[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qətər Əmiri İlham Əliyevi təbrik ETDİ

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Zati-aliləri!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına rifah və tərəqqi arzulayır, ölkələrimiz arasında mövcud səmimi münasibətlərin gələcək illərdə daha da möhkəmlənməsini diləyirik".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə təmir deposunun çilingərləri tətil edirlər - NƏ BAŞ VERİR?


"Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə təmir deposunda çalışan çilingərlər bir neçə gündür ki, işi dayandırıblar.

Bu haqda Hurriyyet.az-a danışan şikayətçilər bildirir ki, indiyədək bununla bağlı rəhbərlikdən hər hansı reaksiya yoxdur.

“İşin dayandırılmasına səbəb təmir deposunun dəmiryolçuları Əliyar Muradovun göstərişi ilə 5 günlük iş rejimindən 6 günlük iş rejiminə keçməsi ilə bağlıdır. ADY QSC-dən gələn cavab isə, “əgər razılaşmasanız, deponuzu bağlayacağıq” hədəsi oldu. Bu gün ADY QSC-nin sədri Gəncəyə gəlsə də, depoda tətil edən dəmiryolçuların yanına hələlik gəlib onların problemləri ilə tanış olmayıb”, - deyə etiraz edən işçilər bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu rayonlara suyun verilməsində məhdudiyyətlər olacaq

02 iyun 2023-cü il tarixində səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, içməli suyun verilməsində olan məhdudiyyətlər magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quba Suvarma İdarəsinin 2 tenderində qalib olan şirkət kimə məxsusdur? - İLGİNC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Quba Suvarma İdarəsi bu ilin 10-15 mart tarixlərində elan etdiyi və ümumi dəyəri 369 min 130 manat olan üç tenderin nəticələrini və qaliblərini açıqlayıb.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, “Suvarma kanallarının lildən təmizlənməsi, daşqın və selə qarşı mübarizə üçün çay məcralarının tənzimlənməsi” məqsədi ilə 10 martda elan olunan və maliyyə dəyəri 92 min 004 manatlıq tenderin qalibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi olub.

Quba Suvarma İdarəsinin 13-15 martda elan etdiyi və maliyyə dəyərləri 110 min və 169 min 660 manat manat olan növbəti iki tenderin qalibi isə “AzTikintiServis” MMC (VÖEN -3103031301) olub.

Maliyyə dəyəri 110 min manat olan tender “Torpaq məcralı "Aşağı-Xuc" kanalının beton üzlüyə alınması,üzərindəki qurğularla birlikdə təmiri”, 169 min 660 manatlıq ikinci tender isə “Torpaq məcralı "Əlibəyqışlaq" kanalının beton üzlüyə alınması, üzərindəki qurğularla birlikdə təmiri işləri” ilə bağlıdır. Hər iki tenderlə bağlı tərəflər arasında maliyyə dəyəri 279 min 660 manatlıq tender müqaviləsinin imzalanması gözlənilir.

Qeyd edək ki, 13 mart 2019-cu ildə yaradılan və 100 manatlıq nizamnamə kapitalına malik olan “AzTikintiServis” MMC-nin direktoru Paşa Papaqçıyevdir.

Şirkət 18 may 2020-ci ildə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti tərəfindən ümumi maliyyə dəyəri 1,4 milyon manat olan tenderin iki qalibindən biri olub və aralarında 733 min manatlıq tender müqaviləsi imzalanıb.

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən 20 may 2020-ci ildə elan edilən Qusar rayonu Zuxul kəndinin həyətyanı və əkin sahələrinin su təminatının yaxşılaşdırılması işlərinin satınalınması tenderinin qaliblərindən biri olub və aralarında imzalanan satınalma müqaviləsinin məbləği barədə mətbuatda heç bir məlumat yoxdur.

27 ilyul 2022-ci ildə şirkət “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin Şəmkir sol sahil maşın kanalının beton üzlüyünün təmiri işlərinin satınalınması ilə bağlı tenderinin qalibi olub.

Tərəflər arasında maliyyə dəyəri 208 min 498 manat olan satınlma müqaviləsi bağlanılıb. Şirkət ötən ilin 7 ayı ərzində ümuni dəyəri 1 milyon 944 min manatdan artıq olan 10 tenderin də qalibi olub. Bu tenderlərin 9-u Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-in tabeliyindəki qurumlara aid olub.

Yerdə qalan bir tender müqaviləsi isə Abşeron Milli Parkı ilə imzalanıb. Həmin dövrdə “Aztikintiservis” MMC-nin dövlətə 6900.10 manat vergi borcu olub.

Cari ilin fevral ayının 2-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin “Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işləri” satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibi də bu şirkət olub.

Tərəflər arasında 1 milyon 477 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Şirkət ikinci dəfə mayın 1-də Tovuz Rayon Suvarma Sistemləri İdarəsinin elan etdiyi tenderdə qalib olub v aralarında 118 713 manatlıq satınalma müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə görə, şirkət qurum üçün Bastam arxının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərini həyata keçirib.
Quba Suvarma İdarəsinin 2 tenderində qalib olan şirkət kimə məxsusdur? - İLGİNC
Quba Suvarma İdarəsinin 2 tenderində qalib olan şirkət kimə məxsusdur? - İLGİNC
Quba Suvarma İdarəsinin 2 tenderində qalib olan şirkət kimə məxsusdur? - İLGİNC
Quba Suvarma İdarəsinin 2 tenderində qalib olan şirkət kimə məxsusdur? - İLGİNC
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kişineuda liderlərin qeyri-rəsmi görüşü başlayıb

İyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət idarəsində QALMAQAL: intihar anonsu verildi - TƏFƏRRÜAT

Şəki Regional Mədəniyyət İdarəsinin əməkdaşı ilə müvəqqəti rəis arasında qalmaqal yaşanıb.

DİA.AZ bildirir ki, bu barədə Lent.az-a şikayətçi Nurəli Mürvət oğlu Ramazanov məlumat verib. O, idarənin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Ağaəli Cəlilovun ona qarşı etdiyi haqsızlıqdan intihar həddinə çatdığını bildirib:

“Məni elə incidib ki, az qala özümü öldürəm. Ağaəli müəllim tək məni yox, çoxlarını incidir. 2022-ci ilin noyabr ayından müqavilə əsasında Şəki Mədəniyyət Evində rəqs dərnəyi açmışam. Folklor dərnəyidir. Müqaviləyə əsasən, dərnək üzvlərindən toplanan vəsaitin yarısı mənim, yarısı Mədəniyyət Evinin olmalı idi. Hər uşaqdan 10 manat olmaqla 780 manat pul yığılmışdı. Ancaq mənə düşən payı vermədilər. Nazirliyə müraciət etdim. 2023-cü ilin fevralında mədəniyyət naziri regiona səfərə gələrkən şikayətimi bildirmişəm. Bundan sonra guya məni işlə təmin ediblər. Amma mənim nə bu işdən xəbərim var, nə də müqavilə olub. Bu gün elektron məşqulluq sistemində adım işçi kimi gedir, guya hər ay 345 manat maaş alıram. Amma nə pul almışam, nə də haqqım olan 50 faizi. Dərnəyim də fəaliyyətini dayandırıb. Ağaəli müəllim deyir Nurəlini kluba buraxan olsa, onu işdən atacaq. Mənim dəli olduğumu söyləyir. Gedib psixoloji dispanserdən kağız almışam. Nə psixoloji problemim var, nə də orda müalicə almışam. 53 yaşım var. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Dəli adamı müharibəyə aparırlar? Əksinə Ağaəli müəllimin özü 5 ildir psixoloji dispanserdə qeydiyyatdadır, müntəzəm olaraq müalicə alır. Mənim tələbim budur ki, dərnəyimin fəaliyyəti bərpa edilsin, işimi görüm, haqqım olan pulu alım. Əmək müfəttişliyinə müraciət etmişəm, Ağaəli müəllim qanunları pozduğuna görə 3500 manat cərimələnib. Ondan sonra da mənə düşmən olub. Haqqımı tələb etmişəm. Haqqı pozulan da mənəm, günahkar da mən çıxıram”.

Məsələ ilə bağlı Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Ağaəli Cəlilova müraciət etdik. Lakin mədəniyyət idarəsində rəhbər vəzifədə olan Ağaəli müəllimin cavabı heç də mədəni olmadı:

“Nurəli qələt edib şikayət edir. Şikayət etmədiyi yer qalmayıb. Nə deyirsə, yalandır. O, dünəndən pulunu alıb. Heç sağ qismət olmasın ona. Bir də məni bundan ötrü narahat etməyin”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Budur... 2 il 10 aydır ki, yollarda, qapılarda qalmışam" - GİLEY

Şəki rayonu, Baş Göynük kənd sakini, ağır sağalmaz xəstə Mürşüdov Fəxri Əmir oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Əvvəlcə bildirim ki,mən 1968-ci ildə Şəki rayonun Baş Göynük kəndində andan olmuşam. 05.07.1971-ci ildə, yəni 3 yaşımda bədənimin qarın nahiyyəsindən aldığım ciddi xəsarət nəticəsində birdəfəlik əlil olmuşam. Dəflərlə uzun müddətli müalicələrim effect vermədiyinə görə mənə 15 ildir ki, 2-ci qrup əlillik təyin olunmuşdur. 2021-ci ildən əlillik təqaüdüm mənə məlum olmayan səbəblərdən kəsilmişdir.

Sənədlərimi əlilliyin yenidən müəyyən edilməsi üçün 2021-ci ildə 27 sentyabr 2021- də ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbsinə təqdim etmişdim. Sağ olsun Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirovu ki, o məni səmimi qəbul edib dedi ki, narahat olma hər şey göz qabağındadır. Sənin əlilliyinin təyin edilməsi üçün bir də əziyyət çəkib Bakıya getməyinə heç bir ehtiyac yoxdur. Sənə ƏƏSMN-nin buradakı şöbəsinin komissiysı baxıb bu gün forma 88 göndərişi verəcəklər. Elə də oldu komissiya sağlamlıq vəziyyətimi qiymətləndirib heç bir tərəddüd etmədən forma 88 göndərişini Nazirliyə göndərdilər. Sonra 2022-də təkrar bir də göndərdilər. Lakin ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi hər dəfə forma natamam doldurulub rəsmi cavabı verməklə işini formal bitmiş hesab etdi və qəsdən əlilliyimi təyin etmədilər.

Rəsmi cavabdan göründüyü kimi, ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin sədr müavini Mətanət Məmmədovanın 14 .03. 2022-ci il tarixli, 22430093663 saylı rəsmi cavab məktubunda bildiri ki, guya göndəriş natamam doldurulub” ( xəstə 1 gündə olsa stasionar müalicə almayıb)

Mənim səhiyyə təhsilim olmasa da bildirməliyəm ki, 3 yaşımdan ağır travma nəticəsində aldığım xəstəliklə bağlı bu gün 55 yaşıma qədər müalicələr almışam. Heç bir xeyri olmayıb. Ona görə də TƏBİB-in Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstiunun ən savadlı komissiyası xəstəliyimi tam müayinə edib 9 punk üzrə - S98.4, S 90.5, S91.0, T21.3, T 95.1, M 62.5, R 52.1, Z 73.6 madələri ilə xəstəlik qiymətləndirilmişdir. Və 29 iyul 2021-ci ildə verdikləri rəsmi Arayışda bird aha təsdiq ediblər ki, “ …hissiyatın kəskin pozulması, qarın nahiyyəsində çapığın sağalmayan trafriki yarası, hər iki süd vəzi deformasiyası, döş və qarın əzlələrin hipertrafiası, deformasiyası, daimi ağrı sindromu, funksiyanın pozulması ilə.”

Yəni xəstəliyin nəticə hissəsində də qeyd edilir ki, “qarın nahiyyəsində çapığın sağalmayan trafiki yarası…) o deməkdir ki, Mətanət Məmmədova! mən ömrümün axırına qədər stasionar müalicə alsam dab u xəstəlik sağalan deyil! Bunu siz də həkim komissiyanız da istəsəniz də istəməsəniz də başa düşüb qəbul etməlisiniz.

Mətanətin forma 88-in “natamam doldurulub” məşhur kəlamı isə ondan xəbər verir ki, guya Şki Rayon Mərkəzi Xəstəxana həkim komissiyası praktikadan yenicə komissiyaya işləməyə gəliblər və “ texniki səhv” ediblərmiş. Lakin mənim kimi minlərlə kasıb insane verilən belə rəsmi cavabın açması budur ki, yerli həkim komissiyaları xəstə rüşvətini ( konkret 4000 manatını) vermədiyi halda ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyi həmişə belə cavab” yazacaq və əlilliyin təyinindən imtina edəcəkdir.

Mətanətin rəhbərliklə razılşadırılmış bu cavabı mənim kimi yüzlərlə əlilliyin müəyyən edilməsi üçün müraciət etmiş digərlərinə də ibrət dərsi olsun ki, rüşvət verməyən şəxslərin aqibəti belə də olmalıdır. Guya illər uzunu fəaliyyət göstərən Regional Tibbi –Sosial Ekspertiza komissiysı bilmirlr ki, forma 88 necə yazılmalıdır?

Budur 2 il 10 aydır ki, yollarda, qapılarda qalmışam. ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Şəki Regional Şöbəsi də bildirlər ki, yeni göndəriş verərik amma ƏƏSMN –nin verəcəyi imtina qərarı bizlik deyil Sizə əlillik təyin edilməlidir. Və buna görə də biz vicdanla forma 88 veririk.

Mənim kimi müraciət edənlər də bildirdilər ki, yazıqsan, özünü çox yorma, Nazirliyin həkim komissiyası rüşvvətlərini almasalar nə dədələrindən, nə bacılarından, nə də xalalaırndan belə keçən deyillər.
Ona görə də DTX rəhbəri cənab Əli Nağıyevdən xahiş edirəm ki, mənə də 4000 manat nömrəli puldan göndərsin ki, aparım verim bu komissiyaya ki, işim düzəlsin. Axı mənim sağalmaz xəstəliyim var Və bu gün də çox əzab əziyyət içində yaşayıram. Sağalmayan bədənim də bundan sonar 100 il yaşasam belə sağalan deyil. Bu komissiya da pulunu almamış mənə yenidən əlillik vermir və formal tələb edir ki, forma 88 göndərişi tamam doldurulsa əlilliyin qiymətləndilməsinə yenə baxa bilərik.Mən də 2 gündən sonar bu forma 88-I alıb yenidən müraciət edəcəyəm.

Cənab Prezident! Sizdən çox xahiş edirəm. Mənim təqdim etdiyim sənədərin əvvəlcə əsaslar üzrə yoxlanılaraq əlilliyin müəyyən edilməsi üçün yeni forma 88 göndərişi əsasında əlilliyimin yeni vicdanlı həkim komisiyası tərəfindən qiymətləndirilməsinə və ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin komissiyasının korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi barədə aidiyyatı üzrə göstərişlər verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Kapital Bank` KOR QUYUDUR: `UDDUĞU` pulu geri qaytarmır... - GİLEY

“Kapital Bank”ın özbaşınalığı davam edir. 920 manatım silinib, ancaq geriödəmə etmirlər.

Tribunainfo.az yazır ki, bu problemlə Tapdıq Əlizadə üzləşib. O bildirib ki, nağdlaşdırma aparan zaman xəta baş verib və balansından pul çıxıb:

“ “Kapital Bank”ın özbaşınalığı davam edir. QR kodla ATM-dən nağdlaşdırma edən zaman xəta göstərdi. Hesabdan 920 manat vəsait silindi, geri ödəməni yükləmə etmirlər”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

`Kapital Bank` KOR QUYUDUR: `UDDUĞU` pulu geri qaytarmır... - GİLEY
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tikinti aləminin səmasında süzən `qanadıyoluq` “QARTAL”... - İLGİNC İDDİALAR...

Sözün düzü, haqqında yazmaq istədiyimiz Qartal Tikinti Firması ilə bağlı mediada çox az, hətta cüzi informasiyaya rast gələ bildik. Məlumdur ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə tikinti kooperativləri, firmaları açılıb, fəaliyyət göstərib. Bunlardan biri də “Arzu” adlı şirkət olub. Sonradan bu firma adını dəyişərək Qartal Tikinti Firmasına çevrilib. Firmanın adını niyə dəyişməsi başqa bir yazının mövzusudur. Və niyə məhz QARTAL..?
Beləliklə Qartal Tikinti Firmasının fəaliyyəti ilə tanışlıq üçün firmanın https://qartal.az/ adlı saytına daxil oluruq. Və adi bir tikinti firmasının bu boyda sturuktura malik olması təəccübümüzə səbəb olur. Vallahi heç nazirliklərin, komitələrin bu boyda stukturu yoxdur. Firmanın saytında qeyd olunur: Qartal Tikinti Firması Azərbaycanda İnşaat Bazarında hündürlükdə işlər, telekomunnikasiya obyektlərinin tikintisi, xüsusi təyinatlı obyektlərin tikintisi, hərbi obyektlərin tikintisi, radar izləmə sistemlərinin tikintisi, radio-quraşdırma və digər tikinti – quraşdırma işləri ilə məşğul olur.
Deməli, bu firma Azərbaycanda hündür qüllələr tikir, amma o qüllələrdən neçə nəfərin yıxılması və…bağlı mediada bircə xəbər də yoxdur. Bunlar hələ harasdır..?
Qartal Tikinti Firmasının hətta Təlim-Tədris Mərkəzi də var və ona bu icazəni vaxtilə “Qosstandart” deyilən qurum verib.
Deməli Qartal Firması müxtəlif şəxslərə inşaat işləri ilə bağlı sertifikat verə bilər. Görəsən adi bir firmaya bu boyda səlahiyyətləri nə üçün veriblər. Biz hələ hərbi obyektlərin tikintisindən, radar quraşdırılmasından-zaddan danışmırıq.
Məlumat üçün qeyd edək ki, firmanın direktoru Şahin İdris oğlu Məmmədovdur. Firmanın saytından görünür ki, bu adamın xeyli sayda müavini, müşaviri-zadı var. Və ən əsası vəzifəli şəxslərin çoxu öz qonum-əqrəbasıdır. Şübhəniz varsa, buyurun firmanın saytına daxil olub baxın: Firma direktorunun birinci müavini Tural Məmmədovdur, Firma direktorunun digər müavini, BP layihəsi üzrə layihə meneceri Tərlan Məmmədovdur, Firmanın baş mühasibi Anjela Məmmədovadır, Baş mühasibin müavini Dünyaxanım Məmmədovadır.
Bir sözlə, Məmmədovların ailə firması. Bəli, cənab Şahin Məmmədov firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzaları, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, “obnaliçka”nı, çirkli pulların yuyulmasını və s gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığıb. Çox maraqlıdır bu boyda firmaya rəhbərlik edən şəxs öz tərcümeyi-halında özü barəsində çox mətləblərə toxunsa da, 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru olmasından bəhs etsə də….keçmiş şəriklərindən , onlara necə atmasından, onların haqqını necə yeməsindən qəti söz açmır. Və demir ki, keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə …edib….? Bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm. Amma hökumətin fəaliyyətini bəyənmir.
Görəsən bu adam kimə bu qədər güvənir..? Biz əbəs yerə yazmadıq ki, Şahin Məmmədov firmasının adını niyə dəyişib QARTAL qoydu..? Biz əbəs yerə yazmadıq ki, bu adam hərdən siyasətə də başını soxur. Qardaş Türkiyədə keçirilən sonuncu prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib…. Bizə elə gəlir ki, hələlik bu qədər yazmağımız Hüquq Mühafizə Orqanlarının, onun barəsində istintaq işinin başlanmasına bəs edər…. //gundelik-baku.com//

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...