[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qapı-pəncərəsi olmayan Mədəniyyət evinin 3 işçisi var - 16 minə satışa çıxarıldı


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 dekabr tarixində keçiriləcək hərracda 9 kiçik dövlət müəssisə və obyekti satışa çıxarılacaq.

Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən xəbər verir ki, hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə satılacaq. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 102 min 500 manata olan Xızı rayonunda yerləşən yardımçı təsərrüfatdır. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 308.8 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 25 000 kv.m.-dir. Əmlak 15 min manata, torpaq sahəsi isə 87 min 500 manata satışa çıxarılıb.

Bundan başqa Mingəçevir şəhərində yerləşən, sahəsi 147,3 kv. m. olan “İncilli” kafesi 7 500 manata satılır.

Mədəniyyət Nazirliyinin tabeliyində olan Beyləqan rayonu, Milabad qəsəbə Mədəniyyət evi isə 16 min manata satışa çıxarılıb. Sahəsi 929,8 kv. m. olan Mədəniyyət evi 2 mərtəbəlidir.

Marqlıdır ki, qapı və pəncərəsi olmayan Mədəniyyət evinin 3 nəfər işçisi olduğu bildirilir.

Yeniavaz.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
4 aydan artıqdır ki, maaşlarını ala bilməyən fəhlələr... - Prezidentdən kömək istədilər


Turantv.az saytının redaksiyasına bir qrup şikayətçilərin adından “Optika-Mexanika” İstehsalat Birliyinində baş verən özbaşnalıqla haqda məktub daxil olmuşdur.Həmən şikayəti sizə təqdim edirik.

“Müdafiə Sənaye Nazirliyininin nəznində fəaliyyət göstərən “Optika-Mexanika” İstehsalat Birliyinin tabeliyində olan “Alov” zavod MMC və “Azon” zavod MMC-nin işçiləri 4 aydır ki,əmək haqqı almayırıq.

Qeyd edək ki, “Optika-Mexanika İstehsalat Birliyi” MMC 2006-cı ildən dövlət qeydiyyatına alınıb, “Alov” zavodu isə 1995-ci ildən fəaliyyətdədir. İskra zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır. 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İskra zavodu Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən İskra zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2008-ci ildən Alov zavodu adı altında fəaliyyət göstərir.

Birliyin direktoru Sabir Rzayevin yarıtmaz və pulları mənimsəməsi nəticəsində iki zavodun işçiləri 4 aydır ki,əmək haqlarını ala bilməyir. Onuda bildirik ki, “Optika-Mexanika” İstehsalat Birliyinin direktoru Sabir Rızayevin oğlu Müdafiə Sənaye naziri Mədət Quluyevin müşaviridir.

İşçilər əmək haqlarını tələb etdikdə birlik drektoru Sabir Rızayev “oğlum nazirin müşaviridir,qohumum Prezident Administrasiyasında işləyir” deyərək ona heç kim heçnə edə bilmədiyini bildirir. Dəfələrlə Birlik direktorlarının özbaşınalığına və əmək haqqlarının gecikdiməsinə görə işçilər şikayətlər edib, fəhlələr əmək haqqına görə işləri dayandırıb,ya birlik drektoru dəyişib yada yalançı vədlər verərək işçiləri sakitləşdiriblər.

Dövlət proqramlarından ayrılan pulları mənimsəyən birlik drektorları neçə illərdir ki işçilərəin əmək haqqlarıdan başqa sosial və vergi ödənişlərini ödəmirlər. Birliyə köçürülən pulları birlik drektoru 72 yaşlı Sabir Rzayev işçilərə “pul yoxdur” deyib istədiyi kimi idarə edir. İşçilər dövlətin zavodlara verdiyi proqramları yerinə yetirib bitirib, lakin birlik direktoru Sabir Rzayev büdcədə pul olmadığını bildirir. 4-5 ay əmək haqqı verməyən Birlik direktoru Sabir Rızayev fəhlələr tətil elan edən kimi əmək haqqlarını köçürür. Onuda bildirmək lazımdır ki, bundan əvvəl işləyən sabiq birlik direktoru Həbib Məmmədovun rəhbərliyi dövürdə işçilərin əmək haqqlarını 4-5 ayda bir verməsi işçilər tərəfindən kütləvi tətil elan edilərək Müdafiə Sənaye nazirliyin qarşısında etiraz etmişdilər.amma həmən işçilər işindən azad edilmişdi.

Sabiq direktor Həbib Məmmədovdan sonra “Optika-Mexanika” İstehsalat Birliyinin direktoru Sabir Rzayev təyinat almışdır. Birlik drektoru Sabir Rızayev “Alov” zavodu MMC və “Azon” zavodu MMC bərbad və iflic günə qoyub. Dövlət proqramı üçün ayrılan 30% pulları mənimsəmiş hətta 4-5 aylarla işçilərin əmək haqqını verməyir. Onuda bildirmək lazımdır ki, “Azon” zavodunu ərazisi 7 ha olmişdur lakin, Birlik direktoru Sabir Rzayev “Azon” zavodu MMC-nin 3,5 ha ərazisini zavodun yaxınlığında tikinti aparan şirkətin balansına keçməsinə köməklik göstərib. Zavodun işçiləri bildirir ki, neçə direktorlar gəlib evlər maşınlar alıb gedib,amma əmək haqlarımızı kəsərək gecikdiriblər.

Neçə birlik drektorları işləyib heç biri “Azon” və “Alov” zavodlarının direktorlarının işləməyə qoymayıb. Elə buna görədə “Alov” zavod MMC-nin neçə aylardır ki,direktoru yoxdur və heç kəs işləmək istəmir.

Yaşı tamam olub çıxan işçilər heç elə bil 30-40 il bu zavodda işləməyib,əksəriyyəti minimum pensiyanı alır. Neçə illərdi”Optika-Mexanika” İstehsalat Birliyində bu problem yaşanır,lakin axrıncı gələn bu direktor zavodları tamami ilə çökdürüb. Özbaşınalıq höküm sürür. İstehsal olunan məhsulu Müdafiə Nazirliyinin sifarişçi nümayəndəsi İlham Qurbanov tərəfindən iradlar tutulur və sifarişlərin vaxtında getməsinə işlərin gecikməsinə səbəb olur.

“Optika-Mexanika” İstehsalat Birliyinin balansına köçən puldan birlik direktoru rüşvət alaraq məsulun istehsalını təsdiqləyir. Çox maraqlıdır ki,bu barədə Müdafiə Sənaye Naziri Mədət Quluyev heç bir tədbir görmür. Birlik direktorları də istədiyi özbaşnalığı edir.

Buna görə də zavod işçiləri olaraq Cənab Prezidentdən xahiş edirik bizə kömək etsin. Heç kim 3-4 ay əmək haqsız dolana bilməz. İşləyənlər hamsı ailə sahibidir. Zavod əmək haqqını vermədiyinə görə çox işçilər ödənşli məzuniyyət götürərək fəhləliklə məşğul olurlar.

Cəbah Prezident,xahiş edirik bu özbaşınalığa son qoyasıznız.Ümüdümüz sizdədir”. //Turantv.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tağı Əhmədov yenə gündəmdə: bu dəfə yaqut daş... - TƏFƏRRÜAT


“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun mənimsənilən 2 milyon manatının ödənilməsi üçün yaqut daşı satılacaq. Məlumata görə, bu barədə Tağı Əhmədovun 2 milyon manatını mənimsəməkdə ittiham olunan iş adamı Səadət Xəlilovun məhkəməsinin yekununda qərar verilib.

Məhkəmə qərarında göstərilib ki, cinayət işi üzrə maddi sübut olan, saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə təhvil verilmiş 19.25 qram kütləli 96.25 karat ölçüdə 1 ədəd yaşıl rəngli, şəffaf yaqut daşı satılaraq, Tağı Əhmədova dəymiş zərərin ödənilməsinə yönəldilsin.

O da məlum olub ki, daşın qiyməti barədə respublikanın ticarət şəbəkələrində, zərgərlik məlumatlarının satışı mağazalarında və eləcə də mərkəzdə məlumat olmadığından məhkəmə-əmtəəşunas ekspertinin qarşısında qoyulmuş suala cavab vermək mümkün olmayıb. Məlumat üçün deyək ki, ən nadir yaqut daşının 1 karatı dünya bazarında 100 min 639 dollara satılır.

İttihama görə, Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın sələmə pul verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək Tağı Əhmədovu şirnikləndiriblər, ondan yüksək faizlə sələmə pul alıblar.

Sələmə pul vermə əməliyyatı Tağı Əhmədovun sədrlik etdiyi YAP-ın Yasamal rayon təşkilatının binasında baş tutub. Tağı Əhmədov pulları həmin şəxslərə verdikdən sonra sələm faizlərini almağa başlayıb. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev hüquq-mühafizə orqanlarına şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də Soltan Əliyev tanınıb. Tağı Əhmədovdan pulu alan Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi olub. Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində Tağı Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir. Zərərçəkmiş kimi tanınan Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir. Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il, digər təqsirləndirilən şəxslər Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı “Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

Tağı Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-nin rəisi olub. Rəis olduğu dövrdə də Tağı Əhmədov başı daha böyük qalmaqalda olub və itirdiyi məbləğ indikindən 1 milyon manat daha artıq olub. Belə ki, 2015-ci ildə MTN-də Eldar Mahmudovun bandası ifşa olunandan sonra Respublika Baş Prokurorluğunda cinayət işi başlanıb. O zaman istintaqa ilk şikayət ərizəsi verənlərdən biri də Tağı Əhmədov olub.

Şikayətinin məzmunundan belə aydın olub ki, Tağı Əhmədov “Bakı Metropoliteni”nin rəisi olduğu zaman MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov ona sifariş göndərib, MTN üçün 10 “Gelandewagen” markalı avtomobil almasını tapşırıb. Tağı Əhmədov bu tələbi yerinə yetirməyib və Eldar Mahmudova zəng edib. Lakin Eldar Mahmudov onun zənginə cavab verməyib. Tağı Əhmədov əl çəkməyib, Eldar Mahmudovun köməkçisini yığıb. Köməkçi də Tağı Əhmədova bildirib ki, Eldar Mahmudov onun məsələsini Akif Çovdarova tapşırıb. Bundan sonra Tağı Əhmədovun qardaşı oğlu MTN tərəfindən istintaqa cəlb olunub.

Akif Çovdarov məhkəməsində deyib ki, o zaman Tağı Əhmədovla bağlı araşdırma aparılması ölkə rəhbərliyi tərəfindən MTN-ə tapşırılıb. Aydın olub ki, “Bakı Metropoliteni”ndə daşınan hər 4 sərnişindən birinin ödədiyi gediş haqqı Tağı Əhmədovun cibinə gedib. Bu isə hər ay təxminən 300 min manatın mənimsənilməsi olub. Bundan başqa, “Bakı Metropoliteni”nin ərazisindəki 1200 ticarət nöqtəsindən hər ay Tağı Əhmədovun cibinə 5 milyondan artıq vəsait axdığı da üzə çıxıb. Onun ölkə daxilində 100-ə yaxın evi, bağı, ticarət mərkəzləri, şadlıq evləri, Avropa və Dubayda biznesi, təkcə oğlu Ruslan Əhmədovun adına ofşor hesablara çıxardığı 20 milyon avro, Azərbaycan banklarında 300 milyon manata yaxın vəsaiti müəyyən edilib. Cinayət işi çərçivəsində saxlanılan qardaşı oğlu MTN-də Tağı Əhmədovun cinayətlərini təsdiqləyən ifadə verib. O zaman 3 milyon manat qarşılığında Tağı Əhmədov araşdırmaların dayandırılmasına nail olub. Akif Çovdarovdan şikayətində də həmin məbləğin ondan hədə-qorxu ilə alındığını bildirib. Akif Çovdarov məhkəməsində Tağı Əhmədovun üzünə qarşı metropolitendə rəis işləyərkən vəzifə cinayətlərinə yol verdiyini deyib, korrupsiyada ittiham edib. Faktları bir-bir sadalayıb. Köhnə vaqonların rənglənərək təzə adı ilə “Bakı Metropoliteni”nə sırınmasından tutmuş ödəniş turniketlərinə xüsusi avadanlıq quraşdırılmaqla gediş haqlarının mənimsənilməsi kimi cinayətləri diqqətə çatdırıb. Maraqlıdır ki, bundan sonra Tağı Əhmədovun səsi batıb, Akif Çovdarovdan yazdığı şikayətdə tələb etdiyi 3 milyon manatla bağlı tələbləri də daha eşidilməyib. Akif Çovdarovun cinayət işi üzrə məhkəmədə çıxış edən dövlət ittihamçısı da Akif Çovdarovun sadaladığı faktların araşdırılması üçün hər hansı bir hərəkət etməyib.

Tağı Əhmədovun 2 məhkəmə işi üzrə 5 milyon manat ziyanı ortadadır. Akif Çovdarovun məhkəməsində özü də hər kəsi inandırmağa çalışırdı ki, bu pulların mənbəyi onun 44 illik əmək haqqıdır. Görəsən, Tağı Əhmədovun istintaq orqanlarında olan və araşdırılmayan şikayətləri üzrə nə qədər ziyanı var?
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış iş adamı evinin önünə yığışıb, ondan pul tələb edənlərlə bağlı nazirə şikayət etdi – VİDEO


Bəzi saytlarda və sosial şəbəkələrdə bir qrup Qarabağ qazisinin tanınmış iş adamı Müqayis Verdiyevin evinin qarşısına yığışaraq, güya ondan borclu olduğu pulları tələb etmələrinə dair videokadrlar yayılıb. Azinforum.az mövzuya aydınlıq gətirmək üçün, Müqayis Verdiyevin özü ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, hadisədən bu gün xəbər tutub: “Mən həmin yerdə yaşamıram, amma ev həqiqətən mənə məxsusdur. Videoda görsənən adamlardan heç birini tanımıram. Bir onu düz deyirlər ki, tenderlərdə iştirak edirəm, amma mənim kiməsə bir qəpikdə olsun borcum yoxdur. Biz hüquqi dövlətdə yaşayırıq, bəyəm, hansısa borc məsələsi ilə bağlı mübahisə adamın evinin önündə qanunsuz piket keçirməklə həll edilir? Bunun üçün hüquq-mühafizə orqanları, məhkəmələr var. Niyə həmin instansiyalara müraciət etmək əvəzinə , belə şou düzəldirlər? Bəli, bunun adı şoudur. Çünki özləri ilə çəkiliş gətirib, bunu ictimailəşdirmək, evimin önündə icazəsiz aksiya keçirmək kobud qanun pozuntusudur. Qarabağ qazisi olmaq o demək deyil ki, nə istəsələr edə bilərlər. Bu ölkədə qanun şahdır. Mən hörmətli daxili işlər naziri Vilayət Eyvazova müraciət edirəm və ondan xahiş edirəm ki, mənə və ailə üzvlərimə qarşı olan bu qanunsuzluqla bağlı tədbir görülməsinə göstəriş versin. Hazırda mənim ailəmin təhlükəsizliyi videoda görsənən adamların təhdidi altındadır. Bir daha xatırladıram ki, nəinki həmin adamlara, ümumiyyətlə heç kimə mənim bir qara qəpik də olsun borcum yoxdur”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əsgərlikdə ola-ola avtoş kimi tutulan gəncin BAŞINA AÇILAN OYUNLAR... - TƏFƏRRÜAT


Bir müddət öncə Laçın rayonunda hərbi xidmətdə olan 2003-cü il təvəllüdlü, Şamaxı sakini Məlikov Əziz Soltanpaşa oğlunun, Bakı şəhərində avtoşluq etməsi ilə bağlı mediada məlumat yayıldı.
Bu gün Əziz Məlikovun atası, Məlikov Soltanpaşa Əziz oğlu redaksiyamıza gələrək məsələnin mahiyyəti ilə bağlı danışaraq, ölkə rəhbərliyinə müraciət etdi.
Soltanpaşa Məlikovun müxbirimizə verdiyi məlumata görə, Əziz Məlikov hələ orta məktəbin son siniflərində oxuyarkən, onu məktəbə aparıb-gətirən sürücü Arazın vasitəsilə Fuad, Nuru, Vüqar, Zeynəb adlı şəxslərlə tanış olub.
Həmin dəstə üzvləri orta məktəb şagirdi olan Əziz Məlikovu qumar oyununa, daha dəqiq desək, "online kazino" oyununa cəlb ediblər.
Soltanpaşa Məlikovun dediyinə görə, hələ orta məktəbdə oxuyan vaxtı, oğlu Əziz Məlikov 20 min manat, sonra 10 min manat, daha sonra 15 min dollar yuxarıda adları çəkilən dəstə üzvlərinin təşkil etdiyi qumar oyunlarında uduzub. Ümumiyyətlə, dəstə üzvləri Məlikov Əzizdən üsü-üstə, 400 min manata yaxın təşkil olunmuş qumar oyununda pul vəsaiti udublar.
Soltanpaşa Məlikovun dediyindən bəlli olur ki, o, oğlunun borcunu ödəmək üçün 3 evini, çayxanasını, bazarını, Çuxuryurd kəndindəki mağazasını satıb. Təki bu dəstə oğlunu sağ-salamat buraxsın. Onu qətlə yetirməsinlər. Məlikovlar ailəsi bildirirlər ki, bu dəstə üzvləri onların ailələrini hər dəqiqə şantaj edirlər, uduzulan pulları ödəməyəcəkləri təqdirdə gözlərinin ağı-qarası olan tək övladlarını bir daha görməyəcəklərini bildirmişlər. Məhz buna görə də, biz Hüquq Mühafizə Orqanlarına heç cür şikayət edə bilmirdik. Soltanpaşa Məlikov onu da bildirdi ki, bu cinayətkar dəstənin törətdiyi əməllərə görə oğlumuzu Ali məktəbdə əyani təhsil aldığı bir halda, təhsilini qiyabiyə çevirib hərbi xidmətə yola salmışıq. Tək övlad olmağına baxmayaraq, biz Əzizi mərkəzdən uzağa, Laçın rayonuna hərbi xidmətə göndərmişik. Əsgəri xidmətdə olduğu dövrdə, övladımız Əziz normal əsgəri xidmətini davam etdirirdi. Aprel ayında mənim xəstəliyimlə əlaqədar Əziz ezamiyyətə gəlmişdir. Ezamiyyətinin son günündə biz Əzizi tapa bilmirdik. Sonradan bizə məlum oldu ki, yuxarıda adlarını çəkdiyimiz cinayətkar dəstə yenə Əzizlə əlaqə yaradıb, bu dəfə də ondan 47min manat pul vəsaiti udmuşlar.
İndi isə yuxarıda adı keçən cinayətkar dəstə ( Araz, Nuru, Zeynəb ) yenidən 47 min manat tələb edirlər. Məsələ burasındadır ki, onlar bu pullları udduqdan sonra, Əzizi videoya çəkərək, pulu verməyəcəyi təqdirdə dəhşətli söyüşlərin onun ünvanına aid olacağını bildirdilər.
Hətta hazırda əsgərlikdə olan Əziz Məlikovun təhqiramiz şəkildə videosunu çəkərək paylaşırlar, hətta əsgərin hərbi hissəsinə göndəriblər. Bir sözlə, hədə-qorxu və jantaj yolu ilə pulu tələb edirlər.
Əsgərin atası Soltanpaşa Məlikov onu da deyib ki, dəstənin üzvü olan Fuad adlı şəxs əvvəlki uduzulan məbləği bağlamaq üçün ondan 8 min manat aldı, sonra Vüqar zəng vuraraq bildirdi ki, mənə Fuad heç 1 qəpikdə verməyib, mənə çatacaq 15 min manatı təcili verin, yoxsa Əzizin videosunu paylaşacam. Biz də naəlac qalıb yenidən 15 min manatı Vüqara ödəməli olduq. Fuadı tapıb 8 min manatı ala bilmədik. İndi isə Vüqar yenidən 47 min manat tələb edərək ŞANTAJ videoları paylaşır.
Əsgərin qohumu, Hüquq-Mühafizə Orqanlarında çalışan Amil Məmmədov isə müxbirimizə bildirib ki, artıq cinayətkar dəstə onu da şantaj etməyə başlayıb.
Əsgərin atası isə bildirdi ki, Amil ancaq qohum kimi bizə dəstək olmağa çalışır, bizimlə hər yerə gedir, mən rayonda yaşayan adamam, çox yeri tanımıram, Amil mənim qohumumdur. Mən əsgər atasıyam. Amil bir qohum kimi məni tək qoymur. Amil Məmmədovun rəhbərlərinə üzümü tutub deyirəm ki, çox sağ olun tabeçiliyinizdə belə insanlar çalışır. Qohumum olmasına baxmayaraq, min bir əziyyətlə bu səviyyəyə çatıb. Cinayətkar dəstənin üzvləri onu da şantaj edirlər.
Hal-hazırda Laçın rayonunda hərbi xidmətdə olan Əziz Məlikovun atası, Soltanpaşa Məlikov üzünü Müdafiə naziri Zakir Həsənova, Hərbi Prokuror Xanlar Vəliyevə tutaraq xahiş edir ki, oğlunun cinayətkar dəstə tərəfindən məcbur edilərək neqativ hərəkətlərə yol verdiyini bağışlasınlar. Soltanpaşa Məlikov bildirdi ki, mən ailəmlə birlikdə qorxuruq ki, bizim övladımız, əsgər Əziz Məlikovu bu cinayətkar dəstə öldürə bilərlər. Övladımız şantaj nəticəsində özünə xələl yetirər.
Ona görə də söhbətin sonunda əsgərin atası Soltanpaşa Məlikov cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, DTX-rəisi cənab Əli Nağıyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Baş prokuror cənab Kamran Əliyevə müraciət edərək, cinayətkar dəstənin bütün üzvlərinin tapılmasını və layiq olduqları cəzanın verilməsini xahiş edir.
P.S Bütün qumar oyunlarının təşkilatçılarına: -azyaşlı, məktəbli və əsgərləri bu oyunlara cəlb etməyin!!! //gundeik-baku.com//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftçalanın daha bir sirli OLİQARXI... - İTTİHAM VAR!


Məşhur rus yazıçısı Qoqolun “Ölü canlar” əsərində bir fraza nədənsə həmişəlik yadımda qalıb. Qoqol yazırdı ki, Rusiyanın iki dərdi var, axmaqlar və yollar (duraki i doroqi)! əvvəllər fikirləşirdim ki, o boyda əsərdən niyə məhz bu söz yadımda qalıb?! Sonra belə nəticəyə gəldim ki, yaşadığım Neftçala rayonunda ən böyük problemlərdən birinin məhz yollar olması səbəbindən bu fraza yaddaşıma həkk olub, amma başqa formada: Neftçalanın iki dərdi var,yollar və Fizuli Babayev!
Fizuli Babayev kimdir?

Fizuli Babayev 30 ilə yaxındır ki, Neftçalanın asfalt yollarını sağmal mal kimi sağıb, özünə milyon manatlarla “gün ağlayan” korrupsioner məmur!
İşlədiyi müddət ərzində 4-5 icra başçısı dəyişən Fizuli Babayev hər gələn başçı ilə necə “dil tapırsa” heç kim ona gözün üstündə qaşa oxşar nəsə var demir? Mən, hələ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyini demirəm! Burada Fizuli Babayev hansı hörmətə malikdirsə onun barəsində edilən bütün şikayətlər, güllə polad zirehə dəyib geri qayıtdığı kimi şikayətçinin üzərinə qayıdır! Belə baxanda onları da qınamıram, kim öz pul qabını itirmək istəyər?! Deyəcəksiniz ki, nə fərqi var ki, Fizuli olmasın, olsun oğlu Ruslan! Razıyam! Lakin burda bir amma var! Buda odur ki, Fizuli artıq sinaqdan çıxmış köhnə kadrdır. Yəqin ki, 30 il ərzində yetişdirilmiş belə “kadrı” AAYDA də itirmək istəmirlər və bu səbəbdən onun bütün şıltaqlıqlarına göz yumurlar! Yox əgər fikirləşsəniz ki, mən, Fizuli Babayevə böhtan atıb, onun şərəf və ləyaqətini təhqir edirəm, yaxud işgüzar nüfuzuna ləkə vururam, onda xahiş edirəm bir gün Neftçalaya gəlib qonağım olun! Onda mən Sizə rayonumuza yeganə giriş-çıxış yolu olan Neftçala-Salyan avtomobil yolundan başlamış, Neftçala şəhərinin daxili küçələrinədək bir çox yollarla yanaşı, Fizuli Babayevin fermasına gedən yolu göstərərəm. Sonra özünüz nəticə çıxararsınız!
Onu da nəzərinizə çatdırım ki, Fizuli Babayevin müəssisəyə məxsus maşın-mexanizmlərin, nəqliyyat vasitələrinin və işçi kontinqentinin kənar işlərə cəlb etməsini rəhbərlik bilib və yəqin bu gündə bilir! Buna sübut olaraq, hələ 2012-ci ildə bu idarə “319 saylı Yol İstismar İdarəsi” olarkən, “Azəryolservis” ASC-nin sədr müavini cənab Vaqif Hacıyevin imzası ilə Fizuli Babayevə ünvanlanmış məktubu göstərmək olar. Bu məktubda müəssisəyə məxsus maşın-mexanizlərin, nəqliyyat vasitələrinin və işçi kontinqentinin kənar işlərə cəlb edilməsinin qarşısının alınması, texnika vasitələrin yalnız təyinatı üzrə istifadəsinin təmin edilməsi Fizuli Babayevə tapşırılsada, Fizuli Babayev dünəndə, bu gündə bu texnikalardan öz bildiyi kimi istifadə edir. İşçi kontingentinə gəlincə isə bu idarədə çoxlu sayda “ölü can” var! Bu barədə isə bizə “50 saylı Yol İstismarı” MMC-də avto-qreyderçi işləyən Azad Novruzov məlumat verib. Azad Novruzovun bildirdiyinə görə Fizuli Babayevin fermasında çoban olan şəxsdən tutmuş, çayxanasında işləyən çayxanaçıyadək bir çox şəxsin adı bu idarəyə müxtəlif vəzifələrdə gedir. İdarə isə demək olar ki, Fizuli Babayevə məxsusdur. Hətta bu idarəyə hal-hazırda Fizuli Babayevin oğluRuslan Babayev rəhbərlik etsədə, faktiki olaraq rəhbərlik Fizuli Babayevə məxsusdur?! Bu fakt isə onu sübut edir ki, Fizuli Babayev cəzasızlığına əmin olduğu üçün bir-belə korrupsiya faktı ilə dolu olan idarəyə oğlunu rəhbər təyin etdirib! “Təyin etdirib deyəndə” Fizuli Babayev kiməsə əmr, göstəriş verməyib, lazım olan şəxslərə 70.000 (?!) manat verib və oğlu Ruslan Babayev həyatda atasının sələfi olduğu kimi, idarədə də onun sələfi olub-bu faktı da Azad Novruzov deyir!
Deyəcəksiniz ki, bu yol idarəsi nə idarədir ki, onun rəhbərliyinə təyinat üçün 70.000 manat tələb edilsin?! Onda mən, Sizə apardığımız araşdırma nəticəsində əldə etdiyimiz və on il bundan əvvələ aid olan bir sıra faktları təqdim etmək istəyirəm:
-2011-ci ildə Neftçala şəhərinin nə üç qəsəbəsinin daxili yollarının təmiri üçün dövlət büdcəsindən 515.299,84 (beş yüz on beş min iki yüz doxsan doqquz manat 84 qəpik) manat vəsait ayrılıb;
-Bankə qəsəbəsi üzrə: 69.904,62 manat
-Xıllı qəsəbəsi üzrə: 91.874,16 manat
-Həsənabad qəsəbəsi üzrə: 59.918,11 manat
-Neftçala şəhər İƏN-i üzrə: 293.602,95 manat
Ötən on il ərzində bu vəsaitdən ən azı üç-dörd dəfə dövlət tərəfindən “50 saylı Yİ” MMC-nin hesabına köçrüldüyünü var hesab etsək, onda bu rəqəmlərin yanında 70.000-nin necə cılız göründüyünü başa düşmək çətin olmaz!
Azad Novruzov onu da qeyd etdi ki, Fizuli Babayevin həm rayon rəhbərliyi səviyyəsində, həm də AAYDA-nin rəhbərliyində himayədarları var. AAYDA-nə şikayətlə müraciət edən Azad Novruzovu pandemiya səbəbindən əvvəl qəbul etməyiblər, sonra qəbul etsələrdə sadəcə yola salıblar. Bütün bundan ürəklənən Fizuli Babayev isə AAYDA-nin əli ilə onun avto-qreyderini əlindən alıb, adınıda qoyub ki, guya azad olunmuş ərazilərdə istifadə edilir. Azad Novruzovun bildirdiklərinə görə o, bu avto-qreyderin təkcə sürücü yox, həm də mexaniki olub. Çünki adı idarədə çilingər gedən işçi Fizuli Babayevin fermasında işləyir. Bu səbəbdən çilingər –mexanik işini sürücülər özləri yerinə yetirirlər, üstəlik ehtiyat hissələrini də özləri tapıb alırlar. Azadın dediklərinə inansaq Fizuli Babayev onun texnikasını sadəcə ondan heyif almaq üçün rayondan uzaqlaşdırıb. Çünki faktiki olaraq əyləc sistemi olmayan bu texnikanın azad edilmiş ərazilərdə işləyən ən yeni, müasir texnikalar arasında nə işi var?! Bu fakt isə Fizuli Babayevin hətta Vətən sevgisi ilə necə manipulyasiya etməsinin bariz sübutudur!
Sonra isə ümid edək ki, əlaqədar strukturlar Azad Novruzovun şikayət ərizəsində göstərdiyi faktları araşdıracaq və Neftçalanın ən azından dərdlərindən biri azalacaq!

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tenderdə “boğulan” “Az-Tex-İmport” yenə də `GÜL VURUR`... - İndi də 14 milyon...


İcbari Tibbi Sığorta Agentliyi “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 100 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, tenderin qalibi “Az-Tex-İmport” Məhdud” MMC olub. Şirkətlə 14 milyon 199 min 336 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, şirkət bundan əvvəl də Kommunal Xidmətlər Müəssisəsinin 995 min manat dəyərindəki “Nəqliyyat və xüsusi texnikaların satınalınması” (04.11.2022) tenderini qazanıb.

“Az-Tex-İmport” Məhdud” MMC ümumiyyətlə, ölkənin 1 nömrəli TENDERYEYƏNİ kimi də tanınır.

DİA.AZ bildirir ki,kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyətin 19.07.2017-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 226 010.00 manat olan MMC-nin hüquqi ünvanının Baki şəhəri Xətai rayonu, Telnov, ev 2347/48, m. 290, qanuni təmsilçisinin İbadullayev Samir Sahib oğlu olduğu qeyd olunub.
Samir İbadullayevin qanuni təmsilçisi olduğu daha bir şirkət var. Amma həmin şirkət başqa ünvanda qeydiyyata alınıb. Belə ki, 6 oktyabr 2016-ci il tarixdə yaradılan Arletta MMC-nin hüququ ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev PR ev 66 m.25 göstərilib.
“Az-Tex-İmport” şirkəti 2020-ci ilin apel ayından başlayaraq dövlət satınalmalarında iştirak edir. İlk 9 ay ərzində 10 tender qazanıb.
Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarələrinin indiyə kimi adı çəkilən şirkətlə 5 513 186 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Fəvvarələrin İstismarı İdarəsi tərəfindən 10.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 967 775.82 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da idarə göstərilən məbləğə 4 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin Su quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi tərəfindən 10.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 945180 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 5 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Yaşıllaşdırma Təsərrüfatı Birliyi Avtomobil Nəqliyyat İdarəsi tərəfindən 09.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 717 773.94 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli,Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 37A ünvanında yerləşən Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 08.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 980 913.94 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da, müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 07.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 912 820.86 manat məbləğində müqavilə bağlanılması nəzərdə tutulur. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
– Bakı şəhər İcra Hakimiyyətinə tabeli Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 01.12.2020-ci il tarixdə keçirilmiş müsabiqədə Az-Tex-İmport Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və MMC ilə nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə 988 722 manat məbləğində müqavilə 04.12.2020-ci il tarixdə bağlanılıb. Tenderin əsas şərtlər toplusunda açıqlanmasa da, müəssisə göstərilən məbləğə 3 ədəd nəqliyyat və xüsusi texnikalar aldığını elan edib.
Şirkətin udduğu daha 2 tenderi isə BAKUBUS və BNA keçirib. Belə ki, BAKUBUS-un 27 aprel 2020-ci il tarixində keçiridiyi və məbləği 2 milyon 888 min 493 manat 69 qəpik olan satınalma, BNA-nın 24 sentyabr 2020-ci il tarixində keçirdiyi və dəyəri 294 min 900 manat olan satınalma “Az-Tex-İmport”a verilib.

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda "Range Rover" sürücüsü "Prius"u vurdu: söyüş söyüb getdi - 10-OO-099 - VİDEO


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirib ki, hadisə barədə məlumatlıdırlar: "Bununla bağlı müvafiq araşdırmalar aparılır."

14:30

Sosial şəbəkələrdə Bakıda baş vermiş qəzanın görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, videonu çəkən şəxs 10-OO-099 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobilin sürücüsünün 77-DG-879 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobili vurduğunu idda edir.

Çəkiliş aparan şəxs "Range Rover" sürücüsünə yaxınlaşan zaman o təhqiredici ifadələr işlədir. Ardınca isə maşını sürərərık uzaqlaşır.

Qeyd edək ki, videonu çəkən şəxs "Range Rover" sürücüsünün məmur olduğunu idda edir.


Avtosfer.az

My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın Baş naziri dəmiryolçuların maaşına niyə SANKSİYA QOYUB? – ŞOK SƏBƏB


Araşdırmaçı-yazar Heydər Oğuz Facebook səhifəsində maraqlı məlumat paylaşıb.

Ovqat.com həmin məlumatı təqdim edir:

“Naxçıvanın Baş nazirinin hünəri: ABŞ-ın Ticarət Departamenti səbrsizliklə onu gözləyir
Naxçıvanın Baş naziri dəmiryolçuların maaşına niyə SANKSİYA QOYUB? – ŞOK SƏBƏB

Belə başa düşürəm ki, "Qara Pişik" bu dəfə "Boz kardinal"ın kabinetinə girib. Seyfindəkı bir neçə gizli sənədi çırpışdırıb mənə gətirib.

Hələlik o sənədlərdən birini paylaşıram.

"Qara Pişiy"in dediyinə görə, 15 iyun Milli Qurtuluş günü münasibətilə Naxçıvanda bütün təşkilatlara 20 faiz mükafat verilib. Bircə Naxçıvan Dəmir Yolları MMC-nin əməkdaşlarında başqa. Dəmiryolçuların günahı nə olsa yaxşıdır?

"Qara Pişik" bu sualı belə cavablandırdı:

"Heç nə. Naxçıvan Dəmir Yolları MMC sədri vaxtinda xanin haqqını çatdırmayıb. Naxçıvan MR Nazirlər Kabineti isə onun qisasını dəmiryolçulardan alıb. Baş nazir Səbuhi Məmmədovun əmri ilə həmin təşkilatın işçilərinin əlavə 20 faiz mükafatına sanksiya qoyulub".

Evin yıxılmasın, Səbuhi müəllim. Sən bu qabiliyyətlə niyə Naxçıvanda oturubsan? Yerinə olsam, ABŞ-a gedər, o ölkənin Sanskiyalar Nazirliyi kimi tanınan Ticarət Departamentinin sədri olaram.

Düzdür, Baş nazir hara, Departament rəhbəri hara? Amma ABŞ-da ABŞ-dır axı. Hər halda Naxçıvandan heç olmasa milyondan dəfə böyükdür.

Ovqat.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO