[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Vasif Talıbov və Ramiz Mehdiyev təcili həbs edilməlidir” - ÇAĞIRIŞ


“Naxçıvanda Azərbaycanın əleyhinə nə lazımdırsa, hamısı baş verib. Lazımdır ki, indi “Naxçıvan xanı”nı gətirib, nökər etsinlər. Hazırda bu proses gedir. Vasif Talıbovun oğlanlarını, qızını dindirirlər. Bizdə olan məlumata görə, özünü də dindiriblər. Talıbovun “xanlığı”nın sonu gəlib nökərçiliyə dirənib. Düşünürəm, yaxın vaxtlarda onun haqqında çox ciddi tədbir görülməlidir, görüləcək də. Bu dərəcədə onu başlı-başına buraxa bilməzlər. Talıbov başlı-başına buraxılsa, dövlətçiliyə böyük zərbədir. O, Vətənə, dövlətə, dövlət başçısına, xalqa xəyanət edib. Naxçıvanda milyardların yeyilməsi, Azərbaycan dövlətinə meydan oxunması elə-belə söhbət deyil...”

Bu sözləri Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Talıbov haqqında tədbir görülməsə, düşünəcəklər, hamı bu yolu gedə bilər, getsin, dağıtsın, tutulsun: “Yaxud da Eldar Mahmudov stili – buraxsınlar, gedib yenə xarici dövlətlərdə, daxildə, orda-burda Azərbaycanı qarışdırsınlar. Talıbovun sonudur, yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılması gözlənilir. Naxçıvanda da muxtariyyət ləğv edilməlidir. Heç kimə belə bir səlahiyyət verilməyib ki, özü üçün dövlət yaratsın. Bu məsələlər çox qısa müddətdə həll olunacaq. Başqalarına da dərs olmalıdır. Belə olmasa, “kiminsə qohumudur, dostudur, toxunmaq olmaz, yaxşı deyil, ayıbdır” söhbəti Azərbaycanda yaxşı olmayan sonluqla nəticələnəcək. Dövlət başçısına xəyanət etməyin özü günahdır. Belə biabırçılıq olmaz. Gedib orda pul yesə, cəhənnəmə... Onsuz da Azərbaycanı dağıdırlar, Azərbaycanda “yeməyən” kim var ki? Mədəniyyət nazirinin müavininə qədər tutuldu. Bu, pul məsələsi deyil. Düzdür, çalışırlar yozsunlar ki, Talıbovun pul məsələsidir. Qətiyyən belə deyil. Hər halda çox ciddi proseslər başlayıb. Sağolsun, milli təhlükəsizlik orqanları, bu sahədə çox böyük ustalıqla iş görürlər...”

H.Hacıyev bildirib ki, Vasif Talıbovun cəzası təkcə vəzifədən kənarlaşdırmaqla bitməməlidir: “Vasif Talıbovun vəzifədən kənarlaşdırılması ilə məsələ bitmir. Talıbovla bərabər Ramiz Mehdiyev də təcili həbs edilməlidir, əks halda vəziyyət çox gərgin olacaq. İstəyirlər ki, müəyyən adamlara görə ölkədə qisas alsınlar. Adamların adını hallandırmaq istəmirik. Bu adam dövlət çevrilişi etmək istəyirdi. Həm İran dairələri ilə, həm Rusiyanın kəşfiyyat orqanları, digər dairələrlə birləşib ölkə Prezidentinin Qarabağda apardığı “dəmir yumruq”əməliyyatını qəbul etməyən qüvvələr, dövlətlər var. Bu dövlətlərin hamısı çalışırlar ki, cənab Prezidentin hədəfinin əksinə getsinlər. Əksinə gedən insanları da xaric ələ alır. Bu da Ramiz Mehdiyevin dəstəsidir. Dəfələrlə demişik. Mehdiyev deyirdi ki, Co Bayden 80-90 yaşında prezident olub, mən niyə olmayım? Belə bir fikri var idi. Hər halda Talıbovu bağışlamağın özü günahdır. Bu gün bir dövlət Vasif Talıbovu bağışlayırsa, onda sabah başqa Talıbov ortaya çıxacaq, deyəcək “mən niyə bu eşqə düşməyim?” Azərbaycanda bu eşqə düşənlərin bir hissəsi həbsdə, bir hissəsi də qaçıb, xaricdədir. Ramiz Mehdiyevin dəstəsini sındırmaq lazımdır. Mehdiyev özü də Naxçıvanda oldu, müəyyən göstərişlər verdi, orda planlar cızdı. Plan cızıbsa, hər halda nəticəsi bəlli oldu. Bəzən Mehdiyev deyir ki, məni bu məsələyə qatmayın. O, bicin, avaranın biridir. Ermənilər, ermənidən törəyənlərin hamısı həmişə bic, avara insanlar olurlar. Mehdiyevin Naxçıvanda hansı oyunlardan çıxdığı... Bunların kökü kəsilməlidir, belə ola bilməz. Alaq otunun kökünü kəsməyəndə bütün tayanı tələf edir, məhsul götürmək olmur. Azərbaycanın tam müstəqilliyinə qovuşa bilmirik, Qarabağ kimi bir yara var. Ramiz Mehdiyevlərdən, Eldar Mahmudovlardan istifadə edərək, imkan vermirlər tam sağalsın”.

Pravda.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Xaliq Faiqoğlu” şirkəti alqı-satqı məsələsinə görə – MƏHKƏMƏYƏ VERİLDİ

“Lokomotiv” MMC “Xaliq faiqoğlu” MMC-ni məhkəməyə verib .

Gndem.media FED.az-a istinadən xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklər üzrə mübahisələr – üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Xaliq Faiqoğlu şirkəti 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlayıb, 2004-cü ildə isə “Xaliq Faiqoğlu” MMC təsisi edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnam Kərimovla bağlı Prezidentə DAHA BİR MÜRACİƏT - ŞƏHİD ANASI YAZIR...


Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Media Orqanlarının rəhbərlərinə
Tovuz rayonu,Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran
Məhəmməd qızı tərəfindən
Müraciət.
Cənab prezident!
Hörmətli Media Orqanlarının rəhbərləri!
Nəzərinizə çatdırıram ki,mənim üç oğlumun biri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid
olmuş, digər iki oğlum isə sağlamlığını itirmiş və müharibə veteranıdır,Ermənistanla sərhəd
kənddə yaşayırıq və müharibədə evimizə ciddi ziyan dəyib. Bildirirəm ki, bu günə qədər minlərlə
rəsmi ərizə ilə aidiyyəti qurumlara müraciət edərək bildirmişəm ki, Kənd Təsərrüfatı nazirliyi
oğlum Həsənov Naməddin Tofiq oğlunun əmək müqaviləsinə 01.10.2021-ci il tarixdə qeyri-
qanuni olaraq müqavilənin müddətinin başa çatmasını əsas götürərək xitam verib. Çünki Nazirlər
Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9. bəndində qeyd olunur ki, idarə və
təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti
tam dayandırılarsa bu halda şəhid ailəsi üzvü digər təşkilatda işlə təmin olunmalıdır. İnam
Kərimov başda olmaqla Kənd Təsərrüfatı nazirliyinin bütün vəzifəli şəxslərinin bir daha nəzərinə
çatdırıram ki, Nazirlər Kabinetinin,yəni hökumətin qərarında yazılanlara istisnasız əməl
edilməlidir. Qeyq edirəm ki, oğlumun işlədiyi təşkilatda heç bir ixtisar getməyib, əksinə idarə
daha da genişləndirilib.
Əlavə olaraq bildirirəm ki, oğlumun ixtisası alim-aqronomdur, peşəkar kənd təsərrüfatı
mütəxəssisidir və dəfələrlə Kənd Təsərrüfatı nazirliyinin əməkdaşlarına dərs keçib. Eyni zamanda
oğlumun yeganə qazanc yeri işlədiyi müəssisə idi, üç azyaşlı övladı var, özüm isə ağır ürək
xəstəliyi keçirmişəm və işdən azad olunan oğlumun himayəsində yaşayıram.
Yaşadığımız kənddə ilk dəfə Yeni Azərbaycan partiyası yalnız mənim ailə üzvlərimdən ibarət
olub və bütün ailə üzvlərimizə Ulu Öndərimizin şəxsi imzası ilə üzvlük vəsiqəsi verilib.
Ən maraqlısı isə odur ki, oğlumun işlədiyi idarədə yeganə şəhid və Qarabağ veteranı qardaşı
mənim oğlum idi və onu da işdən azad etdilər. Əksinə müharibədə iştirak etməyənlər, qeyri-
peşəkarlar və hətta qeyri-ixtisas sahibləri hamısi həmin idarədə iş başındadır. Bu isə məndə belə
bir şübhə yaradır ki, yəqin mənim övladlarım ermənilərə güllə atmaqda səhv ediblər və ona görə
də biz şəhid ailəsini cəzalandırırlar. Əgər övladlarım ermənilərə güllə atmaqda səhv ediblərsə,
mən İnam Kərimovdan üzr istəməyə hazıram. Övladlarım ermənilərə güllə atmaqda səhv
etməyiblərsə onda İnam Kərimov daşı ətəyindən tökməlidir, Nazirlər Kabinetinin qərarına və
Şəhid, Vətən məvhumuna hörmətlə yanaşmalıdır.
Onu da qeyd edirəm ki, 14 ay ərzində etdiyimiz bütün müraciətlərimizə cavab olaraq Kənd
Təsərrüfatı nazirliyi bildirir ki, oğlunuzun əmək müqaviləsinin müddəti başa çatmışdır və onunla
yenidən əmək müqaviləsi bağlamaq çox qəliz məsələdir və məqsədimizə uyğun deyil.
Artıq Kənd Təsərrüfatı nazirliyinin saxta, qərəzli və ədalətsiz cavablarından təngə gələrək,
xarici ölkə səfirliklərinə müraciət edərək vətəndaşlıqdan imtina etmişəm.
Cənab prezident!
Xahiş edirəm mənim müraciətimi şəxsi nəzarətə götürəsiniz və Nazirlər Kabinetinin 15 yanvar
1994-cü il tarixli, 10 saylı qərarına uyğun olaraq oğlumun öz işinə bərpa olunmasını təmin
etdirəsiniz.

Həsənova Ceyran Məhəmməd qızı.
Şəhid və Qarabağ veteranı anası.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahbuzun icra başçısı ilə bağlı ŞOK İDDİA - DTX ilə çiling-ağac oynayır?


Şahbuz sakinlərindən redaksiyamıza daxil olan məlumatda deyilir ki, rayon icra başçısı Rəfail Babayev və onun müavini Tural Quliyev elə qurd ürəyi yeyib ki, DTX ilə çiling-ağac oynayır:

“Özlərini Şahbuz rayonunun xırda padşahları hesab edən bu rəsmi şəxslər polislərə göstəriş verib ki, DTX-nin Naxçıvan üzrə Baş İdarəsinə şikayət etmək, dərdlərini bildirmək istəyən vətəndaşları nəzarət altına alsınlar. Əlacsız qalan Şahbuz sakinləri isə Azərbaycan hökumətindən onlara sözlərini çatdırmağa şərait yaradılmasını, lazım gələrsə DTX-nın onların rayonuna xüsusi ekspert qrupu göndərilməsini gözləyirlər”.

Məlumatlara görə, Tural Quliyev hələ də “xan havasında”dır və rayonda korrupsiya ilə məşğul olur: “İdarə, müəssə müdirlərini icra hakimiyyətinə dəvət edərək “aylıq pulları” vaxtlı-vaxtında yığmağı tapşırıb.

Bunlar bəs deyilmiş kimi, qaz, elektrik və su idarə müdirlərininin vasitəsilə binəva rayon sakinlərinin sayğaclarına müdaxilə edir, Şahbuz rayon polis şöbəsinin camaatın qanını içən Bahadur adlı rəisindən (Tural və Bahadurun yaxın dostluq münasibətləri mövcuddur) vətəndaşlara qarşı daha qəddar olmağı tələb edirlər. Vətəndaşlar onlardan qaz, su, elektrik üçün tələb olunan pulu verməyəndə isə yeddi sutka həbs, eləcə də ağır təzyiqə məruz qalırlar. Bir çox hallarda vətəndaşlar polis özbaşınalığından qurtulmaq üçün 2000 manat sələmə pul götürüb Bahadura verirlər. Bahadur da Tural və Rəfailin payını artıqlaması ilə ünvanına çatdırır”.

Rayonda hələ də Naxçıvanın qul əməyi kimi rəvacda olan iməcliklər keçirilir. İməclik bölgüsündə hər idarənin payına, sözsüz ki, rayonun bəzi əraziləri düşür: “Ən acınacaqlı sahələr isə rayon İcra Hakimiyyətinin Qaz, Elektrik, Mədəniyyət şöbəsi və Su idarəsinin işçilərinə düşən yerlərdir. Bu yerlər əsasən, yerli qolçomaqların və Naxçıvanın “Boz kardinalı”nın şəxsi mülkiyyəti əraziləridir. Sözügedən idarələrin iməclik yerləri aşağıdakı kimidir:

Mədəniyyət şöbəsi- Azər Zeynalova məxsus Biçənək kəndində yerləşən villanın həyətyanı sahəsi və quşçuluq ferması;

Elektrik idarəsi və Su İdarəsi- Rəfail Babayevə məxsus Şahbuz rayonu Kükü kəndində yerləşən villa və Nursu kəndində yerləşən mal-qara ferması;
Qaz idarəsi- Tural Quliyevə məxsus Şahbuz rayon Ayrınc kəndində yerləşən həyatyanı sahə və mal tövləsi.

Təsəvvür edirsinizmi, icra hakimiyyəti nümayəndələri sakinlərə xidmət etmək əvəzinə onları qul kimi işlədirlər. Bu da istər-istəməz Şahbuz rayonda rejim mənsublarına qarşı ikrah hissi oyadır. Sakinlər bizə ünvanladıqları məktubda açıq şəkildə onun-bunun qapısında nökər kimi işləməkdən bezdiklərini və özlərinin mənən alçaldılmış kimi hiss etdiklərini bildirirlər.

Maraqlıdır ki, Şahbuzda əhaliyə qan udduran Rəfail Babayev 2006-cı ildə narkotik vasitə istifadə edərkən Naxçıvan Daxili İşlər Nazirliyi tərəfindən saxlanılmışdı. Hansısa tale quşu sonradan gəlib onun başı üzərinə qondu və şahbuzlular bir gün gözlərini açdılar ki, Rafael Babayev onlara rəhbərlik edir.
Bu kimi neqativ hallar Şahbuzluları düşündürür. Onlar inanmaq istəyirlər ki, Azərbaycan hökumətinin Naxçıvanda apardığı islahatlar bir gün mütləq Şahbuzluların da üzünə güləcək. //OVQAT.COM//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sədərək Yusif”in oğlunun evindən 803 min manatlıq OĞURLUQ


Bakı Ağır Cinayətlər Məhkəməsində “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimovun oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatət qaldıraraq müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəylinin Səbail rayonu ərazisində yerləşən evində xadimə işlədiyi müddətdə mənzildən qızıl-zinət əşyalarını və nağd pul vəsaitlərini oğurlayıb. Nəticədə Orxan Qədimbəyli və Fəridə Qədimovaya ümumilikdə 803 118 manat ziyan dəyib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ehtiyacı olduğu üçün oğurluq etdiyini deyib. O, oğurladığı pul və qızıl-zinət əşyalarının miqdarının 803 118 manat deyil, 217 min manat olduğunu bildirib. Həmin əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb. İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Oğurluq əşyalar polis tərəfindən tapılaraq sahiblərinə qaytarılıb.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.Trend
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur kəndlinin köməyinə niyə TƏLƏSMİR?.. - NARAZILIQ VAR!


Təqribən iki ay əvvəl Şəmkir rayon, "Düz qışlaq" kənd sakini Şükür İsmayılov "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda Su Melorasiya idarəsindən narazılıqlarını bildirmişdi.

‌Xatırlatmaq üçün qeyd edək ki, Şükür İsmayılov kənddəki artezyanların tutulmasından, suların çox zəif və çirkli olmasından narazılıq edirdi. Onun dediyinə görə artıq, bir neçə müddətdir ki, bütün nəinki yerli idarələrə, Su Melorasiya idarəsinin rəisi Zaur Mikayılova və müavinətlərinə də dəfələrlə müraciət etsə də, problem hələ də həllini tapmamışdır.

Şükür İsmayılov "Kanal14"ün efirində problemi səsləndirdikdən 2 gün sonra, yenidən redaksiyamızla əlaqə saxlayıb, təşəkkür etdi və bildirdi ki, "Bizə zəng etdilər, söz verdilər ki, 2 günə problemin həlli üçün işlər başlanılır ".

Şükür İsmayılovun bu zəngindən 2-3 gün sonra o, yenidən redaksiyamıza zəng edib, canlı efirə bağlanmaq istədiyini bildirdi.

"Kamalın zamanı" proqramının canlı efirində o bildirdi ki, "Artıq, işlərə başlanılıb. Amma, indi də kənd icra nümayəndəsi camaatdan pul yığır ki, "Bəs havayı iş var? Texnikaya hər gün 300 manat verilməlidir". Rayonda Su Melorasiya idarəsinə zəng etdim, Tahir müəllim dedi, "Ola bilməz, mənim xəbərim yoxdur".

Şükür İsmayılovun bu narazılığından sonra özünün redaksiyamıza bildirdiyinə görə daha kimsədən pul yığılmadı.

Beləcə bir neçə gün də keçdi...

İndi də Şükür İsmayılov bizə zəng edib deyir ki, "pul yığımını dayandırandan bəri, işi də dayandırıblar, iş qalıb yarımçıq. Hələ də bizə su verilmir".

Şəmkirdə "tökülmüşləri öyrənən" bu məmurların əlləri biixtiyar rüşvətə qaçır - VİDEO

Özü də Şükür İsmayılovun sözlərinə görə, "Melorasiya və Su Təsərrüfatı ASC-nə rayonun millət vəkili də məktub yazıb, ona da cavab vermirlər".

Millət vəkili də kənd sakinləri ilə birlikdə aylardır məktubun cavabını gözləyir.
Belə olan halda sual yaranır, bəs bu sakinlər dərdini kimə desin?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşa burda da `DO GƏLİRLƏR`... - GİLEY


"Müqavilənin sonuncu vərəqində nə qeyd olunub ki, onu olduqca kiçik şriftlə yazırlar?"

Ötən gün Hurriyyet.az-a müraciət edən vətəndaş Emin Qasımov "Kapital Bank"dan Birbank Cashback kartı əldə etmək istəyərkən üzləşdiyi problemlə bağlı ətraflı məlumat verib, bu zaman yol verilən nöqsanları diqqətə çatdırıb.

Belə ki, Emin Qasımov bildirib ki, adıçəkilən bankın Əhmədli filialından Birbank Cashback kartı əldə etmək istəyərkən ona hər hansı müqavilə təqdim olunmayıb: "Bu gün (dünən-red.) səhər saat 11 radələrindən evdən çıxıb iş dalınca gedərkən, yaşadığım ərazidə - "Əhmədli" metrostansiyası yaxınlığında "Kapital Bank"ın filialına yaxınlaşdım. Məqsədim Birbank Cashback kartı əldə etmək idi. Təqribən, saat 11 radələrində bankın filialından S-018 saylı nömrəni götürdüm və hardasa 10-15 dəqiqə gözlədim. Növbəm çatdıqda 11-ci bölmədə xidmət göstərən gənc xanım məni qəbul etdi. O, şəxsiyyət vəsiqəmi istədi, mən də təqdim etdim. Ardınca o, Birbank Cashback kartı əldə etmək üçün qaydaları şifahi şəkildə izah etdi. Bunları yazılı formada, hansısa bir müqavilə əsasında verib-verməyəcəkləri ilə maraqlandım. Dedi ki, xeyr, biz vətəndaşlara belə bir müqavilə vermirik. "Yəni imza atdığım hər hansısa sənəd olacaq?", deyə sual verdikdə xanım qeyd etdi ki, bəli, biz bir nüsxədən ibarəy müqavilə imzalayacağıq, lakin həmin müqavilə bankda qalacaq, sizə müqavilə verməyəcəyik".

Şikayətçi həmin müqaviləni oxumağa çalışsa da, buna nail ola bilməyib, çünki sözügedən müqavilə olduqca kiçik şriftlə tərtib olunub: "İnanın ki, şriftlər o qədər kiçik idi ki, heç onları oxuya bilmədim. Bu səbəbdən də bankın əməkdaşı olan xanıma bunları böyüdüb normal ölçüdə təqdim etməsini xahiş etdim. "Vətəndaşların müraciətləri haqqında" Qanunda da bu var. Bildiyim qədər yazışma mətni 12 ölçüdə olmalıdır. Lakin tərtib olunmuş müqavilə o qədər kiçik şriftlə tərtib olunub ki, onu heç cür oxumaq mümkün olmadı. Odur ki, xanıma hüquqşünas olduğumu bildirib müqavilənin bir nüsxəsini tələb etdim. Dedim ki, heç olmasa surətini çıxarıb təqdim edin. O telefonla zəng edib rəhbərlikdən razılıq aldı. Mən məhz imzaladığım nüsxənin surətini istədikdə, xanım dedi ki, yox, bu, bizdə qalacaq, sizin üçün əlavə nüsxə çıxarılacaq. Bu zaman şübhələndim və imzaladığım 4 vərəqdən ibarət müqavilənin bütün vərəqlərini aşağı sağ künc hissədə rəqəmlər yazıb nömrələdim ki, məhz həmin müqavilənin surətini əldə edim. Xanım baxdıqda dedi ki, bura rəqəmləri niyə yazıbsınız? Bildirdim ki, həmin nüsxənin mənə verilməsi üçün rəqəmləri yazdım. O, yenidən qeyd etdi ki, sizə bunu yox, başqa bir nüsxə veriləcək. Beləcə, başqa nüsxəni çıxardıqda gördüm ki, həmin nüsxə 3 vərəqdən ibarətdi, yəni 4-cü vərəq yoxdur. Bankın əməkdaşından nədən 4-cü vərəqin verilmədiyini soruşduqda dedi ki, həmin vərəq ümumiyyətlə heç kimə verilmir". Bunun səbəbini soruşduqda ətraflı və qaneedici cavab ala bilmədiyini vurğulayan vətəndaşın sözlərinə görə, bundan sonra şübhələr bir qədər də artıb: "Təbii ki, bu, heç bir halda doğru deyil. Qanunvericiliyin tələblərinə əsasən müqavilə tərəflər arasında razılaşma deməkdir. Əgər biz razılaşırıqsa, o zaman bu, qarşılıqlı olmalı və müqavilə eyni məzmunla hər iki tərəfdə qalmalıdır. Odur ki, mən müqaviləyə imza atıramsa, onu tələb etmək hüququm da var. Bu zaman xanım müdirini çağırdı. Qeyd edim ki, müdir də xanım idi və mən ona da vəziyyəti izah etdim. Dedim ki, əgər müqaviləni imzalayıramsa, onda müqavilənin sizin imzanız və möhürünüzlə bir nüsxəsi məndə qalmalıdır. Lakin o da təkidlə bildirdi ki, biz bunu verə bilmərik, mümkün deyil və bu, bizim qaydalardır. Qeyd edim ki, bu zaman ətrafda xeyli sayda vətəndaş, hətta onların arasında mənim tələbə yoldaşımın bacısının əri İlham adlı tanışım da vardı. Xülasə, mənə iki kart ayrıldı, onlardan biri valyuta, digəri isə manat hesabıyla idi. Ancaq bu vaxt bankın baş idarəsinə telefon açdılar və ordan bildirdilər ki, əgər vətəndaş müqavilə tələb edirsə, onda kartı ləğv edin. Beləcə, baş idarədən gələn göstərişdən sonra mənə kart verməməyi qərarlaşdırdılar. Bu halda dedim ki, mənim imzaladığım sənədləri geri qaytarın. Bu zaman dedilər ki, biz sənədləri qaytara bilmərik, onlar artıq sistemə düşüb. Təbii ki, haqlı olaraq etiraz etdim və bildirdim ki, kart verilmirsə, onda imza atdığım sənədləri geri qaytarın imzamı pozmalıyam. Dedim ki, bu halda müqavilə mütləq çırılmalıdır. Qeyd etdilər ki, biz sonra komissiya yaradıb bunu edəcəyik. Sözsüz ki, bu, heç də inandırıcı deyildi. Bu səbəbdən də təkidlə tələb etdikdən sonra 4 vərəqdən ibarət müqaviləni və onun 3 vərəqli surətini aldım, imzalarımın, o cümlədən sənəddə harda adım vardısa, üzərindən xətt çəkdim. Sonra hər kəsin gözü qarşısında çırdım və şəxsiyyət vəsiqəmi geri gətürdüm. Lakin nə qədər dedim ki, mənim adıma rəsmiləşdirdiyiniz kartları da geri qaytarın, kartları vermədilər və dedilər ki, onlar nömrəlidir, verə bilmərik".

Beləliklə, Emin Qasımov sonda Hurriyyet.az vasitəsiylə aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, müvafiq araşdırma aparmalarını xahiş etdi: "Çünki cənab prezidentimiz bir çox tədbirlərdə vətəndaşların bu kimi problemlərlə üzləşdikləri halda ona və aidiyyəti qurumlara müraciət etmələrini dəfələrlə vurğulayıb. Odur ki, mən də sizin vasitənizlə başıma gələn hadisə ilə bağlı müvafiq qurumlara müraciət edir, onlardan məsələnin araşdırılmasını, "Birbank Cashback kartı alarkən bağlanan müqavilə nə üçün vətəndaşlara verilmir? və "Müqavilənin sonuncu vərəqində nələr qeyd olunub ki, onu olduqca kiçik şriftlə yazırlar?" Həmçinin həmin sonuncu vərəqi vətəndaşa niyə vermirlər? Və adıma rəsmiləşdirilmiş 2 ədəd kartlar nə üçün ləğv edilmədi və ya mənə verilmədi? sualının cavablandırılmasını və sonda lazımi tədbirlərin görülməsini xahiş edirəm".

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəydə vəzifələr SATIŞA ÇIXARILIB? - Təzə başçı köhnə cığırla YÜRÜYÜR...


Prezident İlham Əliyev 05 oktyabr 2021-ci il tarixdə İbrahim Ənvər oğlu Mustafayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzaladı və bu vəzifəyə 11 avqust 2022-ci il tarixdə Orxan Çingiz oğlu Mürsəlov təyin olundu. Qeyd edək ki, Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olunana kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında məsul vəzifə sahibi olur. Buradan görünür ki, təqribən bir ilə yaxın müddət ərzində Gədəbəy rayonunda icra başçısı vəzifəsini müavin icra edir və ötən bir ilə yaxın müddət ərzində əksəriyyətin nəzər-diqqəti, ümumi müzakirələr və s. hansı şəxsin bu rayonun rəhbərliyinə təyin olacağına yönəlir. Nəhayət, 11 avqustda Orxan Mürsəlov Gədəbəy RİH-nin başçısı vəzifəsinə təyin olundu və o, ilk günlərdən başlayaraq rayonun Çalburun, Səbətkeçməz, Arısu, İsalı və s. kəndlərində şəhid ailələri və ağsaqqallarla görüş keçirdi, Gədəbəy şəhərində yerləşən Şəhidlər Xiyabanında oldu, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının məzarlarını ziyarət etdi. Bəli, ilk günlər bu yöndə atılan addımlar hər kəsin nəzərində gənc və enerjili olan Orxan Mürsəlovun, məhz işgüzar vəzifə sahibi olacağı qənaətini formalaşdırdı. Amma, atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli, çox keçmədi ki, bu rayonda özünü doğrultmağa başladı. Yəni, günlər, həftələr, aylar keçdikcə Orxan Mürsəlova olan inam əməlli-başlıca inamsızlığa çevrildi. Hal-hazırda Gədəbəyin özündə və ətraf yaşayış məntəqələrində baş verənlər, məhz hər kəsi belə qənaətə gəlməyə sövq edir. Məsələn, 11 avqust 2022-ci il tarixdən Gədəbəy RİH-nin başçısı vəzifəsini daşımağa başlayan Orxan Mürsəlov, son vaxtlar sabiq icra başçısı İbrahim Mustafayevin kadrlarına “əlvida” demək qərarına gəlib. Söylənilənlərə görə, artıq RİH Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Vidadi müəllimlə bağlı belə bir qərar verilib və bu şəxsin daşıdığı vəzifə “hərraca çıxarılıb”. Bundan əlavə bəzi şəxslərə isə, hazırda boş olan «Kamxoz»a rəhbər təyin olunacaqları ilə bağlı “yağlı vədlər” verilib. Söylənilənlərə görə, bu məqsədlə bəzi şəxslərlə məxfi danışıqlar aparıldığının işartıları da hiss olunmaqdadır. Yayılan söz-söhbətlərə görə, Orxan Mürsəlovun icra başçısı təyinatından sonra Gədəbəyin istirahətə yararlı olan meşə zolaqlarına elə bir formada divan tutulur ki, ümumi mənzərəni görüb eşidən hər kəs, sanki öz-özlüyündə “şaxsey-vaxsey” deməli olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev adlı şəxs, bir müddət bundan öncə öz şəxsi hesabına rayonun Qaramurad kəndindən Arqıran kəndinə gedən yolu qaydaya saldırarkən İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin İlyas oğlu Kazımov, yolun qaydaya salınması işlərini görür və bu haqda rayon rəhbərliyinə məlumat ötürür. Həmin günün səhəri Nazim Əliyevi RİH-nə çağrırlar. İcra başçısı Orxan Mürsəlov ona “Sən kimsən ki, yol qaydaya saldırısan? Məgər dövlət yoxdurmu? Dövlət də var, dövlətin pulu da!” deyərək, ona qarşı hərbə-zorba gəlir.

Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, rayonun İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımov, indiyə kimi Novosaratovka kəndi ərazisində, daha dəqiq desək “N” saylı hərbi hissənin qarşısında təqribən 1 ha torpaq sahəsini zəbt edib. Hətta, bu şəxs həmin ərazidən Şınıxa gedən yolun üstündə 7 (yeddi) ədəd yaşayış evi tikir və az sonra o, tikdirdiyi evləri imkanlı şəxslərə satır.

Şahin Kazımovun “Spornı” adı ilə tanınan ərazidə Arqıran kənd sakinlərinə məxsus pay torpaqlarında tövlə tikdiyi də bildirilir. Unutmaq olmaz ki, qeyd olunan həmin ərazidə tikinti işləri aparmaq qadağan olunsa da, İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi heç bir tələbə əhəmiyyət vermir və bu yöndə düşündüyü addımını atır. Rayon sakinləri arasında dolaşan söz-söhbətlərə görə, bu şəxs çox böyük təsir imkanına sahibdir. Məsələn, söylənilənlərə görə o, xeyli müddət bundan öncə 30 min “haqq-hesab”ın müqabilində oğlunu RİH Aparatında işə düzəltdirir. Bu şəxsin qardaşı sovxoz direktoru olarkən, sovxozun əmlakını, o cümlədən bir çox texnikaları, mal-qaranı, qoyun-quzunu ələ keçirib mənimsəmələri haqda da məlumatlar dolaşır. Maraqlı hal o olur ki, mənimsəmə faktları ilə bağlı rayon prokurorluğunda araşdırmalar aparılsa da, az sonra bu yöndə davam etdirilən araşdırmalar dayandırılır. Yəqin ki, buna nə səbəb olur, o haqda kimlərsə ətraflı məlumata malikdirlər.

Bir müddət bundan öncə, rayonun Novosaratovka kəndində ulu öndər Heydər Əliyevin adını daşıyan parkın aşağı hissəsində, daha dəqiq desək Dairə Seçki Komissiyasına (DSK) gedən mərkəzi magistral yolun kənarındakı göstərici- plakat yerli-dibli çıxarılır və yolun kənarı qazılır. Hal-hazırda həmin yolun qazılmış hissəsində heç bir sənədi olmayan yeni obyektin inşaa olunmasına hazırlıq işləri görülməkdədir.

Gələcəkdə inşa olunacaq obyektin RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayevə və İnəkboğan kənd İƏD üzrə icra nümayəndəsi Şahin Kazımova məxsus olacağı söylənilir. İnşa olunacaq bu obyektə dair heç bir sənəd olmasa da, nədənsə rayon rəhbərliyi, yaxud da digər vəzifə sahibləri bununla bağlı aidiyyatı dövlət qurumlarını məlumatlandırmırlar, yaxud da heç bir sorğu məktubu göndərmirlər. Yəqin ki, bu obyektin inşa olunması ilə bağlı rəhbərliyin özü ətraflı məlumata malikdir. Dolaşan başqa bir söz-söhbətlərə görə, gələcəkdə həmin obyektdən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunacaq. Hal-hazırda rayonun Slavyanka kəndində, hansı ki, yüksək gərginlikli elektrik xətlərinin altında da, heç bir sənədi olmayan obyektin inşa olunduğu bildirilir. Bu obyektin inşaası Gədəbəy RİH başçısının şəxsi nəzarətində olduğu da vurğulanır.

Son vaxtlar Gədəbəy rayonunda yaşanan xoşagəlməz olaylardan biri də, hal-hazırda Bakı şəhəri Səbail rayonunda qeydiyyatda olan Əliyev Nazim Əli oğlunun üz-üzə qaldığı problemin varlığıdır ki, yerlərdə bu problem daha çox müzakirə olunmaqdadır. Məsələn, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyev Səbail rayonunda qeydiyyatda olsa da, o, əslən Gədəbəy rayonundandır. Xeyli müddət bundan öncə o, boya-başa çatdığı bu rayonun Novosaratovka kəndində, hansı ki, şəxsi mülkiyyətində və istifadəsində olan evinin yaxınlığında, Dövlət mülkiyyətində olan torpaq sahəsindən 1,5 ha torpaq sahəsini 15 (on beş) il müddətinə icarəyə götürüb balıqçılıq təsərrüfatı yaratmaq qərarına gəlir. Bu məqsədlə Nazim Əliyev əvvəlcə Gədəbəy Rayon İcra Hakimiyyətinə məktub ünvanlayır.

Bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaqda əsas məqsədi, məhz həmin ərazidə Akvakultura obyektlərinin rekreasiya yetişdirilməsini, həmçinin hər il təqribən 5 (beş) ton çəkidə balıq yetişdirib əldə olunan balıq məhsullarının bazar qiymətlərinə uyğun satışını təşkil etməyi nəzərdə tutur. Qeyd edək ki, gələcəkdə təsərrüfat fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmək məqsədilə o, fiziki şəxs olaraq öz adına VÖEN açdırır və üzərinə düşən lazımi öhdəlikləri yerinə yetirəcəyinə qərar verir. Nazim Əliyevin etdiyi bu müraciət əsasında, 08 aprel 2022-ci il tarixdə Gədəbəy RİH tərəfindən qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasının məqsədəuyğun olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə məktub göndərilir. Nazirliyə göndərilən məktub əsasında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin sahəyə baxış keçirirlər, lazımi foto-şəkillər çəkirlər. Hətta, onlar akt da tərtib edib, qeyd olunan torpaq sahəsində balıqçılıq gölünün yaradılmasını məqsədəuyğun hesab edirlər.

Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən, Gədəbəy RİH başçısının 09 avqust 2022-ci il tarixli 176/8-6 saylı məktubu və Azərbaycan Respublikası ƏMDX yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin 24 avqust 2022-ci il tarixli 2201129843 saylı məktubu əsas götürülür və Nazim Əliyevin icarəyə götürmək istədiyi 1,5 ha torpaq sahəsinin Yerquruluşu Planı təsdiq olunur.

Düzdür, bu şəxsin balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə Gədəbəy RİH-nə müraciət etdiyi vaxtlarda və ünvanlanan qurumlardan müsbət cavab gələndən sonra, Novosaratovka kəndindəki evinin yaxınlığında kiçik bir göl olur. Elə ki, Nazim Əliyev bu yöndə müyəyyən işləri görməyə başlayır, o halda bəzi şəxslər onu Gədəbəy RİH-də vəzifə sahibi olan şəxslərlə görüşməyə məcbur edir. Bu şəxsin ilk görüşü RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu ilə baş tutur. Nazim Əliyev bu şəxsin qəbulunda olarkən, Vüsal Musayev ilk söhbəti zamanı ona “Sənin fikirin nədir, nə etmək istəyirsən? Eşitmişik ki, 40 min manat təklif etmisən, əgər pul versən bir həftəyə sənədlərini qaydaya salıb özünə verərəm” deyir. RİH rəsmisinin belə danışıq və təkliflərindən sonra o, ona “mənim o qədər pulum yoxdur” cavabını verir. Az sonra Nazim Əliyev ona “bəs sizin fikiriniz nədir?” deyə sual verir. Vüsal Musayev bu suala verdiyi cavabında “məsləhətləşib sənə bir cavab deyərəm” deyir. Bir həftədən sonra isə, Nazim Əliyevin həyətinə polis əməkdaşları göndərilir və ona bildirirlər ki, “evinin yaxınlığındakı kiçik balıq gölü dağıdılacaq”. O halda o, ləngimədən RİH başçısının qəbuluna yazılır və icra başçısı Orxan Mürsəlovun qəbulunda olur. Həmin vaxt RİH-nin başçısı Nazim Əliyevə “Axı sənədləşmə işlərinin həyata keçirilməsinin qaydalarını Vüsal Musayev sənə başa salıb. Bir də ki, sənin burada heç bir sənədin yoxdur. Biz sənə heç bir sənəd verməyəcəyik” deyir. Nazim Əliyev bu cavabdan sonra rayon rəhbərinin ümumi fikirini başa düşür və ləngimədən RİH tərk edir. O, çox keçmir ki, bu dövlət qurumuna təqdim etdiyi, amma burada çalışan bəzi vəzifə sahiblərinin öz aralarında itbata saldıqları sənədləri təkrar əldə edir. Yəni, Nazim Əliyev bir həftədən sonra 11 saylı Şəmkir Ərazi İdarəsindən sənədlərin surətlərini çıxartdırır, təsdiqlətdirir, daha sonra Qazax rayon şöbəsində möhür vurdurur və təkrar əldə etdiyi sənədləri RİH-nə təqdim etmək qərarına gəlir. Bu məqsədlə o, yenidən Orxan Mürsəlovun qəbulunda olmaq istəsə də, onun belə bir cəhdi heç cür baş tutmur və Nazim Əliyevi Vüsal Musayev qəbul edir. Elə ki, o, RİH rəsmisinin qəbulunda olur, o halda Vüsal Musayev ona “Bu sənədləri mən görmüşəm, götürməyimə də ehtiyac yoxdur. Sənin nə qəşəng kostyumun var, vurduğun ətir də gözəldir. Amma, cibində nə qədər pulun var, onu bilmirik” deyir. O halda Nazim Əliyev başa düşdür ki, bu vəzifə sahiblərinin onu get-gələ salmaqda başqa məqsədləri var. Yəni, həmin şəxslərin niyyətləri ondan pul almaq olur.

Bütün bunlara baxmayaraq, Nazim Əliyev dəfələrlə Gədəbəy RİH Aparatına müraciətlər etsə də, qeyd olunan ərazidə onun balıqçılıq gölü yaratmasına, buna görə də lazımi ölçüdə torpaq sahəsinin ayrılmasına icra başçısı Orxan Mürsəlov, heç bir sərəncam imzalamır. Baxmayaraq ki, xeyli müddət bundan öncə möhtərəm Prezident İlham Əliyev cənabları yerli sahibkarlara ünvanladığı müraciətində qeyd etmişdi ki, “Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. O halda sual oluna bilər ki, əgər ölkə rəhbəri yerli sahibkarlara qarşı belə bir yanaşma ortaya qoyursa, bəs səbəb nədir ki, Gədəbəy RİH-nin başçısı Orxan Mürsəlov və onun müavini Vüsal Musayev, bu gün də kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nazim Əliyevə qarşı belə bir addımlarını atırlar? Yəni, bu da onu sübut edir ki, hər iki vəzifə sahibinin bu şəxsə bəslədikləri “xor münasibət”, əslində ölkə rəhbərinin iradəsinə zidd getməkdən başqa bir şey deyil.

Başqa bir faktı da qeyd edək ki, hal-hazırda Nazim Əliyevin şəxsi mülkiyyətində bir neçə ağır texnika, o cümlədən ekskvator, traktor və s. var ki, həmin texnikalar Novosaratovka kəndində onun evinə yaxın yolun kənarında dayandırılır. Elə ki, rayon rəhbərliyində olan şəxslər qeyd olunan yoldan, yaxud da həmin yola yaxın ərazidən keçirlər, o halda “Texnikaları yol kənarından götüzdürün” deyə, yerli vəzifə sahiblərinə lazımi tapşırıqlar verirlər. Bundan əlavə, bu şəxsin gələcəkdə balıqçılıq təsərrüfatı yaratmaq məqsədilə, şəxsi vəsaiti ilə alıb çay kənarına üstüstə yığdığı beton piltələri də, çay kənarından götürməyə məcbur edirlər. Yəni, həmin şəxslər beton piltələri gah çay kənarına, gah da çay kənarından başqa yerə daşıtdırırlar. Söz yox ki, bütün bunlar müəyyən xərclər hesabına başa gəlir ki, bu da Nazim Əliyevin heç bir əsas olmadan əlavə xərcə düşməsinə səbəb olur. Bir sözlə, bu gün Gədəbəy RİH-nin rəhbər şəxsləri bu şəxsə məxsus texnikaları, çay kənarına yığdığı beton piltələri bir yerdən digər yerə daşıtdırmaqla, Nazim Əliyevə qarşı qarşı qisasçılıq etməklə məşğul olurlar.

Bu yöndə atılan addımlar onu sübut edir ki, Nazim Əliyev kiçik bir sahibkar olaraq xeyli vaxtdır ki, Gədəbəy RİH başçısının və onun müavininin belə bir xoşagəlməz hərəkətləri ilə üz-üzə qalıb. Yəni, hər iki vəzifə sahibinin bu şəxsə qarşı göstərdikləri münasibət Nazim Əliyevi zinhara gətirdiyi üçün, artıq o, özünə qəsd etmək zorunda qalıb.

P. S. Redaksiyamıza daxil olan məlumatlara görə, Orxan Mürsəlov icra başçısı vəzifəsinə təyin olunduqdan iki ay sonra, dövlətin verdiyi nəqliyyat vasitəsini bəyənmir və özünə təqribən 190.000 manat dəyərində son model, qara rəngli “Land Cruiser” markalı avtomobil alır. Başqa bir məlumata görə RİH-nin başçısı bu avtomobilin ilkin 100.000 manatını nəğd şəklində ödəyir, qalan 90.000 manatını isə kreditə salır. Bu haqda məlumatlı olan gədəbəylilər deyirlər ki, icra başçısının üçün 90.000 manat nədir ki, üç boş qalan vəzifəni «hərraca çıxartsa» tam şəkildə ödəyəcək.

Nazim Əliyev İcra Başçısının bu özbaşınalığından təngə gəldiyi üçün, Prezident İlham Əliyevə rəsmi məktubla müraciət etdiyi bildirilir.

Qarşi tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq. //Deryaz.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ADAU tələbəsi öz müəllimini İFŞA ETDİ - "Nə düzgün qiymətləndirmə edir..."


Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi müəlliməsindən şikayətçidir.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb: “Mən ADAU-da politologiya müəlliməsi Əlizadə Səbinə müəllimədən şikayətçiyəm. Tək mən yox patokun 90 faizi narazıdır.

Nə düzgün qiymətləndirmə edir, nə də normal dərs keçir. Qeyri ixtisas fənnimiz olmasına baxmayaraq hər dəfə 20, 25, 30 səhifə dərsləri verir ki, gedin əzbərləyin və gəlib danışın. Tələbələrin balını da layiq olduğundan aşağı yazır.

Çox xaiş edirəm müəlliməmizin dəyişməsində bizə köməklik edəsiniz. İmtahanlara çox az qalıb və ballarımız hədsiz dərəcədə aşağıdır”.
ADAU tələbəsi öz müəllimini İFŞA ETDİ - "Nə düzgün qiymətləndirmə edir..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nəriman İbayevi Zabrat məscidinin axundu təyin etməklə Zabrat camaatına arxadan xəncər vurublar - Mübariz Məsimoğlu


Tanınmış şair, Hüquqşünas Mübariz Məsimoğlu yeni təsis etdiyi Dorduncudalga.az xəbər saytında uzün illərdi yaşadığı Sabunçu rayon Zabrat qəsəbəsinə Qafqaz müsəlmanlar idarəsi tərəfindən yeni təyin olunan axund Nəriman İbayevi tənqid edib. O, bu təyinatı Zabratlılara arxadan vurulan xəncər kimi qiymətləndirib.

"Azərbaycan Reallığı" Mübariz Məsimoğlunun sözügedən yazsın təqdim edir:

"Bakının 32 kəndi haqqında yazılan bir meyxanada Zabratın aman yeri olması xüsusilə vurğulanır. Bu qəsəbənin yerli sakinləri, həqiqətən də, aman əhlidilər. Xüsusilə də, burada yaşamağa gələn imkansız insanlara qarşı. 60 illik ömrümün son 40 ili bu qəsəbədə keçib. Həyat yoldaşım bu kənddəndir. Övladlarım bu kənddə böyüyüb boya-başa çatıblar.
Nəriman İbayevi Zabrat məscidinin axundu təyin etməklə Zabrat camaatına arxadan xəncər vurublar - Mübariz Məsimoğlu

Mübariz Məsimoğlu

Tam səmimi şəkildə deyirəm ki, Zabrat camaatında olan qürur hissini mən başqa regionlarımızda görməmişəm. Lap acından ölsələr də belə nəinçi özgəyə, heç doğma adamlarına belə əl açmazlar. Bu cammaat heç öz dərdi - sərini həll etmək üçün hökumətə belə narahatedici təkliflər verməzlər. Bu səbəbdən mərkəzi hakimiyyətin bir addımlığında yerləşməsinə baxmayaraq ən ucqar dağ kəndindən belə yolları-izləri darmadağındı, küçələri 30 ildir ki, təmirdən uzaq saxlanılır. Dərəli -təpəli yollarına adda-budda daşlar döşənib. Adamlar yağış yağanda bu daşların üstü ilə tullana-tullana yeriyirlər...

Dünən Tovuzdan Zabrata qayıdanda qəribə bir xəbər aldım. Zabrat məscidinin axundunu dəyişdirilməsi xəbərini. Aldığım məlumata görə Zabratın axundunu dəyişib onun yerinə Nəriman İbayev adlı birisini təyin ediblər. Onu da qeyd edim ki, Zabratın axundu titulunu Hacı Eyvaza kənd camaatı özü verib. Uzun illərdir ki, o bu titulu ləyaqətlə ləyaqətə mindirir.
Nəriman İbayevi Zabrat məscidinin axundu təyin etməklə Zabrat camaatına arxadan xəncər vurublar - Mübariz Məsimoğlu

Nəriman İbayev

Zabratın ən təmiz ailəsində doğulub yetişmiş din və dövlət ərkanına sahib olan bir insandır. İndi onun yerinə Nərman İbayev adlı birisini təyin ediblər. Mən bilmirəm bu təyinat hökumət məmurları tərəfindən irəli sürülüb, yoxsa Qafqaz Müsəlmanları idarəsi tərəfindən. Yoxsa ikisinin birgə təsəbbüsü ilə həyata keçirilib.Hər üç halın üçü də yalnışdır.

Əvvala, bu Nəriman İbayevin kimliyi barədə İnternet məkanında çox neqativ məlumatlar yayılıb. Məlum olan budur ki, özü İmişlidəndir. Hansı yollası Tovuzda bir məcidə axund təyin edilib. Axundu olduğu məscidi çox bərbad vəziyyətə salıb. Əhaliilə dil tapa bilməyib oradan uzaqlaşdırılıb. İndi Zabrat məscidinə göydən zənbillə endirilib. Zabrat məscidi, məhz, hacı Eyvazın nüfuzu və təşkilatçılıq qabiliyyəti əsasında təzədən təmir olunub gül kimi bir vəziyyətə salınıb.
Nəriman İbayevi Zabrat məscidinin axundu təyin etməklə Zabrat camaatına arxadan xəncər vurublar - Mübariz Məsimoğlu

Nizamı, intizamı var.Kənd camaatının rahat şəkildə dini rituallarını həm fiziki, həm də mənəvi baxımdan həyata keçirən bir müqəddəs yerə dönüb artıq bu məscid. İndi bu məscidə Nəriman İbayevi axun təyin etməklə Zabrat camaatına arxadan xəncər vurublar. Yuxarıda qeyd etdiyim kimi Zabrat aman əhlidir,amma ta bu qədər də yox. Özlərinin yığışdığı bir müqəddəs məkanı hansısa İbayevə güzəşt edtmək artıq bu böyük ürəkli insanlar üçün qırmızı xətt olacaq məncə.

Hələlik bu qədər.

Mövzunu diqqətdə saxlayacağıq.

AZƏRBAYCANREALLIĞI.COM

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO