[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyənin icazəsi olmadan Rusiya bu addımı ata bilməz - Putin Ərdoğandan asılı hala düşür?


"Ərdoğan bütün dünyanı rahatlatan taxıl müqaviləsi üçün öz üstünlüyündən istifadə etdi..."
Almaniyanın məşhur “Bild” qəzetində dərc olunan məqalədə Rusiya-Ukrayna müharibəsindən sonra başlayan taxıl böhranı ilə bağlı gedən prosesdə Türkiyənin oynadığı rola diqqət çəkilib.

Ukraynanın dünyanın dördüncü ən böyük taxıl ixracatçısı olduğunu və dünyada təxminən 400 milyon insanın yaşamaq üçün bu ölkənin taxılına ehtiyacı olduğunu bildirən qəzet Rusiyanın təxminən altı aydır Ukraynadan taxıl ixracının qarşısını aldığını xatırladıb.

Məqalədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın kritik məqamda məsələyə müdaxilə etdiyi qeyd olunub:

"Bosfor Qara dənizlə Aralıq dənizini birləşdirən yeganə bağdır. Ona görə də Türkiyə prezidenti Ərdoğanın icazəsi olmadan heç bir Rusiya gəmisi içəri girə və ya çıxa bilməz. Ərdoğan bu üstünlükdən taxıl sövdələşməsi üçün istifadə etdi. Blokada bitdi. Bir neçə həftə sonra ilk Ukrayna yük gəmisi Yaxın Şərqə doğru hərəkət etdi".

Xatırladaq ki, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair saziş iyulun 22-də Türkiyə və BMT-nin təşəbbüsü ilə imzalanıb. Rusiya oktyabrın 29-da Ukraynanın Krıma hücumu səbəbindən müqaviləni dayandırdığını açıqlayanda prezident Ərdoğan yenidən məsələyə qarışıb.

Türkiyə Prezidentinin Putinlə görüşündən sonra - noyabrın 17-də dünyanı qlobal ərzaq böhranından xilas edən razılaşmanın 120 gün müddətinə uzadıldığı açıqlanıb.

Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun yüksək vəzifədə olan qohumları - SİYAHI


Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri Vasif Talıbovun yüksək vəzifədə olan qohumları ilə bağlı məlumat yayılıb.

Bununla bağlı tanınmış jurnalist Həbib Müntəzir paylaşım edib.

Paylaşımı olduğu kimi təqdim edirik:

"Vasif Talıbova niyə "Naxçıvan xanı" deyirlər? Oxuyun, xanlığın şəcərəsi:

- Naxçıvanın baş prokurorunun birinci müavini, Korrupsiyaya qarşı Baş İdarənin rəisi - Məhərrəm Talıbov - Vasifin qardaşı

- Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi - Rza Vasif oğlu Talıbov - Vasifin böyük oğlu

- Naxçıvan Ali Məclisin deputatı, Naxçıvan Dövlәt Universitetinin prorektoru - Seymur Vasif oğlu Talıbov - Vasifin kiçik oğlu

- “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvü - Baharxanım Vasif qızı Talıbova - Vasifin qızı

- Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəhbər vəzifəli şəxsi, polis mayoru Salmanov İbrahim Ədalət oğlu - Vasifin kürəkəni

- Naxçıvan Təcili Tibbi Yardım Mərkəzinin baş həkimi, Tərəqqi medallı - Ədalət İbrahim oğlu Salmanov - Vasifin qudası

- Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş, general-mayor Səxavət Salmanov - Qudasının qardaşı

- Naxçıvanın Daxili İşlər Naziri olmuş - general-leytenant Fazil Nəriman oğlu Ələkbərov - Vasifin qudası olub

- Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi (Neftbaza), 33 saylı - Naxçıvan şəhər Seçki Dairəsinin deputatı Əzimov Behruz Nurəddin oğlu - Vasifin digər qudası

- Naxçıvan Şəhər Gömrük İdarəsinin rəis müavini - Fəxrəddin Aslanov - Vasif Talıbovun bacısının əri

- Naxçıvan Gömrük Komitəsinin sədr müavini - Səbuhi Məhərrəm oğlu Novruzov - Vasifin bacısının əri, yəni yeznəsi

- DSMF-in Abşeron rayon şöbəsinin müdiri - Məhərrəm Novruzov - Yeznəsinin qardaşı

- Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin (ZAQS) rəhbəri - Sənufər Soltanova - Vasifin qaynanası".Yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?.


Bilindiyi kimi, bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi Sənan Məhərrəmov bir çox şəxslərə qarşı dələduzluq edərək yoxa çıxıb. Əldə etdiyimiz yeni faktlara görə, Sənan Məhərrəmov baş nazir Əli Əsədovun imzası ilə saxta sənəd hazırlayaraq şəxslərə göstərməklə, bu işdə şəhər rəhbərliyinin də əlinin olduğunu bildirməklə külli miqdarda pul yığıb.

Artıq 30-dan artıq şəxsin aidiyyəti qurumlara şikayəti daxil olub. Aralarında qazi və müharibə iştirakçılarının da olduğu bir çox şəxslərdən bir milyon manatdan artıq vəsait yığıldığı ehtimal olunur.

Maraqlısı budur ki, nu proses artıq iki ilə yaxındır ki, davam edirdi. Bəs görəsən, bu iki ildə Azərbaycanın ikinci böyük şəhərini idarə edən Niyazı Bayramov və müavinləri "fil qulağı"ndamı yatıblar, yoxsa həqiqətənmi baş verənlərdə olnalın da əli olub?..

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

"Hürriyyət"
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?.
Niyazi Bayramov bu DƏLƏDUZLUĞA İZAHAT VERMƏLİDİR... - Ona dəxli var, ya yox?.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sədərək Yusif”in oğlunun evindən 803 min manatlıq OĞURLUQ


Bakı Ağır Cinayətlər Məhkəməsində “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimovun oğlu Orxan Qədimbəylinin evindən oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova vəsatət qaldıraraq müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin olunmayıb.

Məhkəmə baxışı dekabrın 20-nə təyin olunub.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəylinin Səbail rayonu ərazisində yerləşən evində xadimə işlədiyi müddətdə mənzildən qızıl-zinət əşyalarını və nağd pul vəsaitlərini oğurlayıb. Nəticədə Orxan Qədimbəyli və Fəridə Qədimovaya ümumilikdə 803 118 manat ziyan dəyib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində ehtiyacı olduğu üçün oğurluq etdiyini deyib. O, oğurladığı pul və qızıl-zinət əşyalarının miqdarının 803 118 manat deyil, 217 min manat olduğunu bildirib. Həmin əşyaları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb. İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polislərə özü göstərib. Oğurluq əşyalar polis tərəfindən tapılaraq sahiblərinə qaytarılıb.

İstintaq orqanı tərəfindən Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimova tanınıb.Trend
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" - GİLEY


Bakı Beynəlxalq Avtovağzalından sərnişin gileyi, gediş haqqlarının süni artımı, biletlərin baha qiymətə satışı məsələsi demək olar ki, ilin 12 ayı gündəmdəki yerini heç boş qoymayan mövzulardan biridir.

Belə ki, Qazax rayon sakini Mircəfər Hüseynzadənin "DogruXeber.az"a bildirdiyinə görə o Cəlilabad rayonuna getmək istərkən Bakı Beynəlxalq avtovağzalında bir neçə qanun pozuntularının şahidi olub.

Onun sözlərinə görə Cəlilabad marşrut xətti üzrə avtobusların biletinin üzərində qeyd edilən qiyməti 5.10 (beş, on ) AZN -dir. Lakin, biletlər 5.50 (beş, əlli) manata sərnişinlərə satılır. Hətta, biraz nabələd sərnişinlərə 6.00 (altı) manata satılır.

Üstəlik, bütün bunlar azmış kimi bəzən də kassirlər "bilet yoxdur" deyib, sərnişinləri sürücülərin, yaxud dispetçerlərin üzərinə yönləndirirlər. Onlar da biletin axırı imiş kimi min bir minnətlə əvvəldən paçka ilə alıb özlərində saxladıqları biletləri baha qiymətə sərnişinlərə sırıyırlar.

Bu kimi problemlərlə rastlaşmış çoxsaylı vətəndaşlar da təsdiqləyər ki, avtovağzalda belə hallar daha çox bayramlarda yaşanır.
Qarşıdan da yeni il gəlir.

Odur ki, mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təbii qazın olduğu rayonda xəstəxananı odunla qızdırırlar - İcazə verin, şübhələnək...


Zərdab Mərkəzi Rayon Xəstəxanası odun almaq üçün tender keçirib.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Əhmədov Əli Kamran oğlu (VÖEN - 5300413652) olub.

Əli Əhmədov Zərdab Mərkəzi Rayon Xəstəxanasına 30 min 525 manat dəyərində 550 kub metr odun yanacağı satacaq.
Məlumat üçün bildirək ki, Zərdab Mərkəzi Rayon Xəstəxanası bir neçə il əvvəl əsaslı şəkildə təmir olunub.

Bundan başqa Zərdab Mərkəzi Rayon Xəstəxanasının yerləşdiyi rayon mərkəzi təbii qazla təmin olunub.
Lakin bütün bunlara baxmayaraq xəstəxananı isitmək üçün hələ də odundan istifadə edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaur kəndlinin köməyinə niyə TƏLƏSMİR?.. - NARAZILIQ VAR!


Təqribən iki ay əvvəl Şəmkir rayon, "Düz qışlaq" kənd sakini Şükür İsmayılov "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda Su Melorasiya idarəsindən narazılıqlarını bildirmişdi.

‌Xatırlatmaq üçün qeyd edək ki, Şükür İsmayılov kənddəki artezyanların tutulmasından, suların çox zəif və çirkli olmasından narazılıq edirdi. Onun dediyinə görə artıq, bir neçə müddətdir ki, bütün nəinki yerli idarələrə, Su Melorasiya idarəsinin rəisi Zaur Mikayılova və müavinətlərinə də dəfələrlə müraciət etsə də, problem hələ də həllini tapmamışdır.

Şükür İsmayılov "Kanal14"ün efirində problemi səsləndirdikdən 2 gün sonra, yenidən redaksiyamızla əlaqə saxlayıb, təşəkkür etdi və bildirdi ki, "Bizə zəng etdilər, söz verdilər ki, 2 günə problemin həlli üçün işlər başlanılır ".

Şükür İsmayılovun bu zəngindən 2-3 gün sonra o, yenidən redaksiyamıza zəng edib, canlı efirə bağlanmaq istədiyini bildirdi.

"Kamalın zamanı" proqramının canlı efirində o bildirdi ki, "Artıq, işlərə başlanılıb. Amma, indi də kənd icra nümayəndəsi camaatdan pul yığır ki, "Bəs havayı iş var? Texnikaya hər gün 300 manat verilməlidir". Rayonda Su Melorasiya idarəsinə zəng etdim, Tahir müəllim dedi, "Ola bilməz, mənim xəbərim yoxdur".

Şükür İsmayılovun bu narazılığından sonra özünün redaksiyamıza bildirdiyinə görə daha kimsədən pul yığılmadı.

Beləcə bir neçə gün də keçdi...

İndi də Şükür İsmayılov bizə zəng edib deyir ki, "pul yığımını dayandırandan bəri, işi də dayandırıblar, iş qalıb yarımçıq. Hələ də bizə su verilmir".

Şəmkirdə "tökülmüşləri öyrənən" bu məmurların əlləri biixtiyar rüşvətə qaçır - VİDEO

Özü də Şükür İsmayılovun sözlərinə görə, "Melorasiya və Su Təsərrüfatı ASC-nə rayonun millət vəkili də məktub yazıb, ona da cavab vermirlər".

Millət vəkili də kənd sakinləri ilə birlikdə aylardır məktubun cavabını gözləyir.
Belə olan halda sual yaranır, bəs bu sakinlər dərdini kimə desin?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Marketlərin QİYMƏT OYUNU: Məşhur teleaparıcıya qarşı FIRILDAQ


Tanınmış teleaparıcı Elçin Əlibəyli alış-veriş zamanı fırıldaqla üz-üzə qaldığını bildirib.

DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, Əlibəyli bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Marketlərdə ikiqat diqqətli olmaq lazımdır! Məhsulun keyfiyyəti başqa, istifadə müddəti bir başqa…

Bu gün 122.53 manatlıq alış-verişdə “Bizim market” (“Yasamal-2” filialı) 55.73 manat artıq hesablayıb. Təkrar qayıdıb haqqımı tələb etdim. Bu zaman həm vaxtım, həm də əsəbim getdi. Hesablamanı və kod oxumanı da maşın edirsə, niyə bu məbləğ artıq çıxmalıdır? Bu “Bizim market”də başıma gələn dördüncü eyni hadisədir. Amma əvvəl fərq 12, 6, 4 manatla kifayətlənirdi, indi bunun da dərəcəsini artırıblar. Buna görə də kassada da diqqətli olun!”

O, baş verən hadisəyə görə əlaqədar quruma müraciət etdiyini bildirib:

“Artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyə məcbur oldum”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşa burda da `DO GƏLİRLƏR`... - GİLEY


"Müqavilənin sonuncu vərəqində nə qeyd olunub ki, onu olduqca kiçik şriftlə yazırlar?"

Ötən gün Hurriyyet.az-a müraciət edən vətəndaş Emin Qasımov "Kapital Bank"dan Birbank Cashback kartı əldə etmək istəyərkən üzləşdiyi problemlə bağlı ətraflı məlumat verib, bu zaman yol verilən nöqsanları diqqətə çatdırıb.

Belə ki, Emin Qasımov bildirib ki, adıçəkilən bankın Əhmədli filialından Birbank Cashback kartı əldə etmək istəyərkən ona hər hansı müqavilə təqdim olunmayıb: "Bu gün (dünən-red.) səhər saat 11 radələrindən evdən çıxıb iş dalınca gedərkən, yaşadığım ərazidə - "Əhmədli" metrostansiyası yaxınlığında "Kapital Bank"ın filialına yaxınlaşdım. Məqsədim Birbank Cashback kartı əldə etmək idi. Təqribən, saat 11 radələrində bankın filialından S-018 saylı nömrəni götürdüm və hardasa 10-15 dəqiqə gözlədim. Növbəm çatdıqda 11-ci bölmədə xidmət göstərən gənc xanım məni qəbul etdi. O, şəxsiyyət vəsiqəmi istədi, mən də təqdim etdim. Ardınca o, Birbank Cashback kartı əldə etmək üçün qaydaları şifahi şəkildə izah etdi. Bunları yazılı formada, hansısa bir müqavilə əsasında verib-verməyəcəkləri ilə maraqlandım. Dedi ki, xeyr, biz vətəndaşlara belə bir müqavilə vermirik. "Yəni imza atdığım hər hansısa sənəd olacaq?", deyə sual verdikdə xanım qeyd etdi ki, bəli, biz bir nüsxədən ibarəy müqavilə imzalayacağıq, lakin həmin müqavilə bankda qalacaq, sizə müqavilə verməyəcəyik".

Şikayətçi həmin müqaviləni oxumağa çalışsa da, buna nail ola bilməyib, çünki sözügedən müqavilə olduqca kiçik şriftlə tərtib olunub: "İnanın ki, şriftlər o qədər kiçik idi ki, heç onları oxuya bilmədim. Bu səbəbdən də bankın əməkdaşı olan xanıma bunları böyüdüb normal ölçüdə təqdim etməsini xahiş etdim. "Vətəndaşların müraciətləri haqqında" Qanunda da bu var. Bildiyim qədər yazışma mətni 12 ölçüdə olmalıdır. Lakin tərtib olunmuş müqavilə o qədər kiçik şriftlə tərtib olunub ki, onu heç cür oxumaq mümkün olmadı. Odur ki, xanıma hüquqşünas olduğumu bildirib müqavilənin bir nüsxəsini tələb etdim. Dedim ki, heç olmasa surətini çıxarıb təqdim edin. O telefonla zəng edib rəhbərlikdən razılıq aldı. Mən məhz imzaladığım nüsxənin surətini istədikdə, xanım dedi ki, yox, bu, bizdə qalacaq, sizin üçün əlavə nüsxə çıxarılacaq. Bu zaman şübhələndim və imzaladığım 4 vərəqdən ibarət müqavilənin bütün vərəqlərini aşağı sağ künc hissədə rəqəmlər yazıb nömrələdim ki, məhz həmin müqavilənin surətini əldə edim. Xanım baxdıqda dedi ki, bura rəqəmləri niyə yazıbsınız? Bildirdim ki, həmin nüsxənin mənə verilməsi üçün rəqəmləri yazdım. O, yenidən qeyd etdi ki, sizə bunu yox, başqa bir nüsxə veriləcək. Beləcə, başqa nüsxəni çıxardıqda gördüm ki, həmin nüsxə 3 vərəqdən ibarətdi, yəni 4-cü vərəq yoxdur. Bankın əməkdaşından nədən 4-cü vərəqin verilmədiyini soruşduqda dedi ki, həmin vərəq ümumiyyətlə heç kimə verilmir". Bunun səbəbini soruşduqda ətraflı və qaneedici cavab ala bilmədiyini vurğulayan vətəndaşın sözlərinə görə, bundan sonra şübhələr bir qədər də artıb: "Təbii ki, bu, heç bir halda doğru deyil. Qanunvericiliyin tələblərinə əsasən müqavilə tərəflər arasında razılaşma deməkdir. Əgər biz razılaşırıqsa, o zaman bu, qarşılıqlı olmalı və müqavilə eyni məzmunla hər iki tərəfdə qalmalıdır. Odur ki, mən müqaviləyə imza atıramsa, onu tələb etmək hüququm da var. Bu zaman xanım müdirini çağırdı. Qeyd edim ki, müdir də xanım idi və mən ona da vəziyyəti izah etdim. Dedim ki, əgər müqaviləni imzalayıramsa, onda müqavilənin sizin imzanız və möhürünüzlə bir nüsxəsi məndə qalmalıdır. Lakin o da təkidlə bildirdi ki, biz bunu verə bilmərik, mümkün deyil və bu, bizim qaydalardır. Qeyd edim ki, bu zaman ətrafda xeyli sayda vətəndaş, hətta onların arasında mənim tələbə yoldaşımın bacısının əri İlham adlı tanışım da vardı. Xülasə, mənə iki kart ayrıldı, onlardan biri valyuta, digəri isə manat hesabıyla idi. Ancaq bu vaxt bankın baş idarəsinə telefon açdılar və ordan bildirdilər ki, əgər vətəndaş müqavilə tələb edirsə, onda kartı ləğv edin. Beləcə, baş idarədən gələn göstərişdən sonra mənə kart verməməyi qərarlaşdırdılar. Bu halda dedim ki, mənim imzaladığım sənədləri geri qaytarın. Bu zaman dedilər ki, biz sənədləri qaytara bilmərik, onlar artıq sistemə düşüb. Təbii ki, haqlı olaraq etiraz etdim və bildirdim ki, kart verilmirsə, onda imza atdığım sənədləri geri qaytarın imzamı pozmalıyam. Dedim ki, bu halda müqavilə mütləq çırılmalıdır. Qeyd etdilər ki, biz sonra komissiya yaradıb bunu edəcəyik. Sözsüz ki, bu, heç də inandırıcı deyildi. Bu səbəbdən də təkidlə tələb etdikdən sonra 4 vərəqdən ibarət müqaviləni və onun 3 vərəqli surətini aldım, imzalarımın, o cümlədən sənəddə harda adım vardısa, üzərindən xətt çəkdim. Sonra hər kəsin gözü qarşısında çırdım və şəxsiyyət vəsiqəmi geri gətürdüm. Lakin nə qədər dedim ki, mənim adıma rəsmiləşdirdiyiniz kartları da geri qaytarın, kartları vermədilər və dedilər ki, onlar nömrəlidir, verə bilmərik".

Beləliklə, Emin Qasımov sonda Hurriyyet.az vasitəsiylə aidiyyəti qurumlara müraciət edərək, onlardan bu məsələyə öz münasibətlərini bildirmələrini, müvafiq araşdırma aparmalarını xahiş etdi: "Çünki cənab prezidentimiz bir çox tədbirlərdə vətəndaşların bu kimi problemlərlə üzləşdikləri halda ona və aidiyyəti qurumlara müraciət etmələrini dəfələrlə vurğulayıb. Odur ki, mən də sizin vasitənizlə başıma gələn hadisə ilə bağlı müvafiq qurumlara müraciət edir, onlardan məsələnin araşdırılmasını, "Birbank Cashback kartı alarkən bağlanan müqavilə nə üçün vətəndaşlara verilmir? və "Müqavilənin sonuncu vərəqində nələr qeyd olunub ki, onu olduqca kiçik şriftlə yazırlar?" Həmçinin həmin sonuncu vərəqi vətəndaşa niyə vermirlər? Və adıma rəsmiləşdirilmiş 2 ədəd kartlar nə üçün ləğv edilmədi və ya mənə verilmədi? sualının cavablandırılmasını və sonda lazımi tədbirlərin görülməsini xahiş edirəm".

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Naxçıvandakı sement zavodunun yarım milyon ton məhsulu hər il "qara yolla" satılıb" - YEYİNTİ İTTİHAMI...


Dövlət Təhlükəsizliyi Xidmətinin "Naxçıvan Sement Zavodu"nda yoxlamalar apardığı və bu zaman bir sıra qanunsuzluqların, həmçinin milyonlarla manat vergidən yayınma hallarının aşkarlandığı iddia olunur.

Bu barədə “Gündəlik Naxçıvan” zavoddakı mənbələrə istinadla məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, zavod öz istehsalının təxminən 50 faizini uzun illər gizlətməklə vergidən yayına bilib:

“Rəsmi qeydiyyata alınmayan məhsullar qaçaqmalçılıq yolu ilə İran və Türkiyəyə keçirilib. Oradan isə, başqa xarici ölkələrə dağıdılıb. Yəni, bu məhsullar Sədərək, Culfa və Şahtaxtı gömrük məntəqələrindən Türkiyə və İrana "qara yolla" keçirilib. Rəsmi rəqəmlərə görə, zavodun illik istehsal gücü 400 min tondur. Əslində isə, bundan iki dəfə artıq istehsal olub. Hər il təxminən yarım milyon tona yaxın məhsul "qara yolla" satılıb. Bu yolla rəhbərlik həm qazancını Bakıdan gizlədib, həm də vergidən yayınıb. Artıq, bir neçə gündür ki, zavodda yoxlamalar gedir. Zavoda rəhbərlik edənlərin izahatları alınıb. Zavod, demək olar ki, fəaliyyətini tam dayandırıb. Deyilənə görə, əl dəyişəcək”.

Qeyd edək ki, “Naxçıvan Sement Zavodu” MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ailə özvlərinə aid olduğu iddia edilən “Gəmiqaya” Holdinqə məxsusdur.

“Gündəlik Naxçıvan”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO