[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beyləqanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB... - BU DA FAKT!!!


Dəfələrlə Beyləqan mərkəzi rayon xəstəxanasında baş verən qanunsuzluqlardan, rəhbərliyin sərişdəsizliyindən yazmışıq. Hətta bu qanunsuzluqlarla bağll internet media resurslarında kifayət qədər çeşidli məlumatlar mövcuddur.
Bu dəfə isə əldə etdiyimiz informasiyalar daha ilgincdir. Və TƏBİB adına utancvericidir.
RealMedia.az xəbər verir ki, 2021-ci il oktyabr tarixində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətində həbs olunaraq azadlıqdan məhrum edilmiş mama-ginekoloq İzzət Şamxalova bu günlərdə “Beyləqan rayon xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinə (ASM) şöbə müdiri vəzifəsinə təyin edilib. İzzət Şamxalovanın şöbə müdiri təyin edilməsi isə kollektiv arasında haqlı narazılıqla qarşılanıb.
RealMedia.az olaraq apardığımız araşdırmalar zamanı məlum olub ki, sən demə, İzzət Şamxalova Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının professoru olub. O, bir neçə nəfərə qarşı dələduzluq edibmiş. Barəsində aparılmış istintaq hərəkətləri zamanı, o, qulluq mövqeyindən istifadə edərək, ona kömək üçün müraciət edən şəxsə elmi dərəcə almasına köməklik göstərəcəyinə dair yalan vəd verməklə,həmin insanı aldadaraq, ümumilikdə 16 843 manatlıq dələduzluq edib.Yəni, həmin insanın pulunu mənimsəyib.
Hətta xanım professor bir neçə dəfə, 2014-cü ildən nazirlikdə işləməyə başlayarkən də təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədlərini həyata keçirib. Yəni, İzzət Şamxalova PEŞƏKAR DƏLƏDUZDUR.
RealMedia.az xəbər verir ki, barəsində açılmış cinayət işi istintaq olunarkən o da məlum olub ki, ona müraciət etmiş tanışını hospitallardan birində şöbə rəisi vəzifəsinə qəbul olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verərək,həmin insana qarşı da 15 000 manat dələduzluq edib. Beləcə o, daha bir neçə nəfəri də aldadıb.
Sonradan onun aldatdığı şəxslər polisə şikayət ediblər və cinayət işi açılıb.
Professor Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, məhkəmənin hökmü ilə iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, məhkəmə zalındada iki il müddətində həbs olunub.
Qeyd edək ki, İzzət Şamxalova 2014-cü ildən 2020-ci ilədək nazirliklərin birində çalışıb.
Maraqlıdır ki, dələduzluğa görə həbs olunmuş birinə etimad bəsləyib gətirib də xəstəxanada şöbə müdiri vəzifəsinə təyin etmək nə qədər doğrudur? TƏBİB (statusu nə olursa olsun) tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirən bir şəxsi şöbə müdiri vəzifəsinə təyin etməklə hansı marağı güdür, bax bu maraqlıdır.
Kim deyə bilər ki, professor İzzət Şamxalova bundan sonrada dələduzluq etməyəcək, başqalarını aldatmayacaq?
P.s. Beyləqan xəstəxanasında “köhnə ənənələri” yaşadan yeni direktora eşq olsun!
Mövzuya daha ətraflı qayıdacağıq.
RealMedia.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qardaşıma özüm kimi qız almaram" - Pərvin Abıyeva


"Mənə deyəndə ki, qardaşına və yaxud övladına özün kimi qız alardın, cavab verirəm, xeyr. Mən almazdımsa, ailə və valideynləri də qınamaq olmur".

Bu sözləri aktrisa Pərvin Abıyeva Baku TV-də yayımlanan "Qapqara" verilişində danışarkən deyib:

"Nələr görmüşəm, nələr yaşamışam, nələr eşitmişəm... Haqqımda bu qədər xəbərlər çıxır, yalan-doğru, fərqi yoxdur. İstər-istəməz ata da, ana da baxır. Düşünür ki, sabah onu gəlin edəndə qohum-əqrəba mənə nə deyəcək. Özünü də düşünmür, "nə deyəcəklər" söhbəti var". //Teleqraf.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağcabədi hələ də KÖHNƏ TƏFƏKKÜRÜN girovudur... - İLGİNC İDDİALAR...


Tarix bir variantda mümkündür. Bəzən deyirlər ki, Stalin sağ olsaydı...Mir Cəfər Bağırov dirilsəydi...və s. Yəni mümkün olmayan variantdı, amma insan onu fərz etmək istəyir. Deyirəm, əgər SSRİ dağılmasaydı...görəsən Rafil Hüseynov kimilər indi harada vaxt öldürürdü. Ataların bir müdrik sözü də var. Köç geri qayıdanda axsaq-uxsaqlar qabağa düşər... Bəli, kim inana bilərdi ki, Bərdədə rayon qəzetində KORREKTOR işləyən Rafil Hüseynov günün birində Masallının, sonra Ağcabədinin icra başçısı olacaq. Korrektor hara, icra başçısı hara..?
Təsəvvür edirsiniz, bu adam sabiq prezident Ayaz Mütəllibovun qatı tərəfdarlarından biri olub, sonra Xalq Cəbhəsi hakimiyyəti dövründə bu adam Bərdə Vergi İnspeksiyasının rəisi, sonra Bərdə İcra Hakimiyyəti başçısının birinci müavini olur...sonra da YAP-çı olub və karyerası daha da yüksəlib. Və bu gün milyonlara sahibdir, sözün həqiqi mənasında oliqarx məmurdur. Amma... Amma cəmiyyət arasında Ramiz Mehdiyevin sağ əli kimi tanınıb. Hamı deyir ki, oğlu camaatı dovşan adlandıran və oğluna camaatla davranış qaydalarını öyrədə bilməyən ata, böyük rayonlara necə rəhbərlik edə bilər..?
Doğrudan da, Rafil Hüsenovun polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin əməli nəinki polis, hətta insan adına layiq olmadığı üçün bir dəqiqədə cənab nazir onu sistemdən qovdu. Belə ki, icra başçısının oğlu polis zabiti Şəhriyar Hüseynzadənin vətəndaşı evindən, yatağından şalvarsız, tumançaq sürüyüb aparması ilə bağlı informasiya, şəkillər az qala dünyanı dolaşdı...və ölkəmizin imicinə kölgə saldı. Həmin vətəndaş hətta cinayətkar olsaydı belə, bu cür davaranış olmazdı.
Onu da qeyd edək ki, Şəhriyar Hüseynzadənin heç bir təhsili-filanı olmayıb, atasına görə, Neftçala Polis İdarəsində mülki işə düzəlib və sonra kursa göndəriblər və nəticədə polis zabiti olub. Və onun işi-gücü avtoşluq eləmək, gecə barlarında lüt gözəlçələrlə şəkil çəkdirib paylaşmaq olub.
İndi gəlin görək, “barmen” polis zabitinin, “korrektor” atası hansı əməllərin sahibidir.
Təkcə onu qeyd edək ki, Rafil Hüseynov Masallıda icra başçısı olarkən, köhnə qəbristanlığı buldozerə verdirib, ərazisini obyekt tikmək üçün iş adamlarına paylayıb və milyonlar qazanıb. Bax, bunu Allah Rafilə bağışlamayacaq. Bu hələ harasıdır..? Rafil Hüseynovun şəhidin atasına kəllə atmağı, onu vurmağı da onun qaşqasına qara ləkə kimi yapışıb. Şəhid atası deyir ki, camaat olmasaydı, icra başçısı məni öldürəcəkdi.
Təsəvvür edirsiniz, Rafil Hüseynov Ağcabədidə yaşayan Qarabağ veteranının statusunu ləğv etydirmək üçün müxtəlif orqanlara müraciət edir... Rafil Hüseynov dövlətdən oğurladığı milyonların hesabına Novxanıda 10 milyon dəyəri olan villa tikdirib. Soruşan yoxdur ki, ay Rafil, 30 ildir dövlət qulluğunda konkret maaşa işləyirsən, bəs 10 milyonu haradan oğurladın..? Rafil Hüseynov Ağcabədidəki bütün idarə, müəssisə, şirkət rəhbərlərini “aylığa” otuzdurub, deyir ki, mənim də xərclərim var, hər ay pul verirəm... Ay Rafil, sən hər ay kimə və nə qədər pul verirsən..? Əvvəllər yığdıqlarını Ramiz Mehdiyevlə bölüşürdün, indi kimlə bölüşürsən..?
Rafil Hüseynov təkcə böyüklərin cibinə girmir ee.... Rafil Hüseynov uşaq bağçalarındakı körpələrin qidasını mağazalarda satdırıb mənimsəyib... Bax, Rafil Hüseynov belələrindəndir... Rafil Hüseynov rayondakı uşaq bağçalarının, məktəblərin müəllim və rəhbərlərini atesstasiya edib pul yığmaqla məşğul olub... Sözün qısası, Rafil Hüseynovun əməllərini yazmaqla bitən deyil.
Son sözümüz odur ki, artıq Rafil Hüseynov, 80 yaşı xırdalayır, bir də baxacaqlar ki, kresloya yapışıb qalıb. Onda onu qopartmaq olmayacaq. Ay Rafil, nə qədər gec deyil, vəzifədən əl çək, bir az da qalsan, səni Kürdəxanıya aparacaqlar... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür


Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb.

Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Prezident İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Palata Anar Kərimovun dövründəki nöqsanları AŞKARLADI

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub.

Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmış, ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq olunan qiymətlərin müqayisəsi 2020-2021-ci illərdə qiymətlərin bəzi hallarda aşağı olmadığını vurğulamaq imkanı verib.

O da bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnmiş, ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı ifşa edildi: "Özü ilə 3 "kassir" gətirmişdi"


Son zamanlar baş verən hadisələr ölkə gündəmini kökündən dəyişsə də, daxildəki bəzi məmurların qanunsuz və rüşvətxor əməlləri ilə bağlı iddiaları, ortada olan faktları və müraciətləri unutmamalıyıq. Məsələn, Şamaxının icra başçısı və onun ətrafına topladığı harın məmurların yarıtmaz fəaliyyəti haqda redaksiyamıza hələ də saysız-hesabsız məlumatlar daxil olur. İcra başçısı Tahir Məmmədovun və onun “qara kassa”sı rolunu oynadığı iddia edilən şöbə müdiri Mərdan Nəhmətovun əməlləri haqda yazdığımız silsilə materiallar saytımızda dərc olunub. Bundan sonra təhqir və təhdid dolu mesaj və zənglər aldığımız haqda isə ictimaiyyətə, eləcə də aidiyyatı orqanlara məlumat vermişik. Lakin bütün hədələrə baxmayaraq insanları dövlətdən incik salan, büdcə pullarını mənimsəyən, xirtdəyə qədər rüşvət və korrupsiyanın içində boğulan məmurlar haqda redaksiyamıza daxil olan məlumatları işıqlandırmaqda israrlıyıq. Bu dəfə bir neçə Şamaxı sakini icra başçısının və onun ətrafına yığdığı harın məmurların vətəndaşları necə incitməsi haqda məlumatları redaksiyamıza göndəriblər. Biz də öz peşə borcumuzu yerinə yetirməkdən dolayı onların bir neçəsi ilə əlaqə saxlamışıq. Öz problemi ilə bağlı Konkret.az-a danışan Şamaxı rayon sakini İbrahimov Kamran Fətəli oğlu uzun illərdir mal-qara saxlamaqla dolandıqlarını bildirib: “Atam Çuxur kolxozunda çoban və briqadir işləyib. Sovet imperiyası dağılan vaxtı fermalar satışa çıxarılanda biz yaylaq aldıq. Yəni hökumət yaylağı 25 illik müqavilə ilə bizə icarəyə verdi. Həmin müddət başa çatdıqdan sonra biz Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edərək icarə müddətini uzatmaq istədik. Bizə pandemiya olduğunu bildirdilər və torpaq məsələsi ilə bağlı işlərin təxirə salındığını dedilər. Amma hələlik torpaqdan istifadə edə biləcəyimizi vurğuladılar. Hər il torpaqdan istifadəyə görə vergi ödəyirik. Bu il bizi Şamaxı Rayon Polis Şöbəsinə çağırdılar və bildirdilər ki, Abu adlı şəxs bizim mal-qara saxladığımız yaylağı alıb və torpaq artıq ona məxsusdur. Abu adlı bu şəxsin fermaları və yaylaqları var. Bizə bu il yaylağa getməməyi tapşırdılar. Çarəsiz şəkildə İcra Hakimiyyətinə gəldik və qəbula düşmək üçün növbəyə yazıldıq. Lakin 80 yaşlı atamı səhər saat 9:00-dan, axşam saat 16:00-a kimi İcra Hakimiyyətinin qabağında gözlətdilər və sonda heç kim bizi qəbul etmədi”.

Kamran İbrahimov ailədə 6 övlad olduğunu və hamısının təsərrüfatla dolandığını vurğulayıb: “Başqa işləyənimiz yoxdur. Bizə deyirlər ki, Abu adlı şəxs həmin yaylağı alıb, hətta sənəd də göstərirlər. Əgər bu torpağı hökumət icarəyə verirdisə, o zaman niyə bizim özümüzə satmadılar? Uzun müddət bu torpaqdan istifadə etmişik, vergi və sosial ödənişləri vaxtlı-vaxtında vermişik. İcra Hakimiyyətində bir nəfər şəxs bizi başqa şöbə əməkdaşının qəbuluna göndərdi. Lakin nə qədər gözləsək də, heç kim qəbul etmədi. Atam bu gün də İcra Hakimiyyətinə qəbula gedəcək və nəticə haqda sizə məlumat verəcəm”.

Şamaxının 63 yaşlı sakini Təvəkkül Abdullayev də saytımıza açıqlamasında fermer təsərrüfatı ilə məşğul olduğunu deyib: “Mənim 144 baş iribuynuzlu, 300 baş isə xırdabuynuzlu heyvanım var idi. Yay otlaq sahələrini icarəyə götürərək təsərrüfatımı idarə edirdim. Şamaxı Rayon İcra Hakimiyyətindən məni dəvət edərək yay otlaq sahəsi verəcəklərini bildirdilər. Şəxsən başçının özü bu sözü mənə deyib. Lakin Pirsaat çayında 3-5 gün heyvanımı saxladıqdan sonra mənə yer vermədilər. Beləcə təsərrüfatım məhv oldu, qalan heyvanlarımı isə kolbasa sexlərinə dəyər-dəyməzə verməyə məcbur qaldım. Oğlum Abdullayev Adəm müharibə iştirakçısıdır və bir çox rayonların işğaldan azad olunmasında iştirak edib. Cəbhədən qayıdan gündən indiyədək işsizdir. Demək olar ki, hər gün icra başçısının qəbuluna düşməyə çalışıram. Amma heç kim qəbul etmir, icra başçısını yalnız qapıda görüb yaxınlaşıram. Mənə, “get, iş olanda çağırarıq” deyib yola salırlar. Müavinlər isə vətəndaşları “yola vermək”lə məşğuldurlar.”

Təvəkkül Abdullayev 11 nəfər ailə üzvünün və işçi qüvvəsinin hazırda dolanışıqsız qaldığını vurğulayıb: “Məni aldatdılar, yoxsa özüm icarəyə torpaq götürüb mal-qaramı saxlayardım. Heç nədən bütün heyvanlarım tələf oldu. İcra Hakimiyyətinə gələrək mal-qaramı dövlətə təhvil vermək istədiyimi bildirəndə məni az qala həbs etdirəcəkdilər. Problemimlə bağlı başçıya dəfələrlə qapıda yaxınlaşaraq sözümü deməyə çalışmışam. Mal-qaramın tələf olduğunu demək istəyəndə məni təbliğat aparmaqda günahlandırıb. İcra Hakimiyyətinin şöbə müdiri olan Mərdan Nəhmətov isə yaxın qohumum olsa da, uzun illərdir onunla danışmıram. Hələ hərbi komissar işlədiyi vaxtlarda rüşvətxor kimi tanınıb. Mən İsmayıllıda Baş prokurorun da qəbulunda olmuşam, təsərrüfatımı məhv etdikləri haqda məlumat vermişəm. Hələ nəticəsi yoxdur. Heç olmasa 11 nəfər ailə üzvümü dolandırmaq üçün iş istəyirəm”.

Digər şikayətçi, Şamaxı rayon Həmiyəli kənd sakini Rahid Xəlilov isə rayondakı özbaşınalıqlar və hərc-mərclik haqda fikirlərini bölüşüb: “Rayonda hər bir sahədə rüşvətxorluq tüğyan edir. İcra başçısının Mərdan Nəhmətovla birgə qanunsuzluqları pik həddədir. Əvvəllər Şamaxıda səhiyyə şöbəsinin müdiri olan, lakin işində yol verdiyi nöqsanlara görə vəzifəsini itirən Ehtiram Rüstəmzadə adlı şəxs hazırda icra başçısı ilə qohumluq və yaxınlıq əlaqələri sayəsində humanitar şöbədə aparıcı məsləhətçi təyin edilib. Amma özü Bakıda oturub və bir gün də olsa işə gəlməyib. Bu şəxs Bakıda əyləşərək icra başçısı üçün pul toplamaqla məşğuldur. Hələ Şamaxıya Tahir Məmmədov kimi analoqu olmayan icra başçısı gəlməyib. Bu şəxs vəzifəyə təyin olunanda özü ilə bərabər 3 nəfər kassir gətirmişdi. Onlardan Yaqub adlı şəxs ərazi idarəetmə və bələdiyyələrlə iş şöbəsinin müdiri idi və bu sektorda ayrı-ayrı fərdləri işə düzəltmək üçün pul alırdı. Bibisinin həyat yoldaşı olan Akif adlı şəxs isə şəhərin abadlaşdırılmasına nəzarət edirdi və bu sahədə pulları mənimsəyirdi. Araz adlı digər şəxs isə ev tikmək istəyənlərdən pul toplayırdı. İndi isə Tahir Məmmədov özünə Mərdan Nəhmətovu yeni “kassir” təyin edib. Mərdan isə öz qohumlarını müxtəlif vəzifələrə yerləşdirməklə məşğuldur. Üstəlik saxta diplom alıb.

P.S. Əldə etdiyimiz son məlumatlara görə, rayon rəhbərliyi müxtəlif vədlər və şirnikləndirici təkliflər verməklə ortada olan fakt və iddiaları təkzib etmək üçün çirkin oyunlar qurmağı planlaşdırır, ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək istəyir. Cənablar, bu, keçməyəcək. Dövləti aldatmaq sizə müyəssər olmayacaq. Yeri gəlmişkən, İcra Hakimiyyətilə dəfələrlə əlaqə saxlasaq da, telefon zənglərinmizə cavab verən olmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Su çatışmazlığı: Bakıda içməli su ilə maşın yuyulur - Problem qiymətdə deyil, yəni...


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əhalini sudan səmərəli istifadəyə çağırıb. Nazir bildirib ki, temperatur iqlim normasından yuxarıdır, bu da içməli sudan istifadəyə məsuliyyətlə yanaşmanı daha da aktual edir. Digər tərəfdən isə bir müddətdir ki, Bakıda əhaliyə suyun verilişində qənaət rejimi tətbiq edilib. Bütün bunlar içməli su qıtlığının uzaqda olmadığından xəbər versə də, ölkəmizdə şirin sudan texniki məqsədlə istifadə hallarının qarşısı alınmır. Baxmayaraq ki, avtoyuma məntəqələrində, yaşıllaşdırmada, kənd təsərrüfatı məhsullarının becərilməsində şirin sudan istifadə edilməsi içməli su ehtiyatlarımızın tükənməsinə səbəb olur.
Sputnik Azərbaycan içməli sudan texniki məqsədlərlə istifadənin qarşısını necə almağın yollarını araşdırıb.

Sudan texniki məqsədlər üçün istifadə
DİA.AZ-ın məlumatına görə, Xəzər Universitetinin müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru, ətraf məsələlər üzrə ekspert, tədqiqatçı Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda içməli sudan başqa su mənbəyi yoxdur. Ona görə də içməli su texniki məqsədlər üçün də istifadə edilir. Onun sözlərinə görə, təmizlənmiş çirkab suları bağ və parkların sulanmasında istifadə etmək olar. Amma bu suyu Hövsandan Bakının bağlarına gətirmək problemdir. Mütəxəssis deyir ki, ona görə də, Bakının hündür yerlərində təmizlənmə qurğuları qurulmalıdır.

Həmsöhbətimiz deyir ki, yağış suları kanalizasiya xətlərinə düşmədən yağdığı ərazilərdə yığılmalı, yaşıllıqların sulanmasında, küçə və sosial ərazilərin təmizlənməsində, yuyulmasında istifadə edilə bilər: "Yağış sularının yığılmasının faydası böyükdür. Bu içməli sudan istifadəni azaltmaqla texniki sudan istifadə həcmini artıracaq. Bu gün Bakıya verilən suyun hamısı içməli sudur. Bu isə içməli su ehtiyatının azalmasına səbəb olur. Bakıətrafında bağlarda, təsərrüfatlarda içməli sudan istifadə edilir. Texniki sudan suvarma məqsədilə istifadə etmək üçün yeni sistemlər yaradılmalıdır. Bu bir qədər çətin olsa da, buna nail olmaq mümkündür. Kollektor drenaj sularını bir yolla suvarmaya yönəltmək olar. Hazırda heç bir texniki su standartı yoxdur".

İtkilər
Tədqiqatçı ekspert onu da bildirdi ki, su şəbəkəsində itkilər də çoxdur.
"Bu itkinin qarşısını almaq üçün köhnə borular dəyişdirilməlidir. Bəzi su xətlərini isə dəyişmək çətindir" deyə R. Abbasov bildirdi.
Onun sözlərinə görə, Bakının ətrafında iri bağlar var ki, onlar da içməli su ilə suvarılır: "Bakıda bağ salarkən iqlimi nəzərə alınmalıdır. Paytaxtda alma bağı salmaq düzgün deyil. Elə bağ salınmalıdır ki, o ağacları tez-tez suvarmaq istifadə edilməsin. Bakıda parklar salınarkən da bu amil nəzərə alınmalıdır. Parklara yaşıllıq üçün elə ağaclar əkilməlidir ki, çox sulamağa ehtiyac olmasın".

Rəsmilərin mövqeyi
"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov Sputnik Azərbaycan-ın sualına cavabda Bakıda sudan texniki məqsədlə istifadənin içməli su ehtiyatının azalmasına təsir göstərdiyini təsdiqləyib. O, bildirib ki, Sovet dövründə texniki su istehsal edilərək sənayedə, suvarmada istifadə edilib. 1990-cu ildən sonra texniki su istehsal edən qurğular sıradan çıxıb. Onun sözlərinə görə, həmin vaxtdan sonra paytaxtda yaşıllıqların sulanmasında, avtomobillərin sulanmasında içməli sudan istifadə edilir. V. Kərimov bildirib ki, "Azərsu" ASC hazırda texniki sudan istifadənin artırılması üçün təkliflər hazırlayır. Amma hələki bu məsələ öz həllini tapmadığından əhali abonentlərindən sudan qənaətlə istifadə etmək tələb olunur.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə Sputnik Azərbaycan-ın sualına cavabda bildirib ki, texniki suyun olmaması içməli suya təlabatı artırır. O, bildirib ki, harada imkan varsa içməli suyu texniki su ilə əvəz olunmalıdır. Nazir müavini onu da vurğulayıb ki, artıq Bakıda bəzi ərazilərdə park və yaşıllıqların sulanmasında texniki sudan istifadə edilir. Onun sözlərinə görə, artıq Xocahəsən gölünün ətrafında salınmış yaşıllıq bu göldən götürülərək təmizlənmiş su ilə suvarılır.
Bununla belə V. Kərimov qeyd etdi ki, sudan digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz: "İçməli suyun alternativini təqdim edə bilmiriksə, ondan başqa məqsədlərlə istifadəyə cərimə də tətbiq edə bilmərik". O bildirib ki, vətəndaş istifadə etdiyi suyun tarifini ödəyirsə, ona digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz.

Ölkənin su ehtiyatları
Vüqar Kərimovun sözlərinə görə, hazırda ölkənin 25 milyard kubmetr su ehtiyatı var.
"Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır. Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb. Son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir. Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır"deyə nazir müavini bildirib.
Vüqar Kərimov həmçinin qeyd edib ki, Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 % azalacağı gözlənilir: "Azərbaycanın su ehtiyatlarının 70 %-i ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəhid anasından ETİRAZ: `Kimin hesabına yaşayırsınız?` - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ

Bərdədə qadın "Megastore" mağazalar şəbəkəsinin açılışında təşkil olunmuş şou-proqrama etiraz edib.

DİA.AZ "Unikal"a istinadla xəbər verir ki, şəhid anası olduğu deyilən qadın konsertə toplaşan insanlara irad tutub.

"Şəhid analarını başa düşmürsünüz? Ayıb olsun! Bizim oğulların hesabına yaşayırsınız", - deyə qadın proqramı təşkil edənlərə və əraziyə toplaşanlara qəzəblənib.

Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsi mart ayının 8-də Bərdə rayonunda şou-proqramın olunduğu barədə məlumat verib.

VİDEO BURADA: bura tıklayın... My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi - Video

Ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı Əli Nurun çıxışı müzakirələrə səbəb olub. Belə ki, xalq artisti R. Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya bildirildi ki, Xalq artistinin dəfn mərasiminin təşkili ilə Mədəniyyət Nazirliyi birbaşa məşğul olub. Eyni zamanda, qurumun 4 nümayəndəsi - nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.

Xalq artisti Əli Nur dünən səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə yaratdığı üçün məsələni bir daha aydınlaşdırıb. Aktyor “Qafqazinfo”ya açıqlamasında səhərdən ona davamlı zənglər gəldiyini qeyd edib:

“Mən onlara da dedim, indi də bildirirəm ki, Mədəniyyət Nazirliyinin dörd əməkdaşı vida mərasimində də, dəfn mərasimində də iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Bu, tək teatra aid deyil, musiqiyə, rəssamlığa, ədəbiyyata da aiddir. İnsanları işığa, sivilizasiyaya aparan mədəniyyətdir.”

Əli Nur, həmçinin mədəniyyət naziri vəzifəsini hazırda icra edən nazirin birinci müavini Adil Kərimlinin təyinatından bir neçə gün sonra onunla ad günündə şəxsən telefonla danışdığını əlavə edib: "Məni təbrik elədi, mən də ona minnətdarlığımı bildirdim. Son sözüm də bu oldu ki, Azərbaycan teatrı dövlətimizin səsidir, simasıdır, dövlətin bütün proqramını yerinə yetirən tribunadır”.

Xatırladaq ki, son zamanlar ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Novruzun müalicəsi də nazirlik və Heydər Əliyev Fondunun nəzarətində idi. Heydər Əliyev Fondu aktyorun müalicəsini öz üzərinə götürmüşdü. Bir müddət əvvəl Ramiz Novruzun övladları Şəfəq Novruz və Cavidan Novruz sosial şəbəkə hesablarında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya atalarının səhhəti ilə bağlı göstərdiyi dəstək və diqqətə görə təşəkkür etmişdilər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Başqa gəlirim yoxdur" - 260 manatla dolanan Əlisa Nicatdan AÇIQLAMA


Azərbaycanlı yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın sosial durumu aktuallaşıb.

87 yaşlı yazıçı sosial təminatının aşağı olması səbəbindən evində yetəri qədər qaz yandıra bilmir. Azərbaycan ədəbiyyatına bənzərsiz töhfələr verən və yüzlərlə tarixi-fəlsəfi əsərlərin müəllifinin yaşayış səviyyəsinin aşağı olması cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Bizim.Media-ya danışan Əlisa Nicatın sözlərinə görə sosial durumu ilə bağlı məsələsi paylaşılandan sonra xeyli telefon zəngi alıb və ziyarətinə gələnlər var:

“Dolanışığım yalnız 260 manat pensiyadan ibarətdir. Başqa gəlirim yoxdur. Ara-sıra tərcümələrdən qonarar verilir. Dünəndən şəxsi tanıdığım şəxslərdən və jurnalistlərdın telefon zəngi alıram. Qurumlardan, ictimai birlik və təşkilatlardan hələki axtaran yoxdur.

Kolleqa və həmkarlarımla 20 ildir münasibətlərimiz yoxdur. Onlardan da yardım, dəstək almamışam. 50 ildən çoxdur Yazıçılar Birliyinin üzvüyəm. Onlarla da gediş-gəliş, şəxsi münasibətlər kəsilib. Ümid edirəm, kömək edənlər tapılar və hər şey yaxşı olar”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyindən gələn ildən Əlisa Nicata bir illik təqaüd verəcəkləri açıqlanıb.

Bizim.Media

XƏBƏR LENTİ

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu