[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Minimum əmək haqqı 200 dolları ötdü - Azərbaycan tarixində ilk


"Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir:

"700 min vətəndaşımızı əhat edəcək minimum əmək haqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq. Minimum pensiyadakı artımı da nəzərə alsaq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalana biləcəklər. Bu o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əmək haqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz".

Deputat qeyd edib ki, son sərəncam ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçib:

"Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40,2 faiz üstələyəcək. Bu sərəncam eyni zamanda digər sahələrdə də artım üçün baza yaradacaq. Son sərəncam 2023-cü ildə də sosial təminat məsələlərinin prioritet olacağını bir daha təsdiq edir. Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyi ilə Ombudsman birgə tədbirlər planı İMZALADI


Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında "Ombudsman təsisatı hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər" mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən cari il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyənlləşdirilib.

Keçiriləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və ətraflı fikir mübadiləsi aparılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının hazırda tıxac olan yolları - Siyahı


Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda yollardakı vəziyyət belədir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

2. 28 May və Dilarə Əliyeva küçələri, Rəşid Behbudov küçəsi istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. 20 Yanvar dairəsində;

5. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

8. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

9. Babək prospekti, mərkəz istiqamətində;

10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ Qaziləri ilə toqquşan sahibkarla bağlı İLGİNC İDDİALAR... - NƏ BAŞ VERİR?


Son dəqiqələrdə aldığımız xəbərə görə, qalmqallı iş adamı, adı bir çox cinayət əməllərində hallanan, dələduzluqda ad çıxarmış Müqayis Verdiyev ölkədən qaçmaq istəyərkən dövlət sərhəddində saxlanılıb. Saxlanılarkən üzərindən bir neçə telefon və külli miqdarda pul aşkarlanıb. Geyim əşyalarının çox olması və üzərində külli miqdarda pulun olması onu deməyə əsas verib ki, məlumatlı şəxs Müqayis Verdiyevin ölkədən qaçmasını düşünsün. Müqayis Verdiyev ölkədən çıxmasının səbəbi kimi səhhətində olan problemi göstərməyə çalışsa da dünənki sauna görüntüləri onun yalanının üzə çıxmasını sübut etdi.
Etibarlı mənbə onu da bildirdi ki, Müqayis Verdiyev özünə yaxın olan Vüqar adlı sürücüsü ilə ölkədən qaçırmış. Etibarlı mənbə onu da əlavə etdi ki, Müqayis Verdiyev saxlanılan zaman ora bir bahalı avtomobil yaxınlaşdı və sonradan məsələlərin yolunda olduğu hiss olundu.
Məlumatlı mənbə onu da bildirdi ki, həmin vaxt sərhəd keçid məntəqəsində onun dilindən izahat alınıb ki, istintaq çağırışlarından yayınmayacaq və hüquq-mühafizə orqanlarına gedərək izahat verəcək. Müqayis Verdiyev bu izahatından sonra sərbəst buraxılıb. Dəfələrlə Müqayis Verdiyevlə və onun sürücüsü ilə əlaqə saxlamağa çalışsaq da bütün cəhdlərimiz boşa çıxdı.
Biz xeyli müddətdir ki, Müqayis Verdiyevə mətbuat vasitəsilə məsələhətlər, tövsiyyələr veririk ki, elədiyin əməllərə görə, heç hara qaça bilməyəcəksən. Ona görə də get dövlət qurumlarına təslim ol, xahiş elə, yalvar və aman dilə. Bəli, biz Müqayis Verdiyevə hər zaman tövsiyyə edirdik ki, işlədib pulunu vermədiyin Qarabağ qazilərinin, əlillərin əlindən heç hara qaça bilməzsən.
Yaxşı hüquq-mühafizə orqanlarının əlindən harasa qaça bildin, bəs Allahın sorğu-sualından hara qaça biləcəksən..? Biz nə qədər yazsaq da Müqayis Verdiyev köhnə şər-böhtan əməllərindən əl çəkmək, islah olunmaq istəmirdi.
Bəli, Müqayis Verdiyev o qədər həddini aşırdı ki, hətta cənab Prezidentin etimad göstərdiyi, etibar etdiyi yüksək vəzifəli şəxsləri də şantaj edirdi. Və ən dəhşətlisi odur ki, Müqayis Verdiyev Prezident Administrasiyasında yüksək vəzifə tutan şəxslərin adından istifadə edir. Biz bilirdik ki, cinayət əməlinin müddəti heç 40 gün də çəkmir. Ona görə də yazılarımızda Müqayis Verdiyevə heç olmasa Qarabağ qazilərinin halal zəhmət haqqını verməsini tövsiyyə edirdik.
Təsəvvür edirsiniz, Qarabağ qaziləri Müqayis Verdiyevin evinin qarşısında etiraz aksiyası keçirir, pullarını tələb edir....Müqayis Verdiyev isə hər dəfə bir bəhanə ilə onları aldadırdı. Qarabağ qaziləri haqlı olaraq tələb edirdi ki, altındakı 400 min manat dəyəri olan maşını sat, bizim pullarımızı ver... Sözün qısası, ağır cinayət maddələri ilə həbs olunan Müqayis Verdiyev hansı yollasa, canını həbsxanadan qurtara bildi. Və Qarabağ qazilərinin dediyinə görə, Müqayis Verdiyevə yenidən hansısa yollarla cığırlar açılır, o isə bu cığırları məhv etməklə məşğuldur.
Üzərində bu qədər öhdəliklər, borclar olmasına baxmayaraq, Müqayis Verdiyev özü başqalarını şantaj etməyə başlayır. Bu jantaj serialına qısaca göz ataq. Müqayis Verdiyevin şantaj serialı ilk olaraq Goranboyun o zamankı icra başçısı Nizaməddin Quliyevlə bağlı olub. Guya Nizaməddin Quliyevin Müqayis Verdiyevə 400 min manat borcu var imiş. Daha doğrusu, Müqayis Verdiyev məhkəmədə icra başçısının üzünə dirənib ki, guya Goranboy rayonundakı tikinti işlərinə məhz bu rayonun rəhbəri Nizaməddin Quliyevin israrlı xahişləri əsasında qatılıb. Subpodratçı kimi «Fəqan Xidmət»dən aldığı işi isə vaxtında və qüsursuz yerinə yetirib. Amma pulunu ala bilməyib. Biz uzun-uzadı detallara varmaq istəmirik. Müqayis Verdiyev daha sonra kimləri şantaj eləmədi… Yevlaxın o zamankı icra başçısı Qoca Səmədovu, daha sonra Göyçayın əvvəlki icra başçısı Mehdi Səlimzadəni və daha kimləri…
Bir sözlə, Müqayis Verdiyev özünü JANTAJ şəbəkəsinə bəzi media qurumlarını da daxil edib. Bəli, Müqayis Verdiyev deyir ki, əlimdə xeyli sayda media qurumu var, kimi istəsəm qısa vaxtda onu cəmiyyətin gözündə ifşa edərəm, əlimdə xeyli kompramat var. Bu adamın səsi-küyü Prezident Admisitrasiyasındakı xanım məmurlardan gəlir, bu adam kimlərin adını çəkmir…
Bəli, Müqays Verdiyev neçə illərdir ki, qazdığı quyuya bu gün özü düşdü. Biz yenə də Müqayis Verdiyevə deyirik ki, Azərbaycan qanunları qarşısında and iç, tövbə elə, bu şər-böhtan əməllərindən əl çək. Yəqin ki, humanist dövlətimiz sənə layiq olduğundan artıq cəza verməz. Qalanı sənlikdir, Müqayis Verdiyev. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı şok qərar gözlənilir - İLGİNC


Sabiq MTN generalı Akif Çovdarovun müsadirə olunmuş 30 milyonluq əmlakının geri qaytarılması ilə bağlı məhkəmə qərarı böyük rezonans doğurdu.

Müstəqil hüquqşünaslar və cəmiyyətin fəal kəsimi Bakı Apellasiya Məhkəməsinin çıxardığı bu qərarı ölkənin hüquq sisteminin baltalanması kimi qiymətləndirdilər.

Yenisabah.az xatırladır ki, A.Çovdarovla bağlı budəfəki məhkəmə qərarına Bakı Apellasiya Məhkəməsinin hakimi Habil Məmmədov imza atıb.

51 yaşlı hakimin çıxardığı bu qərar tənqidlə qarşılandığı üçün yaxın ətrafı Habil Məmmədovun Birinci Qarabağ Müharibəsi iştirakçısı olduğunu və döyüşlər zamanı minaya düşərək ayağının birini itirməsini önə çəkərək tənqidin dozasını azaltmağa çalışsa da, məlum qərar və onun ətrafında yaranan ajiotaj uzun müddət gündəmdə qaldı.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, ictimai təpkinin güclü olması, sözügedən qərarın ölkədə məhkəmə sisteminin imicini ciddi şəkildə zədələməsi siyasi hakimiyyəti əməlli-başlı narahat etməyə başlayıb. Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, hakimiyyət ideoloqları məhkəmə sisteminin imicini xilas etmək üçün geriyə addım atmağı təklif ediblər. Aparılan müzakirələr nəticəsində bu təklifin qəbul edilməsi məqbul sayılıb.

Mənbə saytımıza açıqlamasında deyib ki, sözügedən qalmaqallı məhkəmə qərarı ilə bağlı yaxın günlərdə apellasiya şikayətinin verilməsi gözlənilir.

Prokurorluq orqanı tərəfindən veriləcək apellasiya şikayətinə Ali Məhkəmədə baxılaraq, hakim Habil Məmmədov tərəfindən çıxarılmış qərarın ləğv ediləcəyi bildirilir. //Yenisabah.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Uşaq pulu, maddi yardım almıram, əmək haqqımı da vermirlər, mən nə etməliyəm?!” – NAXÇIVAN SAKİNİ “ÜSYAN EDİR”


DİA.AZ bildirir ki, Naxçıvan şəhəri, Culfa rayon sakini Mirhəsən Seyidov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2 aydan çoxdur əmək haqqı ala bilmir:

“Mən, Seyidov Mirhəmsən, yazaraq sizə bildirirəm ki, 2 aydır işlədiyim tikinti obyektindən əmək haqqımı ala bilmirəm. Heç bayramda da pul vermədilər ki, aparıb uşağımızı sevindirək. Fəhlə adamlarıq, ehtiyacımız ucbatından hər sözlərini götürürük ki, evimizə çörək pulu apara bilək.

2 uşağım var, onların yeməyini, təhsilini, heç bir xərclərini ödəyə bilmirəm. İşsizlik baş alıb gedir. Uşaq pulu almıram, maddi yardım almıram, əmək haqqımı da vermirlər, mən nə etməliyəm?

Ailəmi qoyub, bir müddət gedib Türkiyədə işlədim. Yenəmi gedim? Özüm də xəstəyəm. Bayram günü əmək haqqımı vermədilər, heç avans da vermədilər. Fikirləşmirlər ki, fəhlə gözünü maaşa tikir. Belə haqsızlıq olar? Biz nə edək?

Sizdən xahiş edirəm, bu məsələni işıqlandırın, bəlkə bizim haqqımızı verələr”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MƏHƏBBƏTİN TƏHSİLDƏKİ QÜDRƏTİ... - Heç də az deyil...


Azərbaycan təhsilində hansı daşı qaldırsan altından mütləq 20 saylı məktəbin də çıxacağına şübhəniz olmasın. Sanmayın ki, bu təhsil ocağı elmimizin flaqmanlarındandır və bu səbəbdən hər yerdə adı keçir. Doğrudur bu məktəbin belə zamanları da olub, amma həmin dövrlər artıq xoş xatirələrə çevrilib yaddaşlara köçüb. Bakının mərkəzindəcə gözdən könüldən uzaq düşən məktəbdə indi başqa küləklər əsir.
Təhsil sistemində özünü hələ də “portfelsiz nazir” statusunda görən Məhəbbət Vəliyevanın gedər ayaq 20 saylı məktəbə direktor gətirdiyi Esmira Ağayeva burada kütləvi narazılıq, inciklik formalaşdırıb. Bir qrup direktora yaxın olanlar üçün hər yerdə yaşıl işıq yansa da digərləri üçün bütün qapılar bağlıdır. Şikayətlərə, narazılıqlara isə baxan yoxdur. Deyilənə görə BŞTİ 20 saylı məktəbi “balansından silib” , heç yoxlama da göndərmir. Yəni istənilən yoxlama Məhəbbət Vəliyevanın Mehriban Vəliyevaya xüsusi göstərişi sayəsində “həllini tapır”.
Verilən məlumatlara görə məktəbdə nizam-intizam çox aşağı səviyyədədir. Hətta bəzi müəllimlər zəhmət çəkib jurnal götürüb siniflərə belə getməyə ərinirlər. İş o yerə çatıb ki, E.Ağayeva “Məktəbin daxili nizam-intizam qaydalarını pozan , işinə məsuliyyətsiz yanaşan əməkdaşlar barəsində qanunvericilik çərçivəsində intizam tənbehi görüləcək.” Məzmunlu əmr də imzalayıb. 9, 10,11-ci siniflərdə davamiyyət olduqca aşağıdır. Bu barədə rəhbərliyin xüsusi “imtiyazları” var.
Bir də deyirlər ki, verilən göstərişə baxmayaraq məktəbdə yeni il şənliklərinin keçirilməsinə qızğın hazırlıqlar gedib. Sinif rəhbərləri valideyin komitələrinin adı ilə 70-100 manatdan pul yığıb Şaxta Babanın gəlişini qeyd etməyə hazırlaşırlar. Restoranlarda da şənlik üçün yer tutublar.
Beləliklə paytaxtın bir zamanlar ən nüfuzlu təhsil ocaqlarından biri olan 20 saylı məktəb “məhəbbətin qurbanına” çevrilir. Ən maraqlısı isə Təhsil nazirliyinin verdiyi reaksiyadır. Sanki baş verənlərdən xəbərləri yoxdur, 20 saylı məktəbin nazirliyə aidiyyatı yoxdur. Nə bilmək olar, bəlkə Məhəbbət Vəliyevanı işdən azad edəndə bu məktəbi də ona “zdaç” veriblər üstündə...

GundemXeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"MADO"dan gələn pullar HARA GEDİR? - İLGİNC İDDİALAR...


Bakıda fəaliyyət göstərən MADO restoranlar şəbəkəsi haqqında yazmağa başlayarkən, haradansa yadımıza hörmətli Rəbiyyət xanım Aslanova düşdü.... Necə deyərlər zaman o zaman idi…Rəbiyyət Aslanova adında bir deputat xanım vardı...Yarlı-yaraşıqlı... Bir mahnıda deyir ee...Hər aşiqin bir dövranı var... Bu xanım haqqında qısaca onu qeyd edək ki, bu xanım Ramiz Mehdiyevin rəhbərliyi altında karyera qazandı. Təkcə Ramiz Mehdiyevin yox.... Sonradan bu xanım deputat oldu, hətta Milli Məclisin İnsan Haqları Komitəsinin sədri də oldu.
Deyirlər, hazırda Bakı Dövlət Universitetində fəlsəfə kafedrasının müdiridir və hərdən asta-asta BDU-ya gəlib-gedir... Bununla işimiz yox. Əvvəllər bu xanım sovet dövründə Bakıda Kombinat müdiri olan bir erməni ilə “əməkdaşlıq” edib. Daha sonra başqa birisi ilə... Daha sonra...yaşlı nəsilin yaxşı yadında olar... Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti), “Narxoz”un bir rektoru var idi Səlvər Aslanov. Onun qardaşı Kazım Aslanovdan Rəbiyyət xanımın bir oğlu oldu, Elnur Aslanov. Həmin Elnur Aslanov Perzident Administirasiyasında 2001-2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya İşinin Təşkili və Analitik Təhlil sektorunda referent, böyük məsləhətçi vəzifəsində 2005-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi vəzifəsində işləmişdir. Sonradan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilmiş, 17 mart 2014-cü ildə vəzifəsindən azad edilmişdir. Elnur Aslanov 2 aprel 2014-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strateji planlaşdırma, elmi potensial və investisiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 14 avqust 2014-cü il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Daha sonra, bu ana-balanın səsi çıxmadı...
Daha doğrusu, arada dedilər ki, PA-nın o zamankı rəhbəri Ramiz Mehdiyevin xeyir-duası ilə Rəbiyyət xanımla Putinin dostu İlham Rəhimov ailə həyatı qurub. Amma bir həftə sonra hər ikisi dedi ki, xasiyyətimiz tutmadığı üçün boşandıq. Nə isə bunları yazmaqla əsas hədəfdən yayınmayaq. Bəli, Rəbiyyət xanım Kəlbəcərdə hərbçi ailəsində anadan olsa da, əslən Dağıstanlı idi. Və hər yerdə deyirdi ki, mən ŞEYX ŞAMİLİN nəvəsiyəm. Amma bir xeyli keçəndən sonra mediada Elnur Aslanovun türk düşməni Fətulla Gülən əfəndiyə bir məktubu yayıldı. Elnur məktubda yazırdı ki, validəm ( yəni anam ) Rəbiyyət xanım sizi çox istəyir... Bəli, Rəbiyyət Aslanova hər yerdə deməyə başladı ki, mən Fətulla Gülən aşiqiyəm... Başa düşmək olmur ki, Şeyx Şamilin nəvəsi birdən necə Fətulla Gülənə aşiq oldu...
Bütün bunları da bir kənara qoyaq. Fətullah Gülən türk respublikalarında böyük bir iqtisadi-biznes şəbəkəsi yaratmışdı. Həmən illərdə Elnur Aslanovun yaxın dostu, sabiq millət vəkili Ceyhun Osmanlı Gülənin Bakıdakı biznes şəbəkəsinə nəzarət edirdi. Bakıda fəaliyyət göstərən məşhur “MADO” restoranlar şəbəkəsi də deputatın nəzarətində idi.
Düzdür Elnur Aslanov bu xəbəri həmişə ironiya ilə təkzib edirdi. Amma Elnur Aslanov hələ PA-da çalışdığı vaxt axşam saatlarında tez-tez dostları ilə birlikdə “Mado”da görsənirdi. Onun Ceyhun Osmanlıyla orda qızğın müzakirələr apardığını da, az adam görməyib. Amma qardaş Türkiyədə 17 dekabr DƏRBƏSİNDƏN sonra bütün ölkələrdə Gülənçilərə qarşı etirazlar yarandı. Və Elnur Aslanov vəzifəsindən uzaqlaşdırıldı, Ceyhun Osmanlı daha deputat olmadı və s. Və qardaş Türkiyənin ünlü kafe brendlərindən olan MADO son vaxtlar Bakıda erməni musiqilərini çalmağa başladı. Bəli, mediada yayılan məlumatlara görə, MADO-da erməni mahnıları səsləndirilir. Kimlərsə bunu təxribat hesab edir, kimlərsə...
Sözün qısası, mediada gedən məlumatlardan belə anlamaq olur ki, MADO-da əl dəyişir, yəni MADO sabiq deputatdan alınaraq kiməsə verilir. Kimə...? Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləyin.
P.S. Ramiz Mehdiyevin özü üçün yetişdirdiyi Elnur, Ceyhun, Ziyafət, Siyavuş, Elmar və başqa gənclərin taleyi və vəzifə pillələri haqqında növbəti yazımızda bəhs edəcəyik. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Temperatur 12 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, şimal-şərq küləyi ayın 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, yanvarın 10-11-də gecə 2 dərəcəyədək şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

“Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir”.

G.Məmmədova qeyd edib ki, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12 dərəcə enərək, gecə 0-5 dərəcə şaxta, gündüz 4 dərəcəyədək isti, dağlıq rayonlarda isə gecə 10-15, gündüz 5-8 dərəcə şaxta olacaq. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsildəki İSLAHAT SELİ də SARANI APARA BİLMİR... - İTTİHAM VAR!


Bakıda yerləşən 132-134 saylı Təhsil Komleksində baş verən qanunsuz hadisələr barəsində ilginc məlumatlar əldə etimişik. “Gündəm Xəbər”in əldə etdiyi məlumata görə bir qrup valideynlərin müvafiq qurumlara etdikləri müraciətdə məktəbin direktoru Sara Xanlarovanın ünvanına bir sıra ittihamlar yer alıb. Müraciət müəllifləri bildirirlər ki, 132-134 saylı Təhsil Kompleksin yuxarı siniflərində təhsil formal xarakter daşıyır. Belə ki, 9, 10 və 11-ci siniflərdə təhsilin səviyyəsi sıfıra bərabərdir. Hazırlıq kurslarında və repititor müəllimlərin yanında dərs keçən şagirdlər dərsə gəlməmənin müqabilində direktora sinif rəhbərləri və məktəbin direktor müavinlərinin "əli ilə" razılığa gəlirlər. İllik razılaşma hər iki tərəfin razılığı əsasında baş tutduğu bildirilir.
Valideynlər məktəbə şagird qəbulu zamanı da süründürməçiliyin geniş yayıldığını bildirirlər. Belə ki, istər 5 yaşlıların hazırlıq kurslarına, istərsə də birinci sinifə qəbul zamanı məktəbdə yer olmaması, buna yalnız nazirlik nəzarət edir bəhanəsi ilə valideynlərdən “ xüsusi maraq” tələb olunur ki, bu da ümumi hesabda heç də kiçik "maraq" hesab olunmamalıdır.
Valideynlər bildirirlər ki, müəllimlər müəyyən səbəblərdən səslərini çıxarmasalar da, hər ay direktorun, direktorun aidiyyatı müavinlərinin "boğazlarını yaşladıqlarını" söyləyirlər.
Müraciətdə bildirilir ki, Təhsil Nazirliyinin dəfələrlə sərt xəbərdarlıq etməsinə baxmayaraq Təhsil Kompleksində 5 oktyabr müəllimlər günündə şıdırğı "maraq kompaniyası" həyata keçirilib. Xüsusilə valideyn komitələri vəzifələrini icra edənlər bu işdə fəallıq göstəriblər. Müraciət müəllifləri valideynlərin övladlarının digər şagirdlər və müəllimlər yanında "gözükölgəli" olmaması üçün deyilən "tapşırığı" etdiklərini vurğulayırlar. Müraciətdə Təhsil Nazirliyinin “müəllimlər günü” rüsvayçılığına son qoymasını tələb edirlər.
Əldə etdiyimiz digər məlumatlara görə valideynlər Sara Xanlarovanı təhsilimizdə “Misir Mərdanov erası”nın sonuncu alınmaz qalası adlandırırlar. Müraciət müəllifləri bildirir ki, “Sara Xanlarovanın keçmiş nazir Misir Mərdanovun kadrı olduğunu və bu gün də vəzifədə məhz onun tapşırığı əsasında qaldığını bilməyən yoxdur. Biz isə öz işinin öhdəsindən gələ bilməyən bir nazirin kadrının əməllərinin cəzasını çəkməyə məcbur deyilik”. Eyni zamanda əfsuslar olsun ki, Sara Xanlarovanın zaman-zaman qanunsuz əməllərinə göz yumanlar bu gün də "yuxarıdan" alınan göstərişlər müqabilində göz yummaq məcburiyyətindədir. Sara Xanlarovanın Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlının adından sui-istifadə etməsi, Səbael rayon icra başçısı Vüqar Zeynalovun himayəsində çalışdığı bildirilir. O cümlədən aidiyyatı üst qurumlar belə heç bir müsbət nəticələr əldə etməyən direktorun yüksək titula layiq görülməsini Prezident sərəncamına belə salmışlar. Əgər son illər ərzində məktəbin göstəriciləri Bakı şəhərində olan yüksək səviyyəli digər məktəblərlə müqayisə etsək, Sara Xanlarovanın əmək müqaviləsinin məqsədli şəkildə uzadılmasının şahidi olarıq.
Müraciət müəllifləri bildirirlər: “Övladlarımızın adı pis hallarda hallanan bir məktəbdə təhsil alması bizi çox narahat edir. Məktəb bizim üçün müqəddəs bir məkandır. Lakin, Sara Xanlarovanın idarəçiliyi Təhsil Kompleksində bazar qanunlarının işləməsi ilə nəticələnib. Demək olar ki, hər həftə uşaqlardan müxtəlif adlar altında "xüsusi maraq" tələb olunur. Bu isə şagirdlərin psixologiyasında mənfi izlər qoyur. Əgər nəzərə alsaq ki, təhsil kompleksində məktəblilərin əxlaqa sığmayan video-pornoları sosial şəbəkələrdə tüğyan edirdi, Sara Xanlarovaya himayədarlıq etmək belə cinayətdir. Elə bu baxımdan Sara Xanlarova əldə etdiyi qanunsuz gəlirlərlə Badamdar mossivində dörd mərtəbəli uşaq bağçası inşa etdirərək qızına hədiyyə etmişdir.
Biz Dövlət başçısına müraciət edərək kömək istəyirik. Tezliklə Təhsil Kompleksində baş verən qanunsuzluqlara son qoyulmazsa vəziyyət daha da acınacaqlı olacaqdır. Bizə kömək edin, biz övladlarımızın gələcəyi üçün narahatıq!”

"Gündəm Xəbər"

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO