[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə ağr qəza baş verib, xəsarət alanlar var

Tehrandakı Evin həbsxanasında partlayış baş verib.

Bu barədə ISNA məlumat yayıb.

Qeyd edilib ki, havanın kəskin isti olması səbəbindən Tehranda yerləşən Evin cəzaçəkmə müəssisəsinin ərazisində partlayışla müşahidə olunan güclü yanğın baş verib.

Nəticədə həbsxananın ətrafındakı çoxlu sayda mina partlayıb.

Əraziyə yanğınsöndürmə qüvvələri cəb edilib.

Ölən və ya yaralananlar barədə məlumat yoxdur.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Xəzər dənizini dövlət sərhəddi kimi hasarlayıb baxmağa da həsrət qoyublar" - Kimlər cəzalanacaq?

"Xəzər dənizini dövlət sərhəddi kimi hasarlayıb baxmağa da həsrət qoyublar"

Bu gün nə qədər acınacaqlı olsa da, Bakıda Xəzər dənizi sahillərinin çox hissəsi müəyyən şəxslər, qurumlar, obyektlər tərəfindən hasarlanıb. Dənizi hasarlayanlar təkcə insanların hüquqlarını pozmur, eyni zamanda ətraf mühitə də zərər verir. Dəfələrlə bu obyektlərdən, evlərdən dənizə kanalizasiya sistemlərinin axıdılmasının şahidi olmuşuq. Məsələn, ötən il Buzaovna ərazisində xeyli obyektlər söküldü. Obyektlər söküldükdən sonra onların kanalizasiya sularının birbaşa dənizə axıdıldığı məlum oldu. Bu gün də hasarlanaraq vətəndaşlardan gizlədilən, sahil zolağında dəniz həmin obyektlər tərəfindən çirkləndirilir. Bəlkə heç aidiyyatı dövlət qurumlarının da, bu prosesə nəzarət etməyə gücü çatmır. Səbəb isə, məlumdur.
Bəs Xəzəri hasarlayıb, bizi Xəzərdən məhrum buraxanların cəzası nədir?

TEREF.AZ-ın məlumatına görə, hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında mülkiyyətin 3 növü - dövlət, bələdiyyə və xüsusi mülküyyət növləri var. Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus olan hissəsində sahil boyu 20-50 metrlik torpaqlar Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyəti hesab olunur və dövlət mülkiyyətində olan torpaqlar kateqoriyasına aiddir.

Hüquqşünasın sözlərinə görə, 46-cı maddəni 2.1-ci bəndinə görə, heç bir halda Xəzər dənizinin Azərbaycan hissəsində olan olan sahil boyu 20-50 metrlik zolağın altında qalan torpaqlar özəlləşdirilə bilməz. Həmin ərazilər hansı rayonun ərazisində, icra hakimiyyətinin balansındadırsa, həmin icra hakimiyyətinin qərarı ilə istifadəyə və ya icarəyə verilə bilər.

Dənizin hasarlanması məsələsinə gəldikdə isə, hüquqşünas bildirib ki, qeyd olunan ərazidə hasarlar çəkilə bilər və bunla bağlı qanunvericilik məhdudiyyət qoymur. Ancaq sahil boyu hasarın və tikinti konstruksiyasının uzunluğu 200 metr olmalıdır və yalnız dövlət sərhəddinin mühafizəsinin təmin etmək məqsədilə çəkilməlidir.

“Hasarlar arasında hərəkət üçün nəzərdə tutulmuş yollar olmalıdır, bu yollar 6 metrdən az olmayaraq, birbaşa sahilə çıxışı təmin olunan yollar olmalıdır. Bu gün həqiqətən də Xəzər dənizi boyunca, hətta Sumqayıtdan başlayaraq, Ələtə qədər demək olar ki, dəniz təmamilə hasarlanmış vəziyyətdədir. Bu isə, qanunvericiliyin tamamilə pozulmasıdır. Hətta bəzi yerlər var ki, orda hasarların uzunluğu kilometrlərlə davam edir”-deyə qeyd edən hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması, İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinin 1-ci bəndinə görə pozuntu hesab olunur və buna görə fiziki şəxslər 4000 manat məbləğində cərimə oluna bilirlər.

Eyni zamanda bu əraziyə cavabdeh olan, bu hasarların çəkilməsinə icazə verən və ya onların çəkilməsinə rəvac verən və hərəkətsizlik göstərən vəzifəli şəxslər 8 min manat məbləğində cərimə oluna bilərlər. Bu hasarların çəkilməsini icra edən hüquqi şəxslər isə, 40 min manat məbləğində cərimə edilirlər.

Ramil Süleymanov bildirib ki, bu hasarların sökülməsi birbaşa dövlət tərəfindəm həyata keçirilməlidir. Əgər bu, hasarların söküntüsündən sonra eyni əməllər, eyni şəxslər tərəfindən təkrar törədildikdə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər 50 min manat məbləğində cərimə olunurlar.

Hüquqşünas vurğulayıb ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, dövlət mülkiyyətində olan torpaqlardan istifadə və icazə olmadan özbaşına hasarlama və becərmə, o cümlədən ümumiyyətlə başqa üsullarla istifadə etmə 8 min manatdan 10 min manata qədər cərimə cəzasına, 2 il müddətinə qədər azadlığın məhdudlaşdırılması və ya 2 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır.

Eyni əməllər tikinti və ya quraşdırma işləri istifadə və icarə hüququ olmadan aparıldıqda bu halda 3 ilə qədər azadlığın məhdudlaşdırılması və 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır. Bu əməllər təkrar törədilirsə və ya vəzifəli şəxslərin öz qulluq mənafeyindən istifadə etməklə törədildiyi halda 5 ildən 8 ilə qədər azadlıqdan məhrum etməklə cəzalandırılır.

Xəzərin hasarlanması yolverilməzdir və digər vətəndaşların istirahət hüquqlarının pozulması, eyni zamanda milli sərvətimiz olan Xəzər dənizindən istifadə etmək hüququnun məhdudlaşdırılması deməkdir. Bu kimi hərəkətlərin qarşısını dövlət özü almalıdır.

P.S.Etiraf etməliyik ki, Xəzəri zəhərləyən, ekologiyaya zərər verən elə açıq şəkildə də edə bilir. Məsələn, Hövsan kanalından danışaq. Uzun illərdir ki, kanal dənizi çirkləndirir. Bir tədbir görən varmı? Xeyr!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
'Kontakt Home' vətəndaşa TÖVBƏ ELƏTDİRİR - "Həyatımın ilk səhvini edib..."

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə tanınmış jurnalist Elmir Muradov paylaşım edib. Onun sözlərinə görə şirkət bu yolla insanların cibinə girir. Maxinasiyasını ifşa edən jurnalist, bir daha şirkətdən heç nə almayacağını deyib: "Həyatımın ilk səhvini edib, iyul ayında "Kontakt Home"dan kreditə mobil telefon götürdüm.

Dostların dəfələrlə ordan heç quru çöpdə alma sözlərinə qulaq asmadım, indi də əziyyətini çəkirəm. Hər ayın 17-i kredit ödənişinin vaxtıdı, srağagün paypoint aparatlarına yaxınlaşdım ki, ödəniş edəm, ekranda sistemin işləmədiyi göstərildi.

Daha sonra onlayn formada ödəniş eləmək istədim, onda da sistemdə yanlışlıq olduğu qeyd olundu. Şirkətə zəng elədim ki, məsələni ayırd edəm, operatora bağlanmaq üçün 6 dəqiqə xəttə gözlədildim.

Xanım operatorları telefonu açandan sonra gah minnətlə danışır, gah səs tonunu artırır, mən anlamadım, müştəri mənəm ya şirkət əməkdaşı. Bir xeyli sorğu-sualdan sonra "kodlar dəyişilib, sistemdə axtarış verək, məsələyə aydınlıq gətirmək üçün geri dönüş edəcəyik, sağolun" deyib telefonu bağladı. Mən bunları anladım.

Deməli şirkət kodları qəsdən dəyişir, müştəriyə də yeni kodu göndərmir. Və beləliklə müştəri vaxtında ödəniş edə bilmədiyi üçün mövcud kreditinin üzərinə faiz gəlir. Bu yolla şirkət öz çirkin planını həyata keçirib, insanların cibinə girir.

Bunların kreditinin hamısını ödəmək, ondan da sonra ümumiyyətlə Kontakt Home tərəfə getməmək lazımdır. Konkret maxinasiya ilə məşğuldurlar!"

Məlumat üçün qeyd edək ki, "Kontakt Home" mağazalar şəbəkəsinin sahibinin deputat Elnur Allahverdiyev olduğu iddia edilir.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kontakt home”dan şikayətlər yağış kimi yağır”: - Şirkətin “itil cəhənnəmə” prinsipi böyük narazılıq yaradır


“Son beş ildə trend istehlakçı şikayəti mürəkkəb texniki cihazlardan və mobil telefonlardandır. Və bu məsələdə, yəni istehlakçını aldatmaqda, saxta mal satmaqda, “itil cəhənnəmə” prinsipi ilə işləməkdə birinci və ikinci yerləri “Kontakt home”la “Baku Electronic” bölüşdürür”.

Bu fikirləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov redaksiyaya “Kontakt home” mağazalar şəbəkəsindən daxil olan şikayətə münasibət bildirərkən səsləndirib.

Vətəndaş Xəyalə Azay qızı Talıbovanın məlum şikayətini olduğu kimi təqdim edirik:

“Mən iyulun 4-də kreditlə telefon götürmək üçün Sumqayıt şəhərində yerləşən “Kontakt home” mağazasına yaxınlaşdım. Və “İ phone 11” markalı 128 Gb-lıq telefon götürdüm. 1400 azn-lik telefona 12 aylıq kreditlə 2090.99 manat hesabladılar. Razılaşdım və malı alıb evə gətirdim. Lakin ilk gündən telefonda problem yarandı, donmağa başladı, həm də dinamik hissəsindən xışıltı səsi gəlirdi. Bu səbəbdən iyulun 7-də mağazaya yaxınlaşdım. Orada baxıb dedilər ki, problem İOS sistemindədir. Və sistemi yenilədilər, amma yenə də telefonun nasazlığı aradan qalxmadı. Ayın 10-da yenə mağazaya getdim. Bu dəfə də şikayətimə ciddi yanaşmadılar, “servisə göndərək” dedilər. Mən 4 günlük telefonun servisə göndərilməsinə etiraz etdim və dəyişdirilməsini bildirdim.

Onlar isə dedilər ki, guya servis xidməti məhsulun nasazlığını təsdiq etməlidir. Mən isə bildirdim ki, malı 14 gün müddətində dəyişmək və ya qaytarmaq hüququm var. Amma onlar bununla razılaşmadı. Məsələ ilə bağlı “Kontakt home”un baş ofisinə müraciət etdim. Lakin oradan da müsbət cavab almadım. Beləcə telefon 11 gün servisdə qalandan sonra dedilər ki, heç bir problemi yoxdur. Lakin mən bu cavabla razılaşmadım, 11 gün müddətində servisdə qalan telefonun qüsursuz olduğuna inanmadığımı bildirdim. Bir daha mağaza müdirinə yenisi ilə əvəzlənməsini və ya kreditin ləğv olunmasını təkid etdim”.

Şikayətçi bildirir ki, bütün bunlara baxmayaraq, mağaza onun istehlakçı hüquqlarını pozmaqda davam edir.

X.Talıbova deyir ki, o, müqaviləyə xitam verilməsi ilə əlaqədar kredit sənədində adı keçən Beynəlxalq Banka da müraciət edib. Lakin oradan təqdim etdiyi fakturaların həmin banka aid olmadığı bildirilib. “Görünən odur ki, “Kontakt home” saxta sənədlərlə vergidən də yayınır”, – deyə şikayətçi əlavə edib.

X.Talıbova məsələ ilə bağlı aidiyyəti orqanlardan kömək istəyərək, ödədiyi 402 azn-nin geri qaytarılması və kredit müqaviləsinə xitam verilməsi üçün dəstək göstərilməsini xahiş edir.

Məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışdığımız AİB sədri Eyyub Hüseynov da istehlakçının haqlı olduğunu deyir. Bildirir ki, “Kontakt home”dan şikayətlər yağış kimi yağır:

“Hər gün bu şəbəkədən birliyimizə 3-4 şikayət daxil olur. Mən hər gün 6-7 adamı İqtisadiyyat Nazirliyinin 195 qaynar xəttinə yönləndirirəm ki, öz müraciətlərini bildirsinlər. Dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərinə demişəm ki, bir yığıncaq çağırın, bu bizneslə məşğul olanları toplayaq, mənə üç dəqiqə söz verin, onlara izah edim ki, müştərilərlə belə davranmaq olmaz. Təəssüflər olsun ki, həmin qurum demək olar ki, biznesi himayə edir, nəinki istehlakçıları.

Çox nadir hallarda mənim “Kontakt home”un hüquqşünasına və ya piar nümayəndəsinə zəngimlə məsələ həll olunur. Əks halda mən istehlakçının şikayətini rəsmi məktub şəklində İqtisadiyyat Nazirliyinin adını çəkdiyim qurumuna göndərirəm. Həmin qurum isə belə edir: “Kontakt home”a bir məktub yazır, oradan da özlərinə sərf edən cavabı göndərirlər nazirliyə. Nazirlik isə onun surətini çıxarır, axırda da yazır ki, gedin, məhkəməyə müraciət edin. Bir məktubu mənə, birini də istehlakçıya göndərir. Azad İstehlakçılar Birliyi olaraq hökumət qurumunun belə fəaliyyətinə biz tam etiraz edirik. Ona görə ki, qəsmi qurum bir dəfə də olsun malı özü ekspertizaya verib, nəticə çıxaran iş görməyib. Sadəcə olaraq mürəkkəb texniki cihazlar satan biznes qurumlarının işlərinin “lobbiçiliyini” aparır. Bu isə birmənalı şəkildə Azərbaycan hökumətinin biznes qurumları üçün yaratdığı toxunulmaz şəraitdən sui-istifadə etmək, istehlakçı hüquqlarını pozmaqdır.

Bu məsələdə də istehlakçı haqlıdır. Təəssüflər olsun ki, mən indiyə qədər “Kontakt home”un yalnız hüquqşünasları və piar nümayəndələri səviyyəsində görüşə bilmişəm. Yəni şirkətin ən yuxarı rəhbərləri kimdir, onu bilmirəm və görüşmək də mümkün olmayıb. Demək olar ki, heç bir istehlakçı onlarla görüşə bilməyib. Yəni gələndə müştərilərə qapılar açıqdır – “Buyurun”, çıxanda isə qapı bağlanır və geridönüş demək olar ki, yoxdur”.

Ekspert əlavə edir ki, “Kontakt home”dan çox əcaib şikayətlər var:

“Məndə bu şəbəkə tərəfindən dövlətin qanunlarını pozan, istehlakçını aldadan çoxlu faktlar var. Elə bu gün sözügedən şirkətdən bizə iki şikayət daxil olub. Belə şikayətlər hər gün davam edir. “Kontakt home” isə özünü karlığa, korluğa, lallığa vurub, istehlakçı şikayətlərini araşdırmır və özlərinə məxsus servisin rəyi əsas gətirilir. Hökumət orqanları da müstəqil ekspertiza aparmır. Və belə bir şəraitdə də insanların hüquqları getdikcə daha çox pozulur, ölkənin əmtəə bazarı saxta, təhlükəli mallarla dolur.

Düşünürəm ki, “Kontakt home” və bu kimi digər şirkətlər istehlakçılara doğru addım atmalıdırlar. Hökumət də, dövlət də, biznes sahibləri də bilməlidir ki, dövləti, ordunu, biznesi mövcud edən biz istehlakçılarıq. Ona görə də bizim səsimiz eşidilməlidir”.

Məsələ ilə bağlı adıçəkilən şəbəkəyə ünvanladığımız şifahi və yazılı müraciətlər isə cavabsız qaldı.

Mövzunu diqqətdə saxlayacağıq.
KONKRET.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Park Azure”da nə baş verir? - "Özbaşınalıqdan bezmişik, liftə adlarımızı vururlar..."

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində "Yeni Həyat Şirkətlər” Qrupunun inşaa etdiyi "Park Azure” Yaşayış Kompleksində komunal xərcləri ödəməyən sakinlərin liftdən sitifadəsinə məhdudiyyət qoyulub. Sözügedən binada mənzilinə çıxışı üçün liftə məhdudiyyəti tətbiq edilən şəxslərdən biri də Arzu Əliyevadır.

DİA.AZ bildirir ki, Arzu Əliyeva Qaynarinfo-ya açıqlamasında "Park Azure” yaşayış kompleksində başına gətirilən oyunlardan və sahibkarın qanunsuz əməllərinə göz yuman dövlət qurumlarından danışıb:

"Mən iki otaqlı mənzilimi satıb, sözügedən binada ilkin ödəniş etməklə ipoteka ilə mənzil sahibi olmuşam. "Park Azure” yaşayış kompleksində əvvəl hər şey normal idi və sonradan burada çox ciddi problemlər başladı. Binada avtomobil qarajları üçün nəzərdə tutulan yerlər sökülərək, ofislərlə əvəzləndi. Tikinti və yanğın təhlükəsizliyi normalarına riayət edilmədən qanunsuz addımlar atılmaqda davam etdi. Səsini çıxaran, haqqını, hüququnu tələb edən vətəndaşları müxtəlif yollarla, hədə-qorxu gələrək susdurmağa çalışırlar. Halbuki, biz ora köçürüləndə binada sakinlər üçün yüksək şərait nəzərdə tutulmuşdu. Sənədləri də buna görə imzaladıq. Adı "Park Azure”dır. Amma uşaqların və böyüklərin həyətə dincəlmələri üçün nə park var, nə həyət var. Həyətin ortasında da tikinti aparılıb. Əslində buranın adı "Park Azure”a yox "Babək Azure” olmalıdır. Avtomobil dayanacağı üçün nəzərdə tutulan yerlər ofis olub və həmin yerlər yüksək məbləğdə icrayə verilir. Problemlər də elə burdan başlayır".

Arzu Əliyeva iddia edib ki, hazırda mənzillərə giriş-çıxış üçün istifadəyə verilən liftlərdən sözügedən qanunsuz tikilən ofislərin işçiləri də istifadə edir:

"Nəticədə mənzillərimizə qalxıb-düşmək üçün liftdən istifadə çətinləşib. Çünki, bir liftə minmək üçün ən azı 15 dəqiqə vaxt lazımdır. Yəni gözləməlisən ki, ofis işçiləri nə vaxt lifti boşaladacaq. Bu bina sakinləri ilə "Park Azure” Yaşayış Kompleksini idarə edənlər arasında ciddi narazılığa səbəb olu"r.

Digər bir tərəfdən Arzu Əliyeva əlavə edib ki, "Park Azure” Yaşayış Kompleksində liftdən istifadə və təmizlik üçün aylıq 104 manat tələb edilir:
"Mən bu kommunal ödənişi etməyə hazıram. Bilirəm ki, binanın ümumi əmlakının saxlanması üçün aylıq xərc lazımdır və bu da qanunvericilik çərçivəsində tənzimlənməlidir. Amma mənə bildirilsin ki, sözügedən vəsait necə hesablanıb, necə formalaşır və "Park Azure” Yaşayış Kompleksinin rəhbərliyi yığılan pulu nəyə xərcləyir? Bunun hesabatını bizə verən yoxdur. Əksinə, liftlərə qanunsuz quraşdırılan kartı pulla satıblar. İstədikləri vaxt lifti dayandırır, açırlar. Nəyə görə bu qanunsuzluğa dövlət qurumları göz yumur? Vətəndaşa göstərilən qərəzli mövqedən belə başa düşülür ki, ölkəmizdə sahibkar nəyi necə istəyir, elə də edə bilər. Mənzilin sahibi mənəm, onlar deyil. Əgər onlardırsa, gətirib verdiyim pulları qaytarsınlar. Mən gedib başqa yerdə yaşayım. Kirayədə qalmıram, evimdə qalıram. Liftdən bütün günü müxtəlif işlər üçün istifadə edilir. Yuxarıda sadaladığım kimi, bizim nə parkımız var, nə həyətimiz. Üstəlik binada anisanitariya höküm sürür. Binanı siçovullar basıb. Burda uşaqlar kiçik bir həyətdə ölən siçovullara əl vururlar. Bu ki infeksiyadır. Binanın padvalı belə icarəyə verilib. Orada çörək sexi açılıb”.

Şikayətçi həmçinin deyib ki, lift borcu olan şəxslərin adı "Park Azure” yaşayış kompleksinin idarəçiləri tərəfindən liftdə kağız üzərində vurulur:
"Mənim adımı, soyadımı başqaları nəyə görə bilməlidir? Övladlarım nəyə görə analarının adını liftdə vurulmasını görməlidir? Bu "qayda” heç bir yerdə yoxdur. Bunu edən "Park Azure” yaşayış kompleksini idarə edən Babək adlı şəxsdir. O, özünü binanın sahibi kimi aparır. Nəyə görə? Axı binada mənzilin sahibi bizik!”.

O, bildirib ki, ad-soyadı liftdə vurulduğu üçün "Park Azure” yaşayış kompleksinin komendatına xəbərdarlıq etsə də, heç bir nəticə olmayıb:
"Əsəbləşib, kağızları cırdım. Sonradan mənimlə bağlı polisə şikayət verildi. İş məhkəməyə gedib çıxdı. Məhkəmədə qarşı tərəf məni həbs etdirmək istəyirdi. Bu məsələ düzgün araşdırlsa, haqqımda verilən qəraralar və inzibati tənbehin qərzəli olduğu açıq-aydın görünər. "Yeni Həyat Şirkətlər Qrupu”nun sədri vəzifəsini müvəqqəti icra edən Babək Babayevin nümayəndəsi Vidadi məhkəmədə iddia etdi ki, guya mən 24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb, monitoru sındırmışam. Həmçinin "reception” bölməsində işləyən Nuranə adlı işçi ilə mübahisə edib, nalayiq ifadələr işlədib, bukletləri götürərək nümaişkarə şəkildə yerə atmışam. Amma bu belə deyil. Mən yalnız liftdə adımın yazılığı kağızları cırıb atmışam. Niyə mənim adım liftdə vurulmalıdır? Liftdə lazımsız reklamları niyə görməliyəm? Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəmdə 50 manat məbləğində cərimə tətbiq etdi. Apellyasiya şikayəti vermişəm. 23 avqust tarixində məsələyə baxılacaq”.

Arzu Əliyeva deyib ki, "Park Azure” rəhbərliyinin liftə məhdudiyyət qoyması tam olaraq qanunsuzdur:

"3 övladım var. Bir övladım Vətən müharibəsi iştirakçısıdır və "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Oğlum deyir ki, ana mən Vətənə xidmət etmişəm. Vətənə xidmət etdiyimə, torpaqlarımızın azad olunmasında iştirak etdiyim üçün yəqin mənim anama belə davranırlar. Mənim adım liftə vuruldu, uşaqlarıma pilləkənla çıxıb-düşməyi məsləhət bildilər".

Şikayətçi xanım hazırda "Park Azure”a rəhbərlik edən şəxslərin digər qanunsuz əməllərlə də məşğul olduğunu iddia edib:

"Artıq sakinlər onları burada görmək istəmir. Biz komendatımızı özümüz seçməliyik, onları istəmirik. Babək Babayev deyir ki, bina sakinlərinin 99 faizi onlardan razıdır. Gətirib, onların rəhbərliyinə razılıq verən sakinlərin imzalarını göstərsinlər. Əksinə, 88 faiz bina sakinləri onlardan narazıdır. Sadəcə başları öz işlərinə qarışdığından məsələyə müdaxilə etməyə vaxtları yoxdur. Nəticədə də belə özbaşınalıqlar baş veririr. Yeni tikili çoxmənzilli binaların idarə olunması Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin bizim binada bu sahibkarın xüsus qanunları və məcəlləsi ilə həyata keçirilir. Hərkəs də buna göz yumur".

Arzu Əliyeva "Park Azure”da baş verən hadisələrlə bağlı müvafiq qurumlara müraciət edəcəyini də deyib:

"Mən bunu edəcəm. Çünki onlar dözülməz hərəkətlərə yol verirlər. Böyük kommunal ödənişlər tələb edilir, xidmətlər isə demək olar ki, yox səviyəsindədir. Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadiyyat Nazirliyinə və digər aidiyyatı qurumlara müraciət edəcəm. Məni Vətənimdən, ölkəmdən küsdürmək istəyirlər. Niyə görə? Buna onlar cavab verməlidirlər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alman bayrağı altında YERLİ ÖZBAŞINALIQ... - Buna başqa NƏ AD QOYAQ?


Son illər təhsil, səhiyyə və digər sahələrdə nə qədər mənasız layihələrə rast gəldik. Hamısı da sonda iflasa uğrayır. Belə layihələrdən biri də Elxan Yaqubovun 1998-ci ildə Almaniyadan Bakıya gətirdiyi Biloji Təbabət layihəsidir.
Elxan Yaqubov ilk olaraq Almaniyadan bahalı dərmanları gətirib özünün təsis etdiyi “Planeta” MMC-nin apteklərində satmağa başladı. Sonradan isə Azərbaycanda “Bioloji Təbabət” klinikası açdı. Və bu gün bu klinikianın Bakıda, Sumqayıtda, Göyçayda, Masallıda və digər yerlərdə filailları var.
Gəlin ilk öncə görək, Elxan Yaqubovun Almaniyadan ölkəmizə gətirdiyi BİLOJİ TƏBABƏT nədir, onun klassik təbabətdən fərqi nədir..?
Sözün düzü, Bioloji Təbabətin https://btk.az/doctors saytına daxil olub ələk-vələk eləsək də saytda bir normal xəbərə rast gəlmədik.
Təsəvvür edirsiniz saytda hansı bölmənin üzərində vurursansa, BOŞDUR…yazılır. Deməli, saytda HƏKİMLƏR bölməsində yalnız bircə həkimin adı və tərcümeyi-halı var: Nutrisioloq-dietoloq Amaliya Rəhimova... Bəs başqa həkimlərin, bu boyda klinikanın sahibi Elxan Yaqubov haqqında niyə bircə cümləlik məlumat yoxdur..?
Bütün bunları bir kənara qoyaq heç olmasa oxucuya BİOLOJİ TƏBABƏT-in nə olduğu barədə barı 1-2 cümlə ilə məlumat verin dəə... Nə isə özümüz xırda axtarış zamanı müəyyən elədik ki, BİOLOJİ TƏBABƏT klassik təbabətdən fərqli olaraq kimyəvi və sintetik dərmanlardan istifadə eləmir. Sonra xəstəni deyil, xəstəliyi müalicə edir və daha nələr... Bu təbabətin əsası alman alimi H.Rekkeveq tərəfindən qoyulub. Buna görə də bu terapiyanın vətəni Almaniya sayılır. Lakin 50 ildən artıqdır ki, yalnız Almaniyada deyil, Avropanın bir çox ölkələrində, Amerikada, Braziliyada, Kolumbiyada, hətta, Afrika ölkələrinin bəzisində həkimlər biotənzimləyici terapiya üsullarından istifadə edirlər. Keçən əsrin 90-cı illərindən etibarən isə bu təbabətin müalicə üsulları Rusiya, Ukrayna, Qazaxıstan və Baltikyanı ölkələrdə tətbiq olunur. Özlüyündə Elxan Yaqubovun bu fəaliyyəti təqdirəlayiqdir. Amma.... Əmması odur ki, bu adamın avazı yaxşı gəlsə də, əməlləri düz gəlmir...
Belə ki, əslən Göyçay rayonundan olan Elxan Yaqubov rayon səhiyyə şöbəsi, Rayon Mərkəzi Xəstəxanası ilə gizli sövdələşmələr edir. Elxan Yaqubov öz müsahibəsində müasir tibbi avadanlıqlardan danışır, hətta deyir ki, bu başqa klinikalarda yoxdur.
Birincisi ondan başlayaq ki, Elxan Yaqubov deyir ki, böyük pullar xərcləyib xaricdən ən müasir tibbi aparatlar gətirmişik. Əgər belədirsə, niyə..?
Bəli, Səhiyyə Nazirliyinin dövlət vəsaiti hesabına alıb Göyçay Mərkəzi Xəstəxanasına verdiyi ən bahalı müayinə aparatları nə üçün “Bioloji Təbabət Klinikası”na aparılıb..? Bəs deyirsən xaricdən baha qiymətə almışıq, cənab Elxan Yaqubov..? Sizə məxsus “Planeta” apteklər şəbəkəsində nələr satılmır, cənab Elxan Yaqubov..?
Yeri gəlmişkən, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov Səhiyyə Nazirliyinin rayona verdiyi bahalı tibbi avadanlıqları dostu Elxan Yaqubovun “Bioloji Təbabət Klinikası”na bağışlayıb.
Deməli, dövlət vəsaiti hesabına alınan tibbi avadanlıqları Elxan Yaqubov pullu xidmətə yönəldib. Budur sizin ölkəyə gətirmək istədiyiniz müasir tibbi xidmət, cənab Yaqubov..?
Yeri gəlmişkən, Göyçayın baş həkimi Elçin Bilalov vaxtilə “Bioloji Təbabət” xəstəxanasında dərman alveri edirmiş. İndi isə saytlarda oxuyuruq: “Bütün peşəkar kadrlar Bioloji Təbabət Klinikasını tərk edir”….
Başqa bir xəbərə nəzər salaq: Bir müddət əvvəl klinikanın stomatoloqu Cəfər Fərzəliyev pasienti Sevil Ağamirovanın dişində yanlış əməliyyat aparmışdı. Xəstə buna etiraz etdikdə isə həkim onu təhqir edərək klinikadan qovmuşdu.... Ona görə, yazının girişində yazdıq ki, Azərbaycana gətirilən ən mütərəqqi layihələr sonda İFLASA uğrayır. Biz hələ Bioloji Təbabət Klinikasının sahibi Elxan Yaqubovun adının ölüm işində hallanmasından bəhs eləmədik. Bu başqa bir yazının mövzusudur. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağcabədi hələ də KÖHNƏ TƏFƏKKÜRÜN girovudur... - İLGİNC İDDİALAR...


Tarix bir variantda mümkündür. Bəzən deyirlər ki, Stalin sağ olsaydı...Mir Cəfər Bağırov dirilsəydi...və s. Yəni mümkün olmayan variantdı, amma insan onu fərz etmək istəyir. Deyirəm, əgər SSRİ dağılmasaydı...görəsən Rafil Hüseynov kimilər indi harada vaxt öldürürdü. Ataların bir müdrik sözü də var. Köç geri qayıdanda axsaq-uxsaqlar qabağa düşər... Bəli, kim inana bilərdi ki, Bərdədə rayon qəzetində KORREKTOR işləyən Rafil Hüseynov günün birində Masallının, sonra Ağcabədinin icra başçısı olacaq. Korrektor hara, icra başçısı hara..?
Təsəvvür edirsiniz, bu adam sabiq prezident Ayaz Mütəllibovun qatı tərəfdarlarından biri olub, sonra Xalq Cəbhəsi hakimiyyəti dövründə bu adam Bərdə Vergi İnspeksiyasının rəisi, sonra Bərdə İcra Hakimiyyəti başçısının birinci müavini olur...sonra da YAP-çı olub və karyerası daha da yüksəlib. Və bu gün milyonlara sahibdir, sözün həqiqi mənasında oliqarx məmurdur. Amma... Amma cəmiyyət arasında Ramiz Mehdiyevin sağ əli kimi tanınıb. Hamı deyir ki, oğlu camaatı dovşan adlandıran və oğluna camaatla davranış qaydalarını öyrədə bilməyən ata, böyük rayonlara necə rəhbərlik edə bilər..?
Doğrudan da, Rafil Hüsenovun polis zabiti olan oğlu Şəhriyar Hüseynzadənin əməli nəinki polis, hətta insan adına layiq olmadığı üçün bir dəqiqədə cənab nazir onu sistemdən qovdu. Belə ki, icra başçısının oğlu polis zabiti Şəhriyar Hüseynzadənin vətəndaşı evindən, yatağından şalvarsız, tumançaq sürüyüb aparması ilə bağlı informasiya, şəkillər az qala dünyanı dolaşdı...və ölkəmizin imicinə kölgə saldı. Həmin vətəndaş hətta cinayətkar olsaydı belə, bu cür davaranış olmazdı.
Onu da qeyd edək ki, Şəhriyar Hüseynzadənin heç bir təhsili-filanı olmayıb, atasına görə, Neftçala Polis İdarəsində mülki işə düzəlib və sonra kursa göndəriblər və nəticədə polis zabiti olub. Və onun işi-gücü avtoşluq eləmək, gecə barlarında lüt gözəlçələrlə şəkil çəkdirib paylaşmaq olub.
İndi gəlin görək, “barmen” polis zabitinin, “korrektor” atası hansı əməllərin sahibidir.
Təkcə onu qeyd edək ki, Rafil Hüseynov Masallıda icra başçısı olarkən, köhnə qəbristanlığı buldozerə verdirib, ərazisini obyekt tikmək üçün iş adamlarına paylayıb və milyonlar qazanıb. Bax, bunu Allah Rafilə bağışlamayacaq. Bu hələ harasıdır..? Rafil Hüseynovun şəhidin atasına kəllə atmağı, onu vurmağı da onun qaşqasına qara ləkə kimi yapışıb. Şəhid atası deyir ki, camaat olmasaydı, icra başçısı məni öldürəcəkdi.
Təsəvvür edirsiniz, Rafil Hüseynov Ağcabədidə yaşayan Qarabağ veteranının statusunu ləğv etydirmək üçün müxtəlif orqanlara müraciət edir... Rafil Hüseynov dövlətdən oğurladığı milyonların hesabına Novxanıda 10 milyon dəyəri olan villa tikdirib. Soruşan yoxdur ki, ay Rafil, 30 ildir dövlət qulluğunda konkret maaşa işləyirsən, bəs 10 milyonu haradan oğurladın..? Rafil Hüseynov Ağcabədidəki bütün idarə, müəssisə, şirkət rəhbərlərini “aylığa” otuzdurub, deyir ki, mənim də xərclərim var, hər ay pul verirəm... Ay Rafil, sən hər ay kimə və nə qədər pul verirsən..? Əvvəllər yığdıqlarını Ramiz Mehdiyevlə bölüşürdün, indi kimlə bölüşürsən..?
Rafil Hüseynov təkcə böyüklərin cibinə girmir ee.... Rafil Hüseynov uşaq bağçalarındakı körpələrin qidasını mağazalarda satdırıb mənimsəyib... Bax, Rafil Hüseynov belələrindəndir... Rafil Hüseynov rayondakı uşaq bağçalarının, məktəblərin müəllim və rəhbərlərini atesstasiya edib pul yığmaqla məşğul olub... Sözün qısası, Rafil Hüseynovun əməllərini yazmaqla bitən deyil.
Son sözümüz odur ki, artıq Rafil Hüseynov, 80 yaşı xırdalayır, bir də baxacaqlar ki, kresloya yapışıb qalıb. Onda onu qopartmaq olmayacaq. Ay Rafil, nə qədər gec deyil, vəzifədən əl çək, bir az da qalsan, səni Kürdəxanıya aparacaqlar... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qranit-QP” MMC-nin bəd əməlləri - sahibkar necə aldadıldı?


Bakı şəhər sakini, Nizami rayonu, M.Şərifli küçəsi, 1M ünvanında yaşayan sahibkar Babayev Ələsgər Misgər oğlu “Yeni Müsavat”a müraciət edib. O, “Qranit-QP” MMC tərəfindən aldadılığını və külli miqdarda pullarının mənimsənildiyini deyir.

Sahibkar hazırda Goranboy rayon Məhkəməsində bu iş üzrə prosesin getdiyini bildirdi və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Ə.Babayev hər kəsdən kömək istəyir. Onun müraciətini təqdim edirik: “2011-ci ilin may ayınada Azərbaycan Respublikası Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilmiş “Xüsusi İcazə” əsasında “Şimşək-VK”MMC yaradaraq, sənayedə sülhməramlı qazma –partlayış işləri aparmaq üçün fəaliyyətə başladım. Həmin dövrdə bu işə tələbat az olduğuna görə, 2012-ci ilin oktyabr ayında 2011-ci ilin iyun ayında yaranmış “Qranit-QP” MMC- nin təsisçiləri Mürşüdova Rübabə Mustafa qızı, Həsənov Ramil Şəmil oğlu, Həsənəliyev Xudaverdi Vaqif oğlu ilə tanış olduq və qərara gəldik ki, “Şimşək-VK” MMC-nin fəaliyyətini müvəqqəti dayandıraq. Çünki “Qranit-QP” MMC-nin təsisçiləri qaz-partlayış işləri üzrə mütəxəsislər idilər.2012- ci ilin noyabr ayında mən “Qranit-QP” MMC-nin təchizat məsələləri üzrə direktor müavini vəzifəsinə qəbul olundum. Həmin vaxtda “Qranit-QP” MMC-nin nə maddi vəsaiti, partlayıcı maddələri və materialları, nə də ki, qazma işləri aparmaq üçün maşın və mexanizmləri yox idi.

2012- ci il dekabr ayında mən Rusiyadan qazma qurğusunun alınması üçün şəxsi 15000.00(On beş min manat) pulu, avans olaraq “Qranit-QP” MMC-nin hesabına köçürdüm.

Partlayıcı maddə (PM) və Partladıcı vasitələrin (PV) “Qranit-QP” MMC-yə alınması üçün Rusiyanın “T.O.P” şirkəti ilə müqavilə bağladım, PM və PV-in Respublikaya idxalı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetindən icazə aldım və bir sıra şirkətlərlə qazma-partlayış yolu ilə xammalın çıxarılması üçün şəxsən müqavilələr bağlamış və cəmiyyətə külli miqdarda xeyir gətirmişəm, bütün maşın və mexanizmlərin hamısını özüm təmir etmişəm. 2013-cü ilin fevral ayında ABB-dən Bakı şəhəri, Nizami rayonunda yerləşən şəxsi evimi girov qoyaraq, PM və PV alınması üçün “Qranit-QP” MMC-nin hesabına 142100.00 (Yüz qırx iki min yüz) azn kredit götürdüm. 2015-ci il yanvarında “Qranit-QP” MMC-yə PM,PV və qazma qurğusunun alınması üçün “Turan Bank”-dan şəxsi evimi girov qoyaraq 170000.00 (Yüz yetmiş min ) ABŞ dolları məbləgində kredit götürdüm. 2016- ci ilin iyul ayında “Qranit-QP” MMC-yə PM və PV- lərin idxalı üçün şəxsi evimi girov qoyaraq ABB-dən 170000.00(Yüz yetmiş min) azn kredit götürdüm 2019- ci ilin fevral ayından “Qranit-QP” MMC- nin təsisçiləri – direktor- Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis – Həsənəliyev Xudaverdi Vaqif oğlunun təkidi və təklifi ilə “Şimşək-VK”MMC- nin fəaliyyətini bərpa etdik. Həmin tarixdən təchizat məsələləri üzrə direktor müavini vəzifəsindən azad edilib, “Şimşək-VK”MMC-yə direktor vəzifəsinə təyin edildim.

Nəzərinizə çatdırıram ki, “Qranit-QP”MMC-dən işdən çıxmağıma baxmayaraq, 2019-cu ilin mart ayında yenidən şəxsi evimi girov qoyaraq “Qranit-QP” MMC-yə bir ədəd qazma qurğusunun alınması üçün ABB-dən 350000.00(Üç yüz əlli min) azn kredit götürdüm. 2021-ci ilin aprel ayında “Qranit-QP” MMC-yə PM və PV-in idxalı üçün yenə şəxsi evimi girov qoyaraq ABB-dən 100000.00(Yüz min) azn kredit götürdüm.

Beləliklə, “Qranit-QP”MMC-yə 777900.00 (Yeddi yüz yetmiş yeddi min doqquz yüz) azn və 170000.00 (Yüz yetmiş min) ABŞ dolları məbləğində vəsait yatırdım.

2021-ci ilin mart ayında “KBT” MMC- nin rəhbərliyi Cəbrayıl- Hadrut yolunun çəkilişində 500000 m 3 qazma-partlayış işlərinin aparılması üçün mənə müraciət etdi. “Qranit-QP”MMC-ni işlərin birlikdə aparılması üçün dəvət etdim və birlikdə çalışdıq.

Nəzərinizə çatdırıram ki, işğaldan azad olunmuş rayonlarda bu sahəyə tələbatartdığına görə “Qranit-QP”MMC-nin rəhbərliyi məndən gizli olaraq başqa şirkətlərlə müqavilələr bağlayıb. 2022 –ci ilin iyul ayında “Qranit-QP”MMC-nin rəhbərləri məni dəvət edib “Şimşək-VK”MMC-yə kömək məqsədi ilə hər birinə cəmiyyətin payından 20% təklif etdilər, yəni 60 % onlara, 40% isə mənə. Mən də “Qranit-QP”MMC-yə yatırdığım vəsaitin və gördüyüm işlərin əvəzinə 20% pay istədim. Onlar isə cavabında mənim heç bir payım olmadığını, hər şeyin onlara aid olduğunu bildirdilər və mənə hədə qorxu gələrək, “bu sözə görə adamı güllələyərlər” deyib məni acı sözlərlə təhqir etdilər”.

Sahibkar üzləşdiyi haqsızlıqdan dolayı səhhətində yaranan problemlərdən də danışdı: “Həmin zaman “Qranit-QP” MMC-nin ofis işçiləri də orada idilər. “Qranit-QP”MMC-nin direkroru Rübabə Mürşüdovanın kabinetindən çıxanda yüksək təzyiq nəticəsində müvazinətimi itirib yıxıldım və təcili yardım vasitəsilə ilkin olaraq Nərimanov rayonu, Kardiologiya şöbəsinə aparıldım, təzyiqimin (290-170) olduğuna, vəziyyətimin cox ağır olmasını nəzərə alaraq məni, Zəfəran Hospitala apardılar. Bir həftə hospitalda reanimasiyada yatmışam. Həmin müddət ərzində “Qranit-QP”MMC-nin rəhbərliyindən heç kim mənim taleyimlə maraqlanmadı.

Hal hazırda “Qranit-QP”MMC-nin təsisçiləri, direktor- Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis-Həsənəliyev Xudaverdi Vaqif oğlu barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin - 229.2. (qanunsuz silah və partlayıcı maddə hazırlanması) və 308.1( vəzifə səlahiyyətlərindən sui istifadə etmə ) maddələri ilə cinayət işi açılın və Goranboy rayon Məhkəməsində proses gedir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Qranit-QP”MMC-nin rəhbərliyi tərəfindən mənə dəymiş maddi və mənəvi ziyanın ödənilməsini və bu cinayət işinin dəqiq və düzgün aparılması üçün hər kəsin, aidiyyatı orqanların köməklik göstərməyini xahiş edirəm. Çox çıxılmaz və çətin durum qarşısında qalmışam”.

Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur Hüseynov bacısı oğlunu işdən çıxarıb - Yeməkxana işini rəisin qardaşına həvalə edib

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bacısı oğlunu yeməkxana müdiri vəzifəsindən uzaqlaşdırıb.

Etibarlı mənbədən Qaynarinfo-ya daxil olan məlumata görə, Zaur Hüseynov "Bakı Metropoliteni" QSC-nin təchizat şöbəsinin tabeçiliyində olan yeməkxana idarəçiliyini bacısı oğlu Fəridən alıb.

Fərid uzun müddət imiş Bilgəh qəsəbəsində yerləşən Sağlamlıq Mərkəzini, metropoliten depolarını və baş idarənin yeməkxanalarını idarə edib. Metro işçilərini yeməklə təmin edən şəxs olub. Fərid hazırda Zzaur Hüseynova məxsus olan "Yaşıl Məkan” restoranını idarə edir.

Sədr metropoliten işçilərinin yeməklə təminatı işini "Bakı Metropoliteni" təchizat şöbəsinin rəisi İlqar Qasımovun qardaşı Vüqar Qasımova həvalə edib.

Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gülməmmədova keçmiş MTN işçisini elə bir problemə salıb ki... - İndi nə etsin... BİLMİR!

Rəna Abışova hərbi qulluqçu kimi evlə təmin edilməli olsa da, MTN-dən verilən sənədlərdəki problemlər ucbatından bu alınmır. Amma Abşeron Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcov yaşlı qadının adını ev növbəsinə salır. Lakin 2014-cü ildə icra hakimiyyətinin yeni başçısı İradə Gülməmmədova onun adını siyahıdan çıxarır.

Ombudsman Elmira Süleymanovaya edilən müraciətdən sonra Abşeron rayon Polis İdarəsinin qeydiyyatına götürülür. Amma bu ildən qeydiyyatı ləğv olunub. Sentyabrda vaxtı bitəcək şəxsiyyət vəsiqəsini buna görə yeniləyə bilməyəcək. Nəticədə əlilliyə görə aldığı təqaüd də dayandırılacaq.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO