[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ekologiyanı zəhərləyən Ermənistan REGİONAL QATİLƏ ÇEVRİLİR - Baku TV-nin REPORTAJI...

Qarabağın ermənidilli əhalisindən narahat olduğunu imitasiya edərək beynəlxalq qurumlara “aclıq”, “blokada” kimi qondarma şikayətlərlə müraciət edən Ermənistan hökuməti əslində, ekologiyanı zəhərləyərək həm öz ölkəsinin, həm də bütün regionun əhalisini yavaş-yavaş öldürür.

Bu barədə Baku TV-nin reportajında deyilir.

Bildirilir ki, Qafan və Qacarandakı dağ-mədən sənayelərinin tullantıları ilə çirkləndirilmiş Oxçuçay çayı həmin tullantıların toplayıcısı rolunu oynayır. Zəngəzur Mis-Molibden Zavodunun tullantıları təmizlənmədən birbaşa çaya axıdıldığı üçün çirklənmə səviyyəsi normadan dəfələrlə artıqdır və bu çayın suyu yararsız hesab edilir. Tərkibində ağır metalların üstünlük təşkil etdiyi “ölü su” istifadəyə yararsız olmaqla yanaşı, həm də təhlükəlidir.

Yeri gəlmişkən, Ermənistanın “Ekolur” ictimai informasiya təşkilatının rəhbəri İnqa Zarafyan bildirib ki, Zəngəzur Mis-Molibden Zavodu və Qafandakı qızıl mədənlərində köhnəlmiş avadanlıqlardan istifadə olunur, bunun nəticəsində həm insanların sağlamlığı, həm də ekologiya üçün yaranan problemlər heç kəsi maraqlandırmır: “Onların əlində həm bu infrastruktur, həm də bu ərazi var. Burada bir neçə çirklənmə mənbəyi var. Bunlardan biri kombinatdır”.

“Qacaranda tullantıların saxlanıldığı ərazinin (radioaktiv, zəhərli və digər tullantıların saxlanması və ya atılması üçün nəzərdə tutulmuş xüsusi qurğular və avadanlıqlar kompleksi) yaxınlığında hava çox çirklidir. Orada nəfəs almaq mümkün deyil. Nəticədə hətta bostanlarımızda belə heç nə bitmir: bitkilər dərhal saralır, bütün göy-göyərti, meyvə ağacları, yarpaqlar pasla örtülür”, - Acanan kənd sakini Svetlana Farmatyan bildirib.

Havada kükürd dioksidi və dimetil sulfid daxil olmaqla, zərərli qazların yüksək səviyyədə olduğu belə ərazilərin təhlükəli dərəcədə yaxınlığında yaşayan insanlar mal-qara otarır, ot və giləmeyvə yığırlar. Tullantıların saxlanıldığı belə yerlərin miqyası böyükdür. Bundan başqa, bir çox sakinlər şəhərlərdə xəstəliklərin geniş yayılmasından şikayətçidirlər.

Zəngəzur Mis-Molibden Zavodu kimi dağ-mədən şirkətləri əhalinin sağlamlıq probleminə məhəl qoymur. Ermənistan hakimiyyəti isə heç bir izahat vermədən baş verənlərə göz yumur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"8 gündür işləməyə qoymurlar, uşaqlarım çörək gözləyir" - NARAZILIQ VAR!

Kuryerlər “Sezam” şirkətindən gömrük bəyannaməsi ala bilmirlər deyə şikayətçidirlər. Onlar avqustun 1-dən qüvvəyə minən qanuna əsasən öz mopedləri üçün qeydiyyat nişanı almalıdırlar. Ancaq buradan sözügedən sənədi onlara vermədiklərini iddia edirlər. Səbəbini isə, şikayətçilər də bilmirlər. Müraciətləri zamanı vətəndaşları rəhbərlik qarşılamır, adi işçilər də bu barədə məlumatlı olmadıqlarını bildirirlər. Buna görə də, vətəndaşlar polis yoxlayan zaman problem yaşayır, cərimə olunma ilə bağlı xəbərdarlıq olunurlar. Müəssisədən öz nəqliyyat vasitələrini aldıqları zaman əldə etdikləri “alqı-satqı” müqaviləsini rəsmi sənəd kimi göstərməkləri tövsiyə olunur. Ancaq bu, məsələni həll etmir.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Notarius sistemində dayı-bacıoğlu qaydaları... - BU NƏDİ BELƏ?

Biz təkrar-təkrar yazmağa məcburuq ki, ölkənin məhkəmə-hüquq sistemini xüsusi və dövlət notariuslarının fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil. Çünki məhkəmələr öz qərarlarında notarius tərəfindən iddiaçı tərəflərə verilmiş sənədlər əsasında qərar çıxarırlar. Bu gün sorğu keçirsək, vətəndaşların əksəriyyəti bilmir ki, notariusun işi, funksiyası nədir..?
Ona görə də, cəmiyyətin ciddi hüquqi maarifçiliyə ehtiyacı var. Məhz buna görə də məcbur olub, təkrar-təkrar notariusların funksiyalarını qısaca yazırıq:
Əqdləri və Etibarnamələri təsdiq edir; Miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; Vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; Şəxsin sağ olması faktını təsdiq edir; Şəxsin müəyyən yerdə olması faktının təsdiq edir; Şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; Sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; Fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir; Öhdəliyin icra predmetini saxlanmağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; İcra qeydlərini aparır; Veksellərə protestləri tərtib edir; Çeklərin ödənilmək üçün təqdim edilməsi və çeklərin ödənilmədiyini təsdiq edir; Sənədləri saxlanmaq üçün qəbul edir; Dəniz protestlərini tərtib edir; Sübutları təmin edir.
Yəni bu boyda səlahiyyət verilmiş notariuslar artıq böyük cinayət əməllərinin ortağına çevriliblər. Belə notariuslardan biri də Nərimanovdakı 21 SAYLI NOTARİAT KONTORU-dur. Xüsusi notarius: Kərimov Daxil Fazil oğludur. Telefon: (012) 567-60-20; Ünvan: Nərimanov rayonu, Təbriz küçəsi 227d. Məlumat üçün qeyd edək ki, Kərimov Daxil Fazil oğlu Şirvan şəhərində yerləşən Dövlət notariusunun sabiq müdiri olub və bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlu isə onun köməkçisi işləyib.
Daxil Kərimov Nərimanov 21 saylı notariusa müdir gələrkən bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlunu Şirvan notariusa müdir təyin etdirib. Sanki notariuslar bunlar üçün ailə şirkətidir. Deməli, Daxil Kərimov cinayət yolu ilə qazandığı pulların hesabına Bakıda, Hacıqabulda mülklərə, Cəlilabadda torpaq sahələrinə sahib olub. İndi isə Daxil Kərimov uzun illər saxta notarius fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına məhkəmə hakimi olmaq istəyir. Və deyir ki, hakimlərin nəyi məndən artıqdır..?
Bütün bunlar azmış kimi Daxil Kərimov həm də maklerlik edir, kimlərisə işə düzəldir, kimlərəsə vəzifə, söz verir, hakim işləyən dostu Qurbanın əli ilə kimlərisə həbs etdirir, kimlərisə həbsdən azad etdirir…
Sözün qısası, Daxil Kərimov yanına gələnlərə cır səslə “Nəyin var? Nə verə bilərsən” deməkdən başqa söz bilmir… Bir sözlə, Daxil Kərimov üçün saxta etibarnamələr vermək, saxta alqı-satqı müqavilələri tərtib etmək, saxta imzaları təsdiq etmək adi işə, normaya çevrilib. Yəni vətəndaşların hüquqlarını qorumalı olan Daxil Kərimov kimi notaruslar cinayətkar şəbəkə yaradıblar. Təsəvvür edirsiniz, Daxil Kərimov 2 uşaq anasının adına saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürərək gənc ailəni evsiz qoyur.
Beləsi haqqında deyirlər ki, EVİN BAŞINA UÇSUN... Təsəvvür edirsiniz, məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin. Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.
Gör bu insan nə dərəcədə həddini aşıb ki, hər yerdə də deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm… Bəs görəsən, Ədliyyə Nazirliyi Daxil Kərimov haqqında nə düşünür?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş Prokurorluq və DGK-dan birgə ƏMƏLİYYAT: Vəzifəli şəxslər rüşvət alarkən yaxalandılar


Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

Bu barədə Azərbaycanın Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.

DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlar zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülmüşdür.

Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşan Abdullayev və Ədalət Quliyev isə 32.5, 308.2, 32.5, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan təhsilində FETÖ `ZİRVƏ`Sİ... - İLGİNC İDDİALAR...


ZİRVƏ hazırlıq kursunun təsisçisi və direktoru Rahib İmrahimov aztəminatlı ailələrin uşaqlarına dərs keçir, yoxsa..?
Biz hələ müstəqil Azərbaycan dövlətinin vətəndaşı deyil, sovet vətəndaşı olduğumuz dönəmdə, yəni 1990-cı ildə Fətullah Güləni tanıdıq. Bilməyənlər üçün qeyd edək ki, 1990-cı ilin Qanlı Yanvarında sovet qoşunları Bakıda qanlı genosid törətdi və xeyli sayda soydaşlarımızı qanına qəltan elədi.
Təəssüf ki, o zaman bizim səsimizə səs verən tapılmadı. Ulu Öndərimiz o zaman həyatını riskə ataraq Moskvada iclas keçirdi və dünyaya bu qanlı hadisəni bəyan elədi. Bu zamanlar hamının gözü dikilmişdi dünyaya... Amma dünyanın gözləri kor, qulaqları isə kar olaraq qalırdı...
Belə məqamda heç kimin tanımadığı Fətullah Gülən adında birisi televizorda göz yaşı axıdıb, ağlayıb-sıtqıyıb, başına-gözünə döyərək 20 Yanvar şəhidlərindən danışmağa başaldı.
Sözün düzü, o zaman hamımıza təsəlli olan bu olayı sonralar analiz edəndə Fətullah Gülənin ARTİSTLİYİ açıq-aşkar hiss olunurdu. Və beləcə 1 ildən sonra SSRİ dağıldı...
Fətullah Gülənin emissarları Bakıya ayaq açdı. Beləcə heç kimin hiss eləmədiyi tərzdə Bakıda və bəzi bölgələrdə Fətullah Gülənin liseyləri, kursları, ali məktəbləri işə düşdü. Bu o zaman çoxlarına adi hadisə kimi gələ bilərdi. Amma Fətullah Gülən bu məqsədlə yüz milyonlarla pul buraxmışdı. Və məqsəd məktəblər vasitəsilə özünün gələcək davamçılarını hazırlamaq idi.
Sözün qısası, Azərbaycanda bu istiqamətdə qısa zamanda xeyli təhsil ocaqları, hazırlıq kursları yaranmağa başaldı.
Belə FETÖ ocaqlarından biri də ZİRVƏ hazırlıq kurslarıdır. Hazırlıq kursu ilə ümumi tanışlıq üçün qurumun www.zirve.edu.az saytına daxil olaraq bəzi məlumatlara nəzər salırıq. Çoxları elə bilir ki, Zirvə hazırlıq kursu ancaq şagirdləri ali məktəblərə hazırlayır. Amma qurumun saytında qeyd olunur ki, burada Abituriyent hazırlığı, Məktəbəqədər hazırlıq, Təkmilləşdirmə, MİQ hazırlığı, Magistr hazırlığı, Xarici dil hazırlığı, YÖS hazırlığı, Liseylərə hazırlıq, Kompüter hazırığı kursları fəaliyyət göstərir.
Yəni söhbət adi bir hazırlıq kurslarından getmir. Üstəlik Zirvə kursunun, az qala, hər qəsəbədə, Bakıda, Sumqayıtda, Tovuzda və başqa bölgələrdə filialları fəaliyyət göstərir. Yəqin oxucuda aydın təsəvvür yarandı ki, ZİRVƏ kursu dövlətimizin bütün ərazisində öz təhsil şəbəkəsini qurub. Zirvə Kurslarının Təsisçisi - Direktoru isə Rahib İmrahimovdur.
Biz heç kimin fəaliyyətinə kölgə salmaq fikrində deyilik. Amma qardaş Türkiyədə baş verənlər bizi gənc dövlət olaraq həmişə düşündürməlidir. Amerikada oturub böyük bir casus şəbəkəsi quran Fətullah Gülən də ilk işlərini təhsil sahəsindən başlamışdır. Və Fətullah Gülən deyirdi ki, mən Türkiyədə kasıb balalarına sahib çıxacağam, onların yüksək təhsil almasına dəstək olacağam.
Bizi qınamayın, eyni fikirlərə ZİRVƏ kurslarının saytında da rast gəlirik. “Zirvə Kursları "Ürəklər gülsün" layihəsinə qoşulub, aztəminatlı ailələrin övladlarına təmənnasız dərs keçir və s... İstər-istəməz eyni dəst-xətt yada düşür... Bir daha təkrar edirik ki, bizim kiminsə fəaliyyətinə kölgə salmaq fikirimiz yoxdur, bizi bu məsələdə dövlətimizin gələcəyi düşündürür... Və heç kimə sirr deyil ki, FETÖ layihəsi Azərbaycanda az qala təhsil sahəsinin bütün orqanlarına yerimişdi...
Neçə-neçə ali məktəbdə FETÖ-nün nümayəndələri fəaliyyət göstərir. Biz əsas mövzudan kənara çıxmaq istəmirik, amma yazmağa məcburuq ki, FETÖ-nün nümayəndələri təkcə təhsil müəssisələrində deyil, nazirliklərdə, komitələrdə mövcuddur. Bir zamanlar, Kənd Təsərrüfatı Nazirliyində kimlərin FETÖ-yə qulluq etməsindən də danışılırdı. Yəni ZİRVƏ kurslarının nümayəndələri elə bilməsin ki, məqsədimiz ZİRVƏ ilə bağlıdır. Bu çox geniş mövzudur. Və bu məsələdə çox ayıq-sayıq olmalıyıq. Və biz də bir Azərbaycan dövləti olaraq Türkiyəyə VƏFA BORCUMUZU verməliyik.
Bəli, redaksiyamıza daxil olan məlumata görə, ZİRVƏ kurslarının təsisçisi və direktoru Rahib İmrahimov baldızı Rita xanımı və digər yaxın qohumlarını, dostlarını quruma işə qəbul edərək, sanki ailə şirkəti, ailə məktəbi yaradıblar. Yuxarıda qeyd etdiyimiz kimi bu “AİLƏ MƏKTƏBİ”nin nümayəndələri yaşadıqları ərazidə yeniyetmələri, gəncləri başlarına yığıb dini mövzularda təlimlər keçirlər, kimlərisə təbliğ edirlər, onları məktəblərə pulsuz hazırlaşdırırlar... Bir sözlə, əsl FETÖ metodları...
Biz ZİRVƏ rəhbərliyinin özəl həyatına qarışmırıq, Kürdəmir yolunda həyat yoldaşı Humay xanımla avtoqəza keçirib salamat qalmalarından və s. bəhs etmirik. Bizi ancaq dövlətimizin gələcəyi maraqlandırır.
Məlumdur ki, son vaxtlar hüquq-mühafizə orqanlarımız ölkəmizdəki FETÖ-çulara qarşı ciddi əməliyyatlar keçirib. Biz demirik ki, ZİRVƏ kurslarının rəhbəri Rahib İmrahimov FETÖ-çudur, amma bizə elə gəlir ki, ZİRVƏ kursları da ciddi nəzarətə götürülməli və orada yoxlamalar aparılmalıdır.
P. S. Zirvə kurslarının rəhbəri Rahib İmrahimov nədənsə özünü məşhur türk kinosundakı Kimsəsiz Doğan obrazında görür. Bu haqda geniş araşdırmamız olacaq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`BİZ ON`U SEÇMƏMİŞİK... BƏS NİYƏ O BİZİ ZƏHƏRLƏYİR?!! - İTTİHAM VAR!


Haqqında söz açdığımız orta yaşlı iş adamı Ceyhun Həsən oğlu Abbasov 1996-cı ildə Azərbaycan Texniki Universitetini “Mühəndis-elektronik-konstruktor” ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildən etibarən bizneslə məşğuldur. Biznesinin də ixtisası ilə heç bir əlaqəsi yoxdur. Belə çıxır, adam universitetə daxil olanda bilirmiş ki, ixtisas bilgiləri ona gərək olmayacaq, sadəcə diplomu imtiyaza görə almaq lazım imiş. Hərçənd, ölkəmizdə elektronik konstruksiyalar hazırlamaq sahəsində elə bir uğura imza atmış mühəndis yoxdur ki, səsi – sorağı ölkəmizin sərhədini aşsın. Elə bir iş adamı da yoxdur ki, elektronika məhsullarının istehsalı və satışı ilə məşğul olsun. Bir sözlə, bizdə elektronçu mühəndis böyük kapital qazanmaq üçün yalnız alverçi Ceyhun Abbasovun yolu ilə gedə bilər, elektrikli və sürücüsüz avtomobillər istehsal edən İlon Maskın yolu ilə deyil. Özü də biznesə haram qatmaqla. Elə bugünkü söhbətimiz də Ceyhun Abbasovun haramxorluğundan gedəcək.
Ceyhun Abbasov da elektronika mühəndisliyindənsə, alverçiliyi seçib. Hazırda fəaliyətini qurucusu və rəhbəri olduğu “Avrora Qrup”un prezidenti kimi davam etdirir. Şirkət distribüter daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. Hal-hazırda qida sektorunda ölkəmizin ən monopolist distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin “toxunulmaz” partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə İsveçrənin “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “KRONES” və digər avadanlıqlar quraşdırılmışdır. 2010-cu ildə Bolmart Supermarketlər Şəbəkəsi xalqın xidmətinə verilib.
2014-cü ildə İtalyanın CFT avadanlıqları əsasında qazlı sərinləşdirici içki zavodu fəaliyyətə başlayıb. Zavodda “Bizon” markası ilə qazlı sərinləşdirici içki istehsal olunur. Zavod həmçinin Go, Jaguar və Berg qazlı sərinləşdirici içkilərinin rəsmi istehsalçı partnyorudur.
Göründüyü kimi, enerji içkilərinin istehsalı və satışı Ceyhun Abbasovun təsisçisi olduğu şirkətin fəaliyyətinin yalnız bir, amma həm də vacib istiqamətidir. Əslində bu içkilər də narkotik kimi insanlarda asılılıq yaradır. Belə energetik içkilərdən biri də BİZON-dur. Hətta məşhur reklamı da var: BİZ ONU SEÇDİK. Bu məhsulun Azərbaycanda istehsalçısı “Avrora” MMC tərəfindən istehsal olunan “Bizon Energy”dir. Energetik içkilərin, o cümlədən BİZONun zərərindən, dünyada qadağan olunmasından çox danışılıb. Amma, sən demə, Ceyhun Abbasovun hər gün yüz minlərə, bəlkə də milyonlara satdığı və üzərində energetik içki ( “ENERGY” və “CHARGE YOUR POWER”) yazdığı BİZON saxta imiş. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bəlli olub ki, alkoqolsuz içkilərin üzərində, “alkoqolsuz” sözlərinin istifadə olunması, istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Yəni iş adamı Ceyhun Abbasov neçə ildir ki, istehlakçıları aldadır – “BİZON” enerji içkisi deyilmiş…
Ekspertlər qeyd edir ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir. Amma Ceyhun Abbasovun BİZON-u bu qayda və normalara cavab vermir. Ceyhun Abbasov öz müsahibələrinin birində energetik içkilərə aksizlərin tətbiq olunmasını pisləyir, hətta özündən razı bu adam deputatları, dövlət qurumlarını ittiham edir. Onu tanıyanların dediyinə görə, Ceyhun Abbasov hər yerdə “Mən Ordubadlı Ceyhunam….yuxarılarda….hüquq-mühafizə orqanlarında adamlarım var…kimi istəsəm “nakazat” edərəm” deyir….
“Bizon”un yeniyetmə və gənclərə, hamilə qadınlara, süd verən analara, ürək -damar xəstəliyindən əziyyət çəkənlərə, böyrək və qaraciyər xəstələrinə tövsiyə olunmaması C.Abbasovun heç vecinə də deyil. Energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Bunu mütəxəssislər deyir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur. Hətta Milli Məclisdə bütövlükdə energetik içkilərin ölkəmizdə satışı ilə bağlı müəyyən qadağaların tətbiq edilməsinə təşəbbüslər də hələ ki, nəticəsiz qalıb. Halbuki energetik içkilərin istehsalı, satışı, reklam edilməsi bir çox qabaqcıl Avropa ölkələrində (Norveç, Danimarka, Fransa və s.) qanunla qadağan edilib. Qonşu Rusiyada da, nəhayət, prezidentin işə qarışması sayəsində məsələ həllini tapıb. Yəqin, bizdə də gərək mütləq məsələyə Prezident özü şəxsən müdaxilə etsin.
İnsafən, Ceyhun Abbasovun özünün satdığı energetik içkiləri içməməyi tövsiyə etdiyi, onların zərəri barədə ciddi xəbərdarlıq etdiyi şəxslər vardır. Bunlar biznesmenin ailə üzvləri və bir də onlara bərabər tutduğu, deyilənə görə 500 min manatlıq “Galendevagen” avtomobili alıb hədiyyə etdiyi N...n adlı gənc qızdır. Onların energetik münasibətindən Nərminin anası da məmnundur. Çünki Ceyhun bəy o qadına çox səmimi tərzdə “anam” deyə müraciət edir. Başqa anaların isə övladlarını saxta içkilərlə zəhərləyir. //aktualxeber.az//

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ekologiyanı ciddi şəkildə pozan zavod barədə xəbər var – Video
Bir neçə gün öncə Yeni Salyan şossesi, Jurnalist şəhərciyinin yanında fəaliyyət göstərən ətrafa “ölüm saçan” beton zavodu haqqında Analoq.az video yayımlamışdı.

Yayılan video ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən saytımıza bildirilib ki , zavod barədə tezliklə tədbir görüləcək .
Ekologiyanı ciddi şəkildə pozan zavod barədə xəbər var – Video

Onu da qeyd edək ki , zavod birinci videodan sonra fəaliyyətində olan nöqsanları aradan qaldırmaq əvəzinə fəaliyyətini daha da gücləndirib . Ölüm saçan zəhərli tüstünü ətrafda yaşayan sakinlərdən əsirgəmir. Mövzunu davam etdirəcəyik.
https://vt.tiktok.com/ZSLboRMLS/

Analoq.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
16 yaşlı doğma qızını ərəb Veysələ 100 minə satan ata… - Azərbaycan vətəndaşı olan Elnarə Prezidentə müraciət etdi…


İnsan Alverinə qarşı Mübarizə İdarəsi hara baxır..? Biz bir media olaraq bir neçə gün əvvəl konkret olaraq Azərbaycan vətəndaşı olan bir qadının – əslən İmişlidən olan, 1977-ci il təvəllüdlü Darviq Elnarə Parış qızının başına gələnlər əsasında yazı dərc etdik.
Qısa xatırlatma üçün qeyd edək ki, Elnarə İmişlinin Gövhərli kəndində anadan olub, birinci evliliyindən 2 övladı var, sonra boşanıb, Bakıda yaşayıb, məcbur olub övladlarını 2 saylı Uşaq evinə verib və özü “Dialoq” firmasının köməkliyi ilə Türkiyədə işə düzəlib. Burada aldığı 1200 dollar qazancla Bakıda bankda hesab açıb, pullar yatırıb və Binəqədidə torpaq sahibi olub.
Sonra Birləşmiş Ərəb Əmirliyində işə düzəlib və orada ərəb olan Basemlə tanış olub. Və onunla ailə qurmalı olub. Sonda Basemlə birlikdə Bakıya qayıdıblar. Onların nikahından 2 övladları -qızı və oğlu dünyaya gəlib. Bakıya qayıtdıqdan sonra Elnarə və həyat yoldaşı Basem müxtəlif yerlərdə çalışıblar. Məsələn, Basem Elnarənin tikinti sahəsində çalışan qardaşlarının yanında işləyib. Elnarə özü isə bankda olan pullarını xırda tikinti biznesinə yönəldib və nəticədə binaların birindən mənzil alıb, özü üçün restoran açıb və orada çalışıb. Evləri, maşınları olub.
Bir gün Basem Elnarəyə gecə klublarında çalışacağını, böyük pullara sahib olacağını deyib. Sözün qısası, Elnarənin dediklərindən bəlli olur ki, əri Basem Darviş Neftçilərdə yerləşən "X Life" gecə klubunda işləyib, orada Zeynəb Quliyeva ilə tanış olub və hər ikisi fahişə biznesinə girişiblər.
Belə ki, Zeynəb Quliyeva cavan qızlar, Basem Dərviş pullu ərəb turistlər taparaq onları görüşüdürüb pullar qazanıblar.
Sözün qısası, Elnarənin dediklərindən belə başa düşdük ki, ərəb Basemlə 18 illik ailə münasibətləri dağılmağa başlayıb. Və Zeynəb Quliyeva ilə Basem Dərvişin qurduğu oyunların nəticəsində Elnarə ömrü boyu qazandığı mülklərini, evlərini, maşınlarını, qızıl-zinət əşyalarını itirib, daha doğrusu, hamısını Basem Dərviş ələ keçirib.
İndi Elnarə qalıb çıxılmaz vəziyyətdə. Və deyir ki, indi də Basem Dərviş ikimizin izdivacından olan 16 yaşlı qızımızı ərəb Veysələ 100 minə satmaq istəyir. Elnarə deyir ki, dəfələrlə onu bu yoldan çəkindirməyə çalışmışam, amma Basem deyir ki, nə olsun qızım az yaşlıdır, iki ildən sonra kəbin kəsdirəcəklər… amma mən 100 min qazanacağam…
Sözün qısası, Elnarənin dediklərindən belə aydın oldu ki, Basem Dərviş və Zeynəb Quliyeva gecə klublarında fahişə satmaqla milyonçuya çevilriblər. Elnarə qorxur ki, Basem Dərviş 16 yaşlı qızını oğurlayıb ərəb Veysələ sata bilər. Elnarə həm də bu il ilk dəfə məktəbə gedəcək oğlundan da nigarandır. Düşünür ki, Basem ona təzyiq üçün uşağı oğurlaya bilər. Ona görə də, Azərbaycan vətəndaşı olan Elnarə Parış qızı üzünü cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya tutaraq onlardan İMDAD diləyir, uşaqlarının və özünün gələcək təhlükəsizliyinə təminat istəyir.
Yeri gəlmişkən, Elnarə Parış qızı onu da bildirdi ki, EXTRA gecə klubunda çalışan, Basemin dostu Dilsuz Dəmirçiyev həbsxanadan çıxıb və yenidən Basemlə, Zeynəblə iş birliyi qurmağa başlayıblar.
P. S. Elnarə xanım haray çəkir ki, əri Basem ərəb olduğu üçün ailəsini oranın qanunları ilə idarə edir. Amma bizim qanunlarımızda 16 yaşlı qızı məcburən Veysəl adlı ərəb şeyxinə ərə vermək yoxdur. Hüquq Mühafizə Orqanlarını Azərbaycan xanımı olan Elnarəni ərəb Basemin təzyiqlərindən xilas etməyi xahiş edirik.
Sabahnews.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astarada tamam... başçı məşğuldur: BƏS BƏLƏDİYYƏ? - Sakinlər GİLEY EDİR

Azərbaycanın İranla sərhəddə yerləşən Astara şəhərinin əhalisi 20 min nəfərə çatır. Yayda bu şəhərdə əlavə turistlər də olur.

"Mərkəzdə bir ayaqyolu var"

Astara şəhər sakini, ictimai fəal Asən Həşimli deyir ki, əhalinin artmasına baxmayaraq, illərlə həllini gözləyən problemləri çoxdur. Onun deməsinə görə, şəhərdə sovetdənqalma kanalizasiya sistemi dağılıb: "Yenisini tikmək barədə söhbətlər getsə də, hələlik, ortada ciddi iş görülmür. Şəhərin heç yerində içməli su yerləri yoxdur. Mərkəzdə bir ayaqyolu var, o da pis vəziyyətdədir. Çox vaxtı şəhərdə yığılıb qalan zibilləri vaxtında daşımırlar".
Astarada tamam... başçı məşğuldur: BƏS BƏLƏDİYYƏ? - Sakinlər GİLEY EDİR

Şəhərdə zibillərin atıldığı ərazinin hasarı yoxdur. İnəklər zibillikdə eşələnirdilər. Adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, külək onların yaşadığı evlərə tərəf əsəndə üfunət iyindən və tüstüdən həyətdə qalmaq olmur: "Tüstü bizi boğur, üfunət iyindən bezmişik. Zibilxananı yaşayış yerindən uzaqda yerləşdirmək lazımdır. Heç olmasa, buranı hasara alsınlar. Elə vaxtlar olur, qarğalar orada dolaşır. Gecələr çaqqallar zibilxanaya daraşırlar. Xəstəlikdir".

"İnəklər kanala yaxın durmurlar"
Söhbətə başqa bir yerli sakin də qoşulur: "Külək zibili göyə qaldırır, ətrafa səpir. Orada nə istəsən var. Siçan basıb oranı. Əhaliyə ziyandır".

Astaranın Əhəd Muxtar küçəsində sakinlər zibili ərazidən keçən kanala atırlar. Sakinlərdən biri Mikayıl Əhmədov zibillərə görə kanal suyunun çirkləndiyini söyləyir: "Yaxınlıqda otlayan inəklər adətən kanal suyu içirdilər. İndi kanala yaxın durmurlar, su həddindən artıq çirklənib. Burada yaşayanlara dəfələrlə demişəm ki, zibili kanala atmayın. Deyirlər ki, kanala atmayaq bəs nə edək? Bura şəhərin küçələrindən biridir. Kənd yolu burdan yaxşıdır".

Astara Gömrük Məntəqəsinin qarşısında vəziyyət bir qədər fərqlidir. Amma orada da şikayət eşidilir: "Balaca maşınlar var, evləri gəzib zibil yığırlar, buna görə pul alırlar. Gətirib həmin zibilləri bura tökürlər. Bunun hesabına xəstəxanaya gedən yolun üstündə həmişə qalaqlanmış zibil olur".

"Hasar nəzərdə tutulub"
Rayon Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyindən isə deyirlər ki, şəhərdə zibillər vaxtında daşınır: "Qaldı mərkəzi zibilxanaya, ora üçün hasar nəzərdə tutulub. Utilizasiya ilə bağlı heç nə deyə bilmərik. İcra hakimiyyəti aparatına müraciət edin".

Astara şəhər icra nümayəndəliyindən isə bildirirlər ki, onlara əhalidən bu məsələlərlə bağlı şikayət daxil olmayıb.

AzadlıqRadiosu ©
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident Qaxda yol tikintisi ilə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Qax rayonunun Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qax–Qaşqaçay–Armudlu (11 km)–Aşağı Malax–Qaşqaçay–Armudlu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 4,9 milyon manat ayrılıb.

Sərəncamla Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...