Ukrayna və Rusiya arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqların növbəti mərhələsi martın 28-30-da Türkiyədə keçiriləcək.
Zamantv.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə “Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri, danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya “Facebook”da məlumat verib.
"Bu gün video danışıqların növbəti raundunda iki nümayəndə heyəti ilə növbəti canlı raundun martın 28-30-da Türkiyədə keçirilməsi qərara alınıb. Təfərrüatlar daha sonra olacaq", - Araxamiya yazıb.
Zamantv.az