[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda beşmərtəbəli binada yanğın olub


Bakıda beşmərtəbəli binada yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan mənzilin bir otağında qapı və qismən ev əşyaları 8 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ayaz Quliyev: “Azərbaycan millisində oynaya bilərəm”


“Azərbaycan millisində oynaya bilərəm”.

Bunu Rusiyanın “Ximki” klubunun futbolçusu Ayaz Quliyev "RB Sport"a müsahibəsində deyib.

27 yaşlı yarımmüdafiəçi bildirib ki, bunun üçün sadəcə, anlaşmaq və yığmada çıxış edəcəyinə dair razılıq vermək lazımdır: “Gələcəkdə Rusiya yığmasında yox, bu məhz bu komandada oynayacağımı istisna etmirəm. Amma indi bu barədə 100% əminliklə danışmaq mümkün deyil. Çünki özüm də dəqiq bilmirəm. Keçidimi birbaşa təfərrüatı ilə müzakirə etməyiblər, mənimlə şəxsən görüşməyiblər”.

O, Azərbaycan millisinin formasını geyinməkdə heç vaxt imtina etmədiyini söyləyib: “Bu fikir daim beynimdədir. İlk dəfə Rusiya Premyer Liqasında oynamağa başlayanda mənə Azərbaycan millisində oynamaq təklif edilmişdi. Amma həmin vaxt çempionatda limit var idi və legioner sayılacaqdım. Bu, məni narahat edirdi. İndi isə qaydalar fərqlidir, asanlaşıb. Ona görə də hər şey ola bilər”.

Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taliban şəhzadə Harrini mühakimə etməyə çağırdı


Taliban daxili işlər nazirinin müşaviri vəzifəsini icra edən Ənəs Haqqani Britaniya şahzadəsi Harrinin hərbi xidməti zamanı əfqanları öldürdüyünü etiraf etməsinə sərt reaksiya verib.

Bu barədə 9News telekanalı məlumat yayıb .

"Cənab Harri! Öldürdükləriniz şahmat fiqurları deyil, insanlar idi; Onların geri dönmələrini gözləyən ailələri var idi”, - deyə Haqqani bildirib.

Eyni zamanda, Talibanın nümayəndəsi qeyd edib ki, “əfqanların qatilləri arasında çoxlarının vicdanlarını açıb müharibə cinayətlərini etiraf etmək ləyaqəti yoxdur”.

Daha əvvəl məlumat verilmişdi ki, şahzadə Harri Əfqanıstanda hərbi xidmətdə olarkən 25 nəfəri öldürdüyünü etiraf edib. Bu barədə o, buraxılışı yanvarın 10-na planlaşdırılan “Ehtiyat” xatirələr kitabında yazıb.

Britaniya şahzadəsi on il orduda olub. O, Əfqanıstanda iki il müddət xidmət edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
1000 nəfərə yaxın işçi və tələbə diplomsuz qalıb – TALIBOV TİBB KOLLECİNİ NİYƏ BAĞLAYIB?..


Naxçıvan şəhər sakini Əliyeva Xanım Eldar qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Naxçıvandakı Tibb Kollecinin haqsızlıq nəticəsində bağlanmasından və ordakı 1000 nəfərə yaxın işçinin və tələbənin diplomsuz qalmasından şikayətçidir.

“Mən, Əliyeva Xanım Eldar qızı, 1993-cü ildə R.Budaqov adına Naxçıvan "Tekis" Tibb Kollecinin Tibb bacısı şöbəsinə daxil olmuşam və 1995-ci ildə həmin kursu bitirmişəm.

1995-ci ildə Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinin Reanimasiya şöbəsində tibb bacısı olaraq işə başlamışam. Həmin ildə də şöbənin baş tibb bacısı vəzifəsində işləmişəm.

2003-cü ildə ali dərəcəli tibb bacısı adını almışam. 2008-ci ildə səbəbsiz yerə işdən çıxarılmışam. Diplomuma da “qara pecat” vurdular.

İşdən çıxarılma səbəbim Vasif Talibovun Tibb Kollecinin müdiri Nərman müəllimlə aralarında olan şəxsi problem olub. Bu səbəblə bağlı Vasif Talibov kolleci bağlatdırdı və həmin kolleci bitirən 1000 nəfərə yaxın isçini işdən çıxartdı. Mənim kimi bir çox işçinin başına bu oyunu açdılar. Qorxumuzdan səssiz qalmışdıq.

Xahiş edirəm bu məsələni işıqlandırın, bəlkə “qara peçatlı” diplomların üzünə “gün çıxa””.

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağsu məmurları Qarabağ Qazisinə qarşı... - NARAZILIQ VAR!


Bütün bölgələrdə olduğu kimi , Ağsuda da illərdir məmur özbaşınalığı hökm sürür. Pandemiya dövründə bu özbaşınalıq hökmranlığı hökmünü, gücünü vətəndaşların sosial -iqtisadi durumunu daha da ağırlaşdırmaqda, insanların sosial müdafiəsinin təmin edilməməsində tam çılpaqlığı ilə göstərdi. Başına gələn başmaqçı olar, deyib dədə -babalarımız. Bu sətirlərin yazarı da covid -19 pandemiyasının yaratdığı məhdudluqdan ziyan çəkib . Ağsu rayonunun Pirhəsənli kəndində dədə - baba ocağında saxladığım beş arı ailəsi baxımsızlıq ucbatından nəinki bal verdi, əksinə, varlığını da saxlaya bilməyib tələf oldu. Ali dövlət hakimiyyəti orqanlarına müraciətlərimiz aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə (KTN) göndərilib , oradan axtında müraciət edilsəydi, hərəkət azadlığımızı bərpa edərək arıların məhvinin qarşısını ala biləcəyi vurğulanıb. KTN, Ağsu RİH kənd təsərrüfatı idarəsi subsidiya ayırmağa, necə deyərlər, zəlzələdən - vəlvələdən olmasından asılı olmayaraq tələf olan arılara görə kompensasiya ödəməyə borcludur .
Zəlzələdən söz düşmüşkən , 10 il qabaq baş verən fövqəladə hal - sel nəticəsində çiy kərpicdən olan evə dəyən ziyanın ödənilməsini də Ağsu RİH -in fövqəladə hallar üzrə komissiyası təmin etmədi. Sözügedən komissiya çoxsaylı müraciətlərdən sonra baxış keçirmədən evə ziyan dəymədiyini bildirdi. Təkcə döşəmənin çürüntülərinin “sərgilənməsi” ən azı 3 min manatlıq ziyanın dəydiyini ortaya qoyanda isə Ağsu RİH korrupsiya xarakterli saxtalığa əl atdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN ) Milli Hidrometeorologiya Xidməti ilə mütəşəkkil anlaşma sonucunda RİH “daşdan keçən” arayış təqdim etdi ki, son beş ildə Ağsu rayonunda heç bir fövqəladə təbiət hadisəsi baş verməyib! (?) Özbaşınalığı təsəvvür edin, vətəndaşa dəyən ziyanı ödəməməkdən ötrü dövlət qurumları qeydə alınan fövqəladə halı saxta arayışla yalanlayırlar ! (?) Ziyanın ödənilməməsi bir yana, evə dirəklərlə çəkilən telefon xətti də qırıldığından rabitəsiz qalan Qarabağ qazisinin telefon xəttinin və bağlantının bərpası barədə müraciətləri də on ilə yaxındır sonuc verməyib. Kəndin yeganə zabit Qarabağ əlilinin qanunla pulsuz çəkilməli olan, lakin təbii inhisarçı xidmət qurumunun 40 manat qarşılığında zorakı xidməti ilə 2008-ci ildə çəkdirdiyi telefon xəttinin bərpasından imtina edilib. Ali dövlət hakimiyyəti , hüquq-mühafizə orqanlarına edilən şikayətlərə cavab olaraq guya abonentin 39, 17 manat abunə borcunun olmasına görə telefonunun kəsildiyi bildirilərək rabitənin bərpasından imtina edilib. Aylıq 2 manatlıq abunə haqqı ilə 39,17 manat abunə borcunun, borca görə telefon kabelinin dirəkdən qırılıb atılması absurdluğuna da baxılmayıb. Əlacsız qalan istehlakçı Ağsu rayon məhkəməsinə ötən ilin aprelində iddia ərizəsi ilə müraciət edib. Lakin məhkəmə artıq 2-ci ildir heç bir hərəkət etmədiyindən, iddiaçı bu yol məhkəmənin işə baxmamasından ali dövlət hakimiyyəti orqanlarının başçılarına şikayət edib. İki gün öncə “Aztelekom”un baş direktor müavini Zaman Verdiyev 12.08.2021-ci il tarixli məktubla bildirib ki, “dedığım dedığdır”. Başqa sözlə, istehlakçı qazinin 13 manat abunə və 26, 17 manatlıq danışıq borcu yarandığından 10.07.2020-ci ildə 56343 telefon nömrəsi başqa şəxsə satılıb . Özbaşınalığa baxın, cavabdeh telekom məhkəmə ilə qeyri-prosessual münasibətə girərək, işə baxılmasına qadağa qoydurub və iddiaçının tələb etdiyi halalca nömrəsini başqasına satıb! (?) İndi isə “Aztelekom” MMC 9 il qabaq kəsilən telefonun borca görə kəsildiyini əsaslı sayır. Bu boyda telekom anlamaq istəmir ki, aylıq 2 manat hesabı ilə 13 manatlıq abunə borcu yarana bilməz. Biz hələ 26,17 manatlıq danışıq borcunun haradan qaynaqlandığını demirik! Bəyəm, “Aztelekom” bilmir hansı nömrə ilə, hansı ölkə, şəhərlə danışılıb? Ən başlıcası, borca görə, telefon kabelinin, xəttinin qırılıb atılması harada yazılıb? Ağsu məmurlarının Qarabağ qazisinə qarşı özbaşınalığına baxın : 22 il istifadə etdiyi torpağı icra başçısı ələ keçirib, məhv olan mal – mülkünə, evinə dəyən ziyanın ödənilməsi əvəzinə, telefon xidmətindən də məhrum edilib. Vətəndaşa belə “özbaşınalıq xidməti” ilə məmur ordusu yalnız öz başının və öz cibinin qayğısına qala bilər. Özü də dövlət büdcəsinin, dövlət fondlarının yardımı ilə. Yardıma ehtiyacı olanlar isə nə icra hakimiyyətindən yarıyır, nə deputatından , nə də məhkəməsindən.

Məğrur Bədəlsoy
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəşad Nəbiyev Tovuzda vətəndaşları qəbul edəcək


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 12 yanvar 2023-cü il tarixində saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzi (ünvan: Tovuz şəhəri, M.Əzizbəyov küçəsi 1) Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda yanvar ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 11 yanvar 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə ər arvadını qətlə yetirildi - YENİLƏNİB


Yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.

Aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.


Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

***

Kürdəmirdə 28 yaşlı qadın qətlə yetirilib, onun əri şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kontakt Home” xarab, işlənmiş telefonlar satır? - GİLEY


Naxçıvan şəhər sakini Süleymanov İsa Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Kontakt Home” mağazalar şəbəkəsi ona xarab telefon satıb, geri qaytarmır:

“Mən, Süleymanov İsa Hüseyn oğlu, 10.05.2020- ci ildə “Kontakt Home” şirkətindən “Redmi 8” markalı telefon almışdım. Bir müddət keçdikdən sonra telefon xarab oldu. Zəmanət vaxtının bitməsinə bir neçə ay var idi. Telefonu servisə apardım, eyni vəziyyətdə geri qaytardılar. Bir neçə dəfə eyni problem üstündə yenidən servisə müraciət etdim. Hər dəfə eyni vəziyyətlə rastlaşdım.

“Kontakt Home” şirkətində, “problemlər şöbəsi”ndə Rəşad müəllimin qəbuluna girdim. O, mənə dedi ki, telefonun pulunu, yəni kreditini ödəməlisiz, ancaq 180 AZN keçə bilərik.

Bu telefon xarabdırsa, mən bu pulu niyə ödəməliyəm? Şirkət məni məhkəməyə verib, xəbərim olmadan hakim qarşı tərəfin xeyrinə qərar qəbul edib. Mənim xəbərim olmadan məhkəmə necə keçirilir? Dekabrın 4-də mənə bildiriş göndəriblər ki, borcunuzu hissə-hissə ödəyin.

Dəfələrlə “Kontakt Home” şirkətinə gedib deyirəm ki, telefon xarabdı, ya bunu dəyişin, ya da qaytarın. Bunlar insanları aldadıb zəmanət talonu veriblər, amma xarab, işlənmiş mallarına sahib çıxmırlar. Satdıqları xarab, işlənmiş telefona görə mənim əmək haqqımdan kredit borcum ödəniləcək. Həm telefonsuz qaldım, həm də pulum arada getdi. Mən dərdimi kimə deyim?

Çox xahiş edirəm bu məsələnin işıqlandırılması üçün mənə köməklik edəsiniz”.

“Kontakt Home” mağazalar şəbəkəsinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı.

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Hurriyyet.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Onkologiya Mərkəzində KT Aparatı aylardır işləmir - SƏBƏBİNİ BAŞ HƏKİM AÇIQLAYIR


Ötən ilin noyabrından bu günə qədər Azərbaycanın əsas onkoloji mərkəzlərindən biri olan Milli Onkologiya Mərkəzində Kompüter Tomoqrafiya (KT) Aparatı işləmir.
Qeyd edək ki, bununla bağlı hələ bir neçə ay əvvəl Gununsesi.info olaraq xəbər yaymışdıq.
Vətəndaşlardan birinin şikayəti əsasında yazılmış xəbərdə bildirilirdi ki, mərkəzin digər korpuslarında bu aparatla pullu xidmət göstərilir.

Bu gün isə Gununsesi.info-nun əməkdaşı adıçəkilən mərkəzdə olub.
Məlum olub ki, noyabrdan bu günə qədər KT aparatı çalışmır.

Məsələ ilə bağlı baş həkim Azad Kərimli saytımıza açıqlama verib.

Baş həkim bildirib ki, KT Aparatının çalışmamasına səbəb onun fasiləsiz işləməsi olub:

“Belə ki, qaydalara əsasən aparat bir gündə 9 xəstəni müayinə etməyə icazə verir. Ancaq bizdə bu rəqəm 25 nəfərə qədər yüksəlir. Fasiləsiz çalışdığına görə də aparat xarab olub. Bunun məsuliyyətini mən daşımıram. Dövlət aparat verərsə, işimiz yüngülləşər. Hazırda digər bir aparatımız var o da növbəlilik əsasında xəstələri müayinə edir”. //Gununsesi.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aygün Kazımovanın dostu ölkədən pul çıxarıb? - Fadal Bazzinin şirkəti məhkəmə qarşısında


Azərbaycanda yaşayan məşhur livanlı iş adamı Fadal Bazziyə məxsus "F.M.D.I AZERBAIJAN” MMC barəsində inzibati iş başlanıb.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir.

İş Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin icraatındadır.

Bəzi iddialara görə, əslində MMC barəsində bu maddə ilə inzibati iş başlanması Fadal Bazzinin şirkəti vasitəsilə ölkədən külli miqdarda valyuta çıxarması ilə bağlıdır.

Fadal Bazzi 1995-ci ildən Azərbaycanda yaşayır. Lakin "F.M.D.I AZERBAIJAN” MMC 29 vaqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir.

Fadal Bazzi həm də "Creme 21” firmasının sahibidir. Bu firma kosmetik məhsullarının satışı ilə məşğuldur. Bir neçə il əvvəl "Creme 21” istifadə müddəti bitmiş məhsulların satışı ilə gündəmə gəlmişdi. Yerli mediada bu barədə dərc edilən materiallarda bildirilirdi ki, vatxı keçmiş məhsullar bayram paketi formasında supermarketlərdə satışa çıxarılıb. Alıcılar "bayram paketi”ni aldıqdan sonra onun içindəki bəzi məhsulların son istifadə müddətlərinin qedy olunmadığını görüblər.

Fadal Bazzi şou-biznes aləmində də tanınır. O, xalq artisti Aygün Kazımovanın dostudur. Xalq artisitinin verilişlərinə sponsorluq edib.

Fadal Bazzinin qardaşı Abdul Bazzi də Azərbaycanda yaşayır. O. 2003-cü ildən bura köçüb.

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU