[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Azərlotoreya` REKLAM EDİR... DEPUTAT ETİRAZ EDİR... - "Bu da narkomaniyanın bir başqa növüdür..."


“Cəmiyyəti mərc oyunları və lotereya kimi bəladan birdəfəlik uzaqlaşdırmaq lazımdır. İnsanlar işsiz qalanda belə şeylərə maraq salır. Cəmiyyət özünə, işinə-gücünə qayıtmalıdır. Bütün növ mərc oyunları qadağan edilməlidir”.

Bu sözləri Tribunainfo.az-a Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. O bildirib ki, hər cür mərc oyunları, qumar nəinki məhdudlaşdırılmalıdır, birdəfəlik bu bəladan xilas olmaq lazımdır:

“Bu da narkomaniyanın bir başqa növüdür. Heç bir halda mərc oyunlarına, qumara şərait yaratmaq olmaz. Əsrin bir başqa bəlasıdır ki, bu gün bütün evlərə ayaq açıb. İntihar edən, borca düşən gənclər var. Buna yol vermək olmaz. Necə ki, zamanında kazinolara qadağa qoyuldu, eləcə də bu mərc oyunları birdəfəlik ləğv edilməlidir”.

Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub


İspaniyanın paytaxtı Madrid şəhərinə səfərin ikinci günü iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Zeytun Şurasının (IOC) icraçı direktoru Əbdüllətif Xedira arasında görüş keçirilib.

Görüşdə zeytun istehsalında və tədarükündə müşahidə olunan əsas trendlər haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanın Beynəlxalq Zeytun Şurasına üzvlük prosesi müzakirə olunub.

Tərəflər gələcəkdə bu təşkilat çərçivəsində təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra hakimiyyətləri ləğv olunacaq - Deputat açıqladı


"İcra hakimiyyətlərinin ləğv edilməsi məsələsi çoxdan gündəmdir. Dəfələrlə bu məsələyə toxunmuşam. Demişəm ki, artıq icra hakimiyyəti orqanlarının vəzifəsi səlahiyyətli nümayəndələrə verilməlidir".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

O əlavə edib: "Çünki bu, faktiki olaraq Qarabağda özünü müsbət bir məqam kimi göstərdi və hazırda orada müsbət işlər görlür. Odur ki, bütün Azərbaycan ərazisində bu, həyata keçirilməlidir”.

Deputat Prezident İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonuna Prezidentin səlahiyyətli nümayəndəsi təyin etməsindən sonra analoji prosesin Azərbaycanın digər rayonlarında da həyata keçiriləcəyini bildirib:

"İstərdim ki, Azərbaycandakı 14 iqtisadi rayonun hər birinin rəhbərliyinə dövlət başçısının səlahiyyətli nümayəndələri təyin olunsun. Onlar investisiya yatırımları ilə yanaşı, əhalinin sosial problemləri ilə məşğul olsunlar.

Digər tərəfdən, bələdiyyələrə daha çox səlahiyyət verməliyik”.

V. Əhmədov hesab edir ki, səlahiyyətli nümayəndənin təyin edilməsi müsbət bir haldır və bu proses bütün Azərbaycanı əhatə etməlidir:

"Yeni sistemdə kadrlar dəyişdirildi, hər bir nümayəndə təyin olunanda Prezident ona göstərişlərini verir, müəyyən problemlərin olduğunu onun nəzərinə çatdırır. Deyir ki, gedin, işləyin, əhalinin xidmətində olun. Bu da artıq o insanların özlərindən və əhali ilə təmaslarından asılıdır. Sözsüz ki, yeni sistem korrupsiyanın da qarşısını müəyyən qədər ala bilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ŞOK: “XALQBANK”IN ƏMƏKDAŞI İRAN CASUSU KİMİ HƏBS EDİLDİ

Azərbaycan xüsusi-xidmət orqanlarının İran kəşfiyyatına bağlı şəxslərə qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Neftçalada keçirilən xüsusi əməliyyat nəticəsində İlham və Ramil adlı iki nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib. İlhamın qəssab olduğu, Ramilin isə Neftçalada “Xalqbank”da çalışdığı iddia edilir. “Mouze” Teleqram kanalı isə İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayev adlı İran xüsusi xidmət orqanlarına bağlı olan şəxslərin həbs edildiyini yazıb. Qeyd edək ki, saxlanılanlarla bağlı rəsmi açıqlama yoxdur.bakupost.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mərkəzi Gömrük Hospitalında AÇIQ SOYĞUNÇULUQ... - həyat yoldaşını itirdi, 6 500 manatı getdi

Həyat yoldaşı qara ciyər xəstəliyindən vəfat edən vətəndaş Kamran Əliyarov Mərkəzi Gömrük Hospitalı tərəfindən aldadıldığını iddia edir.
K.Əliyarov Reportyor.info-ya açıqlamasında bildirib ki, uzun müddət müalicələr aparılsa da, bir nəticə verməyib, həyat yoldaşının səhhəti düzəlməyib.
Nəhayət o, son ümid yeri kimi Mərkəzi Gömrük Hospitalına üz tutub. Hospitalda ona yoldaşının sağalacağı bildirilib. Mart ayının 17-də axşam saat 20:00-da K. Əliyearov həyat yoldaşı İlhamə Əliyarovanı Mərkəzi Gömrük Hospitalına yerləşdirib. Ondan 6 min manat depozit tələb edilib. K.Əliyarov deyilən məbləği ödəyib.
Ertəsi gün axşam saatlarında reanimasaiya şöbəsinin həkimi xəstəyə təcili traombositlazım olduğunu bildirib. K,Əliyarov bunu heç bir xəstəxanadan tapa bilmədikdə ona deyiblər ki, artıq donor tapılıb və bunun üçün depozitdən 800 manat silinəcək.
Vətəndaş deyir ki, həya yoldaşı 2 gün hospitalda saxlanılıb. Bu günlər ərzində isə xəstənin müalicəsi ilə bağlı faktiki heç bir addım atılmayıb. Martın 19-da isə K.Əliyarov həyat yoldaşını xəstəxanadan çıxarmnaq istəyib. Ondan əlavə olaraq 500 manat, daha sonra isə 1000 manat tələb edilib. K.Əliyarov 500 manatı ödəyib.

K.Əliyev deyib ki, yoldaşına süni oksigen aparatına qoşulub.Xəstəni aparatdan ayıran kimi isə o dünyasını dəyişib. Vətəndaş hesab edir ki, hospital onu aldadır. Onun fikrincə, yoldaşı həmin vaxt dünyasını dəyibmiş. Lakin hospital onun pullarını mənimsəmək üçün bu faktı gizlədib.

K.Əliyevin yoldaşı dünyasını dəyişməsinə baxnayaraq pulları qaytarılmayıb. Əksinə, həmin pulların analizlərə səfr edildiyi bildirilib.
K.Əliyev isə iki gün ərzində xəstədən bu qədər analiz götürülməsini mümkünsüz sayır.
Reportyor.info məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxlayıb. Bundan sonra K.Əliyev hospitala dəvət olunub, ona pulların geri qaytarıldığı bildirilsə də, deyilənə əməl edilməyib. //Reportyor.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı ifşa edildi: "Özü ilə 3 "kassir" gətirmişdi"


Son zamanlar baş verən hadisələr ölkə gündəmini kökündən dəyişsə də, daxildəki bəzi məmurların qanunsuz və rüşvətxor əməlləri ilə bağlı iddiaları, ortada olan faktları və müraciətləri unutmamalıyıq. Məsələn, Şamaxının icra başçısı və onun ətrafına topladığı harın məmurların yarıtmaz fəaliyyəti haqda redaksiyamıza hələ də saysız-hesabsız məlumatlar daxil olur. İcra başçısı Tahir Məmmədovun və onun “qara kassa”sı rolunu oynadığı iddia edilən şöbə müdiri Mərdan Nəhmətovun əməlləri haqda yazdığımız silsilə materiallar saytımızda dərc olunub. Bundan sonra təhqir və təhdid dolu mesaj və zənglər aldığımız haqda isə ictimaiyyətə, eləcə də aidiyyatı orqanlara məlumat vermişik. Lakin bütün hədələrə baxmayaraq insanları dövlətdən incik salan, büdcə pullarını mənimsəyən, xirtdəyə qədər rüşvət və korrupsiyanın içində boğulan məmurlar haqda redaksiyamıza daxil olan məlumatları işıqlandırmaqda israrlıyıq. Bu dəfə bir neçə Şamaxı sakini icra başçısının və onun ətrafına yığdığı harın məmurların vətəndaşları necə incitməsi haqda məlumatları redaksiyamıza göndəriblər. Biz də öz peşə borcumuzu yerinə yetirməkdən dolayı onların bir neçəsi ilə əlaqə saxlamışıq. Öz problemi ilə bağlı Konkret.az-a danışan Şamaxı rayon sakini İbrahimov Kamran Fətəli oğlu uzun illərdir mal-qara saxlamaqla dolandıqlarını bildirib: “Atam Çuxur kolxozunda çoban və briqadir işləyib. Sovet imperiyası dağılan vaxtı fermalar satışa çıxarılanda biz yaylaq aldıq. Yəni hökumət yaylağı 25 illik müqavilə ilə bizə icarəyə verdi. Həmin müddət başa çatdıqdan sonra biz Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edərək icarə müddətini uzatmaq istədik. Bizə pandemiya olduğunu bildirdilər və torpaq məsələsi ilə bağlı işlərin təxirə salındığını dedilər. Amma hələlik torpaqdan istifadə edə biləcəyimizi vurğuladılar. Hər il torpaqdan istifadəyə görə vergi ödəyirik. Bu il bizi Şamaxı Rayon Polis Şöbəsinə çağırdılar və bildirdilər ki, Abu adlı şəxs bizim mal-qara saxladığımız yaylağı alıb və torpaq artıq ona məxsusdur. Abu adlı bu şəxsin fermaları və yaylaqları var. Bizə bu il yaylağa getməməyi tapşırdılar. Çarəsiz şəkildə İcra Hakimiyyətinə gəldik və qəbula düşmək üçün növbəyə yazıldıq. Lakin 80 yaşlı atamı səhər saat 9:00-dan, axşam saat 16:00-a kimi İcra Hakimiyyətinin qabağında gözlətdilər və sonda heç kim bizi qəbul etmədi”.

Kamran İbrahimov ailədə 6 övlad olduğunu və hamısının təsərrüfatla dolandığını vurğulayıb: “Başqa işləyənimiz yoxdur. Bizə deyirlər ki, Abu adlı şəxs həmin yaylağı alıb, hətta sənəd də göstərirlər. Əgər bu torpağı hökumət icarəyə verirdisə, o zaman niyə bizim özümüzə satmadılar? Uzun müddət bu torpaqdan istifadə etmişik, vergi və sosial ödənişləri vaxtlı-vaxtında vermişik. İcra Hakimiyyətində bir nəfər şəxs bizi başqa şöbə əməkdaşının qəbuluna göndərdi. Lakin nə qədər gözləsək də, heç kim qəbul etmədi. Atam bu gün də İcra Hakimiyyətinə qəbula gedəcək və nəticə haqda sizə məlumat verəcəm”.

Şamaxının 63 yaşlı sakini Təvəkkül Abdullayev də saytımıza açıqlamasında fermer təsərrüfatı ilə məşğul olduğunu deyib: “Mənim 144 baş iribuynuzlu, 300 baş isə xırdabuynuzlu heyvanım var idi. Yay otlaq sahələrini icarəyə götürərək təsərrüfatımı idarə edirdim. Şamaxı Rayon İcra Hakimiyyətindən məni dəvət edərək yay otlaq sahəsi verəcəklərini bildirdilər. Şəxsən başçının özü bu sözü mənə deyib. Lakin Pirsaat çayında 3-5 gün heyvanımı saxladıqdan sonra mənə yer vermədilər. Beləcə təsərrüfatım məhv oldu, qalan heyvanlarımı isə kolbasa sexlərinə dəyər-dəyməzə verməyə məcbur qaldım. Oğlum Abdullayev Adəm müharibə iştirakçısıdır və bir çox rayonların işğaldan azad olunmasında iştirak edib. Cəbhədən qayıdan gündən indiyədək işsizdir. Demək olar ki, hər gün icra başçısının qəbuluna düşməyə çalışıram. Amma heç kim qəbul etmir, icra başçısını yalnız qapıda görüb yaxınlaşıram. Mənə, “get, iş olanda çağırarıq” deyib yola salırlar. Müavinlər isə vətəndaşları “yola vermək”lə məşğuldurlar.”

Təvəkkül Abdullayev 11 nəfər ailə üzvünün və işçi qüvvəsinin hazırda dolanışıqsız qaldığını vurğulayıb: “Məni aldatdılar, yoxsa özüm icarəyə torpaq götürüb mal-qaramı saxlayardım. Heç nədən bütün heyvanlarım tələf oldu. İcra Hakimiyyətinə gələrək mal-qaramı dövlətə təhvil vermək istədiyimi bildirəndə məni az qala həbs etdirəcəkdilər. Problemimlə bağlı başçıya dəfələrlə qapıda yaxınlaşaraq sözümü deməyə çalışmışam. Mal-qaramın tələf olduğunu demək istəyəndə məni təbliğat aparmaqda günahlandırıb. İcra Hakimiyyətinin şöbə müdiri olan Mərdan Nəhmətov isə yaxın qohumum olsa da, uzun illərdir onunla danışmıram. Hələ hərbi komissar işlədiyi vaxtlarda rüşvətxor kimi tanınıb. Mən İsmayıllıda Baş prokurorun da qəbulunda olmuşam, təsərrüfatımı məhv etdikləri haqda məlumat vermişəm. Hələ nəticəsi yoxdur. Heç olmasa 11 nəfər ailə üzvümü dolandırmaq üçün iş istəyirəm”.

Digər şikayətçi, Şamaxı rayon Həmiyəli kənd sakini Rahid Xəlilov isə rayondakı özbaşınalıqlar və hərc-mərclik haqda fikirlərini bölüşüb: “Rayonda hər bir sahədə rüşvətxorluq tüğyan edir. İcra başçısının Mərdan Nəhmətovla birgə qanunsuzluqları pik həddədir. Əvvəllər Şamaxıda səhiyyə şöbəsinin müdiri olan, lakin işində yol verdiyi nöqsanlara görə vəzifəsini itirən Ehtiram Rüstəmzadə adlı şəxs hazırda icra başçısı ilə qohumluq və yaxınlıq əlaqələri sayəsində humanitar şöbədə aparıcı məsləhətçi təyin edilib. Amma özü Bakıda oturub və bir gün də olsa işə gəlməyib. Bu şəxs Bakıda əyləşərək icra başçısı üçün pul toplamaqla məşğuldur. Hələ Şamaxıya Tahir Məmmədov kimi analoqu olmayan icra başçısı gəlməyib. Bu şəxs vəzifəyə təyin olunanda özü ilə bərabər 3 nəfər kassir gətirmişdi. Onlardan Yaqub adlı şəxs ərazi idarəetmə və bələdiyyələrlə iş şöbəsinin müdiri idi və bu sektorda ayrı-ayrı fərdləri işə düzəltmək üçün pul alırdı. Bibisinin həyat yoldaşı olan Akif adlı şəxs isə şəhərin abadlaşdırılmasına nəzarət edirdi və bu sahədə pulları mənimsəyirdi. Araz adlı digər şəxs isə ev tikmək istəyənlərdən pul toplayırdı. İndi isə Tahir Məmmədov özünə Mərdan Nəhmətovu yeni “kassir” təyin edib. Mərdan isə öz qohumlarını müxtəlif vəzifələrə yerləşdirməklə məşğuldur. Üstəlik saxta diplom alıb.

P.S. Əldə etdiyimiz son məlumatlara görə, rayon rəhbərliyi müxtəlif vədlər və şirnikləndirici təkliflər verməklə ortada olan fakt və iddiaları təkzib etmək üçün çirkin oyunlar qurmağı planlaşdırır, ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək istəyir. Cənablar, bu, keçməyəcək. Dövləti aldatmaq sizə müyəssər olmayacaq. Yeri gəlmişkən, İcra Hakimiyyətilə dəfələrlə əlaqə saxlasaq da, telefon zənglərinmizə cavab verən olmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yüksək vəzifəyə təyin edilən Zaur Mikayılov kimdir?


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilən Zaur Mikayılov sözügedən təyinatadək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə rəhbərlik edib.

49 yaşlı Mikayılov Zaur Rauf oğlu daha əvvəl ölkənin əsas marketlər şəbəkələrindən olan BRAVO-nun məxsus olduğu "Azərbaycan Supermarket” MMC-yə rəhbərlik edib.

O, "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub və "Port Baku Towers"in baş direktoru olub. 2001-2009-cu illər ərzində isə "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Zaur Mikayılov Bosfor Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

Qeyd edək ki, Zaur Mikayılov Şirvan Aşıq Məktəbinin banisi olan Aşıq Bilalın nəticəsi, ustad aşıq Aşıq Ağaların isə nəvəsidir. Atası Rauf Mikayılov tanınmış həkim olub və ötən il vəfat edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev Şuşa ilə bağlı 7 fərman imzaladı


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 mart tarixli 299 nömrəli və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 4 iyul tarixli 792 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:

1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; 2016, № 3, maddə 456, № 4, maddələr 662, 666, № 6, maddə 1062, № 11, maddə 1839; 2017, № 5, maddə 758, № 8, maddə 1521; 2018, № 2, maddələr 169, 197, № 4, maddə 677, № 6, maddə 1241, № 7 (I kitab), maddələr 1466, 1493; 2019, № 1, maddə 96, № 3, maddə 420, № 7, maddə 1228, № 8, maddələr 1402, 1406; 2020, № 5, maddə 561, № 7, maddə 885; 2021, № 4, maddə 316; 2022, № 8, maddə 860; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 fevral tarixli 2018 nömrəli və 3 mart tarixli 2057 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.3-cü bənddə “və Bakı Nəqliyyat Agentliyi” sözləri “, Bakı Nəqliyyat Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri ilə əvəz edilsin;

1.2. 2.4-cü bənddə “və Bakı Nəqliyyat Agentliyinin” sözləri “, Bakı Nəqliyyat Agentliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri ilə əvəz edilsin;

1.3. 2.12-1-ci bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

1.4. 2.25-ci bənddən “isə” sözü çıxarılsın və həmin bəndə “Agentliyi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin.

2. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 166; 2004, № 12, maddə 1005; 2009, № 10, maddə 784; 2014, № 1, maddə 21, № 10, maddə 1184; 2016, № 6, maddə 1068; 2017, № 12 (I kitab), maddə 2287; 2018, № 8, maddə 1707; 2019, № 11, maddə 1717; 2021, № 5, maddə 449) aşağıdakı məzmunda 2.13-1-ci bənd əlavə edilsin:

“2.13-1. həmin Qanunun 1-ci maddəsinin iyirminci abzasında (balansına verilmiş avtomobil yollarına münasibətdə), 5-ci maddəsinin altıncı hissəsində, 10-1-ci maddəsinin ikinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində (balansına verilmiş avtomobil yollarına münasibətdə), 16-cı maddəsinin birinci hissəsində, 21-ci maddəsinin üçüncü hissəsində, 22-ci maddəsinin ikinci və dördüncü hissələrində, 40-cı maddəsinin ikinci hissəsində “qurum” dedikdə Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;”.

3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838, № 8, maddə 1408; 2020, № 5, maddə 544; 2021, № 1, maddə 17, № 6 (I kitab), maddə 593; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2047 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-1-ci bəndə “Nazirliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

3.2. 2.2-2-ci bəndə “Nazirliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” 2000-ci il 23 dekabr tarixli 432 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2010-cu il 22 iyun tarixli 284 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 236; 1999, № 8, maddə 493; 2001, № 10, maddə 640; 2002, № 12, maddə 726; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1417; 2015, № 9, maddə 1000; 2018, № 6, maddə 1199; 2019, № 5, maddə 826; 2021, № 1, maddə 35; 2022, № 12, maddə 1431) 1-ci hissəsinin birinci abzasında aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci cümləyə “qeyri-yaşayış sahələri” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri” sözləri əlavə edilsin;

1.2. ikinci cümləyə “arxeoloji abidələr” sözlərindən sonra “, habelə Şuşa şəhərinin ərazisində yerləşən tarix və mədəniyyət abidələri və ya onların hissələri” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan digər tarix və mədəniyyət abidələri və ya onların hissələri Şuşa şəhərinin Baş planına uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən icarəyə (istifadəyə) verilir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844; 2001, № 7, maddə 470, № 10, maddə 640; 2002, № 12, maddə 725; 2003, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004, № 9, maddə 678; 2005, № 5, maddə 400; 2006, № 7, maddə 590; 2007, № 5, maddə 452, № 6, maddə 599, № 11, maddə 1097; 2008, № 7, maddə 613; 2009, № 3, maddə 163, № 12, maddə 990; 2010, № 6, maddə 498, № 7, maddə 610; 2013, № 10, maddə 1146; 2014, № 5, maddə 477; 2015, № 9, maddə 999; 2016, № 8, maddə 1384; 2019, № 3, maddə 413, № 5, maddə 826, № 6, maddə 1036; 2021, № 1, maddə 41; 2022, № 5, maddə 455, № 12, maddə 1443; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 yanvar tarixli 1987 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 4-cü hissəsinin birinci cümləsinə “Agentliyinin” sözündən sonra “, Şuşa şəhərinin ərazisində olduqda, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457, № 8, maddə 1376; 2017, № 8, maddə 1521; 2018, № 2, maddə 208, № 9, maddə 1840; 2020, № 9, maddə 1140; 2021, № 1, maddə 38; 2022, № 5, maddə 469, № 8, maddə 845; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 fevral tarixli 2019 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Əlavə 2 – “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 16-cı hissəsinin “Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adları” sütununa birinci halda “İçərişəhər” sözündən əvvəl “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (Şuşa şəhərinin ərazisinə münasibətdə),” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 499; 2014, № 11, maddə 1423; 2015, № 9, maddə 1007; 2016, № 2 (II kitab), maddə 235; 2019, № 5, maddə 826; 2021, № 1, maddə 38; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 yanvar tarixli 1982 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”nın 1.1-ci bəndinə “qeyri-yaşayış sahələri” sözlərindən sonra “, habelə Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri” sözləri əlavə edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” 2014-cü il 15 may tarixli 167 nömrəli, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” 2015-ci il 14 iyul tarixli 554 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin fəaliyyətinin təşkili haqqında” 2017-ci il 31 iyul tarixli 1566 nömrəli, “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 21 yanvar tarixli 482 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2020-ci il 18 avqust tarixli 1142 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 480) ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”nin 2.2.6-cı yarımbəndinə “Qanununa” sözündən sonra “, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri əlavə edilsin.

2. “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822; 2016, № 8, maddə 1384, № 11, maddə 1821, № 12, maddə 2062; 2017, № 3, maddə 354, № 7, maddə 1378, № 12 (I kitab), maddə 2295; 2018, № 11, maddə 2289; 2019, № 3, maddə 439, № 4, maddə 611; 2020, № 7, maddə 891; 2021, № 12, maddə 1428) 2.4-cü bəndinə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisinə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1376, № 12 (I kitab), maddə 2309; 2018, № 11, maddə 2289; 2019, № 10, maddə 1588; 2021, № 12, maddə 1404) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə “İçərişəhər” sözündən əvvəl “Şuşa şəhərinin,” sözləri əlavə edilsin.

4. “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2311; 2018, № 11, maddə 2289; 2019, № 10, maddə 1588; 2021, № 12, maddə 1404) aşağıdakı dəyişikliklər edilsin:

4.1. həmin Fərmanla təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası” üzrə:

4.1.1. 1.2-ci bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

4.1.2. 1.6-cı bəndə “qanunvericilik aktlarının” sözlərindən sonra “, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri əlavə edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği” üzrə:

4.2.1. 1.3-cü bəndə “(bundan sonra – Agentlik),” sözlərindən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

4.2.2. 4.4-cü bəndə “Agentliyin,” sözündən sonra “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin,” sözləri əlavə edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası” üzrə:

4.3.1. 1.3-cü bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

4.3.2. 2.1-ci bənddə “həmçinin digər qanunvericilik aktlarına” sözləri “digər qanunvericilik aktlarına, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin.

5. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 72; 2020, № 3, maddə 242; 2021, № 6 (I kitab), maddə 573; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2052 nömrəli Fərmanı) 3.12-ci bəndinə “Agentliyi,” sözündən sonra “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622; 2020, № 1, maddə 12, № 4, maddə 424, № 6, maddə 708; 2021, № 2, maddə 119, № 5, maddə 452, № 6 (I kitab), maddə 574; 2022, № 2, maddə 116, № 4, maddə 305, № 8, maddə 848, № 12, maddə 1436) ilə təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nın 29.31-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 29.32-ci bənd əlavə edilsin:

“29.32. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru.”.

7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1142 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1045) ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”na aşağıdakı məzmunda 2.1.8-1-ci yarımbənd əlavə edilsin:

“2.1.8-1. daşınmaz əmlakın dünya, ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi olub-olmaması barədə qeyd;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407,1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897, № 12, maddə 1462; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1964 nömrəli, 14 yanvar tarixli 1978 nömrəli, 31 yanvar tarixli 2009 nömrəli, 1 fevral tarixli 2012 və 2018 nömrəli, 4 fevral tarixli 2023 nömrəli, 3 mart tarixli 2055 nömrəli, 10 mart tarixli 2065 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.23-cü bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

1.2. 4.34-cü bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

1.3. 4.51-ci bəndə “Bakı Nəqliyyat Agentliyi” sözlərindən sonra “, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin;

1.4. 5.13-cü bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə törədildikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

1.5. 5.14-cü bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində törədildikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

1.6. 5.32-ci bəndə “maddələrində” sözündən sonra “(bu Fərmanın 5.32-3-cü bəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.7. aşağıdakı məzmunda 5.32-3-cü bənd əlavə edilsin:

“5.32-3. həmin Məcəllənin 352.0.2-ci, 352.0.8 – 352.0.10-cu, 354.0.2-ci, 354.0.3-cü, 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Şuşa şəhərinin ərazisində həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi baxır;”;

1.8. 5.34-1-ci bəndə “352.0.2-ci” sözlərindən sonra “(bu Fərmanın 5.32-3-cü bəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

1.9. 5.34-2-ci bəndə “354.0.8-ci” sözlərindən sonra “(bu Fərmanın 5.32-3-cü bəndi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862; 2020, № 3, maddələr 238, 240, № 4, maddə 404, № 7, maddələr 864, 885, № 8, maddə 1041, № 9, maddə 1153; 2021, № 6 (I kitab), maddə 566, № 7, maddələr 724, 728, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 313, 323, № 8, maddə 896, № 10, maddə 1146, № 11, maddələr 1267, 1269, № 12, maddə 1414; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1952 və 1954 nömrəli, 2023-cü il 31 yanvar tarixli 2009 nömrəli, 1 fevral tarixli 2018 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bəndə “Agentliyinin,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 21-ci hissə əlavə edilsin:

“21. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi adından:

21.0. Məcəllənin 231.2-ci maddəsində (Şuşa şəhəri ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə törədildikdə), 231.3-cü və 231.4-cü maddələrində (Şuşa şəhərinin ərazisində törədildikdə), habelə iş üzrə icraat İdarənin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 352.0.2-ci, 352.0.8 – 352.0.10-cu, 354.0.2-ci, 354.0.3-cü, 354.0.8 – 354.0.10-cu maddələrində (Şuşa şəhərinin ərazisində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarənin icraçı direktoru və onun müavinləri.”.

3. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 yanvar tarixli 1978 nömrəli, 31 yanvar tarixli 2009 nömrəli, 3 mart tarixli 2051 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 31-2-ci hissəyə “Agentliyinin,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin,” sözləri əlavə edilsin;

3.2. 31-2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 31-2.4-cü bənd əlavə edilsin:

“31-2.4. bu inzibati xətalar Şuşa şəhərinin ərazisində törədildikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi adından – İdarənin icraçı direktoru və onun müavinləri.”;

3.3. 60-1.3.1-ci yarımbəndə “İçərişəhər” sözündən əvvəl “Şuşa şəhərinin,” sözləri əlavə edilsin;

3.4. 60-1.3.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 60-1.3.4-cü yarımbənd əlavə edilsin:

“60-1.3.4. Şuşa şəhərinin ərazisində törədilən inzibati xətalara münasibətdə inzibati xətanı aşkar etmiş Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi adından – bu Siyahının 31-2.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”.

***

Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590, № 12, maddə 1405; 2022, № 10, maddə 1135) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.5-ci bənddən “məhəllədaxili” sözü çıxarılsın.

2. Həmin Fərmanla təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” üzrə:

2.1. 3.1.3-cü yarımbənddən “məhəllədaxili” sözü çıxarılsın;

2.2. 3.1.13-cü yarımbənddən “arxeoloji” sözü çıxarılsın;

2.3. 3.1.14-cü yarımbənddə “qorunma” sözü “mühafizə” sözü ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” 2014-cü il 14 may tarixli 162 nömrəli və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 475; 2016, № 8, maddə 1384; 2018, № 4, maddə 655, № 6, maddə 1213; 2019, № 5, maddə 821; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2048 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən “(ikinci halda)” sözləri çıxarılsın;

1.2. 1.5-ci, 1.7-ci, 1.8-ci, 1.10-cu və 1.11-ci bəndlərə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

1.3. 1.6-cı bəndə “Agentliyi” sözündən sonra “, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” sözləri əlavə edilsin;

1.4. 1.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.12. həmin Qanunun 22.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədilə istifadə etdikdə isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;”;

1.5. 1.12-1-ci bənd ləğv edilsin.

2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002; 2019, № 5, maddələr 822, 825, № 10, maddə 1588, № 12, maddə 1929; 2020, № 7, maddə 892; 2022, № 9, maddə 1030, № 11, maddə 1256; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2051 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” üzrə:

2.1.1. 2.0.4-cü, 3.1.6-cı, 3.1.14-cü və 3.1.48-ci yarımbəndlərə, 3.2-ci və 4.2-ci bəndlərə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Şuşa şəhərinin ərazisi,” sözləri əlavə edilsin;

2.1.2. 3.2.16-cı yarımbənddən “(Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları istisna olmaqla)” sözləri çıxarılsın;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” üzrə:

2.2.1. 1.1-ci bəndə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Şuşa şəhərinin ərazisi,” sözləri əlavə edilsin;

2.2.2. 3.0.37-ci yarımbənddən “(Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları istisna olmaqla)” sözləri çıxarılsın.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli və “Tikinti işlərinin dayandırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 11, maddə 2289, № 12 (I kitab), maddə 2616; 2019, № 3, maddə 434, № 5, maddə 826, № 10, maddə 1581; 2020, № 5, maddə 559, № 6, maddə 684, № 7, maddə 891, № 11, maddə 1341; 2021, № 8, maddə 915, № 12, maddə 1402; 2022, № 3, maddə 219, № 7, maddə 752) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.6-cı, 4.8-ci (hər iki halda) bəndlərə və 4.7-1.2-ci yarımbəndə “Agentliyinin” sözündən sonra “, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin” sözləri əlavə edilsin;

1.2. 4.7-2-ci bənddə “93.1-ci və 95.3-1-ci maddələrinin birinci cümlələrində” sözləri “95.3-1-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz olunsun və həmin bəndə “Agentliyi,” sözündən sonra “Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 4.13-1-ci bənd əlavə edilsin:

“4.13-1. həmin Məcəllənin 93.1-ci maddəsinin birinci cümləsində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi nəzərdə tutulur;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 539; 2017, № 4, maddə 547; 2018, № 7 (I kitab), maddə 1462, № 11, maddə 2240; 2019, № 5, maddə 825; 2021, № 1, maddə 36) ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci bənddə “Tikinti” sözü “Şuşa şəhərinin ərazisi istisna olmaqla, tikinti” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilsin:

“4.4. Şuşa şəhərinin ərazisində tikinti işləri aparılarkən mədəni irs obyektləri aşkar edildikdə, aparılan iş dərhal dayandırılır və bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə məlumat verilir. Bu halda tikinti işlərinin davam etdirilməsi barədə qərar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən qəbul edilir.”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi

Azərbaycan Prezidenti İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.

2. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilsin.

3. Müəyyən edilsin ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. beş ay müddətində:

4.1.1. Agentliyin əsasnaməsinin və strukturunun layihələrini, habelə işçilərinin say həddi barədə təkliflərini beynəlxalq məsləhətçi şirkəti cəlb etməklə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.1.2. Agentliyin yaradılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bir ay müddətində:

4.2.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin balansında olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;

4.2.2. bu Fərmanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinin təmin edilməsi, habelə Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Agentliyin əsasnaməsi və strukturu təsdiq edilənədək, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan qurumlar öz fəaliyyətlərini davam etdirsinlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən Zaur Mikayılovla bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev Zaur Mikayılovla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Zaur Rauf oğlu Mikayılov yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Z. Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi. Dövlət başçısının bugünkü fərmanı ilə “Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

XƏBƏR LENTİ

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

11:04

Qax rayon İcra Şöbəsində məmurların süründürməçiliyi nə vaxta qədər davam edəcək? – Yeni Ədliyyə nazirinin diqqətinə

10:32

Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT