[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?


Ölkədə lisenziyasız fəaliyyət göstərən: “Mosbet”, və “1xbet” mərc oyunları ilə bağlı dəfələrlə cəmiyyətimiz və gəncliyimiz üçün təhlükə olması haqqında məlumat vermişik.

Bir zamanlar bu qumar oyununu demək olar ki, ölkəmizdə tanınmış xəbər saytları aylıq yüksək məbləğlər qarşllığında reklam edirdilər. Məsələni ictimailəşdirdikdən sonra hüquq-mühafizə orqanları dərhal hərəkətə keçib, sözügedən xəbər portallarından reklamlar çıxarıldı, bəziləri inzibati qaydada məsuliyyətə cəlb olunaraq, kimisi yüksək məbləğdə cərimələndi, kimlərsə həbs olundu.

"Azərbaycan Reallığı" xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi ötən il parlamentdə I və II oxunuşda qanunsuz qumar oyunları ilə bağlı məsələni müzakirəyə çıxararaq İnzibati xətallar məcələsinin 401.1-ci maddəsinə daha ağır bəndlər əlavə edib.

Belə ki qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər beş min manat məbləğdə, vəzifəli şəxslər on min manat məbləğdə, hüquqi şəxslər əlli min manat məbləğdə cərimə edilir.

Həmçinin inzibati qaydada həbs nəzərdə tutulur. Bu bəndə qumar və qumar tipli mərc oyunlarının online şəkildə təbliğatını aparan, müxtəlif yollarla reklam edən şəxslərə də şamil olunur. Yeni qəbul olunan qanun lahiyyəsində “qumar oyunları” dedikdə lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq keçirilən lotereyalara şamil olunmur.

Amma çox təəssüflər olsun ki, bu qanunlara demək olar ölkəmizdə tamamilə əməl olunmur, son dövrlər demək olar qanunsuz, online şəkildə qumar mafiyasının reklamları ölkəmizdə açıq-aşkar tüğyan edir. Bu şəxslərə “Gözünün üstündə qaşın var” deyən də yoxdur.

Təqdim edəcəyimiz böyük izləyici kütləsi olan səhifələr var ki, “Mosbet” və “1xbet” adlı qumar oyunlarını aylıq 500-1000 manat bəzi hallarda isə 1500-2000 manata rahatlıqla reklam edirlər.

Bütün dünyada olduğu kimi ölkəmizdə də iqtisadiyyatın ağır böhran yaşadığı bir dönəmdə bu tipli qumar oyunları adı altında millyonlarla pullar ölkədən kənara çıxarılır. Bu azmış kimi ölkədə rahat şəkildə reklam olunurlar. Bu cür səhifə adminləri yaxud da şəxs və şəxslər kimə güvənir? Bunları kimdir himayə edən?

Əlaqədar dövlət qurumları nədənsə bu qanunsuz fəaliyyətin qarşısını almaq istəmir. Hesab edirik ki, əlaqədar dövlət qurumları artıq ölkədə qanunsuz qumar oyunları keçirən “Mosbet” və “1xbet” barəsində ciddi ölçü götürməlidirlər, qanunsuz mərc oyunları barədə demək olar ki, hər gün yüzlərlə şikayət daxil olur.

Artıq Azərbaycanda saysız-hesabsız ailələr, valdeyinlərin narazılığı pik həddədir. Onların övladları, qohumları kütləvi halda narkotikdən də betər bəlaya çevrilən bu oyunlara qurşandığlarını bildirirlər.

Biz bu dəfə hüquq-muhafizə orqanlarına bu qumar oyunlarını “İnstagram” “Facebook” “TİK-TOK" və digər platforma üzərindən reklam edən səhifələrin ekran görüntülərini yayımlayacağıq, hətta xaricdə fəaliyyət göstərən qanunsuz qumar oyunu olan “Mosbet” və “1xbet”in Bakıda da açıq-aşkar əlaltıları var ki, onların da kimliyini adiyyəti qurumlara təqdim etməyə hazırıq. İnanırıq ki, hüquq-mühafizə orqanları araşdırma aparıb, məsələ haqqında ciddi ölçü götürəcək. //"Azərbaycan Reallığı"//

“Mosbet” və “1xbet” qanunsuz qumar oyunlarını ölkəmizdə reklam edən səhifələr aşağıdakılardır:
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
“Mosbet” və “1xbet” qanunsuz qumar oyunları ölkəmizi narkotikdən betər bəlaya çevirib: - Azərbaycan gəncliyini məhv edən kimlərdir?
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Akademik vicdansızlığın pik həddi... - ETİRAZ


"İsa Həbibbəylinin təkcə AMEA-da 3 iri kabineti var!!!" DİA.AZ bildirir ki, bunu öz açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov qeyd edib.

Əslində əksər elm adamlarının hazırki yaşamını ifadə edən tanınmış professor fikrinə belə davam edib: "Nə edir, görəsən? Birini mənə versəydi, ən azı, gecələməyə yerim olardı.

Akademik vicdansızlığın pik həddi və öksüz qalmış Vətən övladları!

Heç Xudayar bəy də bu qədər qəddar olmazdı!"

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı əleyhinə çevrilən açıqlamasından danışdı - ORADA SÖHBƏT...


Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin adıçəkilən rayonda çökən körpü ilə bağlı jurnalistin sualına cavabı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, yayılan görüntülərdə media nümayəndəsinin “hazırda vəziyyət necədir” sualına İcrası başçısı “Allah cənab Prezidenti qorusun, görürsünüz də hər şey yerindədir” deyə cavab verib.

Elnur Rzayevin bu açıqlaması ilə uçmuş körpünün görüntülərin birləşdirildiyi videodan sonra icra başçısı tənqid edilib.

Millitv.az bildirir ki, Elnur Rzayevin özü isə Gununsesi.info-ya açıqlamasında olay haqında danışıb:

“Birincisi, həmin jurnalist məndən müsahibə almırdı. Görüntülərdə də bu aydın bilinir. Onunla avtomobilimə qədər qeyri-rəsmi söhbət etdik. Bildirdim ki, 50 ilin körpüsüdür. Hazırda orada işləyən texnikanı göstərib, “Allah cənab Prezidenti qorusun, görürsünüz də hər şey yerindədir” dedim. Söhbət hadisədən sonra dərhal görülən işlərdən gedirdi”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əlbir olub bələdiyyə icra ilə... - İmişlidə NƏ İŞLƏR ÇEVRİLİR?


Bir neçə həftə əvvəl "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda canlı yayımlanan "Kamalın zamanı" proqramında, İmişli rayon bələdiyyəsinin özünün sözlərinə görə rayon İcra Hakimiyyəti ilə əlbir olub qanunsuz işlər gördüyününün - "ölü canlar" saxladığının anonsunu vermişdik.

Təkrar olaraq, xatırladırıq ki, bir müddət əvvəl redaksiyamıza İmişli rayon sakini Əkbərova Əsmər Allahyar qızı tərəfindən müraciət daxil olub.
Xanım müraciətində bildirir ki, "Maddi vəziyyətim çox ağırdır. Ailəmdə kimsə işləmədiyi üçün övladlarımı dolandırmaq üçün əziyyət çəkirdim. Bununla bağlı ünvanlı sosial yardım üçün İmişli rayonunda Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Mənə bildirdilər ki, ünvanlı sosial yardım aztəminatlı ailələr üçün nəzərdə tutulub. Yalnız, minimum əmək haqqı ilə işlədiyim halda mən də bu yardımdan yararlana bilərəm.

Hər hansı bir işlə təmin olunmağım üçün İmişli rayon İcra Hakimiyyəti başçısınndan xahiş etdim. Bundan sonra, İmişli rayon Bələdiyyəsinin sədri Mehman İsmayılov məni rəsmi olaraq (yalnız kağız üzərində) işlə təmin etdi və maaş kartını mənə verərkən bildirdi ki, "hər ay bu karta köçən məbləği çəkib mənə gətirəcəksən". Bir neçə ay belə də etdim. Mənə ünvanlı sosial yardım təyin edildi, adım isə kağız üzərində şəhər bələdiyyəsində işçi olaraq gedirdi. Mehman İsmayılovun tapşırdığı kimi hər ay onların verdiyi maaş kartına köçən məbləği aparıb ona verirdim. Sonra ehtiyacım yarandı 2-3 ay karta köçən maaşın üstündən 15-20 manat götürməli oldum.

Belə olan halda Mehman müəllimin mənə acığı tutdu və bu barədə İcra başçısı Elçin Rzayevə məlumat verdi. Elçin Rzayev məni otağına çağırıb, elə Mehman müəllimin yanında danladı ki, "niyə pulun üstündən götürürsən? Axı sən bilirsən o pul sənin deyil". Mən də çox utandım və söz verdim ki, bu hal bir də təkrar olunmayacaq.

Sonrakı aylardan birində elə oldu ki, övladım xəstələndi və onun müalicəsi üçün həqiqətən ehtiyacım yarandı. Məcburiyyət qarşısında qalaraq, karta köçən məbləğin hamısını xərclədim.
Bu səbəbdən də mənim xəbərim olmadan Mehman İsmayılov məni 70-in "Ç" bəndi ilə işdən çıxarıb. 4-5 ay idi ünvanlı sosial yardım alırdım, ordan da yardım dərhal kəsildi. İndi nə o maddə ilə heç yerdə işləyə bilmirəm, nə də ünvanlı sosial yardım almıram, övladlarım evdə acdır".

Xanım hətta telefonla danışarkən bildirdi ki, bu kimi faktlar İcra Hakimiyyəti və şəhər bələdiyyəsində 10-larladır.

Qeyd edək ki, Əsmər Əkbərovanın müraciət ilə bağlı biz bələdiyyə sədri Mehman İsmayılov ilə də telefon əlaqəsi saxladıq.
Mehman İsmayılov məlumatı təsdiq etdi, hətta Elçin Rzayevin də məsələdə qatqısı olduğunu bildirdi və xanımın işə getmədiyi halda hər ay maaş aldığını da vurğuladı.

Qeyd: Mehman İsmayılovla telefon danışığımızın səs yazısı və xanımın iddialarını təsdiq edən dəlillər maddi sübut olaraq redaksiyamızın arxivində saxlanılır.

Biz bütün bunlar barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər aidiyyatı qurumlara rəsmi sorğular göndərmişik və lazım gələrsə, əlimizdəki maddi sübutları da təqdim edəcəyimizi də vurğulamışdıq. Lakin, təəssüflər olsun ki, kifayət qədər zaman keçməsinə baxmayaraq, aidiyyatı qurumlar tərəfindən rəsmi müraciətlərimizə hələ də heç bir cavab göndərilməyib. Məsələ bu cür davam edərsə - aidiyyatı qurumlar məsələylə bağlı hər hansı tədbir görməzsə, biz növbəti günlərdə sözügedən dəlilləri ictimaiyyətə təqdim etmək məcburiyyətində qalacağıq.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda qum və çınqıl karxanaları öz fəaliyyətlərini dayandırıb - Yüzlərlə fəhlə işsiz qalıb...


Babək rayonunda qum və çınqıl karxanaları öz fəaliyyətlərini dayandırıb. Buna səbəb Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazrliyinin qum-çınqılın çıxarılmasına və daşınmasına qoyduğu qadağa olduğu bildirilir.

Xalqxeber.az yazır ki, bu barədə “Gündəlik Naxçıvan”a karxana sahibləri məlumat verib. Yeni qadağa rayonda fəaliyyət göstərən kərpic sexlərinin də fəaliyyətinin dayandırmasına səbəb olub. Karxana və sexlərin bağlanması isə, yüzlərlə fəhləni işsiz qoyub.

Təhlükəsizlikləri baxımından adlarının çəkilməsini istəməyən sahibkarların məlumatına görə, onları bu ilin əvvəlindən sıxışdırmağa başlayıblar:

“Bu ilin əvvəlindən, yəni Naxçıvan rəhbərliyi dəyişdikdən sonra qum və çınqıl karxanalarının işində ciddi problemlər yaranıb. Əvvəlki rəhbərliyin dövründə 70 manata bir maşın qum alırdıq. Yenilər gəldi, bu işə pols nəzarət etməyə başladı. Qum satanları, ekskavator, qum daşıyan sürücüləri küllü miqdarda cərimələdilər. Bir müddət tikintilər dayandı. Sonra bir maşın qumun qiymətini 200 manata qaldırdılar. İndi isə, ümumiyyətlə çaylardan qum, çınqıl qazmağı nazrliyin əmri ilə rəsmi qadağan ediblər. Biz də məcbur qalıb, karxanaları bağladıq. Bizdən qum alıb, kərpic istehsal edənlər də məcbur qalıb, iş yerlərini bağladılar. Yüzlərlə fəhlə işsiz qaldı, uşaqlarına çörək apara bilməyəcəklər“.

Qum və çınqıla qoyulan qadağa yerli sakinləri də narazı salıb. Rayon sakini Ramiz Ağayev deyir ki, kərpic və qum tapılmadığından, yarımçıq qalan evini dədə-baba qaydası ilə, daş və adi palçıqdan tikməyə məcbur olub:

“Bir aydır qum və kərpic tapa bilmədiyim üçün, evim yarımçıq qalıb. Çaydan qum yığmağı qadağan ediblər. Karxanalar fəaliyyətini dayandırıb. 200 manata belə kimsə qum gətirmək istəmir. Çünki hamı cərmələnməkdən qorxur. İndi nə edəcəyimi bilmirəm. Məcbur qalmışam əvvəllər olduğu kimi palçıqdan və daşdan istifadə edəm. Bu cür olmaz, axı. Yeni hakimiyyət nə fikirləşir, insanlara niyə belə əziyyət verirlər?”
Məsələ ilə bağlı adı çəkilən nazrlikdən münasibət almaq mümkün olmadı. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi - FOTO

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Yenisoz.az-ın manset.az-a istinadən məlumatına görə, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik-leytenant Məhəmməd Xəlilli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o daha aşağı vəzifəyə - FHN-nin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə komandir müavini təyin edilib.

Qeyd edək ki, Məhəmməd Xəlilli FHN-nin tanınmış zabitlərindən biri hesab olunur. O, Türkiyədə baş vermiş meşə yanğınları zamanı xüsusi peşəkarlığı ilə fərqlənmişdi.
Nazir tanınmış alay komandirinin vəzifəsini kiçiltdi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daşqın İsgəndərovla bağlı ilginc iddialar - PROSES BAŞLAYIB...


ARDNŞ-nin keçmiş vitse-prezidenti, hazırki müşavir Daşqın İsgəndərovla bağlı ilginc iddialar səsləndirilir. DİA.AZ bildirir ki, bu barədə "facebook" səhifəsindəki paylaşımında tanınmış hüquq müdaffiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı iddia ilə çıxış edib.

M.Qəhrəmanlı qeyd edir ki, kulualarda gəzən söhbətlərə görə, artıq Daşqın İsgəndərovun kadrlarının "vurulması" prosesinə start verilib və ilk hədəfdə olanlardan biri də hazırda "Azəriqaz" İstehsalat Birliyində direktorun Təmir-Tikinti işləri üzrə müavini postunu tutan Ramil İsgəndərovdur.

DİA.AZ-ın məlumatına görə, artıq rəhbərlik tərəfindən R.İsgəndərovun ərizəsinin alındığı iddia olunur.

Onu da qeyd edək ki, Daşqın İsgəndərov bu günlərdə SOCAR-da vitse-prezidentlikdən alınaraq müşavir kimi təyin olunub və bu da onun mövqelərinin kifayət qədər zəifləməsi kimi anlaşılır. DİA,AZ vurğulayır ki, D.İsgəndərov yerli KİV-də gizli oliqarx-məmurlardan biri kimi təqdim olunur...

Əlavə bilgilərimiz olacaq.

İddia olunanlarla bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zərərləri dövlət ödəyir, büdcə havaya sovrulur - BELƏ HARA QƏDƏR GEDƏCƏYİK?..


İl sonu yaxınlaşdıqca dövlət qurumları bir-birinin ardınca “xoş” xəbərlər paylaşır. Əsasən bildirilir ki, zərər böyük olub, maliyyə dəstəyinə ehtiyac var. Son nəticədə “zərər” dövlət büdcəsinə yüklənir. Beləcə, ayrı-ayrı qurumlar hər cür təmin olunduğu, müştərilərdən ödəmələri qanunvericiliyə uyğun yetərincə aldığı halda yenə vəziyyətinin yaxşı olmadığını iddia etməyindən qalmır.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, “Azəristiliktəchizat”ın borcu 108 milyon manatı ötüb. Son bir ildə borc 8,3 milyon manat artıb. Zərər illərlə artmaqda davam edib. Əvvəlki illərin xəbərlərinə nəzərə yetirəndə görmək olur ki, “Azəristiliktəchizat”da həmişə işlər qaydasında olmayıb. Amma heç bir dəyişiklik edilməyib. Müxtəlif qurumlara borclar yaranıb, problem isə həllini tapmayıb. Əksinə, durum daha da pisləşib.

“Azəristiliktəchizat” az qala yaranandan – 2005-ci ildən bəri problemlər məngənəsində çırpınır. Halbuki belə müqəddərat gözlənilmirdi. Açıq səhmdar cəmiyyət istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərini lazımınca yerinə yetirməliydi. Yaşayış evlərinin, binalarının, təhsil və səhiyyə müəssisələrinin və başqa sosial təyinatlı obyektlərin istilik təchizatı yaxşı təmin olunmalıydı.

Hər il payız gələndə məlum olur ki, “Azəristiliktəchizat” mövsümə hazır deyil. İstiliyin verilməsi yubanır, adətən, səviyyəsi qənaətbəxş olmur. Üstəlik, bu qədər borc. O qurumda nə işlə məşğul olurlar, anlamaq mümkün deyil. Zərər necə belə sürətlə arta bilər?!

Məsələ təkcə “Azəristiliktəchizat” da deyil. Dövlət qurumlarının əksəri belə işləyir. Zərər üst-üstə yığılır. Bütün yük dövlət büdcəsinin üzərinə düşür. AZAL, Bakı Metropoliteni dotasiyasız ayaqda qala bilmir. “Azərsu”nun nə qədər zərərini dövlət büdcəsi ört-basdır edib.

İş o yerə çatıb ki, “Şahdağ” Turizm Mərkəzi də gözünü dövlət büdcəsinə tikib. Hansı qurum imkan tapırsa, ölkənin pullarını hədəf götürür. Nə vaxta qədər qurumlar dotasiya ilə işləyəcək? Bu qədər pullar havaya sovrulur. Həmin vəsaitləri təhsilə, elmə, səhiyyəyə yönəltmək olardı.

Dövlət qurumlarının işinə peşəkar yanaşmaması, məsuliyyətini anlamamasını ümumilikdə ölkə üçün sarsıdıcı məqam kimi qəbul etmək lazımdır. Mənəvi zərər məsələnin maddi tərəfindən heç də geri qalmır. Dövlət qurumları ölkəyə ümid qoymur. Sanki hərə bir tərəfdən dövlət büdcəsini dağıtmağa çalışır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yevlaxda TAM DƏRƏBƏYLİKDİR... - NARAZILIQ VAR!

Yevlaxda yerli idarəetmədən vətəndaşların şikayətçi düşməsi artıq ənənə halını alıb. Bəziyyət oi həddədir ki, hətta rayon icra hakimiyyətinin rəhbərliyi belə edilən şikayətləri qulaqardına vurduğundan narazı vətəndaşlar daha yuxarı instansiyalara - Prezidentə belə çatdırmaq fikrdindədirlər.

Yevlax rayon icra hakimiyyətinin başçlsından şikayətçi olan rayonun Qoyunbinəsi kəndinin sakinləri artıq dərdlərini danışmağa ünvan belə tapmırlar...

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygöldə evlər sökülür, sakinlər etiraz edir - Kəlbəcərə çəkilən yola görə AĞACLAR DA MƏHV EDİLİR

Göygölün Toğanalı kəndindən Kəlbəcərə avtomobil yolu çəkilir deyə bəzi evlər sökülüb. Sakinlər verilən kompensasiya ilə razılaşmadıqlarına görə, evlərinin sökülməsinə etiraz edirlər. Sakinlər deyirlər ki, sökülən ev və kəsilən ağaclara görə onlara verilən kompensasiya yeni ev almağa imkan vermir. Söküntü isə prezidentin əraziyə gəlişi ilə bağlı sürətləndirilir, sakinlərin narazılığına məhəl qoyulmur. Ekoloq Arzu Verdiyev ağacların kütləvi kəsilməsinə diqqət çəkir. Verdiyev deyir ki, ağacların bu şəkildə məhv edilməsi qanunsuzdur.

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...