[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcbari avtosığorta üzrə ən çox şikayət “Atəşgah Sığorta” ilə bağlıdır - İndeks

Son bir ildə (2022-ci ilin avqust ayından -2023-cü ilin sentyabr aylarına kimi) Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "AzSığorta" (26.75) olub.

DİA.AZ "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı şikayət indeksində bildirilib.

“İpək Yolu Sığorta” 2,68 indeksi ilə ikinci, “Atəşgah Sığorta” isə 2.26 indeksi ilə üçüncü olub. Siyahıda yer alan "Azsığorta" və "İpək Yolu Sığorta", "A-Qroup Sığorta" şirkətlərinin avtomobillərin icbari sığortası üzvə lisenziyası ləğv edilib, "Günay Sığorta" şirkətinin isə lisenziyası ləğv edilməklə fəaliyyəti dayandırılıb. Sözügedən şirkətlər yalnız mövcud müqavilələr üzrə öhdəliklərini icra edirlər. Bu isə o deməkdir ki, bazar üzrə ən yüksək narazılıq hazırda “Atəşgah Sığorta” ilə bağlıdır.

Digər sığorta şirkətləri üzrə göstəricilər isə belədir:
İcbari avtosığorta üzrə ən çox şikayət “Atəşgah Sığorta” ilə bağlıdır - İndeks

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Geyim satan şirkət yol təmir edəcək - Yarımmilyonluq şübhəli tender


Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) məhəllədaxili yollarda təmir işlərinin satın alınması ilə əlaqədar "Koneks Construction” MMC ilə satınalma müqaviləsi bağlayacaq.

Müqavilənin maliyyə dəyəri 487.750,07 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.

"Koneks Construction” MMC tender kralı kimi tanınır. Reyestr məlumatlarında şirkətin 2019-cu ildə qeydiyyata alındığı göstərilsə də, bir çox mənbələrdə "Koneks Construction” MMC-nin 2016-cı ildən fəaliyyətdə olduğu qeyd edilir.

Bundan başqa, şirkətlə bağlı yayılan məlumatlardan görünür ki, "Koneks Construction” MMC geyim, dəftərxana ləvazimatları, odun kimi müxtəlif malların satışını həyata keçirir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən müsabiqə elanlarından görünür ki, şirkət əsasən MKTB-lərin keçirdiyi tenderlərin qalibi olur. Bu tenderlər isə adətən məhəllədaxili yolların təmiri ilə bağlı olur.

Xəzər Rayon MKTB Xəzər Rayon İcra Hakimiyyətinə tabeli qurumdur.Qaynarinfo
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı və deputat məhkəməyə polis gücünə gətiriləcək - DETALLAR


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Millitv,az News24-ə istinadla xəbər verir ki, prosesdə Sabunçu qəsəbə icra nümayəndəsi Vüsal Hüseynov şahid kimi dindirilib.

O bildirib ki, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində obyektin tikintisinə şərait yaradıb: "Elşən Mehdiyev küçəsində tikiinti gedirdi. İcra başçısı zəng edib mənə dedi ki, E. Mehdiyev küçəsindəki tikili "Əvəz Zeynallının qohumunundur, onunla işiniz olmasın". Birinci dəfə obyekt tikiləndə qanunsuz tikili olduğundan sökdük. İkinci dəfə yenidən tikilməyə başlandı. İcra başçısı Adil Vəliyev zəng elədi ki, o obyektə dəyməyin. Bir də həmin obyekə yaxın getmədik".

Vəkillərin suallarını cavablandıran Vüsal Hüseynov bildirib ki, o icra başçısının tapşırığını icra edib: "Mən obyektin qanuni və ya qanunsuz tikildiyini bilmirəm. Mənə əsas başçının tapşırığıdır onu yerinə yetirmişəm".

Məhkəmədə məlum olub ki, iş üzrə digər şahidlər- Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və millət vəkili İmamverdi İsmayılov prosesə çağırılsa da, onlar məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, həmin şəxslər növbəti dəfə prosesə gəlməsə, onların məhkəməyə məcburi gətirilməsi müzakirəyə çıxarılacaq.

Proses sentyabrın 15-də davam etdiriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rövşən Rüstəmovla barəsində cinayət işi olanları nə bağlayır? - “Azərbaycan Dəmir Yolları”nda şübhəli tender...


“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Həkim-Sanitar Xidməti Yol Sanitar Müfəttişliyi “Epidbiomed” MMC ilə toplam maliyyə dəyəri 132 913, 79 AZN təşkil edən üç satınalma müqaviləsi imzalayıb.

DİA.AZ Reportyor.info-ya istinadən xəbər verir ki, şikrət qurumun laboratoriya reaktivlərinin, qidalı mühitlərin, sarğı materiallarının, dezinfeksiyaedici maddələrin və ziyanvericilərə qarşı mübarizə vasitələrinin, laboratoriya tədqiqatları, müayinələr üçün preparatlar və dezinfeksiyaedici vəsaitlərin, dərman, sarğı ləvazimatlarının və materiallarının satın alınması ilə bağlı üç kotirovka soruğusunun qalibi seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Epidbiomed” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşir.

MMC-nin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.

Məmməd Əli Əliyevdən əvvəl şirkətin qanuni təmsilçisi Mustafayev Surxay Tahə oğlu olub. 2019-cu ildə onu Məmməd Əli Əliyev əvəzləyib. Bu da səbəbsiz deyil. Çünki 2018-ci ildə “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev və Surxay Mustafayev barəsində cinayət işi başlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2-ci və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub.

Baş Prokurorluğun bununla bağlı yaydığı məlumatdan aydın olur ki, “Epidbiomed” MMC dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub. Eyni zamanda araşdırmalar zamanı bu şirkətin ölkəyə saxta dərmanlar idxal etdiyi üzə çıxıb.

Namiq Əliyev və digərləri barəsində cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlərində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə aparılıb. Lakin açıq mənbələrdə məhkəmənin nəticəsi barədə heç bir məlumata rast gəlinmir.

Beləliklə, aydın olur ki, “Epidbiomed” MMC ölkəyə saxta dərmanlar idxal edirmiş. Keçmişi qaranlıq olan belə bir şirkət “Azərbaycan Dəmir Yolları” QSC kimi strateji bir qurumun etimadını necə qazanıb bəlli deyil.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. O, 2022-ci ildən bu vəzifədədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərenerji”nin 800 min manatlıq tenderini FHN generalının oğlu uddu - TƏFƏRRÜAT


“Azərenerji” ASC tərəfindən keçirilən tender müsabiqəsini qalibi “ATL Tech” MMC (VÖEN – 2002575181) olub.

DİA.AZ Ekonominfo.az-a istinadla xəbər verir ki, “ATL Tech” MMC “Azərenerji” ASC-yə qurğu və avadanlıqların məlumat bazasının yaradılması, vahid mərkəzdən nəzarət edilə bilməklə idarə edilməsi sistemini satacaq və qarşılığında 778 min 800 manat alacaq.
Məlumat üçün bildirək ki, “ATL Tech” MMC 22.02.2013-cü il tarixində “Nəsimi rayonu, Bülbül pr, ev 105, M12, m. 3” ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Anar İsmayıl oğludur.

Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, şirkətin 2 həmtəsisçisindən biri fövqəlada hallar nazirinin (FHN) birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevdir. Rəşad Mirzəyev 1988-ci ildə anadan olub. Şirkət təsis olunanda 25 yaşı olub. Mirzəyev öz şəxsi blogunda yazır ki, “ATL Group”-un təsisçisi və icraçı direktorudur. Qrupa “ATL Academy”, “ATL Tech”, “ATL Consulting”, “ATL SMS”, “ATL Trading” və “Əjdaha” fast food (dönər evləri) daxildir. Eyni zamanda bir neçə yerli və xarici start-uplarda partnyordur.

General oğlunun fəaliyyətilə bağlı maraqlı məqamlardan biri də odur ki, onun təsisçisi olduğu “ATL Tech” MMC atasının yüksək vəzifə (birinci müavin) tutduğu nazirlik (FHN) tərəfindən keçirilən tenderlərdə qalib olur.

“ATL Tech” MMC FHN tərəfindən 2021 və 2022-ci illərdə keçirilən ümumi dəyəri 2 milyon 202 min manat olan 7 tender müsabiqəsinin qalibi olub.

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 11-cı maddəsində “dövlət satınalmalarında maraqların ziddiyyəti”nə dair tələblər yer alıb. Həmin maddənin 13.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanların satınalma prosedurlarında iştirakına yol verilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Sədərək`dəki sahibkarların pullarını kimlər necə mənimsəyir? - Yusiz Qədimbəylinin bacısı oğlu...

"Sizə göndərdiyimiz bu foto "Sədərək" Ticarət Mərkəzində vaxtiykən arabaçı işləyən, sonradan dayılarının hesabına gün-güzəran sahibi olan arabaçı Rasimə məxsusdur. Səbail rayonu ərazisində “Dostluq” küçəsində tikilən bu sarayın qiyməti milyon manatlarla ölçülür".

DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza yollanan mətndə deyilir.
`Sədərək`dəki sahibkarların pullarını kimlər necə mənimsəyir? - Yusiz Qədimbəylinin bacısı oğlu...

"Maraqlıdır, uzun illə arabaçı işləyən bu şəxs qısa zamanda bu cür böyük imarəti necə, hansı pullarla tikib?" deyə sual edən məqalə müəllifi daha sonra dia.az-a yazır: "Aydındır, bu pullar "Sədərək" Ticarət Mərəzində min bir əziyyətlə pul qazanan sahibkarlardan müxtəlif adlarla yığılan pullardır. Hansı ki, kanalizasiya pulu, şüşəpulu, təmizlikpulu və s. adla "Sədərək"dəki sahibkarlardan çox tez-tez qanunsuz pullar yığılır və bu pullar ticarət mərkəzinin sahibi olan Yusif və Ənvər qardaşları, habelə onların bacısıoğlu olan arabaçı Rasim tərəfindən mənimsənilir.
Bir faktı da qeyd edim ki, "Sədərək"i sahibkarlardan hər il normal kanalizasiya sisteminin inşası adı ilə böyuük vəsaitlər yığılsa da, bu gün də adıçəkilöən ticarət mərkəzində tələblərə cavab verən kanalizasiya sistemi yoxdur. Bir müddət öncə yağan yağışlar səbəbi ilə ticarət mərkəzini su basması faktı da bunu göstərir. Payız və qış fəslinin qarşıda olduğunu nəzərə alsaq, sahibkarların sel fəlakəti ilə daha çox qarşılaşacağını ehtimal etmək olar.
Bir sözlə, istəyirik biləsiniz ki, yüzlərlə sahibkardan alınan pullar şəxsi villaların, imarətlərin inşasına sərf olunur. Sahibkarlara qalan isə yalnız əziyyət və boşa çıxan ümidlərdir".

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əsgərovların bankı bağlanır? - 135,2 milyon problemli kredit...


1994-cü ildə “AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə “Bank Silk Way” ASC, hazırda isə “Premium Bank” ASC adlanan bankın problemli kreditləri digər özəl banklarla müqayisədə kifayət qədər yüksəkdir.

DİA.AZ Ekonominfo.az-a istinadən xəbər verir ki, bu ilin ikinci rübünün yekunda “Premium Bank” ASC-nin problemli kreditlərinin həcmi 135,2 milyon manat olub.

Vaxtında geri qaytarılmayan kreditlərin həcmi ümumi kreditlərin 28,7%-ni təşkil edib. Müqayisə üçün problemli kreditlərin Azərbaycanda bank sektoru üzrə orta göstərici 6,3% olub.

Rəqəmlərdən də göründüyü kimi “Premium Bank” ASC-nin problemli kreditləri ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksəkdir.

Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı bir-neçə gün əvvəl AZAL-ın prezidenti vəzifəsindən azad olunan Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır.

Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada 200 minlik ŞÜBHƏLİ TENDER - İLGİNC


Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Şəhər üzrə Nümayəndəliyi Heydər Əliyev prospektində aparılacaq təmir və abadlıq işləri ilə bağlı cari ilin avqust ayının 1-də başladığı satınalma müsabiqəsinin qalibini və nəticələrini açıqlayıb.

Millitv.az Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 199 min 056 manat olan tenderin qalibi “Zaqatala – 2016” MMC (VÖEN - 5100991491) elan olunub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət Heydə Əliyev prospektində təmir və bərpa işləri həyata keçirəcək.

Bu işlər sırasına əvvəlcə 1400 metr sahədə yararsız beton səki daşlarının, 2450 kv-metr sahədə yararsız tamet tavaların, 180 kubmetr sahədə beton bünövrənin və eləcə də 750 kv-metr sahədə qalınlığı 4 sm-ə qədər asfalt-beton səki örtüklərinin əl ilə sökülməsi işləri aparılacaq.

Bundan başqa, 564 kub-metr sahədə III qrup torpağın ekskavatorla, 57 kubmetr sahədə isə III qrup torpağın əl ilə qazılması, 620 kvmetr sahədə arxın dibinin əl ilə planlaşdırılması, 93 kubmetr sahədə arxın dibinə qum-çınqıl qarışığından əsasın düzəldilməsi, 564 metrlik D-400 azbest borularının kanala quraşdırılması və digər 33 adda işlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Zaqatala-2016" MMC 17 fevral 2016-cı ildə 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Zaqatala şəhəri,V.Qurbanov küçəsiev-29 ünvanında yerləşir.

Qanuni təmsilçisi Yusifov Vasif Yusif oğludur. Təkcə 2020-ci ilin yanvar-sentyabr aylarında Zaqatala rayonunda elan olunan tenderlərin ümumi məbləği 1,488 milyon manat təşkil edib.

Bu tenderlərdən ən böyüyü 597 min manat dəyərində olub ki, həmin satınalmanın da qalibi məhz “Zaqatala 2016” MMC olub. Şirkətin Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadəyə yaxınlığı ilə bağlı yerli mətbuatda məlumatlar dərc olunub.

Bu amilin qurumun yarandığı gündən yalnız Rayon İH-nin həyata keçirdiyi tenderlərdə “baş rollar”da iştirak etməsində və 1 milyondan manatdan çox məbləğə sahib olmasında əsas rol oynadığı bildirilir.

Onu də bildirək ki, internet resurslarında Vasif Yusifov haqqında heç bir məlumat yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fərhad Əhmədov açıq sabotajla məşğuldur: 100-ə yaxın şəxs işdən QOVULDU... - BU NƏDİ BELƏ?


Tanınmış milyarder Fərhad Əhmədov açıq şəkildə sabotajla məşğuldur. Hər halda, bu gün "Aznar"ın tərkibindəki "Kənd" MMC-nin işçilərinin kütləvi şəkildə narazı salınması, bəzilərinin işdən qovulması, hətta bu zaman bəzi keçmiş çalışanlara oğurluq ittihamlarının irəli sürülməsi kimi faktlar belə deməyə əsas yaradır.

DİA.AZ xatırladır ki, bir müddət əvvəl Fərhad Əhmədovun Azərbaycanda hüquqi problemi olmuşdu.
İndi isə aydın olur ki, F.Əhmədov sahibi olduğu şirkətdə çalışanları səbəbsiz olaraq və ağır ittihamlaarla işdən qovur, onların halal əməkhaqqılarını belə vermir.

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsində nə baş verir? – 20 gündə 4 HƏBS

Səfər Mehdiyev 2022-ci il iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad ediləndən sonra bu qurumda islahatların aparılacağına dair ümidlər yarandı. Rüşvət və korrupsiyanın girdabında boğulan gömrük orqanlarına rəhbərlik edəcək şəxsin müəyyənləşməsi təxminən 7 ay çəkdi.

S.Mehdiyev 2022-ci ilin iyulunda postu ilə vidalaşandan sonra onun vəzifəsinin icrası birinci müavini Şahin Bağırova həvalə olunmuşdu. İş adamları və iqtisadçılar Ş.Bağırovun DGK sədrinin səlahiyyətlərini icra etdiyi zaman kəsiyini “qızıl dövr” adlandırırlar. Həmin müddət gömrükdə şəffaflığın maksimum təmin olunduğu, iş adamlarına münasibətdə ayrı-seçkiliyə yol verilmədiyi, rüşvət və korrupsiyaya qarşı müharibə elan edildiyi dövr kimi yadda qalıb.

Qeyd edək ki, Ş.Bağırovun bu fəaliyyəti həmin vaxt təqdirlə qarşılanmışdı. Müşahidəçilər Ş.Bağırovun 14 fevral 2023-cü ildə DGK sədri təyin edilməsi ilə bağlı sərəncamın arxasında da 7 aylıq fəaliyyətinin dayandığını iddia edirlər.

Hadisələrin inkişafı gömrükdəki islahatların yarımçıq qaldığını göstərdi. Gözlənilənin əksinə olaraq, Ş.Bağırov DGK sədri postuna təyinat alandan sonra sələfinin yolu ilə getməyə başladı. S.Mehdiyevin dövründən qalan pis ənənələr tezliklə “dirçəldi”, gömrük orqanları əvvəlki “rejim”də işləməyə başladı. İndi iş adamlarının narazılıq dolu bəyanatlarını tez-tez eşitmək mümkündür. DGK-nın ayrı-ayrı məsul şəxsləri ilə bağlı irəli sürülən ittihamlar isə araşdırılmır, yol verilmiş qanunsuzluqlarla bağlı ciddi tədbirlər görülmür. Son vaxtlar gömrük orqanlarının fəaliyyəti ilə bağlı narazılıq kütləvi xarakter almağa başlayıb.

DGK-nın ayrı-ayrı vəzifəli şəxslərinin iş prosesində yol verdikləri özbaşınalıqlar artıq hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib. Təsadüfi deyil ki, son 20 gündə hüquq-mühafizə orqanları tərəfindən DGK-nın müxtəlif strukturlarında 4 dəfə əməliyyat keçirilib.

Aldığımız məlumata görə, rəhbərlik etdiyi dövlət qurumunda baş verən özbaşınalıqlar DGK sədri Ş. Bağırovun karyerası üçün ciddi problemlər yaradıb. Hüquq-mühafizə orqanları öz fəaliyyətlərində qanunsuzluqlara yol vermiş ayrı-ayrı DGK rəsmiləri ilə yanaşı, Ş.Bağırovun özünü də nəzarətə götürüblər. DGK sədrinin fəaliyyəti hərtərəfli araşdırılır, işdə yol verdiyi nöqsanlarla bağlı müvafiq hesabatlar hazırlanır.

DGK ətrafında cərəyan edən hadisələrin sədrin karyerası üçün fəsadsız ötüşməyəcəyi bildirilir. Rəhbərlik etdiyi qurumda islahatların aparılmasına həvəs göstərməyən Ş.Bağırovun özünün hakimiyyətin başlatdığı “islahat dalğası”nın qurbanına çevriləcəyi iddia olunur. //Yenisabah//

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...