[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunda NƏLƏR BAŞ VERİR... - Prezidentə müraciət olundu


Tədqiqatçı, tarixçi Səbuhi Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevaya Açıq məktubla müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:

"Çox hörmətli, cənab Prezident və çox hörmətli, xanım Birinci vitse-prezident.

Mən və həyat yoldaşım Gülüstan İsayeva 10 ildən çox idi ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda çalışırdıq. Uzun müddət idi ki, institutumuzda baş alıb gedən korrupsiya faktları bizi narahat edirdi. Bunu hər kəs bilirdi, lakin hər zaman biz danışır və etiraz edirdik. Biz 2021-ci il 13 iyul tarixində AMEA-nın sabiq rəhbərinə bununla bağlı müraciət etdik. AMEA-nın sabiq prezidentinin sərəncamı ilə institumuza yoxlama gəldi və bəlli oldu ki, böyük yeyinti faktları mövcuddur. Lakin tərtib olunan arayış heç bir yerə göndərilmədi. Nəticədə, institutun direktoru öz ərizəsi ilə işdən azad edildi. Lakin olduqca maraqlı bir hadisə baş verdi. AMEA RH-nin qərarı ilə şikayətçinin də işdən azad edilməsi yeni rəhbərliyə tapşırıldı. Əslində bu qanunvericiliyə zidd idi. Lakin AMEA RH-i belə bir səlahiyyəti olmadığını sonradan anladığı üçün qərarı yoxa çıxarmağa çalışdı.
Bu tarixdən, o zamankı AMEA rəhbərliyi və institutun yeni rəhbərliyi bizimlə mübarizəyə başladı.
Həyat yoldaşım Gülüstan İsayeva şər və böhtanlarla, tamamilə əlaqəsiz məsələlərlə ittiham olunaraq, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən işdən azad edildi. Çox keçmədən, AMEA-nın sabiq prezidenti bu instituta öz adamı olan Abbas Seyidovu təyin etdi.

Bu dövrdən, mənə qarşı da hücumlar başlandı. Tədqiqatlarıma maneələr törədildi. Qarabağda işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən məhv edilmiş arxeoloji abidələrimizin müəyyən edilməsində XX əsrin 80-90-cı illərinin peyk görüntülərinin müasir peyk görüntüləri ilə müqayisəli təhlili əsasında dağıntının miqyası və dəymiş ziyanın müəyyən edilməsinə həsr edilmiş araşdırma tamamilə dayandırıldı. Buna qədər Şuşa şəhərinin abidələrinin müəyyən edilməsində bu metodologiyadan istifadə etmişdim.
Həmin dövdə, Qərbi Azərbaycanla (indiki Ermənistan) bağlı araşdırma işimin dayandırılması istənildi. Bu məqsədlə, Türkiyə Cümhuriyyətinin Osmanlı arxivinə ezam olunmağım ilə bağlı məsələdə əngəllər törədildi. Yalnız, müəyyən qurumlar işə qarışandan sonra icazə verməli oldular. Bunun nəticəsində, Osmanlı arxivində də araşdırma apara bildim və ölkəmizə lazımı sənədləri gətirməyi bacardım. Lakin yeni institut rəhbərinin və onun adamlarının mənə qarşı apardığı şər böhtan fonunda araşdırma aparmağın mümkün olmadığını anladım. Bunun üçün öz ərizəmlə illər öncə araşdırma aparmaq üçün gəldiyim doğma institutu tərk etməli oldum. Bununla da kifayətlənməyən rəhbərlik mənim bir daha AMEA binasına buraxılmamağımla bağlı tapşırıq verdi.
Sonradan, Tarix İnstitutunun baş direktoru araşdırmalarıma dəstək oldu və məni institutda işə götürdü. Hal-hazırda, olduqca güclü elmi mühit formalaşmış Tarix institutunda çalışıram.
Həyat yoldaşım Gülüstan İsayeva isə Yasamal rayon məhkəməsinə müraciət edərək qanunsuz işdən azad edilməsinin mübahisələndirilməsini istədi. Məhkəmə qərarı ilə ona qarşı atılan şər böhtanların yalan olması aydın oldu və onun işə bərpa olunması barəsində qətnamə verildi.
Bu, qarşı tərəfi daha da özündən çıxardı və bizə bu yoldan geri çəkilməyi bildirdilər. Əgər, Gülüstan İsayeva instituta geri dönərsə, hər ikimizi həbs etdirəcəkləri ilə hədələdilər. Lakin biz haqlı olduğumuzu bildiyimiz üçün geri çəkilmədik.
Bir müddət sonra, hər ikimiz haqqında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq direktoru Maisə Rəhimova və yeni baş direktoru Abbas Seyidov, onun elmi katibi Akif Quliyev hər ikimizdən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə guya mənim "yeyintilər" etməyimlə bağlı şikayət etdilər. Özü də, bunu istər maliyyəyə və istərsə də istənilən işə cavabdeh sabiq direktor edirdi. Mən isə sadəcə elmdə ən aşağı iki pillədən ikincisi olan elmi işçi idim. Yoxlama vaxtı ilə bu insanların neçə illər institutu dağıtmasını sübut etmişdi.
Bir müddət sonra, biz də korrupsiya idarəsinə çağırıldıq. Bizə bildirildi ki, artıq nəinki mən, hətta həyat yoldaşım haqqında "fakta görə, cinayət işi" açılmışdır.
Həmin dövrdə, apardığım araşdırmaya da başım qarışmışdı. Müstəntiq isə tez-tez sorğuya çağırırdı. Lakin araşdırmamı başa çatdırmalı idim. Bu "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi üzrə araşdırma" idi. Bu araşdırma, mənə qarşı aparılan şər böhtan fonunda hazırlansa da, olduqca uğurlu alındı.
Özü də, AMEA rəhbərliyi də daxil olmaqla, Arxeologiya , Etnoqrafiya və Antropologiya institutunun baş direktoru da mənim bu araşdırmanı apardığımı bilə-bilə, mənimlə bu mübarizəni aparırdılar.
Araşdırma uğurlu alındı. Gülüstan sarayında 2022-ci ilin iyul ayının 5-da bütün mətbuat nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdim edildi. Ssenari müəllifi olduğum eyni adlı sənədli film də ictimaiyyətə təqdim edildi. Araşdırma sübut etdi ki, İrəvanda hələ də Azərbaycan xalqına məxsus böyük abidələr kompleksi qalır. Araşdırma sübut etdi ki, İranın İrəvanda özününküləşdirməyə cəhd etdiyi Göy məscidimizə istər hüquqi, istərsə də tarixi baxımdan heç bir ixtiyarı yoxdur. Bütün araşdırma Türkiyə, Rusiya, ABŞ-ı, Ermənistan və Gürcüstan arxivlərində saxlanılan sənədlərə istinadla hazırlanmışdı.
Bu tədqiqatdan sonra məndən kütləvi şəkildə şikayətlər edənlərə də yuxarıda adlarını çəkdiyim qüvvələr rəhbərlik edirdi.
Hal-hazırda, Qərbi Azərbaycanla bağlı böyük tədqiqat işi üzərində çalışmaqdayam. Bu ermənilər tərəfindən Qərbi Azərbaycanda XXI əsrdə dağıdılmış yüzlərlə qəbiristanlıqların müasir texnoloji metodlarla müəyyən edilməsidir. Tədqiqata 450-dən çox sovet dövrünün xəritələri və arxivlərdə olan 700-dən çox peyk görüntüləri də cəlb olunmuşdur. Bu xəritələrin böyük əksəriyyəti ABŞ arxivlərində yerləşir və ilk dəfə tədqiqata cəlb edilir. Apardığım tədqiqat metodları Azərbaycan Arxeologiyasında bir ilk olsa da, bunu qəbul etmək istəməyən, elə həmin institutun rəhbərliyidir. Belə başa düşürəm ki, bu araşdırmama mane olmağa müəssər olacaqlar.
Hələ də mənə aydın deyil ki, gördüyüm işlərin dövlətimiz və xalqımız üçün önəmli olduğunu bilə bilə bu "alimlər" nə üçün mənə maneələr törədir.

Haqqımızda şikayətçi olanların özləri haqqında tutarlı faktları Baş prokurorluğa təqdim etsək də, biz özümüz də həmin insanlardan şikayət versək də, heç bir cinayət işi başlanmadı. Onlar haqqında heç bir ölçü götürülmədi.
Artıq, mənə və həyat yoldaşım Gülüstan İsayevaya qarşı qaldırılan "fakta görə cinayət işi" də yekunlaşmaq üzrədir. Görünən odur ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun həm sabiq direktoru Maisə Rəhimova, həm də indiki baş direktoru Abbas Seyidovun şikayəti ilə başlanan bu iş mənim həbsimlə yekunlaşacaq.
Yoldaşımla bağlı məhkəmə qətnaməsini də artıq Bakı Şəhəri Appelyasiya Məhkəməsinə verərək hansısa yollarla ləğv edilməsinə nail olmuşdular. Maraqlısı bu idi ki, məhkəmə mənə aid olmasa da, hakim mənim haqqımda qarşı tərəfin şər böhtanlarını əsas götürmüşdü. Hər yerdə bu adamları dəstəkləyən insanlar mövcuddur. Hal-hazırda, Gülüstan İsayeva tərəfindən Kassasiya şikayəti də verilmişdir.
Açıq məktubla Sizə müraciət etməyimin səbəbi Sizin həlledici söz sahibi olduğunuza bəslədiyim böyük inamdır. Elə bu inam da Sizə, bir başa bu məktubu yazmağa təkan verdi.
Xahiş edirəm ki, bizə qarşı aparılan bu işi nəzarətə götürəsiniz, ciddi və ədalətli araşdırma aparılmasına göstəriş verəsiniz. Xahiş edirəm ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunda korrupsiya maşınına, sisteminə rəhbərlik etmiş və edən hər kəs məsuliyyətə cəlb edilsin".

Müraciətdə iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Apelyasiya məhkəməsinin hakimi rüşvət tələbində İTTİHAM edildi - ŞƏHİD STATUSUNA GÖRƏ 2000 MANAT?


Gəncə şəhər sakini Rəhimov Asif İsa oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi şəhid olan qardaşının 10 il sonra şəhidlik statusunun ləğv olunduğunu bildirir. Onun məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

“Mən, Rəhimov Asif İsa oğlu, qardaşım Rəhimov Yusif Asif oğlunun 10 ildən sonra şəhidlik statusunun ləğv olunmasına görə sizə müraciət edirəm. Qardaşım Rəhimov Yusif Asif oğlu 1994-cu ildə Fizuli rayonu, Yuxarı Veysəlli kəndinin ərazisində döyüş vaxtı 4 güllə yarası alır və ağır yaralanaraq, Bakı şəhərindəki 5 saylı xəstəxanaya gətirilir. Orada böyrəyi amputasiya olunur, bağırsaqları çölə çıxardılır.

Beləliklə, əməliyyatdan 28 gün sonra qardaşıma II qrup əlillik dərəcəsi verilir. Vəziyyəti ağır olaraq dəyərləndirilir. Hətta beyin pozuntusu da yaşayır. Özünə xəsarətlr yetirir, olmayan ifadələr səsləndirir. Nəticədə, Gəncə şəhərində yerləşən psixiatriya xəstəxanasına köçürülür və az müddət sonra elə orada da vəfat edir.

Qardaşım rəhmətə gedəndən sonra Gəncənin icra başçısı Rasim Daşdəmirov və digər rəsmi nümayəndələr dəfn mərasimində iştirak etdilər, qardaşımın şəhidlik statusunu atama təqdim etdilər.

2009-cu ilə qədər dövlət qardaşım Rəhimov Yusif Asif oğlunu şəhid kimi tanıyıb. 2009-cu ildən sonra Gəncənin Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Mursəl Mürşüdov Gəncə Apellyasiya Məhkəməsinə şikayt ərizəsi göndərib ki, şəhidin sənədində şizofreniya xəstəliyi yazılıb. Yəni, onun fikrincə, qardaşım müharibə zamanı aldığı güllələrdən rəhmətə getməyib, məhz “dəli” olduğu üçün rəhmətə gedib. Mənim sizlərə sualım var, hansı dəli öz canına qıymadığı halda ölə bilər?

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Əliyev təsdiq edib ki, bu şəhid deyil, “dəlilik”dən ölüb. Həmin hakim Fikrət Əliyev atamdan o vaxt 2000 dollar pul istəyib ki, şəhidliyi təsdiq etsin. Biz kasıb ailənin övladlarıyıq, boş-boşuna kimlərəsə verməyə pulumuz yoxdur. Atam həmin hakimin sözlərindən 6 ay sonra rəhmətə getdi. Heç özünə gələ bilmirdi ki, oğlum şəhid olduğu halda məndən pul istənilir.

Bir çox orqanlara müraciət etmişik, kimlərsə bu işlə bağlı tapşırıqlar verir, yekunda işimizə baxılmır. Hətta o vaxt dövlət telekanallarının birindən də gəlib çəkliş etdilər, amma efirə vermədilər. Səbəbini soruşduqda isə mənə dedilər ki, tapşırıq var, efirə verə bilmərik.

10 ildir məhkəmələrdəyik. YAP-ın Gəncə şəhər şöbəsindən deputat seçilən Muşviq Cəfərova mürda aciət etmişik. O da söz verib ki, əlindən gələni edəcək. Cavab gözləyirik.

Sizin redaksiyanız vasitəsilə cənab Prezidentə və Birinci vitse-prezident Mehriban xanıma müraciət edirik, xahiş edirəm, tapşırıq verin, bu iş araşdırılsın. Qoca anam var, öz dərdi özünə bəsdir, xahiş edirəm nəzərə alın”.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyət.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO


Kürdəmirin Muğanlı kəndinə gedən yol kənd camaatını artıq təngə gətirib. Düz 40 ildir ki, bu yola əncam çəkən tapılmır. Problemlər sovetdən qalıb, amma müstəqilliyimizin də günəşi bu yol probleminə işıq sala bilməyib.

Muğanlı kəndi rayon mərkəzindən 15 km uzaqlıqda yerləşir. Həmin yolun 11 km-lik hissəsi Bakı-Qazax yoluna düşür, qalan 4 km-lik hissəsi isə əndə dönən hissədir və bərbad gündədir.

Kənddə 200 evdə 1100 nəfər sakin yaşayır. Amma kənddə olan yol problemi onların gündəlik həyatını kabusa çevrib. Belə ki, Muğanlı kəndinə gedən yol təqribən 50-55 il bundan əvvəl sovetlər dönəmində çəkilib, 5-10 il sonra tamamilə sıradan çıxıb. istismar müddətini başa vurmuş kənd yolu 40 ildir ki, heç kim tərəfindən təmir edilmir.

Bizim.Media-ya danışan kənd sakinləri bildirilər ki, qışda palçıqdan, yayda tozdan bu yolda hərəkət etmək mümkün deyil:

“Bu yoldan bir dəfə keçdinsə, maşını aparıb ustaya göstərməlisən. Çala var ki, dərinliyi yarım metrdir. Əsaslı təmirə ehtiyacı var bu yolun, bir-iki maşın daş-qum tökməklə əmələ gəlməz”.

Sakinlər deyir ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, məktub yollayıblar, amma heç kimdən səs-səmir çıxmır.

Məsələni həll etməkdə Kürdəmir rayon icra hakimiyyəti də acizdir. İllərdir həll olunacaq desələr də ortada bir iş yoxdur.

Bizim.Media-ya problemlə bağlı məlumat verən icra hakimiyyətinin memarlıq şöbəsinin baş məsləhətçisi Şəfaət İsmayılov bildirdi ki, adı çəkilən yolun layihəsi hazırdır. Növbəti illərdə rayonun bir neçə kəndinə, o cümlədən Muğanlı kəndinin 4 km-lik hissəsinə asfalt örtüyünün salınması işləri həyata keçriləcək.

Bizim.Media
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hakim dedi ki, Naxçıvanda yalnız Kərəm Mustafayevin dediyi ola bilər" - Acı Naxçıvan REALLIĞI...


Naxçıvandakı hərbi hissələrdən Azərbaycanın digər bölgələrinə dəyişilmək istəyən hərbçilər təzyiqlə üzləşdiklərini deyirlər. Fikrindən daşınmayan hərbçilər isə həbsə və yaxud psixoloji dispanserə göndərilməklə hədələnirlər.

Bu barədə “Gündəlik Naxçıvan”ın yaydığı məlumatda deyilir.

Naxçıvandakı N saylı hərbi hissədə xidmət etmiş zabit Şamxal Əliyev bildirir ki, xidmət yerini dəyişmək fikrinə düşdüyü üçün o da təhdid və təzyiqlərə məruz qalıb. Geri çəkilmədikdə isə, Hərbi Xidmətkeçmə Əsasnaməsinin "xidməti uyğunsuzluğu görə" bəndinə əsasən, bir il öncə ordudan məcburi təxris olunub:

"Mən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda 10 il xidmət etdikdən sonra Azərbaycanın başqa bölgələrində xidmət etmək üçün müraciət etdim. Qanunla, 6 il xidmətdən sonra belə müraciət etmək olar. Raportda yazmışdım ki, Naxçıvanda 10 il xidmət etdiyimə görə başqa yerə rotasiya etsinlər. Məqsədim xidmətimi Azərbaycanin digər bölgələrində, məsələn, Kəlbəcərdə, Şuşada, Füzulidə davam etdirmək idi. Başqa yerə göndərmədilər, əksinə, mənim qara günlərim başladı”.
Şikayətçi deyib ki, bundan sonra hərbi hissə komandiri tərəfindən ona qarşı mənəvi və psixoloji basqılar başlayıb. O, hüququnu qorumaq üçün məhkəməyə müraciət etdiyini bildirir:
"Məhkəmə də mənim əleyhimə qərar çıxardı. Hakim dedi ki, Naxçıvandakı hərbi hissələrdə yalnız Əlahiddə Ümumqoşun Ordusunun komandiri general-polkovnik Kərəm Mustafayevin dediyi ola bilər. Daha sonra məni dəlixanaya salacaqları ilə hədələdilər. Geri çəkilmədiyimi görüb, məni məcburi ordu sıralarından tərxis etdilər".
“Əslində rotasiya haqda (yerdəyişmə haqqında) qərarda nəzərdə tutulub ki, 6 il bir birlikdə xidmət edən hərbi qulluqçunun yeri dəyişdirilə bilər. 2017-ci ildə mənim yerim dəyişdirilməli idi. Mən əlavə dörd il də səbr etdim. Bu baş vermədiyinə görə, raport yazıb yerimi dəyişmələrini istədim. Mənə təzyiqlər, hədə-qorxu o qədər oldu ki, yuxarılara rabitə rəisi kimi intihar edəcəyimi bildirdim. Cavabında məni dəlixanaya salacaqları ilə hədələdilər”- şikayətçi deyib.
O bildirir ki, Əsasnamənin bu bəndi ilə tərxis olunduğu üçün bir daha orduda çalışa bilməz:
"Mən tək deyiləm, xidmətdə olduğum müddətdə çoxlu sayda belə halların şahidi olmuşam. Uzun illər hərbi xidmət keçmiş zabitlər yerlərini dəyişmək istədikləri üçün, bu cür yollarla hərbidən kənarlaşdırılıblar. Bu işin başında şəxsən Kərəm Mustafayevin özü dayanır".

“Gündəlik Naxçıvan”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Verdiyi rüşvəti geri tələb edən vətəndaş intihara əl atdı - UCARDA DƏHŞƏT

Ucar rayon Koroğlu küçəsi ev 24 -yaşayan Ələkbərov Oktay Qüddəsər oğlu bu gün Ucar rayon Mərkəzi Xəstəxanasında intihara cəhd edib.
Bu barədə Gununsesi.info-ya rayon sakinləri bildirib. Məlumata görə, ancaq vətəndaşın qarşısını kəsən polislər onu özünü yandırmasına imkan verməyib.

Olaya səbəb isə Ələkbərov Oktay Qüddəsər oğlunun Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlı ilə arasındakı qalmaqaldır.
Vətəndaş iddia edir ki, oğlunu operator vəzifəsinə qoymaq adı ilə direktor ondan 3500 manat pul alıb:
“Oğlum Ceyhunu Ucar rayon xəstəxanasına operator vəzifəsinə qoymaq üçün Zeynal Bayramlıya 3500 manat pul verdim.Bir neçə aydan sonra oğlumun vəzifəsini dəyişdi həm də dərəcəsini aşağı saldı.
Buna görə mən dəfələrlə Zeynal Bayramlının qəbulunda oldum axırda məni otağından qovdu.
Zeynal Bayramlı ya oğlumu əvvəlki işinə qaytarmalıdır, ya da pulumu verməlidir”. //Gununsesi.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eldəniz Cəfərov: “Avtobuslarda təyin edilən 30 qəpik gediş haqqı belə çoxdur”


“Bu gün Bakı şəhərində sərnişinlərin ictimai nəqliyyatda daşınmasının xidmət səviyyəsi o qədər aşağıdır ki, təyin edilən 30 qəpik belə çoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtobuslarla bir sərnişinin daşınma xərcinin 85 qəpikdən yüksək olması fikrinə aydınlıq gətirərkən deyib. Ekspert saatlarla vətəndaşların dayanacaqlarda avtobus gözlədiyini vurğulayıb:

“Bundan əlavə, ara intervalları çoxdur, belə olan halda daşınmada nəyin müqabilində qiymət qalxır? Uzunluğu 20-30 km olan marşrut xəttinə 6-7 avtobus buraxan özəl daşıyıcılar var. Keyfiyyət səviyyəsinin aşağı olduğu vaxtda necə və hansı xərclərdən danışmaq olar? İnsanlar daşınma xidmətlərindən razı deyil”.

Eldəniz Cəfərov bildirib ki, dövlət ictimai nəqliyyatda qiymətlərin yüksək olmasında maraqlı deyil:

“Dövlət maraqlıdır ki, ictimai nəqliyyat ucuz, cəlbedici olsun, vətəndaşlar ictimai nəqliyyatdan rahatlıqla istifadə edə bilsinlər”.

Qeyd edək ki, bəzi sərnişindaşıma şirkətləri hazırda müntəzəm sərnişindaşımada müasir avtobusla bir sərnişinin daşınmasının maya dəyərinin mövcud gediş haqqından xeyli yüksək olduğunu açıqlayıblar:

“Bunu aidiyyəti dövlət qurumları da təsdiq edir. Müasir avtobuslarla bir sərnişinin daşınma xərci 85 qəpikdən yüksəkdir. Həmçinin qeyd edim ki, son aylarda avtobusların ehtiyat hissələri, sürtkü yağları və digər zəruri təchizatların qiyməti 65%-ə qədər artıb”, - deyə sərnişindaşıma şirkətlərindən birinin nümayəndəsi vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavid Qurbanovun yaxın xanım kadrı ölkəni tərk edib?


"Azərbaycan Reallığı" məlumat verən mənbə bildirir ki, keçmiş Dəmir Yolları Qapalı səhmdar cəmiyyətinin rəisi Cavid Qurbanova yaxınlığı ilə seçilən və onun təmtəraqlı şəkildə 60 illik yubileynin təşkilatçılarından olan Vəsilə Abulova ölkəni tərk edib, səbəbi isə son dövrlər Cavid Qurbanovun vurulan kadrlarının barəsində hüquq-mühafizə orqanlarında araşdırma getdiyi üçün Vəsilə Abulovaya muəyən güclər ölkəni tərk etməyi məsləhət görüb.
Cavid Qurbanovun yaxın xanım kadrı ölkəni tərk edib?

Vəsilə Abdulova

"Azərbaycan Reallığı" xəbər verir ki, googlede axtarış verərkən Vəsilə xanım haqqında xeyli qaranlıq məqamlara rast gəlmək olur. O, Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olmaqla yanaşı Voleybol Federasiyasının maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsində də olub. “Azərreyl” voleybol klubuna da baş mühasib gətirilib, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan V.Abulova hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri olduğu iddia olnur.
Cavid Qurbanovun yaxın xanım kadrı ölkəni tərk edib?

Cavid Qurbanov

Saytımıza danışan mənbə onun ölkədən kənardada mülklərin olduğun bildirir. Türkiyədə isə 4 otaqlı evi, Gürcüstanda isə şərikli biznesi olduğu deyilir.

Dəmiryolçu xanımın qarajında “022 Range Rover”, “022 Lexus”, “011 Hyundai”, “BMW 5” və “Pajero Jeep” markalı avtomobil kolleksiyası var. Bütün bu daşınar və daşınmaz sərvəti Vəsilə xanım Cavid Qurbanovun dönəmində əldə etdiyi bildirilir.

"Azərbaycan Reallığı" məsələ ilə bağlı Vəsilə Abulova əlaqə saxlayıb, O hal-hazırda ölkədə olmadığını, xaricdə hansısa beynəlxalq tədbirdə olduğunu qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran RİH-də NƏ(LƏR) BAŞ VERİR? - İTTİHAM VAR!


Lənkəran rayonu ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Doğrudur, sakinlər arasında heç də yeni deyil, amma yayımlayacağımız xəbər oxucularımızı şoka salacaq.

Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov rayon sakinlərinə zülm etməklə, bir növ əhalini dövlətdən narazı salmağa çalışır. İllərdir icra başçısı kürsünü zəbt edən və rayonda tender maxinasiyaları ilə iz buraxan şəxs dövlət qurumları tərəfindən məharətlə sığortalanır. Maraqlıdır, rayon rəhbəri hansı metotdan istifadə edir ki, rahat şəkildə bütcəni talayır.
GundemXeber.Az-ın apardığı araşdırmalardan məlum olub ki, T. Qaraşovun qara işlərini məhz şəxsi köməkçisi Elnur Hüseynov icra edir. Xatırladaq ki, bir mütddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxaladı.
Elgün Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçildi.
Əfsüslər olsun ki, belə bir cinayət işindən rayon icra başçısı
kənar qaldı. Məlumat üçün bildiririk ki, rayonda yüksək səviyyəli korrupsiya halları bir başa icra başçısı səviyyəsində razılaşdırılır. Adından da bəllidir ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tabeçilik baxımından kimə və kimlərə tabedir. Mənbəmiz iddia edir ki, Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri Vüqar Adil oğlu Məmmədov da müəyyən neqativ olayların iştirakçısı olub. Araşdırmalarımız davam edir.

GündemXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX Vasif Talıbovun oğlunu araşdırır - İLGİNC GƏLİŞMƏ


Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən istefa verib.

DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a universitetdəki mənbələr məlumat verib. O, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğludur. Universitet müəllimlərinin dediyinə görə, Naxçıvanda yoxlamalar başlayandan bəri, Seymur Talıbov universitetdə görünmürmüş. Dekabrın 8-də isə, ərizə yazaraq, vəzifəsindən istefa verib:

“ Seymur Talıbov Naxçıvan Dövlət Universitetində Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsində idi. O həm də qeyri-rəsmi olaraq, Universitetə də rəhbərlik edirdi. Öz yaxınlarını universitetlərdə müxtəlif vəzifələrə yerləşdirməklə yığılan rüşvətə bir başa nəzarət edirdi. Qəbulda, imtahanlarda, kəsiri olanlardan yığılan bütün pullar sonda ona çatırdı. Bu günlərdə NDU-da da yoxlamalar başlanıb və bütün bu qanunsuzluqlar üzə çıxıb. İndi deyirlər ki, yığdığını gətir, qoy ortalığa. İstefa verməklə guya iz itirir. Əlində nə var, alacaqlar".

İki həftədən artıqdır ki, DTX Naxçıvandakı dövlət orqanları və özəl müəssisələrdə yoxlamalar aparır. Bu yoxlamalar haqda ictimaiyyətə geniş rəsmi məlumat verilmir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO