[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
40 ildə yaradılan 4 ilə dağıdılıb - Kardiologiya İnstitutu Rentgensiz qalıb


Bu o deməkdir ki, Gülnaz Dadaşova Elmli-Tədqiqat İnstitutunu hansısa ucqar dağ kəndindəki “medpunkt”a çevirib.

Azərbayda Respublikasında bir neçə vacib sahə var ki, onlardan biri təhsil, diğəri də səhiyyədir. Uzun illərdir hər iki sahənin abıra salınması üçün layihələrə milyonlar xərclənsə də, daha müasir yeni sistemlər yaradılsa da ciddi nəticə hasil olmur.

Ümumi anlayışda sözügedən sistemlərdə baş verən yeniliklər biri-birini sözün əsl mənasında udur. Müstəqil sahə ekspertləri qalaqlanmış problemlərin həllini bu sistemlərin yenidən qurulmasında görür.

Eyni zamanda hökümət yeni sistemlər yaradaraq, köhnə problemlərin həllini yeni naşı məmurlara tapşırır. Məhz bunun nəticəsidir ki, yenilər oturuşmuş köhnə sistemə, qurulmuş korrupsiya modelinə qalib gələ bilmir.

Səhiyyə sisteminin formalaşdırılması üçün yaradılan TƏBİB adlı qurumun qalanlqanmış problemlərin, dərin korrupsiyaya bulaşmış bu sahə məmurlarının əlində oyuncağa çevrilməsini hər birimiz gördük. Nəticə olaraq TƏBİB rəhbəri gənc Ramin Bayramlı davam gətirə bilməyib istefa verdi.

Ardınca Teymur Musayev adlı şəxs nazir təyin edildi və bir neçə il əvvəl nazirlikdən ayrılaraq TƏBİB-ə verilmiş strukturlar yenidən nazirliyə qaytarılır. Bu o deməkdir ki, TƏBİB tapşırıqların öhdəsindən gələ bilmədi.

Bu gün səhiyyə sisteminun yaxşı mənada nəzarətə götürülməsi, hələlik əsas müsbət göstəricilər sayıla bilər.

Nazir Teymur Musayevin TƏBİB-ə verilmiş qurumların yenidən səhiyyə nazirliyinə qaytarması cəhdlərini, İnstitut direktorlarının ardıcıl olaraq dəyişdirilməsinin şahidi oluruq. Bu dəyişikliklərin müsbət və ya mənvi nəticələrini gələcəkdə görəcəyik. Hələliksə kadrlar dəyişdirilir, yeni sistem qurulması üçün cəhdlər edilir.

Əsas vəzifələrdən biri də budur ki, Elmi Mərkəzlərdə, İnstitutlarda sahə üzrə daha peşəkar mütəxəsisslər, əsl alimlər, əsl professorlar rəhbər vəzifələrə gətirilsin və köçmüş sistem işləh hala salınsın.

Amma unudulanlar var, daha ciddi qurumlarda daha böyük problemləri olan şəxslər hələ də bu vəzifələri bölüşürlər. Təbii ki, bu şəxslərin bu sahələrdəki fəaliyyətinin qiymətləndirilməsi həkimlərin və xəstlərin rəyi ilə nəzərə alınır. Bu hal texniki sahələrdən daha çox elmi naliyyətlərə söykənməlidir. Təbii ki, xəstəxana təmiz olmalıdır, xəstəxanalarda dərman olmalıdır, çarpayı olmalıdır və savadlı, təcrübəli həkim olmalıdır.

Səhiyyə sisteminin daha vacib hissəsi olan elmi araşdırmaların aparılması, müasir xəstəkliklərin öyrənilməsi və onlarla mübarizədə əsas rolu oynayan Elmi İnstitutların fəaliyyəti isə xüsusilə nəzarətə götürülməlidir. Bu elm ocaqlarının fəaliyyətinin səmərəliliyinin qaldırılması üçün yalnız peşəkarlardan istifadə edilməlidir.

Bu gün Azərbaycanda səhiyyə sisteminin məlum vəziyyəti, adi dərmanların xarici ölkələrdən gətirilməsi, adi bir xəstəliyin diaqnozu üçün xarici ölkə mütəxəsisslərinə müraciət hər birimizi narahat edir. Lakin bu o demək deyil ki, ölkəmizdə yaxşı mütəxəsiss, alim yoxdur.

Bu o deməkdir ki, Elmi Təhqiqat İnstitutlarının naşı rəhbərləri elmi araşdırma işlərləri ilə hansısa Poliklinika fəaliyyətini ayırd edə bilmir. Bu direktorların fəaliyyəti daha çox hansısa kənddə “medpunkt” üçün yararlıdır. Elm ocağının, səhiyyədə daha böyük araşdırma naliyyətlərinin həyata keçirilməsi üçün belə İnstitutların rəhbərləri alimlərdən ibarət olmalıdır və onlara ən böyük texniki, maddi, mənəvi və psixoloji imkanlar yaradılmalıdır.

Reallıqda isə elm ocaqlarının, İnstitutların rəhbərləri öz kreslolarını qorumaq üçün səhiyyə mafiyasının hansısa qanadına yarınaraq vaxt qazanır.

Bu günlərdə daxil olan məlumat sözün əsl mənasında şokedicidir.

Sən demə Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda Rentgen aparatı yoxdur... Təsəvvürə gələ bilməyəcək bir hal – elm ocağında Rentgen aparatı yoxdur.

Bildiyimiz kimi, bütün dünya hələ də koronavirus pandemiyası ilə mübarizə aparır. Bu xəstəliyin müayinəsi üçün ən vacib avadanlıq Rentgen aparatıdır. Üstəlik ürək qüsurulu insanlarda yaranan tənginəfəslik ilk olaraq koronavirus əlamətlərinin oxşarıdır. Odur ki, bu xəstəxanaya müraciət edən xəstə ilk növbədə Rentgen müayinəsindən keçməlidir ki, o da yoxdur.

Hörmətli, Səhiyyə naziri Teymur Musayev - Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda rentgen aparatı yoxdur... Bu o deməkdir ki, bura Elmli-Tədqiqat İnstitutu deyil, hansısa ucqar dağ kəndində “medpunkt”dur.

Google sistemində Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutu yazılsa görərsiz ki, uzun illərdir bu elm, səhiyyə, elmi araşdırmalar ocağı ilə bağlı nələr yazılıb. Bu elm ocağının direktoru Gülnaz Dadaşovanın adı hansı əməllərdə hallanıb... Hər birinə də gənc direktor Gülnaz Dadaşovanın özünəməxsus açıqlaması ya olub, ya da olmayıb.

Oxuyuruq ki, məqalələrdən sonra direktor Gülnaz xanım Elmli-Tədqiqat Kardiologiya İnstitutunda məlum problemləri həll etmək əvəzinə “agent”i axtarır ki, cəzalandırsın. Elmli-Tədqiqat Kardiologiya İnstitutu “agent» axtarmaq yeri olmamalıdır, elmi araşdırmaların aparılması, alimlərin savad və təcrübələrindən istifadə edilərək yeni-yeni müalicə üsullarının tapılması üçün bir elm ocağı olmalıdır ki, deyil.

Bir də Elmli-Tədqiqat Kardiologiya İnstitutu necə elmi araşdırma yeri olsun ki, bu ocaqda adi Rentgen aparatı yoxdur.

Yəqin ki, həkimlər, elm adamları, səhiyyə sistemini dərindən bilənlər, professorlar bilər ki, adında Elmli-Tədqiqat sözü olan İnstitutda Rentgen aparatının olmaması nə deməkdir. Qısa araşdırmalarımız zamanı bəlli oldu ki, Elmli-Tədqiqat Kardiologiya İnstitutunda Rentgen aparatı olub. Amma sabiq nazir Şirəliyevin kadrı, daha sonra TƏBİB şefinə yol tapıb kreslosunu qoruyan Gülnaz Dadaşova direktor təyin edildikdən sonra aparat “buxarlanıb”. Daha doğrusu, baxımsızlıq üzündən yararsız vəziyyətə düşüb.

Qısa arayış!

Dünyanın bütün ölkələrində Rentgen aparatları xəstəxananın insanlardan kənar olan yerlərində, divarları xüsusi qurğuşun tozu ilə izoləedilmiş otaqlarda quraşdırılır. Xüsusi təsiredici şua təbəqəsinə malik olan Rentgen aparatlarının olduğu otaqlar xüsusi qapılarla bağlanır.

Nəticə olaraq Gülnaz Dadaşova rentgen aparatını təmir etdirmək əvəzinə İnstitutdan çıxartdırıb. Bunlar azmış kimi, rentgen aparatının olduğu otağı da adi həkim ambulator otağına çevirib. Bir neçə həkim öz vəsaitləri hesabına bu otağı təmir etdirərək iş otağı edib.

Bir sözlə Elmli-Tədqiqat Kardiologiya İnstitutu Gülnaz Dadaşovanın səyi nəticəsində Rentgensiz qalıb. Ən ağır xəstələr belə Rentgendən keçməsi üçün 5 saylı Xəstəxanaya göndərilib ki, orda da növbə yaranıb və xəstələr daha da çətin vəziyyətə düşüblər.

Daha sonra direktor xanım “Modul” xəstəxanada istifadə olunan portativ Rentgen aparatını gətizdirərək 2-ci mərtəbədə sanitary normalara uygun gəlməyən, rentgen şüasından qorunmayan adi Exokardioqrafiya otağında yerləşdirib.

Bir müddət sonra həkimlər şöbədə yerləşdirilən Rentgen aparatının təhlükəli olduğunu, şüalanma əleyhinə heç bir tədbir görülmədiyindən narazılıq ediblər. Uzun müzakirələrdən sonra bu aparat da şöbədən yığışdırılıb. Bir sözlə, hazırda bu yekəlikdə Elmli-Tədqiqat Kardiologiya İnstitutu Rentgen aparatsız qalıb. Elə isə maraqlıdır, əgər İnstitutda Rentgen aparatı yoxdursa, bəs dövlətdən əmək haqqı alan, uzun illər bu sadəhə çalışan rentgenoloq hansı işi görür?

İnstitutdan aldığımız məlumata görə, xəstəxananın Rentgenoloqu Lalə Fərəcova adlı xanımdır. Bu xanım səhər işə vaxtında gəlir, axşam da vaxtında gedir. Amma rentgen aparatı olmadığı üçün heç bir iş görmür. Həkimlər rentgenoloq xanımı təcrübəli və işinə sədaqətlə yanaşan biri kimi xarakterizə edirlər. Təəssüflər olsun ki, Gülnaz Dadaşovanın rəhbərlik etdiyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Rentgen aparatı olmadığı üçün rentgenoloq da işsiz qalıb.

Daha bir araşdırılmalı məqam ondan ibarətdir ki, İcbari Tibbi Sığortanın fəaliyyəti bu İnstitutda özünəməxsus şəkildə həyata keçirilir. Bu barədə daha ətraflı araşdırma yazımızda söhbət açacağıq.

Səhiyyə naziri Teymur Musayevin diqqətinə daha bir məqamı da xatırladaq ki, vəziyyətdən tam agah olsun.

Elmli-Tədqiqat Kardiologiya İnstitutunda həkim və alimlərin köçü davam edir. Alimlər, professorlar, elmi işçilər əsasən xəstəxanadakı bezdirici vəziyyətdən baş götürüb gedirlər. Bu gedişlə orada bir Gülnaz xanım Dadaşova qalacaq bir də yaxın dostları – Kadrlar Şöbəsinin müdürü Fatma Alxasova, və 2-ci kardiologiya şöbəsinin müdürü Nailə Fərəcova…

Hələlik son olaraq bildirək ki, hazırda İnstitutdakı struktur quruluşu nəinki dünya standartlarına, hətta geridə qalmış 3-cu dövlətlərdəki kliniki xəstəxanaların strukturuna uyğun deyil. Biz sözlə 40 ildə yaradılan 4 ıl ərzində dağıdılıb... (Bizimxeber.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmlakları əlindən alınan sahibkar: 400-dən artıq adama iş vermişdim


"Xətai metrostansiyasının yanında olan Xocalı abidəsini mən tikdirmişəm. Bunu prezident də yaxşı bilir, hər kəs yaxşı bilir"

Sabirabad rayonu Qaragüney kənd sakini Əvəzsiz Quran kooperativinin sədri Vidadi Abdullayev əmlaklarının əlindən aldındığını deyir.

Onun sözlərinə görə, 1999-cu ildə torpaq islahatı zamanı kooperativin ərazisində islahat aparan Sabirabad rayon Aqrar İslahat Komisiyasının sədr müavini Heydar Yaqubov Vidadi Abdullayevə 50 illiyə icarəyə verilən 20 ha torpaq sahəsini 50 nəfərdən artıq məcburi köçkünə örüş yeri məqsədilə istifadəyə verib.

Vidadı Abdullayev 1990-2003-cü ilə kimi statistika idarəsinə vaxtaşırı hesabat verdiyini, Şirvan 5 saylı Vergilər İdarəsinə vergi ödədiyini deyir.

“1999-cu ildə 5 ha torpağım əlimdən alındı. Hansıki, bu torpağın üzərində mənim zavodlarım, fabriklərim, peyvənd meyvə ağaclarım, balıqçılıq portlarım vardı. Mütəmadi olaraq 5 saylı Şirvan Vergi İdarəsinə əmlaklarımla bağlı hesabat vermişəm. Vəli Əliyev başda olmaqla hazırkı Kənd Təsərrüfatı idarəsinin rəisi Heydər Yaqubov öz ərazilərimi mənə satmaq məqsədilə 100 min manat pul istədilər”.

Şikayətçi Dövlət Torpaq Komitəsi, rayon İslahat Komissiyası, Torpaq Şöbəsi, Kənd Bələdiyyə Şurası, icra nümayəndəsi də daxil olmaqla 7 qurumun birgə akt imzaladığını, Vidadi Abdullayevə aid tikinti ərazisinin altında olduğu torpaqların əlindən aldındğını bildirir:

“Cinayətlərin başında duran İslahat Komissiyasının sədri Heydər Yaqubov, Vəli Əliyev, kənd icra nümayəndəsi, bələdiyyə sədri də daxil olmaqla 7 nəfərin adından akt bağlandı, ərazidə araşdırma aparılaraq rəsmiləşdirildi. 1999-cu ildə Cəbrayıl rayonundan məcburi köçkün olan Alməmmədov Surxay bu ərazidə yerləşdirildi. 2005-ci ildə tikinti altında olan ərazimi örüş torpağı adı ilə verdilər bu adama. Şirvan İnzibati İqtisad Məhkəməsinə şikayət verdim. Məhkəmə məndən 10 min manat istədi. Dedim gəl 5 min verim işi bağlayaq, əmlaklarımı itirmək istəmirdim. Dedi Heydər Yaqubov 20 min verir. Mən cənab prezidentin “Dövlət məmurlarının özbaşınalıq cinayətləri“ ifadəsindən sonra müraciət etdim. “2016-ci ildə Sabirabad rayonunun icra başçısı Nazim İsmayilovun göstərişi ilə ərazidə araşdırma aparıldı, əmlaklarımın şəkllərini çəkdilər. Nazim İsmayilov isə rəy verdi ki, 1995-ci ildə kooperativin əmlakı yandığına görə ərazidə islahat aparan zaman kolxozdan kooperativə verilən ərazi əhaliyə paylanıb”.

Vətəndaş Vidadi İsmayılov məsələyə hüquqi qiymət verilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə yenidən üz tutub Şirvan İqtisad Məhkəməsinə: “Bundan sonra prezidentə və bütün aidiyyatı qurumlara 500-ə qədər müraciət etdim, heç birinə cavab verilmədi. Yazdığım məktublara aidiyyatı qurumlar tərəfindən verilən cavablara hüquqi qiymət verilməsi ilə bağlı Şirvan İnzibati İqtisad Məhkəmısinə şikayət verdim. Yenə eyni münasibəti gördüm. Naxçıvanın adı çıxıb, Sabirabadda elə cinayətlər baş verir ki, heç yerlə müqayisə olunmaz. Bu dəfə baş prokurorluq başladı məhkəməyə təzyiq göstərməyə. Nəticədə cinayət işinin açılmasını rədd edən qərar qəbul edildi. Mənim bu qədər zavodlarım, fabriklərim vardı. 400-dən artıq əhalini işlə təmin edirdim. Saatlının 80%-ni işlə təmin edə biləcəyim layihə təqdim etmişəm. Bu gün Xətai metrostansiyasının yanındakı Xocalı abidəsini mən tikdirmişəm. Bunu prezident də yaxşı bilir, hər kəs yaxşı bilir.

İşin xeyrinə bağlanması üçün Şirvan İqtisad Məhkəməsinin ondan 20 min rüşvət istədiyini deyən Vidadi Abdullayev Baş Prokurorluğun təzyiqi ilə cinayət işinin açılmasının qarşısının aldığını iddia edir. Yerində araşdırma aparılmasına baxmayaraq cinayət işi açılmasının ləğvi ilə bağlı qərar çıxarıldığını bildirir.

Vidadi Abdullayevin istəyi əmlaklarının olduğu, ona 50 illik icarəyə verilən torpaqlardan məcburi köçkünlərin çıxarılması və köçkünlər üçün salınmış yaşayış massivinə yerləşdirilməsidir.

O inanır ki, yalnız bundan sonra əmlakları özünə qaytarılacaq.

Bütün aidiyyatı qurumlara dəfələrlə yazılı müraciət göndərməsinə baxmayaraq ölçü götürülmədiyini bildirən Vidadi Abdullayev cinayət işi açılıb ibtidai istintaqın başladılmasını tələb edir.

Belediyye.net
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şagirdlərin elektron yerdəyişməsi dayandırıldı


Bu gün saat 17:00-dan etibarən 2022-2023-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsi “Azmetal” şirkətini süründürür - VİDEOMÜRACİƏT


Azmetal şirkətinin rəsmi meneceri Müşviq Əmirli Dövlət Gömrük Komitəsindən şikayət edib. Reportyor.info xəbər verir ki, şirkət ixrac üçün gömrük orqanlarına müraciət edib. M.Əmirli deyir ki, amma uyğunluq sertifikatı tanınmır. Gömrük əməkdaşları göstəriş olduğunu bildiriblər, sertifikatın başqa qurumdan alınması tələb edilir.

Amma qeyri-rəsmi göstəriş olduğu üçün şirkət bununla razılaşmır. Bunların başında da İlham Bayramov durur.Şirkət nümayəndəsinin video çıxışını təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vilayət Eyvazov generalı rəis TƏYİN ETDİ


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin olunub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis general-mayoru Sərdar Səfərov təyinat alıb.

Qeyd edək ki, S.Səfərov bu təyinatadək Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səbuhi Novruzov: “Bu məsələlərin heç birinə aidiyyatım yoxdur” - VASİF TALIBOVUN GENERAL YEZNƏSİ DANIŞDI


“Mənim Naxçıvan Muxtar Respublikasında, onun hansısa bir qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənın fikirlər isə absurddur”.

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi daxili işlər nazirinin və Gömrük Komitəsinin sədr müavini olmuş general Səbuhi Novruzov deyib.
Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Əməkdaşımızla söhbətində yaş həddi ilə bağlı hazırda təqaüdə çıxdığını deyən Səbahu Novruzov evində olduğunu bildirib: “Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur”.

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Talıbovlar bütün qohumlarla əlaqəni kəsib - İDDİA


Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsinin üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, onunla bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir.

Qeyd edək ki, ötən gün KİV-də onun və ailə üzvlərinin könüllü “ev dustaqlığını” seçdiyinə dair xəbərlər yayıldı. Talıbovların vəzifədən gedəndən sonra evdən çölə çıxmadığı iddia olunurdu.

Yenisabah.az bununla bağlı daha bir məlumat əldə edib. Vasif Talıbovun yaxın qohumlarından biri saytımıza deyib ki, indi onlar nəinki evdən çıxmır, hətta yaşadıqları malikanənin qapılarını hamının üzünə bağlayıblar.

Mənbənin sözlərinə görə, Talıbovlar üçün “qara gün” sayılan 21 dekabr tarixindən sonra onlar ən yaxın qohumları ilə də ünsiyyəti kəsiblər. Vasif Talıbov və övladları heç bir zəngə cavab vermir, onlara baş çəkməyə gələn qohumları qəbul etmirlər.

“Vasif Talıbovun Naxçıvandakı malikanəsi mülki geyimli idmançılar tərəfindən qorunur. Mühafizəçilər Vasif müəllimi ziyarət etmək istəyən adamların hamısını qapıdan geri qaytarırlar” – deyə, mənbə sözlərini tamamlayıb.

Yenisabah.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və baş həkim təyin edilib - ƏMR


Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor təyin edilib.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin olunub.

Səhiyyə nazirinin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Münasib Qurbanovun QEYRİ-MÜNASİB İŞLƏRİ... - İLGİNC İDDİALAR...

Bildiyimiz kimi müstəqillik dövründə ən çox inkişaf edən sahələrdən biri də tikinti sahəsi oldu. İş o yerə gəlib çatdı ki, paytaxtda yiyəsiz itlərin gecələdiyi yerləri də satıb, yerində bina və ya iaşə obyektləri tikdilər. Sağ olsun heyvansevən insanları. Onların sayəsi nəticəsində paytaxtımızda sahibsiz itlər üçün sığınacaq yeri ayırdılar. Nəisə, sizləri yormadan keçirik əsas mətləbə.
Yaxşı yadımdadır, paytaxtda və regionlarda tikintinin şıdırğı getdiyi vaxtlarda söz- söhbət gəzirdi ki, İnqilab 17- də mərhum akademik Aqil Əliyevin himayəsi altında şəhərcik salınacaq. Amma, bu heç də belə olmadı. Bilənlər bilir, bilməyənlərə də agah oldu ki, akademik Aqil Əliyev bütün ömrünü elmin inkişafına sərf etdi. (Tanrı rəhmət eləsin!) Sözügedən ünvanda əslən Tovuz rayonundan olan və tikinti maqnatı kimi tanınan Münasib Qurbanov, hal- hazırda sözügedən ərazidə bina tikintisinə başlayıb.
Paytaxtda tikinti maqnatı kimi tanınan Münasib Qurbanov, digər maqnatlardan xüsusi “istedad”ı ilə seçilır. İndi onun necə xüsusi “istedad” sahibi olmasını sizlərə agah edəcəyəm...
Münasib Qurbanov Rabitə Nazirliyində tikinti sektorunda çalışmış həmyerlisi Namazəlini qeyri- rəsmi şərik götürərək illərlə yığdığı çirkli pulları Yasamal rayonunda tikdiyi binalarda elə yudu ki, heç bəy hamamında bəyi elə yumazdılar. Münasib Qurbanov bu çirkli pulları yuyandan sonra, həmyerlisi Namazəlinin arxasına vedrə bağlayıb, “vağzalı” havası ilə onu yola salmağı bacardı. (İnsafən Namazəli bəy sözügedən havaya çox ustalıqla oynayırmış) Diqqət yetirmək lazımdır ki, Münasib Qurbanov bu sahədə “istedad”ı ilə bərabər, bəxti gətirənlərdən də biridir. Çirkli pulları yumaqda kifayət qədər təcrübəsi olan bu tikinti maqnatı, çox çəkmədi ki, Sumqayıt rabitə qovşağını yanı üstə qoyan Akif Əsgərovu qeyri- rəsmi özünə şərik edə bildi. Şübhəsiz ki, tikinti işləri başa çatdıqdan sonra, o, Akif Əsgərovun da arxasına qazan bağlayıb “dubeyti” havası ilə yola salacaq. Mövzuya ədalətli şəkildə yanaşsaq bəlli olar ki, bu xüsusi “istedad” sahibi, tikinti maqnatı bu günə qədər mülk sahibləri ilə heç bir münaqişə yaşamayıb. Yəni onun bu işi həmişə alqışlanıb və rəhbəri olduğu tikinti şirkətində çalışan fəhlələrin pullarını artıqlaması ilə ödəyib. (Şəhid ailələrinə, qazilərə maddi və mənəvi dəstəyini heç vaxt əsirgəməyib) Bütün bunlara baxmayaraq, rəhbəri olduğu şirkətdə kifayət qədər nöqsanlar da mövcuddur. Məsələn: tikintidə çalışan fəhlələrin böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur, tikinti zamanı fəhlələrin bir çoxu təhlükəsiz qaydalarına riayət etmirlər.Tikintidə istifadə olunan materialların böyük əksəriyyətini özünə yaxın sahibkarlardan alır və bütün bu hallar onun ustalıqla vergidən yayınmasına səbəb olur. Akif Əsgərov özü həmin tikinti şirkətinə çox nadir hallarda gəlir. Etibarlı mənbənin bildirdiyinə görə o, özünə yaxın hesab etdiyi şəxsi orada işə yerləşdirir . Həmin şəxs tikinti şirkətinin həyətinə girib- çıxan maşınların nömrəsini yazıb axşamlar Akif Əsgərova ötürür.
P.S. Sözügedən yazıda tikinti şirkətinin rəsimləri ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Nüsrət Dağlaroğlu
"Azərbaycan Cümhuriyyəti"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fəzail Ağamalının qızından prokurorluğa şikayət ediləcək – Buta bağçası ilə bağlı qalmaqal səngimir


Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalının rəhbəri olduğu “Buta” bağçası ilə bağlı qalmaqal davam edir. Bakı sakini Mehriban Fərruxlu bu dəfə Günay Ağamalıdan prokurorluğa şikayət etmək niyyətindədir. Oxuculara aydın olsun deyə xatırladırıq ki, Mehriban Fərruxlunun 4 yaşlı qızı Firəngiz Fərruxlu ötən il noyabrın 23-də “Buta” bağçasında çarpayldan yıxılaraq ayağını sındırıb. Qızcığazın anası bu faktı nəzarətsizliyin təzahürü kimi dəyərləndirərək Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət edib. Lakin polis faktla bağlı cinayət işi başıanmasınl rədd edib. Buna səbəb ekspertizanın rəyidir. Rəydə qeyd olunub kii, Firəngiz İsmayılovanın xəsarətləri öz ehtiyasızlığı üzündən yıxılması nəticəsində əmələ gələ bilər.
Əvvəla, Firəngiz İsmayılovanın 4 yaşı var. Ona nəzarət olunmalıdır. 4 yaşlı uşağı başlı-başına buraxıb, sonra da ehtiyatsızlıq etməkdə günahlandırmaq başadüşülən deyil. Hər halda bu yaşda olan uşaqların ehtiyatlı olub-olmamaq barədə bəlkə də ibtidai təsəvvürü belə, yoxdur.
İkincisi, uşağın yıxılmasını əks etdirən videodan da görünür ki, o nəzarətsiz buraxılıb. Bağçanın əməkdaşı faktiki olaraq məsuliyyətsizlik edib. Həmçinin qızcığaza ilkin tibbi yardım göstərilməyib.
Firəngiz İsmayılovanın anası Mehriban Fərruxlu isə hesab edir ki, bu məsələdə Fəzail Ağamalının deputat mandatı daşıması ilə əlaqədar ola bilər. Yəni, vətəndaşda AVP sədrinin deputat səlahiyyətlərindən və nüfuzundan istifadə edərək məsələni ört-basdır etmək istənəsi barədə qənaət formalaşıb. Ona görə də Mehriban Fərruxlu prokurorluğa müraciət edərək hadisənin obyektiv araşdırılmasına nail olmaqda israrlıdır.
Günay Ağamalının rəhbərlik etdiyi bağça ilə bağlı bundan əvvəl də oxşar hallar yaşanıb. Bir müddət əvvəl isə Türkiyə vətəndaşı Abdurrahman Kumaşın 7 yaşlı daun sindromlu övladının “Buta”da xəsarət alması ilə bağlı məlumat yayılmışdı. Bu məsələnin də ört-basdır edildiyi barədə iddialar var.
Reportyor.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO