[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda məktəbli niyə öldürülüb? - Qətlin təfərrüatı


Bu ilin 26 iyul tarixində Xətai rayonu, Ağ Şəhər ərazisində yerləşən “Nizami” parkının ərazisində 2007-ci il təvəllüdlü Sərxan Məmmədovu döyərək öldürən 2006-cı il təvəllüdlü Nicat Adilova (şərti) hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanışını döyərək öldürən 16 yaşlı Nicata 9 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, bu ilin may ayında Nicatın atası vəfat edib. O, dostları və tanışları arasında özünə “Ömər” ləqəbi götürüb və hamıdan onu bu adla çağırmasını tələb edib.

Hadisə baş verən gün isə Nicat Ağ Şəhərdəki parkda təxminən 2 ay əvvəl tanış olduğu və orta məktəbin 9-cu sinfində oxuyan Sərxanla görüşüb. Həmin vaxt orada onların digər 4 dostu da olub. Nicat Sərxana səbəbsiz yerə şillə vurub. Sərxan isə buna etiraz etdikdə Nicat onun boynunu özünə sıxaraq yumruqla başına bir neçə dəfə ağır zərbələr vurub. Nəticədə 15 yaşlı oğlan huşsuz vəziyyətə düşüb. Parkdakı yeniyetmələr onu tez bulağın yanına apararaq üzünə su vurublar, lakin qısa vaxt sonra Sərxan vəfat edib.

Məhkəmə prosesi dekabrın 5-də başa çatıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aİ Rusiyaya dronların tədarükünə ixrac məhdudiyyəti QOYACAQ


Avropa Komissiyası Rusiya Federasiyasına qarşı 200-ə yaxın şəxs və 3 bankın daxil olduğu doqquzuncu sanksiyalar paketini təqdim edib.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyn bildirib.

O, daha 4 Rusiya telekanalının yayımını qadağan etməyi təklif edir.

Aİ Rusiyaya dronların tədarükünə ixrac məhdudiyyətləri tətbiq etmək niyyətindədir. - von der Leyen bildirib.

Avropa Komissiyası doqquzuncu sanksiyalar paketi çərçivəsində Ümumrusiya Regional İnkişaf Bankının bütün əməliyyatlarını bloklamağı təklif edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski "İlin adamı" SEÇİLDİ


ABŞ-ın "Time" jurnalı "2022-ci ilin adamı"nı seçib.

Bu şəxs Ukrayna Prezidenti Volodimir Zelenski olub.

Bununla yanaşı, nəşr Zelenskini "Ukraynanın ruhu" elan edib.

Qeyd edək ki, Britaniyanın "Financial Times" qəzeti də bir neçə gün əvvəl Zelenskini "İlin adamı" seçmişd
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bacısı da Xamneyiyə qarşı çıxdı - “Günahsız insanları öldürür”


İranda mövcud hakimiyyətə qarşı olan etirazlar hər gün daha da şiddətlənir.

Etirazlara qoşulanlardan biri də, İranın ali dini lideri Əli Xamneyinin bacısı Bədri Hüseyni Xamneyidir.

O, bu barədə oğlunun tviter hesabındakı açıq məktubla çıxış edib.

Xamneyinin bacısı İran İslam Respublikası rejiminin cinayətlərinə görə kədərlənən bütün analara başsağlığı verib və eyni zamanda SEPAH-ı İrandakı etirazçılara qoşulmağa, silahı yerə qoymağa çağırıb.

Açıq məktubda o, Xomeyni rejiminin iranlılara əzab və zülmdən başqa heç nə gətirmədiyini qeyd edib:

“Heç kəsə qulaq asmır və etirazları yatırmaq və günahsız insanları öldürmək yolunu tutur. Əli Xamneyi muzdluları, gec olmadan mümkün qədər tez silahlarınızı yerə qoyun və xalqa qoşulun”.

Göründüyü kimi, Xamneyinin bacısının müraciəti də onu göstəririr ki, İranda vəziyyət həqiqətən də gərgindir və artıq dövlətin elitası bu prosesin acı nəticələrə gətirib çıxaracağını düşünür və bir çoxları buna əmindir.

Məhz Xamneyinin bacısının belə müraciət etməsi həm də, onu təsdiq edir ki, İran hakimiyyətində bir çoxları artıq xilas haqqında düşünməyə başlayıb və özlərini sığortalayırlar.

Əli Xamneyi isə xaqla barışmayaraq, nümayişlərdə iştirak edənlərin cəzalandırılmasını tələb edir. O, bu barədə ötən günlərdə İsfahan şəhərində xalqa müraciəti zamanı deyib.

Qeyd edək ki, İrandakı qiyamlar artıq üçüncü ayına qədəm qoyur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı oliqarxlar Yeni ilə bu OTELLƏRDƏ girəcək - ŞOK qiymətlər – Video


Yeni il bayramı ilə əlaqədar həm yerli, həm də əcnəbi turistlərin istirahətini gözəl dəyərləndirməsi üçün turizm sektorunda da xüsusi hazırlıqlar görülür. Təsadüfi deyil ki, Yeni ili Azərbaycanda keçirmək istəyənlər daha çox paytaxtda və digər bölgələrimizdəki otellərə üz tuturlar. Sizə də faydalı olacağını düşünərək, Müsavat TV olaraq bu il Bakıda və digər rayonlarda fəaliyyət göstərən bir neçə hotelin qiymətlərini araşdırdıq. Qeyd edək ki, qiymətlər səhər yeməyi, otağın standart və ya lüks olması və şou proqramlardan asılı olaraq dəyişir. Telefon danışıqları zamanı bu il Yeni il şənliyi təşkil edilən otellərin bir çoxunda yerlərin daha öncədən bron edildiyi deyildi. İlk olaraq paytaxtın ən məşhur otellərindən biri Four seasons otellə əlaq saxladıq. Otelin iki nəfər üçün bir bir gecə üçün qiymətləri isə dodaq uçuqlatdı.
Əlaqə saxladığımız digər otel isə Hilton Baku oldu. Burda qiymətlər otaqların standart və ya lüks olması və eyvan mənzərəsinə görə dəyişir.

Regionlarda qiymətlər paytaxta nisbətən daha yüksəkdir. Buna səbəb Bakıda qonaqlama yerlərinin daha çox olması, həm də bayram günlərində vətəndaşların kütləvi şəkildə rayonlara axın etməsi ilə əlaqədardır. Hətta bölgələrdəki otellərdə gecələmə minimum 2 və ya 3 gecədən başlayır.

İndi isə ayrı-ayrı hotellərdəki bayram qiymətləri ilə tanış olaq.

Four Seasons Hotel Baku - 1 gecəsi 1164.90 manatdır. Bura bayram yeməyi daxil olsa da, şou proqram daxil deyil.
Hilton Baku Hotel - standard otağın bir gecəsi 489 manat təşkil edir.

Delux otaq 558 manat təşkil edir. Bura yalnız səhər yeməyi daxildir.

Junior Suitedə bir gecəlik qiymət isə 692 manatdır. Bura da səhər yeməyi daxil osa da, şou proqram aid edilmir.
Qafqaz Resort Hotel - minimum 2 gecə koteclər 1466 AZN, otaq qiyməti 1285 AZN,. Səhər yeməyi və şou proqram qiymətə daxildir.

Şahdağ Mountain Resort - minimum 3 gece qidalanma və şou proqram daxil 1710 AZN

Şamaxı palace - minimum 2 gecə qidalanma və şou proqram daxil 1400 AZN

Telefon danışıqlarından sonra otellərin bayram günü üçün od tutub yanan qiymətləri bizi qışın şaxtasından daha çox üşütdü. Deməli hər il olduğu kimi, bu il də qışın dondurucu soyuğunda əl yandıran qiymətlərlə isinməli olacağıq. Tək təsəllimiz odur ki, əsas ürəyimiz isti olsun.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lüks həyat, bahalı maşınlar, ayda 16 min maaş... - Bakıda “Crowd-1” dələduzluğu


Sosial şəbəkələrdə maliyyə piramidası yaradaraq vətəndaşların külli miqdarda pullarını ələ keçirən dələduz dəstənin əməlləri ilə bağlı bir sıra məqamlar üzə çıxıb.

“Qafqazinfo” həmin dəstənin insanları necə aldatmasına dair bir sıra detallar əldə edib. Araşdırma zamanı məlum olub ki, Bakı sakini Habil Bədəlov tanışları Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva ilə birlikdə özlərini mərkəzi ofisi Dubayda yerləşən “Crowd1” şirkətinin Azərbaycandakı nümayəndələri kimi təqdim ediblər. Onlar qabaqcadan hər şeyi planlı şəkildə qurub. Öz aralarında vəzifə bölgüsünü apardıqdan sonra instaqramda səhifə açıb insanları şirkətə pul yatırmağa və tezliklə varlanacaqlarına inandırıblar. Bunun üçün bahalı geyimlər, mobil telefonlar, notbuk və aksesuarlardan, maşınlardan istifadə ediblər. Ofis icarəyə götürüblər. Bu isə onların guya dəbdəbəli həyat sürdüklərinə dair görüntü yaratmaq üçün olub. Onlar elan paylaşarkən, “ildə 16 dəfə maaş almaq istəyənlər ofisə yaxınlaşsın, heç nə satmaq yox, evdən işlə, gündəlik pul qazan, yüksək aylıq maaş, itirmək yox, daim qazanmaq, mal almaq və satmaq yox” kimi paylaşımlardan istifadə edirmişlər.

Dəstə vətəndaşları inandırıb ki, qısa müddətdə bu şirkətə qoşulanlar da eyni həyatı yaşayacaqlar. Habil Bədəlov və tanışları deyirmiş ki, onlara pul verəcəkləri təqdirdə heç bir aktiv fəaliyyət göstərmədən gəlir əldə edəcəklər. Yəni şirkətə yatırım etdikdən sonra 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi yatırım edən şəxslər arasında bölünəcək. Özlərindən sonra sistemə iki nəfər də qoşduqları təqdirdə daha çox gəlir əldə edəcəklər.

Dəstənin əməlləri bununla da kifayətlənməyib. Onlar vətəndaşlara həm də kriptovalyuta satdıqlarını, həmin “coin”lərin qısa müddətdə bahalaşacağına inandırıblar.

Habil və dəstəsi zərəçəkmişlərdən 51.640 manat pul alıblar.
Lüks həyat, bahalı maşınlar, ayda 16 min maaş... - Bakıda “Crowd-1” dələduzluğu

Sonda isə məlum olub ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil.

Qeyd edək ki, dəstə başçısı Habil Bədəlov 24 il hərbçi işləyib. O, 1990-2014-cü illərdə gizir kimi orduda xidmət edib. O, zərərçəkmişlərə yazırmış ki, “mən 23 il hərbidə xidmət eləmişəm və bu gün pensiyam 800 manatdır. Amma 11 aydır ki, “Crowd1”də xidmət edirəm, bu şirkətdən aldığım maaş 16 000 manatdır”.

Zərərçəkmişlərdən biri ifadəsində deyib ki, ona bahalı avtomobili göstərərək bildiriblər ki, qoyduğu pullarla o da lüks maşın alacaq: “Mən də həvəslənib pulu verdim. Restoranda ofisiant işləyirdim. Atama avtomobilini satdırdım. Dedilər narahat olma, qoyduğun pullara görə qazanacaqsan. 8500 manat pul verdim. Dedilər ki, qazanmaq üçün vaxt tələb olunur. Ona görə də inanıb gözlədim”.

Digər zərərçəkmişə isə deyilib ki, 10 min dollar verəcəyi təqdirdə 60 min qazanacaq: “Hissə-hissə olmaqla 142 min dollar verdim. Mənə 55 min dollar gəlir adı ilə verdilər. Mənə hesabında 600 min avro pulu olduğunu göstərdi, inandırdı. Bir müddət sonra pul verməməyə başladılar, sistemdə problem olduğunu bildirdilər”.

Daha bir zərərçəkən isə bunları bildirib: “Mənə dedilər ki, “Bitcoin” yarananda heç kim inanmamışdı, lakin indi “bitcoin” ən bahalı kriptovalyutadır. “Bitcoin” alanlar bu gün milyonçudurlar. Özləri “Gelandewagen”də, “Range Rover”də gəlirdilər. Hər kəsin belə imkanlı ola biləcəyini deyirdilər”.
Lüks həyat, bahalı maşınlar, ayda 16 min maaş... - Bakıda “Crowd-1” dələduzluğu

Qeyd edək ki, maliyyə fırıldqçıları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər 5 nəfər istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Bədəlov, Yasin Əmirli, Səbahir Fərzəliyev, Əlövsət Mazandarov 1 il 6 ay, Amin Hüseynov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda nələr olacaq? - “Rəhbər Vasif olsun, Ağasif olsun, kim olursa olsun...”


Naxçıvanda korrupsiya və rüşvətxorluğa qarşı başladılan proses çox ciddi şəkildə ictimai dəstək aldı.

Eyni zamanda, prosesin gedişatı Naxçıvanla bağlı ciddi problemlərin olduğunu üzə çıxardı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov və qohumları ilə bağlı da bir sıra ciddi iddialar səslənir. Xüsusilə də Vasif Talıbovun İranla dövlətdənkənar əməkdaşlığı, Naxçıvanın strateji əhəmiyyətli obyektlərinin İrana icarəyə verilməsi, İraqda neftayırma zavodu üçün 3 milyard vəsait xərclənməsi kimi iddialar ilk olaraq Azərbaycanın dövlət maraqlarına və təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Əgər bu iddialar sübuta yetirilərsə, sonrakı prosesin gedişatının tamamilə dəyişəcəyi gözlənilir.

DİA.AZ bildirir ki, Naxçıvanda başladılan proseslə bağlı Cebhe.info-ya danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bu məsələyə bir neçə aspektdən yanaşmağın vacibliyini vurğulayıb.

Partiya sədri qeyd edib ki, Naxçıvanda baş verən prosesləri bir az kiçildir və başqa cür təqdim etməyə çalışırlar:

“Məsələni belə qoyurlar ki, söhbət Naxçıvanın muxtariyyətinin ləğv olunmasından və ya kiminsə orada hakimiyyətinin dəyişdirilməsindən gedir. Əslində isə məsələ bu deyil. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Orada korrupsiyaya qarşı böyük mübarizə getməlidir və gedir. Çünki ilk mərhələ onu göstərdi ki, Naxçıvanda idarəetmə orqanları da, onlara nəzarət edən Naxçıvanın yerli qurumları da işinin öhdəsindən gəlməyib. Ona görə də orada qurumları yoxlayırlar və böyük problemlər ortaya çıxır. Məsələnin bir tərəfidir ki, Naxçıvanda korrupsiyaya qarşı mübarizə aparılması və idarəçiliyin birmənalı şəkildə Azərbaycanın mərkəzi hakimiyyətinə tabeçiliyi, idarəetməni təmin etmək çox böyük bir zərurətdir.

Başqa məsələdir ki, yoxlamalar nəticəsində kim cinayət törədibsə və onlarla əlaqəsi varsa, hamısı ən ağır formada cəzalandırılmalıdır. Statusundan asılı olmayaraq, heç kimə güzəşt ola bilməz”.

F.Quliyev bildirib ki, artıq Zəngəzur dəhlizi işə düşmək üzrədir və burada çox həssas bir idarəetmə, vətənçi, millətçi bir kəsim olmalıdır:

“Ora əngəl törədən bir yerə yox, daha çox motivasiya verən bir yerə çevrilməlidir. Çünki Azərbaycanın bu bölgəsi Zəngəzur dəhlizində kilid nöqtələrdən biri olacaq. Digər tərəfdən isə bu ərazidə İran kimi pozucu bir dövlət var. PKK sızıntılarının bu bölgəyə müdaxilə etmək imkanı olan sızıntıları mövcuddur. Ona görə də burada ciddi şəkildə kontrol prosesi getməlidir. Bəzən mətbuatdan oxuyuram ki, Naxçıvanın özünün təhlükəsizliyi ilə bağlı narahatlıq yaranır, çünki Qars və Moskva müqavilələri ilə muxtariyyət müəyyənləşib. Bu, yanlış yanaşmadır.

Müqavilələrdə Naxçıvanın üçüncü bir dövlətin proktrakantına düşməsindən söhbət gedir ki, Qars və Moskva müqavilələrində bu da öz əksini tapır. Naxçıvanın hansı formada idarə olunmasının bu məsələyə aidiyyəti yoxdur. İki bəndlə bu məsələni tənzimləmək mümkündür. Məsələn, referendumda belə bir bənd qoyulur ki, Naxçıvan Muxtar Respublikası bundan sonra Naxçıvan İqtisadi Zonası adlanır. İkinci bənd isə Naxçıvan İqtisadi Zonasının idarə olunması iqtisadi zonaların idarə olunması təlimatına əsaslanır. Bununla da məsələ bitir və nə Qars, nə də Moskva müqaviləsinə xələl gəlir”.

Fərəc Quliyev əlavə edib ki, Naxçıvanla bağlı səslənən iddialar təsdiqini taparsa, bu, Azərbaycanın strateji məsələlərinə zərbədir:

“İranla müştərək nələrinsə olması - hətta söhbətlər var ki, İraqda da 3 milyard yatırım edilərək neftayırma zovudu tikilib - bunlar təkcə iqtisadi və ya oğurluq məsələsi deyil. Bu, həm də Azərbaycanın strateji məsələlərinə zərbədir. Əgər bu iddialar təsdiqini taparsa, Azərbaycan və Türkiyənin narahatlığı üzə çıxır. Üstəlik də 30 milyarda qədər vəsaitin talanmasından söhbət gedir. Bu da həllini tapmalıdır. Ona görə də buna qlobal məsələ kimi baxmaq lazımdır. Naxçıvanda rəhbər Vasif olsun, Ağasif olsun, kim olur olsun, hamı qanun qarşısında bərabərdir. Yoxlanan qurumlarda ağır cinayətlər aşkarlanırsa, baş verənlərə görə həmin qurumları idarə edənlər və rəhbərlik edənlər cavab verməlidir. Eyni zamanda, islahatlar da getməlidir. Naxçıvanda şişirdilmiş idarəetmə sistemi var. Naxçıvan Ali Məclisi nəyə lazmdır? Onun heç bir mənası yoxdur. Əgər Naxçıvan iqtisadi zonaya çevrilərsə, bunlara ehtiyac qalmayacaq.

Orada Nazirlər Kabinetinə ehtiyac yoxdur, indiyə qədər də yox idi. Orada nazirliklərə heç bir ehtiyac yoxdur. Şəki necə Bakıdan idarə olunursa, Ordubad da o cür idarə olunmalıdır. Ora çox sağlam kadrlar göndərilməlidir. Necə ki, işğaldan azad olunan ərazilər üçün proqram hazırlandı, Naxçıvan üçün də belə bir proqram olmalıdır ki, əhali geri qayıtsın. Ona görə də kompleks yanaşmanın tərəfdarıyam. Sadaladığım bütün məsələlər də bir-biri ilə bağlıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cənab Əmrullayev... 4 məktəbdə şagirdlər DONUR!!! - NARAZILIQ VAR!


Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 4 məktəbin şagirdləri soyuqdan donur.

DİA.AZ bildirir ki, sakinlərin Bakupost.az -a verdiyi məlumata görə, Ağdam şəhər 38, Ağdam şəhər 39, Füzuli şəhər 45 və Şuşa şəhər 7 nömrəli məktəbin şagirdləri qış düşəndən bəri istilik üzünə həsrət qalıblar.

Valideynlər bildirirlər ki, noyabrın 15-dən bəri məktəblərdə istilik sistemlər işlədilmir. Bu səbəbdən valideynlərin çoxu uşaqlarını məktəbə göndərmir. Hər sinifdən 2-3 şagirdə dərsə gəlir. Onlar da 2 dərsdən sonra müəllimlər tərəfindən evə göndərilir. Çünki müəllimlər özləri də soyuq sinif otaqlarında otura bilmirlər.

Qeyd olunur ki, problemdən Təhsil Nazirliyinin də məlumatı var, lakin məktəbə istilik verilməsi ilə bağlı heç bir addım atılmır.

Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, şəhərcikdə yalnız bir qazanxana mövcuddur. Bu qazanxana həm şəhərcikdəki binaların, həm də məktəblərin istilik təminatını həyata keçirir. Lakin iki dövlət qurumu - “Azəristiliktəchizat” “Qaçqınkom” arasında həll edilməyən problemə görə qazanxana işlədilmir. Belə ki, "Azəristiliktəchizat" “Qaçqınkom”un borcuna görə qazanxananı işlətmir. Bununsa cəzasını əksəriyyətini azyaşlı uşaqların təşkil etdiyi şagirdlər çəkir.

Problemin həllinə isə heç kim yaxın durmur; nə Təhsil Nazirliyi, nə “Qaçqınkom”, nə də “Azəristiliktəchizat”.

Nəzərə alsaq ki, qarşıdan daha kəskin soyuqlar gəlir, o zaman bu gedişlə 4 məktəbdə təhsilin tamamilə dayana biləcəyini deyə bilərik. Çox təəssüf ki, bütün bunlar işğaldan yeni azad olunmuş və hələ istilik təchizatları tam hazır olmayan rayonlarımızda yox, həmin rayonların Bakının mərkəzində yerləşən məktəblərində baş verir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Samir Şərifov son BÜDCƏ HESABATINI VERİR... - Elman Rüstəmovdan qabaq getməli idi...


Maliyyə naziri Samir Şərifov və onun yaxın çevrəsi ilə bağlı yetrəincə ifşaedici faktlar açıqlansa da, nədənsə əlaqədar qurumlar bütün bu iddiaları bilmərrə şəkildə rədd edir, ən yaxşı halda isə barəsində susur...

Təbii ki, bütün bu baş verənlər də Samir Şərifov barəsində olan qənaətləri möhkəmləndirir. Söhbət Azərbaycan Beynəlxalq Bankı və digər bu kimi böhranlı durumlardan yaxasını kənarda tuta bilməsi səbəbindən "ölümsüzlük" statusu alan Samir Şərifovun toxunulmazlığından gedir.

DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə olduqca ilginc məqamlara toxunub.

Mənbə bildirir: "Əslində Samir Şərifov MB sədri olmuş Elman rüstəmovdan qabaq getməli idi. Amma bu baş vermədi. Ona görə yox ki Şərifov ƏVƏZOLUNMAZDIR... Ona görə ki, həqiqətən də ona əvəz tapılmayıb".

Mənbə dia.az-a bildirir ki, bu gün Samir Şərifov özünü "yuxarılara" "vazkeçilməz kadr" kimi sırıya bilib: "İndi də bu imajın üstündə baş maliyyəçimiz kifayət qədər manevrlər etməkdədir..."

Əlvə bilgilərimiz olacaq. Bizi izləyin...

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu şəxslərə ev veriləcək - SƏRƏNCAM


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirəcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməli idi.

Eyni zamanda sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2022-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri də mənzil və ya fərdi evlə təmin ediləcək. Əvvəl bu müddət 2020-ci ilə qədər nəzərdə tutulmuşdu.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO