[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Absurd bəhanə ilə, əlilliyimi ləğv ediblər..." - NARAZILIQ VAR!


Əlilliyinin qanunsuz ləğv edildiyini bildirən keçmiş polis işçisi, Göyçay rayonunun Potu kənd sakini Ağalar İlyas oğlu Səlimov, mətbuat vasitəsi ilə, dövlət rəhbərinə Müraciət ünvanlayıb. Bir nüsxəsi də, araz.az-ın redaksiyasına daxil olan
şikayət xarakterli bu Müraciətində, açıq-aydın hərc-mərcliklə üzləşdiyini xüsusi olaraq vurğulayan şikayətçi, məcburiyyətdən, son ümid ünvanına -- ölkə başçısına üz tutduğunu, həmçinin saytımız vasitəsi ilə, bu probleminin ictimailəşdirilməsində ona yardımçı olmağımızı xahiş edərək, yazır:

"Çox hörmətli cənab Prezident!!

2006-cı ildə, xəstəliyimlə əlaqədar, 15 il işlədiyim polis orqanlarından xaric olundum. Həmin vaxtdan ikinci qrup əlil kimi pensiya alıram. Beş il tamam olduğuna görə, yenidən əlilliyimin bərpası üçün, TSEK-ə rəsmiləşdirilən göndərişlərə imtina verilir. Əvvəlki imtinaların səbəbi kimi, göndərişin natamam doldurulması göstərilirdi. Sonuncu imtinaların səbəbi kimi də, natamam doldurulma göstərilsə də, belə yazılıb: “Həkimin rəyi: Xəstənin əsas diaqnozunun ağırlaşması, əlillik dərəcəsinin təyinində, reyester məlumatı, aktiv sürücülük vəsiqəsi ilə, uyğunsuzluq yaradır”.

Verilmiş bu əsasız və gülünc imtinalara görə, şəxsən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin qəbulunda da oldum. Mənim əlilliyimin obyektiv müəyən olunması üçün, sədrin özündən kömək etməsini şəxsən xahiş etdim. Zaur Əliyevin ciddi tapşırığından sonra, mən, Mingəçevir Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində müayinə olundum və həmin dispanser tərəfindən əlilliyin qiymətləndirilməsi üçün, göndəriş rəsmləşdirildi. Lakin bir-neçə gündən sonra, məlum oldu ki, imtina verilib və səbəb kimi də, belə göstərildi: “İxtisaslı həkim müyinəsinə və müalicəsinə ehtiyac olması”.

Mən, Göyçay Rayon Mərkəzi Xəstəxanasından yenidən göndəriş alaraq, Bakı şəhərinin Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müayinə olunduqdan sonra, 21 gün də, stasionar müalicə aldım. Bundan sonra, Mingəçevir Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanseri tərəfindən, mənə, yenidən "Forma -- 88" tərtib olunaraq, göndəriş rəsmləşdirildi. Lakin buna baxmayaraq, yenə də, imtina verildi. Bu dəfə də, imtinada “Aktiv sürücülük vəsiqəsinin olması" göstərildi. Bundan sonra, Mingəçevir Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin Baş həkimi tərəfindən, rəsmi qaydada, sürücülük vəsiqəmin ləğv olunması üçün, Yevlax şəhərində yerləşən Yevlax RQİ və TBŞ-nin rəisi, polis polkovnik-leytenantı Cavanşir Vəliyevə rəsmi qaydada məktub göndərildi.

28.11.2-22-ci il tarixində isə, Yevlax RQİ və TBŞ-nin rəisi tərəfindən, rəsmi qaydada, Mingəçevir Şəhər Ruhi-Əsəb Dispanserinin Baş həkimi Şəmsinur Hüseynovaya cavab verildi. Bu Müraciətimə də əlavə etdiyim həmin məktubda göstərilib: “Göyçay rayonunun Potu kəndində yaşayan Səlimov Ağalar İlyas oğlu barəsində, 24.11.2022-ci il tarixli, 691 nömrəli məktubunuzda göstərilmiş məlumatlar nəzərə alınaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin, V hissəsinin, 3-cü bəndinin tələbinə əsasən, Ağalar Səlimovun xəstəliyi müalicə olunanadək və ya, fiziki qüsurları aradan qaldılıanadək, onun sürücülük vəsiqəsi yararsız hesab olunmuşdur və bununla bağlı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır”.

30 noyabr, 2022-ci il tarixində, əlilliyin müəyyən olunması üçün rəsmiləşdirilən göndərişə yenidən imtina verildi. Bu imtinada da, əsas səbəb kimi, yenə, aktiv sürücülük vəsiqəsinin olması göstərildi.

Əlilliyin müəyyən olunması üçün, rəsmiləşdirilmiş göndərişə, “Aktiv sürücülük vəsiqəsinin olması” səbəbi ilə, imtina yazan həkimlərin verdiyi Qərar qanunsuz və əsassızdır. Eyni zamanda, bu Qərarı verən həkimlər, qanunla, cinayət məsuliyyəti daşıyırlar. Ona görə ki, belə bir Qərar verənlər tərəfindən, dövlət orqanı adından sui-istifadəylə, əsl saxtakarlıq halı törədilir. Bir də ki, axı, mənim sürücülük vəsiqəm də ləğv edildi. Hətta bununla bağlı, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydiyyat da aparıldı. Belə olan halda, aktiv sürücülük vəsiqəmin olması məlumatını, TSEK-in həkimlərı haradan aldılar?!.

Beləcə, polis sistemindəki 15 illik iş stajımla bərabər, oxuduğum texnikumdakı 3 illik təhsilimin müddətini, bir sözlə, bu xəstəliyimə görə, stajımı da, diplomumu da əlimdən aldılar. Özümü də, işdən azad etdilər. Özü də deyirlər ki, xəstəyəm, daha işləməyə yararlı deyiləm. Buna görə də, sağlamlıq haqqında arayış vermədilər. Bir sürücülük vəsiqəm qalmışdı, onu da ləğv etdilər. Özüm isə, əsəb xəstəsi və yüksək şəkər diabeti olanam. Bilmirəm, indi nə edim, iynə-dərman almağa da pulum yoxdur. Dövlətin mənə verdiyi bir şəxsiyyət vəsiqəm qalıb. Diplom yararsız, staj yararsız, sürücülük vəsiqəsi yararsız, hərbi biletim lap pis vəziyyətdə, üstəlik, artıq yaşım da keçib. O da, nəyəsə yaramır! Bir sözlə, qalıb tək şəxsiyyət vəsiqəm. Əlilliyim də, təyin olunmur. Ortada isə, müxtəlif bəhanələr... Baxarıq, görərik o qalıb, bu qalıb. Düz iki ilə yaxındır borcla yaşayıram. Aldığım iynə-dərmanları belə borca götürürdüm. Artıq, yaranan borcun çoxluğuna görə, apteklər mənə iynə-dərman da vermirlər.

Möhtərəm Prezident!
Mətbuat vasitəsi ilə, Sizdən dönə-dönə xahiş edirəm ki, mənim bu Müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və saxta sənədlər əsasında, vəzifələrindən sui-istifadə edən TSEK-in həkimləri barəsində, əlaqədar dövlət qurumları tərəfindən tədbir görülməsinə və əlilliyimin yenidən təyin olunması üçün, rəsmiləşdirilmiş "Forma -- 88"-imlə bağlı, obyektiv Qərarın verilməsinə ciddi göstərişlərinizi verəsiniz!

Edəcəyiniz köməyə görə, Sizə, qabaqcadan minnətdarlığımı da çatdırıram!.

İmza: Səlimov Ağalar İlyas oğlu.
Əlaqə telefonum: (050) 380 66 51".

Şikayətçinin Müraciətindəki irad və faktlar ciddi olduğundan, bu mövzu ətrafında jurnalist araşdırmalarımızı davam etdirəcək, tezliklə, bu barədə daha geniş araşdırma yazısını, dəyərli oxucularımızın da diqqətinə çatdıracağıq.
araz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanın "leşyeyənlər" mafiyası iş adamını necə çökdürüb? - İLGİNC


Naxçıvanın “leşyeyənlər” fəsiləsinin ən böyük zərər vurduğu iş adamlarından biri də mənim qaynım, “Qızıldağ” MMC-nin sədri Hüseyn Orucəliyevdir.

DİA.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, tanınmış şair-publisist Heydər Oğuz facebook statusunda belə yazıb.

“İndiyədək onun işi ilə maraqlanmadığımdan “leşyeyən”lərin qaynıma vurduğu zərərin real həcmini də bilmirdim. Bir neçə gün əvvəl Müsavat TV-də səsləndirdiyim fikirlərdən sonra qaynım mənə zəng etdi. Məni faktları onun zərərinə saxtalaşdırmaqda günahlandırdı. Məlum oldu ki, “Qızıldağ” MMC-dən 2 milyonluq kredit əvəzinə götürülən girovun ümumi dəyəri 6 milyon yox, 8 milyon imiş. Bundan əlavə, ondan 40% yox, hardasa, 50% “şapka”, 300 min manat “dinmə ver vergisi” alıblarmış.

1. Naxçıvanın sabiq iqtisadi inkişaf naziri Famil Seyidov (Hazırda Naxçıvan Taxıl Anbarının müdiri) - 650 000 manat “şapka”;
2. Naxçıvan Mərkəzi Bankın keçmiş rəhbəri Səbuhi Məmmədov (Hazırda Naxçıvan MR Baş naziri) - 340 000 manat “şapka”;
3. Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov - 300 000 manat -Layihənin təsdiqi və sərəncam üçün.

Üstəlik, krediti aldıqdan sonra onun sifarişlərini də kəsib Talıbovların mətbəəsi “Əcəmi”yə yönləndiriblər. Rəsmən göz görə-görə iş adamını iflasa sürükləyib, dövlətə borclu salıblar. Onun adına verilən krediti isə “leşyeyənlər” ortaya qoyub öz qənimətləri kimi bölüşüblər. Kreditdən ona çatan cəmi 700 min manatın üzərinə 200-300 min manat qoyan iş adamı Almaniyadan Naxçıvana aparat gətirib. Onu da quraşdırmağa imkan verməyiblər.

Ümumilikdə Naxçıvan MR Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov, Naxçıvan MR Ali Məclis Aparatın rəhbəri Əli Həsənov və İqtisadi İnkişaf naziri Famil Seyidov tərəfindən “Qızıl dağ” MMC-yə 2010-cu ildən 2022-ci ilədək milyonlarla manat zərər vurulub.

Hüseyn Orucəliyev kimi onlarla iş adamını yerlə yeksan edən “leşyeyənlər” isə nəinki cəzalandırılmayıb, əksinə mükafatlandırılıblar. Cəddini belinə şələləyib Naxçıvan iş dünyasının anasını ağladan Famil Seyidov hazırda Muxtar Respublikanın ən strateji sahəsinə - Taxıl fonduna rəhbərlik edir.

Hər iki tərəfdən nənəsi erməni olan Səbuhi Məmmədov Naxçıvan MR Mərkəzi Bankının sədrindən Baş nazir postuna təyin olunub.

Baş “leşyeyən” Azər Zeynalovun keyfinə isə söz ola bilməz. O indi Vasif xanı əvəzləyir və istədiyi adamı istədiyi strukturun naziri vəzifəsinə təyin edir.

Ümid edirəm ki, aidiyyəti qurumlar bu “leşyeyənlər” sürüsünü cəzalandıracaq, sahibkara dəyən zərəri onlara ödətdirəcəklər.

Təsdiqedici sənədlərlə yaxınlarda mövzuya qayıdacağıq”, - Heydər Oğuz bilirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Elçin Quliyevin xidmətdə olan oğlanları yüksək hərbi rütbələri necə əldə edirlər?

Yəqin ki, belə bir gedişlə yaxın 5-6 il ərzində Məhəmməd polkovnik hərbi rütbəsinə yüksələ biləcək. O halda bir kimsə buna heç də təəccüblənməsin

Məlumdur ki, Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli, 740 nömrəli Fərmanı əsasında yaradılmış və bu dövlət qurumu ölkəmizə məxsus sərhədlərin mühafizəsi sahəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edək ki, 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik hüququnu əldə etdiyi ilk illərdə, Dövlət Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. Bu dövlət qurumu hal-hazırda öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və DSX-nin normativ hüquqi aktlarını rəhbər tutur. DSX ona həvalə edilmiş vəzifələri tabeliyindəki hərbi hissələr və digər orqanları vasitəsi ilə həyata keçirir.
Elçin Quliyevin xidmətdə olan oğlanları yüksək hərbi rütbələri necə əldə edirlər?

Qeyd edək ki, hal-hazırda DSX-nin rəisi vəzifəsini Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli 683 nömrəli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilmiş Elçin İsağa oğlu Quliyev daşımaqdadır. Bu şəxs Azərbaycan Respublikasının Prezidentinin 27 mart 2001-ci il tarixli 450 nömrəli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı, 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, nəhayət 05 iyun 2017-ci il tarixli 2960 nömrəli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin olunur. Onu da bildirək ki, indiyə kimi Dövlət Sərhəd Xidməti çətin və mürəkkəb bir yol keçmiş və sərhədlərimizin mühafizəsinin yüksək səviyyədə təmin olunması üçün, bu sahədə xidmətdə olanlar ən yeni döyüş texnikası ilə, silah-sursatla, müşahidə, aşkaretmə, radiolokasiya sistemləri və s. ilə təmin olunmuşlar. Yəni, bunlar günümüzün reallığıdır. Bəli, hal-hazırda iqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq, ölkəmizin quru və su sərhədləri müəyyən qədər mühafizə olunur. Faktdır ki, Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası ildənilə yenilənir və sərhəd bölmələrinin müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təminatları yaxşılaşdırılır. Bəli, dövlət sərhədlərinin etibarlı şəkildə mühafizə olunması, sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən olduqca asılı olur. Ona görə də, Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahə hesab olunur. O halda sual oluna bilər ki, görəsən cənab Elçin Quliyevin rəhbərlik etdiyi bu dövlət qurumunda, hal-hazırda kadr təyinatları və hərbi rütbələrin verilməsi və digər məsələləri necə həll olunur? Elə bu necəliyin varlığıdır ki, Dövlət Sərhəd Xidmətində bu kimi məsələlərlə bağlı bəzi nüasların varlığını geniş ictimaiyyətin diqqətinə çatdırmağı özümüzə borc bildik ki, hər kəs bu dövlət qurumunda baş verənlərdən müəyyən qədər xəbərdar ola bilsin. Məsələn, gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə DSX-nin rəisi vəzifəsini daşıyan Elçin Quliyevin oğlu Məhəmməd, Bakı Dövlət Universitetinin (BDU-nun) huquq fakultəsində ali təhsilini başa vurduqdan sonra o, həqiqi hərbi xidmətini atasının rəhbərlik etdiyi qurumun Sərhəd Qoşunlarının Yevlaxdakı hərbi hissəsinin Çevik Hərəkət Bölüyündə kecirir. Bir müddətdən sonra Məhəmməd leytenant hərbi rütbəsi alır və DSX-nin Istintaq idarəsində ixtisası üzrə təkmilləşdirmə kursu keçir. Daha sonra o, baş leytenant hərbi rütbəsində Çevik Hərəkət Komandanlığında xidmətini davam etdirir (burada əmək haqqı iki qatdır) və qısa müddət ərzində atasının yolunu davam etdirən Məhəmməd, vaxtından əvvəl atası tərəfindən kapitan hərbi rütbəsinə də layiq görülür.
Elçin Quliyevin xidmətdə olan oğlanları yüksək hərbi rütbələri necə əldə edirlər?

Redaksiyamıza daxil olan başqa bir məlumatlara görə, vaxtilə Elçin Quliyevin özü də bir neçə rütbəni “Xidmətdə fərqlənməyə görə” vaxtından əvvəl almağa nail olur. Halbuki, bu şəxs yalnız Xudat Əlahiddə Nəzarət Buraxılış Məntəqəsində xidmətdə olur. Diqqət yetirmək lazımdır ki, Elçin Quliyev hərbi hissə komandanlığı tərəfindən polkovnik-leytenant hərbi rütbəsi alır və birbaşa Sərhəd Qoşunlarına komandan təyin olunur. Bir sözlə, hərbi rütbələri “kosmik sürət”lə əldə edən Elçin Quliyev, bu gün oglunun gaygısına galır və onun da “kosmik sürət”lə hərbi rütbələr almasına imkan yaradır. Yəqin ki, belə bir gedişlə yaxın 5-6 il ərzində Məhəmməd polkovnik hərbi rütbəsinə yüksələ biləcək. O halda bir kimsə buna heç də təəccüblənməsin. Baxmayaraq ki, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə hərbi rütbələrin verilməsi qaydaları tam aydınlığı ilə göstərilib və bu Əsasnamənin tələblərinə əməl etmək, məhz hər bir vəzifə sahibinin əsas borcudur. Yəni, 03 oktyabr 1997-ci ildə təsdiq olunmuş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 4-cü fəslinin 41-ci maddəsində qeyd olunub ki, “Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən, eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilir”. O halda sual oluna bilər ki, görəsən DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin olğu Məhəmməd, “Hərbi xidmətkeçmə haqqında” təsdiq olunmuş Əsasnamənin tələblərindən hansı birinə cavab verir ki, o, qısa zaman kəsiyində kapitan hərbi rütbəsinə sahib ola bilir? Əslində, oğul Məhəmməd buna öz petensialına görə nail olmur, atasının ona yaratdığı imkanlara görə nail olur. Bu da o deməkdir ki, dövlətimizin əsas strateji sahələrindən biri hesab olunan DSX, bu gün general-polkovnik Elçin Quliyevin inhisarında olduğundan, bu dövlət qurumunda kadr təyinatları, hərbi rütbələrin verilməsi və digər məsələlər qanunun tələblərinə uyğun deyil, məhz rəhbərliyin maraqlarına uyğun həllini tapır. Ən maraqlısı odur ki, Elçin Quliyev Əli adında digər oğluna general-mayor forması geyindirib, onu hərbi hissələrin birində kollektiv qarşısında nümayiş etdirir. Bu da onu sübut edir ki, Elçin Quliyev belə bir addımı ilə böyük bir qanunsuzluğa imza atır və o, müstəqil Azərbaycan Respublikasına məxsus atributla, sanki uşaq oyunu oynayır. Yəni, fotolardan da görünür ki, DSX-nin rəisi Elçin Quliyev bu cür addımları ilə, hansısa istəyinə nail olmağa çalışır. Axı, bu cür addım atmaq, heç bir halda yolverilməzdir, böyük bir qanunsuzluqdur. Mövzu diqqətimizdədir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

GundemXeber.Az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zakir Həsənov hərbi hissələrin döyüş hazırlığını yoxladı - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunların tank və artilleriya hərbi hissələrində olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri burada şəhidlərin xatirəsinə ucaldılan abidəni ziyarət edərək önünə gül dəstələri qoyub. Hərbi hissələrin silahlanmasında olan tank və artilleriya qurğularına baxış keçirilib, döyüş heyətlərinin nəzəri və praktiki bilikləri, habelə döyüş hazırlığı yoxlanılıb.

General-polkovnik Z.Həsənov hərbi hissənin simulyasiya mərkəzinin tədris-maddi bazası ilə tanış olub, müvafiq göstərişlər verib.

Sonra Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) hərbi hissəsinə gəlib.

PUA-lara baxış keçirən müdafiə naziri onların texniki vəziyyəti ilə maraqlanıb, heyətlərin hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə naziri ziyarət etdiyi hərbi hissələrin şəxsi heyətinin hazırlığını yüksək qiymətləndirib və döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edib. General-polkovnik Z.Həsənov hərbi hissələrdə yaradılan şəraitlə tanış olub, şəxsi heyətin xidməti və sosial qayğıları ilə maraqlanıb, onlara 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.

Nazir yeni tədris dövründə təlimlərin daha səmərəli keçirilməsi, hərbi qulluqçuların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması ilə bağlı vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanı bu il nə gözləyir: “Bahalaşma və ikirəqəmli inflyasiya...” - ARAŞDIRMA


"Xarici mühitlə bağlı yüksək qeyri-müəyyənliklər növbəti ilə inflyasiyanın proqnozlaşdırılmasını çətinləşdirir".

Bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında göstərilir. Bəyanatda qeyd edilir ki, növbəti ildə də dünya bazarında birja əmtəələrinin qiymətlərinin dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və daşınma xərcləri ölkədəki inflyasiya proseslərinə təsir göstərəcək:

"Ortamüddətli dövrdə inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır. Artmaqda davam edən inflyasiya təzyiqlərinin inersiyası nəzərə alınmaqla onun azalması tədricən baş verəcəkdir və bu proses gözlənildiyindən daha uzun çəkə bilər".

Qeyd edək ki, 2022-ci ildə ölkədə rəsmi göstəricilərə görə, orta illik inflyasiya 13,8 faiz təşkil edib. Qeyri-rəsmi rəqəmlərdə isə bu göstərici daha yüksəkdir.

Doğrudanmı bu gün ölkədəki mövcud inflyasiyada xarici mühitin təsirləri var və cari ildə də göstəricilər gözləniləndən artıq olacaq?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, dünya bazarında, regionumuzda da qeyri-sabitlik qalır:

"Əsasən də Rusiyanın Ukraynaya təcavüzü gələn il də logistik xətlərin axsamasına və ərzaq bazarında müəyyən çətinliklərin olmasına səbəb ola bilər. Ən azından belə ehtimallar var. Ona görə də xarici bazarlarda baş verən hadisələri proqnozlaşdırmaq, gedişatın hansı yöndə dəyişəcəyini bilmək çətin olduğu üçün bu ildə inflyasiya gözləntiləri də yüksəkdir. Ancaq bu, həm də sual yaradır ki, Azərbaycan xarici bazarlardan niyə bu qədər çox asılı olmalıdır? Azərbaycan təəssüf ki, ərzaq məhsullarında cəmi 25 faiz daxili istehsal hesabına özünü təmin edir. Qeyri-ərzaq məhsullarının elə növləri var ki, ümumiyyətlə, 100 faiz xaricdən asılıyıq.

Böyük əksəriyyətdə də yenə 80-100, hətta dərman preparatlarında 94 faiz xaricdən asılılığımız var. Bu, Azərbaycan hökumətini daha çox düşündürməlidir. Əgər bu qədər böyük asılılıq yaranarsa, xarici bazarlarda baş verən istənilən dalğalanmalar Azərbaycana daha çox təsir göstərir və qiymət artımının sürətlənməsinə səbəb olur. Ona görə də orta və uzun müddətdə Azərbaycan hökuməti daxili istehsalın daha da genişləndirilməsi haqqında düşünməlidir. Bunun üçün ciddi qərarlar və proqramlar qəbul olunmalıdır. Nə qədər ki, bu, baş verməyib, biz xarici bazarlarda baş verən istənilən dəyişikliklərə həssas reaksiya verəcəyik”.

Ekspert bildiirb ki, ona görə 2023-cü il üçün də inflyasiya gözləntiləri kifayət qədər yüksəkdir:

“Ən azından yenidən ikirəqəmli inflyasiya görəcəyik. 2016-cı ildən ilk dəfə idi ki, 2022-ci ildə biz yüksək inflyasiya rəqəmləri gördük. Təəsüf ki, 2023-cü ildə də ikirəqəmli inflyasiyanın şahidi olacağıq".

Cebhe.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş hərbçiyə əlillik dərəcəsini vermirlər... - NƏ ETSİN?

Yusif Babazadə 2015-ci ildə xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində ona ayaq ölçüsündən daha balaca hərbi çəkmə verdiklərini, uzunmüddətli istifadə nəticəsində isə sol ayağının baş barmağının qanqren olduğunu deyir. Bundan sonra o, Dövlət Sərhəd Xidmətinin Hospitalına göndərilib.

Y. Babazadə bildirir ki, əlillik dərəcəsi ala bilmək üçün Əlillərin Bərpa Mərkəzinə müraciət edib. Onun sözlərinə görə, ikinci qrup əlil kimi pensiyanı, elə iki il ala bilib. Bununla da pensiyası kəsilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov deyir ki, Y.Babazadənin tibbi göndərişi aidiyyatı tibb müəssəsi tərəfindən göndərilmədiyi üçün kəsilib.

Şikayətçi təkrar tibbi göndəriş almaq üçün Astara rayon Mərkəzi xəstəxanasına müraciət etdiyini, lakin bu sənədi ala bilmədiyini deyir. Sözügedən tibb müəssəsinin poliklinika şöbəsinin müdürü Gülnar Muxtarova isə bunun səbəbini belə izah edir ki, vətəndaşınhazırkı səhhəti əlillik təyinatına uyğun gəlmir.

Y.Babazadə yenidən əlillik dərəcəsi ala bilmir. Deyir, hələki döydüyü bütün qapılardan əliboş geri dönür.

Toplum TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanı qumarxanaya çevirən DEMİRÖREN ŞƏBƏKƏSİ... - Bunların arxasında KİM DAYANIB?


Son zamanlar telekanallarda aqressiv reklamları səbəbindən daha da populyarlaşan, populyarlaşdıqca da xəstəlik kimi artan şans oyunları –lotereya aludəliyi cəmiyyətimizdə yayılır, geniş vüsət alır.

Mənəvi-psixoloji və sosial durumu əlverişsiz olan insanların immun sistemi bu "xəstəlik”lə mübarizə apara bilmir, maddi tələbata ehtiyac duyan, yaxud da oturduğu yerdən qazanc əldə etmək xülyasına qapılan insanlar üçün şans oyunları adlanan bu qumar oyunları "vazkeçilməz fürsətlər məkanı"na çevrilir.

Bu "fürsətlər məkanı” isə artıq Azərbaycana başqa ölkələrdən gətirilir – xarici şirkətlərin lotereya reklamları telefonlarımızın, kompüterlərimizin, televizorlarımızın künc-bucağını "bəzəyir”. Məsələn, Türkiyənin "Demirören Şans Oyunları" şirkətinə məxsus olan "Misli” həmin qumar oyunlarından biridir və biz çox zaman onun zəhlətökən, təhrikçi və aldadıcı reklamlarının "məcburi izləyici”sinə çevrilə bilirik.

Maraqlıdır ki, "Demirören" belə aressiv, yəni insanların evlərinə soxulub övladlarını "əlindən alan" reklam kampaniyasını Türkiyə kanallarında ya apara bilmir, ya da aparmaq istəmir. Yoxsa, Azərbaycan təcrübə meydanı kimi istifadə olunur? Hər halda "Demirören" şirkətinə də bu barədə bir sorğu göndərəcəyik.

Nəticə budur ki, Azərbaycanda az qala hamı bu vəziyyət barədə "Türkiyə edib" deyə düşünür. Türkiyənin bir qumar şirkəti və onun Azərbaycandakı havadarları indi iki ölkə arasında bütün dünyanın həsəd apara biləcəyi qardaşlıq münasibətlərinin üzərinə "qara kölgə" kimi enib...

Özümüzün yerli və milli "rəsmi qumar” oyunlarımız, yaxud da daha etik adı ilə lotoreya və şans oyunları nə üçün öz yerini xarici şirkət oyunlarına ötürür, onlara daha çox reklam şəraiti yaradılır? Dövlət iqtidasiyyatının bu məsələdə qazancı nədən ibarətdir?

DİA.AZ-ın məlumatına görə, suallarla əlaqədar Bizimyol.info-ya danışan iqtisadi ekspert Əkrəm Həsənov bildirib ki, bu oyunların dövlətə xeyri qədər ziyanı da çoxdur: "Bu oyunların təşkilindən sonra gələn qazancın böyük bir hissəsi təbii ki, həmin şirkətə məxsusdur. Təbii ki, bu qazancdan dövlətə də müəyyən pay düşür, vergilər gəlir. Ancaq burda dövlətin uduzduğu məqamlar da var, hansı ki, ilk baxışdan bu, görünmür. Ancaq əsas məğlub tərəf bu oyunlara qurşanan vətəndaşlardır. O vətəndaşlar ki, mütləq əksəriyyəti uduzur. Udan isə barmaqla sayılası bir neçə nəfər olur, onların da adlarını tez-tez reklam edirlər ki, digər insanlar şirniklənsinlər. Digər tərəfdən, mən hesab edirəm ki, bizim dövlətin bu məsələyə münasibəti riyakardır. O dövlət ki, bir tərəfdən kazinonu qadağan edir, deyir, kazino olmaz. Kazino olmaz, amma bu, olar. Deputatlar da bu haqda qanun qəbul ediblər. Onda bizə bu ikisi arasındakı fərqi izah etsinlər ki, şans oyunlarının kazinodan fərqi nədir? Ona görə ki, burada müəyyən maraqlar var, riyakarlıq da burdadır. Guya təəssürat yaratmağa çalışırlar ki, kozino pis, şans oyunları isə yaxşıdır, amma halbuki ikisi də eyni şeydir. Məsələn, Gürcüstanda qumar icazəlidir və dövlət də ordan xeyli gəlir əldə edir. İndi bizdə də bunu ya qadağan etsinlər, ya da rəsmi qaydada və nəzarət mexanizmləri ilə tətbiqinə şərait yaratsınlar.

O ki qaldı xarici lotereya şirkətlərinin aqressiv reklam kampaniyalarına, bildiyiniz kimi, bizim cəmiyyətimizdə belə bir adət var: idarəetməyə, yaxud hansısa rəhbər vəzifəyə bir xaricini dəvət edirlər, ona çox yüksək maaş , ev verib, başqa şəraitlər də yaradırlar. Halbuki, Azərbaycanın özündə həmin sahələrdə peşəkar mütəxəssislər də var. Öz işçilərimizə, mütəxəssislərimizə maaşı az veririk, amma xaricdən gələnləri qaldırırıq dağın başına. Ancaq mən müşahidə etmişəm ki, Azərbaycana gələn xarici mütəxəssislərin əksəriyyəti savadsız və qeyri-dürüstlərdir. Amma buna baxmayaraq, onlara çox yaxşı şərait yaradırlar. Bəzi yerli məmurlar isə bu xarici "qonaqlar”la öz qabiliyyətsizliklərini, uğursuzluqlarını və yarıtmazlıqlarını ört-basdır etməyə çalışırlar. Sabah iş, biznes alınmayanda, deyəcəklər, "nə edək, hətta xaricdən də mütəxəssis gətirdik, alınmadı”. Ya da elə həmin xarici şirkətlərlə əliəyri işlər görürlər. Özümüzünkülər olanda dərhal hər kəsdə şübhə yaranır, amma başqalarını dəvət edəndə, özlərini sudan duru, təmiz adlandıra bilirlər: "Bizim rəhbərimiz Avropadan gələn Condur, Türkiyədən gələn Mehmetdir, bizdə yeyinti, dələduzluq, oğurluq ola bilməz, nə danışırsınız?” Amma bəlkə də azərbaycanlılar o postlarda yer tutsa, heç bir o qədər oğurluq olmazdı, ancaq xaricilər gələndə, buranı dağıdırlar.

İndi Azərbaycan iqtisadiyyatının ən böyük problemlərindən biri nədir – inhisar. İyirmi ilə yaxındır, bu inhisarçılıq məsələsini həll edə bilmirlər, ona görə ki, burada çoxlarının maraqları toqquşur. Bu xarici şirkətlərin ölkəyə dəvət olunması da həmin inhisarçılığın başqa bir modelidir. Biri qınayanda ki, niyə imkan vermirsiniz öz şirkətlərimizi quraq? Onda da cavab verirlər, "siz nə danışırsınız, bunlar bizim türkiyəli qardaşlarımızdır, burda heç bir inhisardan söhbət gedə bilməz. Onlar gəlib burda bizə öyrədirlər, ancaq yerli mütəxəssislər bilmirlər”.

Bir sıra xarici şirkətlər, o cümlədən Türkiyə şirkətləri ki, ölkəmizə gəlirlər, onların qazancında Azərbaycan məmurlarının da payı var. Sizə belə bir şey deyim: mənim hüquqla yanaşı, iqtisadi təhsilim də var. Hərdən xarici şəxslər də yanıma gəlib, məsləhət almaq istəyirlər ki, Azərbaycanda biznes qursunlar. Onlara deyirəm ki, burda biznes qurmaq təhlükəlidir, heç nəyə təminat yoxdur. Sabah nə qanun, nə məhkəmə, istənilən şeyi bizim məmurlar sənə edə bilərlər. Belə bir şəraitdə hansısa xarici şirkət gəlib, uğurlu fəaliyyət göstərəndə, 99 faiz inanmaq olar ki, o, təmiz xarici deyil. O, hansısa yerli məmura bağlıdır".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Xızıda toyuq-cücə üçün yol çəkilib, adamlar üçün yox” - BU NƏDİ BELƏ?


“Kəndiçi yollar bərbaddır, heç deyiləsi deyil. Yağış yağanda keçilməz olur. Bir də ümumi yol var, o da kəndin içindən keçir, 1985-86-cı illərdə çəkilmiş beton yoldur, o da dağılıb. Yollarda işıqlandırma yoxdur. Suvarma suyumuz yoxdur, zibillər daşınmır, kanalizasiya sistemi yoxdur, çirkab sular xətlərlə, arxlarla küçələrə axıdılır. Bir tərəfdən də kənddə narkomaniya baş alıb gedir”.

Xızının Sitalçay kəndində yaşayan Malik Zeynalov kənddəki problemin birindən danışır, o birini unudur.

Problem o qədər çoxdur ki, bilmir hansından desin, hansından danışsın.

Malik Zeynalov söhbətə kəndiçi və ümumi yollardan başlayır. Deyir, kənddən keçən ümumi beton yol Sovet dönəmindən qalıb. Bircə dəfə də təmir görməyən yoldan o qədər ağır tonajlı maşınlar şütüyüb ki, yol dağılıb.

Əsasən də Bakı-Quba yolunun çəkilişində və təmirində bu yoldan gedib-gələn ağır tonajlı maşınlar yolu bərbad vəziyyətə salıb:

“Şebel, qum – hamısı bu yolla daşınıb, indi də daşınır. Bir yolu düzəldirlər, bu birini dağıdırlar, ancaq düzəltmirlər. Kənddəki hərbi hissəyə də ağır tonajlı maşınlar gedib-gəlir. Kəndiçi digər yollar da palçıqlıdır, yağış yağanda keçilməz olur. Yollardakı vacib problemlərdən biri də işıqlandırmanın olmamasıdır. Hava qaralanda küçə itləri adamlara hücum edir. İkinci növbə oxuyan məktəblilər dərsdən çıxanda it sürülərinin hücumuna məruz qalır”.

Malik Zeynalov deyir, bircə kəndin girəcəyindəki Giləzi Quşçuluq Fabrikinə gedən yol normaldır:

“Kəndin girəcəyindən fabrikədək olan o yolu da məhsulların daşınması üçün fabrik rəhbərliyi çəkib. Qısaca belə deyək ki, Xızıda toyuq-cücə üçün yol çəkilib, adamlar üçün yox”.

Kənd sakini kanalizasiya sisteminin olmamasından da gileylənir: “Evlərdəki çirkab sular xətlərlə kəndin ortasındakı gölməçəyə axıdılır. O gölməçədən də kəndin kənarıyla üzü dəmiryolu istiqamətində axıb gedir, elə yollarda da quruyur. Əsasən yay aylarında küçədə nəfəs çəkmək olmur, üfunətdən beyin çatlayır. Kanalizasiya xətti çəkmirlər, heç olmasa ildə bir-iki dəfə o gölməçəni təmizləsinlər ki, insanlar nəfəs ala bilsin”.

Kənddə ödəniş aparatı da yoxdur. Sakinlər ödənişlər kəyata keçirmək üçün Sitalçaydan Xızının mərkəzinə kilometrlərlə yol qət etməlidir:

“Təkcə seçici siyahısında təxminən 1500 kənd sakini var. Ancaq bu qədər sakinə xidmət göstərən bir ödəmə aparatı yoxdur. Gətirib mağazalardan birinə qoydular, sonra da götürüb, apardılar”.

Kənddə suvarma suyunun olmaması da həll olunması vacib problemlərdəndir:

“Suvarma suyu olmadığına görə, adamlar həyətdəki ağacları suvarmaq üçün motorla içməli suyunu çəkib ağaca verməli olurlar. Nəticədə əsasən də yayda içməyə bir ovuc su tapmırıq, su qıtlığı yaranır. Kənddəki içməli su boruları da bir neçə yerdən partlayıb. Su olmayanda iri su borularına palçıq, qurbağa yığışır. Su təzyiqlə gələndə həmin zir-zibillər, qurbağalar gəlib krantlara yığılır. Məcbur oluruq ki, suyu günlərlə duruldaq, təmizləyək, sonra içək. Əslində suvarma sistemi hazırdır, hətta kənddəki məhəllələrə də ana borudan xətlər çəkilib, bircə ana xətt Taxtakörpü-Ceyranbatan su kanalına birləşdirilməlidur, 4-5 ildir ki, bu məsələ həll edilmir. Nəticədə məhəllədaxili xətlər işlək vəziyyətdə olmadığına görə, narkomanlar kəsib, satıb. Bu iş vaxtında görülsəydi, belə də olmazdı. Məktub göndərirlər ki, düzələcək, qeyri-rəsmi isə deyirlər ki, pul yığın, verin, düzəldək”.

Sakin deyir, kənddə narkomaniya da bir başqa dərd olub.

“Xızı məhkəməsinə gəlib, bir monitorinq keçirsələr, görərlər ki, hakimlərdəki on işdən doqquzu narkotiklə əlaqəlidir. Gənc nəslin gələcəyi təhlükə altındadır”.

Xızı Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurumun Sitalçay kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 2019-cu ildə rəsmi müraciəti əsasında “Modenis” MMC tərəfindən Sitalçaydakı ticarət obyektlərindən birinə ödəniş avadanlığı quraşdırılıb. Ancaq pul ödənişlərinin tələb olunan minimum limit səviyyəsini keçmədiyi səbəbindən “Modenis” MMC tərəfindən ödəniş avadanlığı götürülüb. Həmçinin 2020-ci ildə kənd ərazisində “Milliön” avadanlığı quraşdırılıb, eyni səbəbdən götürülüb.

Yollara gəlincə, Xızıda yol infrastruktunun əsaslı qurulması mərhələli şəkildə həyata keçirilir. Sitalçay kənd avtomobil yolunun sıradan çıxmış 4 kilometrlik hissəsində əsaslı təmir işləri nəzərdə tutulub.

Qurumdan bildirilib ki, Sitalçayın içməli su şəbəkəsinin yenilənməsi üçün “Azərsu” ASC-yə təkliflər göndərilib, su xətlərinin yenilənməsi nəzərdə tutulub. Taxtakörpü-Ceyranbatan su kanalından Sitalçaya suvarma suyunun verilməsinə gəlincə, kənd kanaldan QK-2 suburaxıcı qurğusu vasitəsiylə suvarma suyu ilə təmin edilib. Əkin sahələri qrafikə uyğun şəkildə suvarılır. Sitalçayın kənddaxili suvarma şəbəkəsi mövcud olmadığından həyətyanı sahələri suvarmaq mümkün deyil. Kənddaxili suvarma kanallarının çəkilməsi və kənddaxili yolların işıqlandırılması bələdiyyənin səlahiyyətlərinə aiddir. Sakinlər buna görə bələdiyyəyə müraciət etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tovuzda Şəhid ailəsi niyə GİLEY EDİR? - MÜRACİƏT


Tovuz rayonu,Vahidli kənd sakini, şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd
qızı tərəfındən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Nəzərinizə çatdırıram ki,bir ildən artıqdır ki, dəfələrlə mətbuatda bildirmişəm ki, Kənd
Təsərrüfatı nazirliyi oğlum Həsənov Naməddin Tofiq oğlunu qanunsuz olaraq əmək müqaviləsinin
müddətinin başa çatmasını əsas götürərək işdən azad edib. Bildirirəm ki, bununla bağlı Kənd
Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yə yalan məlumat verərək əslində
mediyanı çaşdırmağa çalışırlar.Kənd Təsərrüfatı nazirliyinin mətbuat xidmətindən Meydan tv-yə
bildirilib ki, Həsənov Naməddin Tofiq oğlunun vəzifəsi ixtisara düşüb, ona başqa iş təklif olunub
və qəbul etməyib.İnam Kərimov və onun savadsız,qeyri-peşəkar komandasına mətbuat
xidmətinin verdiyi məlumatın ağ yalan olduğunu faktlarla sübut edirəm.
1.Aqrar Xidmətlər Agentliyinin 01 oktyabr 2021-ci il tarixli, 286/k nömrəli əmrinin surətini
müraciətimə əlavə edirəm. Əmrin sonunda qeyd olunub ki, ƏSAS: N.Həsənovla bağlanmış
müddətli əmək müqaviləsi.
2.Əgər həmin vəzifə ixtisara düşübsə həmin vəzifəyə,oğlumun yerinə başqasını necə təyin
ediblər və bu təyinatda da dəfələrlə qeyd etdiyim kimi Korrupsiyaya Qarşı Mübarizə haqqında
qanunun 7-ci maddəsi kobud şəkildə pozulub.
3.Dəfələrlə qeyd etdiyim kimi Nazirlər Kabinetinin, yəni hökumətin 15 yanvar 1994-cü il tarixli,10
saylı qərarının 3.2.9. bəndində qeyd olunur ki,idarə və təşkilatlarda ixtisar gedərsə şəhid ailəsi
üzvlərinə üstünlük verilir, yəni şəhid ailəsinin üzvləri ixtisara düşmür, təşkilatın fəaliyyəti tam
dayandırılarsa şəhid ailəsi üzvüləri başqa təşkilatda işlə təmin olunurlar.Oglumun işlədiyi
təşkilatda heç bir ixtisar getməyib,əksinə idarənin fəaliyyəti daha da genişləndirilib.Oğlumun
əmək müqaviləsinə xitam verərək yerinə isə cənab prezidentimizin tapşırıqlarının və Nazirlər
Kabinetinin qərarının tam əksinə olaraq səriştəsiz,müharibədə iştirak etməyən birini təyin
ediblər.
4.Necə olur ki, respublika üzrə fəaliyyət göstərən təşkilatda yalnız bir ştat ixtisara düşür və o da
şəhid və veteran qardaşının işlədiyi vəzifə olur.Çünki həmin vəzifədən başqa rayonlarda da var və
onlar niyə ixtisara düşməyib.
5.Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı Rəşad Vahabzadə şikayət etdiyimizə görə bizi təhqir
edib və bildirib ki, ərizəsini yazıb işdən azad olunub. Həmin səs yazısını da müraciətimə əlavə
edirəm.Əslində isə ixtisasca neftçi olan Rəşad Vahabzadə işdən azad oıunmayıb və nazirlikdə at
oynadır və vəzifəli şəxsə yaraşmayan ifadələrlə şəhid ailəsini təhqir edir.
Cənab prezident!
Ölkənin Kənd Təsərrüfatını bərbad və acınacaqlı vəziyyətə salan, Kənd Təsərrüfatı nazirliyinin
kadr korpusunu məhv edən, ölkəni aclıq və fəlakətə sürükləyən, şəhid anasını vətənini,dövlətini
və millətini sevən oğullar böyütdüyünə ğörə peşiman edən İnam Kərimov haqqında təcili və ciddi
tədbir görməyinizi Sizdən xahiş edirəm.Əks halda ölkəni ərzaq böhranından xilas etmək mümkün
olmayacaq".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO