[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qafanda ermənilərin təxliyə edilməsi haqqında təlimlər keçiriləcək


Ermənistanın hüquq-mühafizə orqanları Zəngəzur bölgəsinin Qafan rayonunda ermənilərin təxliyə edilməsi haqqında təlimlər keçirəcək.

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, təlimlər aprelin 14-də baş tutacaq: "Qafanda "Xəbərdarlıq, evakuasiya, sığınacaq" mövzusunda praktiki məşğələlər keçiriləcək. Təlim zamanı həyəcan siqnalı veriləcək".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistan MN itkin düşən hərbçimizlə bağlı MƏLUMAT YAYDI


Naxçıvan MR Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşən 2 hərbçisi Ermənistanda tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

Onun sözlərinə görə, ikinci Azərbaycan əsgəri də aprelin 13-də Ermənistan ərazisində tapılıb.

Məlumata görə, hərbçilərimizdən biri itkin düşdüyü günün səhəri tutulmuşdu.

Onu da deyək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib.

"Unikal"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Palata Anar Kərimovun dövründəki nöqsanları AŞKARLADI

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2020-2021-ci illərdə ümumilikdə 68 halda malların (işlərin və xidmətlərin) haqqının ödənilməsinin satınalma proseduru olmadan xərc edildiyi müəyyən olunub.

Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bəzi hallarda ehtimal olunan qiymətin hesablanması zamanı mövcud potensialın tam diqqətə alınmaması, həmçinin bir sıra hallarda ehtimal olunan qiymətin düzgün müəyyən edilməməsi, zəruri kalkulyasiyaların aparılmaması daha yüksək qiymətlərin tətbiqinə şərait yaratmış, ümumilikdə 5058,6 min manat məbləğində müqavilə çərçivəsində həmin vəsaitin 25,2%-i qədər əlavə vəsait ödənilib. Eləcə də, auditin əhatə etdiyi və bu dövrdən əvvəlki ildə tətbiq olunan qiymətlərin müqayisəsi 2020-2021-ci illərdə qiymətlərin bəzi hallarda aşağı olmadığını vurğulamaq imkanı verib.

O da bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən dövlət satınalmalarının vaxtında və əsaslı şəkildə planlaşdırılması üzrə fəaliyyətin təmin olunmaması bir sıra hallarda dövlət büdcəsi vəsaitinin ilkin təyinatının dəyişdirilməsi ilə nəticələnmiş, ümumilikdə dövlət büdcəsi xərclərinin 1283,3 min manatının iqtisadi təsnifat və 634,4 min manatının isə funksional təsnifat üzrə ilkin təyinatının dəyişdirilməsi proqnoz və icra göstəricilərinin təhrifinə şərait yaradıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BNA şefi YOL ÜSTÜNDƏ... - İLGİNC İDDİA

Paytaxt meriyasının tabeliyində olan Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimlinin vəzifəsi ilə vidalaşacağı gözlənilir. Bu haqda Tribunainfo.az-a verilən məlumatda deyilir ki, sözügedən qurumun idarə heyətinin sədri Vüsal Kərimli etimadı doğrulda bilməyib. İdarə heyətinin toplaşaraq onu sədlikdən uzaqlaşdıracağı ehtimalı səslənməkdədir. Bu qərarın Bakının icra hakimi Eldar Əzizovu da qane etdiyi iddia olunur. Məlumata görə, BŞİH rəhbəri V.Kərimlinin yerinə öz kadrını yerləşdirməyi planlaşdırır. V.Kərimlinin adı bir çox tender əməliyyatlarında hallanıb ki, son vaxtlar bu məsələlər də ölkə rəhbərliyinə təqdim olunmaqdadır. Üstəlik, BNA bir struktur olaraq özünü təsdiqləyə bilməyib. Detalları dəqiqləşdiririk, qurumun mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub


Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səslənib.

Dövlətimizin başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçə təqdim ediliblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət Xidməti bu şirkətlərlə bağlı Baş Prokurorluğa müraciət etdi


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xarici ölkələrdən daşınma xidmət göstərən “Mover” və “CargoLine” MMC-lərin yol verdiyi qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə baxıb.

Müraciətlər əsasən bağlamaların istehlakçılara çatdırılma müddəti, vaxtı və statusu barədə məlumatların düzgün təqdim edilməməsi, bağlamaların itirilməsi, eləcə də istehlakçıların ödədiyi vəsaitin geri qaytarılmaması ilə bağlı olub.

Müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılmasına dair ilkin dəlillər aşkar olunduğundan qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəfiqə Məmmədova oturub orda, aləmi bir-birinə qatır


Heç kim ölkə rəhbərinə doğru məlumatı məruzə etmir. Hamı şəxsi marağını güdür, yalan danışır, dezinformasiya yayır. Haqq deyəni isə ittiham edir, şər-böhtana məruz qoyurlar. Həm ölkə başçısını çaşdırır, həm məxsus olduğu sahələrə xəyanət edirlər.

Bu sözləri xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudov Bakupost.az-a kino sahəsindəki çatışmazlıqlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu sahədə şəxsi maraqlar üstün tutulduğu üçün problemlərin olması gözləniləndir.

Xalq artistinin fikrincə, kino sahəsi təsadüfi insanlara tapşırıldığı üçün yanaşma dəyişib, maraq azalıb.

O, eyni zamanda bu sahədəki rəhbər şəxslərin iş prinsipindən şikayətlənib:

“Kinonu kino xadimlərinə vermək lazımdır. Onlar ilərlə toz-torpağın içində çalışıb. İndi həmin adamlar qalıb bir tərəfdə, Kinematoqrafçılar İttifaqının başında oturan Şəfiqə Məmmədova qeyri-legitim şəkildə oradadır. 20 ildir orada oturub aləmi bir-birinə qatır. Qurultay İdarə Heyəti və sədrə 5 il müddətinə səlahiyyət verir. O 5 ilin üzərindən 7 il keçib. Nizamnaməyə uyğun hərəkət edilmir. 12 ildir qurultay keçirə bilmirik. Oğlunu da işə düzəldib, 1000-1200 manat maaş alır. Onun oğlu kimdir ki? Kino ilə nə əlaqəsi var? Heç o pulu bu sahədə əziyyəti olanlar ala bilmir. Şəfiqə xanımın şəxsi maraqları üçün ayrılmayıb ki?! Bu dövlətə, mədəniyyətə, xalqa qarşı təxribatdır”.

Şeyx Əbdül Mahmudov kino sahəsinə ayrılan vəsaitin təyinatından kənar istifadə edildiyini vurğulayıb:

“Ölkə başçısı hər il bu sahəyə 6 milyon pul ayırır. Bu pul kinoya canını qoyan insanlara maddi dəstək üçündür. Kino çəkənimiz, peşəkar sənətkarlarımız var. Bu vəziyyətdə də çox gözəl filmlər çəkə bilirik. Beynəlxalq festivallarda iştirak edirik. Amma hamısını əzab-əziyyətlə edirik. Dövlətin ayırdığı pul bizə çatsa, daha yaxşı işlər görər, həyat tərzimizi də qurarıq. Hesablama Palatasına dəfələrlə müraciət etdim. Niyə yoxlamırlar? Maliyyə naziri niyə baxmır ki, ayırdığı pul hara gedir? Dövlətin ayırdığı pulları xərcləyib kef edirlər”.

Xalq artisti ittifaqların adındakı qrammatik səhvlərə də diqqət çəkib:

“İttifaqlardan birini adı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, digəri isə Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. Keçəl Həsən, Həsən keçəl. Bu nə deməkdir? Azərbaycan respublika deyil? İkincisini yaratmaq üçün “respublika” sözünü ixtisar ediblər. Ədliyyə naziri niyə nəzarət etmir? Hüquqşünaslar, digər əlaqədar dövlət strukturları niyə buna fikir vermir?”

Ə.Mahmudov çatışmazlıqların aradan qaldırılması üçün bir sıra dəyişiklikləri zəruri hesab edir:

“İşi bilənə tapşırmaq lazımdır. 62 ildir kinoya xidmət edirəm. Kino mənim ailəm, övladım, nəfəsimdir. Bu sahəni belə görmək faciədən betərdir. Struktur kökündən dəyişməlidir. Kinoya yanaşma və təşkilat məsələsi, rəhbərlik, təbliğat və maliyyəsinə qədər bütün sahələrə nəzarət peşəkarlara tapşırılmalıdır. İttifaq birlikdə olmalıdır. Ona kino xadimləri rəhbərlik etməlidir. 5 ildən bir seçki keçirilməlidir. Hələ deyirlər ki, istefa ediblər. Biz istefa etməmişik. Onlara istefa etdirəcəyik. Bura bizim evimizdir. Bizim evimizdə oturub bizə ağalıq edirlər? Konkret olaraq Şəfiqə xanıma görə oradan üz döndərmişik”.

Kult.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qoç ət”in vəzifəli şəxsinə cəza verildi - SƏBƏB


“Qoç ət” KFT MMC-yə məxsus olan və Qaradağ rayonunda yerləşən kəsim sexində xadimənin elektrik ətqarışdırıcı qurğuya düşərək ölməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə şirkətin kəsim sexinin müdiri, 1979-cu il təvəllüdlü Vüsal Babayev Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, hadisə baş verərkən kəsim sexində xadimə kimi çalışan 1982-ci il təvəllüdlü Pirməmmədova Rəqsanə Azad qızı qurğunun tam söndürülməsi şəraitində iş görməli olsa da, həmin vaxt elektrik mikseri elektrikə qoşulu olub. Qadın cihazın ətrafını təmizləyərkən o, miksero toxunub və avadanlığın içinə düşərək hərəkət edən ətqarışdırıcının içində hissələrə bölünüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məhkəmədə mərhum R.Pirməmmədovanın həyat yoldaşı onun hadisədən təxminən 15-20 gün əvvəl kəsim sexində işləməyə başladığını deyib. O, qarşı tərəflə barışdığını şirkətə və onun kəsim sexinin müdirinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Qaradağ Rayon Məhkəməsi Vüsal Babayevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cəza 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.Qafqazinfo

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...