[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu il Azərbaycandan Həcc ziyarəti olacaq - QMİ


Bu il Azərbaycandan Həcc ziyarəti olacaq.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.Onun sözlərinə görə, yaxın günlərdə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ilə müqavilələrin imzalanması gözlənilir:

"Həcc ziyarətinin koronavirusla bağlı ötənilki şərtləri bir az yumşaldılacaq. Bildiyiniz kimi, ötən il ziyarətə 65 yaşına qədər olan şəxslər gedə bilərdi.
Çox ehtimal ki, bu il ziyarət üçün yaş məhdudiyyəti də olmayacaq. Amma yəqin ki, koronavirusa qarşı iki doza vaksin tələbi qalacaq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Minimum əmək haqqı 200 dolları ötdü - Azərbaycan tarixində ilk


"Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, son sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımından vacibdir:

"700 min vətəndaşımızı əhat edəcək minimum əmək haqqındakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq. Minimum pensiyadakı artımı da nəzərə alsaq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaşımız birbaşa faydalana biləcəklər. Bu o deməkdir ki, hansı sektorda çalışmasından asılı olmayaraq minimum əmək haqqı alan bütün vətəndaşlarımızın maaşları artacaq. Artımlar özəl sektoru da əhatə edəcək. Yəni, yalnız dövlət sektorunda deyil, özəl sahədə də bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz".

Deputat qeyd edib ki, son sərəncam ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əmək haqqı 200 dollarlıq həddi keçib:

"Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40,2 faiz üstələyəcək. Bu sərəncam eyni zamanda digər sahələrdə də artım üçün baza yaradacaq. Son sərəncam 2023-cü ildə də sosial təminat məsələlərinin prioritet olacağını bir daha təsdiq edir. Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Nazirliyi ilə Ombudsman birgə tədbirlər planı İMZALADI


Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında "Ombudsman təsisatı hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər" mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar 2023-cü il üçün birgə tədbirlər planı imzalanıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən cari il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyənlləşdirilib.

Keçiriləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və ətraflı fikir mübadiləsi aparılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Sputnik"in baş redaktoru həbs edildi


Latviya xüsusi xidmət orqanları "Sputnik Litva" agentliyinin baş redaktoru Marat Kasemi saxlayıb.

Bu barədə agentliyin "Telegram" kanalında məlumat yayılıb.

O, Avropa İttifaqının sanksiyalarını pozmaqda və casusluqda şübhəli bilinir.

“Yanvarın 5-də məhkəmə iclası keçirilib, orada həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Kaseminin vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. Bu gün jurnalist artıq Riqa mərkəzi həbsxanasına köçürülüb”, - məlumatda deyilir .

Bildirilr ki, sanksiyaların pozulması ilə bağlı maddə beş ilədək, casusluğa görə isə 20 ilədək həbs cəzasını nəzərdə tutur.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakının hazırda tıxac olan yolları - Siyahı


Bakının bir sıra yollarında tıxac müşahidə edilir.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda yollardakı vəziyyət belədir:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

2. 28 May və Dilarə Əliyeva küçələri, Rəşid Behbudov küçəsi istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. 20 Yanvar dairəsində;

5. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

8. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

9. Babək prospekti, mərkəz istiqamətində;

10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkir sakini 6 il əvvəl aldığı torpağın mənimsənildiyini bildirir - GİLEY


Şəmkir rayonu, Çinarlı qəsəbəsinin sakini İsmayılov Nizami Səməndər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2008-ci ildə aldığı torpaq sahəsi qanunsuz olaraq əlindən alınıb:

“Mən, İsmayılov Nizami Səməndər oğlu, yazaraq sizə bildirirəm ki, 6 il bundan qabaq aldığım torpaq sahəsini həmin vaxt ağır xəstə olduğumdan sənədləşdirmək imkanım olmadı. Ona görə, 6 il sonra, yəni indi sənəd almaq istədim. Lakin mənə deyirlər ki, həmin torpaq başqa bir şəxsin adınadır. Halbuki, mən həmin torpağı o vaxt Miriyeva Yeganə Yusif qızından almışdım. Necə ola bilər ki, indi torpaq başqa adamın adına olsun?!

Xahiş edirəm mənə köməklik göstərəsiniz. Xəstə halımla torpağımı mənimsəyirlər”.

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı - Yaralılar var-Yenilənib


Şəmkirdə valyutadəyişmə məntəqələrinin birinə qumbara atılıb.

Hadisə nəticəsində, 51 yaşlı Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə valyutadəyişmə məntəqələrinin birinə qumbara atılıması ilə əlaqədar Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, hadisə ilə bağlı dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib.

Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağ Qaziləri ilə toqquşan sahibkarla bağlı İLGİNC İDDİALAR... - NƏ BAŞ VERİR?


Son dəqiqələrdə aldığımız xəbərə görə, qalmqallı iş adamı, adı bir çox cinayət əməllərində hallanan, dələduzluqda ad çıxarmış Müqayis Verdiyev ölkədən qaçmaq istəyərkən dövlət sərhəddində saxlanılıb. Saxlanılarkən üzərindən bir neçə telefon və külli miqdarda pul aşkarlanıb. Geyim əşyalarının çox olması və üzərində külli miqdarda pulun olması onu deməyə əsas verib ki, məlumatlı şəxs Müqayis Verdiyevin ölkədən qaçmasını düşünsün. Müqayis Verdiyev ölkədən çıxmasının səbəbi kimi səhhətində olan problemi göstərməyə çalışsa da dünənki sauna görüntüləri onun yalanının üzə çıxmasını sübut etdi.
Etibarlı mənbə onu da bildirdi ki, Müqayis Verdiyev özünə yaxın olan Vüqar adlı sürücüsü ilə ölkədən qaçırmış. Etibarlı mənbə onu da əlavə etdi ki, Müqayis Verdiyev saxlanılan zaman ora bir bahalı avtomobil yaxınlaşdı və sonradan məsələlərin yolunda olduğu hiss olundu.
Məlumatlı mənbə onu da bildirdi ki, həmin vaxt sərhəd keçid məntəqəsində onun dilindən izahat alınıb ki, istintaq çağırışlarından yayınmayacaq və hüquq-mühafizə orqanlarına gedərək izahat verəcək. Müqayis Verdiyev bu izahatından sonra sərbəst buraxılıb. Dəfələrlə Müqayis Verdiyevlə və onun sürücüsü ilə əlaqə saxlamağa çalışsaq da bütün cəhdlərimiz boşa çıxdı.
Biz xeyli müddətdir ki, Müqayis Verdiyevə mətbuat vasitəsilə məsələhətlər, tövsiyyələr veririk ki, elədiyin əməllərə görə, heç hara qaça bilməyəcəksən. Ona görə də get dövlət qurumlarına təslim ol, xahiş elə, yalvar və aman dilə. Bəli, biz Müqayis Verdiyevə hər zaman tövsiyyə edirdik ki, işlədib pulunu vermədiyin Qarabağ qazilərinin, əlillərin əlindən heç hara qaça bilməzsən.
Yaxşı hüquq-mühafizə orqanlarının əlindən harasa qaça bildin, bəs Allahın sorğu-sualından hara qaça biləcəksən..? Biz nə qədər yazsaq da Müqayis Verdiyev köhnə şər-böhtan əməllərindən əl çəkmək, islah olunmaq istəmirdi.
Bəli, Müqayis Verdiyev o qədər həddini aşırdı ki, hətta cənab Prezidentin etimad göstərdiyi, etibar etdiyi yüksək vəzifəli şəxsləri də şantaj edirdi. Və ən dəhşətlisi odur ki, Müqayis Verdiyev Prezident Administrasiyasında yüksək vəzifə tutan şəxslərin adından istifadə edir. Biz bilirdik ki, cinayət əməlinin müddəti heç 40 gün də çəkmir. Ona görə də yazılarımızda Müqayis Verdiyevə heç olmasa Qarabağ qazilərinin halal zəhmət haqqını verməsini tövsiyyə edirdik.
Təsəvvür edirsiniz, Qarabağ qaziləri Müqayis Verdiyevin evinin qarşısında etiraz aksiyası keçirir, pullarını tələb edir....Müqayis Verdiyev isə hər dəfə bir bəhanə ilə onları aldadırdı. Qarabağ qaziləri haqlı olaraq tələb edirdi ki, altındakı 400 min manat dəyəri olan maşını sat, bizim pullarımızı ver... Sözün qısası, ağır cinayət maddələri ilə həbs olunan Müqayis Verdiyev hansı yollasa, canını həbsxanadan qurtara bildi. Və Qarabağ qazilərinin dediyinə görə, Müqayis Verdiyevə yenidən hansısa yollarla cığırlar açılır, o isə bu cığırları məhv etməklə məşğuldur.
Üzərində bu qədər öhdəliklər, borclar olmasına baxmayaraq, Müqayis Verdiyev özü başqalarını şantaj etməyə başlayır. Bu jantaj serialına qısaca göz ataq. Müqayis Verdiyevin şantaj serialı ilk olaraq Goranboyun o zamankı icra başçısı Nizaməddin Quliyevlə bağlı olub. Guya Nizaməddin Quliyevin Müqayis Verdiyevə 400 min manat borcu var imiş. Daha doğrusu, Müqayis Verdiyev məhkəmədə icra başçısının üzünə dirənib ki, guya Goranboy rayonundakı tikinti işlərinə məhz bu rayonun rəhbəri Nizaməddin Quliyevin israrlı xahişləri əsasında qatılıb. Subpodratçı kimi «Fəqan Xidmət»dən aldığı işi isə vaxtında və qüsursuz yerinə yetirib. Amma pulunu ala bilməyib. Biz uzun-uzadı detallara varmaq istəmirik. Müqayis Verdiyev daha sonra kimləri şantaj eləmədi… Yevlaxın o zamankı icra başçısı Qoca Səmədovu, daha sonra Göyçayın əvvəlki icra başçısı Mehdi Səlimzadəni və daha kimləri…
Bir sözlə, Müqayis Verdiyev özünü JANTAJ şəbəkəsinə bəzi media qurumlarını da daxil edib. Bəli, Müqayis Verdiyev deyir ki, əlimdə xeyli sayda media qurumu var, kimi istəsəm qısa vaxtda onu cəmiyyətin gözündə ifşa edərəm, əlimdə xeyli kompramat var. Bu adamın səsi-küyü Prezident Admisitrasiyasındakı xanım məmurlardan gəlir, bu adam kimlərin adını çəkmir…
Bəli, Müqays Verdiyev neçə illərdir ki, qazdığı quyuya bu gün özü düşdü. Biz yenə də Müqayis Verdiyevə deyirik ki, Azərbaycan qanunları qarşısında and iç, tövbə elə, bu şər-böhtan əməllərindən əl çək. Yəqin ki, humanist dövlətimiz sənə layiq olduğundan artıq cəza verməz. Qalanı sənlikdir, Müqayis Verdiyev. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı şok qərar gözlənilir - İLGİNC


Sabiq MTN generalı Akif Çovdarovun müsadirə olunmuş 30 milyonluq əmlakının geri qaytarılması ilə bağlı məhkəmə qərarı böyük rezonans doğurdu.

Müstəqil hüquqşünaslar və cəmiyyətin fəal kəsimi Bakı Apellasiya Məhkəməsinin çıxardığı bu qərarı ölkənin hüquq sisteminin baltalanması kimi qiymətləndirdilər.

Yenisabah.az xatırladır ki, A.Çovdarovla bağlı budəfəki məhkəmə qərarına Bakı Apellasiya Məhkəməsinin hakimi Habil Məmmədov imza atıb.

51 yaşlı hakimin çıxardığı bu qərar tənqidlə qarşılandığı üçün yaxın ətrafı Habil Məmmədovun Birinci Qarabağ Müharibəsi iştirakçısı olduğunu və döyüşlər zamanı minaya düşərək ayağının birini itirməsini önə çəkərək tənqidin dozasını azaltmağa çalışsa da, məlum qərar və onun ətrafında yaranan ajiotaj uzun müddət gündəmdə qaldı.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, ictimai təpkinin güclü olması, sözügedən qərarın ölkədə məhkəmə sisteminin imicini ciddi şəkildə zədələməsi siyasi hakimiyyəti əməlli-başlı narahat etməyə başlayıb. Məlumatlı şəxsin saytımıza bildirdiyinə görə, hakimiyyət ideoloqları məhkəmə sisteminin imicini xilas etmək üçün geriyə addım atmağı təklif ediblər. Aparılan müzakirələr nəticəsində bu təklifin qəbul edilməsi məqbul sayılıb.

Mənbə saytımıza açıqlamasında deyib ki, sözügedən qalmaqallı məhkəmə qərarı ilə bağlı yaxın günlərdə apellasiya şikayətinin verilməsi gözlənilir.

Prokurorluq orqanı tərəfindən veriləcək apellasiya şikayətinə Ali Məhkəmədə baxılaraq, hakim Habil Məmmədov tərəfindən çıxarılmış qərarın ləğv ediləcəyi bildirilir. //Yenisabah.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Uşaq pulu, maddi yardım almıram, əmək haqqımı da vermirlər, mən nə etməliyəm?!” – NAXÇIVAN SAKİNİ “ÜSYAN EDİR”


DİA.AZ bildirir ki, Naxçıvan şəhəri, Culfa rayon sakini Mirhəsən Seyidov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 2 aydan çoxdur əmək haqqı ala bilmir:

“Mən, Seyidov Mirhəmsən, yazaraq sizə bildirirəm ki, 2 aydır işlədiyim tikinti obyektindən əmək haqqımı ala bilmirəm. Heç bayramda da pul vermədilər ki, aparıb uşağımızı sevindirək. Fəhlə adamlarıq, ehtiyacımız ucbatından hər sözlərini götürürük ki, evimizə çörək pulu apara bilək.

2 uşağım var, onların yeməyini, təhsilini, heç bir xərclərini ödəyə bilmirəm. İşsizlik baş alıb gedir. Uşaq pulu almıram, maddi yardım almıram, əmək haqqımı da vermirlər, mən nə etməliyəm?

Ailəmi qoyub, bir müddət gedib Türkiyədə işlədim. Yenəmi gedim? Özüm də xəstəyəm. Bayram günü əmək haqqımı vermədilər, heç avans da vermədilər. Fikirləşmirlər ki, fəhlə gözünü maaşa tikir. Belə haqsızlıq olar? Biz nə edək?

Sizdən xahiş edirəm, bu məsələni işıqlandırın, bəlkə bizim haqqımızı verələr”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO