[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda səfərbərlik idarəsində KİMLƏRİ İŞƏ GÖTÜRÜRLƏR... - Həyatda olan adamı Şəhid kimi QEYDƏ ALIBLAR


“Sənədimi Lənkəran Hərbi Komissarlığına verib gedəndə 18 yaşım vardı. İndi 47 yaşım var, ancaq hələ də hərbi biletim, şəxsiyyət vəsiqəm yoxdur. Dəfələrlə hərbi komissarlığa getdim, dedilər, bizdə olan məlumata görə, sən şəhid olmusan”.

Bunu hərbi biletinin verilməməsindən şikayətçi olan Lənkəran sakini Əfqan Kərimov Meydan TV-yə müraciətində deyib.
O bildirib ki ki, 1993-cü ildə hərbi xidmətə gedib. Lənkəran Rayon Hərbi Komissarlığından əvvəl Pirəkəşküldəki, sonra Gəncədəki N saylı hərbi hissədə, daha sonra Kəlbəcərdə, Murovdağda xidmət edib. Sonra yenə Gəncədəki N saylı hərbi hissəyə qaytarılıb.

Əfqan Kərimovun deməsinə görə, hərbi hissənin həyətində yaralanıb:

“Surətin batalyonunda olmuşam. Kəlbəcərə, Murovdağa həmin batalyonun tərkibində gedib, döyüşüb Gəncəyə qayıtmışam. Hərbi hissənin ərazisində mina basdırılmışdı, mən də həmin minaya düşmüşdüm. Başımdan, ayağımdan yaralandım. Uzun müddət Gəncədəki hərbi hospitalda müalicə olundum, hospitaldan evə buraxıldım. Mənə bildirilmişdi ki, Lənkəranın Hərbi Komissarlığına gedib, hərbi biletimi götürüm. Səhhətimlə əlaqədar hərbi biletin dalınca bir müddət gedə bilmədim. Sonralar gedəndə isə bildirdilər ki, sənin hərbi biletin hərbi hissədən bizə gəlməyib”.
Əfqan Kərimov iddia edib ki, uzun müddət hərbi hissəylə hərbi komissarlıq arasında qalsa da, nəticəsi olmayıb:
“Mən hərbi xidmətə çağırılanda qırmızı pasportumu almağa gecikmişdim deyə, hərbi komissarlığa doğum haqqında şəhadətnamə vermişdim. Sonralar mənə problem yaradan səbəblərdən biri də bu oldu. Bir dəfə hərbi komissarlığa gedəndə isə üzümə dedilər ki, bizdə olan məlumata görə, sən şəhid olmusan. Uzun müddət hərbi bilet üçün gedib-gəldim. 47 yaşım var, 18 yaşında çəkdiyim hərbi xidmətin hərbi biletini hələ də ala bilməmişəm. Nəticədə şəxsiyyət vəsiqəsi də ala bilməmişəm. Gedirəm şəxsiyyət vəsiqəsi almağa, deyirlər, hərbi bileti təqdim et, gedirəm hərbi bileti almağa, deyirlər, şəxsiyyət vəsiqən yoxdur, verə bilmərik. Beləcə, ömrümün yarısından çoxunu sənədsiz-sübutsuz başa vurmuşam”.
Əfqan Kərimov deyib, əlində bircə hospitaldan buraxılması ilə bağlı sənəd olub, onu da bir neçə il əvvəl elə sənədlərini düzəltmək üçün gedib-gəldiyi dövlət idarələrində götürüblər, sonradan o da geri qaytarılmayıb.
Lənkəran Rayon Hərbi Xidmətə Çağırış və Səfərbərlik İdarəsindən məsələyə müasibət öyrənmək mümkün olmayıb.

Meydan TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtın “tender kralı” kimdir?- Hümbət Məmmədxanov təkzib edir, sahibkarlar isə onu göstərir + SƏS YAZISI

Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmirlər. Bu barədə Azinforum.az-a həmin şəhərdə podratçı kimi iş icra edən sahibkarlar məlumat verib. Onların sözlərinə görə, iş icraçısı olan podratçı şirkətlərlə bütün danışıqları Məmmədxanov Hümbət Əlicavan oğlu adlı şəxs aparır. Xüsusilə də yolların asfaltlanması ilə bağlı görülən işlərlə əlaqəli vəsaitlərin ödənişində ciddi problem yaşanır. Sahibkarlar bunun səbəbini görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluqla izah edirlər.

Sitat: “Bunlar tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş bizə iki dəfə baha başa gəlir”.
Biz bu məsələni aydınlaşdırmaq üçün, Sumqayıtın abadlaşdırması ilə bağlı görülən işlərin rəhbəri və söz sahibi kimi adı hallanan Məmmədxanov Hümbətlə əlaqə saxladıq. O Azinforum.az-la söhbətində Sumqayıtdakı tender işlərinə ümumiyyətlə aidiyyətinin olmadığını söylədi. Hümbət müəllim qeyd edir ki, onun işi mebel istehsal etməkdir: “Mən heç bir abadlıq işi görmürəm. Bütün deyilənlər yalandır. Mənim Sumqayıtda yalnız mebel sexim var”.

Çox maraqlıdır ki, bizim söhbət etdiyimiz sahibkarlar isə görülən işlərlə bağlı bütün danışlqları birbaşa Məmmədxanov Hümbətlə apardıqlarını dönə-dönə təsdiqləyirlər. Onun hətta tez-tez Sumqayıtın icra başçısı Zakir Fərəcovun qəbulunda olduğu, orada saatlarla müzakirə apardığı söylənilir. Çox maraqlıdır, bəyəm Sumqayıtdakı tender işlərində nələr yaşanır ki, Hümbət müəllim indidən bütün məsuliyyəti üzərindən atır? Deməli, nəsə qaranlıq məqam var ki, bu adamlar gördükləri işdən imtina edirlər. Qeyd edək ki, bizimlə söhbət edən sahibkarlar dedilər ki, onlarda Hümbət müəllimin abadlıq işlərinə aidiyyətini sübut edən və şəxsən onun özünün imzaladığı sənədlər də var. Hər halda, aidiyyəti qurumlar bu şəxsin kimliyini və gercəkdən nə işlə məşğul olduğunu aydınlaşdırsalar yaxşı olar.

Azinforum.az olaraq Hümbət Məmmədxanovla ola söhbətin aidioyazısını təqdim edirik:

Azinforum.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçmazın İcra Başçısı Təhsil İdarəsinin rəisini iclasdan qovub - TƏFƏRRÜAT


Bu gün Xaçmazda qışa hazırlıqla bağlı keçirilən müşavirədə gərginlik yaşanıb.

Regional idarələrin rəhbərlərinin və icra nümayəndələrinin qatıldığı tədbirdə icra başçısı Elnur Rzayev Quba-Xaçmsz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyevə mobil telefonu stolun üstündən götürüb cibinə qoymağı tələb edib. Rüfət Hacıyev isə sözə məhəl qoymayıb və bu, icra başçısının xoşuna gəlməyib və regional təhsil idarəsinin rəisinə "Dur, çıx burdan"-deyərək ondan müşavirəni tərk etməyi tələb edib. Rüfət Hacıyev isə "Mənim burda mə işim var?"deyərək iclası tərk edib.

DİA.AZ bildirir ki, Bizim.Media olayla bağlı Xaçmaz İH başçısı Elnur Rzayevə və Quba-Xaçmaz regional təhsil idarəsinin rəisi Rüfət Hacıyevlə əlaqə saxlayıb.

Rüfət Hacıyev "bunu məndən niyə soruşursunuz? Üzrlü sayın"- deyərək, danışa bilmədiyini, vaxtı olmadığını səbəb gətirib.

Xaçmaz İH başçısı Elnur Rzayev sadəcə onun iclasdan çıxdığını təsdiqləyərək "cavandır, məsələni çox da böyütməyin", - deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xəlil Göyüşovun ŞÜBHƏLİ ƏLAQƏLƏRİ... - İTTİHAM VAR!


Bir neçə ay bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi ilə bağlı həbs olunan, barəsində Səbail rayon məhkəməsində həbs qətimkan tədbiri seçilən tanınmış “Broker” Əbülfəz Məlikovla «Körpü-Bina-Tikinti» MMC sədri Xəlil Göyüşovun bir neçə ortaq iş birliyi olması haqqında "Azərbaycan Reallığı"na məlumatlı mənbədən bilgilər daxil olub. Mənbə iddia edir ki, Ölkəyə gələn inşaat və metal biznesi Əbülfəz Məlikov və Xəlil Göyüşovun ortaq biznesi olub.

Həmçinin bir neçə gün bundan öncə, yerli KİV-də Xətai rayon NZS qəsəbəsi Pivə zavod adlanan ərazinin yaxınlığı, Zakir Yusifov küçəsində «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun milyonlarla dəyəri olan mülkləri başlıqlı gedən yazıda sözü gedən ərazidə onlarla villaların fotoları yayılmışdı.

Məlum mülklərində Xəlil Göyüşovla Əbülfəz Məlikovun şərik olduğu deyilir. Daha sonra mənbə bildirir ki, hal-hazırda həbsdə olan manopolistin Novxanı ərazisində, bir neçə müllkü Xəlil Göyüşovla şərikldir. Daha sonra onların əlavə olaraq bir neçə biznesdə ortaq olduğu deyilir. Məlumatlı mənbədən daxil olan məlumatı "Azərbaycan Reallığı" araşdırmağa çalşır yaxın vaxtlarda daha geniş açıqlama verəcəyik. //"Azərbaycan Reallığı"//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirir


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirir.

Bu barədə jurnalist Aygün Muradxanlı məlumat yayıb. O bildirib ki, hazırda əməliyyatçılar Komitənin inzibati binasındadırlar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat zamanı artıq bir neçə nəfər saxlanılıb. Hazırda binada axtarışlar aparılır. Əməliyyatın korrupsiya hüquqpozmaları ilə bağlı keçirildiyi bildirilir.

Qeyd edək ki, Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəylidir. O, AMEA-nın prezidenti İsa Həbibbəylinin oğludur. Komitənin sədr müavini Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun yeznəsidir.

Xatırladaq ki, bir müddət öncə Naxçıvan DTX ləğv edilərək Respublika DTX-yə birləşdirilib. Bundan başqa Naxçıvan DGK və DİN-in də eyni qaydada ləğv edilərək mərkəzi qaydada idarə olunacağına dair iddialar var.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda "Range Rover" sürücüsü "Prius"u vurdu: söyüş söyüb getdi - 10-OO-099 - VİDEO


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirib ki, hadisə barədə məlumatlıdırlar: "Bununla bağlı müvafiq araşdırmalar aparılır."

14:30

Sosial şəbəkələrdə Bakıda baş vermiş qəzanın görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, videonu çəkən şəxs 10-OO-099 dövlət nömrə nişanlı, "Range Rover" markalı avtomobilin sürücüsünün 77-DG-879 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobili vurduğunu idda edir.

Çəkiliş aparan şəxs "Range Rover" sürücüsünə yaxınlaşan zaman o təhqiredici ifadələr işlədir. Ardınca isə maşını sürərərık uzaqlaşır.

Qeyd edək ki, videonu çəkən şəxs "Range Rover" sürücüsünün məmur olduğunu idda edir.


Avtosfer.az

My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Veysəloğlu" "V-trade" MMC-nin maxinasiyalarını necə ört-basdır edib?


2017-ci ildə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "V-trade" MMC öz maxinasiyalarını ört-basdır etmək üçün qəsdən iflas göstərib, dövlət büdcəsinə olan borcunu müştəri bazasında olan alıcılarının üstünə yıxaraq, özünü təmizə çıxarıb.

Veysəloğlu Şirkətlər Qrupu bu MMC-ni ləğv edib. "V-trade"yə görə zərər görən şirkətlər isə indiyədək Dövlət Vergi Xidməti ilə çəkişmədədir.

"V-trade" şirkəti ləğv olunmazdan əvvəl şəkər tozunun inhisarçılığı ilə məşğul olub. "V-trade" ləğv olunsa da, Veysəloğlu Şirkətlər Qrupu şəkər tozunun ölkəyə idxalını monopoliyada saxlayır və süni qiymət artımını idarə edir. Buna misal olaraq, Braziliyadan Türkiyənin Mersin Limanına gələn şəkər tozunun fərdi iş adamları tərəfindən Azərbaycana gətirilməsinə qoyulmuş qadağanı göstərmək olar.Valyuta.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dilçilik İnstitutunda ABSURD MÜZAKİRƏ kimlərin sifarişidir? – Sabiq direktor danışdı


Ötən gün Nəsimi adına Dilçilik İnstitutundakı müzakirələr sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Ölkənin sanballı elm adamlarının, dilçilərinin və ictimai fikirin öndə gedən isimlərinin saatlarla davam edən absurd müzakirələri ciddi şəkildə qınanılıb.

Aparıcı elm xadimlərinin saatlarla “dovşan” sözünün “doşan”, yoxsa “dofşan” formasında yazılması ilə bağlı müzakirələr sosial şəbəkənin aktiv iştirakçıları tərəfindən tənqid edilib.

Sosial şəbəkə istifadəçilərinin ünvanladığı cavabsız suallar isə doğrudan da düşündürücüdür: Doğrudanmı, institutun ümdə problemi “dovşan”ın “doşan” yazılmasıdır? Dilçilik İnstitutunun başqa müzakirə ediləsi problemi yoxdurmu? Samballı adamların absurd problemləri əsas müzakirə mövzusu etməsinin arxasında nələr və ya kimlər dayanır?

Sosial şəbəkə istifadəçilərinin məsələ ilə bağlı suallarını Nəsimi adına Dilçilik İnstitununun keçmiş direktoru Möhsün Nağısoyluya ünvanladıq.

Sabiq direktor Publika.az-a açıqlamasında bildirdi ki, ötən gün adıçəkilən qurumda müzakirə olunan absurd məsələlər Nazirlər Kabineti tərəfindən təsdiq olunub:

“Hətta Prezident Administrasiyasında da müzakirələrdən keçib. 2021-ci ildə də təsdiq olunub. Digər tərəfdən, həmin sözlərin yazılışı ilə bağlı müzakirələr bir adamın istəyi, iradəsi ilə baş tutmayıb. Həmin sözlərin necə yazılması ilə bağlı müzakirələrdə institutun bütün əməkdaşları iştirak etmişdi.

Terminologiya Komissiyasının əməkdaşları, ADPU-dan Buludxan Xəlilov, Mətbuat Şurasının nümayəndələri yekdil qərara gəlmişdilər ki, sözlərin yazılışı ilə deyilişi arasında kəskin fərq olmasın.

Dünyanın bir çox ölkələrində bu, belədir. Məsələn, qardaş Türkiyədə söz yazıldığı kimi də tələffüz edilir. Eyni zamanda, bu məsələ çaşqınlıq yaradırdı. Tutaq ki, “dovşan”ı “doşan” yazırdılar, amma “ovçu”nu olduğu kimi göstərirdilər. “Dövlət”i necə “dölət” kimi deyəsən, axı bu, gülünc görünür?! Axırda qərara gəldik ki, həmin sözlər yazıldığı kimi tələffüz olunsun. İndiki müzakirələrlə bağlı nə deyəcəyimi bilmirəm. Bir vətəndaş, ziyalı kimi düşünürəm ki, dilçiliyin problemləri çoxdur. İndi bu cür müzakirələr də olur, nə deyim?!”

“Doğrudanmı institutun köklü problemi yoxdur, bəsit və absurd mövzulara saatlarla vaxt ayrılır?” – sualına keçmiş direktorun cavabı birmənalı olub:

“Bu məsələnin üzərinə jurnalistlər getməlidir, sizlər bu barədə yazmalısınız. Azərbaycanın bu sahədə çox məşhur alimləri olub. Əziz Əfəndizadənin doktorluq işi də bu sahə ilə bağlıdır. Azərbaycanın ən böyük alimlərindən Əbdüləzəl Dəmirçizadənin, Məmmədağa Şirəliyevin bu barədəki fikirlərinə əsaslanmışıq. Biz həmin lüğətdəki formaları ixtira edib yazmamışıq. Onları hazırlayıb Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müəyyən müzakirələrdən sonra təqdim etmişik. Ola bilsin ki, sonuncu müzakirələr də bəzi adamların istəyi, sifarişi ilə keçirilib. Şəxsən belə düşünürəm. Bu, kimlərinsə sifarişi ilə baş tutan müzakirədir”.

Publika.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
XTQ qazisi və onun anasına qarşı başlanmış kampaniyanın arxasında kimlər durur? - BU NƏDİ BELƏ?

Son günlər sosial şəbəkələrdə və elektron media resurslarında Pirallahı rayonundakı 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərovanın işdən əsassız olaraq çıxarılması barədə məlumatlar yayılır. Oğlu 44 günlük Vətən Müharibəsində, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində son günə qədər iştirak etmiş bir ananın işindən çıxarılması ictimaiyyət arasında da narazılıqla qarşılanıb. Hamı bir nəfər kimi Elza Cəfərovanın müdafiəsinə qalxıblar. Bakı şəhər Təhsil İdarəsinin bu əsassız qərarına etiraz edən media mənsublarının, vətəndaşların sayı hər gün artır. Lakin son iki gündür gündəmə çevrilmiş bu məsələyə nə Bakı şəhər Təhsil İdarəsinin, nə də Elm və Təhsil nazirliyinin rəsmiləri tərəfindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Elza Cəfərova artıq 22 ildir pedaqoji fəaliyyətlə məşğuldur. Pirallahı rayonundakı 231 saylı tam orta məktəbdə çalışıb. Heç 40 gün olmaz Elm və Təhsil Naziri Emin Əmrullayev tərəfindən daha əvvəllər işlədiyi 235 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təsdiqlənib. Lakin məktəbin direktoru Elnur Bayramov tərəfindən şərləndiyini bildirən Elza Cəfərova bunların əslində məktəbin direktor müavini olmuş Humay Paşayeva tərəfindən təşkil olunduğunu söyləyir. Baş verən bu hadisənin səbəblərini açıqlayan Elza xanım bildirir ki, mənim işlədiyim vəzifə 8 il öncə Humay Paşayevaya verilmişdir. Məni onun yerinə, onu isə mənim yerimə qoyaraq yerdəyişmə etmişdilər. Oğlum XTQ döyüşçüsü, Şuşa fatehi olduğu üçün illər sonra bu məsələyə nəzər yetirib məni yenidən ondan üstün vəzifəyə təyin etdilər. Ancaq bu, Humay Paşayevanın xoşuna gəlmədiyinə görə, mənə qarşı qərəzli təbliğata başladı. BŞTİ digər müəllimləri deyil də, Humay xanım və onun ətrafında olan 4-5 xanımın sözlərini üstün tutaraq məni işdən azad etdi. Əsaslı fakt olmadan, cəmi 40 gün təyin olunan yeni işçini rəsmi olaraq töhmət, xəbərdarlıq etmədən işdən azad etdilər.
XTQ qazisi və onun anasına qarşı başlanmış kampaniyanın arxasında kimlər durur? - BU NƏDİ BELƏ?

Elza Cəfərova deyir ki, Humay Paşayeva sözügedən vəzifəyə gəldiyim gündən etibarən “10 min manat pul verərək onu çıxartdıracam” sözlərini ətrafına bildirib. Məni 235 nömrəli məktəbə bir həftə olar təyin etmişdilər ki, yenidən BŞTİ-yə çağıraraq gəldiyim məktəbə qaytarmağı təklif etdilər. Mən bunu qəbul etmədim. Hazırda işə bərpa olunmaq üçün məhkəməyə müraciət etməyə lazım olan sənədləri toplayıram.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin təhsil müəssisəsində baş verənlərə aidiyyatı qurum kimi Bakı şəhər Təhsil İdarəsinin səssiz qalması çox təəccüblüdür. Hələ Elm və Təhsil Nazirliyini demirik. Dövlətin təhsil müəssisəndə fərdlərin hegemonluğuna niyə son qoyulmur? Göründüyü kimi məktəbdə nifaq yaradan elə Bakı şəhər Təhsil İdarəsinin rəsmiləridir. Bakıda, 235 saylı məktəbdə müharibə iştirakçısına, qaziyə və onun anasına qarşı kompaniya başladıblar. Aidiyyatı qurum olaraq Bakı şəhər Təhsil İdarəsi isə susur. Elm və Təhsil Nazirliyi nə üçün 235 nömrəli məktəbdə baş verənləri yerində araşdırmır? Niyə araşdırmırlar ki, kimdir Humay Paşayeva, əli hər yerə çatır, hamı onun tərəfini saxlayır, müəllimlər arasında qruplaşma yaradır, istədiyini edir?

Dövrü mətbuatın yazdığına görə, Humay Paşayeva və onun yoldası Pirallahı rayonunda vaxtılə lombard işlədərək Pirallahı sakinlərindən külli miqdarda pul mənimsəmişdir. Lakin yoldaşı intihar edərək varını və evlərini Humay Paşayevaya qoymuşdur. Deyilənlərə görə, qızı məhkəmədə hakim köməkçisi işləyir və Humay Paşayeva da bundan istifadə edir. Onun göstərişi ilə 231 saylı məktəbin Həmkarlar Təşkilatının sədri İlhamə Ağayeva, 235 saylı məktəbin Həmkarlar Təşkilatının sədri Cümşüd Novruzov məktəbdə müəllimlərə imza yığdırır ki, BŞTİ tərəfindən tapşırıq verilib, Elza Cəfərovaya qarşı imza toplayın. Hətta valideynlərə belə zənglər etdirirlər. Elza Cəfərova deyir ki, əlimizdə faktlar, sübutlar var. Məktəbdə Müəllimlər Günündə Həmkarlar Təşkilatının sədri tərəfindən 300 manat pul verilib. “Halva” restoranında yeyib-içməyə gedən təşkilatçı isə əsl müəllimlərin 12 nəfərdən ibarət olduğunu deyir. Halbuki, məktəbin ümumi kollektivi 59 nəfərdən ibarətdir.

Qeyd edək ki, son bir neçə gündür bu məsələ ətrafında sosial şəbəkələrdə qızğın müzakirə, hətta deyərdik ki, mübahisə gedir. Dövlət müəssisəsində, təhsil ocağında baş verən qanun pozuntuları, ədalətsizliklər qalıb bir yana, artıq bir qrup müəllim tərəfindən Elza Cəfərovanın XTQ döyüşçüsü olmuş, Şuşa şəhərinin işğaldan azad olunmasında iştirak etmiş, qazi olmuş oğlu Əmir Cəfərov müzakirə obyektinə çevrilib. Məktəbin bəzi müəllimləri sosial şəbəkələrdə Əmir Cəfərovun keçdiyi döyüş yoluna şübhə ilə yanaşan paylaşımlar etməyə başlayayıblar. Müharibə iştirakçısına bu kimi münasibət nə ziyalı adına, nə də insanlığa yaraşan hal deyil. Əmir Cəfərovun silah yoldaşları sosial şəbəkələrdə bir qrup müəllimin bu kimi yanaşmasına ciddi təpki göstərərərək onun hansı çətin yollardan keçdiyini sübut etməyə hazır olduqlarını yazıblar.

Bir qrup müəllim iddia edir ki, güya, Elza Cəfərova oğlunun adından sui-istifadə edir, vəzifəyə can atır. Son dövrlər qazilərin, müharibə iştirakçılarının güya su-istifadə etmələri barədə belə məlumatlara tez-tez rast gəlinir. Cəmiyyətdə artıq haqqını tələb edənlərə sui-istifadə donu geyindirməyə başlayıblar. Çox vaxt da bunu bilirsinizmi kimlər edir? Adını ziyalı qoyanlar. Belə çıxır ki, kimsə hakim köməkçisi olan qızının adından, pulundan, var-dövlətindən sui-istifadə edə bilər, amma müharibə iştirakçısı olmuş, döyüş yolu keçmiş, haqqı olan oğulun anası sui- istifadə edə bilməz? Amma Elza Cəfərova sui-istifadə etsəydi, yəqin indiyə qədər edərdi. Çünki oğlundan əvvəl onun həyat yoldaşı da birinci Qarabağ müharibəsi iştirakçısı olub, qardaşı da müharibə əlilidir.

Mövzuya bir daha qayıdacağıq.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın Baş naziri dəmiryolçuların maaşına niyə SANKSİYA QOYUB? – ŞOK SƏBƏB


Araşdırmaçı-yazar Heydər Oğuz Facebook səhifəsində maraqlı məlumat paylaşıb.

Ovqat.com həmin məlumatı təqdim edir:

“Naxçıvanın Baş nazirinin hünəri: ABŞ-ın Ticarət Departamenti səbrsizliklə onu gözləyir
Naxçıvanın Baş naziri dəmiryolçuların maaşına niyə SANKSİYA QOYUB? – ŞOK SƏBƏB

Belə başa düşürəm ki, "Qara Pişik" bu dəfə "Boz kardinal"ın kabinetinə girib. Seyfindəkı bir neçə gizli sənədi çırpışdırıb mənə gətirib.

Hələlik o sənədlərdən birini paylaşıram.

"Qara Pişiy"in dediyinə görə, 15 iyun Milli Qurtuluş günü münasibətilə Naxçıvanda bütün təşkilatlara 20 faiz mükafat verilib. Bircə Naxçıvan Dəmir Yolları MMC-nin əməkdaşlarında başqa. Dəmiryolçuların günahı nə olsa yaxşıdır?

"Qara Pişik" bu sualı belə cavablandırdı:

"Heç nə. Naxçıvan Dəmir Yolları MMC sədri vaxtinda xanin haqqını çatdırmayıb. Naxçıvan MR Nazirlər Kabineti isə onun qisasını dəmiryolçulardan alıb. Baş nazir Səbuhi Məmmədovun əmri ilə həmin təşkilatın işçilərinin əlavə 20 faiz mükafatına sanksiya qoyulub".

Evin yıxılmasın, Səbuhi müəllim. Sən bu qabiliyyətlə niyə Naxçıvanda oturubsan? Yerinə olsam, ABŞ-a gedər, o ölkənin Sanskiyalar Nazirliyi kimi tanınan Ticarət Departamentinin sədri olaram.

Düzdür, Baş nazir hara, Departament rəhbəri hara? Amma ABŞ-da ABŞ-dır axı. Hər halda Naxçıvandan heç olmasa milyondan dəfə böyükdür.

Ovqat.com

XƏBƏR LENTİ

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi