[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir.

Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

Sənəddə, habelə satınalmaların planlaşdırılması və mərhələləri, satınalma komissiyasının formalaşdırılması və komissiyanın məsuliyyəti, təchizatçıların uyğunluq göstəriciləri, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair hesabatın hazırlanması və satınalma müqaviləsinə dair digər tələblər, o cümlədən satınalmanın dayandırılması şərtləri göstərilir.

Yeni qanun layihəsinə əsasən Azərbaycanın beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici təchizatçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycanın diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici təchizatçıların satınalmada iştirak etməsinə məhdudiyyətlər qoyulduğu hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident təchizatçı ölkədə keçirilən satınalmalarda iştirak edə biləcək.

Bundan başqa, sənədə əsasən, Satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakına bu Qanuna əsasən əvvəlcədən məhdudiyyət qoymayıbsa, sonradan onları dövlət mənsubiyyətinə görə satınalma prosedurlarından kənarlaşdıra bilməz.

Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, satınalma komissiyası təchizatçıların satınalmalarda iştirakını məhdudlaşdıra, habelə onlar arasında ayrıseçkilik yaradan tələblər, meyarlar və prosedurlar müəyyənləşdirə bilməz.

Həmçinin sənəddə deyilir ki, təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir:

- təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda;

- təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda;

- təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;

- satınalmada təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi satınalan təşkilatın rəhbəri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda.

Aşağıdakı şəxslər satınalmalar zamanı satınalma komissiyasının üzvü, satınalan təşkilatın nümayəndəsi, kənar məsləhətçisi və ya satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola, o cümlədən satınalmaya dair sənədlərin hazırlanmasına cəlb edilə bilməzlər:

- təchizatçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri, təchizatçının digər işçisi və ya nümayəndəsi, habelə təchizatçı qismində çıxış edən fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin, Mülki Məcəllənin 49-1-ci maddəsinə əsasən təchizatçının aidiyyəti şəxsinin və ya nümayəndəsinin qohumları (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları), eləcə də təchizatçı ilə təsisçilik və (və ya) hüquqi və maliyyə asılılığı münasibəti olan şəxslər;

- keçirilən satınalmadan əvvəlki 3 (üç) il ərzində satınalmada iştirak edən təchizatçının işçisi və ya vəzifəli şəxsi olmuş şəxslər.

- Bu Qanunda nəzərdə tutulmuş hallar aşkar edildikdə satınalma komissiyasının üzvü bu barədə komissiya sədrini məlumatlandırır və həmin satınalma ilə bağlı komissiyada iştirak etmir.

- Bu Qanunun müddəaları ehtimal olunan qiymətlərin hesablanması zamanı satınalan təşkilat tərəfindən sorğu verilmiş və qiymətlər barədə məlumat alınmış təchizatçılara şamil olunmur.

- Bu Qanunda qeyd olunan məlumatlar nəzarət orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilir.

- Satınalan təşkilat bu Qanunda qeyd olunan məlumatları təchizatçıların təqdim etdiyi sənədlərdə (məlumatlar), dövlət orqanlarının (qurumlarının) rəsmi internet səhifələri və digər etibarlı, müstəqil mənbələr vasitəsilə yoxlayır.

Bundan əlavə, dövlət satınalmalarında iştirak üçün sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təchizatçıdan tələb edilməyəcək.

Sənədə əsasən, belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təchizatçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya təchizatçı tərəfindən təmin edilir.

Qanunla satınalan təşkilatla təchizatçıların bir-birinə göndərdikləri bildirişlər, qərarlar və digər sənədlər, habelə bu Qanunda nəzərdə tutulan məlumatlar yazılı formada təqdim olunacaq. Eləcə də portal vasitəsilə keçirilən satınalmalar zamanı bu Qanunla nəzərdə tutulan sənədlər (məlumatlar) yalnız portal vasitəsilə göndərilir.

Satınalma kağız daşıyıcılarında həyata keçirildikdə nəzərdə tutulan sənədlər (məlumatlar) kağız daşıyıcılarında göndəriləcək.

Həmçinin, təchizatçılar (qeyri-rezident hüquqi və fiziki şəxslər istisna olmaqla) satınalma təkliflərində qiymətləri Azərbaycanın pul vahidi – manatla göstərməlidir.

Bundan başqa, sənədə əsasən, qeyri-rezident hüquqi və fiziki şəxslərin satınalma təklifləri şərtlər toplusunda müəyyən edilmiş xarici valyuta ilə göstərildikdə, satınalma təkliflərinin təqdim edilməsinin son gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsas götürülməlidir.

Eyni zamanda, dövlət satınalmalarına nəzarəti həyata keçirən orqanın səlahiyyətləri müəyyən edilir.

Sənədə əsasən, həmin səlahiyyətlər satınalma zamanı nəzarət orqanının satınalan təşkilatlardan və təchizatçılardan keçirilən satınalma proseduru ilə əlaqəli sənədləri (məlumatları), satınalma planında göstərilən ehtimal olunan qiymətlə bağlı şübhələr olduqda onun dəqiqləşdirilməsi ilə bağlı satınalan təşkilatlara müraciət etmək, satınalma planında kənarlaşmalar aşkar etdikdə isə aradan qaldırılmasını tələb etmək, satınalma komissiyalarının iclaslarında müşahidəçi qismində iştirak etmək, satınalmalarla bağlı araşdırma aparmaq və nəticəsindən asılı olaraq bu Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək, satınalma predmetinin həcminin (miqdarının) 15 faizə qədər artırılıb-azaldılmasına razılıq vermək, bu Qanunda nəzərdə tutulmuş hallarda satınalma komissiyalarının qərarlarının (protokollarının) təsdiq olunub-olunmaması haqqında qərar qəbul etmək, satınalmalar üzrə illik hesabatı hazırlamaq və portalda yerləşdirmək, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada satınalan təşkilatların, satınalma müqavilələrinin və etibarsız təchizatçıların reyestrlərini aparmaq, təchizatçıların həmin reyestrdə qalma müddəti barədə qərar qəbul etməkdir.

Bundan başqa, həmin orqana satınalma müqaviləsi bağlananadək nəzarət orqanı satınalmaların bu Qanunun tələbləri pozulmaqla keçirilməsinə dair təchizatçıların əsaslandırılmış müraciəti olduqda və araşdırma zamanı həmin müraciətdə göstərilənlər təsdiqini tapdıqda, keçirilən satınalma ilə bağlı təqdim olunan sənədlərdə bu Qanunun tələblərinin pozulduğunu aşkar etdikdə, portalda satınalan təşkilatın keçirilən satınalma ilə bağlı bu Qanunun tələblərinə zidd hərəkət və ya hərəkətsizliyi aşkar etdikdə, qanunda göstərilən hallarda nəzarət orqanı aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini, satınalan təşkilata qanunazidd hərəkətlər (hərəkətsizlik) etməyi və ya qərarlar qəbul etməyi, yaxud prosedurlar tətbiq etməyi qadağan etmək, satınalan təşkilatın qanunazidd inzibati aktını “İnzibati icraat haqqında” qanununa uyğun olaraq ləğv etmək, satınalan təşkilatın və ya satınalma komissiyasının qanunazidd hərəkətini (hərəkətsizliyini) dayandırmaq hüququ verilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ mədəniyyət idarəsinin rəisi 1700 nəfəri üsyana qaldırıb - Nazirə qarşı...
Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsində kütləvi narazılıqla bağlı susqunluq nümayiş etdirir. Anaxeber.info məlumat verir ki, regional idarənin işçiləri artıq üsyan həddinə çatdırılıb. Buna səbəb əmək haqlarının ödənməməsi və xeyli vaxtdır ki, yubadılmasıdır. Hazırda 1700 nəfər işçinin maaş kartı yenilənməlidir ki, hələ də bu məsələ həllini tapmır. Səbəb isə sadədir - idarə rəisi maaş kartını yeniləmək üçün hər işçidən 5 manat tələb edir. Bu isə 1700 nəfəri hesablayanda böyük məbləğ edir. Görünür ki, idarə rəisi tez vaxtda varlanmaq, yaxud da yay istirahətini xaricdə keçirmək niyyətindədir.
Bu barədə sosial şəbəkədə xəbərlər yayılıb. Bildirilir ki, bu yaxınlarda idarəyə yeni təyin olunan rəis Qalib Həsənov işçilərin məzuniyyət hüquqlarını pozmaqdadır. İddialara görə, yeni rəis idarənin tabeliyində olan müəssisələrin əməkdaşlarının məzuniyyətə çıxmağına icazə vermir, iyul ayının əmək haqları da ödənilmir. Halbuki, artıq dövlət müəssisələrində avqust ayının maaşlarının ödənilməsinə başlanılıb. Mədəniyyət Nazirliyi araşdırma aparılacağını açıqlasa da, heç bir nəticə yoxdur. Faktiki olaraq, işçilər hər gün bankomata yaxınlaşsa da, balansda bir qəpik də olmadığı üzə çıxır. Beləcə , idarə rəisi Qalib Həsənov mədəniyyət nazirini aldatmaqla, mədəniyyət sahəsində çalışan işçiləri nazirliyə qarşı qiyama qaldırmaqla məşğuldur. Bu, həm də dövləti sabotaj etməkdir. İlin-günün bu vaxtında idarə rəisi 1700 nəfəri qanunsuz şəkildə maaşdan məhrum edib.

Anaxeber.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Avropa İttifaqı Fərhad Əhmədovla bağlı QƏRAR DƏYİŞDİRİR... - DETALLAR


Avropa İttifaqı Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxarmağa hazırlaşır.

Bu barədə “OilPrice” nəşri Avropa İttifaqındakı mənbələrə istinadən yazıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən sonra Avropa İttifaqı bu ölkəyə qarşı bir neçə sanksiyalar paketi qəbul edib. O cümlədən 1800-dən çox fiziki və hüquqi şəxslərin aktivlərini dondurub. Bu siyahıda Putinə yaxın bir sıra iri oliqarxlar və məmurlar yer alır.

Nəşr bildirir ki, Avropa İttifaqı sanksiyalar siyahısını sentyabr ayında yeniləməyə hazırlaşır. Avropa İttifaqının hüquq xidmətindəki mənbələr deyiblər ki, siyahı yenilənməzdən əvvəl üç rusiyalı biznesmenin-Aleksandr Şulqinin, Fərhad Əhmədovun və Qriqor Berezkinin üzərindən sanskiayaların götürülməsi gözlənilir.

Fərhad Əhmədov 2022-ci ilin aprelində bir sıra digər rusiyalı oliqarxlarla birlikdə Avropa İttifaqının sanksiya paketinə daxil edilib.

Sanksiyaların tətbiqindən sonra Azərbaycan əsilli biznesmenin “Luna” adlı yaxtası da Almaniyanın Hamburq limanında bloklanıb.

Nəşr bildirir ki, Fərhad Əhmədov hazırda Rusiya hakimiyyəti və prezident Putinlə əlaqələrinin olmadığını əsas gətirərək sanksiyaların götürülməsi üçün Avropa Məhkəməsinə müraciət edib.

Avropa İttifaqının hüquqşünasları bildiriblər ki, biznesmenin məhkəməni udmaq şansı böyükdür. Çünki onun sanksiyalar siyahısına daxil edilməsi barədə qərar köhnəlmiş informasiyalar əsasında verilib.
Ətraflı

Belə ki, Avropa İttifaqının rəsmi jurnalında Əhmədov “Kremlə yaxın və iqtisadiyyatın müxtəlif sektorlarında işləyən, o cümlədən qaz hasilatı şirkətlərinin hesabına Rusiya Federasiyasının hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən aparıcı biznesmen” kimi göstərilir.

Lakin Avropa İttifaqında F.Əhmədovun işi ilə tanış olan mənbələr deyiblər ki, o sanksiyalar siyahısından çıxarılmalıdır. Çünki onun adı sanksiyalar siyahısına köhnəlmiş informasiyalar əsasında daxil edilib və biznesmenin məhkəməni udmaq şansı böyükdür.

Haqqın.az Brüsseldəki mənbələrdən dəqiqləşdirib ki, Avropa İttifaqının hüquq xidmətində biznesmenin işi ilə bağlı iki dəfə dinləmə olub, bu dinləmələrdə ona qarşı sanksiyaların tətbiq edilməsi üçün əsaslar nəzərdən keçirilib. Hansı ki, belə arqumentlərdən biri kimi F.Əhmədovun 2015-ci ildə Rusiya ilə Türkiyə arasında yaranmış böhranın aradan qaldırılmasında vasitəçilik etməsi göstərilirdi. Avropa İttifaqı biznesmenin bu prosesdə müəyyən rolunun olmasını onun “Putinə yaxınlığının” sübutu kimi qiymətləndirib.

Fərhad Əhmədov Türkiyə ilə Rusiya arasında nizamlama prosesinə Türkiyənin o vaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlunun xahişi ilə qoşulmuşdu

Əslində isə mətbuatdan bəllidir ki, F.Əhmədov Türkiyənin o zamankı xarici işlər naziri və uzun illərdir şəxsi dostluq münasibətlərində olduğu Mövlud Çavuşoğlunun xahişi ilə prosesə qoşulub və Türkiyənin maraqları naminə öz nüfuzundan istifadə edərək Ankara ilə Moskva arasında münasibətlərin bərpasında müəyyən rol oynayıb. Bu barədə Mövlud Çavuşoğlu özü əvvəllər Türkiyə KİV-lərinə müsahibələrində danışıb, o cümlədən Rusiya və Türkiyə KİV-lərində bu haqda yazılıb.

Mənbələr onu da bildiriblər ki, F.Əhmədovun adı sanksiyalar siyahısına salındıqdan sonra Mövlud Çavuşoğlu özü də Türkiyənin xarici işlər naziri statusunda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali komissarı Jozef Borrelə məktub göndərərək F.Əhmədovun onunla şəxsi dostluq əlaqələrinə görə Ankara ilə Moskva arasında vasitəçilik etdiyini, biznesmenin Putinin və ya Rusiya rəhbərliyindəki digər şəxslərin tapşırığı ilə bu prosesdə rol almadığını rəsmən təsdiq edib.

Əhmədovun işi üzrə növbəti dinləmələrin sentyabrın ortalarında keçirilməsi nəzərdə tutulurdu. Lakin Avropa İttifaqının hüquq xidmətinin hazırladığı rəydə göstərilib ki, F.Əhmədovun Kremlə və ya Putinə bağlılığı təsdiq olunmur, o sərvətini özü qazanıb və sanksiyaların ləğvi üçün qaldırdığı iddianı məhkəmədə udmaq ehtimalı böyükdür. Ona görə də Avropa İttifaqı sentyabrın ortalarında biznesmenə qarşı sanksiyaları götürməyə hazırlaşır.

F.Əhmədov "Qazprom" la 12 illik qarşıdurmadan sonra sahibi olduğu "Nordqaz" şirkətindəki səhmlərini hələ 2012-ci ildə "Novatek" şirkətinə sataraq Rusiyanı tərk edib. (“Qafqazinfo”)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Coca-cola” şirkətinin təşkil etdiyi lotereya oyunu nə qədər şəffafdır? - FAKT ODUR Kİ... ŞƏFFAF DEYİL!

Avqustun 14-də “Coca-Cola” şirkətinin keçirdiyi lotereyada 50 uduşu eyni şəxs necə qazanıb? –FOTOFAKT” başlıqlı yazı dərc etmişdik.

Yazıda “Azərbaycan Coca Cola bottlers LTD” MMC tərəfindən 01 iyun 2023 - 24 avqust 2023-cü il tarixləri arasında təşkil etdiyi lotereya oyunun 10-cu turunda bir telefon nömrəsinin sahibinin 50-yə yaxın hədiyyə qazanmasının bəzi suallar doğurduğunu yazmışdıq. Və bununla bağlı şirkətə sorğu göndərmişdik.

MÖVZU İLƏ BAĞLI:

“Coca-Cola” şirkətinin keçirdiyi lotereyada 50 uduşu eyni şəxs necə qazanıb? –FOTOFAKT
My Webpage

“Azərbaycan Coca Cola bottlers LTD” MMC Bizim.Media-nın sorğusuna cavab verib.

Cavab məktubunda deyilir:

“Bildirmək istəyirik ki, Coca-Cola-nın “Musiqi 2023” tirajlı stimullaşdırıcı lotereyası “Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə tam uyğun olaraq təşkil edilibr. Lotereya 01 İyun 2023 tarixindən etibarən 10 həftəlik müddətdə keçirilir. Sorğunuza cavab olaraq bildirmək istərdik ki, yuxarıda adı çəkilən Qanunun 4.10 – cu bəndinə əsasən, lotereya iştirakçılarının hüquqlarının məhdudlaşdırılması qadağandır. Qanunun həmin bəndinə uyğun olaraq, həyata keçirdiyimiz lotereyada Azərbaycan istehlakçılarının iştirak etməsi üçün qeyri-məhdud imkan yaradırıq”.

Məktubda daha sonra deyilir:

“Korporativ məsuliyyət prinsiprlərindən irəli gələrək lotereyamızın şərtləri barədə məlumatı mediada, saytımızda, sosial şəbəkə səhifələrimizdə, təbliğat materiallarımızda açıq və aydın şəkildə dərc etmişik.

Lotereyanın şəffaflığını təmin etmək üçün isə qaliblər Azərbaycan vətəndaşlarından ibarət müstəqil tiraj komissiyanın iştirakı ilə təsadüfi seçimlə avtomatlaşdırılmış proqram təminatı vasitəsilə həftəlik seçilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəzər rayon Tibbi Mərkəzi BAZARDIR, yoxsa? - İTTİHAM VAR!

Ölkəmizin səhiyyə sisteminin bərbad durumda olması heç kimə sirr deyil. Hələ uzun illər əvvəl sabiq səhiyyə naziri Əli İnsanovun, sonra keçmiş nazir Oqtay Şirəliyevin dövründə ölkə səhiyyəsi iflas həddinə gəlmişdi.
Təsəvvür edirsiniz, bütün imkanlı şəxslər Avropaya, az imkanlılar Türkiyə və İrana üz tutur. Kasıb təbəqə isə qalır Azərbaycan səhiyyəsinin ümidinə. Kasıbın həm cibini, həm də canını o məsələ...
Son illərdə, həkimin xəstə ayağın əvəzinə sağlam ayağı kəsməsi-amputasiya etməsi, kor bağırsaq əvəzinə nazik bağırsağı kəsməsi ölkədə söylənilir. Son illərdə isə səhiyyə naziri Teymur Musayevin, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əməlləri nəticəsində ölkə səhiyyəsində ikitirəlik yaranıb, kimin əli kimin cibindən çıxır bilinmir.
Təsəvvür edirsiniz, bir rayonun ərazisindəki onlarla tibb müəssisəsi birləşdirilərək, Allah qoymasa, Tibbi Mərkəzlər yaradılır və eyni adam həm doğum evinə, həm stomotoloji klinikaya, həm kardiloji məsələlərə və s. rəhbərlik edir.
Belə Tibbi Mərkəzlərdən biri də Xəzər rayonundakı Xəzər Tibbi Mərkəzidir (Publik hüquqi Şəxs). Mərkəzin BAŞ direktoru kim olsa yaxşıdır..? Bəbirov Tərlan Asif oğlu... Bəbirovun kimliyi barədə birazdan.
Gəlin, görək, Xəzər Tibbi Mərkəzinə hansı qurumlar daxildir: 26 saylı Birləşmiş Şəhər Xəstəxanası, 14 saylı Birləşmiş Şəhər Xəstəxanası, Zirə Sağlamlıq Mərkəzi, 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 3 nömrəli Uşaq Vərəm sanatoriyası, 7 nömrəli Vərəm əleyhinə dispanser, 45 nömrəli Şəhər Poliklinikası, “Qaranquş” Uroloji sanatoriyası, “Abşeron” mədə-bağırsaq sanatoriyası, Kəbirə Məmmədova adına Klinika, Respublika Uşaq sanatoriyası, 1 №-li Psixonevroloji Sosial Xidmət müəssisəsi, 5 saylı Uşaq vərəm sanatoriyası, “Günəşli” nevroloji sanatoriyası, Hərbi Dəniz Qüvvələrinin Mərdəkan İstirahət Pansionatı, Müharibə Veteranları Respublika Xəstəxanası, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Şağan Reabilitasiya pansionatı, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Mərdəkan Reabilitasiya pansionatı, Professor Gindes adına uşaq və yeniyetmələr üçün sümük vərəm sanatoriyası, 17 saylı şəhər poliklinikası, 4 saylı Uşaq sanatoriyası, Tibbi Reabilitasiya Mərkəzi, 1№-li Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün xidmət müəssisəsi, Sanatoriya-kurort reabilitasiya mərkəzi.
İndi əyani olaraq gördünüzmü, bir ADAMA bu qədər tibb müəssisəsini veriblər, o da sağa-sola idarə edir. Təsəvvür edirsiniz, bu adam Azərbaycan səhiyyəsində korrupsioner kimi ad çıxarıb, uzun illər Kliniki Tibbi Mərkəzin ( Semaşko) baş həkimi, sonra Bakı Sağlamlıq Mərkəzinin direktoru, daha sonra 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Və oradan da Xəzər rayonunun səhiyyəsinə təşrif buyurub və hazırda Mərkəzin Baş direktorudur.
Tərlan Bəbirov haqqında uzun-uzadı danışmaq və yazmaq istəmirik. Sadəcə, xatırlatma üçün onu qeyd edək ki, o, ölkənin ən böyük xəstəxanası olan “Semaşko”da çalışarkən hər qeysəriyyə doğuşundan ona 1000, təbii doğuşdan 500, cərrahiyyə laparoskopik əməliyyatlardan, sadə əməliyyatlardan, qəbul şöbəsindəki xəstələrdən, hətta rayondan gələn xəstələrdən nə isə çatırdı.
Tərlan Bəbirov xəstələrə dövlət hesabına verilən dərmanları, ərzağı pulla satırdı. “Semaşko”dakı həkimlər Tərlan Bəbirovun əlindən bezmişdi. İndi təsəvvürünüzə gətirin BELƏ BİR ADAMA Xəzər rayonundakı onlarla tibbi müəssisəsi tabe edilib.
Yuxarıdakı siyahıya yenidən baxın və vəziyyəti təsəvvür edin. Bütün bunlardan sonra Tərlan Bəbirovun elə əməlləri var ki...heç bir ölçüyə, əndazəyə sığmır.
Yaxın günlərdə tam dəqiqləşdirib Tərlan Bəbirovun Almaniyada hansı adla yaşadığını, Bakı Şəhər İcra Hakimiyyətində inspektor işlədiyi dövrü, Abbas Vəlibəyovla yaxın münasibətlərini və s. barədə yazı dərc edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda başçının öz hesab-kitabı var... - ARAŞDIRMA


Bir çox iqtisadçıların bildiyi kimi, ölkə başçısı cənab İlham Əliyevin 3 iyun 2019-cu il 719 saylı fərmanı ilə

hər bir rayonun icra başçı hər il həmin rayonda proqnozlaşdırılan vergi öhdəliyi tam icra edilibsə, həmin puldan əlavə yığılan məbləğin 50 faizini rayonun ehiyacları üçün sərf edə bilər.

Yəni ki, rayonun vergi proqnozu 10 milyon manatdırsa və bu proqnoz artıqlaması icra edilibsə, (misal üçün 10 milyon yox, 12 milyon manat vergi toplanıbsa), qalan 2 milyon manatın 50 faizini, təxminən 1 milyon manatını rayonun ehtiyacları üçün istifadə etmək şansı yaranır.

Şərti olaraq “vergi bonusu” adlandırılan həmin vəsait isə xərclənmək üçün 3 yerə bölünür.

4 il öncə imzalanan fərmanın maddələrinə diqqət yetirək:

3.1.1. vəsaitin 25 faizi (yəni vəsait 1 milyondursa, 250 min manatı) yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə;

(Konkret olaraq həmin vəsait icra aparatı işçilərinin (ərazi nümayəndəlikləri bundan faydalana bilmir) həvəsləndiriləməsinə yönəldilir.

3.1.2. vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə (yəni, 250 min manatı) yönəldilir;

3.1.3. vəsaitin 50 faizi (yəni, təxminən 500 min manatı) aşağıdakı məqsədlərə yönəldilir:

3.1.3.1. mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə;

3.1.3.2. şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə.

Qeyd: Bu, bütün ayrılan vəsaitlərdən əlavədir



(Xatırladaq ki, biz xeyli cəhd etsək də, icra hakimiyyətindən bu rəqəmləri ala bilmədiyimiz üçün yazını hələlik təxminə rəqəmlər üzərində qurduq. Nə vaxt İHB rəsmi rəqəmlər təqdim edərsə, biz sizə real rəqəmləri təqdim edəcəyik. Hələlik, əldə etdiyimiz məlumata görə bu ilin 6 ayında bu rəqəm Masallıda 800 min manatdan artıqdır. Belə deyilsə, buyurun, rəsmi rəqəmləri siz açıqlayın).



İcra hakimiyyəti arzu etdiyimiz informasiyanı verməməkdə nələri əsas gətirir?



Deməli, Masallı Rayon İcra hakimiyyətindən büdcə gəlirləri, əsasən “vergi bonusları” əsasında əldə edilən qazancın necə xərclənməsi barədə məlumat almaq istədik.

İcra hakimiyyətinə aşağıdakı məzmunda sorğu göndərdik:



1. 2022-ci ildə rayonunun büdcə gəlirləri nə qədər olub?

2. Həmin gəlirlərdə yerli gəlirlərin payı nə qədərdir?

3. Rayonda göstərdiyi xidmətlərdən, əmlak icarəsi və sair gəlirləri nə qədər olub?

3. 2022-ci ildə rayonun büdcədənkənar fondunun həcmi nə qədər olub?

4. Bu fondun vəsaitləri hara xərclənib?

(Xərc maddələri üzrə bölgünü təqdim edə bilərsinizmi?)

2022-ci ildə rayonda şəhid ailəsi və aztəminatlı ailələrin sosial müdafiəsinə şəhərin büdcədənkənar fondundan nə qədər vəsait sərf olunub? Ərazilər üzrə neçə ailəyə və neçə manatlıq yardım edilib?
-----------------

Düşündük ki, Masallıda, ən azından icra hakimiyyətində halallıq, paklıq siyasəti aparılır, kimdənsə bir manat təmənna edilmir və belə şəraitdə aşkarlıqdan imtina edilməz, qanun çərçivəsində istədiyimiz məlumatı asanlıqla ala bilərik.

İlk gedişdə sorğumuz məmnunluqla qarşılandı. İHB-nin müavin Adəm müəllim bildirdi ki, məlumatın verilməsində heç bir problem yoxdur, məlumatın hazırlanması mühasib İlkin müəllimə həvalə edildi. Bir gün, beş gün... məlumatdan xəbər olmadı. Sonda bildirildi ki, məlumatı indi yox, ilin sonunda verərək. Görəsən, niyə? İlin sonuna kimi indiki icra strukturu qalacaqmı? Həmçinin bildirdik ki, bu ilin göstəricilərini verə bilmirsinizsə, 2022-ci ilin rəqəmlərini verin. Qısası, vermədilər.

Masallının icra hakimiyyətinin başçısı Araz Əhmədovun gördüyü işlərə kölgə salmaq istəməzdik. Dəfələrlə rayon sakinlərinin fikrini ifadə edərək yazmışıq ki, Araz müəllim halal, dinli-imanlı adamdır, bütün gücü ilə Masallının inkişafı üçün çalışır, qərəzdən, pisliklərdən uzaq adamdır. (elə indi də həmin fikirdəyik).

Həmçinin Araz müəllim mənə həmişə hörmətlə yanaşıb, xüsusi diqqət yetirib. Hətta mükafatlandırıb, Qapısı isə həmişə üzümə açıqdır.

Amma hələ də başa düşmürəm ki, belə açıq məlumatı verməkdən niyə imtina etdilər? Axı, niyə, niyə?

Söhbəti uzatmayaq. Səhv etmirəmsə, Gertsenin sözüdür ki, Rusiya mənə əzizdir, Həqiqət isə ondan da əzizdir.

Bu mənada bir jurnalist kimi, real məlumatlar mənə hər şeydən əzizdir. Hansı məmur belə məlumatları vermək istəmirsə, bizdə onun fəaliyyətinə açıq şübhələr yaranır.

Hələ də özüm üçün aydınlaşdıra bilmirəm ki, rayonumuzda “vergi bonusları”ndan gələn 100 min manatlarla pulların xərclənməsinin detalları haqqında məlumatlar görəsən niyə gizlədilir?

Pulun 25 faizi icradakı işçilərin əmək haqqına hər ay əlavə kimi verilirsə, çox yaxşı. Onlar həqiqətən çox çalışırlar. Arada bəzi “əyri-üyri” gedişləri olsa belə.

Pulun 50 faizi də şəhərin abadlıq işlərinə xərclənir. Hansı ki, bu bir neçə yüz min edir. Məhz burada müəyyən şübhələr yaranır. Doğrudan da, bu binada əsil halallıqdırsa, buyurun, hər şeyi detalları ilə məlumat verin.

Məsələn, sabiq icra başçısı Şahin Məmmədov “kommunxozun” 100 min manat pulunu onun hesabından şəhərin abadlığı üçün bu qurumun hesabına atdırmışdı. “Malı mala” qatıb, “kommunxozu” iflic vəziyyətinə saldı. Məhz buna görə o vaxt “vergi bonusunun” detalları açıqlanmır.

Götürək, imkansız, şəhid, qazı ailələrinə yardımlar. İnanmıram ki, kimsə bu vəsaitlərə tamah sala. Amma söhbətlər dolaşır ki, bu işdə bələdiyyələrin, sahibkarların, eləcə də icradan ayırmalar bir-birinə qarışdırılaraq qəribə mənzərə yaradılır.

Yeri gəlmişkən, burada bir haşiyə çıxaq.

Şəhidlərin baş daşı ilə bağlı şübhələr

2-ci Qarabağ savaşında qəhrəman şəhidlərimizin hər biri üçün baş daşları düzəldildi. Bu işdə heç kimi əməyini, vəsaitin əsirgəmədi. Rusiyadan həmyerlilərimiz 10 min manatlarla vəsait göndərdi, burada elə sahibkar, məmur min manatlarla pul xərclədi. Hətta icra aparatından, polislərdən də pul yığıldı.

Sonra bəlli oldu ki, hökumət bu məqsəd üçün, yəni hər şəhidin baş daşını hazırlamaq üçün 6 min manat pul ayırıb. Şübhələrimizi dəfələrlə efirdən səsləndirdik. Heç bir reaksiya olmadı. Düz adamsınızsa, bu məqsədlə yığılan vəsaiti açıq-aydın, bütün detalları ilə açıqlayın, bizim də şübhələr dağılsın.



Əgər doğrudan da bu işlərdə hamı səmimisinizsə, buyurun, bir ildə hər ərazidə neçə nəfərə və neçə manatlıq yardım etmisinizsə, detallı məlumat verin. Eləcə də sabiq icra başçısının dövründə hansı baş daşı kimin hesabına inşa edilibsə, dəqiq bildirin.

Bütün bu sadaladıqlarım ölkə başçısının regionların sosial-iqtisadi inkişafına , eləcə də şəhid ruhlarına ehtiramın nəticəsidir. Təəssüf ki, bəzi başçılar, xüsusən sabiq icra başçısı Şahin Məmmədov bu qayğını dəyərləndirmək əvəzinə, tez-tez “Evimi satıb həmin baş daşlarının pulunu verəcəm”, “Ləyaqət bazarda satılmır” və sair haylı-küylə, ritorik cümlələr bəyan edirdi.

Hətta 1-2 nəfər bu oyunların badına getdi.



Elə bu günlərimizdə “Ay filan yola 2 maşın çınqıl töküldü, filan kənddə bir aşmış dirək təmir olundu, filan yerdə 20-30 ağac əkildi ” və sair kimi informasiya yükü aşağı olan, bəsit xəbərlər eşidirik .

Biz isə daha real, xalqı düşündürən xəbərlər, yeni, daha vacib problemlərin statistikasın istəyirik. Məsələn,

- yeni dərs ilində neçə uşağın məktəbli forması, çantası yoxdur?

- Masallıda neçə ailənin mənzil şəraiti dözülməzdir?

- Masallıda neçə dilənçi var?

- Masallıda necə ali təhsilli mütəxəssislər illərdir işsizdir?

- Masallıda 40 yaşından yuxarı neçə qız-oğlanı hələ də imkansızlıqdan ailə həyatı qura bilmir?



Bəs bizə hansı məlumatları verirlər? Bizdə toyuqlar 6 ayda neçə yumurta istehsal edir.



Bəzi giley-güzarları sonraya saxlayaq.

Qeyd: Yazını paylaşmadan öncə rəy üçün icra hakimiyyətinə göndərdik. 5 gün keçsə də, xəbər yoxdur.

Bəlkə, nələrisə düz deməmişəm, nələri isə təhrif etmişik?

Buyurun, fikrinizi bildirin.

Araz müəllim, sizi çox istəyirik, rayonda saflıq, halallıq havasının çox durulacağına hədsiz ümidliyik. Ümidlərimizi qırmayın, işçilərinizə tapşırın, arzu etdiyimiz məlumatları bizə bildirsinlər. Bu, ölkə başçısının da, sizin də baş ucalığınızdır.

Elə belə deməyiblər ki, iş olanda Əyani, asan olur Bəyanı.

1-ci hissənin sonu.

Aşkarlıqla bağlı yazılarımız davamlı olacaq.

Cenub.az Zahir Əmənov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vidadi İsayev 4 manatlıq şirkəti 100 min manatlıq tenderdə QALİB ETDİ


Bərdə Rayon İcra Hakimiyyətinin "Parkların abadlıqlaşdırılması işlərinin satınalınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

DİA.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, icra orqanının elan etdiyi tenderin qalibi "AYPARA-İNŞAAT" MMC olub. Tərəflər arasında 99.916,5 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamanmə kapitalı 4 AZN olan "AYPARA-İNŞAAT" MMC-nin qanuni təmsilçi MAARİF MİKAYILOV AYDIN OĞLUdur.

Xatırladaq ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra Başçısı Malik İsaqovdan İLGİNC yaşıllaşdırma işləri - Ötən il də eyni işə görə tender elan etmişdi


Qubadlı Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma işləri ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Yenisoz.az-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "DİRÇƏLİŞ 14" MMC olub. Tərəflər arasında 138.375,06 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi ELÇİN VƏLİYEV MƏHƏMMƏD OĞLUdur.

Xatırladaq ki, Qubadlı Rayon İcra Hakimiyyəti 11.11.2022-ci ildə də yaşıllaşdırma işləri ilə bağlı tender elan etmişdi. "R-İNŞAAT GROUP" MMC ilə icra orqanı arasında 80.281,3 AZN-lik müqavilə imzalanmışdı.

Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Saleh Məmmədovun adamı Nizami Çıraqov kimdir? mal-qara sürüləri Kəlbəcərdə bəslənir…

Kəlbəcər bu dəfə də ” İşğal” altına düşdü

Qarabağ azad olunmamışdan əvvəl “Azəravtoyol” ASC-nin bahalı şefi Saleh Məmmədov Göygöl rayonu Aşıqlı kəndinin girişində özünə dəbdəbəli ailəvi istirahət mərkəzi ucaldıb. Dəyəri molyonlara varan məkanı S.Məmmədovun yolkənarı inşa etdirdiyi “SMS” adlı yanacaqdoldurma məntəqəsi də müşaiyət edir.

Göygöl. Aşıqlar kəndi yaxınlığındakı SMS YDM-si

İfade.tv-nin əldə etddiyi məlumata görə, Saleh Məmmədov sözügedən istirahət mərkəzini sabiq icra başçısı Arif Seyidovun “xeyir-duası” ilə qanunsuz əsaslarla – yəni, təpəlikdə yerləşən hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz olaraq tikdirə bilib. Bunun müqabilində isə, ötən illərdə Göygöl-Aşıqlı yolunun həmin əraziyə düşən hissəsində yol infrastrukturunun abadlaşdırılması və genişləndirilməsi işini özünün (qurumun-O.N) vəsaiti hesabına həyata keçirib.
Məkanda 10-larla müasir tipli kotteclər, böyük otel-əyləncə binası, uşaqlar üçün ayrıca əyləncə mərkəzi, kupe və çardaqlar var. İstirahət mərkəzində təkcə yay mövsümü üçün deyil, qonaqların ilboyu istirahət etmələri üçün fəaliyyət nəzərdə tutulub.
Göygöl. Aşıqlar kəndindəki dəyəri 18 milyon manat olan İstirahət Mərkəzi
Torpaqlarımız azad edilənədək Azərbaycanın hər yerinə səpələnmiş S.Məmmədovun obyektlərinin əksəriyyətini deyilənə görə “yollar kralı” nın ən sədaqətli işçisi olan, məclislərdə onun ayaqqabılarını əmr olmadan cütləyən Çıraqov Nizami adlı birisi idarə edir. Elə sədaqətinə və etibarlığına görə Çıraqov hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yaşıllaşdırma və Ekologiya İdarəsinin müdiri təyin edilmişdir. Amma onun rəsmi idarədə görən olmayıb. Budur, işğaldan azad olunmuş Kəlbəcərdə yolların çəkilişi zamanı AAYDA-nın bir çox texnikaları bu bölgəyə cəlb edilsə də, işlərin görülüb qurtarmasına baxmayaraq texnikalar burada dövlət büdcəsi hesabına qalmaqdadır və fiziki və hüquqi şəxslərə icarəyə verilərək pullar qazanılır. Hələ bu harasıdır? “Yollar kralı” Kəlbəcərin azad olunmasından sonrakı çətin günlərdə bütün yol strukturunu gecə gündüz bilmədən qaydasına qoyan rayon Yol İstismar İdarəsi MMC-nin müdiri olmuş Aqil bəyi özünün Çıraqov Nizami kimi ən yaxın bildiyi Firdövsi ilə əvəz etmişdir. Əvəzləmənin sirri isə kimsəyə aydın olmasa da, bizə məlum dur ki, on minlərlə mal-qaranın, qoyun quzunun Kəlbəcərdə otarılmasına, geniş arıçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün AAYDA-nın texnikalarından gen-bol istifadə etmək asan olsun. Kimsə etiraz etməsin ki, bəs dövlətin işi qaldı, və s. bəhanələr.
Bəli, indi Çıraqovun başı Kəlbəcərdəki arılara, danalara, öküzlərə, inəklərə, qoyunlara nə qədər qarşısa da Göygöldəki, istirahət mərkəzini də, Aşıqlı kəndindəki, İmişli yolundakı SMS yanacqdoldurma məntəqələrini də əvvəlki kimi olmasa da hesabatlar vaxtı özünü obyektlərə yetirə bilir. Hesab edirik ki, bu adamı 2-ci dərəcəli “Əmək” ordeninin təltif edilməsi üçün AAYDA rəhbərliyi cənab Prezidentə tezliklə təqdimat yazacaqdır. Əvvəlcədən təbrik edirk.

Turantv.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Millətin gələcəyi ilə bazarlıq etməzlər, Ramal Şəmşədli… – Beynəlxalq Təhsil Mərkəzində nələr baş verir..?

Yazıya giriş olaraq onu qeyd edək ki, son illər ən çox tənəzzülə məruz qalan sahə təhsilimizdir. Söhbət həm orta məktəblərdən, həm də ali təhsil müəssisələrindən gedir. Təsəvvür edirsiniz, özünü təhsil eksperti hesab edənlər deyir ki, məktəb direktoru pedoqoq olmaya bilər, hətta aqronom da ola bilər. Guya, Allah qoymasa, məktəb direktoru menecer olmalıdır.
Təsəvvür edirsiniz, bu gün Elm və Təhsil Nazirliyində pedoqoji sahəni bilənlər yoxdur, çoxu keçmiş “Narxoz”un məzunlarıdır. Təsəvvür edirsiniz, ömründə 1-cə saat sinfə girib dərs keçməyən birini Regional Təhsilə müdir təyin edirlər. Belə hallar kifayət qədərdir, saymaqla qurtaran deyil.
Müdriklərdən biri deyir ki, bir milləti məhv etmək üçün onun təhsilini məhv etmək yetər. Bütün bunlar azmış kimi, ölkədə saxta diplomlar da ciddi problemə çevrilib. Təsəvvür edirsiniz, DİM-in qəbul imtahanında az bal toplayan biri hansı yollasa Tibb Universitetinin tələbəsi olur və həmin şəxs gələcəkdə həkim kimi millətin qəssabı olacağını düşünmür.
Son vaxtlar təhsilimizlə bağlı yeni ideyalar ortaya atılıb, qəbul imtahanları ləğv edilsin. Yaxşı, qəbul imtahanları ləğv ediləcəksə, tələbə hansı kriteriya ilə məlum olacaq. Yəni müasir texnologiyanın biliciləri həmişə imtahan verməyə hazır olmalıdırlar. Ancaq bəzi şəxslər istəyirlər ki, ölkənin təhsil sistemini başdan – başa məhv etsinlər.
Belə təhsil ekspertlərindən biri də Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru Ramal Şəmşədlidir. Təhsil eksperti Ramal Şəmşədli deyir ki, orta məktəblər 12 illik, ali məktəblər isə 3 illik olmalıdır. Bundan soruşan lazımdır ki, bunu nəyə əsaslanıb deyirsən, bir məntiq olmalıdır dəə…
Ramal Şəmşədli deyir ki, ümumiyyətlə, imtahanlar ləğv olunmalıdır, bir çox fənnlər ləğv edilməlidir. Fikir verdinizmi, imtahanlar ləğv olunmalı, fənlər ləğv olunmalı, fənlərin sayı maksimum azaldılmalıdır…bəs yerdə…nə qaldı. Deməli, bəzi maraqlı şəxslərin məqsədi ölkə təhsilini bazara çevirməkdir. Beynəlxalq Təhsil Mərkəzinin https://www.facebook.com/beynalxalqtehsilmerkezi/ səhifəsinə daxil olub ötəri nəzər salırıq. Az bal toplayıb, amma universitet oxumaq istəyən abituriyentlərin nəzərinə heç bir imtahan vermədən istədiyiniz ixtisas üzrə təhsil almaq üçün bizə müraciət edin. Ünvan: Nərimanov r., Əhməd Rəcəbli 189 Ramal Şəmşədli Təsisçi və direktor.
İndi özünüz fikirləşin, bu məzun az bal topladığı üçün Azərbaycanda ali məktəblərin heç birinə daxil ola bilməyib. Yəni savadı, təhsili yetərli olmayıb, buyursun kolleclərdə təhsil alsın, yaxud yenidən hazırlaşsın və s.
Amma Ramal Şəmşədlinin təsisçi və direktor olduğu Beynəlxalq Təhsil Mərkəzi deyir ki, lap SIFIR bal toplasan da orta məktəb attestatını gətir və pulunu ver, səni Türkiyədə, hətta Polşada universitetlərin birinə düzəldək get oxu.
Bir soruşan yoxdur ki, minimal bal toplaya bilməyən məzun Türkiyədə, yaxud Avropada oxuyub necə mütəxəssis olacaq..? Və sabah o Azərbaycana qayıdıb xalqa necə xidmət edəcək..?
Deməli, Beynəlxaq Təhsil Mərkəzinin səhifəsində izləyicilərdən biri yumorla yazır ki, mən 9-cu sinif attestatı ilə universitetə girə bilərəmmi…? Bəli, doğrudan da, acınacaqlı durumdur. Bəlkə, ibtidai sinif kağızı ilə universitetlərə düzəldəsiniz, cənab Ramal Şəmşədli..?
Deməli, redaksiyamıza daxil olan məlumata görə, Beynəlxalq Təhsil Mərkəzində imtahansız qəbul üçün 1500 manat alırlar, bu təhsil haqqının 30 faizi deməkdir. 120 manat imtahan pulu ona görə alınır ki, imtahan zamanı, guya, abituriyentə kömək edəcəklər, sonra deyirlər ki, əgər imtahandan kəsilsəniz, yenidən imtahandan keçmək üçün 60 manat ödəməlisiniz. Yaxşı, bizim televiziyalarımızda bəh – bəhlə reklam olunan Beynəlxalq Təhsil Mərkəzinin qəbulu haradan pulsuz oldu? Görəsən, bu təhsil mərkəzini yalandan reklam edən televiziyalar Elçin Mehdiyev kimi hüquqlarını bilən və onu hər yerdə tələb edən şəxslərlə rastlaşacaqlarını bilmirdilərmi? Sözün qısası, bu işin bir adı var – TƏHSİL BAZARI… Biz isə deyrik ki, millətin gələcəyi ilə bazarlıq etməzlər… Bazar olmasın, Ramal Şəmşədli. Gündəlik Bakı

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO