[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan gömrüyündə camaata YENİDƏN QADAĞA QOYULDU - NƏ BAŞ VERİR?


Naxçıvandan Türkiyəyə quru sərhədlə gediş-gəliş yenidən məhdudlaşdırılıb. Məhdudiyyət, əsasən Türkiyəyə alış-veriş üçün gedənlərə tətbiq olunur. Bu ölkədən Naxçıvana ərzaq və digər məhsul gətirənlər üçün Sədərək Gömrük Məntəqəsi bir aylıq qadağa tətbiq edir. Gömrüyü əliboş keçənlərə isə bu qadağa tətbiq olunmur. Bundan əlavə, gömrükdən avtomobillə keçmək də qadağan olunub.

Millitv.az bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, qadağa və məhdudiyyət dekabrın 24-dən tətbiq olunur.

Ötən ayın ortalarında DTX Naxçıvanda yoxlamalara başlayandan bəri, Sədərək gömrüyündə bütün qadağalar aradan qaldırılmışdı. Hər bir naxçıvanlı istədiyi vaxt Türkiyəyə keçib, istədiyi qədər ərzaq alıb, gətirə bilirdi.

Şərur rayon sakini Qurban Əliyev deyir ki, onların bu sevinci çox çəkməyib:

"Bir neçə gün öncə Türkiyənin Iğdır vilayətinə gedib qayıtmışdım. Orada xeyli ucuzluq olduğu üçün, ərzaq alıb gətirmişdim. Prezident Naxçıvana səlahiyyətli nümayəndə göndərdiyi günün sabahı bu qadağanı tətbiq etdilər. Həmin gün yenidən Türkiyəyə getmək istəyəndə, Sədərək gömrüyündən buraxmadılar. Dedilər ki, yeni qanun çıxıb, keçən dəfə ərzaq gətirmisən deyə, bir aylıq qadağa tətbiq olunub. DTX yoxlamalara başlayanda, sərhəddə bütün qadağalar götürülmüşdü. Kasıb cammat ərzaq daşıyırdı. Sevinirdik ki, belə də davam edəcək. Sən demə, yağışdan çıxıb, yağmura düşəcəyik. Talıbovun vaxtında yenə 15 gündə bir dəfəyə icazə verirdilər. Yeni gələn rəhbər isə 30 günə qaldırdı. Bunlar deyəsən, Talıbova rəhmət oxuduracaq".
Türkiyəyə işləmək üçün, yəni əliboş gəlib-gedənlərə məhdudiyyət tətbiq olunmasa da, onlar başqa bir problemlə üzləşirlər. Minik avtomobilləri və avtobuslar gömrükdən buraxılmadığından, bu şəxslər Türkiyə tərəfinə çatana kimi, uzun məsafəni piyada getməli olurlar. Naxçıvan şəhər sakini Mahir Musayev deyir ki, qarşı tərəfə çatmaq üçün, təxminən yarım saat piyada getməli olub:
"Gömrükdə möhür vurdurduqdan sonra, Türkiyə ərazisinə keçənə qədər piyada getməli oldum. Çünki, minik avtomobili, taksi, avtobus buraxılmır. Hər iki əlimdə ağır yük yarım saat piyada getməli oldum”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gəncə Regional Kollecində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR!


Gəncə Regional Kollecində idarəçilik Naxçıvanın keçmiş xanı Vasif Talıbov üsul-idarəçiliyini xatırladır. Bu təhsil müəssisəsi elm ocağından daha çox ailə şirkəti kimi fəaliyyət göstərməkdədir. Nəticə etibarı ilə Gəncə Regional Kolleci müəllim – tələbə və rəhbərlik gözündə firmaya oxşayır. Çünki burada idarəetmə metodu, müəllim və tələbələrə münasibət, rəhbərlikdə olan şəxslərin bir ailə olması Naxçıvanda dünənə qədər baş verənlərin bənzəridir: rüşvət, soyğunçuluq, vəzifələrdə qohum-əqrəba, ailə üzvləri, özbaşınalıq, anarxiya, xaos…
Reportyor.info bildirir ki, bu da səbəbsiz deyil. Məlumatda iddia olunur ki, gələcəyin kadrlarını bu təhsil ocağı kolleci ailə podratına çevrilib. Belə ki, direktor Fəxrəddin Zeynalov qızlarını – Nuranə və Gülnar bacılarını yanında işə götürüb, kürəkəni isə sürücü kimi çalışır. Eyni zamanda, kollecdə rüşvət, maxinasiya, mənimsəmə, dərsdənyayınma, rüsvayçı insidentlər, müəllim-direktor qarşıdurmaları, həmçinin inzibati xətalar adi hala çevrilib. Sanki belə də olmalıdır. Ona görə də ilbəil kollecə müraciət azalır. Bu neqativ hallar valideynləri qorxuya salır və kimsə övladının Fəxrəddin Zeynalovun bazara çevirdiyi kollecdə təhsil almasını istəmir. Gələn məlumatlarda o da deyilir ki, kollecin rüşvət üzrə kassiri tədris hissəsinin rəhbəri Sahibə Nəzərovadır. Direktor Zeynalov Nəzərovaya böyük etimad göstərib və onu “baş xəzinədar” elan edib. Bəli, vəzifəsi tədris hissəsi olsa da, əsasən onun əli ilə rüşvət yığılır. Odur ki, gələcəkdə istintaq altına düşərsə, hansi ifadələri verəcəyini indidən təxmin etmək olar. Çox maraqlıdır ki, sözügedən
Sahibə Nəzərova heç də adi bir fiqur deyil. Demə, keçmiş baş nazir, dövlətə qarşı təşkil edilmiş Gəncə qiyamının müəllifi Surət Hüseynovun baş müşaviri, 1995-ci ildən Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə axtarışda olan, 1994-cü il oktyabrında dövlət çevrilişinə cəhdinin təşkilatçılarından olan Saday Nəzərovun bacısı imiş.
İddialara görə, kollecin direktoru Fəxrəddin Zeynalov vaxtilə Surət Hüseynovun sağ əli sayılan həmin Saday Nəzərovla dost olublar, bu səbəbdən bacısı Sahibə Nəzərovanı tədris hissəsinə rəhbər təyin edib. Nəticədə axtarışda olan cinayətkarın bacısı Nəzərovanın əli ilə kollecdə müxtəlif cinayətlərə yol verilir – dərs yüklərini istədiyi adama verir, pul yığır, dərsdən yayınmaq üçün aylıq alır…
Əldə etdiyimiz başqa bir xəbərdə isə kollecin Tarix-Sosiologiya şöbəsinin müdiri Tünzalə Hüseynovanın əməlləri haqda bəhs edilir. İddialara görə, şöbə müdiri tibbi kart üçün pul yığmaqdadır. Şöbə müdiri müəllimləri də bu işə şərik və məcbur edib. Ancaq bu, onun nə ilk, nə son əməlidir. Hüseynova demək olar ki, hər ayın əvvəli müxtəlif bəhanələrlə müəllimlərdən pul tələb edir.
Həmçinin, bir çox tələbələrin adı jurnalda getsə də, özlərini kollecdə görmək mümkün deyil. Dərslərdə iştirak etməməyin aylıq xərci isə 100 manatdır. Məlum olur ki, kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri “təhsil xərclərini” ödəmək üçün paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə, restoranlarda ofisiantlıqla məşğuldurlar. Həmin tələbələrdən bir qisminin adlarını əldə etmişik və siyahını sizə təqdim edirik, lakin heç də ilk və son siyahı deyil:
Quliyeva Mehin
Məmmədova Lamiyə 729 A1/1
Əliyeva Jalə 729 A1/1
Qurbanov Nemət
Zeynalova Gülnar 811A1/1
Quliyeva Nurlana 731 A1/1 //Reportyor.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Kargolux" müştərilərə problem yaradır - "Trendol Azərbaycan"la əlbir olaraq...


"Son vaxtlarda, əsas xidmət sahələrindən birinə çevrilmiş karqo sektorundakı hərc-mərclik, hələ də aktuallığını qorumaqdadır. Antiinhisar qurumu, karqolarla bağlı mövcud qanunlara nəzarət etmədiyi üçün, bu sahədə, yazılmamış qanunlar hakimdir. Bu yazılmamış qanunlar isə, əksər hallarda vətəndaşın ziyanına işləyir. Bəli, bəzi daşınma şirkətləri ağlasığmaz vədlər verərək, fövqaladə kampaniyalar elan edirlər. Lakin, bir çox hallarda, vəd etdiklərini vermirlər və bədəlini də təbii ki, vətəndaş ödəməli olur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bu dəfə, sizə, “Kargolux” şirkətinin, bu yaxınlarda təşkil etdiyi və sosial şəbəkədə haqlı narazılığa səbəb olan kampaniyası barədə danışacağıq. Bəribaşdan, ədalət naminə bunu qeyd edək ki, sözügedən karqo, indiyəqədər, mənfi imiclə tanınmırdı və ümumilikdə, şikayətlər də çox deyildi.
Amma və lakin, gəlin tələsməyək, çünki şikayətin az ya da çox olması, aldadıcı da ola bilər. Bu barədə bir az sonra.

Deməli, şirkət, bu günlərdə, feysbukda, bir qrupda, kampaniya təşkil edib və 1kq=1 dollar deyib. Belə ki, qrupun üzvlərinə özəl olaraq elan edilən bu orqanizasiyada, başqa heç bir şərt bildirilməyib. Yəni, köhnə ya da yeni olsun, bütün müştərilər, sadəcə bu qrupun üzvü olmaqla və paylaşımın altına öz müştəri kodlarını yazmaqla, kampaniyaya qoşula bilərdilər.

Buraya qədər hər şey normaldır.

Amma və lakin, sifarişlər ediləndən və bağlamalar, xarici anbara təslim ediləndən sonra, insanlar, şok keçirməyə başlayıblar! 1 dollarla hesablanmalı olan bağlamalar, 3.7 dollarla, yəni adi tariflə hesablanıb! Sən demə ki, kampaniya, yalnız yeni qeydiyyatdan keçmiş ya da xidmətdən istifadə etməmiş müştərilərə şamil imiş! Halbuki, kampaniyadan istifadə etmək üçün əlavə şərtin olmadığını, köhnə müştərilərə də şamil olunduğunu, özləri bəyan etmişdilər. Ekranda gördüyünüz kimi.

Əlbəttə, müştərilər, bu və ya digər formada etirazlarını bildiriblər və qruplarda, Kargolux-un maxinasiyasını ifşa ediblər. Nəticədə, gözləmədiyi təpkiylə qarşılaşan şirkət rəhbərliyi, isterik vəziyyətə düşərək, ard-arda səhvlərə, gülünclüklərə yol verib.

Normalda, istənilən menecer, vəziyyəti qurtarmaq üçün, çıxıb üzr istəməli və kampaniyadan, müştərilərin zərər çəkməyəcəyini bəyan etməliydi. Beləcə, ziyanın yarısından dönmək və şirkətin etibarını xilas etmək mümkün olacaqdı. Lakin, sözügedən karqonun diletant rəhbərləri, problemin məsuliyyətindən öz yaxalarını kənara çəkərək, müştəriləri borclu çıxaran açıqlamalar veriblər. Sən demə ki, kampaniyanın şərtini, əslində, beyinlərində başqa cür düşünüblər, müştərilər onların beyinlərini oxumayıblar... Necə deyərlər, “suçluluq psixologiyası”...

Beləcə, gülməli və ağlamalı açıqlamalar, fevri davranışlar, “U dönüşləri” ilə.. şirkət, 2 ilə topladığı imic kapitalını, bir neçə günə xərcləyib....

Məsələnin, elektron mediada, 30-40 saytda gündəmə gələcəyini bilən karqo rəhbərliyi, “Biz saytlardan qorxmuruq, 30-40 sayt azdır” deyə isterik reaksiya verib, lakin elə sosial mediadakı ifşalardan sonra, durumun dramatik olduğunu anlayıb və tezbazar tədbirlərə əl atıb. Feysbukda, zəkasız qrup rəhbərlərinə, şirkət əleyhinə yazılan postları sildirmək üçün təzyiq edən şirkət rəhbərliyi, anlamır ki, eyni metodlar, daha zəkalı olan sayt rəhbərləri üçün keçərli olmayacaq. Necə ki, 1 il əvvəl, saytları təhdid edən başqa bir karqo rəhbərinin şüvənliyindən, heç bir sayt təsirlənməmişdi və yazını silməmişdi.

P.S. Bu arada, onu da qeyd etməliyik ki, şirkətdən təmənna güdüb reklamını edən qrupun rəhbəri ilə bağlı, çoxsaylı şikayətlər gəlməkdədir. Belə ki, müştərilər, elə həmin postun altında, kampaniyadakı saxtakarlığa etirazlarını bildirmək istəyiblər, lakin şərhləri silinib və blok olunublar.

“Trendol Azərbaycan” qrupunun rəhbərinə, müştərilərdən biri, anlamlı mesaj ünvanlayıb;

“Ülkər xanım, pul alıb karqonu reklam etməklə, iş bitmir! Gerisinə də cavabdehsiz! Unutmayın ki, siz “Kargolux”un harama bulaşmış kampaniyasında onun günahına şəriksiz. Özü də bir halda ki, etiraz edənlərə, əks fikirlərə yer vermirsiz!""

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Süleyman Neymətov Naxçıvanın daxili işlər naziri təyin EDİLDİ


Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Sərəncama əsasən, Süleyman Əsgər oğlu Neymətov Naxçıvanın daxili işlər naziri vəzifəsinə gətirilib.

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışırdı. O, Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi fəaliyyət göstərib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu şəxslərə 600 manat müavinət veriləcək


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Bu Fərman 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağdakı mədənin fəaliyyəti müvəqqəti DAYANDIRILIR


“Bays Metals” şirkətinin rəhbərliyi ilə birgə beynəlxalq ekoloji ekspertizanın sonuna qədər mədənin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar qəbul edilib.

Şirkət fəaliyyətləri ilə bağlı beynəlxalq ekoloji ekspertiza keçirmək üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəliblər.

"Bays Metals" şirkəti Ağdərə rayonundakı Kaşin mis-molibden mədəninin operatorudur.

Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa - Laçın yolunda aksiya keçirirlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev onları TƏLTİF ETDİ


Prezident İlham Əliyev Məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Nağıyev İman Məmməd oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Abbasov İlqar Eyvaz oğlu.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Talıbovun papkası” rəfə qoyulmadı: yoxlamalar böyüyür - HƏBS OLUNA BİLƏRMİ?

Vasif Talıbovun Naxçıvandakı 27 illik idarəçiliyindən ən çox zərər çəkənlər sahibkarlardır. Məlumata görə, ötən illər ərzində orada çoxsaylı qanun pozuntularına, haqsızlıqlara yol verilib. Naxçıvanda sahibkarlar tikinti işləri aparanda onlara saysız-hesabsız ziyanlar vurulub. Naxçıvan şəhərində biznes obyektləri, yeməkxanalar, dükanlar və digər bu kimi sahələr qanunsuz olaraq sökülüb. Bu zaman sahibkarlara dəyən ziyana görə heç bir kompensasiya ödənilməyib.

Halbuki aparılan tikintilərə görə sahibkarların əllərində obyektlərin çıxarışları olub. Ancaq bunların heç birinə məhəl qoyulmayıb. Necə gəldi ya obyektləri söküblər, ya da əllərindən alıblar. Naxçıvandakı məlum dəyişiklikdən sonra bu insanların hamısı hərəkətə keçib. Ona görə də bütün bunlara görə saysız məhkəmə iddialarının qaldırılacağı gözlənilir. DİA.AZ “Yeni Müsavat”a istinadla bildirir ki, bir vaxtlar Vasif Talıbovdan çəkinib səslərini çıxara bilməyən sahibkarlar indi onlara dəymiş zərərə görə iddialar qaldırmaq fikrindədirlər. Söhbət minlərlə oxşar faktdan gedir. Hətta kiçik kafedən tutmuş, restorana qədər böyük obyektləri zorakılıqla dağıdıb sahibkarlara heç nə verməyiblər.

Qeyri-rəsmi məlumatlara görə, Vasif Talıbov yuxarı instansiyalardan Naxçıvanda yoxlamaların davam etdirilməməsini, ümumiyyətlə, bu prosesin dayandırılmasını xahiş edib. Lakin onun xahişi qəbul olunmayıb. Vasif Talıbova bildirilib ki, hakimiyyət bu məsələdə prinsipialdır və əsas xətti, iradəsi, məqsədi Naxçıvanda bu yoxlamaları davam etdirmək və prosesi tam başa çatdırmaqdır. Yoxlamaların davam etdirilməsi Talıbov klanının tam zərərsizləşdirilməsinə hesablanıb, yoxsa özünə də təhlükə ola bilər?

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Vasif Talıbov və oğulları ilə bağlı hazırda çox ciddi şəkildə araşdırma aparılır: “İstintaqın çox ciddi şəkildə aparılmasının səbəbkarı Vasif Talıbov, onun oğullarıdır. Hələ ki onu həbs etməyiblər, qoluna qandal vurmayıblar. Amma bu o demək deyil ki, vəziyyət bu cür uzun müddət davam edəcək. Talıbovların Naxçıvanda törətdikləri cinayətlərin miqyasını müəyyənləşdirmək üçün istintaq gedir. Hələ ki,onun ətrafından ifadələr alınır”.

Siyasi şərhçi deyir ki, Vasif Talıbov və oğullarına da ittiham elan ediləcək: “Hər biri müttəhimlər kürsüsündə oturacaq. Aldığım son məlumata görə, artıq Vasif Talıbovu yaşadığı qəsrdən çıxarıb həyat yoldaşının sovet hakimiyyəti illərində yaşadığı evə göndəriblər. Hazırda Vasif Talıbovu orada saxlayırlar. Naxçıvandakı, Naxçıvandan kənarda dünyanın dörd bir tərəfinə yaydığı mal-mülkünün qeydiyyatı aparılır. Proses yekunlaşan kimi Talıbovlarla bağlı qərar veriləcək”.“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Vergilər Nazirliyinin iki şöbə müdiri əlbir olaraq “OMAKS-3″ MTK rəhbərliyini necə həbs etdirdi - İTTİHAM VAR!


Namazov Tapdıq Namaz oğlu 26 avqust 2019 tarixində Cinayət Məcəlləsinin 178.3.2 , 179 3.2 , 308.2 və 313 -cü maddələr əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə Azadlıqdan məhrum edilib. Təqsirləndirlilən şəxs qərardan Apellyasiya məhkəməsinə şikayət versə də, məhkəmə qərarı qüvvədə saxlamayıb, verilən cəzaya daha 6 ay əlavə edərək 10 il 6 ay müddətinə həbs cəzası verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, 27 dekabrda təqsirləndirlilən şəxsin rəsmi nümayəndəsi Nəsibov Mübariz Məsim oğlu eləcə də təqsirləndirlilən şəxsin bacıları Qəmbərova Zemfira Bəhmən qızı, Hüseynova Adilə Bəhmən qızı və oğlu Namazov Polad Tapdıq oğlu mətbuat konfransı keçirərək Namazov Tapdıq Namaz oğlunun məhkəmə prosesinə düzgün baxılmadığını və prosesə naməlum şəxslər tərəfindən müdaxilə edildiyini açıqlayıblar.

Mətbuat konfransında giriş sözü alan təqsirləndirlilən şəxsin rəsmi nümayəndəsi Nəsibov Mübariz bildirib ki, istər Bakı Ağır Cinayətlər məhkəməsində, istərsə də Apellyasiya məhkəməsində işə obyektiv baxılmayıb:

"Apellyasiya məhkəməsindən sonra iş Azərbaycan Respublikası Ali məhkəməsinin mülki kollegiyasında baxılmış, mülki kollegiya Apellyasiya məhkəməsinin qərarını ləvğ edərək işə yenidən baxılması üçün işi yenidən Apelyasiya məhkəməsinə qaytarmışdır. 29 Dekabrda Bakı Apellyasiya məhkəməsində bu iş üzrə yekun qərarın çıxarılacağı gözlənilir. İşin faktiki halları bundan ibarətdir ki, guya T. Namazov 19 nəfərdən külli miqdarda pul alaraq inşa etdiyi binada təyinatı üzrə xərcləməyərək onları aldadıb. Əslində məsələ bundan ibarətdir ki,T. Namazov hələ 2004-cü ildən həbsdə olub. 2013-cü ildə həbsdən buraxılıb. Onun böyük oğlu Emin Namazov 2008-ci ildə Vergilər Nazirliyində qeydiyyatdan keçməklə "OMaKS-3 MKT"şirkətini yaradaraq daşınmaz əmlak tikintisnə başlamışdır.

Bu işin isə T. Namazova aidiyyatı olmadığı halda guya bağlanmış müqavilələrin onun imzası ilə bağlandığı bildirilərək böhtana məruz qalıb. Əslində məsələ burasındadır ki, Vergilər Nazirliyində şöbə müdiri işləyən iki şəxs Natiq Əliyev və Mahir Xudiyev binanı ələ keçirmək üçün öz adamları vasitəsilə məhkəməyə şikayət ediblər. Belə ki, şikayət edən 19 nəfərin 14-ü bu iki şəxsin adamı olub. Onlar öz adamlarının adına binadan ev götürüb evləri kvadratmetri 450 manatdan 26 evi öz adlarına rəsmiləşdirməyə nail olublar. Evlərin bu adamlara ucuz verilməsinin səbəbi isə həmin 2 şəxsin binanın tikinməsində maddi vəsaiti kömək olaraq veriblər. 2015-ci ildə binanın tikintisinə maddi vəsait çatmadığı üçün tikinti yarımçıq dayandırıldığından onlar binanı ələ keçirmək məqsədi ilə Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət ediblər. Orda o vaxtkı korrupsiya ilə mübarizə idarəsinin birinci müavini İlqar müəllim vasitəsilə qondarma ittihamlarla N.Tapdığın həbsinə nail olublar. Guya ki, vətəndaşlar tərəfindən T. Namazov tərəfindən alınan 2 milyona yaxın vəsaitin 450 minə yaxın manatın xərclənilməsi haqqında qərar çıxarılmasına nail olublar.

Təqsirləndirlilən şəxsin nümayəndəsi həmçinin bildirib ki, binanın tikintisinə təxminən 6 milyondan yuxarı vəsait xərcləndiyi üçün hər hansı dələduzluqdan söhbət gedə bilməz:

"Məhkəmədə məlum olub ki, binanın tikintisinə təxminən 4 milyondan yuxarı vəsait xərclənilib. Nəzərə alsaq ki, yerin alınması, bəzi yuxarı dairələrə müəyyən vəsaitin ödənilməsi eləcə də o vaxtkı mer Hacıbala Abutalıbova yerin götürülməsi üçün ödənilən yüksək miqdarda pulları da nəzərə alsaq 6 milyondan çox vəsait xərclənilib. Təqsirləndirlilən şəxsin ailəsi, bacıları və oğlu baş prokurorluğa, ölkə prezidentinə və xanımına müraciət ünvanlayaraq işə yenidən baxılmasını xaiş edir, Vergilər Nazirliyində indiyə qədər çalışan Natiq Əliyev və Mahir Xudiyevin əməllərinə görə ölçü götürülməsini xaiş edir. Belə ki, T. Namazov bir qrup şəxsin məhkəməyə müdaxiləsi nəticəsində hələ də həbsdədir.

Bundan başqa onu deyə bilərəm ki, bu prosesdə 178-ci maddədən söhbət belə gedə bilməz. Çünki həmin maddə bundan ibarətdir ki,bir qrup şəxslə qabaqcadan əlbir olaraq başqasının əmlakını ələ keçirməyə səy göstərmisən. İşin mahiyyətinə baxdığımızda məlum olur ki, burda bina demək olar ki, tikilib və heç kəsin əmlakını ələ keçirməkdən söhbət gedə bilməz. Əgər bu adamın elə bir məqsədi olsaydı bu boyda binanı inşa etməzdi."

M. Nəsibov ölkə ictimaiyyətini bu məsələnin diqqətdə saxlanılmasını xaiş edərək növbəti məhkəmə prosesində işə obyektiv baxılmasını xaiş edərək bildirib ki, hakimdən obyektiv qərar çıxarılacağına ümid edir. T. Namazovun ailəsi də məhkəmə heyətindən işə ciddi yanaşılmasını və heç bir dələduzluq faktının aşkar olmadığı bu prosesdə obyektiv qərar çıxarılmasını tələb ediblər.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sosial müdafiə sisteminin HİMALAYI... - BU, HEÇ DƏ ZİRVƏ DEYİL...


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regionalın filialında baş verən və hazırda da cərəyan etdiyi deyilən qanunsuzluq halları ilə bağlı "DogruXeber.az"da dəfələrlə yazılı məlumatlar yayımlanıb.

Yerli sakinlər və fondun adının çəkilməsini istəməyən işçiləri tərəfindən redaksiyamıza verilən bütün məlumatları silsilə şəklində yayımladıqdan sonra bir yeni xəbər aldıq ki, filialın direktoru, filialda baş verən bütün qanunsuzluqların "əsas müəllifi" Rafael Məmmədov DSMF-nun Mil-Muğan regionalındakı direktor vəzifəsindən azad edilib. Lakin, Gəncə regional filialına direktor təyin olunub. Bu isə ərazisinə və əhalisinin sayına nəzər saldıqda Rafael Məmmədovun vəzifəsinin biraz da yüksəlməsi sayılır.

Demək, sözügedən direktor Rafael Məmmədov Gəncəyə çatar-çatmaz bir neçə işçi işdən çıxarıldı. Çıxarılan işçilərdən biri olan Aygün xanım Musayeva buna etiraz olaraq, bir neçə sosial "DogruXeber.az" informasiya agentliyinə müraciət edib, canlı efirdə bu barədə danışmaq istədiyini bildirdi. Hətta, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda - "Kamalın zamanı" proqramında canlı yayıma qoşulub, haqsız işdən çıxarılmasından, həmçinin filialda baş verən bir çox qanunsuzluqlardan, vəzifələrin 25.000 (iyirmi beş min) manat qarşılığında satıldığından, bəzi səlahiyyət sahiblərinin qeyri-etik, əxlaq normalarına zidd hərəkətlərindən danışdı. Hətta, məlum hadisələr mövzusunda FHN-nin DSMF-nun Gəncə regional filialının yanında "toya getməli" olduğunu da vurğuladı.

Aygün Musayevanın narazılıqları ilə bərabər, fondun hələ də qeyri-rəsmi olaraq, Rafael Məmmədovun "idarəçiliyində" olduğu deyilən Mil-Muğan regional filialındakı vəzifələrin "qohumluq-qardaşlıq bölgüsü"ndən də bəhs etmişdik. Özü də bir yox, bir neçə dəfə.
Hətta, redaksiyamıza daxil olan bütün məlumatlar barəsində ƏƏSMN-nə, DSMF-na rəsmi müraciətlər də göndərmişdik.

Əlqərəz...

Ötən yazılarımızı yuxarıda təqdim etdiyimiz linklərdən oxuya bilərsiniz.

Bu boyda "vurhavurun" ardından, sanki, haqqı yeyilən, hüquqları pozulan narazı işçilərin acığına Sahil Babayev Rafael Məmmədovu fəxri diplomla təltif etdi.

"Fəxri diplom"dan daha da "həvəslənən" Rafael Məmmədov düz 25 nəfəri işdən çıxardı. "Səbəb" isə Mil-Muğan regional filialında olduğu kimi - 3 aylıq əmək Müqaviləsinin başa çatması idi.

Həmin işdən çıxarılan 25 nəfərdən biri olan Rəhimov Fərid Nəsib oğlu hüquqlarının kobudcasına pozulması və hazırda işsiz qaldığı barəsində "DogruXeber.az"a müraciət edib.

Fərid Rəhimov bildirir ki, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə regional filialında, Ünvanlı sosial yardım şöbəsində baş mütəxəssis vəzifəsində çalışırdım. Ümumiyyətlə bu sahədə 2018-ci ildən bugünə qədər heç bir nöqsanım olmayıb.

İşdən çıxma səbəbim, 2020-ci ildən bəri mənimlə dəfələrlə təkrar bağlanmış 3 aylıq müqaviləmin başa çatması olub."

Onun sözlərinə görə 2020-ci ildən bəri 3 aylıq əmək Müqaviləsin ilə işləyirlər. Müqavilə başa çatdıqda işə, heç işçiyə demədən, əmək müqavilələri qurum tərəfindən yenilənirmiş. Sonuncu dəfə isə "sizinlə işləmək istəmirik" deyib, müqavilələri yeniləmədilər.

İşçilər işdən çıxarıldıqdan sonra Fərid Rəhimovun sözlərinə görə Rafael Məmmədov özünün bir neçə qrup yoldaşları (Vüqar Əliyev,
Şəmsi Süleymanov və s) və bəzi yaxınlarını (Şəhriyar Əliyev və b) işə götürüb.(Qeyd edək ki, verilən məlumata görə Rafael Məmmədov bundan əvvəl işlədiyi Mil-Muğan regional filialında da öz yaxınlarını, dostlarını işlə təmin edib.)

Yeri gəlmişkən, Fərid Rəhimov bildirir ki, Dövlət qulluğu imtahanlarında, həmçinin qurumun daxili imtahanlarında yüksək nəticələr göstərib.

Bundan əlavə, işdən çıxarılanlar arasında 44 günlük müharibə iştirakçıları da var ki, bu da qurumun (onların işdən səbəbsiz çıxarılması) birbaşa ölkə başçısının tapşırığına qarşı çıxmasıdır. Özü də işdən çıxarılmadan qısa müddət əvvəl Rafael Məmmədov işçilərin arasında müharibə iştirakçısına səsini qaldırıb, əlindəki telefonu göstərərək, "bunu təpənə çırparam" deyə onu təhdid və təhqir edib, yoldaşları arasında aşağılayıb.

Görünür Rafael Məmmədov gücünü düşmənə güc göstərib, qalib olan vətən oğluna göstərmək istəyirmiş. Halbuki, o oğlanlar öz güclərini nəinki Rafael Məmmədov kimi müharibə görməyən məmurlara, hətta bütün Azərbaycana, Azərbaycanın gücü olaraq isə, dünyaya göstəriblər. Bu gün onun Rafael Məmmədovun qarşısında susması, atalar sözlərindəki abırlının abırından həya etməsidir sadəcə.

Unutmadan onu da qeyd edək ki, Fərid Rəhimov bildirir ki, son günlər işin çoxluğu səbəbilə hətta qeyri-iş (şənbə-bazar) günləri də çalışıblar, lakin buna görə onlara əmək haqqından əlavə ödəniş edilməyib.

Bir də deyilir ki, "Elnur Əliyev" adlı bir şəxs tərəfindən DSMF-nun regional filialına güya şikayət məktubu daxil olub və o məktubda rüşvət istəməsi iddiası ilə bir neçə şəxslərin adları çəkilib və həmin şikayət əsasında, adı çəkilən şəxslər işdən azad edilib. Maraqlıdır ki, ondan qısa zaman əvvəl eyni məzmunlu bir şikayət də Samux rayon filialına göndərilibmiş. Eynilə, orada da məktubda adı çəkilən şəxslər işdən çıxarılıb.

Maraqlıdır, DSMF edilən şikayətlərə belə həssaslıqla yanaşan idisə, o zaman ötən yayımlarımızda dəfələrlə adlarını təkrar-təkrar çəkdiyimiz Mil-Muğan regional filialından Bəhruz Quliyev, Fəxrəddin Gülüşov, həmçinin Rafael Məmmədovun özü barəsindəki iddialara niyə laqeyd qalınır?

Elə himayədarına güvəndiyi üçün də Bəhruz Quliyev "keyfinin saz olduğu" məclislərdə, barəsindəki iddialara "boş şeydir, heç nə edə bilməzlər" deyib, "hava atır"mış.

Bu da maraqlıdır ki, işdən çıxarılan hər kəs də bütün bu məsələlərdə birbaşa Himalay Məmişovu qınayırlar.

Yeri gəlmişkən, ötən yayımlarımızda Himalay Məmişovun Mil-Muğan regional filialındakı himayə etdiyi şəxslər barəsində də məlumat vermişdik.

İndi həmin məlumatlaraın üzərinə bir neçə maraqlı məlumatlar da əlavə edilib.

Belə ki, etibarlı mənbədən "DogruXeber.az"a daxil olan məlumatlarda deyilir:

- "Rafael Məmmədovun imişlidəki daha bir sağ əli - Təsərrüfat şöbəsinin müdiri Nəzərli Nurəddindir.

O, əvvəllər müahisbatlıq şöbəsində müqavilə ilə məsləhətçi mühasib işləyib.
Sonra isə Rafael gələndə onu Təsərrüfat şöbəsinə baş mütəxəssis təyin edib.
Daha sonra, heç bir imtahan olmadan şöbə müdiri təyin edib.
Regiona gələn invertarlarlara və kadr məsələlərinə Nurəddin baxır.
Atası müəllim işləyir, əlilliyə görə pensiya alır,
Özü isə 1996-ci il təvəllüdlüdür. Hərbi xidmətdə ümumiyyətlə olmayıb. Hansısa yollarla hərbidən yayınıb.
Bütün 5 rayon şöbələrinin inventarları yoxlanılsa, hamısında silinmələr edildiyi aşkar ediləcək.

Hal-hazırda Mil-Muğanın regional filialında həm özü, həm də yaxın qohum-əqrəbası əlilliklə pensiya alan bir çox səlahiyyət sahibləri var. Elə Rafael Məmmədovun özü də aldığımız məlumata görə ötən ilə qədər ikinci qrup əlilliklə pensiya alırmış. Hətta, deyilənə görə Rafael Məmmədov qurumun daxili imtahanlarında da lazımi nəticəni əldə edə bilməyib.

Bəhruz Quliyev - hazırda müavinətin adi mütəxəssisi ola-ola, qeyri-qanuni yaradılan qəbul şöbəsinin müdiri kimi işləyir.
Bunu da edən, yəni müdafiə eden Maqsud Həsənovdur.
Fond hər 3 aydan bir işçilər barədə forma doldurur ve orda kimin yaxınları, ailə üzvləri arasında əlilliyi olan varsa, yazılır.

Himalay Məmişova maraqlı olmayan işçiləri işdən azad edilir, maraqlı işçilərinkinə isə göz yumulur.

Bundan əlavə: Refaelin ixtisası energetik olub. Özü isə "Azərişıq" ASC-də adi mühasib olub. Bu sahəni bilməyə-bilməyə, hansısa yollarla gəlib çıxıb bura.

2 3 yerdən hansısa yollarla diplom alıb.
Son vaxtlar isə maraqlı insanları Fonda çağırıb, güya imtahan edirlər və deyirlər, "sən keçdin imtahandan".
İşçi tək-tək gəlib test imtahanı verməyi hansı qrumda var?

Vakansiya elan olunur, vətəndaşlar sənəd verir, ümumi test imtahanı verirlər. Yaxşı nəticə toplayanlar isə şəffaf yolla işə qəbul olunurlar. Amma, DSMF-da Himalay Məmişov belə etmir.

Hətta elə işçilər var ki, 3-4 dəfə fonda çağırılıb, imtahan verib, imtahandan keçə bilməyib. Sonda isə simvolik bal yazılıb ki, "get, sən keçdin".
Bir işçi neçə dəfə imtahan verməlidir?!

Əgər bu 3 dəfə imtahan veribsə, keçə bilməyibsə, bu işçini işə necə götürürlər?!"

Bəli, bu da Rafael Məmmədovun işdən haqsız olaraq azad etdiyi 100-ə yaxın işçilərdən bəzilərinin verdiyi məlumatlar və yerində verilmiş suallar.

Maraqlıdır ki, bu mövzuda dəfələrlə materiallar dərc etdiyimizə rəğmən, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bütün bunlara "gözünü-qulağını bağlayıb", hələ də susmaqda davam edir.

Qarşı tərəfin mövqeyini almaq istəyərkən, bir müddət əvvəl Rafael Məmmədovun bizə bütün suallarımızı DSMF-na verməyimizi tövsiyyə etməsi də qurumun hər şeydən xəbərdar olduğuna dair bir işarə idi.

Qurumun mətbuat xidmətinin də bizi dinləyib, "Araşdırıb əlaqə saxlayacağıq" deyib 3 aydan çox müddətdir mövzuya bir də qayıtmaması da bütün şübhələri 0-a endirir.

Qeyd edək ki, hələ bu da hamısı deyil. Odur ki, mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO