[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əli İnsanova böyük jest: 40 kilo qızılı geri qaytarılır - İLGİNC


Haqq və Ədalət Partiyasının (HƏP) sədri, keçmiş Səhiyyə naziri Əli İnsanovun mövqeyini dəyişərək qəfildən konstruktiv müxalifətə keçməsi müxtəlif mülahizələrin ortaya çıxmasına səbəb oldu.

Analitiklər bu siyasətin davamlı olacağını, HƏP-in tədricən radikal müxalif düşərgədən uzaqlaşacağını iddia etdilər.

Yenisabah.az xatırladır ki, qocaman siyasətçinin sonrakı davranışları bu ehtimalları doğrultdu. Ə. İnsanovun ötən il noyabr ayının 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) Heydər Əliyev adına sarayda keçirilən 30 illik yubileyinə qatılması və tədbirlə bağlı jurnalistlərə isti mesajlar verməsi bunu təsdiqlədi. HƏP sədrinin ötən il dekabrın 12-də mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabanda keçirilən anım mərasiminə qatılmasından sonra onun hakimiyyət düşərgəsinə meyillənməsinə zərrə qədər də şübhə qalmadı.

14 illik ağır məhbəs həyatından sonra aktiv siyasətə atılan və radikal davranışları ilə seçilən keçmiş nazirin mövqeyindəki dəyişiklik nə ilə bağlıdır?

“Yeni Sabah” Əli İnsanovun mövqeyindəki kəskin dəyişikliyin səbəbini öyrənə bilib. Siyasətçinin partiyadaşlarından biri saytımıza bildirib ki, hakimiyyət Ə. İnsanova vaz keçə bilməyəcəyi böyük vəd verib. Onun sözlərinə görə, konstruktiv müxalifətə keçməsi qarşılığında HƏP sədrinə məhkəmə yolu ilə müsadirə edilən əmlakının geri qaytarılması vəd edilib.

Mənbə deyib ki, siyasətçiyə qaytarılması nəzərdə tutulan əmlakın siyahısına 2005-ci ilin oktyabrında onun evindən götürülmüş, təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızı rayonunun Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villa da daxildir.

76 yaşlı siyasətçinin əmlakını geri almaq üçün yaxın günlərdə apelyasiya şikayəti verəcəyi gözlənilir.

Qeyd edək ki, MTN generalı Akif Çovdarov 5 illik məhbəs həyatından sonra bu yaxınlarda 30 milyonluq əmlakını geri qaytarmağa nail olub. //Yenisabah.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adil Kərimli Kürdəmirə ƏL GƏZİDƏRƏCƏKMİ? - Üzü qara mədəniyyətimiz...


Mədəniyyət sahəsi cəmiyyət üçün çox vacib sferalardan biridir. Sovetlərin dağılma ərəfəsində Azərbaycanda bir “bambılı” ləqəbli birinci katib var idi, Əbdürrəhman Vəzirov. Onun vaxtında, yəni 1988-ci ildə Vəzirov Mədəniyyət nazirliyinə Polad Bülbüloğlunu nazir təyin etdi. Yeri gəlmişkən, Polad Bülbüloğlu bunu gizlətmək üçün öz tərcümeyi-halında yazır ki, guya 1991-ci ildən nazir olub.
Sözün qısası, Vəzirovun, sonra prezident Ayaz Mütəllibovun, daha sonra prezident Elçibəyin sevimlisi olan mədəniyyət naziri Polad Bülbüloğlu düz 2006-cı ilə kimi nazir oldu. Onun vaxtında muzeylərdən nələr satıldı, bunu gələcəkdə araşdıracaqlar. Buna vaxt ayırmaq istəmirik. Nəhayət 2006-cı ildə Əbülfəz Qarayev mədəniyyət naziri təyin olundu. Və 2020-ci ilin may ayının 21-dək mədəniyyət naziri oldu. Onun dövründə bütün kitabxanalar dönərxanalara, gözəllik salonlarına çevrildi, kinoteatrların binası söküldü, yerində uca binalar tikildi, korrupsiya dəhşətli həddə çatdı. Nəhayət 2020-ci ildə Əbülfəz Qarayevin müavinləri, departament rəhbərləri həbs olundu. Onlar məhkəmədə açıq şəkildə bildirdilər ki, biz musiqi məktəblərindən və digər mədəniyyət obyektlərindən aldığımız pulları nazir Əbülfəz Qarayevə verirdik. Bütün bunlara baxmayaraq müavinləri və departament rəhbərləri həbs olunsa da Əbülfəz Qarayev həbsdən canın qurtara bildi. Və onu 2020-ci ildə nazir Anar Kərimov əvəz elədi. Hamı düşünürdü ki, Əbülfəz Qarayevin biabırçı əməllərindən sonra yeni nazir Anar Kərimov çalışar ki, cənab Prezident İlham Əliyevin etimadını doğrultsun.
Təəssüf ki, Anar Kərimov öz sələflərindən də biabırçı işlədi, hətta 2 il də vəzifə də qala bilmədi. Onun dövründə hətta Kukla Teatrı da korrupsiya və rüşvətə görə ittiham olundu. Təsəvvür edirsiniz, təzə nazir 40 gün də normal işləyə bilmədi. Belə biabırçı nazirin sevimli kadrlarından biri də Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlıdır. Bu yazıda onun cinayət əməllərindən bəhs etmək istəyirik.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov vəzifədən azad ediləndə hamı düşündü ki, regionun mədəniyyət sferasında ciddi müsbət dəyişikliklər olacaq. Amma bütün camaat deyir ki, Allah Elman müəllimin ölənlərinə rəhmət eləsin.
Məlumat üçün qeyd edək ki, cənab sabiq nazir Anar Kərimovun əmri ilə Faiq Elman oğlu Xudanlı Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Onu da qeyd edək ki, Kürdəmir Regional Mədəniyyət İdarəsi İmişli, Beyləqan, Xocavənd və Füzuli rayonlarını əhatə edir. Təsəvvür edirsiniz bu qədər ərazidəki musiqi məktəblərinə nəzarəti Kürdəmir Uşaq İncəsənət Musiqi məktəbinin müdiri Qəndab Zülfüqarova edir. Adama deyərlər ki, kimdir bu qadın..? Məlumat üçün qeyd edək ki, Qəndab Zülfüqarova Faiq Xudanlının müavini Vaqif Alıyevin “çox yaxın” adamıdır. Daxil olan məlumatlardan bəlli olur ki, məhz Vaqif Alıyevin dəstəyi ilə Qəndab Zülfüqarova musiqi məktəblərində işləyən müəllimlərin dərs saatlarını artıraraq hər ay külli miqdarda pul toplayaraq Faiq Xudanlıya çatdırır. Yeri gəlmişkən, Faiq Xudanlı xeyli müddət Mədəniyyət Nazirliyinin Katibliyində çalışıb. Və Kürdəmir Regional Mədəniyyət İdarəsinə rəsi təyin olunan kimi 2 məktəb direktorunu vəzifəsindən uzaqlaşdırıb.
Təsəvvür edirsiniz, təzə məktəb direktorları nazirlik tərəfindən təsdiq olunmayıb, amma direktor vəzifələrini icra edirlər. Bəli, Faiq Xudanlı özünün Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərovun əli ilə Füzuli rayon 3 nömrəli uşaq musiqi məktəbinin direktorunu da işdən azad edərək yerinə Əhmədova Lamiyə Fəxrəddin qızını direktor təyin edib.
Bundan başqa Faiq Xudanlı Füzuli rayonunun Aybasanlı kənd uşaq musiqi məktəbinin direktorunu da heç bir əsas olmadan işdən azad edərək direktor vəzifəsinə orta ixtisaslı Anar Əliyevi təyin edib. Yəni Faiq Xudanlı musiqi təhsili olan şəxsləri direktor vəzifəsindən azad edərək, onların yerinə, ümumiyyətlə, musiqi təhsili olmayan şəxsləri təyin edib. Faiq Xudanlının 3 nömrəli uşaq musiqi məktəbinə direktor təyin etdiyi Lamiyə Əhmədova az vaxtda musiqi təhsili olmayan şəxsləri musiqi məktəbinə işə götürüb. Məktəbdə dərs saatları ilə bağlı ciddi narazılıq yaranıb. Təsəvvür edirsiniz başqa müsiqi məktəbində dərs deyən şəxs digər musiqi məktəbində direktordur. Axı, əsasnaməyə görə, 32 saat dərs yükü olan müəllim həftənin 6 gününü mütləq məktəbdə olmalıdıır. Həm də nəzərə almaq lazımdır ki, məktəbin biri Xətai rayonunda, o biri isə Qaradağ rayonunun Qobu qəsəbəsində yerləşir.
Bəli, Faiq Xudanlının direktor təyin etdiyi Anar Əliyev Xətai rayonu ilə Qaradağ rayonu arasında qalıb. Bəli, Lamiyə Əhmədovanın Faiq Xudanlının yanında sözü o qədər ötkəmdir ki.... Hətta Lamiyə Faiq Xudanlıya əmr formasında deyib ki, məni Mehdiabaddakı Musiqi məktəbinə direktor təyin elə.... Və Faiq Xudanlı həmin gün Lamiyəni Mehdiabaddakı Musiqi Məktəbinə direktor təyin edib. İndi isə gəlin Faiq Xudanlının “siyasi keçmişinə” nəzər salaq. Bəli, Faiq Xudanlı keçmiş müsavatçı olub, hətta 2003-cü ildə Prezident seçkilərində İsa Qəmbərin seçilməsi üçün şəhərdə stabilliyi pozmağa çalışanlardan biri olub. Amma uğursuzluğu görən kimi, Yeni Azərbaycan Partiyasına daxil olaraq özünə karyera qurmağa başlayıb. Faiq Xudanlının özünün dediyinə görə, sabiq nazir Anar Kərimovun həyat yoldaşı ilə onun həyat yoldaşı bir məktəbdə oxuyublar, rəfiqə olublar…
Sözün qısası, bu gün də Faiq Xudanlı musiqi məktəblərinin direktorlarını məcbur edir ki, könüllü ərizə yazıb işdən çıxsınlar. Məqsəd boş qalan direktor yerlərini “satışa çıxarmaqdır”. Bütün bunlardan sonra bizi bir sual düşndürür: Faiq Xudanlının “ağası” sabiq nazir Anar Kərimov biabırçı şəkildə vəzifəsindən qovuldu.
Görəsən, Prezidentin sərəncamı ilə mədəniyyət nazirinin 1-ci müavini təyin edilən və nazir vəzifəsini icra edən Adil Kərimli sabiq nazirin dostu Faiq Xudanlının cinayət əməlləri barədə nə düşünür..?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Kim 3 manat verməsə, zibili qapısında iylənir" - Bərdə sakini gileyləndi


Şəkildə gördüyünüz XVIII əsrə aid Səkkizguşəli türbə - ikinci adı Güloğlular türbəsidir.
Azərbaycanın Bərdə rayonunun Güloğlular kəndində yerləşir.

O Güloğlular kəndi ki, bir neçə gün əvvəl bəzi sakinləri "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramının şərh bölməsində məişət tullantılarının atılması üçün sakinlərdən pul yığılmasından gileylənirdi.

"Niko Tunc" adlı istifadəçi yazır ki, kənddə bələdiyyənin ümumiyyətlə heç bir fəaliyyəti yoxdur. Yalnız, seçki vaxtı bizim də kəndimizdə belə bir qurumun olduğunu xatırlamış oluruq".

Bundan əlavə sözügedən istifadəçi yazır ki, "Bərdə rayonunun Güloğlular kəndində kim 3 manat verirsə onun zibilini atırlar, yaxud, kimin maşını varsa, özü aparıb atır. Amma, pulu və maşını olmayanların zibili küçədə iylənir ".

Kənd sakininin sözlərindən belə başa düşülür ki, 18-ci əsrdən bəri tarixi türbəni yaşadan kəndin bugünü "yaşamaq üçün sürünmək" məcburiyyəti qarşısında çırpınıb durur.

Hər dövrün şairi rəhmətlik Mirzə Ələkbər Sabir demişkən:
"Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz."

Doğrudan da əcnəbinin məişət tullantılarını yerində istehsal edib, yaşam üçün lazımlı bir əşyaya çevirdiyi bir dövrdə, bizim bir çox bölgələrimizdə zibillər sovetin istifadə müddətini çoxdan başa vurmuş köhnə "Qaz-53" avtomobilləri ilə şəhərin kənarına daşıyıb, anti-sanitar şərait yaradılır, kəndlərdə də ya hərə bir balaca quyu qazıb, ora atır, ya da toplayıb həyət qapısının qarşısında yandırır.

"Kim 3 manat verməsə, zibili qapısında iylənir" - Bərdə sakini gileyləndi
Beləliklə, evini, həyətini təmizləmək istərkən, havanı çirkləndirmiş olur. Bu da o, deməkdir ki, vətəndaşların məcburiyyətdən etdiyi bu kimi ekoloji yaşama zidd hərəkətlərin səbəbkarı birinci növbədə Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Kommunal Təsərrüfat Birliyi, kəndlərdə icra nümayəndəliyi və bələdiyyələrdir.

Yeri gəlmişkən, bu cür vəziyyət heç də paytaxtdan kənar bölgələrimizdə deyil, elə Paytaxt Bakıda - Sabunçu, Yasamal və digər bir neçə rayonlarda da belədir ki, məişət tullantıları günün günorta çağı kiçik yük avtomobilləri (Kamaz) ilə üfunət qoxusunu ətrafa yaya-yaya şəhərin içində hərəkət edirlər. Qeyd edək ki, bu barədə əvvəllər də "DogruXeber.az"da məlumat dərc edilib.

Həmçinin, Binəqədi rayon Xocahəsən qəsəbəsində günlərlə toplanıb qalan, aşıb-daşan, ətrafı da çirkləndirən, çirkli suları küçələrə axıb, ətrafı üfunətə qərq edən zibil qablarının yaratdığı mənzərəni də çoxsaylı izləyicilərimiz də görmüş olar yəqin ki...

Xocahəsən qəsəbəsindəki yuxarıda təsvir etdiyimiz mənzərəyə ətraf sakinlər "Yazın, qurban olum, bəlkə bundan sonra yığışdıralar" deyə, "yaxa çəkdikləri" halda, ərazi üzrə icra nümayəndəsinin müavini sakinlərin zibil qabların ətrafına artdığından, qabların boş olduğundan gileylənmişdi" ki, biz buna "gözümüzün gördüyünü bizə dandırmağa cəhd" deyirik.

Əslində, bəzi yerlərdə müavinin dediyi mənzərələrə də rast gəlmək mümkündür. Bəzən vətəndaşların özləri də ətrafda anti-sanitar vəziyyət yaradırlar. Çünki, bu barədə lazımi biliklərə malik deyillər. Başqa ölkələrdə olduğu kimi bizdə bu sahədə maarifləndirmə tədbirləri, yaxud dövlət televiziyalarında maarifləndirici proqramlar yayımlanmır.

"Kim 3 manat verməsə, zibili qapısında iylənir" - Bərdə sakini gileyləndi
"Yemək və oynamaq. Bir də güldürmək məqsədli - lakin zəhmətləri boşa gedən el dilində desək, "şit komediya "".... Vəssalam.

Əlqərəz.

Mövzudan yayınmadan, bunu da xüsusi vurğulamaq istəyirik ki, təbii ki, mövzunun girişində qeyd etdiyimiz məsələdə cavabdeh olan ilk növbədə aidiyyatı qurumların Güloğlular kəndi üzrə nümayəndələri - İcra nümayəndəsi və bələdiyyə sədridir.

Yeri gəlmişkən, məsələdə məsul tərəflərin də mövqeyini dinləməyə hazırıq.

DogruXeber.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yardımlı sakini Prezidentdən NƏ İSTƏDİ - MÜRACİƏT


"Yardımlı dağlıq bölgədir. - Respublika mərkəzindən 350-400 kllometr izaqlıqda yerləşən rayonlardan biridi. Sovet dönəmində özünün tütünçülüyü, üzümçülüyü, heyvandarlıqın inkişafı baxımından müəyyən uğurlara imza atmış bir dağlıq bölgəsi olmuşdur. Respublika müstəqillik əldə etdikdən sonra rayona mərkəzin köməyi bir qədər azaldı. İqtisadiyyatın çöküşü özünü biruzə verməyə başladı". DİA.AZ bildirir ki, bu sözlər 1-ci Qarabağ savaşının döyüşçüsü Maşallah Məftun tərəfindən ölkə rəhbərliyinə ünvanlanan müraciətdə yer alıb. Daha sonra müraciətdə deyilir:

"Zavod-fabrik olmadığı üçün vətəndaşlar 100-də 70% -iş yerləri əldə edə bilmədilər. (bu təxmini rəqəmdir) Biz dəfələrlə zamanında Respublika rəhbərliyi qarşısında mələlə qaldırdıq ki, Yardımlıdan gömrük keçidi İrana açılsın həm xeyli insan işə düzəlsin, həmdə İrana Beləsuvar və Astaradan yox qısa yolla Deman kəndi istaqamətindən gediş-gəliş olsun. Bu xahişimizdə yerinə yetirilmədi. Bu günün mənzərəsinə baxanda bəzi rayonlar kimi Yardımlıda doğulan gənclərin demək olar ki, əksəriyyəti Bakıya, Qaradağa iş dalıycan gəlirlər. Bəzi kəndlər demək olar ki, boşalıb, yaşlılar qalmışdır. Buna səbəb nədir Əyər birinci iş yerlərinin yetərincə olmamasıdırsa ikincisi, rayonda sosial-məişət problemlərinin kəllə çarxa vurmasıdır. Detallara müraciət edək. Rayon dağlıq ərazidə yerləşməsinə baxmayaraq burada kəndlərdə su, qaz, demək olar ki, minimum dərəcədədir. Yollar müəyyən dərəcədə düzəlsədə yenədə istənilən səviyyədə deyil. Vərgədüz və Horavar kəndinin arasında olan Gerconu meşəsinin yerində artıq təsərrüfat işləri görülür. Meşə yoxdur. Azərbaycanda qaz istesalı başlanan ildən bu günədək bu rayona qaz çəkilməmişdir. Düzünü demək lazımdır ki, bəzi kəndlər vardır ki, oraya qaz çəkilmişdir. Horavar kəndi rayonun böyük kəndlərindən biridir. Bu kənd özündə haradasa 4-5 kəndi birləşdirir. Rayonun İcra nümayəndəliyi, Orta məktəb, Telefon qovşağı, və sair bu ərazidə yerləşir. Əyər bu kəndlərdə qaz yoxdursa bu mərkəzi kənddə yerləşən məktəbdə hansı kefiyyətdən danışmaq olar. Axı bu məktəb Azərbaycan Ordisina istər birinci, istər ikinci Qarabağ Vətən müharıbəsinə döyüşçülər vermişdir, Şəhid olanların ruhu qarşısında baş əyirəm. Xəbərlər gəlir ki, haçan soruşursan kəndə haçan qaz çəkiləcək Rayon rəhbərliyi deyir ki, növbəniz çatanda, konkret rəqəm deyilmir.Əcabə bu nə demək-Azərbaycan dünyaya qaz satır necə ola bilər ki, bu rayonun kəndlərinə qaz çəkilməsin. Mən buradan Cənab Prezident İlham Əliyevə və Hörmətli Mehriban xanım Əliyevaya səslənirəm- Bakıda yaşasamda Yardımlı rayonu mənim doğülduğün rayondur. Bu rayonun əksər kəndlərində qaz, içməli su yoxdur. Məzlum kənd adamları bilmirlər necə ocaq, təndir qalasınlar, ölüsü öləndə qonağı necə yola salsınlar. 2023-cü il büdcəsi 30 milyarddan yuxarı olan ölkə üçün belə deyək 5-10 kəndə qaz çəkmək nə problemdirki. Mən 1-ci Vərən müharibəsinin döyüşçüsü kimi Sizdən xahiş edirəm ki, bu kəndlərə özünüzün rəhimdilliyinizi, xeyriyyəçiliyinizi əskik etməyəsiniz. Bütün zəfərlərimiz Sizin adınızla bağlıdır. Elə bilirəm ki, 2023- cü il əziz Qarabağımızda, Zəngəzurumuzda zəfər ili olduğu kimi gözdən, könüldən uzaq olan Yardımlı bölgəsində də bəzi qlobal problemlərimiz həll olacaqdır. Qabaqcadan Sizə minnətdarlıq edirik".

Məsələ diqqətimizdədir...

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncədə insan həyatını HEÇƏ SAYIRLAR... - BU DA FAKT!!!


7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Rumiyyə Miraslan məlumat verib: "Gəncədəki Abbas Səhhət adına xəstəxanada dəhşətli hadisə baş verib. Belə ki, normal hamiləlik keçirən ana 27 dekabrda son müayinə üçün həmin xəstəxanaya müraciət edib. Hamiləlik müddətində və son dopler müayinəsində doğuşun 11-18 yanvar arası dünyaya gələcəyi deyilsə də, Səbinə adlı həkim qadına məsləhət görüb ki, dərhal qeysəriyyə əməliyyatı eləsinlər. Şobə müdiri Şəhla adlı həkim isə bayram tətilində Bakıya gedəcəyini, ayın 29-na təyin edib əməliyyatı. Əməliyyatdan sonra uşağın atasına bildirilib ki, körpənin ciyərləri açılmayıb, reanimasiyada kuvezə yerləşdiriblər. Buna görə də atadan 350 manat pul alıb. Pul məsələsi qalsın bir kənara, ayın 2-nə qədər uşağı orada saxlayıb daha ağır vəziyyətə gətiriblər. Dünən isə atanın suallarına cavab olaraq bildiriblər ki, əlimizdən başqa heç nə gəlmir, hara istəyirsiz körpəni aparın. Uşağı OMD kimi tanıdığımız xəstəxanaya gətiriblər. Ancaq... Baş həkimdən öyrəndik ki, sepsis olan körpənin vəziyyəti çox ağırdır, yaşasa belə, əngəlli olacaq(((
Adı çəkilən həkimlər telefonları açmadığına görə suallarımı buradan ünvanlayıram, siz isti yerinizdə rahat yatanda o körpənin atası Vətənin keşiyini çəkir. Vicdanıniz necə imkan verdi ki, uşağı vaxtından əvvəl götürdünüz? Ümumiyyətlə, niyə xüsusi gostəriş olmadan qeysəriyyə əməliyyatı edirsiniz? Eləmişdinizsə, niyə biganə yanaşıb körpəni belə vəziyyətə saldınız? Öz övladinızın, nəvənizin, nəticənizin başına gələcək axı elədiyiniz bu əməllər!!!!!!
P.S. Aidiyyəti qurumların sözçülərindən xahiş edirəm ki, həmin qaniçən həkimlərə inanıb gülünc açıqlama yaymasınlar bu hadisə ilə bağlı. Qəddar həkimlərə haqq etdiyi cəza verilsin!"

7NEWS.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatdan işçilərinə BAYRAM SÜRPRİZİ... - "İndi işçilər düşüb tanış-bilişin canına ki..."


"Kontakt Home"dan biabırçı bayram kampaniyası: ÖZ İŞÇİLƏRİNİ BELƏ ƏLƏ SALDILAR...
Bu barədə 7NEWS.az saytı məlumat paylaşıb. Saytın xəbərində iddia olunur ki, bu barədə jurnalist Sevinc Paşayeva məlumat verib:

"Deyirlər, "Kontakt Home" bayramla əlaqədar işçilərinə 50 manat pul mükafatı təyin edib. Amma əlbəəl yox. Hərəyə bir yaşıl rəngli "Sevindirən kart" paylayıb, pulu da köçürüb içinə. İndi işçilər ha əlləşir-vuruşur, kartdan pulu çıxara bilmir. Səbəb də odur ki, həmin "green card"la elə şirkətin öz mağazalarından mütləq nəsə almalıdırlar. Yəni verdiyim pulu təzədən elə özümə qaytar prinsipi... İndi işçilər düşüb tanış-bilişin canına ki, bəlkə kiminsə Kontaktdan 50 manatlıq avadanlıq almaq fikri ola, alışı bu kartla edə, sonra da öz aralarında nağdlaşdıralar. Nə isə ki, əməllicə zibilə düşüblər: yumşaq desək, şirkətin marketinq zibilinə..."

Onu da qeyd edək ki, sözügedən şirkət deputat Elnur Allahverdiyevə məxsusdur...

7NEWS.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sevda Məmmədəliyevanın kadrının “ölü canları“ - Samux Musiqi Məktəbində büdcə necə mənimsənilir?


Dövlət Təhlükəsizlik Ximətinin 2020-ci ilin may və 2022-ci ilin noyabr ayında Mədəniyyət nazirliyində keçirdiyi xüusi əməliyyat zamanı aşkara çıxarılan korrupsiya maxinasiyaları cəmiyyətdə şok effekti yaratdı. İllərdir dövlətin mədəniyyət sahəsinə ayırdığı yüz milyonlarla vəsaitin korrupsioner şəbəkə tərəfindən müxtəlif yollarla mənimsənilməsi faktı o zamankı Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifəsindən qovulması ilə nəticələndi.

DTX-nin 2022-ci ildə təkrar Mədəniyyət Nazirliyində korrupsiya əməliyyatı keçirməsi zamanı da burada ciddi maxinasiya halları aşkarlandı. Artıq məsələ ilə bağlı xeyli sayda yüksək vəzifəli şəxslər istintaqa da cəlb edilib.

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatlardan nəticə çıxarmayan, Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi müəssisələrdə hələ də dövlətin büdcəsini talayan rəhbər şəxslər var.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə ciddi maxinasiya hallarına yol verən məmurlardan biri də Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru Ülviyyə Nadirovadır.

Samux şəhər Uşaq Musiqi Məktəbi Ülviyyə Nadirova arxası yuxarılara bağlı olan direktorlardandı. Əldə etdiyimiz məlumata görə Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə xüsusi yaxınlığı olan məktəb direktoru yol verdiyi qanunsuzluqların hamısını məhz nazir müavininə arxalandığına görə edir.

Bəzi məclislərdə nazir müavini Sevda Məmmədəliyeva ilə "podruqa" olduğunu xüsusi vurğulayan Ülviyyə Nadirova 2004-cü ildən Samux şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir.

Bu illər ərzində bir dəfə də olsun məktəbdə ciddi audit aparılmamışdır.

Məlumata görə hazırda məktəbdə xeyli sayda "ölü canlar" var. Belə ki, təsərrüfat, texniki və pedoqoji heyətin bir qismi məktəbə işə gəlmir, onların maaş kartları isə Ülviyyə Nadirovadadır.

Ülviyyə Nadirovanın zamanını Samux şəhər Uşaq Musiqi Məktəbindən daha çox Bakıda keçirir.

İyirmi iki ildir Samux şəhər Uşaq Musiqi Məktəbinin direktoru olan Ülviyyə Nadirovanın bu illər ərzində korrupsiya və rüşvət hesabına yığdığı vəsaitlər heç də DTX-nin korrupsiyaya görə həbs etdiyi icra başçılarının, nazir müavinlərinin topladıqlarından az deyil.

İddialara görə Ülviyyə Nadirova büdcə hesabına əldə etdiyi pulları daha çox daşınmaz əmlaka yatırır.

Hazırda onun Bakıda yeni inşa edilən binalarda dəyəri yüz min manatlarla ölçülən lüks mənzilləri var.

Ülviyyə Nadirovanın Göygöl rayonunun Hacıkənd qəsəbəsində, Gəncə şəhərində və Daşkəsən rayonunda da mülklərinin olduğu bildirilir.

Qarşı tərəf yazıya mövqe bildirə bilər.
https://www.azfakt.com/sevda_memmedeliyevan_n_kadr_n_n___l__canlar___-_samux_musiqi_mektebinde_b_dce_nece_menimsenilir_-131256-xeber.html?fbclid=IwAR0sECJMRRPHsy5dHoL36WCPpTfDJxhpVKSUvA-8E_iXFsVYJlJ7IWZ2R_c
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsdə olan keçmiş nazirin obyektləri ÖZÜNƏ QAYTARILIR - "On gün əvvəl bir nəfər əlində sənəd gəlib dedi ki..."


Hazırda həbsdə olan Naxçıvan MR sabiq daxili işlər naziri Əhməd Əhmədovun müsadirə olunmuş obyektləri özünə qaytarılır. bu haqda "Gündəlik Naxçıvan"a həmin obyektləri kirayə çalışdıran sahibkarlar məlumat verib. Həmin obyektlər əsasən, Qoçüstü məhəlləsindəkin" 57 bazarı" adlana ərazidə yerləşir. Sabiq nazir işdən çıxarıldıqdan sonra, bu obyektlərə nəzarəti, keçmiş yerli hakim ailə Talıbovlar ələ keçirmişdi.
Sahibkarlar deyir ki, təxminən 10 gün öncə onlara xəbərdarlıq edilib ki, kirayə haqları yenidən Əhməd Əhmədova çatdırılacaq. Sahibkar A. Məmmədov bildirir ki, onlara yeni qayda ilə bağlı xəbərdarlığı keçmiş nazirin qardaşı Əvəz Əhmədov edib:
"Bir neçə ildir ki, burada mağaza götürüb, ticarətlə məşğul oluram. On gün əvvəl bir nəfər əlində sənəd gəlib dedi ki, bu mağazalar Əhməd Əhmədovundur, bundan sonra kirayə pullarını bizə verəcəksiniz. Adam gedəndən sonra öyrəndim ki, keçmiş nazirin qardaşı Əvəz Əhmədovdur. İndi, aylıq kirayə pulunu kimə verəcəyimizi, başımıza nələr gələcəyini bilmirik. Qalmışıq çıxılmaz vəziyyətdə.”
Həmin ərazidə ticarətlə məşğul olan C. Quliyev də deyilənləri dəsdiqləyib:
“Bəli, bir neçə gün əvvəl Əhmədin qardaşı Əvəz gəlmişdi. Əlində sənədlər var idi. Dedi ki, “bu obyektlər bizimdir. Bundan sonra kirayələri bizə verəcəksiniz".
"57 bazarı" adlanan ərazidəki bütün obyektlər 2008-ci ilə kimi Arzu Kazımov adında sahibkara məxsus olub. Daha sonra, Talıbovlar bu ərazini zorla ələ keçirib. Həmin prosesdə Əhməd Əhmədov öz zorakılıqları ilə yadda qalıb. Bu "əməyinin" qarşılığında Vasif Talıbov ona həmin ərazidə bir neçə obyekt tikməyə icazə vermişdi.
Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, bir müddət sonra isə həbs edilib.
Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə o, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Əslində isə, onun Ali Məclisin keçmiş sədri Vasif Talıbova xəyanət etdiyinə görə cəzalandırıldığı bildirilirdi. Hazırda Naxçıvan Diaqnostika Mərkəzində müalicə alan keçmiş nazir bu günlərdə həbs qərarından kassasiya şikayəti verib. Onun tezliklə azadlığa çıxacağı gözlənilir.
Əhməd Əhmədovun adı çoxlu işgəncə faktlarında hallanır. Onun Naxçıvan sakinlərinə şəxsən işgəncələr verdiyi bildirilir. Keçmiş nazirin 2010-cu ildə Bənəniyar hadisələri zamanı törətdiyi xüsusi qəddarlıqlar beynəlxalq təşkilatların hesabatlarında da yer alır."Gündəlik Naxçıvan"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İnam Kərimov dövləti BELƏ QARƏT EDİR... - İLGİNC FAKTLAR


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

DİA.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Azərting” MMC (VÖEN - 4501824261) olub.
İnam Kərimov dövləti BELƏ QARƏT EDİR... - İLGİNC FAKTLAR

Müsabiqənin şərtinə görə “Azərting” MMC Aqrar Kredit və İnkişaf Agentliyinə yerli istehsal olan tut tinglərinin satacaq və qarşılığında 700 000 manat alacaq.
Məlumat üçün bildirək ki, “Azərting” MMC 11.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan “Azərting” MMC-nin hüquqi ünvanı Quba rayonunun Zərdabi kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Sərdarova Zəminə Fikrət qızıdır.
İnam Kərimov dövləti BELƏ QARƏT EDİR... - İLGİNC FAKTLAR

Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyi tenderi bir mənbədən satınalma üsulu ilə keçirib.
Onu da bildirək ki, “Azərting” MMC Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə eyni hüquqi ünvanda yerləşir. MMC-nin qanuni təmsilçisi də Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi katibi Sərdarova Zəminə Fikrət qızıdır.
İnam Kərimov dövləti BELƏ QARƏT EDİR... - İLGİNC FAKTLAR

Mətbuatda yer alan məlumata görə, bu il 1 milyona yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb. Bildirilib ki, tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərə tutulur. Bir neçə gün əvvəl tinglərin paylanılması ilə bağlı keçirilən tədbirdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak edib. “Azərting” MMC-nin direktoru Sərdarova Zəminə Fikrət qızı bu tədbirlərdə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi kimi fermerlərə məsləhət verib.
Maraqlıdır ki, tut tingləri Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Zərdabi Adına Elmi Təcrübə Bazasında yetişdirildiyi halda, bu tingləri satın almaq üçün nazirlik “Azərting” MMC adlı şirkətə 700 min manat vəsait ödəyir.
Onu da qeyd edək ki, “Azərting” MMC dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra Kənd Təsrrüfatı Nazirliyinin keçirdiyi 2 tenderin də qalibi olub və ümumilikdə həmin tenderlərdən 2 milyon manatdan çox vəsait alıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan aeroportunda özbaşınalıq: Sərnişinlər də aldadılır, dövlət də... - HƏLƏ DƏ DÜZƏLMƏYİBLƏR...

Naxçıvan Beynəlxalq Hava Limanındakı korrupsiya, mənimsəmə ilə bağlı zaman-zaman yazılar yazmış, sosial şəbəkələrdə paylaşımlar etmişik. Hava limanında sərnişinlərin daşınan yükünə görə qəbz verilməməsi, yükü çox olan sərnişinlərin yükünün başqa sərnişinlərin adına rəsmiləşdirilməsi adi hal alıb. Baqajı olanlardan baqaj pulu alınır, ancaq həmin yük baqajı olmayan sərnişinlərin adına yola salınır. Beləliklə, həmin vəsait mənimsənilir.

Təəssüf ki, Naxçıvanda hər şey dəyişir, bir hava limanı dəyişmir.

Bu yaxınlarda Moskvaya uçan bir sərnişinin yükünün daşınması üçün hər kiloqrama 6 dollar tələb ediblər. Halbuki uçuşu həyata keçirən “Utair” şirkəti yükün daşınmasına görə hər kiloqram üçün 1 dollar müəyyənləşdirib. Sərnişin dərhal “Utair” hava şirkəti ilə əlaqə yaradıb, ödəniş haqqını dəqiqləşdirir. Bundan sonra hava limanının əməkdaşlarından ödədiyi vəsaitə görə qəbz tələb edir. Sərnişinə bildirilir ki, burada heç kimə qəbz verilmir. Sərnişinin hay-küy saldığını görən əməkdaşlar növbə rəisini çağırırlar. Növbə rəisi sərnişinə deyir ki, onların günahı yoxdur, hava limanının direktoru belə tapşırıq verib. Şifahi tapşırıq belədir ki, daşınan yüklərə görə, heç bir sərnişinə ödədiyi vəsaitin qəbzi verilməməlidir. Növbə rəisi sərnişini sakitləşdirir, ödədiyi artıq vəsaiti qaytarır və xahiş edir ki, qəbz tələb etməsin. Çünki qəbzdə bir dollar göstəriləcək, bu, ictimaləşdirilsə, heç kimdən 6 dollar ala bilməyəcəklər. Xahiş-minnətdən sonra sərnişin ödədiyi artıq vəsaiti geri alır və qəbz tələb etmir.

İndi sual yaranır. Əgər hava limanında Moskva reysi üçün alınan 6 dollar qanunidirsə, niyə həmin sərnişinin ödədiyi artıq vəsait geri qatarılıb? Nəyə görə, sərnişinə yalvarıblar ki, qəbz tələb etməsin?

Naxçıvan Beynılxalq Hava Limanının rəhbərliyi illərdir, bu yolla milyonlar qazanıb. Həmin vəsait dövlət büdcəsinə keçirilsə, hava limanının müəyyən xərclərini ödəmək mümkün olar, dövlətdən daha az dotasiya alınar. Naxçıvanın ən çox korrupsiyalaşmış təşkilatlarından biri də Naxçıvan Beynəlxalq Hava Limanıdır. Aidiyyəti orqanlar təcili şəkildə hava limanında yoxlamalara başlamalıdır.

Bu mövzuda geniş bir araşdırma aparmışıq. Yaxın günlərdə mövzu ilə bağlı geniş məqalə yayımlanacaq.

valyuta.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO