[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Maşallah Əhmədov, çəpiyi ancaq sizin dostunuz çalmalıdır?


“Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədov elm və təhsil naziri Emin Əmrullayevin klubun Müşahidə Şurasında təmsil olunmasını tənqid edib. Deyib ki, təhsil nazirinin orada nə işi var? İnsafən, adam haqlıdır. Necə deyərlər, düzəlmişdi təhsilimizin hər yarağı, qalmışdı “Neftçi”nin saqqal darağı. Təhsilimiz bataqlığın içində, nazirimiz də futbol hayında. Təhsildə heç bir islahat apara bilməyən adam, futbola nə verəcək? Emin Əmrullayev öz müəllimlərini aşağılamaqdan savayı nə ilə yadda qalıb? Adam təhsilin əsas probleminin harada olduğunu da bilmir. Bəlkə də bilir, amma bunu deməyə cürət etmir. Ona görə də yapışıb ən aşağıdan, müəllimlərdən. Guya bunun özünə təhsili gəmi bosmanı verib, müəllim yox.

Bu məsələdə Maşallah Əhmədov yüzdə-yüz haqlı. Amma və lakin… Əhmədov deyib ki, Emin Əmrullayevin yerində İsgəndər Cavadov olmalıdır. Yox, yoldaş Əhmədov, burada xoruzun quyruğu görünür.

Niyə elə hesab edirsiniz ki, futbol təsərrüfatında çəpik çalmaq, “ləbbeyik” demək ancaq Cavadovun səlahiyyətindədir? Adam illərdir AFFA İcraiyyə Komitəsində təmsil olunur. Bircə dəfə futbolumuzun problemlərini dilə gətirib? Yox! İşi-gücü ancaq Rövnəq Abdullayevi tərifləmək, Elxan Məmmədovun qərarlarına çəpik çalmaq və barmaq qaldırmaqdan ibarətdir.

Haqqını da artıqlaması ilə alır. Qondarma federasiyasına xeyli pul verirlər, özü də bütün dünyanı gəzir.

Elə deyil, yoldaş Əhmədov? Elədirsə, İsgəndər Cavadov niyə həm də “Neftçi”nin Müşahidə Şurasında olmalıdır?

Emin Əmrullayevin ondan nəyi əskikdir ki? Çəpik çalmağı, “ləbbeyk” deməyi bacarmır? Adamın, müəllimləri görməyə gözü yoxdur, imkan verin “Neftçi”nin oyunundan zövq alsın, ruhunu təzələsin. Futbolda hər şey İsgəndər Cavadov üçün deyil, yoldaş Əhmədov, ondan elm və təhsil nazirinə də pay çatmalıdır. Ağıllı olun!

aut.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Casamia” mağazalar şəbəkəsi məhkəməlik oldu


Azərbaycanda fəaliyyət göstərən “Casamia” mağazalar şəbəkəsi barəsində məhkəmə iddiası qaldırılıb.

“Qafqazinfo”nun məlumatına görə, şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir.

Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, “Casamia” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Nərimanov Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gələn ilin bayram günləri MÜƏYYƏNLƏŞDİ


Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərar imzalayıb.

Qərarla 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən nəzərdə tutulan günlər iş günü hesab edilmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
TALIBOVUN “OLMAZ!”LARI – Və ya Naxçıvanda tətbiq olunan Şimali Koreya qanunları (SİYAHI)


Bir neçə gündür ki, yerli KİV-lərdə Naxçıvandakı bəzi qadağaların ləğv edildiyinə dair xəbərlər tirajlanır. Qeyd olunur ki, artıq Muxtar Respublikada avtomobillərə pərdə və plyonka vurulmasına qoyulan qadağa aradan qaldırılıb. Bundan başqa, digər regionların qeydiyyatında olan köhnə avtomobillərin də Naxçıvanda qeydiyyata alınmasına icazə verilib. Həmçinin, bu yaxınlarda Naxçıvan ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələrinin fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar yayılıb. Gömrüklərdə yumşalma, həmçinin Azərbaycanın digər bölgələrindən Naxçıvana mal daşınmasına maneələrin aradan qaldırılması da DTX-nın MR-də əməliyyatlara başlamasından sonra qeydə alınan yeniliklərdir.

Əlbəttə, Muxtar Respublikanın yavaş-yavaş Azərbaycana inteqrasiyası, absurd qadağa və məhdudiyyətlərin aradan qaldırılması sevindirici haldır. Ancaq nəzərə almalıyıq ki, Naxçıvanda Vasif Talıbovun müəyyən etdiyi və hələ də ləğv olunmayan onlarla belə absurd qadağalar mövcuddur. Artıq 26 ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikası dövlət qanunlarıyla deyil, Talıbovun müəyyən etdiyi qaydalarla idarə olunur. Uzun illərdir Naxçıvanda tətbiq olunan qadağalar yerli sakinlərin böyük bir qisminin Muxtar Respublikanı tərk etməsinə səbəb olub. Naxçıvanda yaşamaq istəyən vətəndaşlar isə Talıbovun “yazılmayan qanunları”na uyğunlaşmaq üçün böyük əzab-əziyyətlərə qatlaşmağa məcbur olublar. Talıbovun hələ ki, davam edən hakimiyyəti dövründə bu qayda-qanunlara əməl etməyən şəxslər təzyiqə, həbsə, müxtəlif işgəncələrə məruz qalıblar.
Heç bir məntiqə uyğun olmayan bu “qanunlar” Naxçıvana bir sıra “təxəllüslər” qazandırıb. Müxalifətçi fəallar Naxçıvanı "Azərbaycanın Şimali Koreyası” adlandırarkən, beynəlxalq hesabatlarda Muxtar Respublika "Azərbaycanın qara adası” kimi təsvir edilib.
Talıbovun 26 illik hakimiyyəti dövründə Naxçıvanda tətbiq edilən və hazırda mövcud olan qadağa və məhdudiyyətlərin bir qismini təqdim edirik:
“Təkcə eyvanda yox, mənzildə də paltar asmaq olmaz!”
TALIBOVUN “OLMAZ!”LARI – Və ya Naxçıvanda tətbiq olunan Şimali Koreya qanunları (SİYAHI)

Bu qadağanın maraqlı bir tarixçəsi var. Deməli, bir neçə il bundan öncə müəyyən məmurlar tərəfindən hər il Naxçıvana xeyli sayda elektrikli paltarqurudan maşınlar idxal edilirdi. Ancaq bu cihazlar çox baha olduğundan, əhali onları almağa xüsusi maraq göstərmirdi. Yerli sakinlər əvvəlki qaydada paltarlarını öz eyvanlarında, həyətlərində ipdən asmaqla qurudurdular. Daha sonra yaşayış binalarından paltar qurutmaq üçün asılmış ipləri polislər qırıb atmağa, doğramağa başladılar. Hətta bir müddət sonra evin içərisində belə paltar sərib, qurutmaq qadağan olundu. Əgər çöldən baxarkən, evin içərisində paltar asıldığı görünərdisə, mənzil sahibləri polis bölməsinə aparılar və “paltar asmaq qadağası”nı pozduqlarıyla bağlı tənbeh edilərdilər. Bu qadağanın harda və kim tərəfindən rəsmən elan edidiyi hələ də heç kimə məlum deyil. Ancaq sözügedən qadağanın şəhər mərkəzlərində hələ də qüvvədə olduğuna dair məlumatlar var...
“Naxçıvan qeydiyyatından çıxmaq olmaz!”
TALIBOVUN “OLMAZ!”LARI – Və ya Naxçıvanda tətbiq olunan Şimali Koreya qanunları (SİYAHI)

Muxtar Respublikada ən çox narazılıq doğuran məqamlardan biri də kişilərin Naxçıvanda daimi qeydiyyatdan çıxarılmasına qoyulan qeyri-rəsmi qadağadır. Xatırladaq ki, əvvəllər bu, Naxçıvanda qeydiyyatda olan hər kəsə şamil edilirdi. Lakin Azərbaycanda “ASAN xidmət” yaranandan sonra qadınların və 50 yaş üzərində olan kişilərin Naxçıvan qeydiyyatından çıxmalarıyla bağlı süni əngəllər törətmək mümkün olmadı. Lakin hələ də 50 yaşa qədər olan kişilərin Naxçıvan qeydiyyatından çıxmalarına icazə verilmir. Həmin şəxslərdən öncə Naxçıvanda qeydiyyatda olduqaları hərbi uçotdan çıxmaları tələb edilir. Bu səbəbdən də faktiki olaraq Azərbaycanın digər bölgələrində yaşayan 100 minə yaxın insanın Naxçıvan qeydiyyatından çıxması əsl müşkülə çevrilib. Naxçıvandan fərqli olaraq, digər bölgələrdə yaşayan sakinlərin qarşısında qeydiyyat yerini dəyişmək üçün hərbi uçotdan çıxmaqla bağlı belə bir tələb qoyulmur.
Bəs, Azərbaycanın müxtəlif bölgələrində yaşayanların Muxtar Respublika qeydiyyatından çıxarılmasına imkan verməyən Vasif Talıbovun məqsədi nədir?
Əvvəla, onu qeyd edək ki, son illər əhalinin sürətlə Muxtar Respublikadan köçməsi, Naxçıvanın boşalması barədə ən müxtəlif səviyyələrdə müzakirələr gedir. Təəssüf ki, faktiki olaraq bu gün Naxçıvanda yaşayanların sayı rəsmi rəqəmlərdə göstərilənlərdən iki dəfə azdır. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi Muxtar Respublika əhalisinin 463 min nəfər olduğunu açıqlasa da, bir çox mütəxəssislər bu gün Naxçıvanda 200 min nəfərə yaxın insan yaşadığını bildirir. Muxtar Respublikanı tərk edən əhalinin əksəriyyəti əsasən Bakı şəhərində və İstanbulda məskunlaşıb. Bunun da təbii ki, birinci səbəbi V.Talıbovun Naxçıvanda yaratdığı dözülməz rejimdir. Bu rejimin fəsadlarını gizlətməyin bir yolu da əhali sayını rəsmi statistikada hələ də yüksək göstərməkdir...
“Şənbə və bazar günləri evdə qalmaq olmaz!”
TALIBOVUN “OLMAZ!”LARI – Və ya Naxçıvanda tətbiq olunan Şimali Koreya qanunları (SİYAHI)

Naxçıvan Muxtar Respublikasında hər həftənin şənbə və bazar günləri dövlət idarələrində və müəssisələrdə çalışan işçilər məcburi iməcliyə çıxarılırlar. Yerli sakinlər bildirirlər ki, iməcliyə çıxmaq istəməyənlərin ya maaşı kəsilir, ya da işdən çıxarılmaqla hədələnirlər. İməcilik günləri onlara əsasən yol kənarlarını süpürtdürür, ting əkdirir, alaq yoldururlar. İddia edilir ki, işçilər və hərbçilər mövsümə uyğun olaraq, məmurların əkin sahələrində də məcburi əməyə cəlb olunurlar.
Naxçıvan Ali Məclisinin rəsmi səhifəsində verilən məlumata görə, hər həftə 50 minə yaxın “könüllü” bu iməcliklərdə iştirak edir. Təmizlik işləri görmək üçün hər idarə və müəssisə üçün xüsusi ərazi təyin olunur. Hər kəs öz ərazisinə görə məsuliyyət daşıyır. Həmçinin qeyd olunur ki, həftə sonları iməcliyə çıxarılanlar arasında təhsil və tibb işçiləri də var.
Qeyd edək ki, sovet ənənəsi olan iməclik Naxçıvanda 1990-cı illərin sonlarından - Vasif Talıbov hakimiyyətə gələndən sonra yenidən “məcburi ənənə” halına salınıb. Həmin vaxtdan fasiləsiz olaraq hər həftənin istirahət günləri iməcliklər keçirilir. Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, 1995-2010-cu illər ərzində Naxçıvanda əkilən kol və ağacların sayı 2 mini keçməyib. 2011-ci ildən bəri isə məcbur iməcliklərə kütləvi cəlb olunanların sayı artdığına görə, hər il Naxçıvanda 300-400 min ağac, kol əkilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi zorla işlədilməyi qadağan edir. Həmçinin, Əmək Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, zor işlətməklə, əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməlidirlər. Onlar 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdırlar.
“Rəngli corablar geyinmək olmaz!”
Bu barədə yerli KİV-lərdə gedən xəbərlərə görə, Naxçıvanda dövlət idarələrində çalışan işçilərə fərqli rəngdə corablardan istifadəylə bağlı qadağa qoyulub.
“Çayxana olmaz!”
TALIBOVUN “OLMAZ!”LARI – Və ya Naxçıvanda tətbiq olunan Şimali Koreya qanunları (SİYAHI)

Artıq bir neçə ildir ki, Naxçıvanda bəzi qəsəbə, şəhər və rayon mərkəzləri isitisna olmaqla, digər yerlərdə çayxanaların fəaliyyətinə icazə verilmir. Kəndlərdəki fərdi çayxanaların hamısı ağır texnika ilə yerlə-yeksan olunub və ya qapadılıb. Hazırda qəsəbələr, rayon və şəhər mərkəzlərində ümumilikdə təxminən 15-20 çayxana fəaliyyət göstərir. Yəni, rəsmi statistikada 462 min insanın yaşadığı Muxtar Respublikada hər 25-30 min nəfərə cəmi bir çayxana düşür. Deyilənə görə, bu qadağanın tətbiqi siyasi məqsəd daşıyır. Belə ki, yerli hakimiyyətin qərarı müəyyən qədər də olsa, insanların çayxanalarda bir araya gələrək siyasi və ictimai mövzuda söhbətlər aparmalarının qarşısını alır.
“Təndir olmaz!”
TALIBOVUN “OLMAZ!”LARI – Və ya Naxçıvanda tətbiq olunan Şimali Koreya qanunları (SİYAHI)

Talıbovun “olmaz!”ları arasında bəlkə də ən gülməlisi təndir yasağıdır. Artıq uzun müddətdir ki, Muxtar Respublikada insanların həyət evlərində təndirdən istifadə etmələrinə icazə verilmir. Dövlət nümayəndələri ekoloji mühitin qorunmasıyla bağlı belə bir addımın atıldığını bildirsələr də, əslində, söhbətin məğzi tamam başqadır. Deyilənə görə, qadağanın tətbiqi Naxçıvanda açılan çoxlu sayda çörək sexləri ilə bağlıdır. İddia olunur ki, inhisarçı məmurların sexlərində bişirilən çörəklər yaxşı satılmadığından belə bir qadağaya baş vurublar. Nəticədə Naxçıvanda dədə-baba qaydasıyla bişirilən çörəkləri elektrik sobalarında bişən çörəklər əvəz edib. Bu gün Naxçıvan əhalisinin böyük bir qismi məcburən bu sexlərdə bişən çörəkləri istehlak edirlər.
“Kafe və restoranlarda musiqi dinləmək olmaz!”
Naxçıvanda rayon mərkəzlərində kafe və restoranlara demək olar ki, rast gəlmək mümkün deyil. Yol kənarındakı kiçik sahəli tikililəri nəzər almasaq, Naxçıvan MR-də cəmi 10-15 restoran tipli obyekt fəaliyyət göstərir. Əsasən, Naxçıvan şəhərində yerləşən bu obyektlərdə isə adi günlərdə və hətta bayram günlərində musiqi səsləndirmək qadağan edilib.
Onu da qeyd edək ki, Talıbovun və onun yaxın çevrəsinin uzun illərdir Muxtar Respublikada yaratdığı monopoliya səbəbindən vətəndaşların kiçik sahibkarlılqla məşğul olmalarının qarşısı böyük ölçüdə alınıb. Naxçıvandakı istənilən sahibkarlıq fəaliyyəti gömrüyü və yerli istehsalatı inhisarda saxlayan Talıbovların maraqlarına uyğun olmadığından, belə bir qeyri-qanuni qadağanın tətbiq olunduğu bildirilir. Artıq 10 ilə yaxındır ki, rayon və şəhər mərkəzlərindən kənardakı kiçik ərzaq dükanları ləğv edilib. Son illərdə isə dövlət hər kənddə bir mağaza tikərək, yalnız onun fəaliyyətinə icazə verib. Bu mağazalar isə dövlət büdcəsi hesabına tikilsə də, yerli sakinə maya dəyərindən də baha qiymətə satılıb.
“Fərqli qəbir daşı olmaz!”
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarına əsasən, Naxçıvanda bütün qəbirüstü daşlar eyni formada olmalıdır. Fərqli qəbir daşlarının qadağan edildiyi qanunda müəyyən edilib ki, bundan sonra qəbirüstü abidələrin uzunluğu 2.20 sm, eni 1.20 sm, başdaşının isə hündürlüyü 60 sm, eni 80 sm olacaq.
“Menyudan kənara çıxmaq olmaz!”
TALIBOVUN “OLMAZ!”LARI – Və ya Naxçıvanda tətbiq olunan Şimali Koreya qanunları (SİYAHI)

Muxtar Respublikadakı “bütün problemləri həll edən” V. Talıbov yas mərasimlərindəki menyunu da özü müəyyənləşdirmək qərarına gəlib. Qeyd edək ki, hazırda Naxçıvanda keçirilən yas mərasimlərində xurma və halvadan başqa, hər hansı şirniyyatdan istifadə etmək olmaz. Həmçinin, Naxçıvan televiziyasında dini mövzuda olan verilişlərə də qadağa qoyulub. Hətta efirdə “maşallah”, “inşallah”, “Allah qoysa” sözlərini işlətmək də olmaz.
Sözsüz ki, Naxçıvandakı “olmaz!”ların siyahısını bir qədər də genişləndirə bilərdik. Ancaq “Azərbaycanın Şimali Koreyası”ndakı qayda-qanunlarla oxucuları yormaq istəmirik. Sadəcə, sözügedən qadağaların bir qismini təqdim etməklə, bölgənin bir ailənin diqtə etdiyi istəklərlə necə idarə olunduğunu, Naxçıvandakı vəziyyətin nə qədər acınacaqlı olduğunu, insanların 30 ilə yaxın bir müddətdə nə cür əzab-əziyyət çəkdiklərini xatırlatmaq istədik. Bəli, təəssüf ki, 462(!) min nəfər əhalisi, 5502,75 kvadrat kilometr ərazisi, saysız-hesabsız təbii sərvətləri olan tarixi Naxçıvan torpağı artıq 26 ildir ki, Talıbovun və onun yaxın ətrafının müəyyən etdiyi ağlasığımaz qayda-qanunlarla idarə olunur. Bu gün Naxçıvandakı idarəetmə XVIII əsrdəki xanlıqlar dövrünü xatırladır. Hər halda təsadüfi deyil ki, bir neçə il bundan öncə Naxçıvana səfər edən ABŞ diplomatı Vaşinqtona məktubunda regionu “Talıbovun xanlığı” adlandırmışdı və “Naxçıvan baş-ayaq bir dünyadır”, - deyə bildirmişdi.../“AzPolitika.info”/
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda “zerkalnı” maşın nömrələri niyə ƏLALTDAN satılır? - ARAŞDIRMA


Azərbaycanda bahalı avtomobil nömrələri çoxalsa da, bu sahə biznes maraqlarının qurbanına çevrilib. Bu gün qoşa kombinasiyalı və ya el arasında dediyimiz “zerkalnı” kimi tanınan gözəl nömrələrə bir ətək pul verənlər yalnız imkanlı şəxslərdir. Hansı ki, nömrə “dəllal”ları ilə açıq bazara girib istədikləri avtomobil nömrəsini asanlıqla əldə edə bilirlər.

Dövlət qeydiyyat nişanlarının hərrac yolu ilə satılması məsələsi illərdir müzakirə olunur və bununla bağlı konkret təkliflər işlənilməyib.

Baxmayaraq ki, ölkə başçısı müvafiq təkliflərin hazırlanıb tətbiq edilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq vermişdi. Amma alver indi də davam edir. Üstəlik nömrə “dəllal”ları daha da aktivləşərək, “qol-qanad” açıblar.

Məlumat üçün bildirək ki, 2022-ci ilin yanvar ayının 1-dən etibarən “Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişiklik qüvvəyə minib. Həmin gündən etibarən avtomobil qeydiyyata alınan zaman vətəndaşdan qeydiyyat şəhadətnaməsi üçün 30 manat, dövlət qeydiyyat nişanı üçün 30 manat, nəqliyyat vasitəsinin qeydiyyatı üçün isə 20 manat tələb olunur. Avtomobil nömrəsinin rüsumu isə seriya və rəqəm fərqliliyinə görə dəyişir. Seriyadakı hərflər eynidirsə qiymətlər bir qədər də artır. Dövlət rüsumuna görə ən bahalı eyni kombinisiyalı nömrə 3000 manatdan yuxarı deyil.

Real mənzərə isə başqadır:

Bu gün bir çox elan saytlarında “cib yandıran” avtomobil nömrələrinə rast gəlinir. Məsələn, Biturbo.az saytında 90 OO 079 dövlət qeydiyyat nişanı 25 min manata, 90 MM 008 dövlət qeydiyyat nişanı 25 min manata, 10 MY 111 dövlət qeydiyyat nişanı 11 min manata, 10 AM 002 dövlət qeydiyyat nişanı 50 min manata, 77 RR 707 dövlət qeydiyyat nişanı 25 min 500 manata, 90 KN 999 dövlət qeydiyyat nişanı 15 min 500 manata, “Avtonet” elan saytında 10 AV 004 dövlət nişanı 45 min manata, 20 TT 200 qeydiyyat nişanı isə 30 min manata satılır.

Digər elan saytlarına da nəzər salsaq avtomobil nömrələri ilə bağlı fantastik siyahı ilə rastlaşmaq mümkündür.

Ekspertlərin fikrincə, avtomobil nömrələrinin alışında şəffaflıq və vahid pəncərə sistemindən ibarət reyestr yoxdur. Bu gün vətəndaş istədiyi avtomobil nömrəsini ala bilmir. Almaq istədiyi nömrənin satışda olmadığı bildirilir. Halbuki həmin nömrə “dəllal”lar vasitəsilə əlaltından fantastik qiymətlərə satışa çıxarılır. Qanundan kənar fəaliyyət göstərilir. Aidiyyəti qurum isə bu məsələdən hali olsa da, “dəllal” larla bağlı heç bir tədbir görmür. Hətta söyləntilərə görə bu “dəllal”lara elə özləri “yaşıl işıq” yandırır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya bildirib ki, qanunda əks olunub ki, vətəndaş istədiyi kombinasiyalı dövlət nömrə nişanı almaq üçün yazılı şəkildə Dövlət Yol Polisinə müraciət etməlidir:

“Elektron və kağız sənəd üzərində də ola bilər. Təbii ki, vətəndaşın istədiyi nömrənin dövlət rüsumu var. Dövlət rüsumunda qiymətlərlə bağlı cədvəllər var. O cədvəldəki qiymətə uyğun rüsumu ödəyib nömrəni əldə etməlidir. Dövlət nömrə nişanı vətəndaşın şəxsi mülkiyyəti deyil. Lakin vətəndaşın hüququ var ki, onun avtomobilinə verilən nömrəni başqa birisinə yönləndirsin. Bu mümkündür. Amma müəyyən “dəllal”lar da var ki, onlar nömrənin alışı və verişi ilə məşğul olur. Biz vətəndaşlara tövsiyə edirik ki, belə “dəllal” larla işləməsinlər. Kimə nömrə lazımdırsa, birbaşa Dövlət Yol Polisinə müraciət etsin”.

Ekspertin sözlərinə görə müvafiq qanunvericilikdən kənar addım atılırsa vətəndaş ilk növbədə Daxili işlər Nazirliyinə müraciət edə bilər:

“Bu şikayətə müvafiq qanunun 78.1- ci maddəsində müəyyən olunmuş qaydada bir ay müddətində baxılır. Nömrə almaqla bağlı vətəndaşın hüquqları tapdanıbsa, xidmətlərdən istifadə zamanı yaranan mübahisələrlə bağlı məhkəmələrə qədər həlli yolları var”. //Bizim.Media//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni ilin ilk ayında 5 gün iş olmayacaq


Gələn ay Azərbaycanda 5 gün iş olmayacaq.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.

2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Bununla da yanvar ayında ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq hüzn günü olduğundan həmin gün qeyri-iş günüdür.

Beləliklə, yanvar ayında, ümumilikdə 5 gün iş olmayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daşkəsən sakininin pay torpağı zəbt olunub, 3 aydır şikayətə baxılmır - Gəncə şəhər notariusu Aris Ələkbərov verdiyi sözə əməl etmədi


Daşkəsən rayon sakini İsgəndərova Həcər Talıb qızı "Hürriyyət"ə növbəti dəfə müraciət edərək bildirir ki, 1997-ci ildə ona verilmiş pay torpağı qanunsuz olaraq başqasına satılıb. Şikayətçi deyir ki, rayonun Xoşbulaq kəndində yerləşən özünə məxsus pay torpağı Gəncədə yerləşən 5 saylı notariat ofisinin rəhbəri Ələkbərov Aris Elman oğlu və Xoşbulaq kəndinin bələdiyyə sədri Rasim Allahverdiyev tərəfindən mənimsənilib.

Həcər İsgəndərova aidiyyəti qurumlara müraciət etsə də, şikayətinə baxılmır. O iddi edir ki, notarius rəhbəri Ələkbərov Aris Elman oğlu və kəndin bələdiyyə sədri Rasim Allahverdiyev buna mane olmağa çalışırlar. Rayon sakini hətta onlar tərəfindən təhdid olunduğunu da vurğulayır:

"1997-ci ildə mənə pay torpağı verilib. Lakin torpaqdan istifadə etməmişdim. Hazırda torpağım əlimdən alınıb, başqasına, notarius rəhbəri Ələkbərov Aris Elman oğluna satılıb.

Atam 1-ci qrup əlil olub. Hazırda dünyasını dəyişib. Rasim və Aris tərəfindən mənə təhdidlər olunur, lazımsız sözlər deyilir. Öz torpağımı geri istəyirəm, mənə deyirlər ki, bizi məcbur edirsən ki, səni öldürüb torpağa basdıraq, heç kəs də tapa bilməyəcək. Hazırda məktəbdə xadimə işləyirəm. Maddi vəziyyətim çox zəifdir, evim yoxdur. Mənə qalan torpaq kimə satılır? Hansı qanunla satılır? Bələdiyyə sədri Rasim satıb. Bu bələdiyyə sədri Rasim bir dəfə özbaşınalıq etdiyinə görə həbs edilib. Xahiş edirəm ki, mənə kömək edəsiniz. Rüşvətxor məmurların əlində tək qalmışam. Mənə aid olan torpaq qanunsuz olaraq başqasına satılır və orda villa tikilir. Bu nə dərəcədə düzgündür?! Hara müraciət edirəmsə, baxılmır. Məhkəmə, vəkil hamı pul istəyir. Arislə Rasim şikayətimə baxılmasına mane olurlar. Ali savadım yoxdur. Rasim Daşkəsinin Xoşbulaq kəndində bələdiyyə sədri işləyib.

Biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyevadan xahiş edirik ki, şikayətimizin yerində bizim iştirakımızla, obyektiv araşdırılıb, Gəncədə yerləşən notarius rəhbəri Aris və kəndin bələdiyyə sədri Rasim adlı şəxslərin barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".

Şikayətçi isə maddi cəhətdən çox ağır vəziyyətdə olduğunu deyir: “Məhkəməyə pul ödəmək lazımdır, maddi cəhətdən imkanım yoxdur, nə edim, torpağımın əlimdən alınmağına göz yumum? Belə çıxır ki, mənim kimi tək yaşayan qadınların başına belə oyun açılmalıdır. Evim, başqa torpağım yoxdur, harada necə yaşamalıyam mən?! Bu özbaşına məmurların haqsızlıqları nə vaxt sona yetecək?”

Məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir mavini Elmar Əliyevlə də əlaqə saxladıq. Onun sözlərinə görə, Rasim Allahverdiyev bu cür qanunsuz əməllərinə görə həbsdə olub: "Xanımın işi ilə dünən Hurriyyet.az saytında tanış olmuşdum. Amma nəzərinizə çatdırım ki, bizim qurum bələdiyyənin işinə qarışa bilməz. Bu işə Daskəsən rayonunun kənd bələdiyyəsi baxır. Biz torpaq satmırıq və almırıq. Rasim Allahverdiyev haqqında şikayətlər çoxdur. Dələduzluq etdiyinə və qanunsuz əməllərinə görə həbsdə olub. Hazırda Rasim Allahverdiyevin işinə xitam verilib. O, Xoşbulaq bələdiyəsinin sədri vəzifəsində çalışıb".

Gəncə şəhər 5 saylı Notarius ofisinin rəhbəri Ələkbərov Aris Elman oğlu ilə də əlaqə saxlamağa çalışsaq da, yenə də mümkün olmadı. Belə ki, o, zəngimizi cavabsız qoymağa davam etdi.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kommunikasiya qrupunun apardığı araşdırmalar nəticəsində isə aydın olub ki, torpağın sadəcə bir hissəsi Ələkbərov Aris Elman oğlunun həyətinə qarışıb. Ədliyyə Nazirliyinin Kommunikasiya qrupunun verdiyi məlumata əsasən, Həcər xanım və Arıs müəllimlə danışıqlarda razılaşma əldə olunmuşdu. Yəni A.Ələkbərov söz vermişdi ki, xanımın torpağının pulunu ödəyəcək.

Çox təəssüf ki, bu söz sadəcə telefon danışığında qaldı. Xanımın qızı A.Ələkbərovun iş yerinə getsə də, onu qəbul etməyib.

P.S. Əlbəttə, Aris müəllim ona verilən torpağın koordinatını bilməli idi. Bir halda ki, o, dövlət orqanında işləyir, bu işə biz yox, özü vaxtında müdaxilə etməliydi.

Aris müəllim, necə özünüzə sığışdıra bilirsiniz ki, xəstə və tənha qadının pulunu mənimsəyirsiniz? Əgər qadın haqsız olsaydı, bunu sübut etmək üçün əlinizdən gələni edərdiniz. Xanımın torpağında villa tikdirməyiniz bəs deyilmiş kimi, pulunu da mənimsəyirsiz.

P.P.S. Mövzunu davam etdirəcəyik. Maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq. //"Hürriyyət"//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi" - SENSASİON FAKTLAR


Bir neçə gün öncə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun xarici ölkələrdəki mülkləri haqqında yerli mediada məlumatlar yayıldı. Xüsusilə də Vasif Talıbovun oğlu Seymur Talıbov Dubayda özünə dəyəri milyonlarla ölçülən mülklər alıb. Məlumat verən mənbə ilginc faktlar açıqlayıb. Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu ilə bir vaxtlar Prezidentin köməkçisi işləmiş Əli Həsənovun oğlu Şamxal Həsənli yaxın dostdurlar. Onlar təkcə dost deyillər, eyni zamanda Dubayda milyonluq biznesləri və ortaq əyləncə proqramları var.

Mənbəmiz iddia edir ki, Vasif Talıbovun oğlu bir neçə gün əvvəl işlədiyi Naxçıvan Dövlət Universitetindən prorektor vəzifəsindən rəsmən uzaqlaşdırılıb. Və Seymur Talıbovun ölkəni tərk edərək Dubaya yolladığı xəbərləri dolaşmaqdadır. Xatırladaq ki, bir qədər əvvəl mətbuatda yazılan xəbərlərə əsasən Əli Həsənov da Dubaya köçərək ailə biznesini idarə etməyə başlayıb.

Bilgi verən mənbə iddia edir ki, Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb. Sabiq şöbə müdirinin oğlu, "Xəzər" TV-nin o zamankı prezidenti Şamxal Həsənli Dubayda cazibədar əmlak agenti Nensi Karamla müəyyən sövdələşmələr əldə edir və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak daşınmaz əmlak sahibi olur.
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi" - SENSASİON FAKTLAR

3 il sonra Şamxal Həsənli Nensini investisiya üçün Dubayın ən etibarlı əmlak agentlərjndən biri kimi xarakterizə edəcəkdi. "Quyruq" da elə burda ələ keçir və Şamxal “Provident” şirkəti üçün yazdığı rəydə Dubayda daşınmaz əmlak aldığını təsdiq edir.

Əlbəttə, BƏƏ kimi informasiya resurslarının qapalı olduğu ölkədə Əli Həsənovun mülkünü, əmlakını tapmaq qumsallıqda xəzinə axtarmaq kimi bir işdir. Üstəlik Şamxal Dubaydan Amerikanın bahalı kurort şəhəri Miamiyə üz tutmaqla ləpirləri daha tez itirməyə çalışmışdı.

Vasif Talıbovun oğlunun da Dubayda mülk sahibi olmağa başladığı il 2017-ci ilə təsadüf edir. Belə ki, Seymur Talıbov Dubayda ilk biznesini 2017-ci ildə qurmağa başlayıb. Məhz Dubayda yerləşən “Jümeyrah” adalarında 4 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Burada başqa lüks villalar, malikanələr alıb. Bundan sonra isə Seymur Talıbov dostu Şamxal Həsənli ilə birlikdə biznes qurmaq qərarına gəlib. Düzdür Həsənovla Talıbovun oğlunun şərikliyini sübut edən faktlar ortada deyil. Buna baxçayaraq ƏIli Həsənovun oğlu Şamxal Həsənli qızıl biznesinə, Vasif Talıbovun oğlu prorektor-alim Seymur Həsənli isə otelçilik fəaliyyətinə başlayıb.

Mətbuatda oğul Talıbovun mülkləri barədə yayılan siyahıya diqqət edək
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi" - SENSASİON FAKTLAR

- Dubayda yerləşən “Bulvar Central Tover” 2-də 3 otaqlı mənzil. Mənzilin sahibi Rza Talıbovdur. Dünyaca məşhur 22 mərtəbəli binada yerləşən mənzilin dəyəri təxminən 1,5 milyon dollardır. Bina “Bürc Xəlifə”nin yaxınlığında yerləşir.

- “Bürc Xəlifə”dən çox da uzaq olmayan, 70 mərtəbəli “Opera Qrand”ın 35-ci mərtəbəsində 3 otaqlı mənzil. Mənzilin dəyəri 2,3 milyon dollardır.

- “Standpoint” sarayında yerləşən 27 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində iki otaqlı mənzil. Mənzilin dəyəri 570 min dollardır və Rza Talıbova məxsusdur.

- 63 mərtəbəli “Burj Lake” oteldə Rza Talıbov, Seymur Talıbov və Baharxanım Talıbovanın ayrı-ayrılıqda hər birinin 4 otaqlı mənzili var. Bu mənzillərin ümumi dəyəri 4,7 milyon dollardır. Bina “Dubay Mall”-ın yaxınlığında yerləşir. Bu binada Talıbovların ailə dostu Vüqar Abbasovun da 2 otaqlı mənzili var.

- Seymur Talıbovun “Marina Gate"də 2 otaqlı iki mənzili var. Mənzillər 42-ci və 48-ci mərtəbələrdə yerləşir. Bu mənzillərin ümumi dəyəri 1,4 milyon dollardır.

- Seymur Talıbovun Dubayda “Opera Residence” binasının 31-ci mərtəbəsində 3 otaqlı mənzili var. Mənzilin dəyəri 620 min dollardır.

- Seymur Talıbov Dubaydakı 34 milyonluq “Class Oteli”in sahibidir. Otel 2018-ci ildə açılıb. Bu ərazidə Dubayın ən iri ticarət mərkəzləri yerləşir.
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi" - SENSASİON FAKTLAR

Bütün bu faktlarla yanaşı Vasif Talıbovun Əli Həsənovla yaxınlıq əlaqələrinə dair ilginc məlumatlar əldə etmişik. məlumat verən mənbə iddia edir ki, Əli Həsənov 90-cı illərin əvvələrində Naxçıvan Dövlət Universitetində müəllim işləyib. Həmin ali təhsil ocağında geniş ətrafı olan Ə.Həsənov son illərə qədər Vasif Talıbovla yaxın dostluq əlaqələri qurub.

Bu minvalla da hələ 90-lardan başlayan Həsənov-Talıbov dostluğu bir qədər də irəli gedərək ailə dostluğu səviyyəsinə qədər yüksəlib. Mənbəmiz iddia edir ki, son illərdə "Xan"ın Bakıdan verilən tapşırıqlara əməl etməməsi, dikbaşlığı onun sonunu tezləşdirib. Bundan sonra Prezident köməkçisi də baş verənlərə səssiz qalıb. Hansı ki, uzun illər Naxçıvana rahat gedib-gələ bilməyən ən yüksək vəzifəli dövlət adamlarını Əli Həsənov əvəz edirmiş. Vəzifədə olduğu dövrdə çox rahat və sərbəst şəkildə Əli Həsənov və qohumları Naxçıvanla əlaqələr qura biliblər.

Məbməmiz iddia edir ki, əslində Əli Həsənovun yola salınması Vasif Talıbov üçün sonun başlanğıcı idi.

Mövzu ilə bağlı əlavə faktları yaxın zamanlarda yayımlayacağıq. Bizi izləyin. (Gundeminfo.az)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
1 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: Məhkumun həyat yoldaşını dözülməz həddə çatdırdılar - VİDEO


Penitensiar Xidmətin 1- saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mütəllimzadə Məhəmməd Yusif oğlunu ziyarət etməyə gedən həyat yoldaşı Əliyeva Cəbərut Marif qızı 08.12.2022-ci il tarixdə yoldaşı ilə görüş ala bilmir

"Azərbaycan Reallığı"na muraciət edən Cəbərut Əliyeva iddia edir ki, görüşə gələn digər şəxslərin asanlıqla görüşə keçdiyini görür.

Baş verənlərlə bağlı, C.əliyeva Yaxınlaşır məlumat otağına, otaqda xidmət aparan Ədliyyə əməkdaşına bildirir ki, siz məni bununla neçə dəfədir ki, süründürürsünüz. Ədliyyə əməkdaşı qadına bildirir ki, biz görüşünüz üçün lazımı sənədləri hazırlayıb icazəsini ala bilmirik. Buna səbəb Karol rəisi icazəni vermir. Deyə bildirir.

Qadın Karol rəisinə yaxınlaşır hansı səbəbdən həyat yoldaşı ilə görüş ala bilmədiyini soruşur. Karol rəisi qadına təəccüblə baxaraq mən sizi ilk dəfədir görürəm bu məsələdən heç xəbərim yoxdur. Elə bu zaman Görüşə nəzarət edən Bəhram adlı əməkdaş təsadüfən gözə görünür.

KAROL rəisi Bəhramı yanına çağırır, mənim niyə adımdan istifadə olunur sualına Bəhram cavab vermək əvəzinə qadının qolundan yapışaraq güc tətbiq etməklə bayıra zorla çıxarır. Baş verənləri özünə təhqir kimi bilən C.Əliyeva rəislə görüş istəyir. Ancaq qadının bu istəyinə reaksiya verən olmur. Çarəsizlikdən Qadın özünə qəsd etmək qərarına gəlir.Yaxınlıqdakı mağazadan lambıçqa alaraq geri görüş yerinə dönür. Ədliyyə əməkdaşlarının gözü önündə lambıçqanı sındıraraq özünə xəsarət yetirəcəyini dilə gətirir.

Dəfələrlə bildirir ki, məni Penitensiar Xidmətin 1 -saylı Cəza Çəkmə Müəssəsinin rəis Emin Həsənovla görüşdürün. Əks halda özümü burada öldürəcəm. Xidmət əməldaşları tərəfindən Nə bilirsən onuda elə cavabı alanda qadın sağ qolunu əlindəki şüşə parçası ilə doğrayır. Bu zaman xidmət aparan əməkdaşlardan bir nəfər qadına yaxınlaşır. C. Əliyevanı sakitləşdirərək söz verir ki, görüş alınmasada həyat yoldaşınız sizə zəng edəcək.

Ancaq deyilənlərə əməl olunmur. Əksinə məhkumu ağır cəza növü ilə cəzalandıraraq günahı olmadan karsa salıblar. C.Əliyeva onuda bildirir ki, bucür öz başınalıqa dəfələrlə rastlaşıb.

Hətta onuda qeyd edir ki, 12.10.2022-ci il tarixdə məhkumun yanına görüşə gələn zaman Çingiz adlı Nəzarətçi tərəfindən mobil telefon nömrəmin istəməsi yalan olmadı ki, mətbuata çıxan zaman Ədliyyə Nazirliyindən reaksiya verilərək sözü gedən şəxsin işdən azad edildiyi bildirildi.

Bu gündə bizim ailəyə bu haqsızlıq təkrarlanaraq davam edir. Gənc ailə olaraq Ədliyyə Naziri Fikrət Məmmədov canablarından xahiş edirik ki, müraciətimizi nəzərə alaraq tapdalanmış hüquqlarımızın bərpası üçün göstəriş versin. deyə sonda Cəbərut Əliyeva bildirir.

"Azərbaycan Reallığı" İddialarla bağlı qarşı tərəfin də mövqeyini tanıyır.

AZƏRBAYCANREALLIĞI.COM

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO