[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucar səhiyyəsində YEYİNTİ İŞLƏRİ... - İTTİHAM VAR!


"Ucar rayon Mərkəzi Xəstəxanasının baş mühasibi Rafael Rəsulovun ali təhsili yoxdur.Bu adamın ali təhsili və diplomu olmadığı halda Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Bayramlı Zeynallı onu qanunsuz olaraq baş mühasib vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərib.Bu azmış kimi Rafael Rəsulovun həyat yoldaşı İlahə Rəsulovanı baş mühasibin köməkçisi vəzifəsinə işə qəbul ediblər.Uzun müddətdir ki, İlahə Rəsulova Ucar rayon Mərkəzi Xəstəxanasında adı işdə getsədə özü bir gündə olsun işə gəlməyib.Bunu subut etmək üçün xəstəxanadakı müşahidə kameralarını açıb baxmaq kifayət edər". DİA.AZ bildirir ki, bu iddia Ucar rayon sakinləri tərəfindən edilən müraciətdə yer alıb.
Müraciət müəllifləri daha sonra yazır: "Baş mühasib Rafael Rəsulov direktor Zeynal Bayramlı ilə əlbir oub talançılıqla məşğul olurlar.Baş mühasib Rafael Rəsulov talançılq yolu ilə Ucar rayonunda 3 mənzil, Bakı və Gəncə əhərərində isə bir mənzil və 4 bahalı avtomobil alıb.Hansı zərurət yaranıb ki, ali təhsili olmayan Rusiyadan qanunsuz alınmış saxta diplomlu Rafael Rəsulovu böyük bir xəstəxanaya baş mühasib vəzifəsinə işə qəbul ediblər ?
Elektrik enerjisi kəsiləndə xəstəxanada olan generatorların işə salınması üçün bir rübə 50-60 ton yanacaq yazılaraq pulu bu cütlük tərəfindən mənimsənilir.
Rüblükdə yumuşaq və bərk unvertarların yenilənməsinə dair sənədlər yazılsada heç bir yenilənmə olmur pullar talan edilir.
Adı Ucar rayon xəstəxanasında işdə olub özləri bir gündə olsun işə gəlməyən çoxlu sayda işçilər var ki, onların maaş kartları bu korrupsioner cütlükdədir.Obyektiv araşdırlma aparılarsa bu subut olunacaq.Çünki həmin işçilərin maaş kartlarından pulları baş mühasib Rafael Rəsulov çıxararaq direktor Zeynal Bayramlıya çatdırır.Bankomatda həmin maaş kartların kim tərəfindən istifadə edilməsinə dair çəklişlər var.Bu fakt obyektiv yoxlanılmalıdır. Həmin adamların Ucar xəstəxanasına işə gəlib gəlməmələrinin yoxlanılamsı üçün müşahidə kameralarına baxmaq kifayətdir.
Həmçinin xəstəxanada doğum şöbəsində uzun müddət işləyən mamaçalar pul verərək Təcili Tibbi Yardım bölməsinə işə keçiblər.Buna görə doğum şöbəsində təcrübəli tibb bacıları (mamaça) yoxdur.Bunu isə ona görə ediblər ki, Təcili Tibbi Yardım şöbəsində həm əmək haqqı yüksəkdir həmdə bir gün iş iki gün istirahətdir.Doğum və ya digər şöbədən Təcili Tibbi Yardım Şöbəsinə işə keçmək üçün direktor Zeynal Bayramlıya 10.000 (on min) manat rüşvət verilməlidir.Bu qanunsuzluğa görə doğum şöbəsinin həkimləri çox əziyyət çəkirlər. Çünki mamaçalıq üçün ən azından 5 il işləyib təcrübə yığmalısan.Təcrübəli mamaçalar isə direktora 10.000 manat rüşvət verib şöbələrini dəyişiblər.Bunun subut edilməsi çox asandır.Sadəcə TƏBİB və Səhiyyə Nazirliyi obyektiv araşdərma aparmalıdır.
Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı vəzifəsindən sui-istifadə edərək fərqlənməyə görə premiyaları öz adamlarına yazır qalanını isə mənimsəyir.
Xəstəxanada quraşdırılmış istilik sisteminin işə salınması üçün hər bir işçidən pul yığılsada indiyə qədər istilik sistemi işə salınmayıb.
Pandemiya dövründə ayrılan küllü miqdarda pullar direktor tərəfindən mənimsənilmişdir.

2005-ci il tarixdə ali məktəbi bitirib həmin ildən Ucar rayonu Qazıqumlaq kənd xəstəxnasına baş həkim vəzifəsinə təyin olunmuş bundan iki il sonra 2007-ci il tarixdə 90.000 əhalisi olan Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmuş Zeynal Bayramlının iş fəaliyyəti ancaq belə olmalıdır korrupsiya, özbaşınalıq, talançılıq və saxtakarlıq.Bu adam hansı yüksək göstəricilərə görə ali məktəbi bitirən kimi mühüm vəzifələrə təyin edilib ?
Zeynal Bayramlı bu illər ərzində dövlətə küllü miqdarda ziyanlar vurmuşdur. Onun bu korrupsiya əməllərindən dövlət ziyan, əhali və işçilər əziyyət çəkirlər. Ucar rayon sakinlərinin əksəriyyəti tibbi müaynə və müalicə üçün qonşu rayon xəstəxanalarına üz tuturlar.Bunu subut etmək üçün Göyçay rayon Mərkəzi Xəstəxanasının qeydiyyat şöbəsindəki qeydlərə baxmaq kifayətdir.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Baş Prokuror cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan, İcbari Tibbi Sığorta üzrə Dövlət Ahentliyinin sədri cənab Zaur Əliyevdən və İcbari Tibbi Sığorta üzrə Dövlət Ahentliyinin direktoru cənab Vüqar Qurbanovdan xahiş edirik sadalanan cinayət əməllərini tam, hərtərəfli və obyektiv araşdırıb ciddi və təcili tədbirlər görəsiniz".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xankəndi-Laçın yolunda aksiya 36 gündür davam edir


Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz altı gündür davam edir.

2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Gənc aktivistlər gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Xatırladaq ki, ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 33 avtomobil maneəsiz hərəkət edib.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

"Report"
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaxda tənha ana ÇARƏSİZ DURUMDA - MÜRACİƏT


Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən müraciət ünvanlanıb. Bir nüsxəsi də dia.az-a daxil olan müraciətdə deyilir:

"Mən, Vüsalə Abdurahmanova 2012-ci ildə Qax rayonun Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə ailə həyatı qurmuşdum. Hazırda 5 yaşında Zəhra və 2 yaşında Zeynəb adlı övladlarımız var. Lakin çox təəssüflər olsun ki, həyat yoldaşım Rüstəmin və mənim istəyimiznin əksinə olaraq qaynanam Sevda Həsənovanın əmrilə boşanmaq məcburiyyətində qaldıq.
2014-cü ildən boşanma rəsmiləşmişdir. Və mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan illər keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq cəmi 25 manat pul ödəyir. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir.
Mən də balaca övladlarımı dolandırmaq xatirinə 2022-ci ilin martında Qax şəhərində Molla Pənah Vaqif küçəsi ev 16 ünvanında yerləşən və Mirvari Kərimovaya məxsus olan evdə 1 otaqlı mənzili ayda 50 manat ödəməklə kirayələdim. Özüm də kafelərin birində qabyuyan kimi çalışdım. Mövsümi iş olduğuna görə dekabr ayından sonra kirayədən çıxıb İbaxlı kəndində olan atamın evində yaşamağa başladım. Təxminən 1 həftə əvvəl Qax polisindən mənə zəng etdilər ki, Mirvari xanım xəbər göndərib ki, evinə qayıdacaq ona görə açarları təhvil verməliyəm. Mən açarları təhvil verdikdən sonra gəlib qış paltarlarımı götürmək istədim. Lakin qapıların kilidi dəyişdirilmişdi. Mirvari xanım da deyir ki, sən evdən heç bir əşyanı götürə bilməzssən. Çünki mənə 2000 manat borcun var. Ödə sonra baxarıq. Mən ona izah etdim ki, axı hər ay danışdığmız kimi 50 manat kirayə pulunu ödəmişəm. Xeyri olmadı. Öz dedidyinin üstündə durdu. Bir neçə gün əvvəl gedib Qax rayon Plis Şöbəsinə müraciət etdim. Dedilər ki, bu qadınla biz bacara bilmərik. O ağıl ( ruhi) xəstəsidir. Yaxşı olar ki, sən get Qax məhkəməsinə müraciət et. Beləcə polislər məni yola verdilər. İndi mən məhkəmə yollarında qalmalıyam ki, qış paltarımı və məişət avadanlıqlarımı götürüb apara bilim.
Mən bir insan olaraq, bir ana olaraq bircə istəyim var ki, son üç ildə dövlətin təyin etdiyi hər bir uşaq üçün aliment pulunu alıb bu zavallı uşaqları dolandırım. Başqa heç nə. Bu arada da başıma bir psixopat şəxs tərəfindən iş gəlib. Bəhanə ilə əşyalarımı vermək istəmir. Və kimsə də Qaxda mənə köməklik göstərmək istəmir Çünki çox kasıb yaşayıram. Mirvari də ruhi xəstə olduğu üçün kimsə onunla danışmaq, vaxtını itirmək istəmir.
Və onagörə də çox hörmətli İlham Əliyevdən, Birinci vitse-prezidentdənvə çoxhörmətli Daxili işlər nazirimizdən və icra başçısı Musa müəllimdən çox xahiş edirəm ki, düşdüyüm indiki ağır vəziyyəti ( iki azyaşlı uşaqla birlikdə işsiz qalaraq) nəzərə alaraq
mənə köməklik göstərsinlərki, şəxsi əşyalarımı kirayədə qaldığım evdən götürə bilim.
Həmyerlim hörmətli Aynur xanım Sofiyevadan da xahiş edirəm ki, mənim üçün böyük bir problem olan məsələnin həlli üçün bacardığı köməkliyi göstərsin".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiçik mühərrikli avtomobillər sığorta olunmur? – VİDEO


Son dövrlərdə ölkəmizdə mühərrikinin həcmi kiçik olan minik avtomobillərinin sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə etməsində ciddi problemlər müşahidə olunur.

Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentlikləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər. Səbəb isə bu avtomobillərin taksi kimi istifadə edilməsi və bu səbəbdən də daha çox qəza riskilə üzləşməsidir.

Baku TV-nin əməkdaşı məsələnin təfərrüatını öyrənmək üçün bir neçə sığorta şirkəti ilə əlaqə saxlayıb.

O, müştəri qismində şirkətlərə müraciət edərək kiçik mühərrikli avtomobil sığorta etmək istədiyini bildirib. Şirkətlərdən verilən cavabda isə sistemdə problem olduğunu qeyd ediblər.

Sığorta eksperti Əli Bayramov mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib ki, sığorta şirkətləri mühərrikinin həcmi 2,5-ə qədər olan avtomobillərə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər: “Əslində qanunvericiliyin tələbinə baxsaq, sığorta şirkətləri əsla imtina edə bilməzlər”.

Daha ətraflı süjetdə:


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənc nəslin kitab problemi - Niyə oxumuruq?


Artıq elə mərhələyə gəlib çatmışıq ki, süfrədə olanları yeyib qurtarmaq mümkün deyil. Ya həddindən artıq nəfis, ləzzətli nə isə gəlməlidir, ya da "əla"dan aşağı olan heç nə ortaya qoyulmamalıdır. Bunun üçün də ədəbiyyatdan çox, keyfiyyətli ədəbi tənqid lazımdır. O da əlhəmdülillah...

XXI əsrdir. Dünya qloballaşıb, həyat sürətlə axıb gedir. Demək olar ki, müasir insan işdən və bir qədər (o da alınsa) istirahətdən başqa heç nəyə vaxt tapmır. Bu dünyada yeni sahələr, yeni maraqlar günbəgün artır, yenilənir, bu yeniliklərin ardınca yürümək mümkünsüzdür artıq. Dünən maraqlı olan, hətta əlçatmaz sayılan bu gün heç kimə maraqlı deyil. Bilmirəm ədəbiyyat da dünən maraqlı olub bu gün maraqlı olmayan sahəyə aiddir, yoxsa yox. Amma görünən budur ki, ədəbiyyat istər-istəməz sıxışdırılıb bir küncə, belə deyək, “ofsayd” vəziyyətə düşüb sanki. Ədəbiyyatın əsas iki funksiyası var. Biri məlumat – informasiya ötürmək, ikincisi isə estetik zövq bəxş etmək. Ümumiyyətlə, belə bir deyim vardı ki, ədəbiyyat insanın dünyagörüşünü artırır, düşüncələrini dərinləşdirir, nitqini yaxşılaşdırır. Bundan başqa, insanın daxili aləmini, mənəviyyatını zənginləşdirir. Müəyyən bir təcrübə qazandırır. Valideynlərimiz bizə həmişə mütaliə etməyi aşılayıblar. Özləri kitab oxumaqla şəxsi nümunə göstəriblər. Amma indiki nəsil kitab oxuyurmu? Hər şey virtuallaşıb və elektronlaşıb. Kitablar, ədəbiyyat nədir, hətta insanlar da, az qala, virtuallaşıblar. Daha heç kim heç kimin evinə qonaq getmir, görüşmür. İndi başsağlığını da onlayn verirlər. İnsanların bir-birindən bu qədər uzaqlaşdığı bir vaxtda meydanda ədəbiyyata yer qalıbmı? Bu suallar, yəqin ki, bir çox insanları da narahat edir, düşündürür.

“Kaspi” qəzeti bu suallara cavab tapmağa çalışıb:

"Must read" olan əsərlər

Əməkdar jurnalist Vüsal Məmmədov bu haqda tez-tez düşündüyünü və öz aləmində, hətta "ədəbiyyatın sonu" kimi şərti ad da quraşdırdığını deyir: “Məsələ ondadır ki, bəşəriyyət bu ana qədər hər bir savadlı insan tərəfindən oxunması vacib olan böyük irs yaradıb. Özünü intellektual sayan istənilən şəxsin, məsələn, Aristoteldən tutmuş Jan Bodiyara qədər oxuması vacib olan əsərlər var. Antik mifologiya ilə mütləq yaxından tanış olmaq lazımdır. Milli mifologiya, nağıllar, dastanlar, xalq ədəbiyyatı ilə də həmçinin. Şekspirin ən azı 5-6 fundamental əsəri var ki, bütün müasir dramaturgiya onların əsasında dayanır. Həmin əsərləri əzbər bilməlisən. Viktor Hüqonun, Dostoyevskinin, Çexovun "must read" olan əsərləri vacibatdandır. XX əsrin əvvəlinin Azərbaycan ədəbiyyatı da həmçinin. Postmodern fəlsəfəni yaradan əsərlər də mütləq oxunmalıdır”.
Gənc nəslin kitab problemi - Niyə oxumuruq?

Müasir yazıçı mənə nə təklif etməlidir ki...

Vüsal Məmmmədovun fikrincə, elə yazıçılar var ki, ümumən yaradıcılığını oxumasan da, ən vacib bir əsərini mütləq oxumalısan: “Məsələn, Pasternakdan "Doktor Jivaqo", Bulqakovdan "Master və Marqarita" kimi. Hərçənd, bundan sonra həmin yazarlara vurulub, uzun müddət mehmanları olacağın da istisna deyil. Anarı, İsa Hüseynovu, Sabir Əhmədovu, Mövlud Süleymanlını oxumalısan ki, Azərbaycan dilinin ifadə imkanları ilə tanış olasan. Bu saydıqlarım hələ 1%-dir. Amma məsələ təkcə bədii ədəbiyyatla bitmir axı. Hər ay azı 1-2 elmi-populyar kitab oxumaq həyati önəmlidir. Bunlar sənin normal, savadlı adam olman üçün zəruri bünövrədir. Belə olan halda, sual çıxır: müasir yazıçı mənə nə təklif etməlidir ki, Umberto Ekonun "Qızılgülün adı" romanını yox, onu oxuyum?! Mən bir kitaba ömrümün ən qiymətli resursu olan zamanımı xərcləyirəm axı. Mənə zamandan daha qiymətli nəsə təklif edə bilirlərmi?! Bilmirlərsə, yazmasınlar. 100 metri 9 saniyəyə qaçan sprinter varsa, 11 saniyəyə qaçan idmançı heç kimə maraqlı deyil. Zamanımdan daha qiymətli və siyahımda oxunmasını gözləyən kitablardan daha dəyərli əsər təklif edə bilməyənlər mənim üçün yoxdurlar. Hüqonun "93-cü il"ini hələ oxuya bilməmişəmsə, onunla rəqabətdən çox-çox geri qalan əsərə həyatımın dəyərli saatlarını sərf etməyəcəyəm. Ona görə də, düşünürəm, artıq elə mərhələyə gəlib çatmışıq ki, süfrədə olanları yeyib qurtarmaq mümkün deyil. Ya həddindən artıq nəfis, ləzzətli nə isə gəlməlidir, ya da "əla"dan aşağı olan heç nə ortaya qoyulmamalıdır. Bunun üçün də ədəbiyyatdan çox, keyfiyyətli ədəbi tənqid lazımdır. O da əlhəmdülillah, yoxdur. Yeri gəlmişkən, bütün bu dediklərim eyni dərəcədə kinoya da aiddir.

Zəif əsər oxumaq istəmirəm

Vüsal bəy başqa vacib bir məqama da toxundu: “Deyə bilərlər ki, hər dövrün hadisələri, süjetləri, obrazları özünə görə maraqlıdır. Məsələn, XXI əsr Azərbaycanını XIX əsrin Fransası ilə müqayisə etmək düzgün deyil. Amma ədəbiyyat cəmisi 25-26 fundamental süjetdən ibarətdir. Burda fərqi yoxdur ki, sevən Marisudur, Kozetdadır, Məmməddir, yoxsa Aytəkindir. Xəyanəti kimin etdiyinin heç bir fərqi yoxdur. Yəni bu 25-26 süjetdən – sxemdən başqa bu zaman ərzində yeniləri yaranmayıb, tapılmayıb. Dəyişən, sadəcə adlardır, vəziyyətlərdir. Mənim üçün isə xəyanəti kimin - Məmmədin, yoxsa Yunanıstandan hansısa personajın etdiyinin heç bir fərqi yoxdur. Bu sevginin, bu xəyanətin mahiyyətini daha yaxşı açan əsər oxumaq istəyirəm. Zəif əsəri oxumaq istəmirəm. Yenə də deyirəm, əsas məsələ obrazların kimlərin olması deyil, əsərin gözəl olmasıdır”.
Gənc nəslin kitab problemi - Niyə oxumuruq?

Mənəvi tələbat – aktual ədəbiyyat

Şair Cəlil Cavanşir deyir ki, dünya qloballaşsa da, ədəbiyyatın yeri həmişə aktual olaraq qalacaq: “Bu baxımdan ənənəvi alışdığımız dünyada, necə əsrlər boyu ədəbiyyat aktuallığını qoruyub saxlayıbsa, bundan sonra da, istər texnika, elektronika, internet əsri olsun, saxlayacaq. Hətta düşünürəm ki, insanlar robotlarla birgə çalışmağa başlasalar belə, ədəbiyyatın yeri azalmayacaq. Çünki ədəbiyyat adamın mənəvi dünyası ilə bağlı bir məsələdir. Nə qədər ki insan yaşayır, onun maddi tələbatı ilə yanaşı, mənəvi tələbatı da olacaq. Ədəbiyyat isə bayaq da qeyd etdiyim kimi, mənəviyyat məsələsi olduğuna görə daim ona ehtiyac olacaq. Gözəl tamaşaların, filmlərin, mahnıların, ümumiyyətlə, gözəl incəsənət nümunələrinin yaranması üçün ədəbiyyat vacibdir. Ədəbiyyatın aktuallığı bu gün də, sabah da, texnika nə qədər inkişaf etsə də, insanın nə qədər maddi tələbatları çoxalsa da, itməyəcək və daim yaşayacaq”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 saylı Nərimanov Tibb Mərkəzində NƏ BAŞ VERİR? - İLGİNC İDDİA


Xeyli vaxtdır İcbari Tibbi Sığorta Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev və onun tabeçiliyində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) sədri Vüqar Qurbanovun ölkə səhiyyəsinin üzərində apardığı eksperimentlərdən yazırıq.
Bəli, tam səmimi olaraq deməliyik ki, bu iki şəxs dovşanın üzərində necə təcrübə, eksperiment apararlarsa, eləcə də səhiyyəmizin üzərində “dəlləklik” edirlər. TƏBİB-in sədri Vüqar Qurbanov islahat, reforma adı altında az qala ayda 2-3 dəfə səhiyyə sistemində stuktur dəyişir, nə bilim xəstəxanaları birləşdirir, profili hətta uyğun gəlməyən poliklinikaları bir şəxsə tabe etdirir və daha nələr...
Bizimlə söhbət edən təcrübəli, neçə illərin səhiyyə rəhbərləri deyir ki, biz özümüz baş aça bilmirik ki, bu adam nə istəyir. Amma biz, yəni media orqanı olaraq bilirik ki, Vüqar Qurbanov kimilər nə istəyir. Bəli, konkret olaraq bu adamlar rüşvət və korrupsiyanı BİR ƏLDƏ cəmləmək istəyirlər. Ki, pul kənara axmasın. Bu az qala riyazi aksiom qədər aydındır.
Biz TƏBİB rəhbəri Vüqar Qurbanovun 2-3 yaxın rayonun səhiyyəsini birləşdirib ƏRAZİ İDARƏSİ yaratmağı, Bakı şəhərində Tibb Mərkəzləri yaratmağı barədə çox yazmışıq. Bu yazıda rayonlardakı ƏRAZİ İDARƏLƏRİ barədə bəhs etməyəcəyik. Bu yazının mövzusu Bakı şəhərindəki rayonların səhiyyəsində baş verən problemlərdir.
Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Bakının 12 rayonunda Tibb Mərkəzləri yaradılıb. Yəni hər bir rayondakı tibb müssisələri, doğum evləri, diş-stomatoloji polklinikalar, uşaq xəstəxanaları və daha nələr birləşdirilərək bir şəxsə, yəni Rayon Tibb Mərkəzinin direktoruna tabe etdirilir. Bir soruşan olmur ki, doğum evi hara, diş həkimi hara, kardioloq hara..?
Sözün qısası, səhiyyəmiz qalıb bu işbilməzlərin əlində. (Allah sənin ölənlərinə rəhmət eləsin Oqtay Şirəliyev).
Yeganə məqsəd də yuxarıda qeyd etdiyimiz kimi PUL, SƏRVƏT toplamaqdır. Bakıda fəaliyyət göstərən belə 12 TİBB MƏRKƏZLƏRİNDƏN biri də 3 saylı Nərimanov RAYON TİBB MƏRKƏZİDİR. Nərimanov Tibb Mərkəzində nələr baş verməsi barədə ötən yazılarımızda xeyli bəhs etmişik. Məlumat üçün qeyd edək ki, 3 saylı Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov 2021-ci ilin aprel ayına qədər 5 nömrəli şəhər Klinik Xəstəxanasının baş həkimi olub. Ondan əvvəl isə Fazil Alməmmədov Oğuz rayon Mərkəzi Xəstəxanasında baş həkim olub.
Təsəvvür edirsiniz bunun adamı nə boyda olubsa, əyalətdən, rayondan bir başa Bakıya məşhur xəstəxanaya baş həkim gətirilib. Bu adam baş həkim olduğu vaxt tender keçirmək adı altında yüz minləri mənimsəyib. “5 nömrəli şəhər Klinik Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən 2020-2021-ci ildə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır: İsitmə sistemlərinə xidmət haqqı xərcləri üzrə 09.12.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Yangınsöndürən balonların doldurulması üzrə 30.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mətbəə məhsulları üzrə xərclər üzrə 03.10.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Yumşaq inventar,yataq ləvazimatları və xüsusi geyimlərin alınması üzrə 22.09.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Dəftərxana və təsərrüfat xərcləri üzrə 07.08.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Mühafizə xidməti üzrə 02.03.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Bu siyahını o qədər uzada bilərik ki, amma nə ehtiyac var.
Təkcə onu qeyd edək ki, Fazil Alməmmədov xəstəxanada mühafizəyə 105 min manat pul ayırıb kağız üzərində. Nə isə, bunları bir kənara qoyaq. Fazil Alməmmədov 3 saylı Tibb Mərkəzin direktoru olandan sonra təcrübəli, peşəkar kadrları işdən uzaqlaşdırıb və təqaüd yaşı çoxdan keçmiş, rüşvətxor kadrları xəstəxanalara rəhbər təyin edir. Məsələn, Mərkəzin direktoru Fazil Alməmmədov 55 yaşlı həkimi işdən azad edərək, 68 yaşlı təqaüdçünü onun yerinə təyin edib… Mərkəzin direktoru Fazil Alməmmədov cangüdənlə gəzir, hətta ona yaxın düşmək mümkün deyil... Yaxşı olar ki, müvafiq dövlət qurumları Fazil Alməmmədovun koronavirusdan nə qədər qazandığını araşdırsın...
Görəsən, Fazil Alməmmədov 18 saylı poliklinikada (indiki 2 saylı şöbə) baş həkim işləyən, 67 yaşlı, təqaüd yaşı çoxdan keçmiş Şəhla Məmmədovanı nə məqsədlə şöbəyə “müdir” təyin edib? Bir sözlə, 3 saylı Nərimanov Tibb Mərkəzində baş verən qanunsuzluqlar ölkə səviyyəsində yuxarılara çatıb. Və ciddi yoxlamaların aparılması gözlənilir. Bütün bunlardan qorxuya düşən Fazil Alməmmədov təcili olaraq əmək məzuniyyətinə çıxaraq təhlükədən canını qurtarmağa çalışır.
Növbəti sayımızda Fazil Alməmmədovun 40 manat 12 qəpiklik arayışdan qazandığı milyonlar və ya təyin olunan şöbə müdirləri və baş həkimlər yazısını dərc edəcəyik. Bizi izləyin //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyda sabiq məmurun oğlanları dörd kəndə gedən suyu kəsiblər - ŞİKAYƏT


Goranboy rayonunun dörd kəndi illərdir ki, susuzluqdan, xüsusən də suvarma suyunun çatışmazlığından əziyyət çəkir.

Bu şikayətlə Bizim.Media-ya rayonun Tatarlı kənd sakinləri adından Sahib Məmmədov müraciət edib.

Onun sözlərinə görə Goranboyun Səfikürd, Qızılhacılı, Tatarlı və Balakürd kəndlərinin suvarma suyu kəsilib. Buna səbəb isə Goranboy Suvarma Sistemləri İdarəsinin özbaşınalığıdır:

“Qaraçay çayından kəndimizə su gəlirdi. İndi o suyu qurudublar. Qarqucaq kəndindən bu tərəfə o suyu keçməyə imkan vermirlər. Su məsələsi qaldıran kimi də deyirlər ki, “keçmiş baş prokuror Zakir Qaralovun oğlanları kəsib suyunuzu. Bizlik bir şey yoxdur”. Belə çıxır ki, Zakir Qaralovun oğlanları Qaraçaya yiyələnib və dörd kəndin suyuna qənim kəsiliblər. Həyətyanı, pay və əkin torpaqlarımızı suvarmağa su tapa bilmirik, məhəllələrdə meyvə ağaclarımız quruyub, əkinlərimiz də batıb.

Hərəmizə məxsus 14-15 hektar meyvə bağlarımızda ağaclar susuzluqdan quruyur. Tək bizdə, deyil eyni problemlə digər kənd sakinləri də üz-üzədir. Artezian quyusu isə yoxdur. İcra başçısı iki aydan bir kənddə yığıncaq keçirir, müəyyən vədlər verir, amma problem yenə də eyni... Goranboy Suvarma Sistemləri İdarəsi isə istədiyini edir. Elə ki, şikayət edirik, suyu buraxırlar. Səssiz qalanda, yenə su yoxdur. Mən anlamıram təbiətin suyuna necə yiyələnmək olar?”

Şikayətçi əlavə edib ki, Goranboyun torpaqları çox məhsuldardır, hətta sitrus meyvələrinin yetişdirilməsi üçün də yararlıdır. Amma suyun olmaması çəkilən zəhməti də hədər edir.

Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov açıqlamasında suvarma suyu ilə bağlı problemin olduğunu təsdiqləsə də, cavabı maraqlı və absurd olub:

“Suvarma suyu ilə bağlı problem Goranboyun hər bir kəndində var. Tatarlı kəndinə su Qaraçaydan gəlir. Çayda isə su yoxdur, quruyub və azalıb. Tatarlıya qədər isə 14 kənd var, gəlib çatmır. Sakinlər də, mən də heç nə edə bilmərik. Bu, təbiətin şıltaqlığıdır”.

Artezian quyusunun qazılmasına gəlincə, İlqar Məhərrəmov yalan-doğru bu istiqamətdə işlər görüləcəyini deyib. O deyib ki, bu il Tatarlı kəndində bir artezian quyusunun qazılması nəzərdə tutulub.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabadda səfərbərlik... PROBLEMƏ ÇEVRİLİB... - DÜŞMƏN KƏSİLİBLƏR?


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsində hərbi həkim komissiyasının sədrı Vüqar Mirzəyey hərbi xidmətə tam yararlı yüzlərlə adamlara saxta tibbi arayışlarla hərbi bilet satışı ilə məşğu olmaqda ittiham olunur. Bu haqda Elnur Esedov adlı sosial şəbəkə istifadəçisi “Cəlilabad” qrupunda paylaşım edib. Müəyyən düzəlişlərlə həmin paylaşımı təqdim edirik:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik xidmətinin əsas vəzifələrindən biri də vəzifə başında, vəzifə səlahiyyətinlərindən sui istifadə edərək vətənə xəyanət yolu tutan məmurlarla qarşı sərt olmaqdır. Bunu onlardan dövlət mənafeləri tələb edir. Gözümüzün önündə bəzi Vətənə xəyanət edən məmurların qol salayaraq gəzməsi birdə təəccüb və heyrət doğurur.

Məsələn, Cəlilabad rayon hərbi komissarlığında uzun müddət hərbi həkim komissiyasının sədrı Mirzəyey Vüqar törədiyi cinayətlərə görə necə olur ki, bugünə kimi Milli Təhlükəsizlik xidmətinin diqqətini çəkməyib. Bu adamın hərəkətlərində şübhəli məqamlar kifayət qədərdir.

Bizim qənaətimiz belədir ki, Vüqar Mirzəyev bilərəkdən, qəsdən, bilə-bilə Azərbaycan Silahlı Qüvələlərinin Zəifləməsinə xidmət edib.

O, hərbi xidmətə tam yararlı yüzlərlə adamlara saxta tibbi arayışlarla hərbi bilet satışı ilə məşğul olub. Adətən bu tip cinayətləri törədən adamlar qonşu düşmən ölkələrini kəşfiyat qurumları ilə əməkdaşlıq edən adamlar olublar. Bu hal haralardasa planlaşdırılmış cinayətlərə daha çox bənzəyir. Bizə belə gəlir ki, dövlətin xüsusi qurumları bu məsələni mütləq, dövlət mənafei naminə araşdırmalıdır.

Söhbət dövlətin hərbi qüdrətinə xəyanətdən gedir. Şübhə etmirik ki, günün birində Azərbaycan Respubilkasının Prezidenti , Cənab Ali Baş kamandan bu cinayətləri törədən Mirzəyev Vüqar kimi adamları mütləq cəzalandıracaq yəni. Cənab Prezdentmizin dəmir yumurğu nə vaxtsa Vüqar Mirzəyevin də başına enəcək.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Yenixeber.org

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO