[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir Qaraşovun rəhbəri olduğu idarəni iki hissəyə böldü - Əvvəlki rəisə də vəzifə verdi


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlunun rəhbəri olduğu idarəni iki quruma ayırıb.

DİA.AZ bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, polkovnik Seymur Qaraşov Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Qurum iki hissəyə bölünüb və yerində Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi yaradılıb.

Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Seymur Qaraşov Daxili təhlükəsizlik Baş idarəsinin rəisi təyin edilib.

Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsi və Daxili Təhlükəsizlik Baş İdarəsi sabiq rəisi, polkovnik Sahib Rzayev isə Fövqəladə Halların Xəbərdar Edilməsi İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, ötən ay Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunaraq, nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyi 1700 nəfəri girov saxlayan idarə rəisinə göz yumur - Maaş üsyanı


Qarabağ düşməndən azad olsa da, bəzi məmurlar Qarabağ adı ilə bağlı qurumların başında dayanmasına baxmayaraq, düşməndən az pislik etmirlər. Anaxeber.info məlumat verir ki, Qarabağ Regional Mədəniyyət İdarəsi həmin qurumlardan biridir. İdarə rəisi Qalib Həsənov işçilərə münasibətdə özünü yadelli kimi aparır. Belə olmasaydı, 1700 nəfərin maaşını almasına əngəl olmazdı. Belə ki, gələn xəbərlərə görə, mədəniyyət sahəsində işləyənlər
hələ də əmək haqlarını almayıblar. İşçilərin maaş kartının istifadə müddətinə bir neçə ay qalmağına baxmayaraq, maaş kartını bloklayıblar. Əgər maaşı "Kapital bank"dan kartsız almaq istəyən olsa, onda da bank 10 manat xidmət haqqı tutur. Halbuki mədəniyyət işçiləri maaşı həmin bankdan alırlar. Lakin Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov kartların vaxtının qurtarmasına hələ qalmış onları özbaşına şəkildə dəyişdirmək fikrinə düşüb. Əvvəla, hansı səlahiyyəti var ki, belə qərar versin? İkincisi, marağı nədir ki, işçilərin maaş kartını vaxtından əvvəl dəyişdirir? Üstəlik, maaş kartını dəyişməyə 5 manat tələb edir ki, açıq şəkildə qanunsuzluqdur. İşçi sayı isə nə az, nə çox, 1700 nəfəri təkcə Bərdə və Tərtər rayonlarındadır. Mədəniyyət nazirinə maaşların ödənilməsi haqda yalan məlumat verən Qalib Həsənov görəsən kimə arxayındır? Ümumiyyətlə, nazirlik maaşların verilməsilə maraqlanıbmı? Niyə öyrənmək istəmirlər ki, 1700 nəfər nədən şikayətçidir? Qalib Həsənovun bu əməli barədə heç bir dəqiqləşdirmə aparılmır. Sanki problem Mədəniyyət Nazirliyinə aid deyil. Sosial şəraitin çətin dövründə maaşların gecikdirilməsi ciddi problem yaradır. Hər halda yeni nazir 1700 nəfərin səsinə səs verəcək.

Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyi haqda şok fakt açıqlandı - işə qəbul xarici portal üzərindən...


“Mədəniyyət Nazirliyi öz strukturlarında işə qəbulla bağlı elan verib. Hansısa qurumlarda direktor, müavin, müəllim işləmək istəyənlərin fərdi məlumatlarını xarici bir resursda - jotform.com üzərindən olan qeydiyyat forması əsasında qəbul edir. Əlbəttə, bu resurs dayanıqlı ola bilər, hansısa özəl qurum və ya layihələr bundan sərbəst istifadə edə bilərlər. Amma dövlət qurumunun belə addımları yolverilməzdir. Gərək nazirlik öz internet resursu üzərindən normal, təhlükəsiz bir sistem formalaşdırsın və bunun informasiya təhlükəsizliyi ilə bağlı auditini təşkil etsin”. Bunu İnternet Forumun prezidenti Osman Gündüz bildirib.

Forum prezidenti qeyd edib ki, nazirlik belə addımları, bu sahəyə cavabdeh qurumların - RİNN-in Elektron Təhlükəsizlik Xidmətinin, dövlət sektorunda İT auditlər keçirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nəzarətindən kənar, həm də çəkinmədən rahatca ata bilir :"Yeri gəlmişkən, fərdi məlumatların təhlükəsizliyinə cavabdeh olan RİNN-in ETX qurumuna da yeni təyinat olub. Güman edirəm ki, Mədəniyyət Nazirliyi hazırladığı “jotform” resursu ilə sahəyə cavabdeh olan ETX-nin yeni rəhbəri Samir Rəsulov üçün də təbrik sürprizi hazlrlayıb. Ümid edirəm, RİNN və XRİTDX baş verənlərin fərqindədir".

Xatırladaq ki, Elektron Təhlükəsizlik Xidməti ölkə Prezidentinin 12 yanvar 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Xidmət kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə bu günlərdə yeni rəis təyin olunub. Bu vəzifə qurumun rəis müavini, indiyə qədər rəis vəzifəsini müvəqqəti icra edən Samir Rəsulova həvalə edilib.

O, rəhbərlikdə bir qədər əvvəl nazirliyin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyinat almış Şahin Əliyevi əvəzləyib.ə

Millitv.az-ın məlumayına görə, Osman Gündüz “Yeni Müsavat”a deyib ki, baş verənlərin məsuliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərindədir: “Bu xidmətlər özlərindən hoqqa çıxarmamalıdırlar. Qanunvericilikdə tələb var ki, Azərbaycan vətəndaşlarının informasiyaları qorunmalıdır. Qorunmaya cavabdeh bu iki qurumdur. Bu iki xidmət baş verənlərə reaksiya vermirlər. Sanki baş verənləri heç görməyiblər. Onların gözləri qarşısında mərkəzi icra orqanı olan nazirlik qanunu açıq-aşkar pozub. İT təhlükəsizliyi dövlət büdcəsindən böyük pullar alırlar, amma iş görmürlər”.

Osman Gündüz deyir ki, dövlət qurumlarına İT xərcləri üçün kifayət qədər vəsait ayrılır: “Həmin vəsait hesabına özlərinin daxili informasiya sistemini yaratmalıdırlar. Xaricdə yerləşən resursdan istifadə etməli deyillər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti onun auditini keçirməlidir. Təhlükəsizliyini test edəndən sonra həmin resurs istifadəyə verilməlidir. Çox böyük məsuliyyətsizlik olub və bunun necə baş verməsi suallar doğurur”.

Osman Gündüz “müvafiq resursların yaradılması üçün dövlət büdcəsindən ayrılan vəsait hara xərclənir” sualına “bu məsələ mənə qaranlıqdır” deyə cavab verib. Bildirib ki, ayrılan vəsaitdən səmərəli istifadə edilməməsi göz qabağındadır: “Dövlət büdcəsindən bu vəsait ayrılmırsa, bu xərclər üçün vəsait ayrılması üçün nazirlik müraciət etməlidir. Bu xərclərə vəsait ayrılmasa belə, gedib xarici resursdan istifadə etmək yolverilməzdir. Vətəndaşların şəxsi məlumatlarını xarici resurslarda yerləşdirilməsi onlardan digər məqsədlər üçün istifadəyə yol aça bilər”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ mədəniyyət idarəsinin rəisi 1700 nəfəri üsyana qaldırıb - Nazirə qarşı...
Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsində kütləvi narazılıqla bağlı susqunluq nümayiş etdirir. Anaxeber.info məlumat verir ki, regional idarənin işçiləri artıq üsyan həddinə çatdırılıb. Buna səbəb əmək haqlarının ödənməməsi və xeyli vaxtdır ki, yubadılmasıdır. Hazırda 1700 nəfər işçinin maaş kartı yenilənməlidir ki, hələ də bu məsələ həllini tapmır. Səbəb isə sadədir - idarə rəisi maaş kartını yeniləmək üçün hər işçidən 5 manat tələb edir. Bu isə 1700 nəfəri hesablayanda böyük məbləğ edir. Görünür ki, idarə rəisi tez vaxtda varlanmaq, yaxud da yay istirahətini xaricdə keçirmək niyyətindədir.
Bu barədə sosial şəbəkədə xəbərlər yayılıb. Bildirilir ki, bu yaxınlarda idarəyə yeni təyin olunan rəis Qalib Həsənov işçilərin məzuniyyət hüquqlarını pozmaqdadır. İddialara görə, yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmağına icazə vermir, iyul ayının əmək haqları da ödənilmir. Halbuki, artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılıb. Mədəniyyət Nazirliyi araşdırma aparılacağını açıqlasa da, heç bir nəticə yoxdur. Faktiki olaraq, işçilər hər gün bankomata yaxınlaşsa da, balansda bir qəpik də olmadığı üzə çıxır. Beləcə , idarə rəisi Qalib Həsənov mədəniyyət nazirini aldatmaqla, mədəniyyət sahəsində çalışan işçiləri nazirliyə qarşı qiyama qaldırmaqla məşğuldur. Bu, həm də dövləti sabotaj etməkdir. İlin-günün bu vaxtında idarə rəisi 1700 nəfəri qanunsuz şəkildə maaşdan məhrum edib.

Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ələddinin SEHİRLİ YEYİNTİSİ... - TƏK YEYƏN DƏ O DEYİL...

Bu ilin mart ayında Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat idarəsinin rəisi Elçin Zülfüqarov vəzifəsindən azad ediləndə işçilərdə ümid yarandı ki, aparılan kadr islahatları əliqabarlı neftçilərin marağına cavab verəcək. Amma aydın oldu ki, Elçin Zülfüqarovun yerinə gətirilən Ələddin Məmmədov da elə köhnə üsullarla işləməkdən savayı ayrı bir yol tanımır. Yenə də köhnə hamam, köhnə tas... DİA.AZ qeyd edir ki, məhz bu səbəbdən sözügedən idarədəki özbaşınalıqlarla bağlı yerli KİV-dən gileylər səngimir.

Belə bir növbəti gileyi Neftçilərin Hüquqularının Müdafiəsi Təşkilatının sədri, tanınmıhüquq müdafiəçisi Mirvari Qəhrəmanlı təqdim edib. DİA.AZ olaraq xatırladaq ki, aşağıda toxunulan məsələ ilə bağlı bir dəfə material təqdim etmişdik...

YAZISI BURADA: İşçilərin ezamiyə pulunu kəsirlər... - AXI NİYƏ?!

O zaman SOCAR Kompleks Qazma İşləri Trestinin rəisi Pirim İsayevin işçilərin ezamiyə pulunu cibişdanına ötürməsi faktını işıqlandırmışdıq. Bu dəfə isə bir neçə ünvanda yeyinti faktı var...

Mirvari Qəhrəmanlı yazır: " "Ezamiyyə xərcləri" siyasəti şirkətin bir neçə strukturunda müşahidə olunur.Yoxlanılmasına ciddi ehtiyac duyulur.Bilmək istərdim, bu siyasətdən korrupsiya ,yaxud qeyri peşəkarlıq iyi gəlir?
Ezamiyyə xərclərini işçiyə cibinizdən ödəyirsiniz ki,cənab müdir?
SOCAR nəqliyyat idarəsinin Ələddin Məmmədov ezamiyyətə göndərdiyi işçilərin ezamiyyə xərclərini tam ödəməkdən imtina edir:
Xatırlatma! Məllim, cənab rəis və onun müavinləri!! Ezamiyyə xərci əmək haqqı deyil,elə ezamiyyə xərcidir. Neçə günlüyə göndərmisiniz,o qədər də günün pulunu ödəməlisiniz. Savadınıza sizi o vəzifəyə təyin edənlər quzu kəssin elə!
Cənab rəis qanun deyir ki:
-Ezamiyyə barədə əmri olan işçinin nəzərdə tutulan ezamiyyə yerinə gedib-qayıtması, bu barədə ezamiyyə vərəqində müvafiq qeydin edilməsi, möhürlə təsdiq edilməsi, xidməti tapşırığı yerinə yetirməsi, həmin İşçinin ezamiyyədə olmasını təsdiq edir, ona əmək haqqının və ezamiyyə xərclərinin AR Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan qaydada ezamiyyə pulu alma hüququ verir.
Şikayət:
- Deməli biz aylıq bölgələrə ezam olunuruq. Azəriqazin və ya digər təşkilatların sifarişi ilə. Bizim ezamiyyə xərclərimiz nəinki əvvəlcədən ödənilir, hətta növbəti ayın ortqlarına qədər uzadılır. Uzadılmaqla yanaşı ezamiyyə xərclərimizdən əsassız vəsait tutulur. Guya ezamiyyətdə həftə sonları işləmirik deyə. Amma Bizə verilən Ezamiyyə vərəqində 30 gün qeyd olunur odəniş isə 22-23 günün ödənişi olunur. Mühasibatlığdan da heç bir açıqlama vermirlər.
-SOCAR nəqliyyat idarəsinin 2 saylı texnoloji nəqliyyat Departamentinin yeni teyin olunmuş iqtisadiyyat uzre muavini bizlerin pulunu kesir. 31 günlük ezamiyyətə gedirik . Bazar gunlerini kesir vermir.Deyir men bele isteyirem kesirem. Aciz durumdayiq . Bu istide neqliyyat vasitelerinde hec bir soyutma sistemi olmadan yuk maşinlarini idare edirik gun erzinde 10 -15 man suya pul veririk neticede bizim ezamiyye xercini kesirler . Ezamiyyete Azeriqaz IB butun rayonlarda qaz ceklishlerini heyata keciririk. ezamiyyet muddeti ayin teqvimininine gore 1 ay muddetine nəzərdə tutulur.
Cənab rəis, və qaraj müdirləri! Qanun onu da xatırladır ki:
-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən İşçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir.
Sonda: Cənab vəzifə sahibləri!İşçinin ezamiyyə pulundan qeyri qanuni tutduöunuz vəsaitlərin sonrakı taleyi necə olur..."

Məsələ ilə bağlı olaraq bütün əlaqədar qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabiq nazir oğlu şirkətini satdı - Məhkəmə qarşısına ÇIXARILIR

Ötən ay sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlünün biznesinin çökməsi barədə məlumat yaymışdıq.

DİA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Turqay Müslümlü "Orion Global" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adından "Paşa Bank”dan külli miqdarda kredit götürüb. Kredit borcunu qaytarmayan Turqay Müslümlü 08.09.2023-cü ildə məhkəmə qarşısına çıxarılacaq. İşə Bakı Kommersiya Məhkəməsində Ülkər Həsənovannı sədrliyi ilə baxılacaq.
Sabiq nazir oğlu şirkətini satdı - Məhkəmə qarşısına ÇIXARILIR

Qeyd edək ki, artıq Turqay Müslümlü tərəfindən şirkət və tabeçiliyində fəaliyyət göstərən məşhur "Orion Palace” borclara görə Mirsadiq Sadıqov ad-soyadlı şəxsə satılıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində də "Orion Global" MMC-nin qanuni təmsilçisi Sadıqov Mirsadiq Sadıq oğludur.

Buna baxmayaraq, hələ də şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 102 min 389 manat 80 qəpik vergi borcu qalır.
Sabiq nazir oğlu şirkətini satdı - Məhkəmə qarşısına ÇIXARILIR

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və əmək və əhalinin sosial müdafiəsi naziri (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub. Hazırda azadlıqda olan Səlim Müslümovun məhkəmə prossesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyi müəllimlərin yerdəyişmə müsabiqəsini niyə gizli aparır?


Mədəniyyət Nazirliyinin “imtahan-imtahan” oyunu davam edir. Musiqi məktəblərinə müllimlərin işə qəbulu müsabiqəsi yekunlaşmamış nazirlik yerdəyişmə müsabiqəsini icra edib. Belə ki, ötən gün musiqi məktəblərinə müəllimlərin yerdəyişməsi üzrə müsahibələr keçirilib.
İşin ilginc tərəfi isə budur ki, Mədəniyyət Nazirliyi musiqi məktəblərinə yerdəyişmə müsabiqəsini ictimaiyyətdən gizli şəkildə həyata keçirir. Mədəniyyət Nazirliyinin rəsmi saytında faktiki olaraq yerdəyişmə ilə bağlı (yerdəyişmənin nə zaman keçiriləcəyi, qeydiyyat, iştirakçıların sayı və s.) öncədən heç bir məlumat verilməyib.
Vakant yerlər və qeydiyyatla bağlı gizli link regional mədəniyyət idarələri vasitəsilə öncədən musiqi məktəblərinə göndərilir və hazırda çalışan müəllimlər bu formada müsahibəyə qatılırlar.
Qaydalara əsasən yerdəyişmə müsabiqə şərtləri eyni olan ərazilər daxilində aparılmalıdır. Yəni, digər region məktəblərində çalışanlar Bakı, Sumqayıt, Gəncə və Abşeron istisna olmaqla yerdəyişmə etməlidirlər. Lakin prosesin gizli aparılması şəffaflığın pozulduğuna dair haqlı şübhələr yaradır. Çünki yerdəyişmə üçün nə qədər şəxsin müraciət etdiyi, nə qədər vakansiya verildiyi, vakant yerlərin hansı məktəblər üzrə çıxarıldığı və nəhayət yerdəyişmə müsabiqəsinin nəticələri sonda ictimaiyyətə açıqlanmır.
Mədəniyyət Nazirliyi saman altından su yeritməklə prosesdə şəffaflığa kölgə salırsa, işlər xısın-xısın görülürsə, deməli, Daşkəsəndə çalışan bir müəllim sadəcə yerdəyişmədə iştirak etməklə iş yerini Bakı və digər müsabiqə şərtləri fərqli regionların məktəblərinin birinə dəyişə bilər. Belə olduğu təqdirdə işə qəbul üçün imtahan vermiş namizədlərə təklif olunması nəzərdə tutulan daha münasib yerlər hazırda iş yeri olanlar tərəfindən tutulmuş olar. Bu halda da yəqin ki, yeni işə qəbul olunmaq istəyənlərə ucqar yerlərdə boşalmış vakansiyalar təqdim ediləcək. Kimlərsə bəlkə həmin təqdim olunan yerlərə gedəcək, amma hesab edirəm ki, çoxları bu vakansiyaları özləri üçün uyğun hesab etməyəcəklər. Belə olan halda, kobud desək “dağ başları” yenə boş qalacaq.
Digər tərəfdən yerdəyişməyə qatılanlar, əgər, elan olunan vakansiyaları tuturlarsa, o zaman əvvəl çalışdıqları yerlər də vakansiya kimi sistemə düşməlidir. Transferlərin hansı məktəblər üzrə aparıldığı, neçə nəfərin prosesdən keçdiyi açıqlanmadığı üçün onların əvvəlki yerlərinin vakansiyalara çıxarılıb-çıxarılmadığı və yaxud onların saatlarının bölünərək məktəbin digər müəllimlərinə verilmədiyi də məlum olmur.
Əslində isə proses necə olmalıdır?
Musiqi məktəbində vakant yerlər yarandığı təqdirdə bu yerlər açıq şəkildə Mədəniyyət Nazirliyinin sistemində görünməli və ya müsabiqədən əvvəl işə qəbul olunmaq istəyənlər üçün açıqlanmalıdır.
Mədəniyyət Nazirliyi özünü elə aparır ki, sanki prosesdən xəbəri yoxdur, yaxud musiqi məktəblərini Kənd Təsərrüfatı Nazirliyi idarə edir.
Çingiz Səfərli, jurnalist
Qeyd: Yazı müəllifin sosial şəbəkə hesabından götürülüb

Aztoday.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu filmlər kinoteatrda pulsuz nümayiş olunacaq

Tamaşaçılarımız avqustun 3-dən 10-dək Azərbaycanın klassik filmlərini “CinemaPlus”da ödənişsiz şəkildə izləyə bilərlər.

Kult.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə deyib.

O qeyd edib ki, bu gün Azəbaycan kinosunun 125, Azərbaycan kinostudiyasının 100 illiyi münasibətilə Azərbaycan klassik filmlərinin təqdimatı həyata keçirilir:

“Belə ki, Azərbaycan kinostudiyasının son 100 ildə təqdim etdiyi müxtəlif filmlər yaxın bir həftə ərzində “CinemaPlus” kinoteatrlar şəbəkəsində təqdim ediləcək”.

“Bakı, Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərinin sakinləri klassik Azərbaycan filmlərini kinoteatrlarda ödənişsiz izləyə bilərlər”, - Z.Darabzadə bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Yaxşı ssenari və istedadlı rejissor olsa, 80 yaşımda da çəkilərəm”


“Kino günümü təbrik etdiyiniz üçün sizə təşəkkür edirəm. Sabah təşkil olunan Milli Kino günü tədbirinə getməyəcəm. O ki, qaldı Kino ittifaqların birləşməsinə... Balaca respublikada iki kino ittifaq kimə lazım idi? Yaxşı edib birləşdiriblər. Kino işçiləri də azalıb. Mənim kimi qocalar kənardadır, uşaq-muşaq ora yığılıb. Ümumiyyətlə mən heç vaxt Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqı bəyənməmişəm, inanmamışam. Amma Rasim Balayev ömrü boyu Rüstəm İbrahimbəyovla işləyib. Rüstəm kino ittifaqın sədri olanda çox gözəl günlər təşkil olunurdu. Festivallar, kino bayramları, kino gecələri və s. Mən elə özüm xaricdən gələn neçə-neçə aktyorlarla bu cür tədbirlərdə tanış olmuşam. Bizim kino festivallarımız bir növ əsl bayram idi. Yadımdadır, bir dəfə də Nizami kinoteatrında kino günü təşkil olunmuşdu. Pyer Rişar, Nikita Mixalkov və s. aktyorlar ölkəmizə gəlmişdilər. Rasim Balayev Rüstəm İbrahimbəyov məktəbi görüb, onunla işləyib. Mən istərdim ki, yeni sədr Rasim Balayev olsun. Düzdür, yaşı çoxdur. Ona bir yaxşı cavan köməkçi versəydilər, onlar ikisi kino ittifaqı idarə edə bilərdilər. Nəinki Şəfiqə.. O artıq qocalıb. Rasim sədr kimi o ittifaqa yaraşır. Rasim Balayev oranı parıldadar”

Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, məşhur kino aktrisası Elmira Şabanova deyib. Aktrisa bir müddət əvvəl kino ilə vidalaşdığını söyləsə də, çəkilmək istəyini də gizlətməyib.

“İstedadlı rejissor, yaxşı senari olsa nə olar ki, yaşlıyam, 80 yaşım var, elə öz sifətimlə çəkilərəm. Nə olsun ki, sifətimdə qırışlar əmələ gəlib. Əvvəl ana rollarını oynayanda qocaltmaq üçün sifətimə qırışlar edirdilər. Qrim ustaları deyirdilər ki, Elmira xanım, heç vaxt qocalmırsınız. Plastik əməliyyat nəyə və kimə lazımdır axı?! Allah sənə gözəl sima, sifət, üz cizgiləri verib. Bu sima ilə qəbul olunursansa, plastik əməliyyata nə ehtiyac var? Heç vaxt etdirməmişəm, etdirməyəcəm də. Bir obraz olsa, lap epizod da olsa çəkilərəm. Epizodun özü də maraqlı olmalıdır da. Əlbəttə ki, qonorar da daha 50 manat yox da (gülür). Kino təbiiliyi, həyatiliyi sevir. Plastik əməliyyat etdirən şəxs kamera önündə o dəqiqə onu tamaşaçıya hiss etdirir. Böyük italyan aktrisası var idi, Anna Manyani. Çox istedadlı aktrisa idi. Ona sual verirdilər ki, niyə plastik əməliyyat etdirib, qırışlarınızı yığışdırmırsınız? O deyirdi ki, sifətimdəki hər bir qırış mənim həyatımdır, mənim üçün əzizdir. Mən də elə düşünürəm” deyə xalq artisti bildirib.

Qeyd edək ki, aktrisa uzun illərdir mətbuatdan uzaq düşüb, televiziya verilişlərinə də çıxmır. O özəl olaraq hər zaman Moderator.az-ın suallarını cavablandırır. Sevimli sənətkarımıza biz də can sağlığı, yaradıcılığında isə uğurlar arzu edirik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Nazirliyinin təkliflər sorğusu - LƏĞV OLUNDU

Mədəniyyət Nazirliyinin "Tədbirlər, festivallar və digər proqramlarda güllərin və əklillərin satın alınması" təkliflər sorğusu ləğv olunub.

DİA.AZ xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO