[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taleh Qaraşov da gedir: Daha kimlər yol üstündədir... - İLGİNC GƏLİŞMƏ


2022-ci il bir sıra yüksək ranqlı məmurların kreslosunu itirməsi ilə yadda qaldı. Xüsusilə də, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Mədəniyyət naziri Anar Kərimovun adları bu siyahıda daha çox diqqəti cəlb edir.

Bu cür yüksək vəzifəli şəxslərin vəzifədən uzaqlaşdırılmasından sonra, onların yüksək vəzifə tutan qohumları, eləcə də həmin məmurlar tərəfindən vəzifəyə təyin olunmuşların da oxşar aqibəti yaşaması ehtimalları yaranıb.

Təsadüfi deyil ki, Vasif Talıbovun istefasından sonra qardaşı Məhərrəm Talıbov Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, oğlu Seymur Talıbov isə Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsini itirdi.

Digər tərəfdən, sosial şəbəkələrdə və bir sıra KİV-də yaxın dövrlərdə vəzifəsini itirə biləcək məmurlarla bağlı da iddialar səsləndirilir.

Bizim.Media 2023-cü ildə istefa verəcəyi ilə bağlı söz-söhbətlərin olduğu məmurları araşdırıb.

Teymur Mehdiyev

PA-nın və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin yaxın vaxtlarda istefa verəcəyi ilə bağlı artıq yerli KİV-də məlumatlar dərc olunur. Belə ki, general Teymur Mehdiyev Fövqəladə hallar nazirliyinin müavini vəzifəsini tutur. O, 2014-cü ildə cəmi 38 yaşında general-mayor rütbəsi alıb. T. Mehdiyev elə həmin vaxtdan nazir müavini vəzifəsini icra edir.

Rza Talıbov

Vasif Talıbovun böyük oğlu Rza Talıbov Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsində çalışır. Atasının istefasından sonra onun da oxşar aqibəti yaşayacağı xəbərləri gəlməyə başladı. Mətbuatda gedən son xəbərlərə görə, R. Talıbov dekabrın sonunda məzuniyyətə göndərilib. Onun məzuniyyətinin istefa ilə əvəzlənməsi ehtimalı da böyükdür.

Seymur Talıbov

Vasif Talıbovun digər oğlu Seymur Talıbovla bağlı vəziyyət isə bir qədər fərqlidir. O, Naxçıvan Ali Məclisinin deputatıdır. Qanunvericiliyə əsasən, Talıbov qanunverici hakimiyyətə səsvermə ilə seçildiyi üçün məmur hesab olunmur. Lakin S. Talıbov bu və ya digər səbəbdən deputat mandatından imtina edə, yaxud mandatdan məhrum edilə bilər.

Azər Zeynalov

Azər Zeynalov Naxçıvan Ali Məclisinin sədr müavini vəzifəsindədir. Vasif Talıbovun istefasından sonra onun vəzifəsi də Azər Zeynalov tərəfindən icra edilir. Lakin bu vəziyyətin müvəqqəti olduğu, yaxın dönəmlərdə onun da vəzifəsini itirə biləcəyi ehtimalları səsləndirilir. Onu da qeyd edək ki, A. Zeynalov artıq 17 ildir ki, Ali Məclis sədrinin müavinidir.

Taleh Qaraşov

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun adı ötən il müavini Rasilə Arifqızının törətdiyi qanun pozuntunlarından sonra tez-tez hallanmağa başladı. Belə ki, ötən il R. Arifqızının 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran rayon prokurorluğunda cinayət işi başlanıldı və məhkəmə tərəfindən təqsirli bilinən sabiq müavin 4 min manat cərimə olundu.

1996-cı ildən bəri 5 fərqli rayonda icra başçısı olan Qaraşovun müavini ilə bağlı qalmaqaldan sonra vəzifəsini itirəcəyi ilə bağlı məlumatlar yayılmağa başladı. Onun yaxın vaxtlarda istefası da mümkün ehtimallardandır.

Dövlət Gömrük Komitəsində bir neçə şəxs

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilməsindən sonra, qurumun bir sıra yüksək ranqlı məmuru da vəzifəsi ilə vidalaşmalı oldu. Bu siyahıda Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulovun adını qeyd edə bilərik.

Yerli mətbuatda yazılanlara əsaslansaq, DGK-da daha bir neçə məmurun vəzifəsini itirə biləcəyi ehtimalı var. Xüsusilə də, Səfər Mehdiyev tərəfindən yüksək vəzifələrə təyinat alan bir sıra gömrük məmurunun kreslosunu itirəcəyi gözlənilir.
Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“1xBet” və “Mostbet” “at oynadır”, bu orqanlar isə hələ də susur - FAKT BUDUR!


44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi.

Şanlı üçrəngli bayrağımız tezliklə işğaldan qurtulan bütün bölgələrdə dalğalanacaq və bir daha enməyəcək.

Amma ölkəmizi coğrafi mənada işğaldan qurtarsaq da, hələ də buralarda “at oynadan”, adamlarımızın cibinə girən, onlardan oğurladığı pulu güllə, mərmi şəklində əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın başına yağdıran “1xBet” və “Mostbet” kimi şirkətlərin əsarətindən çıxa bilmirik.

Bəlkə də çox sərt yanaşma oldu. Bu yazılar silsiləsini oxuyandan sonra mənim kimi düşünəcəyinizə əminəm.

Əslinə ölkədə qeyri-qanuni fəaliyyət göstərən, onlarla saytda reklamı gedən “1xBet” və “Mostbet” ilə mübarizə aparmaq üçün lazımi qanunvericilik bazası var.

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı il oktyabrın 25-də imzaladığı 1086 saylı fərmana diqqət yetirək. Həmin fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanına aşağıdakı məzmunda 4-cü və 5-ci hissələr əlavə edilsin:

“4. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatorunun məlumatı əsasında, Azərbaycan Respublikasında idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və satıcılarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Daxili İşlər və Vergilər nazirliklərinə tapşırılsın ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər”.

Beləliklə, açıq-aydın görünür ki, dövlət başçısı qeyri-qanuni çalışan bukmeker kontorları ilə mübarizəni üç nazirliyə həvalə edib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qeyri-qanuni bukmeker kontorlarının saytlarını ölkə ərazisində bloklamalı,

Daxili İşlər və Vergilər nazirlikləri Azərbaycan qanunlarına məhəl qoymayanların məsuliyyətə cəlb olunmasına çalışmalıdı. Aradan ötən müddətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çevrilib,

Vergilər Nazirliyi isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kimi fəaliyyət göstərir.

Təbii ki, bu struktur dəyişikliklərinin məsələnin mahiyyətinə dəxli yoxdu, yəni yuxarıda adı çəkilən iki nazirlik və Dövlət Vergi Xidməti ölkədə yad kontorların başıpozuq fəaliyyətinə görə birbaşa məsuliyyət daşıyır, belələri ilə mübarizə aparmalıdılar.

Bəs aparırlarmı? Bu məqama aydınlıq gətirmək üçün hər üç quruma rəsmi sorğu ilə müraciət etmişik. Vaxt istəyiblər və Prezidentin fərmanı ilə onların üzərinə düşən öhdəlikləri yerinə yetirməklə bağlı gördükləri işləri, bu yöndə planlarını açıqlayacaqlarını bildiriblər.

Düzünə qalsa, şəxsən bizdə dövlət orqanlarının “1xBet” və “Mostbet” kimi bukmeker kontorlarının fəaliyyətini əngəlləməklə bağlı hansısa konkret planlarının olmadığına dair təsəvvür yaranıb.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NDU-nun gəlib-getmiş ən qabiliyyətli rektoru: "Reklam Elbrus" - İLGİNC FAKT


Paho, sən demə, hamam suyu ilə özünə dost qazanmaq xüsusiyyəti Naxçıvan Dövlət Universitetinin çoxbilmiş rektoru Elbrus İsayevin köhnə şakəri imiş. Bunu redaksiyamıza ünvanlanan bir məktubda irəli sürülən iddialar da təsdiqləyir.
Universitet müəllimləri adından yazılan məktubda deyilir:
“Elbrus İsayev Naxçıvan Dövlət Universitetində rektor vəzifəsinə gələndə, açığı düşündük ki, bu təhsil ocağında bəzi korrupsiya faktlarının qarşısı alınar. Ama gözləntimiz nəinki özünü doğrultmadı, Elbrus İsayevin sayəsində NDU-da özbaşınalıqların həm sayında, həm də məzmununda artışlar çoxalmağa başladı. Ən gülünc olanı, bilirsiniz, nə idi? Seymur Talıbovun Beynəlxalq Əlaqələr üzrə prorektor təyin olunması idi.
Bu gün NDU-da baş verən cinayətlərdən söz düşəndə Elbrus İsayev öz tərəfdarlarının diliylə tez yaxasını kənara çəkib “əşi, rektor neyləsin, universitetdə yaşanan bütün neqativliklərin arxasında Seymur Talıbov dayanırdı” deyə şivən qoparırlar. Yəqin zənn edirlər ki, Elbrus müəllim bütün tədbirlərdə, iclaslarda hər zaman xanın oğlu “xanzadə”nin gəlişini böyük intizarla gözləyir, o, təşrif buyurandan sonra tədbiri açıq elan edirdi. Hətta “xan” oğlunun qabağına qaçıb kimi yaltaqcasına az qala iki qat əyilirdi.
Univetsitetdə işləyən və oxuyan hər kəsə bəllidir ki, qabilliyət və digər imtahanlardan, yığılan rüşvətlər bir başa Elbrus İsayevin əli ilə çatdırılırdı Seymur Talıbova. Bu ali təhsil ocağında ən böyük korrupsiya ocağı sayılan İncəsənət fakültəsinə rəhbərliyi öz kirvəsinə də məhz bu məqsədlə həvalə etmişdi. Elbrus müəllimin İncəsənət fakültəsinə təyin etdiyi dekan İsmayılov Caviddir ki, musiqi ilə əlaqəsi belə yoxdur. Cavid İsmayılovun təyinatından sonra fakültədə fakültəlik qalmayıb, tamamilə bazara çevrilib. Çiçəyi burnunda dekan ona verilmiş maksimum toxunulmazlıqlardan istifadə edib dərsə, imtahana belə gəlməyən tələbələrdən semestr ərzində 1500-2000 manat məbləğində pul alıb kirvəsi Elbrusa çatdırmaq işini indi belə davam etdirir. Yeri gəlmişkən, Cavid İsmayılov da az aşın duzu duzu deyil. O da pedoqoji təcrübəyə gəlməyən tələbələrdən eyni qaydada pul qazanırdı. Yəni bu tələbələrdən 1500-2000 manat civarında pul alaraq kirvəsinə fırıldaq gəlib həmin qənimətləri özü basıb yeyir. Müəllimləri məcbur edir ki, imtahanda mən nə qiymət deyirəm onu yazın. Sonra hədə-qorxu gəlib onlardan da külli miqdarda rüşvət yığır. Bir sözlə, bu universitetdə rüşvətxorluğa zəmin yaratmayan elə bir sahə yoxdur ki, Elbrus müəllim ondan yun qırxmasın.
Bütün bunlara baxmayaraq, Elbrus İsayev və komandası özlərini reklam etməyi də yaxşı bacarır. Bu məqsədlə o, əməlli-başlı trol dəstəsi belə yaradıb. Azərbaycan Universitetləri səhifəsində NDU barədə bir paylaşım olan kimi bütün dekanlar tələbə və müəllim kollektivini hərəkətə gətirib tapşırırlar ki, Elbrus müəllimi nəyi var, tərifləsinlər. Bu tərif yarışında çox gülünc və cılız görünürlər. Burdan Elm və Təhsil Nazirindən xahiş edirik təhsildən xəbəri olmuyan rüşvətxorları Naxçıvanın təhsil sistemindən, xüsusilə də NDU-dan uzaqlaşdırsınlar. Təhsildə rüşvətxorluğa son qoyulsun!”
Məktubda həmçinin vurğulanır ki, NDU-da qurulan bu təbliğat piarı şəbəkəsinə görə, Elbrus İsayev müəllimlər arasında “Reklam Elbrus” adıyla tanınır. //ovqat.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neftçalada məmur ÖZBAŞINALIĞI... - Kəndli NƏ ETSİN?


Millitv.az bildirir ki, Nefçala rayonu, Mürsəqulu kənd sakini Səmədov Çingiz Yadigar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Mürsəqulu kəndinin “kolxoz sədri” Səlimov Əlibala Xanəhməd oğlu kəndlilərin torpaq sahələrinə qeyri-qanuni olaraq sahib çıxıb:

“Mən, Səmədov Çingiz Yadigar oğlu, yazaraq bildirirəm ki, illərdir bütün kənd camaatı olaraq müraciət etmədiyimiz orqan qalmayıb. Lakin şikayətlərimizə baxılmır.

Neftçala rayonunda xüsusilə 2 kəndin - Xolqaraqaşlı və Mürsəqulu kəndlərinin problemləri bitmir. 2002-ci ildən 2020-cil ilədək Xolqaraqaşlı Bələdiyyəsinin sədri vəzifəsində işləyən Səlimov Əlibala Xanəhməd oğlunun başımıza açmadığı oyunlar qalmayıb. 215 ədəd məktub, nə qədər teleqram vursaq da, heç bir yerdən cavab yoxdur. Onun qanunsuz əməllərini görmək istəmirlər.

Baş Prokrorluğa da şikayət etmişdik. Baş prokrorluq işi DTX-ya verdi. DTX-da məni və Rahib Usubovui qəbul edib, izahatımızı aldılar. Uzun müddət keçməsinə baxmayaraq, hələ cavab yoxdur.

Əlibala Səlimov 20 ildir qeyri-qanuni mənimsədiyi torpaqları əkib-biçir. O, bütün kəndlilərin torpağını əlindən alıb. 63 hektar torpağın cəmi 9 hektarı oğlu Səlimov Ozal Əlibala oğlunun adınadır. Onu da rüşvətlə keçirdib oğlunun adına. Heyavanlar girməsin deyə torpaq sahələrinə dəmir qapılar düzəltdirmişdi. Lakin 2020-ci il, avqustun 15-də kənd camaatı təngə gəlib qapını sındırdı.

Məmurun torpaqdan gələn qazanca ehtiyacı varsa, savadsız, işsiz-gücsüz kəndlinin yoxdur? Biz haqqımız olan torpağımızı istəyirik. Onun evi, maşını, şəxsi mülkləri bizə maraqlı deyil. Bir müddət keçmədən mənə, Rahib Usubova və Rövşən Abdullayevə qarşı məhkəmədə iş açıldı. Bizi xuliqanlıq maddəsi ilə (121.2.1) cəzalandırdılar.

Bizim yazdığımız şikayətlər, keçirdiyimiz görüşlər əhəmiyyətsiz hesab edilir, amma bunların şikayətinə tez baxılır. Qanunsuzluq hər yerdə var, amma inanın ki, bu qədəri heç yerdə yoxdur. Məmur kəndlilərin torpaq sahələrini mənimsəyir və Azərbaycan Respublikasının dövlət qurumları illərdirb una göz yumurlar”.

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fizuli Məmmədovun Masallıya səfərinin pərdəarxası məqamları… - NAZİRİN NƏZƏRİNƏ...

Cənub meşələrində kütləvi qırıntıları ört-basdır etmək üçün Meşələrin İnkişafi Xidmətinin rəis muavini Fizuli Məmmədov ayın 8-də təcili Masallı rayonuna gedib.

AzToday.az xəbər verir ki, bu günlərdə Polisin 1 yük maşınında 20 kub metr işlik materialı saxlamasından dərhal sonra Fizuli Məmmədovun Masallıya getməsi əsaslı şübhələrə səbəb olub.

Belə ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi Polisin saxladığı işlik matetialların güya Zaqatala meşələrindən gətirilməsi ilə bağlı şayiə buraxıb. Rayon sakinləri isə bildirir ki, işlik materiallar Qəriblər Meşəbəyliyinin ərazisindən gətirilibmiş.

Bu arada qeyd edək ki, Fizuli Məmmədovun Masallıya səfəri meşə gözətçilərinə baha başa oturub. Meşələrin qırılmasında adı hallanan gözətçilər Bakıdan gələn “ali qonaq” üçün pul, hind quşu, bal və s. tədarükləri görməli olublar…

Cənub meşələrində qırıntılar isə kütləvi xarakter alıb. İddiallara görə, Meşələrin İnkişafı Xidmətinin rəhbərliyi yaxın aylarda vəzifəsindən uzaqlaşdırılacağını bildiyindən qısa müddətdə merkantil maraqlarını yüksək səviyyədə təmin etmək istəyir… //AzToday.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mirzə Əliyev vəzifəsindən azad olundu


Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev tutduğu vəzifədən azad olunub.

Kənd Təsərrüfatı Nazirliyindən “Qafqazinfo”ya xəbəri təsdiqləyiblər.

Bildirilib ki, hələ ki, Agentliyin sədri vəzifəsinə yeni təyinat yoxdur.

Qeyd edək ki, bu barədə ilk xəbəri Demokrat.az saytı yayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun deputat mandatı ləğv edilir? - Ali Məclis təcili toplanır


Bu gün saat 11:00-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçiriləcək.

DİA.AZ bildirir ki, Naxçıvan MR Ali Məclisinin deputatlarından birinin Manset.az-a verdiyi açıqlamaya görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Vasif Talıbovun və oğlunun deputat səlahiyyətinə xitam verilməsi məsələsi gündəlikdə deyil.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi
3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fuad Nəcəfli gələr-gəlməz BAHALAŞMA GƏTİRDİ... - Sakinlərdən ETİRAZ


Naxçıvanda Rusiya istehsalı olan spirti içkilərin qiyməti kəskin bahalşıb. Məsələn, bir neçə gün öncə 13 manata satılan "Stoliçnaya" arağı indi 19 manat 50 qəpik olub. Bu haqda "Gündəlik Naxçıvan"a yerli sakinlər məlumat verib. Naxçıvan şəhər sakini deyir ki, Rusiya istehsalı olan digər araqlar da eyni qaydada bahalaşıb:
"Naxçıvanda Rusiya arağı həmişə Bakıdan ucuz olub. Çeşidindən və tutumundan asılı olaraq, bu marka aralar Bakıya nisbətən 5, bəzən isə 10 manat ucuz satılırdı. Məsələn yarım litrlik “Nemiroff” arağı Naxçıvanda 12 manata satılanda Bakıda 18 manat olub. İndi həmin araq 20 manata satılır".
Naxçıvanda spirtli içkilərin satışı ilə məşğul olan Kərim Quliyev deyir ki, bahalanmaya səbəb, topdan satış qiymətlərinin qalxması olub. O deyir ki, məqsəd, Bakı istehsalı olan məhsulların yaxşı satışını təmin etməkdir:
“Talıbovların vaxtında Naxçıvana Bakı istehsalı olan araqlar buraxılmırdı. Yalnız, yerli və Rusiya istehsalı olan spirtli içkilər satılırdı. Hakimiyyət dəyişən kimi Bakı araqlarını Naxçıvana daşıdılar. Rusiya araqlarının qiymətini qaldırdılar ki, gətirdikləri Bakı arağı yaxşı satılsın. İndi Rusiya arağı bahalanıb deyə, hamı Bakı arağı alır".
Məlumata görə, Naxçıvandakı spirtli içki istehsal edən zavodların bağlanılması gözlənilir.

"Gündəlik Naxçıvan"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alı Qocayevin kəsdiyi başa SORĞU YOXDUR... - "İcra başçısının sifarişi ilə..."

09.01.2023-cü il tarixində "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramının bu ilə olan ilk qonağı Samux rayon Sərkar kənd lllsakini Anar Mammadov oldu.

Anar Məmmədov yolların qarlı, buzlu olmasına baxmayaraq canlı yayımda İcra Hakimiyyəti başçısı Alı Qocayevin onu səbəbsiz 8 günlük həbs etmək istədiyini və canlı efirdə ölkə başçısına müraciət etmək istədiyini bildirdi.

Onun iddiasına görə, İcra Hakimiyyətinin başçısı Alı Qocayev onu sifarişlə 8 günlük həbs etdirib.

Qeyd edək ki, Anar Məmmədov ötən ilin sonuncu ayında da "DogruXeber.az" redaksiyasına müraciət edərək, Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifovun onu döydüyündən, ona torpaq vermək üçün rüşvət istədiyindən gileylənirdi.


Xatırlatdınızsa, Şəmistan Yusifov isə mövqe öyrənmək üçün zəng etdiyimizdə özünü müavin kimi təqdim etməklə bizi aldatmağa cəhd etmişdi. Elə bu davranışı ilə Anar Məmmədovun iddialarını təsdiq etmiş oldu.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Babək rayonunun bu məşhur kəndini KİMLƏR BOŞALTDIRIR? - NARAZILIQ VAR!


Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti sessiyasının keçiriləcəyi gözlənilir. Hurriyyet.az xəbər verir ki, bu toplantıda 2022-ci ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə ediləcək.

Naxçıvanın Babək rayonu Cəhri kənd sakinlərinin Ali Məclisin sessiyasından bir sıra gözləntiləri var. Bu barədə onlar tərəfindən redaksiyamıza daxil olan məlumatda bildirilir:

“Görəsən, bu sessiyada 400 hektardan çox özəl pay torpağı olan, 11 min nəfər əhalini özündə birləşdirən “Kərbala düzü”ndə - Cəhri qəsəbəsində susuz qalan İmam övladlarının su probleminə baxılacaqmı?”

Sakinlər deyir ki, uzun zamandır içməli suya həsrət qalıblar: “Aylardır dəstəmaz almağa da su tapmırıq. Küçələrdə su axtaran insanların harayına səs verən olacaqmı? İndi də camaatı rahatlatmaq üçün kəndə gələn boş boru xəttini göstərib, “darıxmayın, iş gedir, su məsələsi həll olunacaq”, - deyə insanları aldadırlar. Görəsən, necə həll olunacaq? Su təminatı yoxdursa, boş borulara su hardan gələcək? Bunların, əhaliyə bir cavabı var – Allahdan!

Deyəsən, Allah-təala kəndimizin xeyriyyəçi sakinlərini höķumətdən çox istəyir. Onlar istədikləri yerdən su çıxara bilir, əhalini az da olsa içməli su ilə təmin edirlər. Hökumət isə, hər ay üçün əhalidən yığılan 5-6 min manat su pulu hesabına arteziyan quyusu vura bilmir. Belə sula ortaya çıxır: görəsən, bu illər ərzində əhalidən yığılan pullar hansı hesaba, hara keçirilib? Belə qənaətə gəlmək olar ki, bu qurumların əhalini kənddən köçürmək fikri var”.

Cəhri sakinlər deyir ki, içməli su problem ilə yanaşı, illərdir torpaq sahələrini də suvara bilmirlər: “1996-97-ci illərdə Cəhri kəndinə həyətyanı torpaq sahələrini suvarmaq üçün aşağı kanaldan nasoslar vasitəsilə yeni xətt çəkildi. 2008-ci ildən ilin 10-15 gününu kəndin həyətyanı sahələrini suvarmaq üçün istifadə edilirdi. Nəhayət, 2022-ci ildə Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin Babək rayon rəhbərliyinin özbaşınalığı nəticəsində həmin su xətləri doğranaraq, kəndə içməli su çəkmək adı ilə daşındı. Beləliklə, kənd ərazisi suvarma suyundan da məhrum edildi”.

Sakinlər haqlı olaraq sual edirlər ki, Cəhriyə içməli su çəkmək üçün dövlətin maliyyə vəsaiti yox idi ki, kəndin suvarma xətlərini doğradılar?

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. //Hurriyyet.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO