramoviçin sülh danışıqlarındakı roluna aydınlıq gətirdi
Rusiyalı milyarder Roman Abramoviç RF ilə Ukrayna arasında aparılan danışıqlarda vasitəçi və moderator kimi iştirak edir.

Bunu Ukrayna nümayəndə heyətinin üzvü, Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak brifinqdə deyib.

Podolyakın sözlərinə görə, Londonda yaşayan rusiyalı milyarder “nümayəndə heyətləri arasında son dərəcə effektiv vasitəçidir”.

Qeyd edək ki, martın 23-də məlum olub ki, Ukrayna prezidenti Volodimir Zelenski Co Baydendən Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib və bildirib ki, milyarder Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər.

Mənbə: UNIAN
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MİDA bugünkü mənzil satışı ilə bağlı statistika AÇIQLAYIB
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün həyata keçirdiyi mənzil satışı ilə bağlı statistika açıqlayıb.

Agentlikdən verilən məlumatına görə, qurum bəyan edib ki, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzil ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satılıb.

Satışı prosesinə saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

Xatırladaq ki, bugünkü satış sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İstifadəçilər prosesin cəmi bir neçə saniyəyə başa çatdığını bildiriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kartof və soğanın qiyməti KƏSKİN ARTDI
Son günlər ölkədə kartof və soğanın qiymətində kəskin artım müşahidə edilir.
zamantv.az xəbər verir ki, bu barədə Baku TV məlumat verib.

Bildirilib ki, bir müddət əvvələ kimi kiloqramı 50-55 qəpik olan soğan hazırda marketlərdə 1 manatdan baha satılır, həmçinin kartof qiymətlərində də artım müşahidə edilir.

Daha ətraflı sujetdə:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mətbuatdan qaçan deputatlar... - ADLAR
Azərbaycanda hakimiyyətin qanunverici qolunu təmsil edən Milli Məclis əsas problemlərin qabardıldığı, onların həlli yolları ilə bağlı təkliflərin səsləndirildiyi, eyni zamanda müvafiq qanunların qəbul olunması kimi vacib funksiyaların daşıyıcısıdır.

Buna paralel olaraq, müasir dövlət idarəetməsində kütləvi informasiya vasitələri hakimiyyətin dördüncü qolu kimi qəbul olunur. Belə ki, KİV bir sıra problemlərin qabardılması və hakimiyyətin digər qollarının işinin şəffaflığının təmin olunması funksiyasını yerinə yetirir.

Daha çox narahatlıq doğuran məqamların qabardılması ilə məşğul olan KİV-in bu problemlərin çözüm yollarını göstərmək, eyni zamanda qanunverici hakimiyyətdə səsləndirilməsini təmin etmək məqsədilə millət vəkilləri ilə mütəmadi kontaktda olması vacib hesab olunur.

Ölkəmizdə də dövri mətbuatda deputatların müxtəlif mövzularda görüşləri, yaxud problemlərin həlli yolları ilə bağlı təkliflərinə tez-tez rast gəlirik.

Bu həm də millət vəkillərinin bir sıra problemlərə tanış olub, onun həlli yolları ilə bağlı təkiflər irəli sürməsini mümkün etməklə məsələnin digər hakimiyyət orqanlarına da yüksək səviyyədə çatdırılmasına imkan verir.

Eyni zamanda vətəndaşlar tərəfindən millət vəkillərinin hadisələrlə bağlı mövqeyini öyrənmək də əksər hallarda zəruri olur. Bu həm deputatalarla seçiciləri arasında körpünün daha sağlam dirəklər üzərində dayanmasını təmin edir, həm də ictimai rəyin formalaşmasında mühüm rol oynayır.

Lakin praktikada da şahid olduğumuz kimi, bir sıra deputatlar mütəmadi olaraq mətbuatda çıxışlarla yadda qalsalar da, bir çoxlarının adı hətta jurnalistlərə belə tanış olmur. Zamantv.az xəbər verir ki, Bizim.Media-nın araşdırmasına görə millət vəkilləri içərisində mətbuata daha açıq olmaları ilə seçilənlərin sayı o qədər də çox deyil. Aqil Abbas, Vüqar Bayramov, Vahid Əhmədov, Asim Mollazadə, Fazil Mustafa, Hikmət Babaoğlu, Razi Nurullayev, Elman Nəsirov mətbuatda adlarına ən çox rast gəlinən deputatlar hesab olunurlar.

Adları çəkilən millət vəkilləri üzvü olduqları komitələrin işinə uyğun olan mövzularda jurnalistlərin suallarını mütəmadi olaraq cavablandırırlar.

Fəzail Ağamalı, Sahib Alıyev, Nigar Arpadarai, Azər Badamov, Nizami Cəfərov, Etibar Əliyev, Tural Gəncəliyev, Hicran Hüseynova, İsa Həbibbəyli, Aydın Hüseynov, Naqif Həmzəyev, Məlahət İbrahimqızı, Anar İsgəndərov, Vüqar İsgəndərov, Tahir Kərimli, Musa Quliyev, Rüfət Quliyev, Elşad Mirbəşiroğlu, Rəşad Mahmudov, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Arzu Nağıyev, Əli Məsimli, Aqiyə Naxçıvanlı, Könül Nurullayeva, Zahid Oruc, Cavid Osmanov, Tahir Rzayev kimi deputatlar da əksər hallarda jurnalistlərin suallarını cavablandırırlar.

Tahir Mirkişili, Sona Əliyeva, Erkin Qədirli, Qənirə Paşayeva, Musa Qasımlı, Rasim Musabəyov, Soltan Məmmədov, Siyavuş Novruzov,Fatma Yıldırım müsahibədən yayınmağa daha çox üstünlük verirlər.

Digər deputatların isə mətbuata açıqlamalar verməsinə nadir hallarda rast gəlinir. Belə ki, onların əksəriyyəti kameralardan və telefon zənglərindən yayınmağı seçiblər. Buna görə də, jurnalistlər də onların əksəriyyətinə nadir hallarda müraciət edirlər.

Deputatların mətbuatdan uzaq qalması isə müəyyən problemlərin həllini müşkülə çevirir. Çünki hər hansı bir sferada mövcud olan problemi müvafiq komitəyə üzv olan millət vəkilinin diqqətinə çatdırmaq mümkün olmadıqda, onun qanunverici orqanda səsləndirilməsi və problemin həllinə nail olmaq da bir o qədər çətinləşir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
  Rusiyadan ziddiyyətli bəyanat, Ermənistanda çaşqınlıq: - Fərrux dağının zirvəsinə doğru
Azərbaycan Ordusu Xocalı rayonunun Fərrux kəndini və Fərrux dağı ətrafındakı yüksəklikləri qanunsuz erməni silahlılarından təmizləyib və Qarabağda mühüm strateji yüksəkliyə nəzarəti ələ keçirib. Uğurlu əməliyyatdan sonra hərbçilərimiz bölgədə dislokasiya işləri apararaq mövqeləri möhkəmləndiriblər. Azərbaycan bayrağının Fərrux kəndində ucaldılmasını özündə əks etdirən görüntülər məlumatın səhih olduğunu deməyə əsas verir. Azərbaycan Müdafiə Nazirliyi də açıqlamasında hərbçilərimizin ərazidə dislokasiya işləri həyata keçirdiyini təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasına daxil olan ərazilərdən Azərbaycan hərbçilərinin geri çəkildiyini iddia edən açıqlama yaysa da, Azərbaycan Müdafiə Nazirliyi bunu təkzib edib. Elə Ermənistan Müdafiə Nazirliyi də açıqlamasında Azərbaycan Ordusunun Fərrux kəndini götürdüyünü, Fərrux dağındakı strateji yüksəkliyə tam nəzarət etdiyini, hərbçilərimizin geri çəkilmədiyini bildirib. Daha sonra Rusiya Müdafiə Nazirliyinin saytından da həmin material silinib.

Hərbi ekspertlər Fərrux kəndinin azaed edilməsini, dağ ətrafındakı bir neçə yüksəkliyə nəzarətin ordumuzun əlinə keçməsinin əhəmiyyətinin böyük olduğunu bildirirlər. Zamantv.az-ın məlumatına görə, Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağı ətrafındakı yüksəkliklər uğrunda döyüşlərin iştirakçısı olmuş, Qarabağ qazisi Rey Kərimoğlu AYNA-ya açıqlamasında deyib ki, sözügedən ərazinin Azərbaycan üçün əhəmiyyəti və strateji avantajı çox böyükdür: "Baxıram, çox adam danışır, amma əksəriyyəti bölgəni bilmir. Fərrux dağı sadəcə bir dağ, Fərrux kəndi də bir kənd deyil. Orada iki Fərrux kəndi var - Bala Fərrux və Fərrux. Fərrux dağı isə silsilədir, orada bir neçə strateji əhəmiyyətə malik yüksəklik mövcuddur. Məsələn, Daşbaşı, Sağsağan qaya, Yəhər dağı var. Böyük silsilə yüksəkliklərdir ki, Ağdamın üzərindən başlayır, Vəngin körpüsünədək gedir".

"1992-ci ildə, Birinci Qarabağ müharibəsində həmin ərazilərdə döyüşlərdə olmuşam. Fərrux dağı silsiləsindən baxanda Ağdam sanki ovuc içərisində qalır. Hətta Tərtər və Bərdə rayonları da görünürdü. Eyni zamanda, Ağdamın 10-dan artıq kəndi Fərrux dağı yüksəkliklərindəki düşmən tərəfindən daim atəş altında qalırdı. Fərrux dağ silsiləsinə nəzarət Ağdamın, Ağdamın dediyim 10 kəndinin, hətta Bərdə və Tərtərin təhlükəsizliyini təmin etməyə imkan verir", - deyə qazi bildirib.

Qeyd edib ki, Fərrux dağ silsiləsindəki yüksəkliklər Xankəndi, Xocalı, Əsgəran və Ağdərəyə də nəzarət etmək imkanı tanıyır: "Mən bildiyim qədərilə, Daşbaşı yüksəkliyi azad edilib. Bu və oradakı digər yüksəkliklər azad edilibsə, demək ki, Ağdərə-Xankəndi yolu da Azərbaycanın nəzarətinə keçib. Ağdərədən Xankəndiyə bir neçə yol var ki, onların əksəriyyəti İkinci Qarabağ müharibəsindəki qələbə ilə bizim nəzarətimiz altına keçdi. Əsas bir yol var ki, ermənilər o yolu "86" adlandırırlar. Fərrux dağı silsiləsindəki yüksəkliklər Azərbaycan Ordusunun nəzarətindədirsə, demək ki, həmin "86" deyilən yol bizim nəzarətimizdədir. Bu, Xankəndi ilə Ağdərənin əlaqəsinin kəsilməsi deməkdir ki, erməni terrorçu yaraqlılarına, onların təminatına ciddi zərbədir. Bu, çox ciddi məsələdir. Hərbi-strateji baxımdan bura Şuşa qədər əhəmiyyətlidir".

Müsahibimiz Ağdərəyə nəzarəti ələ almağı böyük məsələ hesab edir: “Keçmiş Dağlıq Qarabağda ən böyük ərazi Ağdərə rayonunun ərazisinə düşürdü. Qeyd edim ki, bu gün ermənilərin qüvvələri ən çox Ağdərədə cəmləşib. Təsəvvür edin ki, həmin yola nəzarətlə Ağdərədəki separatçı silahlı ünsürlərin Xankəndi ilə əlaqələrini kəsmiş oluruq. Hərbi əməliyyat olarsa, bu yola nəzarət böyük üstünlük deməkdi”.

"Fərrux dağ silsiləsindəki yüksəkliklərə nəzarətin digər əhəmiyyəti isə kəşfiyyat qüvvələrinin işlərini bir qədər yüngülləşdirməsidir. Biri var ki, kəşfiyyatçılar gedələr, orada nə baş verdiyini öyrənələr. Yaxud da sputnikdən əraziyə baxasan, durbinlə baxasan. Bir də var ki, yol gözünün önündədir, nə apardıqlarını, nə etdiklərini aydın şəkildə görürsən. Daha bir üstünlük də budur", - deyə Kərimoğlu vurğulayıb.

Hərbi ekspert Ədalət Verdiyev də AYNA-ya söyləyib ki, Fərrux yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilk növbədə Qarabağda qalmış qanunsuz erməni silahlılarına ciddi zərbədir: “Bundan sonra Qarabağda separatçıların istənilən hərbi təxribatının qarşısı daha uğurla alınacaq. Fərrux kəndinin Azərbaycan Ordusunun nəzarətində olmasının bizim üçün mühüm hərbi-strateji əhəmiyyəti var. Bu üstünlüyümüz birbaşa olaraq erməni silahlı tör-töküntülərinin Qarabağ ərazisindəki, o cümlədən Ağdərə və Xankəndi istiqamətindəki fəaliyyətlərinə həm vizual, həm də atəş nəzarətini həyata keçirməyə imkan verir. Digər tərəfdən, Fərrux kəndi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Xocalı rayonunun ərazisinə daxildir. Bunu Azərbaycanın Qarabağa nəzarəti tam şəkildə həyata keçirmək üçün zəruri olan fəaliyyətlərinin bir hissəsi kimi də qiymətləndirməliyik".

"Azərbaycan Ordusu dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Daşbaşı yüksəkliyini bir nəfər yaralı belə, vermədən azad etdi. Mənim ərazidə olan heyətlə müəyyən əlaqələrim var. Ordumuzun mənəvi-psixoloji durumu, ruh səviyyəsi kifayət qədər yüksəkdir. Hazırda ölkəmizə qarşı heç bir təhdid müşahidə olunmur. Dolayısı ilə desək, artıq erməni silahlıları acı taleləri ilə barışıblar", - deyə ekspert diqqətə çatdırıb.

Bununla belə, Verdiyevin sözlərinə görə, növbəti təxribatların Xocavənd istiqamətində ola biləcəyinə dair müəyyən siqnallar var: "Əgər bunlar baş verərsə, Azərbaycan Ordusu növbəti yerdəyişmə proseslərini Xocavəndin Taqaverd kəndi istiqamətində həyata keçirə bilər".

Hərbi jurnalist Səxavət Məmməd isə qeyd edib ki, Fərrux dağındakı yüksəkliklərdə Azərbaycan Ordusunun mövqe tutması o anlama gəlir ki, Fərrux kəndindən Azərbaycan Ordusu çıxa bilməz: "Hətta çıxsa belə, o kənddə hansısa silahlının qalması mümkün deyil. Təbii ki, intihara meyillilər xaric. Başqa bir məsələ isə məsələ ilə bağlı pafoslu açıqlamalardır ki, bunlar düzgün deyil”.

“Məsələn, bəzi şəxslər Fərrux dağına nəzarətdən sonra Xocalı rayonunun və Xankəndinin nəzarətə götürüldüyünü əminliklə səsləndirirlər. Bu şəxslər xəritəyə baxsalar, öz səhvlərini görmüş olarlar. Siyasətdə pafos, populizm keçərlidir, amma hərb sahəsində bu, sadəcə olaraq gülüş obyektinə çevrilmək deməkdir. Fərrux dağındakı yüksəkliklərdə mövqe tutmaq adı gedən rayonlara vizual müşahidəyə belə, tam imkan yaratmır. Çünki qarşıda o yüksəkliklərdən hündür yüksəkliklər mövcuddur”, - deyə jurnalist bildirib.

Məmmədin dediyinə görə, Xankəndiyə nəzarət və müşahidə üçün ən gözəl yer məhz Şuşadır: “Şuşadan da vizual müşahidə aparılır. Düşünürəm ki, Fərrux dağının nəzarətə götürülməsi, əslində bir başlanğıcdır. Xüsusi bir maneə törədilmədikcə, Rusiya sülhməramlılarının yerləşmədiyi mövqelərdə Azərbaycan Ordusu yerləşməyə davam edəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yük avtomobilini yandırdılar - İş adamları arasında qarşıdurma (VİDEO)
Bakıda qisas məqsədi ilə yük avtomobili yandırılıb. Zamantv.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə martın 19-u Binəqədi rayonu Əhməd Rəcəbli küçəsində yerləşən "Şır-Şır” restoranının yaxınlığında baş verib.
Kameralara əks olunan görüntülərdən məlum olur ki, bir neçə nəfər gecə saatlarında avtomobilə yaxınlaşaraq, əvvəlcə təkərləri partladır, daha sonra isə maşına od vururlar.
Məlumata görə hadisə iki şərik iş adamı arasında baş verən mübahisədən sonra törədilib. Avtomobil şəriklərdən biri - Samir adlı şəxsin “sifarişi” ilə yandırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib. Onun sözlərinə görə, baş verən hadisə ilə bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb və onlar barəsində cinayət işi qaldırılıb.
Hadisə barədə ətraflı məlumat verəcəyik.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO