[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Muxtar müəllim, Astara meşələrinə RUS AYISI GİRİB... - Meşə işçiləri özlərini ayıdan da betər aparır...


Astaranın Ojakərən kəndində yerləşən meşə zolağına 2017-ci ildən giriş əngəllənib, ətraf hasarlarla əhatələnib. Təxminən 300 ağacın yerləşdiyi ərazi aqrobağ salınması məqsədilə 15 il müddətinə sahibkar Qurban Talıbova icarəyə verilib.

Təbiətin qorunması ilə məşğul olan “Ecofront” təşkilatının nümayəndəsi Kənan Xəlilzadə meşə fondu ərazisində aqrobağ salınmasının qadağan olduğunu deyir:

“Gördüyünüz ağacların hamısı palıd ağaclarıdır. Və o ağacların içərisində “Qırmızı kitab”da olan şabalıd yarpaq palıd var. Və bu ağacları kəsib feyxoa bağını genişləndirmək istəyirlər. İnsanların 5 ildən çoxdur ki, bu məsələ ilə bağlı başları ağrıyır. Bu ərazinin yenidən meşə olmasına can atırlar. Burada aqrobağ istəmirlər. Neçə müddətdi Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə baxmır. Gözünü yumub, səsini çıxarmır. Bax gəlmişik bura, Ekologiya Nazirliyinin bir nəfər işçisi yoxdur, gəlib desin ki, siz düz demirsiniz. Çünki haqları çatmır”, Kənan Xəlilzadə deyir.

Kənd sakinləri deyir ki, aqrobağ salınmasına görə meşə zolağındakı bəzi ağaclar kəsilib, yandırılıb. Onlar bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi başda olmaqla bir sıra müvafiq qurumlara müraciət etsələr də, qurum kənd sakinlərinin özünü cərimələyib.

“Şantaj tipli məktublar gəlib ekologiyadan. Birində, nə bilim, çəpəri sökmüşəm, birində xırda buynuzlu heyvanları bağa salmışam, birində feyxoa ağaclarını çıxarmışam. Feyxoa ağacını çıxarmaq üçün mənə 711 manat cərimə yazıblar. Sonra bir dənə akt göndəriblər, guya ki, buradan 5 dənə ağac kəsib aparmışam”, Ramin Aslanov bildirir.

Ojakərən kənd sakini Nəriman Talıbov deyir ki, bu ərazini 2017-ci ildə sahibkar qohumu zəbt edib. O, buna etiraz etdiyi üçün icarədar qohumunun onu təhdid etdiyini deyir.

“Bu meşə zolağını şəxsən bizim ailə qoruyub. Bir əsrdən çoxdur ki, mənim valideynlərim qoruyub, 50-60 ildir mən qoruyuram, böyük qardaşım qoruyurdu rəhmətlik, mənim qardaşım avqust ayında öldü , o gəldi bura sahibləndi. Düzdü, ilk növbədə, o, boynuna almadı, ekologiya işçiləri dedi ki, biz aqrobağ salırıq. Bunun Qurbana aidiyyatı yoxdu. Düzdü, tellərini-filan o verib. Lakin aqrobağı Ekologiya Nazirliyi özü salır. Bizi aldatdılar. Bizi onda da şantaj etdilər, dedilər ki, siz dövlətə qarşı çıxırsınız. Dedim, dövlətə qarşı çıxmırıq. Təbiəti biz saxlamışıq, biz niyə dövlətə qarşı çıxaq? Vəziyyət bu yerə gəlib çatıb, indi tutulma ərəfəsindəyik. Deyəsən bu yaxınlarda bizi tutacaqlar”, Nəriman Talıbov deyir.

Lənkəranın Haftoni qəsəbəsinin Xanlıqlı kəndinin ərazisində yerləşən meşə zolağı da oxşar taleyi yaşayır. Burada aqrobağ salınmaq məqsədi güdülməsə də, ərazi hasarlanıb, ağaclar kürünüb. “Ecofront”un nümayəndəsi Kənan Xəlilzadə bu prosesin 2 il əvvəl başladığını deyir:

“Bura bütöv ağaclıq idi. Bu ərazidə xanın bağı olub. Ona görə də burada qiymətli, iridiametrli ağaclar olub. Ancaq ekoloji əhəmiyyətli olan bu ərazini bu vəziyyətə sahibkar Lənkəranın asfalt zavodunun direktoru edib. Hər tərəf meşədi, ərazinin hər tərəfi meşədir. Kimsə desə ki, bura meşə olmayıb, absurddur”, Kənan Xəlilzadə deyir.

“Meşə fondu torpaqların icarəyə verilməsi haqqında” qanuna görə, torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Məsələ ilə bağlı adıçəkilən nazirlik Meydan TV-nin suallarına cavab verməkdən imtina etdi.

Meydan TV

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bu şəxsləri yeni güzəştlər gözləyir – Yanvarın 1-dən


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda deputat VƏFAT ETDİ


Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin müəllimi Nazim Bababəyli dünyasını dəyişib.

Deputat 59 yaşında dünyasını dəyişib.

Nazim Bababəyli mərhum alim Səfəralı Babayevin oğlu, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin qardaşıdır.

Qeyd edək ki, Nazim Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 1961-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbə daxil olan Nazim Bababəyli 1971-ci ildə həmin məktəbi bitirib. 1971-1975-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsində təhsil alıb. 1975-ci ildə Azərbaycan SSR EA "Kaspi" mərkəzində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1977-1978-ci illərdə Moskva şəhərində SSRİ EA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsində, 1978-1990-cı illərdə Kosmik Tədqiqatlar Elm və İstehsalat Birliyində mühəndis, kiçik elmi işçi, elmi işçi, laboratoriya rəisi, Elmi-Texniki Kompleksin rəhbərinin müavini vəzifəsində çalışıb. 1990-cı ildən Milli Aerokosmik Agentliyin Naxçıvan şöbəsində rəis vəzifəsində çalışmaqda idi. 2004-cü ildə "Araz çayının yuxarı hissəsinin ekoloji şəraiti” adlı dissertasiya müdafiə edib və coğrafiya üzrə fəlsəfə doktoru elmi adını alıb.

1994-cü ildə Naxçıvan şəhər Məclisinin, 2005-ci ildə III çağırış , 2010-cu ildə IV çağırış, 2015-ci ildə V çağırış və 2020-ci ildə VI çağırış Naxçıvan MR Ali Məclisinin deputatı, Avropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü olub.

Naxçıvan MR-in əməkdar müəllimi olan Nazim Bababəyli "Tərəqqi” medalı, "Akademik Plyuqin” medalı və "Akademik H.Əliyev adına döş nişanı” ilə təltif olunub. 269 elmi məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.

Nazim Bababəyli 2010-cu ildən Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Coğrafiya kafedrasının dosenti, 2003-cü ildən 2016-cı ilədək həmin kafedranın müdiri vəzifəsində işləyib.
Azərbaycanda deputat VƏFAT ETDİ
Azərbaycanda deputat VƏFAT ETDİ

HİT.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəlbəcər müəllimləri etiraz aksiyası keçirəcək - TƏFƏRRÜAT


Əməkhaqları verilməyən Kəlbəcər rayon Təhsil şöbəsinin müəllimləri etiraz aksiyası keçirəcək.

DİA.AZ bildirir ki, bu haqda bir qrup Kəlbəcərli müəllimlər tərəfindən Dünyanınsəsi.Az saytına şikayət daxil olub.

Belə ki, müəllimlər bildirilər ki, 3 aydırki əməkhaqlarımız səbəbsiz olaraq verilmir.Bu haqda Kəlbəcər rayonu İcra hakimiyyətinin eləcə də Elm və Təhsil Nazirliyinin xəbərləri olsada heç bir tədbir görmürlər.Məcburiyyət qarşısında qalan yüzlərlə müəllim vəziyyətdən çıxış yolu üçün məskunlaşdıqları ərazilərdə eləcə də Gəncədə etiraz aksiyası keçirmək istəyirlər.

Hətta bir qrup müəlim məsələnin həll edilməsi üçün məşhur vəkilimiz Əziz Qənbərliyə də müraciə ediblər.

Vəkilimizdə sosial şəbəkə vasitəsi ilə Kəlbəcər Təhsil Şöbəsini yönləndirən Namiq müəllidən də xahiş edir ki, səsləndirilən problemlərin həlli üçün müvafiq addımlar atsın.

Redaksiya olaraq bölgədə fəaliyət göstərən bəzi məktəb direktorları ilə söhbətləşib problemin nədən ibarət olmasına çalışdıq.Adının çəkilməsini istəməyən bəzi direktorlar bildirdilərki Kəlbəcər təhsil şöbəsinin məktəblərində məqsədyönlü dərs bölgüsü böhranı üçbatından maaşlarımız verilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qaz çəkin, meşələr bu sürətlə qırılsa..." - Qəbələdən MÜRACİƏT


Qəbələnin Həzrə kəndinin sakinləri qaz üzünə həsrətdirlər.

Qış aylarında Həzrənin mənzərəsi belə olur - kəndin kişiləri səhər tezdən oyanır, əllərində baltayla düşürlər meşələrə, ağac kəsir, odun toplayırlar.

Kənd sakinləri deyirlər ki, problemlərilə bağlı dəfələrlə İcra Hakimiyyətinə də, "Azəriqaz"a da müraciət ediblər, amma nəticə yoxdur.

2010-cu ildə "Azəriqaz" İstehsalat Birliyi Qəbələnin Həzrə kəndinə qaz xəttinin çəkildiyini bildirmişdi. 12 il keçib, amma hələ də kəndə qaz verilməyib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirir ki, 12 il bundan qabaq kəndin qazlaşdırılması aktual olub. Sonra hansısa proseslər səbəbindən ertələnib. Kəndə qaz çəkilməsi 2023-cü il planına daxil deyil, böyük ehtimalla 2024-cü il planına salınacaq.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azneft" rəhbərliyinin COVİD KORRUPSİYASI - İLGİNC FAKT


"Bildiyiniz kimi, hal-hazırda heç bir qurum COVİD yaxmasının nəticəsini tələb etmir. O cümlədən daxili və beynəlxalq uçuşlar zamanı. Ancaq hələ də "Azneft" İB dəniz obyektlərində çalışan neftçilərdən yaxma götürməkdə davam edir". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə qeyd olunur.

Müraciətdə daha sonra deyilir: "Bildiyimiz qədər "Azneft" İB bunun üçün "müvafiq" klinikalara il ərzində 10 milyon manata yaxın vəsait ödəyiır!! Onu da qeyd edək ki, hər işçidən götürülən yaxma üçün "Azneft" İB 150 manata yaxın pul ödəyir. Hər gün Zığda və dəniz vağzalında 400-ə yaxın işçidən yaxma götürülüb yenidən evinə göndərilir,
Yaxma götürələcək işçiləri siyahi ilə çağrılıb onlara barkod verilir, sonra analiz verirlər. Həmin barkod da həkimə verilir.

Həkim isə onu yapışdırır işçinin analiz tübikinə və aparır. Barkodun üstündə isə "Caspian hotel" yazılır. Guya ki işçilər orada qalır, sonra analiz verib işə gedirlər.

Yaxmadan sonra hotelə aparmalıdırlar ki, kənarla təmas olmasın. Amma göndərirlər evə.

Yoxlanılmasına ciddi ehtiyac duyulur bu faktların! Bu açkar korrupsiyadır!"

Həmin otel və klinikaların sahibi kimdir?.. Bu barədə növbəti yazılarımızda... Bizi izləməkdə davam edin.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərqazın "cari ili" - 30 il çəkib - Xaçmazın Ağarəhimoba kənd sakinləri soyuqda qalıblar...


TEREF.AZ yazır ki, Xaçmaz rayonunun Ağarəhimoba kəndinin sakinləri təbii qazın olmamasından şikayətçidir. Onların sözlərinə görə, yaxınlıqdakı bütün kəndlərdə mavi qaz olsa da, 30 ildir ki, bu kəndə qazın "cari ildə gələcəyini" vəd edirlər.

Sakinlər bildirir ki, yerli camaat evləri qızdırmaq üçün, min bir əziyyətlə yetişdirdikləri meyvə bağlarını doğrayıb yandırırlar...

Daha ətraflı məlumat üçün videonu izləyin...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda icra başçısının birinci müavini vəzifəsindən azad edildi


Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib.

"Report"un Cənub bürosunun məlumatına görə, o öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, 62 yaşlı C.Baxşıyev uzun illər Lerik RİH-də çalışıb. O, 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini vəzifəsində işləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Təhsil Nazirliyində adamım var, 400 min gətir..." - ŞOK FAKTLAR


Beynəlxalq axtarışa verildikdən 1 il sonra Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilən Mövsüm Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mövsüm Mövsümov Nabil Zeynalova Şəki şəhərində smeta dəyəri 6.200.000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı tender müsabiqəsində yaradacağı şirkəti Təhsil Nazirliyində yüksək vəzifədə işləyən, şəxsiyyəti istintaqa bəlli olmayan tanışı vasitəsi ilə qalib etdirəcəyi barədə yalan vəd verib. O, 1 dekabr 2020-ci ildə 240.000 manatını alaraq ona qarşı dələduzluq edib.

Cinayəti törədən Mövsüm Mövsümov daha sonra Ukraynaya qaçıb, 2021-ci ilin noyabrın 26-da Azərbaycana ekstradisiya olunub.

İstintaq orqanı tərəfindən Mövsüm Mövsümovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rahib Salmanovun icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mövsüm Mövsümov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib və istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Mövsüm Mövsümov bilidirib ki, Nabilli uzun müddət dost olublar: “Anam 2020-ci ilin 11 yanvar tarixində vəfat elədi və hüzr mərasimində Nabil də iştirak etdi. Hüzr mərasimində həmin zaman Təhsil Nazirliyində yüksək vəzifədə işləyən orta məktəb sinif yoldaşımla bir masada əyləşmişdim. Nabil bunu bildikdən sonra mütəmadi olaraq məndən dostumdan onun üçün orta məktəb tikintisi işi götürməsini xahiş etdi. Lakin razılıq vermədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ilin təxminən oktyabr ayının əvvəllərində Nabil ondan uşağının təhsil məsələsi ilə əlaqədar 10 000 manat borc alıb: “Təxminən 10 gün ərzində pulu qaytararkən mənə Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostumla orta məktəb tikintisi ilə bağlı müsbət cavab alacağım təqdirdə pul tapa biləcəyini bildirdi.

Bir müddət sonra Nabilə zəng etdim. Təhsil Nazirliyində işləyən dostumla danışıb razılıq aldığımı, 150 000 dollar gətirməli olduğunu bildirdim. Təxminən 1 ay yarım Nabillə bir neçə dəfə görüşdüm, işlə bağlı söhbətlər apardım. Sonda dekabrın 1-də, təxminən saat 15 radələrində Bakı şəhəri Babək prospektində yerləşən restoranların birində Nabillə görüşdük.Nahar etdikdən sonra birlikdə Xətai rayonu Ağ şəhər ərazisində dostum Paşanın yaşadığı binaya gələrək həmin binanın zirzəmi qarajına daxil olduq. Nabilin oğlu da arxamızca gəldi. Orada Nabil mənə paketin içərisində 100 000 dollar və 70 000 manat verdi. Həmin vaxtlar mobil telefon vasitəsilə kazino oyunu oynadığımdan Nabildən götürdüyüm puldan təxminən 10 000 min manatı həmin gün uduzdum. Sonrakı günlərdə yenə də kazino oyunu oynamağa davam etdim ki, uduzduğum pulu geri qaytarım. Ancaq demək olar ki, pulların hamısını uduzdum. Təxminən 43-44 min dollar qaldı”.

Mövsüm qeyd edib ki, bundan sonra Ukraynaya gedib: “Ukraynaya getdikdən sonra qərara gəldim ki, əlimdə qalan pulla iş qurub, pul qazanım, Nabilin pulunu qaytarım. Əvvəllər ABŞ-ın Nyu-York ştatında uzun illər yaşadığımdan oradakı tanışım İlqara 28 000 dollar göndərdim ki, xeyriyyə fondları tərəfindən yığılmış və istifadə olunmuş geyimlərdən Ukraynaya göndərsin, mən də orada “Sekond Hand” mağazalarına paylamaqla satıb gəlir əldə edim. İlqar ABŞ-da xeyriyyə fondlarından paltarları yığmaqla məşğul olmağa başladı”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 28 may 2021-ci ildə Ukraynanın Rovno vilayət polis idarəsinə imiqrasiya məsələsi ilə bağlı yaxınlaşarkən saxlanılıb: “Mənə məlum oldu ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat İdarəsi tərəfindən barəmdə axtarış elan edilib. Təxminən 6 ay Ukraynanın Rovno vilayətində İstintaq Təcrİdxanasında saxlanıldıqdan sonra məni Bakı şəhərinə köçürdülər”.

Mövsüm ifadəsində Nabilə Şəki şəhərində 960 şagirdlik orta məktəbin tikintisi ilə bağlı tenderdə sonuncunun yaradacağı şirkəti qalib etdirəcəyi təqdirdə ondan 400.000 manat yox, 150.000 dollar istədiyini, eləcədə Nabilin yaradacağı şirkəti qalib etdirəcəyi ilə bağlı Təhsil Nazirliyində yüksək vəzifədə işləyən dostundan razılıq almadığını bildirib.

Təqsirləndirilən şəxs deyib ki, Ukraynada olarkən zərərçəkmiş şəxsin tanışları tərəfindən döyülüb, həmin ərəfədə aldığı pulun 120.000 dolları zərərçəkmiş şəxsə qaytarmaq məqsədi ilə tanımadığı həmin şəxslərdən birinə verib: “Tanışım Milana adlı xanım baş verənlərə şahid olub. Məni döyən və pulu verdiyim adamların anket məlumatlarını bilmirəm”.Ətraflı
Cinayət işi üzrə zərərçəkmiş Nabilin sözlərinə görə, təxminən 1 il əvvəl uzun zaman görüşmədiyi tələbə yoldaşı Mövsüm ona zəng edib, anasının vəfat etdiyini deyib: “Mən də başsağlığı verərək mərasimin yeri və vaxtı barədə məlumat aldım, həmin mərasimdə iştirak etdim. Bundan sonra Mövsümlə mütəmadi əlaqə saxlamağa başladım.

Təxminən 1-2 ay sonra Mövsüm mənə zəng edərək Təhsil Nazirliyi ilə əlaqəli olan bir şirkətə işə düzəldiyini və bu gün həmin şirkətin rəhbərliyilə görüşməli olduğunu bildirdi, onu avtomaşınımla həmin şirkətə aparmağımı xahiş etdi. Mövsümü avtomaşınımla Xətai metrostansiyası yaxınlığında yerləşən “Ağa Plaza”nın qarşısına gətirdim.

Mövsüm həmin şirkətə işə düzəldikdən sonra mütəmadi olaraq mənimlə əlaqə saxladı. Onun yeni işlədiyi şirkət Təhsil Nazirliyinin təchizatı ilə məşğul olurdu. Hətta bir neçə dəfə Mövsüm mənə görüntülü zəng edərək orta məktəblər üçün partaların anbara boşaldılmasını da göstərdi. O, Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olması barədə mənə məlumat verdi. O, təchizat işi ilə bağlı birlikdə iş görməyimizi təklif etsə də, təchizat sahəsində anlayışımın olmadığını, ancaq orta məktəb tikintisi ilə bağlı təklif olacağı təqdirdə qəbul edəcəyimi bildirdim”.

Zərərçəkmiş qeyd edib ki, təxminən 2020-ci il oktyabrın əvvəllərində Mövsüm ona Şəki şəhərində smetası 6 200 000 manat təşkil edən 960 şagirdlik orta məktəbin tikiləcəyini və həmin tenderi qazanmaq üçün 400 000 manat verməli olduğunu bildirib: “Mövsümə bu barədə fikirləşərək cavab verəcəyimi dedim. Bir neçə dəfə Mövsümlə görüşüb, həmin işlə bağlı bəzi müzakirələr apardıq. Ölçüb-biçdikdən sonra bu işin sərfəli olduğu qənaətinə gəldim, Mövsümə razılığımı bildirdim.Belə razılaşdıq ki, Şəki şəhərində tikiləcək 960 şagirdlik orta məktəbin tikintisinin tenderini qazanmağım müqabilində tələb olunan 400 000 manat pulun 240 000 manatını əvvəlcə verəcəm, yerdə qalan hissəni isə tenderi qazanıb müqavilə bağlandıqdan sonra çatdıracam”.

Nabil qeyd edib ki, 30 noyabr 2020-ci ildə Mövsüm ona zəng edib, pulu istəyib: “Sabahı gün saat təxminən 15 radələrində oğlum İlkinə zəng etdim, qabaqcadan sayıb paketə yığaraq evdə saxladığım 100.000 dolları və 70.000 manatı Babək prospektində yerləşən avtosalonuma gətirməyi tapşırdım. Avtosalonda avtomaşınlara baxdıqdan sonra qərara gəldim ki, birlikdə nahara gedək. Oğlum İlkinə zəng etdim, “Qəbələ” restoranına gəlməsini bildirdim.

Biz restorana oğlum İlkinlə demək olar ki, eyni vaxtda çatdıq. Həmin vaxtı Mövsümə də zəng vurdum, onu da restorana dəvət etdim. Birlikdə nahar etdikdən sonra Mövsümün “Honda Pilot” markalı avtomaşınına əyləşdim, oğlum İlkinə bildirdim ki, arxamızca gəlsin.

Mövsüm mənə avtomobilin dostu Paşanın olduğunu və onun evinə gedəcəyimizi bildirdi. Təxminən saat 16 radələrində birlikdə Mövsümün dostu Paşanın yaşadığı Ağşəhər ərazisindəki binanın qarajına daxil olduq.

Qarajda oğlum İlkin avtomaşının baqajından pulu götürərək bizə yaxınlaşdı. Ona paketi avtomaşının arxa oturacağına qoymağı tapşırdım. Sonra 240 000 manatı sayaraq ona verdim. Mövsüm pulu məndən aldıqdan sonra 10 iş günü ərzində müqaviləni alacağını bildirdi”.

Nabil qeyd edib ki, bundan sonra onlar demək hər gün Mövsümlə zəngləşiblər: “8 dekabr 2020-ci ildə Mövsümə zəng etdim. O, daha telefona cavab verməməyə başlamışdı. Bir neçə zəngdən sonra iclasda olduğunu, danışa bilmədiyini və özünün mənə zəng edəcəyini bildirdi. Həmin gün axşama kimi onun zəngini gözlədim.

Səhərisi gün Mövsümün yaşadığı evə getdim, amma onu evdə tapmadım. Yaşadığı binanın komendantındanda onu soruşdum. O da Mövsümü bir neçə gündür görmədiyini bildirdi. Sonradan başa düşdüm ki, telefon rouminqdədir, yəni Mövsüm ölkə xaricindədir. Sonradan Mövsümün dostu Paşa adlı şəxsdən öyrəndim ki, Mövsüm Ukrayna Respublikasının Kiyev şəhərindədir”.

Mövsüm Mövsümov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO