[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ekspress Bank"ın ABSURD KREDİT SİYASƏTİ... - GİLEY


"Şikayətim "Express bank"dandır. Mən bunlar qədər işlərində məsuliyyətsiz, bunlar qədər müştəriyə qarşı laqeyd 2-ci bank görmədim". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mehdi hüseynov adlı istifadəçi giley edir.
"Ekspress Bank"ın ABSURD KREDİT SİYASƏTİ... - GİLEY

Vətəndaş daha sonra narzılığını belə ifadə edir (şikayəti olduğu kimi, redaktəsiz təqdim edirik, zatən məsələnin mahiyyəti anlaşılır -dia.az): "Dekabrin 19-da telefonda 3000 azn kredit sifaris verdim. Operator dedi ki 3-5 gune elaqe saxlanacaq. Bir hefteden sonra ayin 27-de birde zeng eledim, operator dedi ki texniki problem olub. Birde qeyde aldi dedi ki uzagi 3 gune kimi sizinle elaqe saxlanacaq.( Guya menim BMT-ye veya NATO-ya saysiz hesabsiz pul transferim olur, ona gore arasdirmaq 3- 5 gun cekir. Halbuki bankin ozune gedirsen 3-5 deqiqeye deyirler. ) 30-u birde zeng etdim menim zengimi teciliye aldilar. O gun bu gun hele de tecilidedir. Kapitala yanvarin 3-de yazdim. 3 gun erzinde belke 5 defe zeng elediler. Sadece olaraq faizleri cox krediti de istediyimden cox az verirdiler. Ona gore razilasmadim. Hormetli express bank rehberliyi sizler musterilere kredit vermek istemirsiniz, veya kredit mutexesisleri sizler kredit potfelinizin artmagini istemirsiniz? Eger istemirsinizse seherde ve internetde olan reklamlarinizi yigisdirin dediqede bir qabagimiza cixib bizi eseblesdirmeyin. Eger isteyirsinizse de onda isinizi mesuliyyetle yerine yetirin. Menim movcud emek haqqima kredit dusmurse onda zehmet cekin elaqe saxlayin, deyin, biz de isimizi bilek. Bax sizin emekdaslarin bu laqeydliklerine gore gelir seviyyeniz en axirinci yerlerdedir. Bu cur davam etseniz filial sayiniz Bileceriden o terefe getmeyecek".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Mobil notariat"ın işində texniki fasilələr yaranacaq


Ədliyyə Nazirliyinin "Mobil notariat" tətbiqin fəaliyyətində bu gün qısamüddətli texniki fasilələrin yaranacağı ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə nazirliyin istifadəçilərə müraciətində bildirilir.

Qurum bəyan edib ki, problem tətbiqin yeni versiyasının istifadəyə verilməsi ilə bağlıdır.

Xatırladaq ki, həm “Appstore”dan, həm də “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin elektron versiyasının vahid mənbədə mobil telefonda saxlanılması, onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə etməsi mümkündür. Həmçinin, "Mobil notariat" vasitəsilə vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri, sosial etibarnamələri, banklarda təmsilçilik ilə bağlı etibarnamələri, eləcə də yetkinlik yaşına çatmamış şəxslərin ölkə ərazisini tərk etməsi üçün valideynləri tərəfindən yazılan razılıq və etibarnamələrə xitam verilməsinə dair ərizələri elektron qaydada videoyazı vasitəsilə həftənin bütün günləri 24 saat ərzində əldə etmək mümkündür.

"Mobil notariat" tətbiqi vasitəsilə notariat sənədlərinin həqiqiliyini onun üzərində yerləşdirilmiş QR-kod və ya şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və sənəd üzərində yerləşdirilmiş identifikator (barkod) əsasında yoxlamaq mümkündür.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BDYPİ hava şəraiti ilə bağlı sürücülərə müraciət edib


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 8-dən başlayaraq 12-dək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.

BDYPİ verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşə silgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edib.

Qeyd edilib ki, digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumuna görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsu məmurları Qarabağ Qazisinə qarşı... - NARAZILIQ VAR!


Bütün bölgələrdə olduğu kimi , Ağsuda da illərdir məmur özbaşınalığı hökm sürür. Pandemiya dövründə bu özbaşınalıq hökmranlığı hökmünü, gücünü vətəndaşların sosial -iqtisadi durumunu daha da ağırlaşdırmaqda, insanların sosial müdafiəsinin təmin edilməməsində tam çılpaqlığı ilə göstərdi. Başına gələn başmaqçı olar, deyib dədə -babalarımız. Bu sətirlərin yazarı da covid -19 pandemiyasının yaratdığı məhdudluqdan ziyan çəkib . Ağsu rayonunun Pirhəsənli kəndində dədə - baba ocağında saxladığım beş arı ailəsi baxımsızlıq ucbatından nəinki bal verdi, əksinə, varlığını da saxlaya bilməyib tələf oldu. Ali dövlət hakimiyyəti orqanlarına müraciətlərimiz aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə (KTN) göndərilib , oradan axtında müraciət edilsəydi, hərəkət azadlığımızı bərpa edərək arıların məhvinin qarşısını ala biləcəyi vurğulanıb. KTN, Ağsu RİH kənd təsərrüfatı idarəsi subsidiya ayırmağa, necə deyərlər, zəlzələdən - vəlvələdən olmasından asılı olmayaraq tələf olan arılara görə kompensasiya ödəməyə borcludur .
Zəlzələdən söz düşmüşkən , 10 il qabaq baş verən fövqəladə hal - sel nəticəsində çiy kərpicdən olan evə dəyən ziyanın ödənilməsini də Ağsu RİH -in fövqəladə hallar üzrə komissiyası təmin etmədi. Sözügedən komissiya çoxsaylı müraciətlərdən sonra baxış keçirmədən evə ziyan dəymədiyini bildirdi. Təkcə döşəmənin çürüntülərinin “sərgilənməsi” ən azı 3 min manatlıq ziyanın dəydiyini ortaya qoyanda isə Ağsu RİH korrupsiya xarakterli saxtalığa əl atdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN ) Milli Hidrometeorologiya Xidməti ilə mütəşəkkil anlaşma sonucunda RİH “daşdan keçən” arayış təqdim etdi ki, son beş ildə Ağsu rayonunda heç bir fövqəladə təbiət hadisəsi baş verməyib! (?) Özbaşınalığı təsəvvür edin, vətəndaşa dəyən ziyanı ödəməməkdən ötrü dövlət qurumları qeydə alınan fövqəladə halı saxta arayışla yalanlayırlar ! (?) Ziyanın ödənilməməsi bir yana, evə dirəklərlə çəkilən telefon xətti də qırıldığından rabitəsiz qalan Qarabağ qazisinin telefon xəttinin və bağlantının bərpası barədə müraciətləri də on ilə yaxındır sonuc verməyib. Kəndin yeganə zabit Qarabağ əlilinin qanunla pulsuz çəkilməli olan, lakin təbii inhisarçı xidmət qurumunun 40 manat qarşılığında zorakı xidməti ilə 2008-ci ildə çəkdirdiyi telefon xəttinin bərpasından imtina edilib. Ali dövlət hakimiyyəti , hüquq-mühafizə orqanlarına edilən şikayətlərə cavab olaraq guya abonentin 39, 17 manat abunə borcunun olmasına görə telefonunun kəsildiyi bildirilərək rabitənin bərpasından imtina edilib. Aylıq 2 manatlıq abunə haqqı ilə 39,17 manat abunə borcunun, borca görə telefon kabelinin dirəkdən qırılıb atılması absurdluğuna da baxılmayıb. Əlacsız qalan istehlakçı Ağsu rayon məhkəməsinə ötən ilin aprelində iddia ərizəsi ilə müraciət edib. Lakin məhkəmə artıq 2-ci ildir heç bir hərəkət etmədiyindən, iddiaçı bu yol məhkəmənin işə baxmamasından ali dövlət hakimiyyəti orqanlarının başçılarına şikayət edib. İki gün öncə “Aztelekom”un baş direktor müavini Zaman Verdiyev 12.08.2021-ci il tarixli məktubla bildirib ki, “dedığım dedığdır”. Başqa sözlə, istehlakçı qazinin 13 manat abunə və 26, 17 manatlıq danışıq borcu yarandığından 10.07.2020-ci ildə 56343 telefon nömrəsi başqa şəxsə satılıb . Özbaşınalığa baxın, cavabdeh telekom məhkəmə ilə qeyri-prosessual münasibətə girərək, işə baxılmasına qadağa qoydurub və iddiaçının tələb etdiyi halalca nömrəsini başqasına satıb! (?) İndi isə “Aztelekom” MMC 9 il qabaq kəsilən telefonun borca görə kəsildiyini əsaslı sayır. Bu boyda telekom anlamaq istəmir ki, aylıq 2 manat hesabı ilə 13 manatlıq abunə borcu yarana bilməz. Biz hələ 26,17 manatlıq danışıq borcunun haradan qaynaqlandığını demirik! Bəyəm, “Aztelekom” bilmir hansı nömrə ilə, hansı ölkə, şəhərlə danışılıb? Ən başlıcası, borca görə, telefon kabelinin, xəttinin qırılıb atılması harada yazılıb? Ağsu məmurlarının Qarabağ qazisinə qarşı özbaşınalığına baxın : 22 il istifadə etdiyi torpağı icra başçısı ələ keçirib, məhv olan mal – mülkünə, evinə dəyən ziyanın ödənilməsi əvəzinə, telefon xidmətindən də məhrum edilib. Vətəndaşa belə “özbaşınalıq xidməti” ilə məmur ordusu yalnız öz başının və öz cibinin qayğısına qala bilər. Özü də dövlət büdcəsinin, dövlət fondlarının yardımı ilə. Yardıma ehtiyacı olanlar isə nə icra hakimiyyətindən yarıyır, nə deputatından , nə də məhkəməsindən.

Məğrur Bədəlsoy
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kontakt Home” xarab, işlənmiş telefonlar satır? - GİLEY


Naxçıvan şəhər sakini Süleymanov İsa Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Kontakt Home” mağazalar şəbəkəsi ona xarab telefon satıb, geri qaytarmır:

“Mən, Süleymanov İsa Hüseyn oğlu, 10.05.2020- ci ildə “Kontakt Home” şirkətindən “Redmi 8” markalı telefon almışdım. Bir müddət keçdikdən sonra telefon xarab oldu. Zəmanət vaxtının bitməsinə bir neçə ay var idi. Telefonu servisə apardım, eyni vəziyyətdə geri qaytardılar. Bir neçə dəfə eyni problem üstündə yenidən servisə müraciət etdim. Hər dəfə eyni vəziyyətlə rastlaşdım.

“Kontakt Home” şirkətində, “problemlər şöbəsi”ndə Rəşad müəllimin qəbuluna girdim. O, mənə dedi ki, telefonun pulunu, yəni kreditini ödəməlisiz, ancaq 180 AZN keçə bilərik.

Bu telefon xarabdırsa, mən bu pulu niyə ödəməliyəm? Şirkət məni məhkəməyə verib, xəbərim olmadan hakim qarşı tərəfin xeyrinə qərar qəbul edib. Mənim xəbərim olmadan məhkəmə necə keçirilir? Dekabrın 4-də mənə bildiriş göndəriblər ki, borcunuzu hissə-hissə ödəyin.

Dəfələrlə “Kontakt Home” şirkətinə gedib deyirəm ki, telefon xarabdı, ya bunu dəyişin, ya da qaytarın. Bunlar insanları aldadıb zəmanət talonu veriblər, amma xarab, işlənmiş mallarına sahib çıxmırlar. Satdıqları xarab, işlənmiş telefona görə mənim əmək haqqımdan kredit borcum ödəniləcək. Həm telefonsuz qaldım, həm də pulum arada getdi. Mən dərdimi kimə deyim?

Çox xahiş edirəm bu məsələnin işıqlandırılması üçün mənə köməklik edəsiniz”.

“Kontakt Home” mağazalar şəbəkəsinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Onkologiya Mərkəzində KT Aparatı aylardır işləmir - SƏBƏBİNİ BAŞ HƏKİM AÇIQLAYIR


Ötən ilin noyabrından bu günə qədər Azərbaycanın əsas onkoloji mərkəzlərindən biri olan Milli Onkologiya Mərkəzində Kompüter Tomoqrafiya (KT) Aparatı işləmir.
Qeyd edək ki, bununla bağlı hələ bir neçə ay əvvəl Gununsesi.info olaraq xəbər yaymışdıq.
Vətəndaşlardan birinin şikayəti əsasında yazılmış xəbərdə bildirilirdi ki, mərkəzin digər korpuslarında bu aparatla pullu xidmət göstərilir.

Bu gün isə Gununsesi.info-nun əməkdaşı adıçəkilən mərkəzdə olub.
Məlum olub ki, noyabrdan bu günə qədər KT aparatı çalışmır.

Məsələ ilə bağlı baş həkim Azad Kərimli saytımıza açıqlama verib.

Baş həkim bildirib ki, KT Aparatının çalışmamasına səbəb onun fasiləsiz işləməsi olub:

“Belə ki, qaydalara əsasən aparat bir gündə 9 xəstəni müayinə etməyə icazə verir. Ancaq bizdə bu rəqəm 25 nəfərə qədər yüksəlir. Fasiləsiz çalışdığına görə də aparat xarab olub. Bunun məsuliyyətini mən daşımıram. Dövlət aparat verərsə, işimiz yüngülləşər. Hazırda digər bir aparatımız var o da növbəlilik əsasında xəstələri müayinə edir”. //Gununsesi.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Kəndin 21 hektar örüş sahəsi mənimsənilib" - Rayon rəhbərliyi hara baxır?


Goranboy rayon "Qarasüleymanlı kənd sakini Nazım Orucov (ad şərtidir) tərəfindən "DogruXeber.az" redaksiyasına məlumat daxil olmuşdur.

Məlumatda bildirilir ki, "2000-ci ildən bəri keçmiş İcra başçısının müavini Ceyhun Həsənovun əmisi Namazov Yaşa Məhəmməd oğlu kəndin örüş sahəsi olan 21 hektar ərazini mənimsəyib, yarısını ərik bağı saldırıb, yarısını da buğda, yonca üçün əkin sahəsi edib. Kənd sakinlərini əraziyə buraxmır. Camaat mal-qarasını otarmağa yer tapmır. Vaxtilə qardaşı oğlunun icra hakimiyyətindəki yüksək vəzifəsinə güvənəndən kənd sakinlərinin gözünü qorxudub. Ceyhun Həsənov vəzifədən çıxsa da, "xof"u hələ də sakinlərin ürəyində qalır. Ona görə heç kim Yaşa Məhəmməd oğlu Namazova bu barədə nəysə deməyə risk etmir."

Yeri gəlmişkən, qeyd edək ki, sakinlərin sözlərinə görə Yaşa Namazovun qardaşı oğlu olduğu deyilən keçmiş müavin Ceyhun Həsənov "müavin olduğu vaxtlarda özünə xeyli sərvətlər toplayıb, bir deyil, bir neçə biznes qurub. Hətta, deyilənə görə şəxsi dəyirmanı, ticarət mərkəzi, bir neçə dükanları və sair saymaqla bitməyən xeyli sayda müxtəlif şəxslərin adına özəl iaşə obyektləri var və demək olar ki, hamısını icarəyə verib, icarədən gələn gəlirləri ilə dünyanın səfasını sürməkdədir".

Yeganə gəliri 3-4 baş mal-qarası olan binəva kəndlilər də heyvanların yemlərini təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. Haqları olan örüş sahəsi də 22 ildir Yaşa Namazovun "sərəncamındadır".

Adam deyir, "Burda mənəm, Bağdadda kor xəlifə ".

P.S: Qeyd edək ki, Qarasüleymanlı kənd sakininin dedikləri barəsində aidiyyatı üzrə Goranboy şəhər bələdiyyəsinin də açıqlamasını almaq üçün şəhər bələdiyyəsinin sədri Şəmsi Əliyevə zəng etdik.

Şəmsi bəy 21 hektar torpağın Namazov Yaşa Məhəmməd oğlunun pay torpağı olduğunu dedi.

21 hektar pay torpağı!

Sakinlərin örüş sahəsi iddiasına isə belə açıqlama gətirdi ki, "Ola bilsin sakinlər Yaşanın oğlu Müşfiq Namazovun idarəçiliyinə verilən 3 hektar örüş sahəsini deyirlər ", dedi.

- 'Kəndin örüş sahəsi kiminsə idarəçiliyinə necə verilə bilər ?" sualımıza isə, bələdiyyə sədri Şəmsi Əliyev rişxəndlə - "Olur, ay xanım, siz qanunlara diqqətlə baxın, olur. Mən də görmüşəm o sənədləri "- dedi.

Biz, "Tamam, sizin də bu cavabınızı olduğu kimi dərc edərik və barəsində araşdırmalar aparılması üçün aidiyyatı qurumlara rəsmi müraciətlər göndərəcəyik", dedik və sağollaşdıq.

Şəmsi bəy isə sağollaşmadan öncə "3 hektardır, ola bilər aşağı-yuxarı olsun, amma 3 hektardır" -deyib, sonra sağollaşdı.

Qeyd - 1: Əldə etdiyimiz digər məlumata görə, Yaşa Namazovun camaat arasında "mənim arxamda o durub" dediyi, qardaşı oğlu Ceyhun Həsənov Yaşanın ögey qardaşının oğludur və hazırda soyuq münasibətləri var. Hətta, deyilənə görə küsülüdürlər.

Belə çıxır ki, Yaşa Namazov camaatın gözünü qorxutmaq üçün, yalan danışaraq, Ceyhun Həsənovun nüfuzundan sui-istifadə edib.
Hər halda bütün məlumatlar redaksiyamıza kəndin sakinləri tərəfindən göntərilib.

Qeyd - 2: Məsələnin araşdırılması və barəsində lazımi tədbirlər görülməsi üçün "DogruXeber.az" olaraq, aidiyyatı qurumlara göndərilməsi üçün tərəfimizdən müraciətlər hazırlanır.

Sonda isə hansı örüş torpaqları hansı halda kimlərə icarəyə verilə bilər, bu barədə qanunun müvafiq maddəsini Şəmsi bəyin diqqətinə çatdırmağı özümüzə borc bildik

AZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ MƏCƏLLƏSİ
Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. [16]

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.

Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

Mövzuya təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsmayıllıda Yeni il tədbirində rəzalət: idarə rəisi bıçaq çıxardı və…-Təfsilat


İsmayıllıda Yeni il tədbirində biabırçı hadisə baş verib. Reportyor.info bildirir ki, 31 dekabr axşam saat 22:00-da Yeni il tədbiri planlaşırıdılıb. Təşkilatçı İsmayıllı rayon Mədəniyyət Mərkəzi olub və bayram tədbiri də həmin mərkəzin qarşısında baş tutmalıymış. Tədbir rayon səviyyəli keçirilməsi nəzərdə tutulsa da, təşkilatçı heç bir iş görməyib. Saat 22:00-da başlayacaq tədbir baş tutmayıb. Tədbirə yığışanlar Niva markalı avtomobildə mahnı səsləndirməklə tədbirə başlayıblar. Ardından maşının və telefonun işığında bir neçə müğənni mahnı ifa edib.
Həmin vaxt Mədəniyyət Mərkəzinin direktoru Araz Şəmdinli tədbirə gəlib. İşçilərdən biri tədbirin belə biabırçı olmasına etiraz edib. Tərəflər arasında mübahisə yaranıb. Ardından dava başlayıb. Araz Şəmdinli həmin işçini söyüb. Onu bıçaqlamaq istəyib. Mədəniyyət Mərkəzinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin işçiləri olayın qanla bitməsinə mane olsalar da, yekunda xətasız ötüşməyib. İşçilər bıçağı Araz Şəmdinlinin əlindən alan zaman bıçaq onun qoluna girib. Məsələni ört-basdır etmək üçün A.Şəmdinlini xidməti otağına aparıblar. Otağa daxil olan A.Şəmdinli otaqdakı bütün avadanlıqları yerə çırpmaqla sıradan çıxarıb. Hətta otağın divarındakı mərhum Prezident Heydər Əliyevin portretini də yerə çırparaq sındırıb.
Məsələdən sonra Araz Şəmdinlinin qoluna bir neçə tikiş qoyulduğu deyilir. A.Şəmdinli diqqətdə qalmamaq üçün təhsil məzuniyyətinə çıxıb.

Əlavə olaraq da qeyd edək ki, tədbirdən sonra Prezidentin Yeni il təbriki olmalı imiş və həmin təbrik rayon mərkəzindəki və Mədəniyyət Mərkəzinin tabeçiliyində olan monitorda nümayiş etdirilməli idi. Lakin Prezidentin çıxışı 3 dəfə yarımçıq qalıb. Məlum olub ki, monitorun müəyyən detalları Mədəniyyət Mərkəzinin rəhbər şəxsləri tərəfindən sökülərək satılıb.

Mənbə jurnalist Zaur Qənbərov

Reportyor.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Gəmiqaya" Holdinq Vasif Talbovun ƏLİNDƏN ALINDI VƏ... - adı dəyişdirildi...


Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

APA-nın əldə etdiyi məlumata görə, artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.

Faktı APA-ya şirkətdən təsdiqləyiblər.

Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.

APA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Allahın belə unutduğu KƏND... - Bu kəndi nə qaxlılar tanıyır, nə də xəritələr...


Qaxın Bağtala adlanan bir kəndi var. Bu kəndi nə qaxlılar tanıyır, nə də xəritələr.

Bağtalaya heç vaxt asfalt yol olmayıb.

Rəsmi məlumata görə, Bağtala kəndinin cəmi 9 sakini var. Bu kənd Azərbaycanda ən az əhalisi olan kəndlər sırasındadır.

Kəndin yeganə sakini Zərqada Abdurrahmanovadır. O da 30 il öncə Bağtalaya gəlin köçüb.

Həmsöhbətimiz deyir, həyat yoldaşı vəfat edəndən sonra kənddə tək qalıb. Ara-sıra onu övladları, yaxınları ziyarət edir.

O deyir artıq çətinliklərə öyrəşib. Başqa çıxış yolu yoxdur

Zərqəda Abdurahmanova ayı 180 manat müavinətlə başa vurur. Deyir, bəzən bu pul onun dolanışığına çatır, bəzən də yox.

Bəs, kəndlər niyə boşalır və ya cəmi bir neçə sakini olan kəndlər kimə lazımdır? İqtisadçı Rövşən Ağayev Toplum TV-yə açıqlamasında deyib ki, hökümətin kəndlərlə bağlı planı yoxdur. Regionların sosial-iqtisadi inkişaf proqramı isə ən yaxşı hallda rayon mərkəzlərini əhatə edir.

Qax Rayon İcra Hakimiyyətindən kəndlə bağlı suallarımıza cavab almaq mümkün olmayıb.

Zərqəda Abdurahmanova isə 30 il qabaq ayaq basdığı kəndi tərk etmək istəmir. Deyir, qalan ömrünü də bu kənddə yaşamaq istəyir. //Toplum TV//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO