[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiçik rayonlar ləğv edilir? - Yeni islahatların anonsu


"Azərbaycanın müasir inzibati bölgüsündə müəyyən islahatların keçirilməsi qaçılmaz olacaq”.

Bu sözləri Bizim.Media-ya iqtisadçı-ekspert Vüqar Oruc bələdiyyə institutunun normal fəaliyyəti və inkişafı mövzusunda danışarkən qeyd edib.

Onun sözlərinə görə olduqca kiçik rayonlar var ki, inzibati idarəetmə prinsiplər baxımından o qədər də əlverişli deyil:

"Bəzi rayonlarımızın 18-20 min əhalisi var. Elə rayonlar da var ki, infrastrukturu o qədər də inkişaf etməyib. Belə rayonu digər yaxın inkişaf etmiş bölgənin tabeçiliyinə vermək olar. Bu da həmin rayonun inkişafına səbəb ola bilər. Bir sözlə ayrı-ayrı kiçik idarəetmə subyektləri yaratmaq əvəzinə tam formalaşmış və inteqrasiya olunmuş az sayda məmur vasitəsilə, o cümlədən idarəetmə prinsipinin sadələşdirilmiş formasından istifadə etməklə idarəetməyə üstünlük vermək dövrün tələbidir. Bu həm də məsuliyyətin aydınlaşmasına səbəb olan bir prosesdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Blinken BMT TŞ-nın Ukrayna üzrə iclasında iştirak edəcək


ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında iştirak edəcək.

Almaniya, Türkiyə və Yunanıstan səfərindən qayıdan ABŞ dövlət katibi fevralın 23-24-də Nyu-Yorkda olacaq.

Dövlət Departamenti qeyd edib ki, Entoni Blinken BMT-nin baş katibi Antonio Quterreşlə də görüşəcək və onunla “taxıl müqaviləsi”nin saxlanılması və genişləndirilməsinin zəruriliyini müzakirə edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəsmi Bakıdan Ədalət Məhkəməsinin qərarına reaksiya


Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib.

XİN-in açıqlamasında deyilir:

“Biz Məhkəmənin 7 dekabr 2021-ci il tarixli əvvəlcədən verdiyi qərara əsasən, Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olduğunu etiraf etməsini alqışlayırıq.

Məhkəmənin Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərə uyğun olmadığı barədə əvvəlki qənaətinə yenidən baxmamaq qərarı mahiyyəti üzrə qərar deyil və Azərbaycan bu məsələdə Ermənistanın cavabdehliyini davam etdirəcək.

Azərbaycan, həmçinin Ermənistanın Azərbaycandan etirazların “təşkil edilməsini və dəstəklənməsini” dayandırmasını və Qarabağa “təbii qazın və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməyi” tələb edən Ermənistanın tələb etdiyi tədbirləri Məhkəmənin rədd etməsini alqışlayır.

Məhkəmə qərarında Azərbaycanın Laçın yolunda təhlükəsiz hərəkəti təmin etmək üçün öz səlahiyyətləri və əmrləri ilə bütün tədbirləri gördüyü və bundan sonra da görməyi öhdəsinə götürdüyü barədə Azərbaycanın bəyanatını və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannamənin şərtlərini nəzərə alıb.

Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq bütün insanların hüquqlarını qorumağa davam edəcək və Ermənistanı davam edən insan hüquqları pozuntularına görə məsuliyyətə cəlb edəcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur Darab-zadənin direktor olduğu ŞİRKƏT BAĞLANIR


İki il əvvəl – 31.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Avto Cinema” MMC (VÖEN – 1505182511) ləğv olunur.

Ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsində yerləşən "Gənclik Mall"dakı “Cinema Plus”a bildirmələri istənilir.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Avto Cinema” MMC-nin qanuni təmsilçisi Darab-zadə Zaur Mehrab oğludur.

Məlumat üçün bildirək ki, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri olan Zaur Darab-zadə 1985-ci ildə Bakı şəhərində anadan olub.

İş fəaliyyətinə 2000-ci ildə “Premier Studio” şirkətində səs mühəndisi kimi başlayıb. Daha sonra “NAB Group of Companies”, AZMAN, ANS televizyası, Metropol Hotel, İrəli İctimai Birliyi, “Day.az”, “Avto FM”də çalışıb. Zaur Darab-zadə 2020-ci ildə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olsa da, seçilməyib.

Zaur Darab-zadə ötən ilin sentyabr ayında “Caspian Energy Georgia”nın direktoru təyin olunub. Lakin, 4 ay sonra – bu ilin yanvar ayında tutduğu vəzifədən azad olunub.Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vidadi Muradovla bağlı 2 ildir bitməyən MƏHKƏMƏ İŞİ – 30 milyonluq əmlakın aqibəti necə olacaq?


“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun məhkəməsi artıq iki ildən çoxdur ki, davam edir. Külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunmuş Muradov vəfat etsə də, onun 30 milyon manatlıq əmlkalarının aqibəti ilə bağlı məhkəmə çəkişmələri hələ də yekunlaşmayıb.

Son olaraq, cinayət işi banka girov qoyulmuş əmlaklarla bağlı hissədə yenidən araşdırılıb. Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə əvvəlki qərar dəyişməyib. Yəni, həmin əmlakların xüsusi müsadirəsi ilə bağlı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Bizim.Media Vidadi Muradovla bağlı məhkəmə işində bu günə qədər baş verənləri araşdırıb:

Vidadi Muradov 9 yanvar 2021-ci ildə "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Lakin barəsində həbs qətimkan tədbiri seçilmiş sabiq sədr oktyarbın 31-də onkoloji xəstəliyi səbəbindən ev dustaqlığına buraxılıb. Vidadi Muradov 2021-ci il noyabrın 5-də ev dustaqlığında vəfat edib.

Bundan sonra cinayət işi üzrə onun həyat yoldaşı hüquqi varis kimi tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Muradov barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Bundan başqa, təqsirləndirilən şəxsin özünə və yaxınlarına məxsus 30 milyon manatlıq əmlakı müsadirə olunub.

Məhkəmənin sonrakı gedişatında çəkişmənin əsas predmeti məhz müsadirə olunan əmlakların aqibəti ilə bağlıdır.

2022-ci il yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edərək, 30 milyonluq vəsaitin vergi orqanlarına ödənilməsini istəyib. Yanvarın 28-də baş tutan məhkəmə iclasında verilən hökmdə isə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

Aprelin 29-da həmin qərarla bağlı V.Muradovun hüquqi varisinin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş hökmdən şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti rədd edərək, hökmü qüvvədə saxlayıb.

Ötən il iyunun 29-da Vidadi Muradovun hüquqi varisi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. Müraciətdə V.Muradov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ona məxsus 30 milyon manatlıq əmlakın üzərindən həbsin götürülməsi istənilib.

Kassasiya şikayətinə oktyabrın 29-da Ali Məhkəmədə baxılıb. Şikayət qismən təmin edilib və Vidadi Muradovun cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlaklar hissəsində qərar ləğv edilərək, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Qərarın qalan hissələri isə qüvvədə saxlanılıb.

Lakin fevralın 21-də isə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə əvvəlki qərar dəyişməyib. Həmin əmlakların xüsusi müsadirəsi ilə bağlı qərar qüvvədə saxlanılıb.

Göründüyü kimi, Vidadi Muradovla bağlı məhkəmə işinin 2 ildən çoxdur davam etməsinə, müttəhimin vəfat etməsinə baxmayaraq proses hələ də davam edir...
Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnşaat sektorunun iki aparıcı şirkəti üz-üzə


İnşaat sektorunun iki aparıcı şirkəti olan "Mətanət-A” ilə "AS İnşaat” MMC arasında qalmaqal yarşanır.

İş böyüyüb və "Mətanət-A” şirkəti məhkəməyə müraciət etməli olub.

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır. İşin mahiyyəti alqı-satqı mübahisələrindən ibarətdir.

"Mətanət-A” şirkəti 10 yanvar 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 188 470.74 AZN olan şirkətin qanuni təmsilçisi Əliyeva Solmaz İntiqam qızıdır. Solmaz Əliyevadan əvvəl isə şirkətin qanuni təmsilçisi Yakup Çimen olub.

"Mətanət-A”nın sahibi isə iş adamı Elxan Bəşirovdur. O, həm də şirkətin Müşahidə Şurasının sədridir. Şirkət sement və gips əsaslı məhsulların istehsalı ilə məşğuldur.

"AS İnşaat” MMC-yə gəlincə, 16 may 2003-cü ildə qeydiyyatdan keçib. Nizamnamə 100 120 AZN təşkil edən şirkətin qanuni təmsilçisi Bağırlı Azad Ramiz oğludur.

"AS İnşaat” MMC "AS Goup” şirkətlər qrupuna daxildir. "AS Group”un təsisçisi isə Şahin Mövsümovdur. İddialara görə, o, Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşıdır.

"AS İnşaat” MMC inşaat şirkətidir və daha çox dövlət sifarişli layihələri icra edir.Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Şahdağ” Milli Parkında yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB


“Şahdağ” Milli Parkının mürəkkəb relyefli dağlıq ərazisində başlayan yanğın məhdudlaşdırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

17:31

İsmayıllı rayonundakı meşə ərazisində yanğın başlayıb.

Yanğın bu gün Şahdağ Milli Parkının İsmayıllının Xanagah kəndi ərazisindəki meşə sahəsində başlayıb və hazırda davam edir. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın dağlıq ərazidə olduğu üçün və havanın küləkli olması səbəbindən alovun qarşısını almaq çətinləşir. Yanğın təxminən 10 hektar ərazini əhatə edir. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

Hadisənin baş vermə səbəbi hələ ki bilinmir.
“Şahdağ” Milli Parkında yanğın məhdudlaşdırılıb - FOTO - YENİLƏNİB


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycanın Londondakı səfirliyinə hücum edənlər cəzalandırılacaq" - Britaniyalı nazir

"Londonda və Tehranda Azərbaycan səfirliklərinə hücumlar fərqli idi. Biz Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan çox narahat olduq. Mən bu gün Azərbaycanın xarici işlər nazirinə başsağlığı verdim. Biz ümid edirik ki, bunu törədən məsuliyyətə cəlb olunacaq".

Bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti jurnalistlərə açıqlamasında bildirib.

O, ötən il Londonda Azərbaycan səfirliyinə olan hücumdan da danışıb.

“Biz bu hücumdan çox təəssüfləndik və bu insident bizi çox narahat etdi. Britaniya məhkəmə sistemi bunu törədənləri məsuliyyətə cəlb edəcək, onlar qanunauyğun şəkildə cəzalandırılacaqlar. Çünki biz Azərbaycanla diplomatik münasibətlərimizə dəyər veririk. Azərbaycan səfiri ilə yaxşı münasibətlərimiz var, Azərbaycan hökuməti ilə də yaxşı münasibətimiz var. Bizim münasibətlərimiz geniş spektri əhatə edir”, - nazir vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şirkət rəhbəri talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyib - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR


44 günlük Vətən müharibəsinin iştirakçısı Tural Nəsmiyev ona qarşı törədilən dələduzluq əməlindən şikayətçidir.

DİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə Oxu.az-a Tural Nəsmiyev özü məlumat verib.
Şirkət rəhbəri talassemiyalı uşaqlar üçün yığılan yardımları mənimsəyib - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

İki övladı talassemiya xəstəsi olan hərbçi onların əməliyyatı üçün ianələr əsasında toplanan 35 000 ABŞ dolları məbləğində pulun özünü “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin rəhbəri kimi qələmə verən Nuridə Seyidova tərəfindən aldadılaraq ələ keçirildiyini qeyd edib. Tural Nəsmiyevin müraciətini olduğu kimi təqdim edirik:

“Mənim üç övladımın ikisi talassemiya xəstəsidir. Onlar Respublika Talassemiya Mərkəzində qeydiyyatdadırlar, mütəmadi müayinə olunurlar, lazımi dava-dərman – hamısı dövlət tərəfindən qarşılanır. Amma bu xəstəliyin tam sağalması üçün sümük iliyinin köçürülməsinə ehtiyac var. Biz araşdırmalarımızdan sonra özünü Türkiyədə yerləşən “Medical Park” xəstəxanasının Azərbaycan üzrə nümayəndəsi kimi təqdim edən və donor axtarışını həyata keçirdiyini bildirən Aynur adlı xanımla əlaqə saxladıq. O, ödəniş edildikdən sonra bizim üçün donor axtarışının həyata keçiriləcəyini bildirdi. Sonra uşaqlardan qan nümunələri götürüldü və Türkiyəyə göndərildi. Ayyarım sonra bizə məlumat verildi ki, Türkiyədə donor bankında uşaqlarımıza uyğun gələn donorlar tapılıb. Türkiyənin özəl xəstəxanalarında isə bir xəstə üçün 85-90 min dollar pul lazımdır.

Tələb olunan məbləğin təmin olunmasına maddi imkanımız çatmadığı üçün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yardım toplama kampaniyaları başladaraq, könüllü dəstək istədik. İanələrlə, tanımadığımız insanlar, dostlar, tanışlar sayəsində lazım olan məbləğin bir hissəsini, yəni 35 000 ABŞ dolları toplaya bildik. Lakin bu məbləğ hər iki uşağın əməliyyatına gərəkli pulun yarı hissəsi belə deyildi. Bundan sonra Aynur xanım bizi Seyidova Nuridə Məmməd qızı ilə tanış etdi. O bildirdi ki, Nuridə xanım xeyriyyəçiliklə məşğuldur, uşaqların sağalması üçün maddi kömək göstərəcək.

Nuridə Seyidova özünü “Urmedhelp” və “My Doc Tour” adlı iki MMC-nin rəhbəri kimi təqdim edərək, mənə vəd verdi ki, lazım olan pulun 30 faizi xəstə uşaqların valideynləri, yerdə qalan 70 faizi isə onun özü tərəfindən təmin ediləcək. Bu 70 faizin hansısa adının açıqlanmasını istəməyən zəngin iş adamı tərəfindən təmin edildiyini dedi. Həmin şəxs barədə məlumat almaq istədikdə isə bu məlumatın bildirilməsinin mümkün olmadığını, əks halda həmin yardımsevər şəxsin pulu təmin etməyəcəyini söylədi. Mən onunla razılaşaraq, bu barədə əlavə suallar vermədim. Tələb olunan miqdarda pul Nuridə tərəfindən Türkiyədəki özəl xəstəxanaya köçürülməli və uşaqlarımız əməliyyat olunmalı idi. Nuridə məndə olan 35 000 dolları ona verdikdən və qalan məbləğ təmin edildikdən sonra əməliyyat üçün müvafiq işlərin görüləcəyini bildirdi.

Bundan sonra, 2022-ci ilin avqust ayında özünü Nuridə xanımın işçisi kimi təqdim edən Aysel Məmmədova mənə zəng edib bildirdi ki, əməliyyat üçün məndə olan pulu ona təhvil verməliyəm. Onun sözlərinə görə, toplanılmış puldan çox az hissəsi qalıb ki, onu da bir aya qədər həmin adının açıqlanmasını istəmədiyi şəxslərdən təmin edib, uşaqları müalicə üçün Türkiyəyə göndərəcəklər.

01.09.2022-ci il tarixdə Nuridə Seyidova və Aysel Məmmədovaya 35 min dolları təhvil verdim. Həmin vaxt pulu verib-verməmək barədə tərəddüd keçirirdim, çünki onların danışıqları şəffaf və ardıcıl deyildi. Lakin övladlarımın çarəsiz halı məni onlara inanmağa məcbur etdi. Nuridə ona güvənmədiyimi bilirdi və mən 35 000 ABŞ dollarını ona videogörüntüyə alaraq verəcəyimi bildirdim. O da razılaşdı.

Oktyabr ayında Nuridə, Aysel və bizi onlarla tanış edən Aynur adlı xanım bizə həmin ayın sonu Türkiyəyə getmək üçün biletləri almağımızı söylədilər. Uşaqların hər ikisini Türkiyənin Samsun şəhərinə, “Medical Park” xəstəxanasına apardım. Orada uşaqlardan qan nümunələri götürüldü, aradan bir neçə gün keçəndən sonra öyrəndim ki, Nuridə tərəfindən uşaqlarımızın adına bir manat belə ödənilməyib. Türkiyədə olanda ona zəng edib, hər şeyi soruşdum. Nuridə müxtəlif bəhanələr və yalan vədlər ilə problemin tez bir zamanda həll olunacağını dedi. Lakin heç bir real hərəkət etmirdi. Artıq xəstəxana da onların fırıldaqçı olduğunu anlamışdı və bizdən ya ödənişlərin edilməsini, ya da xəstəxanadan kənarlaşmağımızı istədilər. Nuridəyə bunu dedikdə isə xəstəxanaya guya müəyyən qədər ödəniş etdiyini, əməliyyat üçün pulun ən qısa zamanda (adətən, 1-2 günə deyirdi) ödəniləcəyini söylədi. Halbuki dekabrın sonlarında oğlumu xəstəxanaya yerləşdirərkən bizdən yatış üçün bütün məsrəflərin ödənişini tələb etdilər və mənim tərəfimdən ödənişlər edildikdən sonra usağı qəbul etdilər.

Nuridə tərəfindən aldadıldığımı bildikdən sonra isə ondan ona verdiyim 35 000 dolları geri tələb etdim. Nərimanov Rayon Polis İdarəsinə şikayət etdikdən sonra 24.01.2023-cü il tarixdə şikayətimiz operativ şəkildə araşdırılaraq, Nuridə və Aysel polis idarəsinə dəvət edildilər. Onlara, sadəcə, iki gün vaxt verməyimizi xahiş edərək, iki gün sonra məndən aldığı 35 000 dolları qaytaracaqlarını bildirdilər. Lakin həmin tarixdən bu yana dəfələrlə bizi aldadaraq, pulu bir günə, iki günə qaytaracaqlarını deyirlər. Bununla həm istintaqı, həm də bizi aldatmağa davam edirlər.

Əlavə olaraq qeyd edim ki, Samsunda bizimlə birlikdə daha üç ailə qalırdı. Onlar da eyni şəxsin dələduzluğundan əziyyət çəkirlər. Aprel qazisinin də övladını əməliyyat adı ilə aldadıb, oraya göndərmişdilər. Ümumilikdə beş xəstə uşaq əməliyyat üçün gözləyirdi.

Hazırda uşaqlarım Samsundadırlar. Öz topladığımız pulla uşağımın birini əməliyyat etdirməyə çalışıram. Hələ də gözləyirəm. Pulumu qaytarmayıblar.

Mən, onsuz da, çarəsizəm, ikinci dəfə belə vəziyyətə düşmək istəmirəm. Biz əziyyət çəkirik, uşaqlarım xəstədir. Digər valideynlər də övladlarının sağalması ümidi ilə bilmədikləri qapıya düşməsinlər deyə bu dələduzları hər kəsin tanımasını, bizdən alınan pulların qaytarılmasını xahiş edirəm. 15-ə yaxın ailə var ki, həmin şəxsin dələduzluğundan əziyyət çəkir. Onların külli miqdarda pulu ələ keçirilib. Bu, hüquq-mühafizə orqanlarının araşdırmalarında da təsdiq edilib. Kömək edin, övladlarımızı bu dələduzların əlindən qurtaraq”.

Qeyd edək ki, Tural Nəsmiyevin redaksiyamıza müraciətində qeyd etdiyi mobil nömrələr əsasında Nuridə Seyidova ilə əlaqə yaratmağa çalışdıq. Nuridə xanımla danışdıqda o, məsələnin tamam başqa cür olduğunu, redaksiyamıza gələrək, üz-üzə hər şeyi danışmaq istədiyini bildirdi. Qarşı tərəfin bu təklifi ilə razılaşdıq və onu redaksiyamıza dəvət etdik. Lakin sonrakı cəhdlərimizdə Nuridə Seyidova ilə əlaqə saxlaya bilmədik, zənglərimizə cavab vermədiyindən mövqeyini də təqdim edə bilmirik.

İstənilən halda, qarşı tərəfin haqqında qeyd edilən ittihamlara cavabını dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çətirlə oturulan sinif otaqları, “çat verən” məktəb vatsap qrupları - NƏ ETMƏLİ?


Bu lap təzə xəbər oldu – sinif otağında çətirlə oturmaq. Hesab edirdim ki, məktəblərdən gələn hansısa xəbərə artıq təəccüblənməyəcəyəm...

Sağ olsunlar, yenə heyrətləndirməyi bacardılar.

Məktəbdə uşaqların elə dərs keçdikləri otaqda yığışıb şagirdin birini ələ salmasını, onun videosunu çəkib yaymasını gördük. Yatan, qışqıran, mahnı oxuyan müəllimi çəkib yaydılar. Hələ nə yazıq ki, dərsi idarə edə bilməyib aciz qalan müəllimin də videosunu gördük sosial şəbəkələrdə. Deyirdim ki, əşi bu qədər haqq-hesabdan sonra daha nə yayıla bilər ki...

Xəbər özünü gecikdirmədi, sən demə, Azərbaycanda bir yer var ki, uşaqlar orda sinifdə çətirlə oturur, yeriyəndə ayaqları döşəmənin deşiyinə düşür və s...

Bura Kürdəmir rayonunun Axtaçı kəndində yerləşən şəhid Sübhi Mahmudovun adını daşıyan tam orta məktəb deyilən məkandır. APA TV-nin uşaqlarının oradan hazırladığı video materialı şok vəziyyətində izlədim.

Yağış yağan vaxt şagirdlər sinif otaqlarında çətirlə otururlar, pəncərələrə şüşə əvəzinə karton vurulub, döşəmə çürüyüb... Hələ bu harasıdır, sakinlər deyir ki, məktəbdə uşaqdan çox çöl göyərçinləri var, yay və yaz aylarında sinif otaqlarında gürzə ilanları, siçovullar, digər həşəratlar gəzir. Lap qorxulu filmə oxşadı. Amma gerçəkmiş. Həmin yerdə 12 sinif otağı var, 300-ə yaxın da şagird təhsil alır. Bu şəraitdə necə təhsil alırlarsa, artıq...

Bu vəziyyətdə olan bir yerə (məktəb deməyə dilim gəlmir) şəhid adı veriblər. Heç olmasa bunun məsuliyyətini anlayırlarmı görən?

Hesab edirəm ki, bu son xəbər məktəblərimizin halı ilə bağlı artıq həyəcan siqnalı olmalıdır. Əziz müəllim məmurlar, hələ narahatlıq üçün kifayət qədər əsas yoxdur? Daha nə olmalıdır ki?..

Təhsili yeni vatsap qrupları üsulları ilə idarə edirsiniz, o da ciddi çat verib. Həmin çatlardan yayılan müəllim, direktor səsləri bütün sosial şəbəkələri bəzəyir. Bunun qarşısına keçirsən, o biri çıxır, buna haqq qazandırmağa çalışırsınız, o unudulmamış yeni səs yazısı özünü çatdırır. O təhsili idarə etdiyiniz vatsap qrupları Axtaçı kəndindəki məktəb dediyiniz yerin döşəməsi kimi dərmədeşikdir. Yazıqlar olsun bu məktəblərə gedən uşaqlara da, vicdanlı müəllimlərə də.

Ümidvarıq ki, məsələni həll etmək üçün o damı axıdan məktəbdəki uşaqların hər birinə çətir almaqdan daha faydalı işlər görürlər.

Səbinə Əvəzqızı //lent.az//

XƏBƏR LENTİ

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...