[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan necə talan edilib? - VİDEO

Naxçıvanda baş verən milyonluq yeyinti faktları bir neçə gündür ölkə gündəmini zəbt edib.

Muxtar Respublikanın əvvəlcə Gömrük Komitəsinin şöbə rəisi, ardınca isə maliyyə naziri saxlanılıb.

Birinci şəxs 132 milyon, ikinci şəxs isə 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Qeyd edək ki, öz gəliri təxminən 180 milyon manat olan Naxçıvana hər il əlavə 500 milyon manat dotasiya ayrılır.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Semaşko”da “infeksion dərəbəylik” – Tibbi heyət baş həkimin fəaliyyətindən niyə narazıdır?


1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) tibbi heyət bir sıra problemlərlər üz-üzədir. Bu barədə daxil olan məlumatda deyilir ki, xəstəxananın işçiləri baş həkim Könül Ələkbərovun fəaliyyətindən narazıdırlar.

Adlarının çəkilməsini istəməyən tibb işçiləri bildirir ki, Könül Ələkbərov baş həkim təyin olunandan sonra tibbi xidmətin səviyyəsi aşağı düşüb.
Tibb işçiləri bir maraqlı məqama da diqqət çəkib. Onlar bildirib ki, 6 fevral 2017-ci il tarixdə KlinikiTibbi Mərkəzin infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi haqqında Bakı Şəhər Baş Səhiyyə İdarəsi əmr imzalayıb.

Bu birləşmə “Semaşko”nun o zamanki baş həkimi Ədalət Dadaşovun təklifi əsasında həyata keçirilib. Baş həkimin bununla bağlı Səhiyyə Nazirliyinə etdiyi müraciətdə qeyd olunub ki, infeksion xəstəliklər şöbələri tibbi personal yerlərində qalmaq şərti ilə bir şöbə ətrafında birləşdirilsin. Həmin vaxtdan Nazirlər Kabinetinin də göstərişi var ki, infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi heç bir sanitariya-epidemioloji qaydalara uyğun deyil.

Çünki hava-damcı, mədə-bağırsaq və xüsusi təhlükəli infeksion şöbələri müxtəlif profilli şöbələrdir. Buna baxmayaraq, adları çəkilən şöbələr bir şöbədə birləşdirilib. Sonradan bəlli olub ki, Səhiyyə Nazirliyinin belə bir təklifi yoxdur. Çünki bu addım sanitar-epidemioloji qaydalara və normativlərə ziddir. Bunun nəticəsidir ki, infeksiya şöbəsindəki durum ürəkağrıdıcıdır.
Ölkədə infeksion xəstəliklərin tüğyan etdiyi bir zamanda isə 1 saylı Klinik Tibbi Mərkəzin baş həkimi Könül Ələkbərov bu məsələyə göz yumur. İnfeksion xəstələrin qəbulu isə terapiya və cərrahi qəbul şöbələri kimi fəaliyyət göstərən ACİL şöbəsində aparılır. Təsəvvür edin ki, bu zaman hava-damcı, xüsusi təhlükəli, mədə-bagırsaq və virus hepatitli xəstələr dediyimiz şöbədə terapevtik və cərrahi xəstələrlə kontaktda olur. Bu isə infeksiyaların, o cümlədən xəstəxanadaxili infeksiyaların artmasına gətirib çıxarır.
Bununla yanaşı hal-hazırda xəstəxanada infeksion reanimasiya şöbəsi fəaliyyət göstərmir.
Botulizm diaqnozlu xəstələri isə Toksikoloqiya şöbəsində müalicə edirlər. Bununla bağlı tibb heyyətin baş həkim Könül Ələkbərova ünvanladığı müraciətlərin cavabı isə eynidir: “Nə fərqi var ki, hər iki xəstəlikdə zəhərlənmə olur”.
1 saylı KlinikTibbi Mərkəzində hökm sürən digər qanunsuzluqlar və neqativ hallar barədə növbəti yazıda məlumat verəcəyik. //Reportyor.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəraybəylinin qara mühasibatlığı və ya dövlətdən oğurlanan milyonlar... - BU NƏDİ BELƏ?


Azərbaycan Tibb Universiteti ( ATU ) ölkəmizin səhiyyə sisteminə, insanlarımızın sağlamlıq məsələsinə məsul olan mühüm dövlət qurumudur.

Amma təəssüf ki, son on illərdə ATU-da baş verən neqativ hallar bu təhsil ocağı ilə bağlı ümidverici nəsə deməyə imkan vermir. İlk öncə onu qeyd edək ki, bizim kiməsə qarşı şəxsi qərəzimiz, yaxud xoş olmayam niyyətimiz yoxdur. Məsələn, vaxtilə ATU-nun rektoru olmuş, sonradan Milli Məclisin sədri, hətta az müddət prezident səlahiyyətlərini müvəqqəti icra etmiş Yaqub Məmmədov haqqında nələr deyilmirdi... Bizim hörmətli Yaqub müəllimlə uzaqdan, yaxından heç bir münasibətimiz, əlaqəmiz yoxdur. Amma 90-cı illərdə bu adamın cəmiyyətdə bir ayaması var idi: Dollar Yaqub...

Təsəvvür edirsiniz, xalqın sağlamlığının keşiyində durmalı olan şəxs, dollar “kliçkası” daşıyır... Sonrakı illərdə nələr baş verdi...?
Bəzi rüşvətxor, korrupsioner kimi tanıdığımız şəxslər Azərbaycanda səhiyyə naziri oldu. Bu gün Azərbaycan səhiyyəsinin belə bir halda olmasının səbəbkarlarından birincisi elə həmin məmurların özləridir. Bəli, o zamanki Səhiyyə nazirlərinin qaçqınlara Avropadan göndərilən humanitar yardım dərmanlarını apteklərdə baha qiymətə satdırması, xəstəxanaların ərazisini tikinti şirkətlərinə verməsi, milyonlar qazanmasl heç kimə sirr deyildir.

Sözün qısası, səhiyyəmizin bu günə düşməsinin baiskarlarından biri olan həmin nazir bu gün də yalandan basıb-bağlamaqla məşğuldur. İndi özünüz düşünün, bu adam hansı irəlliləyişdən danışa bilər. Amma... Əmması odur ki, biz onu nə qədər tənqid eləsək də, həmin şəxsin məhkəmədə dediyi bir sözə fikir verək: Azərbaycanda 20 bal toplayan məzun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin imzası və möhürü ilə ATU-nun tələbəsi olurdu.
Təsəvvür edirsiniz, 20 bal 2-dən yox ee, 0-dan da aşağı bal deməkdir.
Görəsən, belə savadsızları kimlər ATU-ya qəbul etdirib..?
Biz həmin vaxtı nazir olan şəxsin restoranda “gələcək həkimlər”dən diskoteka təşkil etməsini, stolun üzərinə çıxarıb kimləri oynatmasını demirik...
Biz ATU-nun sabiq rektorlarının universiteti bazara çevirməsindən danışmaq istəmirik. Biz Oqtay Şirəliyevin də Azərbaycan səhiyyəsinin başına yekə bir daşı salmasından danışmaq istəmirik. Bunlar hamısı keçmişdə qalıb...
Biz bu gündən danışmaq istəyirik. Bu gün ATU-ya rəhbərlik edən Gəray Gəraybəylinin əməllərindən...
Gəlin, onun kimliyinə qısa nəzər salaq. Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi, 1992-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, assistent, dosent, kafedra müdiri vəzifəsində çalışıb. 2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudur. Amma hörmətli Gəray müəllimin yaşı o dövrün müharibə illərinı düşsə də nə əsgəri xidmətdə olduğu haqda məlumat var, nə də müharibə iştirakçısı olmağı haqda. Bu başqa bir yazının mövzusudur.
Gəraybəyli Gəray Çingiz oğlu 2016-cı ildən Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib. Azərbaycan SSR Xalq Artisti, aktyor Ağasadıq Gəraybəylinin nəvəsidir. Gəray Gəraybəyli öz müsahibələrinin birində deyir ki, Azərbaycanda əhali arasında daha çox depressiya kimi psixi xəstəliklər müşahidə edilir.
Görəsən, cənab rektor niyə demir ki, bu psixi xəstəliklərin səbəbi nədir..?
Biz deyərik. Cənab Gəraybəyli, dediyin psixi xəstəliklərin, depressiyanın səbəbi sənin kimi məmur-alimlərdir...
Bəli, Gəraybəyli ATU-nu sanki şəxsi şirkəti kimi işlədir, imtahanlar biznesə çevrilib. Sonra da deyirk ki, ölkədə savadlı həkim yoxdur. Bu biz medianın fantaziyası-zadı deyil ee...
Buyurun Hesablama Palatasının ATU-da apardığı yoxlamanın materialları ilə tanış olun. Bəli, rektor Gəray Gəraybəylinin bacısının həyat yoldaşı Elçin Əlizadə ATU-da yüz minlərlə pulu təmir adı ilə silir… ATU-da bütün maliyyə sənədləri ancaq və ancaq qara mühasibatlıq üzərində qurulub. Bu təhsil ocağının kollektivi öz rektorlarından nələr yazmırlar. Adam dəhşətə gəlir.
Deyirlər ki, bu adam rektor təyin olunan kimi dostlarını, yaxın adamlarını başına yığıb “rüşvət və korrupsiya” şəbəkəsi yaradıb. Baş mühasibi işdən çıxarıb, öz dostunu onun yerinə təyin edib. Universitetin təsərrüfat və təchizat işlərinə baxan şəxs rektorun bacısının həyat yoldaşı Elçin Əlizadədir. Yəqin ATU-nun korpuslarını görənlər bilir ki, neçə ildir o binaların divarlarını qaşımaq, malalamaq, rəngləmək bitmək bilmir…
Bütün bunlar hamısı yüz minlərlə dövlət vəsaitinin silinməsi, daha doğrusu, mənimsənilməsidir… Ən dəhşətlisi odur ki, rektor səriştəli şəxsləri çıxarıb heç bir təcrübəsi olmayan dostlarını vəzifəyə təyin edir. Ən maraqlısı odur ki, rektor tədris klinikalarının hamısını öz yaxınlarına tapşırıb. Məlumat üçün qeyd edək ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd, yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezidentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib. Yəni bütün şəraiti dövlət yaradıb. Bu klinikalarda təkcə həkim məsləhətinə görə dövlət xəzinəsinə 50 manat ödənilir.
Amma vətəndaşlara verilən qəbzlər isə sadəcə printerdən çıxıb. Kassada çalışanların heç biri rəsmi ştatda oturmayıb, hamısı maaşı qeyri-rəsmi alır. Hətta xəstələrin köçürdüyü xeyli miqdarda pullar da saxta qəbzlərlə verilir və milyonlarla pul dövlət büdcəsindən yayındırılır. ATU-nun tabeçiliyində olan Onkoloji klinika da büdcədən maliyyələşdiyi halda, burada göstərilən tibbi xidmət, müayinə və müalicə prosedurları pul alınmadan həyata keçirilmir. Hətta ölümə məhkum olunmuş onkoloji xəstələrin mütəmadi qəbul etdiyi kimyəvi-terapiya tədbirləri də 500-600 AZN-ə başa gəlir.
Yazının girişində Hesablama Palatasının adını əbəs yerə çəkmədik. Hesablama Palatasının ATU-da apardığı yoxlamadan bəlli olur ki, xəzinəyə pul ödəyərkən, dövlət tərəfindən təsdiq olunmuş, nömrəli ciddi hesabat blankı, mədaxil qəbzi deyil, printerdən çıxmış sadə kağız parçası vəsait ödəyən şəxsə verilir. Heç bir hüquqi qüvvəyə malik olmayan bu kağız parçaları adi kompyuter proqramı vasitəsilə hazırlanaraq çap edilir. Bu da ATU-nun rəhbərliyi və mühasibatlığı tərəfindən çirkli pulların axınını nəzarətdə saxlamaq üçün düşünülmüş bir cinayət əməlidir.
Təkcə bir faktı qeyd edək ki, ATU-nun klinikalarında bir paket qan 100 manata satılır. Bunun haqq-hesabını ancaq rektor bilir. Və daha nələri yazaq ki, dövlət qurumlarının gözü və qulağı açılsın, baş verən cinayət əməllərini görsünlər. Bir də görəsən, Hesablama Palatasının yoxlamasının nəticəsi nə oldu..?
Ardı var... //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərovla Eldar Mahmudova bağlı şəxslər bir-birini məhkəməyə verdilər - DETALLAR


Xəbər verdiyimiz kimi, dünən Bakı Kommersiya Məhkəməsində "Dıqlas 2” MMC-nin (VÖEN - 2004774181) ölkənin aparıcı sığorta şirkətlərindən olan “Azsığorta” ASC-yə qarşı qaldırdığı iddia ilə bağlı məhkəmə iclası keçirilib.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu gün “Azsığorta” ASC tərəfindən Bakı Kommersiya Məhkəməsində qarşılıqlı iddia qaldırılıb. İddia hakim Emin Əliyevin icraatına verilib.

“Azsığorta” ASC "Dıqlas 2” MMC ilə bərabər, bu MMC-nin qanuni təmsilçisi Rəhimov Arzu Nüsrət oğlu barəsində, həmçinin “Diqlas” və “Diqlas 1” MMC-lər barəsində də iddia qaldırıb.

Məlumat üçün bildirək ki, 2019-cu ildə paytaxtın Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində yanğın olub. Hazırda “Dıqlas 2” MMC-nin qanuni təmsilçisi olan Arzu Rəhimov ticarət mərkəzində baş verən yanğın zamanı özünü direktor müavini kimi təqdim edib. Arzu Rəhimov yanğın zamanı verdiyi açıqlamada qeyd edib ki, ticarət mərkəzinin 2 sahibi var və o Rasim adlı direktorun müavinidir.
O dövrdə ticarət mərkəzinin 2-ci sahibi barədə məlumat verilməmişdi.

Onu da qeyd edək ki, yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ünvanda - Qara Qarayev prospekti 81Q-də qeydiyyatda olan “Diqlas 1” MMC (VÖEN – 1601175991) adlı şirkətin rəhbəri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov olub. Hazırda həmin şirkətə Mahmudov Babək Səməd oğlu rəhbərlik edir.

Bundan başqa “Azsığorta” ASC-nin məhkəməyə verdiyi “Diqlas” MMC-nin qanuni təmsilçisi isə Məmmədov Rasim Əzim oğludur.
Xatırladaq ki, barəsində iddia qaldırılan Arzu Rəhimov eyni zamanda nizamnamə kapitalı 4 milyon 325 min manat olan “A.C.E. Dəri” MMC-nin (VÖEN -1400671231) qanuni təmsilçisidir. Bu şirkət əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə bağlı olan “Gilan Dəri” MMC adlandırılırdı.

Arzu Rəhimov ötən ilin dekabr ayında 500 min manat nizamnamə kapitalı ilə təsis olunan “Arfa Aqro” MMC-nin (VÖEN - 1505729691) də qanuni təmsilçisidir.
Onu da qeyd edək ki, “Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda “Azsığorta” ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabirabad RİH-də ŞÜBHƏLİ TENDER - Bir illik şirkət 850 min manatlıq tenderi necə qazanıb?


Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayəndəliyi "MM İnşaat” MMC ilə satınalma müqaviləsi imzalayıb.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 45 968.63 AZN təşkil edən müqavilədə Sabirabad şəhərində yaşayış binalarının əsaslı təmiri nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "MM İnşaat” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur.

Açıq mənbələrdə "MM İnşaat” MMC və Mirkamal Ağayev barəsində hər hansı məlumat yoxdur. Görünür, bu şirkətin yeni yaranması ilə bağlıdır. "Dövlət satınalmaları haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Bir ilin şirkəti olan, veb-səhifəsi, əlaqə nömrələrinin olmadığı, barəsində hər hansı məlumata rast gəlinmədiyi "MM İnşaat” MMC-nin bu kriteriyalara cavab verməsi bir qədər şübhəlidir.

Buna baxmayaraq, "MM İnşaat” MMC yarandığı bir il ərzində toplam maliyyə dəyəri 856 581.89 AZN təşkil edən 12 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Sabirabad Şəhər Nümayənədliyi, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar Şəhər Nümayənədliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi, Beyləqan Mənzil İstismar Sahəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyinin Bərdə Regional Mədəniyyət İdarəsi, Lənkəran Reabilitasiya Mərkəzi, Gədəbəy Rayon Mərkəzi Xəstəxanası, Bakı Neft Energetika Kolleci, Ağsu Rayon Mərkəzi Xəstəxanası və "Azərbaycan Hava Yolları” QSC ilə bağlanıb.

Bu arada qeyd edək ki, Sabirabar Şəhər Nümayəndəliyi 2022-ci ildə abadlıq işləri ilə bağlı 970 134.71 AZN dəyərində 8 müqavilə imzalayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkirdə ANA TƏBİƏTƏ ÖVLAD NANKORLUĞU... - Nazirlik HARA BAXIR?


Ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülməkdədir.

Lakin bütün bunlara baxmayaraq hələdə Şəmkirçayı hövzəsində fəaliyyət göstərən qum-çınqıl karxanalarında istismarçıları tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işləri aparılır.
Belə ki, kadrlarda gördüyünüz qum çınqıl karxanası Şəmkir rayonu Çinarlı qəsəbəsində lentə alınıb.mənbənin verdiyi məlumata görə qum çınqıl karxanası kamalı Bayramovaya məxsusdur mənbənin kanalmıza verdiyi məlumata əsasən obyektin sənədləridə qaydasında deyil eyni zamanda karxanada ki, avadanlıqlarda standartlara cavab vermir və taxniki cəhətdən də nasaz vəziyyətdədir. Bunu kadırlardan da açıq aydın görmək olur. Məlumat üçün bildirək ki karxanada çalışan işçilərindən həyatı təhlukədədədir. Mənbə bildirir ki, işçilərlə işə götürən arasında heç bir rəsmi əmək müqaviləsi bağlanmayıb bu hal isə əmək intizamının kobud şəkildə pozulması deməkdir Ümid edirik ki təqdim etdiyimiz bu faktlar Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov biganə qalmayacaq və bu obyekt barəsində qanuni tədbir görəcək...

Mövzunu diqqətdə saxlayacayıq
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağalar Vəliyev biznesini hansı ad altında GİZLƏDİR?.. - İLGİNC FAKTLAR


Deputat Ağalar Vəliyevlə bağlı keçən yazımızda toxunduğumuz məqamlar maləsəf, rəsmi izahatla müşahidə olunmadı. Amma bunun da səbəbi varmış. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur. Xatırladaq ki, keçən günlərdə Ağalar Vəliyevin bizensi ilə bağlı müəyyən informasiyaları paylaşmışdıq və ortada bir sual var idi, rəsmilər bundan xəbərdardırmı... İndi isə bu olaya qeyr-rəsmi olaraq rəsmi münasibətin necəliyi açıqlanır...

Belə ki, hökumətdəki qaynağın dia.az-a açıqlamasındakı iddialara görə, nəninki Ağalar Vəliyevin, habelə digər biznesmen deputatların növbəti seçkilərdə Milli Məclisin heyətində görünmələri imkansız olacaq. Mənbə bildirir ki, artıq belə bir RƏSMİ QƏRAR VAR və onlar qarşısında `YA MANDAT, YA DA BİZNES" seçimi qoyulacaq...

Biz isə dia.az olaraq öz növbəmizdə biznesmen deputatlarımızın hansı çətir altında öz "işgüzarlıqlarını" gizlətdiklərini ifşa etməkdə davam edəcəyik. Yerinə düşdüyündən bu barədə "Bumerang Media"nın hazırladığı süjeti təqdim edirik

Qanunla deputatların bizneslə məşğul olmasının qadağan edilməsinə baxmayaraq, hələ də bəziləri iş fəaliyyətini davam etdirir. Hətta onların bir qismi ölkədə qurduqları biznes imperiyasını xaricdə də genişləndirməklə məşğuldurlar.
Bakupost xəbər verir ki, belə deputatlardan birinin də Ağalar Vəliyev olduğu iddia edilir. Belə ki, Azəraqrartikinti ASC sədri olan və mənzil biznesi ilə tanınan deputatın biznesi Gürcüstanda da geniş inkişaf edib.

“AS-AQRARŞMENİ” adı ilə Tiflisdə qeydiyyata alınan və qanuni təmsilçilik hüququ İmran Verdiyevə həvalə olunan həmin şirkət deputata məxsus şirkətlərdən biridir.
Hələ 2014-cü ildə deputatın Novxanıda çoxqübbəli və bir neçə milyon manat qiyməti olan villa tikdirdiyi bildirilirdi. Onun Gürcüstanda olan daha bir şirkəti isə oğlu Pərviz Vəliyevin adınadır. PZ Servis MMC-nin rəhbəri olan Pərviz Vəliyevin ötən il Kabuletidə otel və bir neçə başqa bina tikdirdiyi və buna görə qonşu ölkəyə 50 milyon dollar vəsait yatırdığı bildirilir.
Xaricdə atasının biznesini genişləndirən Pərviz Vəliyevin hazırda Azərbaycanda plastik pəncərələr istehsal edən fabriki, beton zavodu və “Mələk” ailə-uşaq əyləncə mərkəzi də var.
Həmçinin Pərviz Vəliyevin İstanbulun mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən dördulduzlu “Aybar” oteli, Ukraynada böyük biznes şəbəkəsinin də olduğu iddia edilir.
“Kristal Abşeron” MTK-nın sahibi kimi də tanınan Ağalar Vəliyev bəzi şirkətlərini qohumlarının adına açıb. Belə ki, onun Azital İnşaat MMC adlı şirkəti qardaşı oğlu Ramin Vəliyevin adınadır.
Ümumilikdə isə Vəliyevlər ailəsinin böyük biznes imperiyası mövcuddur.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur Mikayılovun Tovuzdakı kadrları BELƏ İŞLƏYİR... - Əgər bu işləməkdirsə...


Ölkəmizdə su təsərrüfatı sahəsi əsas strateji sahələrindən biri hesab olunsa da, deyəsən uzun illərdən bəri
Tovuz Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsindən “ikiəlli yapışan” Nəsrəddin Əsəd oğlu Aslanov, hələ də
bu sahənin əhəmiyyətinə “gözucu qiymət” verməkdə davam edir. Media üzərindən apardığımız
araşdırmalardan, bəzi mənbələrdən əldə etdiyimiz səhih məlumatlardan və s. aydın olur ki, idarə rəisi vəzifəsini
daşıyan bu şəxsin yeni sakinlərdən bəzilərinə qarşı sərgilədiyi kin-kudurət artıq “pik nöqtə”yə çatıb. Çünki,
rayon sakinlərdən bəzilərinin redaksiyamıza ünvanladıqları şikayət məktubların məzmunlarından bəlli olur ki,
Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz Suvarma Sistemləri idarəsinin əməkdaşları, bu gün də imkansız
sakinlərə “qan qusdurmaq”la məşğuldurlar.

Məsələn, Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsi, ev-13 ünvanında yaşayan Əsgərov Şahin Kərəm oğlu,
uzun müddətdir ki, suvarma suyuna həsrət qalıb. Bu şəxs redaksiyamıza çatdırdığı video-müraciətində qeyd edir
ki, “Bizim ailə üzvlərinin 1ha.78 sot torpaq sahəsi var və həmin torpaq sahəsinə yonca qarışıq taxıl əkmişik.
Artıq payız fəslinin sonlarıdır və hal-hazırda əkin sahəmizin suvarılmasına ehtiyac var. Şəxsən mən oktyabr
ayının ilk günlərindən yonca qarışıq taxıl sahəmizi suvarmaq üçün, dəfələrlə idarənin rəhbər şəxslərinə
müraciət etmişəm. Hər dəfə mənə “Bir qədər gözləməli olacaqsınız, hələ sizə su verə bilmərik” deyə cavab
verirlər. Bəli, həqiqətən də bu belə olur. Çünki, suvarma suyunun verilməsinə cavabdehlik daşıyan məsul
şəxslər, o cümlədən Rafiq və Bəhruz adlı şəxslər idarə rəisinin verdiyi “nataraz tapşırıqlar”ı əsas tutaraq
addımlarını atırlar. Yəni, kim əkin sahəsini suvarmaq üçün daha çox pul verirsə, suvarma suyu həmin
şəxslərə verilir. Bir sözlə, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz SSİ-nin əməkdaşlarını imkansız
ailələrin, o cümlədən bizim ailənin taleyi heç bir halda düşündürmür, onları daha çox pul, var-dövlət əldə
etməyin yolları düşündürür. Qeyd edim ki, bizə məxsus yonca qarışıq taxıl sahəsinin sağ və sol hissələrində ayrı-
ayrı şəxslərə məxsus sahələr var. Hazırda SSİ-nin rəhbər şəxsləri qeyd olunan taxıl sahələrinin suvarılması
zamanı heç bir problem yaratmırlar. Elə ki, biz də minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz sahəmizi suvarmaq
istəyirik, o halda bu qurumun əməkdaşları “Növbəniz çatanda sizə də su verərik” deyib, açıq-aşkar şəkildə bizi
“fırlatmaqla” məşğul olurlar. Yəni, oktyabr ayının əvvəlindən indiyə kimi suvarma suyuna həsrət qaldığımızdan,
heç cür taxıl sahəmizi suvara bilmirik. Belə bir səbəbdən də, yonca qarışıq taxıl əkdiyimiz sahə tamamilə
quruyub və sahəni gəmiricilər məhv etməkdədirlər. Qeyd edim ki, bu qurumun əməkdaşları 1 ha əkin
sahəsinin suvarılması üçün, imkanlı şəxslərdən 50 AZN pul alırlar və günlərini kafelərdə yeyib –içməkdə
keçirirlər. Yəni, Tovuz SSİ idarəsində elə bir idarəçilik qaydası qurulub ki, aşağıda pulları Qaqarin adlı şəxs yığır
və o, toplanan pulları özündən yuxarı vəzifə sahiblərinə çatdırır. Elə ki, aidiyyatı üzrə dövlət qurumlarına şikayət
edəcəyimi deyirəm, o halda SSİ-də çalışan bəzi vəzifə sahibləri “Get kimə, hansı vəzifə sahibinə istəyirsən
şikayətini çatdır. Biz bir kimsəni “priznavat” etmirik” deyə cavab verirlər. O halda sual oluna bilər ki, görəsən
Tovuz SSİ-nin əməkdaşlarının belə bir ayrıseçkiliyə yol vermələrinin kökündə nələr durur? Məgər, bizim
ailənin üzvləri də bu ölkənin vətəndaşları deyilmi? Bizim suvarma suyundan istifadə etmək hüququmuz
yoxdurmu?

Baxmayaraq ki, ölkə Prezidentinin 27 iyul 2020-ci il tarixli “Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında, həmçinin müxtəlif tədbirlər zamanı əhalinin su ilə
təminolunmalarının yaxşılaşdırılması və bu yolda əmələ gələn problemlərin aradan qaldırılması ilə bağlı
möhtərəm Prezident tərəfindən lazımi tapşırıqlar verilsə də, hələ də Tovuz SSİ-nin əməkdaşları verilmiş
tapşırıqları qulaqardına vurmaqla məşğul olurlar. Buna misal olaraq Şahin Əsgərovun oktyabr ayının
əvvəlindən indiyə kimi suvarma suyuna həsrət qalması, məhz ölkə rəhbərinin verdiyi tapşırıqların əleyhinə
getmək olduğunu sübuta yetirir. Sözsüz ki, belə bir yanaşmanın kökündə xəyanət amili əsas rol oynayır ki, bu da
son anda sadə sakinlərin dövlət qurumlarına olan inamının heçə enməsinə öz təsirini göstərir. O halda sual oluna
bilər ki, hal-hazırda Tovuz SSİ-nə rəhbərlik edən və əksər vaxtlarda iş başında tapılmayan Nəsrəddin Aslanov,
görəsən belə bir idarəçiliyi ilə hara gedir? Axı, bu şəxsin etibar etdiyi vəzifə sahibləri suvarma suyu ilə rayon
ərazisində “bazar açırlar”, imkansız şəxsləri olmazın məşəqqətlərə düçar edirlər? Deməli, imkansız şəraitdə
yaşayan yerli sakinlərin belə məşəqqətlərdən xilas olmaları üçün, rəhbərlik Nəsrəddin Aslanova “dur”
deməlidir ki, haqq-ədalət bərpa olunsun. Yoxsa, ...

Qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçının işğaldan azad edilməsinin ildönümüdür


Laçının işğaldan azad edilməsindən 2 il ötür.

Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatıb.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər - 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb.

Azərbaycan Prezidenti İlham Əliyev 1 dekabr 2020-ci ildə televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”, - dövlət başçısı bəyan edib.

Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, 26 avqust 2022-ci il tarixində Laçın rayonunun Zabux və Sus kəndləri də nəzarətə götürülüb, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

Xatırladaq ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistan işğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sülhməramlılar müraciətlərimizə hələ də etinasız yanaşır - Müdafiə Nazirliyindən növbəti AÇIQLAMA


Təəssüf edirik ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq.

Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq.

Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR", - deyə məlumatda bildirilib.

XƏBƏR LENTİ

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...