[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ronaldo “Mançester Yunayted”dən getməyəcək
Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin futbolçusu “Mançester Yunayted”də qalacaq.

37 yaşlı hücumçu yay fasiləsində klubunu dəyişməməyə üstünlük verib. O, belə addımı yığma naminə atıb.
Ronaldo Qətərdəki DÇ-2022-yə hazır olmaq baxımından İngiltərədə qalmasını daha əlverişli sayır. Bu üzdən müqaviləsi 2023-cü ildə başa çatacaq forvard Mançesterdə qalmaq qərarına gəlib.

Qeyd edək ki, Portuqaliya millisi hələlik DÇ-2022-yə vəsiqə qazanmayıb. Bunun üçün pireneylilər Şimali Makedoniya ilə bugünkü qarşılaşmada qalib gəlməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Lotu Quli”nin adamını öldürən kriminal avtoritet Bakıda tutuldu - FOTO
Rusiyada 2017-ci ildə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənov tutularaq istintaqa təhvil verilib.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, Rövşən Lənkəranskinin yaxın adamı hesab edilən Camal Həsənov uzun müddət axtarışda olub.

O, 2021-ci ilin oktyabrında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Camal Həsənova Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Baş Prokurorluğun İstintaq İdarəsində onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, “Yeraz Camal” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, "qanuni oğru" Hacı Beyləqanski ilə birlikdə 2017-ci ildə İstanbulda “Lotu Quli”yə qarşı sui-qəsd etməkdə şübhəli bilinərək tutulub. Bir müddət sonra məhkəmə onları sərbəst buraxıb.

Rusiya mətbuatında gedən məlumatlara görə, “Lotu Quli”nin öldürülən adamı Cabir Həsənov Rövşən Lənkəranskinin qətlində iştirak edib. Bu səbəbdən də “Yeraz Camal” qisas məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək Cabir Həsənovu güllələyərək qətlə yetirib.

Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib.

O, bunun müqabilində 50 min rubl alıb.

Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

“Lotu Quli”nin adamını öldürən kriminal avtoritet Bakıda tutuldu - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya-Ukrayna görüşü əl sıxmadan BAŞLADI - FOTO
Ukrayna və Rusiya arasında İstanbul danışıqları başlayıb.

Zamantv.az-ın xarici KİV-ə istinadən məlumatına görə, danışıqlar Dolmabaxça sarayında keçirilir.

Rusiya nümayəndə heyətinə Vladimir Medinski, Ukrayna tərəfdən isə David Araxamiya başçılıq edir. Onu da qeyd edək ki, nümayəndə heyətinin rəhbərləri görüşərkən əl sıxmayıblar.
Rusiya-Ukrayna görüşü əl sıxmadan BAŞLADI - FOTO
Rusiya-Ukrayna görüşü
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyanın bu aviaşirkəti Bakıya uçuşları təxirə saldı - SƏBƏB
Rusiyanın ən böyük aviaşirkətlərindən biri olan “Ural Hava Yolları” Azərbaycana uçuşları aprelin 30-na kimi təxirə salıb.

Zamantv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əslində uçuşlar martın sonuna qədər bərpa olunmalı idi. Amma bu qərar xüsusi risklə əlaqələndirilir.

Bildirilir ki, təyyarələrin çoxu liznqdədir. Onların əksəriyyəti İrlandiyada və Baham adalarında qeydiyyatdadır. Azərbaycana gələcəyi təqdirdə bu təyyarələri həbs təhlükəsi gözləyir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nemtsovun qətli ilə bağlı ŞOK AÇIQLAMA – FTX-nın killerləri bir il izləyiblər
Federal Təhlükəsizlik Xidməti ilə əlaqəsi olan şəxslər siyasətçinin öldürülməsindən bir il əvvəl Rusiya müxalifətinin lideri Boris Nemtsovun ölkə daxilində hərəkətlərini izləyiblər.

Zamantv.az-ın məlumatına görə, bu barədə “Bellingcat”, “The Insider” və BBC-nin birgə apardığı yeni araşdırmada deyilir.

Jurnalistlərin bildirdiyinə görə, Valeri Suxarevin adına pasportu olan şəxs Boris Nemtsovu ən azı 13 dəfə Rusiyada səfərdə təqib edib, bu sonuncu dəfə siyasətçinin öldürülməsindən cəmi 10 gün əvvəl baş verib.
Eyni şəxs müxalifətçilər Aleksey Navalnı, Vladimir Kara-Murza və Dmitri Bıkovun zəhərlənməsi ilə bağlı əvvəlki araşdırmalarda da iştirak edib. Güclü sübutlar Suxarevin Federal Təhlükəsizlik Xidmətinin zabiti olduğunu göstərir.

Araşdırma zamanı məlum olub ki, Nemtsovun ən azı bir izlənməsində Suxarevə FTX-nın əməliyyatçısı olduğu iddia edilən başqa bir şəxs - Aleksey Krivoşçekov da qoşulub.

Onlar Nemtsovun Rusiya prezidenti Vladimir Putinin ətrafına qarşı sanksiyaların genişləndirilməsi lehinə çıxışından dərhal sonra onu izləməyə başlayıblar.

2014-cü il yanvarın sonunda Nemtsov ABŞ-ın respublikaçı senatorları Con Makkeyn və Ron Consonla görüşüb və “qara” siyahıya salınması üçün onlara 13 şəxsin adını çəkib.

Bundan əvvəl xəbər verildiyi kimi, Çeçenistanın lideri Ramzan Kadırovun alayının batalyonlarından birinə rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlində əli olduğu bilinən Ruslan Geremeyev rəhbərlik edir.

Boris Nemtsov, 2015-ci il fevralın 27-də ukraynalı sevgilisi Anna Duritskaya ilə birlikdə olarkən Moskva şəhərindəki Kremlin körpüsünün yaxınlığında arxadan açılan atəş nəticəsində qətlə yetirilib.

Rusiyanın müxalifət siyasətçiləri Aleksey Navalnı, Dmitri Bıkov və Vladimir Kara-Murzanın zəhərlənməsi ilə də bağlı yeni təfərrüatlar ortaya çıxıb.

“Bellingcat”ın araşdırmasına görə, Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsovu qətlindən əvvəl bir il izləyən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının həmin 3 şəxsin zəhərlənməsində iştirak ediblər.

Araşdırmaçılar bilet sifarişi bazasının məlumatlarını tədqiq ediblər. Məlum olub ki, ən azı üç FTX zabiti Valeri Suxarev, Dmitri Suxinin və Aleksey Krivoşçekov. Nemtsovu izləyiblər.

Daha sonra Suxarev Kara-Murzanı, Bıkovu və Navalnıyı zəhərləyən FTX qrupunda “yandırılıb”. Krivoşçekov isə ən azı Navalnının zəhərlənməsində iştirak edib.

FTX əməkdaşları 2014-cü ilin mayından 2015-ci ilin fevralına kimi Yaroslavl, Nijni Novqorod və Novosibirskdə Nemtsovu gizli şəkildə izləyiblər.

Sonuncu dəfə xüsusi xidmətin əməkdaşları Nemtsovu 2015-ci il fevralın 16-17-də izləyiblər. Fevralın 21-də Nemtsov Yaroslavla müşayiətsiz gedib, 27-də isə Moskvada güllələnib.

Fevralın 25-də Nemtsovun öldürülməsindən əvvəl FTX jurnalist Vladimir Kara-Murzanı izləməyə başlayıb. “The Insider” və “Bellingcat”in araşdırmaçılarının bildirdiyinə görə, qrup daha sonra jurnalisti iki dəfə əsəb pozucusu (görünür, Noviçok) ilə zəhərləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Tərtər işi”: 18 nəfər vətənə xəyanət, 16 nəfər işgəncəyə görə həbs edilib - “Həmin hakimlər də məsuliyyətə cəlb olunmalıdır”
“Tərtər hadisələri” ilə bağlı yenilənmiş istintaq davam edir. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və s. vəzifə cinayətləri edən 16 nəfər həbs edilib.

Yenilənən istintaqla həbs olunanlara qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Məlum olduğu kimi, ötən ilin dekabrında “Tərtər işi”nin araşdırılması ilə bağlı yeni istintaq qrupu yaradılıb. İşgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib.

Baş Prokurorluğun yaydığı son məlumatda bildirilir ki, 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilərək məhkəmələrə apelyasiya protestləri verilib. 18 nəfər isə vətənə xəyanət ittihamı ilə həbsə alınıb. 16 nəfərin barəsində yekun məhkəmə qərarlarının ləğvi həmin qərarlara imza atmış hakimlərin məsuliyyət məsələsini də gündəmə gətirib. Yəni üzə çıxıb ki, qondarma ittiham aktları tərtib olunandan sonra məhkəmələr həmin ittiham aktları üzrə mahiyyəti üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparmayıb, həqiqəti üzə çıxarmayıb, yalnız sifarişi təsdiqləyiblər. Sosial şəbəkələrdə işgəncələrə məruz qalanlar Hərbi Prokurorluğun yüksək vəzifəlilərinin birbaşa prosesdə iştirakından danışırlar. Dia.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, “Tərtər işi” ilə bağlı cəmiyyətdə olan müzakirələr, edilən müraciətlər əvvəl-axır bir reaksiya tələb edirdi. Nəticə etibarı ilə “Tərtər işi” yenidən istintaqa qaytarıldı və yeni istintaq qrupu yaradıldı: “Burada vətənə xəyanət faktlarını araşdırarkən yol verilmiş qanunsuz hərəkətlərə baxılmağa başlanıb. Bu zaman məlum olub ki, əslində xeyli zərərçəkən olub. 281 nəfər zərərçəkənin olduğu artıq rəsmi açıqlamada qeyd edilir. Proses davam edir. Hiss olunur ki, ”Tərtər işi" dayanmayacaq, gedəcək. Hazırda generallar yox, onlardan aşağı rütbəli olan zabitlər tutulub. O şəxslər ki, onlar haqqında məhkəmə qərarları olub, bəzilərinə şərti cəza verilibmiş, bəziləri haqda az keçdikdən sonra bəraət qərarı çıxarılıbmış. İndi həmin şəxslərin bəziləri yenidən istintaqa cəlb ediliblər və barələrində cinayət işi başlanıb. Onların cinayət işi indi sübuta yetirilsə, deməli, belə məlum olacaq ki, onlara bəraət hökmü çıxarmış hakimlər qanunsuzluq ediblər. Deməli, həmin hakimlər də məsuliyyətə cəlb olunmalıdır".

Hüquqşünas deyir ki, bu gün əmri vermiş şəxsləri deyil, əmri icra edənləri tutublar: “Bu cinayətlərin təşkilatçıları, əmri verənlər hələlik ortada yoxdur. Əslində isə əmri verənlər, təşkilatçılar da məsuliyyətə cəlb olunmalıdır. Çünki heç cür mümkün deyil ki, bu qədər genişmiqyaslı qanunsuzluqlar üçün həmin icraçılar özləri qərarlar verərlər. Bu adamların əməlləri, şübhəsiz, qanunsuzdur, bunlar öz yerində. Amma məsələ burasındadır ki, təşkilatçılar, icraçılara əmri verənlər kimlər olub? İstintaq bu istiqamətə yönəldilməlidir və təşkilatçılar, əmr verənlər məsuliyyətə cəlb olunmalıdır. İstintaq qrupunun yarandığı hələ iki aydır. Qanunla bundan sonra 1 il 4 ay bu istintaq dava edə və əlavə şəxslər də cinayət məsuliyyətinə cəlb oluna bilər. Azərbaycan cəmiyyəti gözləyir ki, istintaq bu işin təkcə icraçılarını deyil, həmçinin təşkilatçılarını, göstəriş verənlərini də müəyyənləşdirib məsuliyyətə cəlb etsin. Hər kəs bilir ki, bu işdə Müdafiə Nazirliyinin daha yüksək rütbəli şəxsləri iştirak ediblər. Mümkün deyil ki, aşağı ranqlı zabitlər, hərbçilər birbaşa özləri qərar verib, özləri icraçı olublar. Eyni zamanda istintaqı aparanların da məsuliyyət məsələsi var. Çünki bu hadisələrin istintaqını aparanlar kənarda qalıblar. Həbs olunan aşağı ranqlı zabitlər, şəxslər əvvəl-axır danışacaqlar ki, göstərişi yuxarıda filankəslər verib”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, “Tərtər işi”nin istintaqı ədalətli aparılmalıdır: “Xalq görməlidir ki, bu ölkədə qanunları pozan, özünü qanunlardan üstün tutan, əsgərlərimizə, zabitlərimizə düşməncəsinə davranan şəxslər kimliyindən asılı olmayaraq qanuni cəzalarını aldılar. Bu, çox vacib məsələdir. Ortada yüzlərlə insanın hüququnun dəhşətli dərəcədə pozulduğu barədə məlumatlar var. Xalq əmin olmalıdır ki, ”Tərtər işi"nin istintaqı ədalətli aparılır və törətdiyi cinayətin məsuliyyətindən kənarda qalanlar olmadı. Bu məsələ dövlətimiz üçün milli maraq məsələsinə çevrilib. Bu işdə əli olan, cinayətə yol verən bütün şəxslərin qanunun tələb etdiyi şəkildə cəzalandırılmasını milli və dövlət maraqlarımız tələb edir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kadırovçular”ın ardınca “Vaqnerçilər” də şərq cəbhəsinə yeridildi - GƏLİŞMƏ
Rusiyanın Ukraynaya hərbi təcavüzünün 34-cü gününə olan vəziyyətə cəbhənin müxtəlif istiqamətlərində Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir, bir sıra yaşayış məntəqələrini işğaldan azad edir. Lakin ən ağır döyüşlər şərq cəbhəsində-Donbassda getməkdədir və belə görünür ki, Rusiya əsas qüvvələri bu istiqamətə səfərbər edərək Ukraynanın cənub-şərq ərazilərini işğal etməyə hazırlaşır. Zamantv.az virtualaz.org-a istinadla xəbər verir ki, ötən gün martın 28-də gedən döyüşlərdə Rusiya ordusunun canlı qüvvə və texnika sarıdan ciddi itkilər verdiyi açıqlanıb. Krivoy Roq vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib ki, Ukrayna qüvvələri düşməni vilayətin hüdudlarından 40-60 kilometr geri atıb. Və təmas xəttini Xerson vilayətinin inzibati ərazisinə keçirib. Onun sözlərinə görə, döyüşlər zamanı ukraynalı döyüşçülər düşmənin bir neçə hərbi texnikasını qənimət götürüblər.

Donetsk və Luqansk vilayətlərində döyüşən Ukrayna Birləşmiş qüvvələri isə gün ərzində Rusiya ordusunun bir neçə hücum cəhdinin qarşısını alıblar. Döyüşlər zamanı rusların 12 tankı, 10 piyada döyüş maşını və üç vahid avtomobil texnikası məhv edilib. Canlı qüvvə sarıdan da çoxsaylı itkilər olub.

Çerniqov vilayətində Rusiya işğalçı qüvvələri azı 22 nəfər itiriblər. Ukrayna ordusunun “Şimal” əməliyyat komandanlığı bildirir ki, döyüşlər zamanı 2 “Tiqr” zirehli avtomobili, “Ural” yük maşını və T-72 tankı məhv edilib. Düşmənin 8 vahid texnikası zədələnib və içərisi ərzaq payı ilə dolu “Ural” qənimət götürülüb.

“Şərq” əməliyyat komandanlığı isə bildirir ki, martın 28-də Ukrayna ordusunun zərbəsi nəticəsində Rusiyanın 58-ci ümumqoşun ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı polkunun komandiri, polkovnik Loxov və polkun qərargah rəisi məhv edilib. Məhv edilən zabitlərin şevronlarının fotoları da komandanlığın Facebook səhifəsində yerləşdirilib.

“Bu gün gedən döyüşlər zamanı ukraynalı döyüşçülər rusiyalı hərbi canilərin növbəti partiyasının şeytanla görüşünü təşkil etdilər”,-komandanlıq bildirir.

Belə görünür ki, Kiyev istiqamətində irəliləməyin çətin olduğunu görən Rusiya ordusu indi əsas səylərini Ukraynanın cənub-şərqinə yönəldir. Bu istiqamətdə verdiyi ağır itkilərdən sonra ruslar yeni qüvvələr cəmləşdirməyə çalışır, döyüşlərdə ağır itkilər verən birləşmələrin qalıqları yenidən komplektləşdirilmək üçün Rusiya ərazisinə qaytarılır. Eyni zamanda “Kadırovçular”ın ardınca Vagner muzdlularının da Donbassa cəmləşdirildiyi məlum olub. Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiya Ukraynanın şərqinə 1000-dən çox “vagnerçi” yeridib. “Ağır itkilərə və hücum əməliyyatlarının ciddi şəkildə axsamasına görə Rusiya belə görünür ki, Afrika və Suriyadakı “vagnerçiləri” Ukraynaya yeritməyi qərara alıb”,-məlumatda deyilir.

Xatırladaq ki, “Kadırovçular” mühasirədə olan Mariupol şəhəri ətrafında gedən döyüşlərə cəlb edilib. Ramzan Kadırovun özünün də Mariupol ətrafında olduğuna dair məlumatlar var.

Pentaqon isə bildirir ki, Rusiya qoşunları Xarkov vilayətinin İzyum şəhəri istiqamətində irəliləməyə cəhd edir, məqsəd Ukrayna qoşunlarının şərq qruplaşmasını mühasirəyə salmaqdır. Pentaqonun analizinə əsasən görünür Rusiya ənənəvi taktikasını işə salaraq Donbassdakı Ukrayna qoşunlarını mühasirəyə salmağa, bununla da Kiyevlə danışıqlarda üstünlük qazanmağa çalışır. Lakin Rusiya qoşunları şərq istiqamətində hələlik əhəmiyyətli irəliləyişə nail ola bilməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Rusiyada at izi it izinə qarışdığından yeni "Jirinovskilər" peyda olmağa başlayıb..." - deputat
Rusiyanın Ukraynaya həyasızcasına müdaxiləsi bu şər imperiyasının maskasını sonadək cırmış oldu və bəşəriyyət necə bir bəla ilə üz-üzə qaldığını hiss etməyə başladı. Acınacaqlısı odur ki, qara məni basınca mən qaranı basım məsəlində olduğu kimi təkcə Putin və yaxın ətrafı deyil, az qala bütün Rusiya siyasətçiləri, deputatları faşizm ovqatına kökləniblər və məsuliyyət hissini tamamilə itiriblər.

Elə ağzının danışığını bilməyən faşizm zavallısı Mixail Delyagin kimi. Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini olan bu məxluq o qədər qabağa gedib ki, söylədiklərinin başından böyük qələt olduğunu dərk etməyib. Deputat Azərbaycanı aqressor adlandıraraq bizim neft sənayemizə hərbi zərbə endirməyi də təklif etməyi unutmayıb.

Görəsən cəmisi 1 ay öncə Rusiya ilə müttəfiqlik sazişi imzalayan Azərbaycana qarşı bu cür yaramaz davranışlar nədən qaynaqlanır? Təbii ki, əgər iki gün öncə Rusiya Müdafiə Nazirliyinin Qarabağla bağlı ikiüzlü açıqlaması olmasaydı, bu deputatın çıxışını da özfəaliyyət adlandırmaq olar, üstündən sükutla keçilərdi. Amma görünən odur ki, Moskva artıq Ukraynanı raketlərlə yerlə yeksan etməsindən sonra dolayısı ilə istədiyi yerə həyasızcasına hücum edə biləcəyinə işarə edir.

Elə fikrini öyrəndiyimiz istiqlalçı deputat Vahid Əhmədov da baş verənlərin bir mərkəzdən idarə olunduğu qənaətinbdədir:

"Hesab edirəm ki, Milli Məclis Rusiya Dövlət Dumasına öz etirazını bildirməli və Mixail Delyaginin Azərbaycandan üzr istəməsini tələb etməlidir. O, sıravi bir deputat da deyil və komitə sədrinin müavinidir. Ona görə də kimsə "bu onun şəxsi fikridir" deməklə yaxasını kənara çəkə bilməız. Onun bu açıqlaması iki ölkə arasında mürəkkəbi hələ qurumamış müttəfiqlik sazişinə qarşı hörmətsizlikdir və buna görə də cavab verməlidir. Bu gün Rusiya bütün dünyanın sanksiyaları ilə üz-üzə qalıb və təklənmiş duruma salınıb. Belə bir həssas dönəmdə yeni dostlar qazanmaq əvəzində dost itirmək, müttəfiqinə qarşı yolverilməz ifadə işlətmək heç rəsmi Moskvanın da işinə yaramaz. Amma görünür ki, Ukraynaya müdaxilənin ardından Rusiyada at izi it izinə qarışdığından yeni Jirinovskilər peyda olmağa başlayıb və onlar ermənilərdən aldıqları ianələr hesabına Azərbaycana qarşı yolverilməz ifadələr işlətməyə həvəsləniblər. Onların həvəslərini boğazlarında qoymaq üçün Azərbaycanın kifayət qədər imkanı var və bu cür açıqlamalar əslində Rusiyanın öz quyusunu qazmaqdır. Düşünürəm ki, tezliklə bu deputat haqq etdiyi cəzanı alacaq, daha doğrusu, almalıdır, yoxsa Bakıda belə anlaşılacaq ki, bu, təkcə bir deputatın deyil, Dövlət Dumasındakı çoxluğun fikridir". //moderator.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mariupolda beş min dinc sakin həlak olub: Mühasirədə qalanların sayı 170 minə çatır
Ukraynanın Mariupol şəhərindən blokadaya düşməsindən sonra 150 min insan təxliyə olunub.

Bu barədə şəhər rəhbərliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, hələ də 170 minə yaxın insan blokada şəraitində qalıb. İlkin hesablamalara görə, şəhərdə beş minə yaxın dinc sakin həlak olub.

Qeyd edək ki, şəhər martın 1-dən etibarən mühasirədədir.

Mənbə: Pravda.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan dərhal Azərbaycanla sülh danışıqlarına başlamağı təklif edib
Ermənistanda Təhülkəsizlik Şurasının iclası keçirilib.

İclasda baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan iştirak ediblər.

Toplantıda rəsmi İrəvan Bakını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edib.

Mənbə: “Sputnik Armenia”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO